Məhkəmə qərarları › İş №2(102)-2680/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2680/2024

13.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2680/2024 13.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı cavabdehlər S.S.S. qızına və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Kateqoriya: torpaq münasibətlərindən irəli gələn münasibətlər, torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər S.S.S. qızına və Cavabdeh1 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-67/2024 nömrəli, 18 a prel 2024-cü il tarixli qətnaməsindən cavabdeh S.S.S. qızı tərəfindən verilmiş kassasiya şikayətinə 13 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Balakən şəhəri H.Əliyev prospekti 0.0150 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi idarəsinin mütəxəssis rəyində göstərilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyest r nömrəsi **********06 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi cavabdehlər S.S.S. qızı və Cavabdeh1 tərəfindən istifadə olunur. İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi cavabdehlər S.S.S. qızı və X5 tərəfindən bütövlükdə istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********06 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsinin hüdudları daxilində bir mərtəbəli yaşayış evi mövcuddur.İddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi bir mərtəbəli ev İddiaçı xüsusi mülkiyyətində olan həmin 0.015 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ilə məhkəməyə müraciət edərək, 19 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və 19 yanvar 2022-ci il tarixli, A seriyalı 680673 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən xüsus i mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsindən cavabdehlər S.S.S. qızı və Cavabdeh1 məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırlmışdır ki, o, Balakən rayonu H.Əliyev prospektində 0.0150 ha həyətyanı torpaq sahəsi almışdır, həmin torpaq sahəsinin üzərində bir mərtəbəli evi də vardır. Həmin evdə uzun müddət yaşayış olmamış, hərdən o və əri yaşamışlar. X4, keçmiş arvadı S.S.S. qızı və onun anası Cavabdeh1 həmin evdə heç vaxt yaşamamışlar. Lakin oğlu ilə cavabdeh S.S.S. qızı arasında nikah pozulduqdan sonra onlar ona məxsus olan torpaq sahəsinə və evə zorla girmiş və orada yaşamağa başlamışlar. O, onların həmin torpaq sahəsini və evi tərk etmələrini tələb etsə də, onlar könüll ü şəkildə tərk etməkdən imtina etmişlər. Buna görə də Balakən RPŞ-ə müraciət etmişdir. Balakən RPŞnin rəisinin xx.xx.2022-ci il tarixli, 109-169095-3222 nömrəli məktubuna əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehlər ona məxsus olan əmlakı zəbt etməklə, ona maddi və mənəvi ziyan vurmaqda davam edir. Cavabdehlərlə apardığı danışıqlar nəticə vermədiyindən və Balakən RPŞ tərəfindən verilən imtina məktubuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 22 fevral 2023-cü il tarixli, 10/7617 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi ******** **06 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi cavabdehlər S.S.S. qızı və Cavabdeh1 tərəfindən istifadə olunur. İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi cavabdehlər S.S.S. qızı və X5 tərəfindən bütövlükdə istifadə olunur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********06 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqla rı təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsinin hüdudları daxilində bir mərtəbəli yaşayış evi mövcuddur. İddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi bir mərtəbəli ev İddiaçı xüsusi mülkiyyətində olan həmin 0.015 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.

6. Balakən Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(019)98/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim- Zamin Tahirov) iddia təmin edilmiş, 19 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və 19 yanvar 2022-ci il tarixli, A seriyalı 680673 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı xüsusi mülkiyy ətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsindən cavabdehlər S.S.S. qızı və Cavabdeh1 məcburi qaydada çıxarılmaları, iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər S.S.S. qızından və Cavabdeh1 alınaraq, İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 95 manat mütəxəssis xərci cavabdehlər S.S.S. qızından və Cavabdeh1 alınıb İddiaçı verilməsi, iş üzrə 50 manat ekspertiza xərci cavabdehlər S.S.S. qızından və Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsinə qanuns uz sahiblik etməklə və həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə İddiaçı 0.0150 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına əsassız və qanunsuz müdaxilə etməklə, onun mülkiyyət hüquqlarını pozurlar. Ona görə də iddia təmin edilməli, cavabdehlər S.S.S. qızı və Cavabdeh1 qanunsuz istifadə etdikləri, İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsindən çıxarılmalı və bununla da İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu maddələri, Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X10 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsi, “İnsan Hüquqları Bəyannaməsi” nin 18-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 139.3, 140, 146.1, 146.2, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 238.1, 238.2, 238.3, 239.2, 240.1, 240.2, 243.1, 243.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 116.2, 117.1, 118.1, 119.1, 124.1, 14.2, 77.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdehlər apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar mübahisəli torpaq sahəsində 2018-2020-ci illər ərzində fərdi yaşayış evi inşa etmişlər. Torpağın əvvəlki mülkiyyətçisi Elnar Sərkərov həyat yoldaşı ilə aralarında olan mübahisədən istifadə edərək evin yerləşdiyi torpaq sahəsini anası, hazırki iş üzrə iddiaçıya 3000 manata notarial qaydada satmışdır. Cavabdeh2 isə Elnar Sərkərova və İddiaçı qarşı birgə nikah dövründə tikilmiş fərdi yaşayış evinin dəyərinin bölünməsi ilə bağlı məhkəmədə iddia qaldırmış, Balakən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-51/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X8 X11 ilə birgə nikah dövründə inşa etdikləri Balakən şəhəri H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinin dəyəri olan 41850 manatın yarısı məbləğini təşkil edən 20925 manatın X6 alınaraq X8 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bununla belə birinci instansiy a məhkəməsi nəzərə almamışdır ki, istinad etdikləri maddi hüquq normaları ilə iddianın təmin edilməsi üçün iddiaçının mülkiyyətçi olması, cavabdehin əşyaya sahiblik (yaxud maneçilik) etməsi ilə yanaşı, üçüncü bir dispozisiya şərti-cavabdehin sahibliyinin (müdaxiləsinin) qanunsuz olması da müəyyən edilməlidir. Baxılan işdə yuxarıda qeyd edilən hala iş materillarındakı məlumat və sübutlar əsasında lazımi hüquqi qiymət verilməmişdir. Eyni zamanda qeyd etmişdir ki, iş materiallarında olan ekspert və mütəxəssis rəyindən də görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsi demək olar ki, bütövlüklə 1 mərtəbəli 3 otaqlı mətbəx və hamamdan ibarət olan fərdi yaşayış evinin altında yerləşir. 0.0150 ha boş torpaq sahəsi mövcud olmadığı ndan həmin hal da iddianın təmin edilməsini istisna edir. Belə ki, Balakən Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-16(019)-12/2023 nömrəli qərardadına əsasən İddiaçı cavabdehlər S.S.S. qızına və Cavabdeh1 qarşı “19 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və 19 yanvar 2022-ci il tarixli, A seriyalı 680673 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması” tələbinə dair e-2(019)-98/2023 saylı mülki iş üzrə mübahisə mahiyyəti üzrə həll edilənə, qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini alanadək Balakən şəhəri Heydər Əliyev prospekti ndə yerləşən 0.0150 ha torpaq sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququna, İddiaçı torpaq sahəsinə giriş-çıxışına maneçiliyin yaradılması cavabdeh S.S.S. qızına, Cavabdeh1 və başqa şəxslərə qadağan olunması qərara alınmış, lakin Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədinin icrasının mümkün olmaması əsası ilə icra sənədi geri qaytarılmışdır. Belə ki, həmin qərarda da göstərilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsi demək olar ki, bütövlüklə 1 mərtəbəli 3 otaqlı mətbəx və hamamdan ibarət olan fərdi yaşayış evinin altında yerləşir. 0.0150 ha boş torpaq sahəsi aşkar edilmədiyindən icra sənədinin icrası mümkün olmamışdır. Bu hal icra sənədinin icrasını mümkünsüz ed ir. Beləliklə yuxarıda qeyd edilən hallara əsasən cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüququna müdaxilənin qanuni olub-olmamasına qiymət verilməlidir. Balakən rayon məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir.

11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-67/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətn aməsi apellyasiya şikayıtinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 12.Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı X14 cavabdehlər X9, Balakən rayon Notariat Ofisinin xüsusi X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı xx.xx.2021-ci il tarixdə Balakən regional Asan xidmət X2 ilə İddiaçı arasında bağlanmış 4Ə-1551 nömrə ilə qeydə alınmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2022-ci il tarixli İddiaçı adına reyestr nömrəsi **********06 olan qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestr ində qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2(019)771/2023 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. 13.Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsində göstərilən torpaq sahəsinin iddiaçıya məxsus olduğunu və bu torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. İş üzrə torpaq sahəsinin mülkiyyətçisinin ona sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehlərin istifadə hüququna razılıq verməyə borclu olsun. 14.Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyi ilə də təsdiq edilir ki, cavabdehlər S.S.S. qızı və Cavabdeh1 İddiaçı məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 15.Cavabdeh S.S.S. qızı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 16.Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eynilik təşkil etmiş əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi əsassızdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 18.Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövl ət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 19.Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 20.Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 21.Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 22.Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 23.Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 24.Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 25.Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 26.Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 27.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 28.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 29.Maddə 82.Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 30.Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 31.Maddə 111.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 32.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 35.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 36.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 37.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 38.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 39.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır 40.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 41.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 42.Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh S.S.S. qızı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılı r. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 44.Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə əsaslandırılmış qiymət ver ilmişdir. 45.İş üzrə verilmiş rəylə torpaq sahəsinin iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədlərlə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur. Kassasiya şikayəti verən cavabdeh torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədlərə malik deyil, torpaq sahəsindən qanuni əsaslar olmadan istifadə etməsi aşkardır. 46.Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. 47.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 48.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-67/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar