Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2686/2019 18.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, İddiaçı vəkili Vəkil1, 3-cü şəxs X3 və vəkili Vəkil2 iştirakı ilə, 3-cü şəxslər X3 və X7 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(006)4391/18 saylı qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC ilə X7 arasında ünvan 1 fərdi yaşayış evinə dair bağlanmış 25 may 2018ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanda inşa edilən yeni yaşayış binasından 2 otaqlı, sahəsi 60 kv.metrdən az olmayan təmirli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdeh MMC-yə ünvan 1 ünvanda yerləşən mənzilin söküldüyü 29 may 2018-ci il tarixdən həmin ünvanda inşa edilən yaşayış binasından yeni mənzil tam təhvil verilənədək iddiaçı X1 hər ay üçün 400 manat kirayə haqqının verilməsinin həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmşdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 27 dekabr 2018-ci il tarixli, 2(103)13920/2018 saylı qətnaməsi ilə (hakimlər T.Səmədov, İ.Şirinov və E.Kazımov) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(006)- 4391/18 saylı qətnaməsi 3-cü şəxslər X7 və Əliyeva Tamilla Sadətxan qızı tərəfindən verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 3-cü şəxslər X7 və Əliyeva Tamilla Sadətxan qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 27 dekabr 2018-ci il tarixli, 2(103)-13920/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə İddiaçı ünvan 2 ünvanında inşa edilən binada 2 otaqlı, sahəsi 60 kv.metrdən az olmayan təmirli mənzillə təmin edilməsi, İddiaçı mənzilinin söküldüyü 29 may 2018-ci il tarixdən mənzillə təmin olunma tarixinə kimi hər ay üçün 400 manat kirayə haqqı məblə ğinin ödənilməsi və məhv edilmiş mənzilin təmirinə çəkilmiş xərcin əvəzi kimi 25000 manat maddi zərərin və 10000 manat mənəvi zərərin ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC ilə X7 arasında bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MMC-nin üzərinə İddiaçı ünvan 2 ünvanında inşa edilən binada 2 otaqlı, sahəsi 60 kv.metrdən az olmayan təmirli mənzillə təmin edilməsi, İddiaçı mənzilinin söküldüyü 29 may 2018-ci il tarixdən mənzillə təmin olunma tarixinə kimi hər ay üçün 400 manat kirayə haqqı məbləğinin ödənilməsi və məhv edilmiş mənzilin təmirinə çəkilmiş xərcin əvəzi kimi 25000 mana t maddi zərərin və 10000 manat mənəvi zərərin ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 10 avqust 2000-ci il tarixli, 30/330 nömrə ilə reyestr kitabında qeydə alınmış qeydiyyat vəsiqəsinə ünvan 1 küçəsində yerləşən ümumi sahəsi 177,3 kv.metr olan 106 saylı fərdi yaşayış evinin 1/4 hissəsi İddiaçı məxsusdur. Bakı şəhəri 41 saylı Mənzil-Kommunal istismar Sahəsinin 12 yanvar 2013-cü il tarixli, forma 2 saylı arayışına görə İddiaçı və övladı X5 mübahisəli fərdi yaşayış evində qeydiyyatdadırlar. Cavabdeh MMC tərəfindən mənzildə qeydiyyatda olan İddiaçı və övladı X2 fərdi yaşayış evinin sökülməsi, yeri ndə yeni bina tikilməsi və həmin binadan mülkiyyətçiyə yeni mənzil verilməsi təklif edilmiş və mülkiyyətçi bu təkliflə razılaşmışdır. "Cavabdeh" MMC-nin verəcəyi mənzilin 60 kv.m-dən az olmaması nəzərdə tutulmuşdur. Onlar fərdi yaşayış evinin satılmasına və sökülüb yerində yeni hündür mərtəbəli bina tikilməsinə notarial qaydada təsdiqlənmiş ərizə ilə də razılıq vermişlər. Sonradan iddiaçı dəfələrlə şirkətə müraciət edərək mənzillərin verilməsinə dair müqavilə imzalanmasını tələb etsə də, şirkət bundan yayınmışdır. Hazırda iddiaçının sökülmüş mənzilinin yerində cavabdeh "Cavabdeh" MMC tərəfindən tikinti işləri aparılır. Sonradan məlum olmuşdur ki, Cavabdeh MMC qeyd olunan daşınmaz əmlak iddiaçının mülkiyyətində olduğu halda əmlakın gələcək müqəddəratına dair 25 may 2018ci il tarixli, 126 sa ylı müqaviləni həmin əmlakla hər hansı hüquqi bağlılığı olmayan şəxs olan X7 ilə bağlamışdır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: 3-cü şəxslər X7 və X6 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 27 dekabr 2018-ci il tarixli, 2(103)-13920/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: 3-cü şəxs X7 və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə müv afiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı vəkili Vəkil1 kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəfi və tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə müqavilənin etibarsız hesab edilməsinə dair hissədə ləğv edilməli, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarından göründüyü kimi X7 ilə “xxxx” MMC arasında 25 may 2018-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apelyasiya məhkəməsi ona əsaslanmışdır ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2 iyul 2018-ci il qətnaməsi ilə X7, X4 və X6 ünvan 1 fərdi yaşayış evinin İddiaçı məxsus ¼ hissəsinə olan istifadə hüququ itirilmiş hesab edilmişdir. “xxxx” MMC mübahisəli müqavilənin fərdi yaşayış evinə hüququ olmayan şəxslə bağlamışdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. İş materiallarından göründüyü kimi ünvan 1 fərdi yaşayiş evinin ¼ hissəsi iddiaçının, qalan hissəsi isə digər şəxslərin mülkiyyətində olmuşdur. Yaşayış evinin ümumi sahəsi 177,3 kv.m olmuşdur. Cav abdeh X3 İddiaçıa məxsus ¼ hissədə qaydada olması iş materiallarından müəyyən edilmir. X2 177,3 kv.m yaşayış sahəsi olan yaşayış evində qeydiyyatda olmuş, lakin onun evin mülkiyyətçilərindən hansına aid hissədə qeydiyyatda olması iş materiallarından müəyyən edilmir. Belə bir bölgü aparılmamışdır. X3 “xxxx” MMC arasında bağlanmış 25 may 2018-ci il tarixli müqavilədə söküləcək fərdi yaşayış evinin ünvan 3 ünvanında yerləşən “yaşayış hüququ olan” 50 kv.metr hissəsinin əvəzindən X3 gələcəkdə mənzil verilməsini MMC öhdəsinə götürmüşdür. Müqavilədən göründüyü kimi X3 fərdi yaşayış evinə istifadə hüququ olan şəxs kimi müqavilə bağlanmışdır. X3 mülkiyyətçi olaraq deyil, fərdi yaşayış evinə istifadə hüquq olan şəxs kimi müqavilə bağlamışdır. İddiaçı isə iddia tələbində mülkiyyətində olan fərdi yaşa yış evini sökmüş “xxxx” MMC-nin onunla müqavilə bağlamaqdan imtina etməsinə əsaslanmaqla onunla müqavilə bağlanması vəzifəsinin MMC-nin üzərinə qoyulmasını xahiş etmiş və bu tələbi məhkəmə tərəfindən təmin edilmişdir. Yaşayış evinə istifadə hüququ olan X3 onun istifadə hüququnun əvəzindən mənzil verilməsi barədə müqavilə bağlanmasının evin ¼ hissəsinin mülkiyyətçisi İddiaçı hüquqlarına hansı qaydada toxunması iş materiallarından müəyyən edilmir. Məhkəmə İddiaçı X3 bağlanmış 25 may 2018-ci il tarixli müqavilənin etibarsızlığına dair iddia qaldırmağa subyektiv hüququnun olub-olmamasına qiymət verməmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və q anunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhə ti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Apellyasiya Məhkəməsinin iclas protokolundan göründüyü kimi X3 izahatında Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2 iyul 2018-ci il tarixli qətnaməsinin Bakı Apellyasiya Məhkəməsi MK-nın 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ləğv edilməsini, onların ünvan 1evə istifadə hüququnun itirilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarıldığını bildirmişdir. 27 dekabr 2018-ci il tarixdə apelyasiya şikayətinə baxan apelyasiya məhkəməsi işin göstərilən halını nəzərə almamış, yenə də X3in mübahisəli evə istifadə hüqu qunun itirilməsi barədə apelyasiya məhkəməsi tərəfindən ləğv olunmuş qətnaməyə istinad etmişdir. Bununla da məhkəmə iş üçün əhəmiyyət kəsb edən sübutları obyektiv qiymətləndirməmiş, MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, X3 bağlanmış müqaviləni mübahisələndirmək Cavabdeh MMC-nin səlahiyyətinə aid olumuş, lakin MMC belə bir tələblə müraciət etməmişdir. Ona görə də qətnamə müqavilənin etibarsız hesab edilməsinə dair hissədə ləğv edilməklə yeni apelyasiya baxışına göndərilməlidir. Kassasiya şikayəti həmin hissədə qismən təmin edilməlidir. Kollegiya hesab edir ki, qətnamənin iddiaçı ilə müqavilə bağlanmasının Cavabdeh MMC-nin üzərinə qoyulması, MMC-dən evin söküldüyü tarixdən mənzil verilənə kimi İddiaçı aylıq 400 manat kirayə haqqı verilməsinə dair his sədə iddianın təmin olunması X3in hüquqlarına toxunmadığından, hüquqlarına toxunan, üzərinə vəzifə qoyulmuş Cavabdeh MMC qətnamədən şikayət vermədiyindən qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə baxılan zaman prosessual qanunvericiliyin tələbləri pozulduğundan Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən qətnamə müqavilənin etibarsız hesab edilməsinə dair hissədə ləğv olunmaqla yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən göstərilən qanun pozuntuları aradan qaldırılmalı, iddiaçının X3 bağlanmış müqavilənin etibarsız hesab olunmasına dair iddia qaldırmağa subyektiv hüququnun olub-olmaması araşdırılmalı, X3in mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab olunm asına dair qanuni qüvvəyə minmiş qətnamə olmaması nəzərə alınmaqla mübahisəyə nəticə verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X3 və X7 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh MMC ilə X7 arasında bağlanmış 25 may 2018-ci il tarixli müqavilənin etibarsız hesab olunmasına dair hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-2686/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2686/2019
18.04.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver