Məhkəmə qərarları › İş №2(102)-4233/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4233/2023

21.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4233/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətin naturada bölünməsi və əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin naturada bölünməsi və əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1029/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılə Cavabdeh 05 dekabr 2004-cü ildə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Vəliyeva” soyadı verilmişdir.

2. Tərəflərin nikahı müddətində Abşeron rayonun Fatmayı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid ümumi sahəsi 0,08 ha olan həyətyanı torpaq sahəsi əldə olunmuş, torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20 fevral 2013-cü ildə VCavabdeh adına qeydə alınmışdır.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(011)4867/2019 saylı qətnaməsi ilə İddiaçı ilə VCavabdeh arasında bağla nmış nikah pozulmuş, boşanmadan sonra 16 sentyabr 2005-ci il təvəllüdlü Aysel, 09 mart 2009-cu il təvəllüdlü Xatirə və 06 mart 2012-ci il təvəllüdlü İskəndər adlı uşaqlar anaları VCavabdeh yanında saxlanılmışdır.

4. İddiaçı bundan əvvəl VCavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan və Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin ərazisində yerləşən 0,08 ha torpaq sahəsini və üzərindəki fərdi yaşayış evinin, habelə formal olaraq X2 adına rəsmləşdirilmiş 2017-ci il buraxılışlı “KİA-RİO” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi tanıyaraq, tərəflər arasında bərabər paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Həmçinin VCavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, ilk iddianın rədd edilməsini və birgə nikah dövründə əldə edilmiş “Mercedes B klass” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobildə tərəflərin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin 2(012)-3825/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, VCavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsində (reyestr nömrəsi: **********11) İddiaçı payı 1/2 (ikidə bir) hissədə və VCavabdeh payının 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tamamilə təmin edilməməsi qət edilmişdir.

7. Abşeron rayonu, Fatmayı kəndi ərazisində olan 0,08 ha torpaq sahəsinin ½ hissəs i üzərində İddiaçı, ½ hissəsi üzərində isə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə qeydə alınmış, AA 604829 saylı, xx.xx.2021ci il tarixli plan və ölçüsü tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 1/2 hissədə paylı mülkiyyətçisi olduğu Abşeron rayonu Fatmayı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin naturada bölünməsi, natura qaydasında bölünməsi mümkün olmadıqda mübahisəli əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin onun payına mütənasib şəkildə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, birgə nikah döv ründə əldə etdikləri Abşeron rayonu, Fatmayı kəndi ərazisində olan 0,08 ha torpaq sahəsi hər birinə ½ hissə müəyyən edilməklə bölünmüşdür. Bu torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmişlər və əvvəllər o da ailəsi ilə birlikdə bu evdə yaşamışdır. Lakin ev inşa olunduqdan sonra sənədləşdirmə işləri tamamlanmamışdır. Hazırda isə Cavabdeh ½ hissədə xüsusi mülkiyyətində olan torpaq sahəsindən (həmçinin evdən) istifadəyə mane olur. Ona görə də mübahisəli əmlakın naturada bölünməsi və bu mümkün olmadıqda isə açıq hərrac vasitəsi ilə satılaraq hərracdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə ödənilməsi zərurəti yaranmışdır.

10. Məhkəmə torpaq sahəsinin naturada bölünməsinin mümkünlüyünü müəyyən etmək üçün ekspertiza təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4961 saylı rəyi ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin və köməkçi tikililərin olduğu və bölgü zamanı tikililərin payçılardan birinin sahəsinə düşəcəyi nəzərə alındıqda torpaq sahəsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq İddiaçı və Cavabdeh paylarına düşən ½ hissəsinin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.

11. Məhkəmə tərəfindən torpaq sahəsinin və üzərində yerləşən evin qiymətinin müəyyən olunması üçün ekspertiza təyin olunmuşdur və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4757, 9/5241 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 180.000 manat, likvid dəyəri təqribən 144.000 manat məbləğində müəyyən edilir.

12. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(012)-55/2023 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilərək, birgə nikah zamanı əldə edilmiş Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********11) açıq hərraca çıxarılaraq satılması, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********11) açıq hərracda satışından əldə edilən vəsaitin İddiaçı və Cavabdeh arasında bərabər surətdə bölüşdürülməsi, iddia əriz əsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspert tədqiqatları üçün tələb olunan cəmi 200 manat pulun 100 manat hissəsinin İddiaçı, 100 manat hissəsinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli əmlak hazırda yalnız Cavabdeh faktiki istifadəsindədir. Tərəflərin paylı mülkiyyətində olan bu əmlakın paylara uyğun naturada bölünməsi isə mümkün deyildir.

14. Məhkəmə əmlaka dair kompensasiya məbləğləri ilə bağlı araşdırma aparmış və mütəxəssis rəyi ilə mübahisəli əmlakın dəyəri müəyyən edilmişdir. Bununla belə, kompensasiya yolu ilə mübahisəyə son verilməsinə tərə flər razı olmamışlar. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, mübahisəli əmlak açıq hərracdan satılmalı və əldə edilmiş vəsait tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.

15. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Məhkəmənin qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir.

16. Məhkəmə hesab etmişdir ki, ekspert tədqiqatları üçün tələb olunan cəmi 200 (100+100) manat pulun yarısı İddiaçı, yarısı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmi ş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 220-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

19. Apellyasiya şikayətində göstərilmişdir ki, Mülki Məcəllənin 220.3-cü maddəsində göstərilir ki, əgər natura şəkilində əşyanın bölünməsi mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İddiaçı tərəfindən verilən iddia ərizəsində və ya Abşeron Rayon Məhkəməsində araşdırma zamanı qeyd olunan mülkiyyət payının cava bdeh tərəfindən ödənilməsi barədə hər hansı bir təklif gəlməmişdir. Mülki Məcəllədə hər bir vətəndaşın mülkiyyət hüquqları qorunur və bu tip işlərdə əgər əşyanın naturada bölünməsi mümkün deyilsə, ilkin olaraq əşyanın ümümi qiyməti müəyyən olunmalıdır, sonra isə qeyd olunan əşyanın iddiaçının payına uyğun olaraq hüququ var ki, payının ödənilməsini cavabdehdən tələb etsin, cavabdeh payın dəyərinin ödənilməsindən imtina edəndən sonra əşyanın hərraca çıxarılması mümkündür. Nə iddia tələbində, nə də Abşeron Rayon Məhkəməsində araşdırma zamanı iddiaçı tərəfindən belə bir təklif cavabdehə rəsmi qaydada təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, “Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməs indən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan i mtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.” Məhkəmə tərəfindən Konstitusiya Məhkəməsinin bu Qərarına riyaət edilməməsi, cavabdehin mülkiyyət hüquqlarının pozulması deməkdir. Belə ki, yalnız cavabdeh tərəfindən iddiaçıya məxsus olan payın alınmasından imtina etdiyi təqdirdə, əmlak hərraca çıxarıla bilər, lakin məhkəmə tərəfindən nə torpaq sahəsinin qiymətləndirilməsi aparılmamışdır, nə də iddiaçı tərəfindən cavabdehə payın alınması ilə bağlı rəsmi qaydada təklifi olub-olmaması müəyyən edilməmişdir. İş materiallarında olan ekspertin rəyi, torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı deyil, qeyd olunan rəydə iddia predmeti olmayan to rpaq sahəsi üzərində fərdi yaşayış evinin qiymətləndirilməsidir.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1029/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, ilk öncə məhkəmə kollegiyası qeyd etmişdir ki, mənzilin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənmə sini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.

22. Ayrılan mülkiyyətçinin öz payının paylı mülkiyyətinin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etməsi ilə bağlı cavabdehə müraciət edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayr ılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir və birinci instansiya məhkəməsinin iclas protokollarından görünür ki, tərəflər arasında bununla əlaqədar razılıq əldə edilməmişdir və cavabdeh tərəf də bu faktı təsdiq etmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Tərəflərin paylı mülkiyyətində olan mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin onlar arasında paylarına uyğun bölünməsi tələbi, bu növ iddialar üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun mərhələlərin keçilməsinə riayət olunduğundan əsaslıdır.

24. Mübahisəli torpaq sahəsi iddiaçı və cavabdehin hər birinin ½ hissədə payı olmaqla ümumi paylı mülkiyyətdədir. Əmlakın naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Tərəflər paylı mülkiyyətdən istifadə edilməsi ilə əlaqədar razılığa gələ bilmirlər.

25. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi üzərindəki tikililər tərəflərin adına dövlət reyestrində qeydiyyata alınmamışdır.

26. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi birgə nikah zamanı əldə edilmiş Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin açıq hərraca çıxarılaraq satılması, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin açıq hərracda satışından əldə edilən vəsaitin İddiaçı və Cavabdeh arasında bərabər surətdə bölüşdürülməsi barədə düzgün nəticəyə gəlmişdir.

27. Torpaq sahəsinin qiymətinin müəyyən edilməməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilikdə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı norma nəzərdə tutulmuşdur. Hazırkı mübahisənin predmetini təşkil edən torpaq sahəsi isə ipoteka predmeti deyildir.

28. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericilikdə ümumi paylı mülkiyyətin hərracdan satılmasına dair mübahisələrə baxarkən məhkəmə qətnaməsində ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmadığından torpaq sahəsinin qiymətinin müəyyən edilməsinə əsas yoxdur və apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu halda mübahisəli torpaq sahəsinin satış dəyərinin müəyyən edilməsi kimi tədbirlər qətnamənin icrası zamanı həll edilən məsələdir.

30. Torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qiymətləndirmə ilə bağlı ekspertiza təyin etsə də, işdən görünür ki, məhkəmə qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmamış və qiymətləndirilmə ilə bağlı qətnamənin nəticə hissəsində hər hansı qeyd etməmişdir.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və proses sual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilən iddia ərizəsində və ya Abşeron Rayon Məhkəməsində araşdırma zamanı qeyd olunan mülkiyyət payının cavabdeh tərəfindən ödənilməsi barədə hər hansı bir təklif gəlməmişdir.

34. Kassator hesab etmişdir ki, Abşeron Rayon Məhkəməsi və Sumqayıt Apellyasiya Məh kəməsi tərəfindən Mülki Məcəllənin 220.3, 220.4-cü maddələrinin tələbləri kobud surətdə pozulmuş, faktiki olaraq cavabdehin mülkiyyət hüquqları pozulmaqla, cavabdehə qeyd olunan iddiaçının payını almağa belə hüquq verilmədən birbaşa hərracın keçirilməsi barədə qətnamə çıxarılmışdır.

35. Kassator hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumun Qərarına riayət edilməməsi faktiki olaraq cavabdehin mülkiyyət hüquqlarının pozulması deməkdir, belə ki, yalnız cavabdeh tərəfindən iddiaçıya məxsus olan payın alınmasından imtina etdiyi təqdirdə, əmlak hərraca çıxarıla bilər, lakin birinci instansiya məhkəməsi nə torpaq sahəsinin qiymətləndirilməsini aparmamış, nədə iddiaçı tərəfindən cavabdehə payın alınması ilə bağlı rəsmi qaydada təklifi olub-olmamasını müəyyən etməmişdir.

36. Həmçinin kassator qeyd etmişdir ki, hakim tərəfindən təyin edilmiş ekspertiza nəticəsində, iddianın predmeti olmayan torpaq sahəsinin üzərində tikilmiş, lakin heç bir sənədi olmayan fərdi ev qiymətləndirilmişdir. Burda iki sual yaranır, mülki işdə iddia predmeti olan torpaq sahəsi ola ola, niyə fərdi ev qiymətləndirilir və qeyd olunan torpaq sahəsi hərraca cıxarılsa torpaq sahəsinin üzərində olan fərdi yaşayış evin aqibəti necə olmalıdır. Hakim ekspertizanı təyin etdi nəticələrini əldə etdi, lakin ekspertizada qeyd olunan məbləğ barədə, torpağın yerinə evin qiymətləndirilməsi barədə və ev hərracdan satıldığı halda sərancam əsasında ev tikilməsinə cavabdehin evinin necə olacağı barədə araşdırma aparmamışdır. b) Kassasiya şi kayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

38. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

39. Maddə 29 (hissə İ). Hər kəsin mülkiyyət hüququ vardır.

40. Maddə 29 (hissə İİ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsas ən onlar arasında bölünə bilər. Maddə 220.2 paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

43. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

44. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

45. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüş dürülməsi haqqında qərar qəbul edə bilər.

46. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli dir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qar şılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməs inə göndərə bilər. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayəti qətnamənin tam yoxlanılmasını ehtiva edir və apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası aşağı dakılara əsasən hesab edir ki, apelyaiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhvə yol verdiyinə görə qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

59. Belə ki, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan və məhkəmələr tərəfindən müəyyən olunmuş hallar bu qərarın 1-7-ci paraqraflarında əksini tapmışdır.

60. Tərəflər arasında yaranmış mübahisənin maddi hüquqi əsasını Mülki Məcəllənin 220.4 və 220.6-cı maddələri təşkil edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsi əmlakın bölünməsi və ayrılması üzrə müxtəlif hallarda tənzimləməni müəyyən edir.

61. Umumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul k ompensasiyasının (dəyərinin) ödənilməsi.

62. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir.

63. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrı lan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi).

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, «Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadı ğı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.»

65. Baxılan işdə də bu qaydaya riayət olunması zəruridir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının torpaq sahəsindən düşən payının dəyərini cavabdehdən tələb etməsini araşdıraraq qeyd etmişdir ki, “Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir və birinci instansiya məhkəməsinin iclas protokollarından görünür ki, tərəflər arasında bununla əlaqədar razılıq əldə edilməmişdir və cavabdeh tərəf də bu faktı təsdiq etmişdir”.

66. Apelyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, “mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Tərəflərin paylı mülkiyyətində olan mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin onlar arasında paylarına uyğun bölü nməsi tələbi, bu növ iddialar üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun mərhələlərin keçilməsinə riayət olunduğundan əsaslıdır”.

67. Əvvəla nəzərə alınmalıdır ki, apelyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 220.4-cü maddəsini tətbiq etməsi əsaslandırılmayıb.

68. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsinin yolverilməzliyindən bəhs olunur.

69. Yəni ümumi əmlakdan əvvəlki qaydada istifadə etməkdə davam etmək istəyən və ya naturada pay almaq istəyən mülkiyyətçiyə, digər mülkiyyətçi kompensasiya ödənilməklə öz payından imtina etməyi tələb edə bilməz (220.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla). Bu yalnız birgə mülkiyyətçinin razılığı ilə ola bilər. Bu vəziyyət isə Mülki Məcəllənin 220.1-ci maddəsi ilə tənzimlənir.

70. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməyibsə, həmçinin öz payının naturada ayrılmasını tələb etməsinə baxmayaraq, payın naturada ayrılması mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib s urətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Bu qayda Mülki Məcəllənin 220.3 və 220.6-cı maddələrində müəyyən olunub.

71. Hazırda baxılan işdə də iddiaçının tələbi məhz Mülki Məcəllənin 220.4 və 220.6cı maddələrində müəyyən olunan qaydada həyata keçirilməlidir.

72. Lakin istər birinci instansiya, istərsə də apelyasiya instansiyası məhkəməsinin icraatında nə iddiaçının izahatında, nə də cavabdeh tərəfin verdiyi izahatlarda cavabdehə torpaq sahəsinə görə kompensasiya verilməsi barədə təklif verilməsi əksini tapmayıb. Cavabdehin yazılı müraciətlərindən də bu hal müəyyən edilmir.

73. Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin torpaq sahəsinin deyil, iddianın predmetini təşkil etməyən evlə birlikdə torpağın qiymətləndirildiyini bildirmişdir. Başqa sözlə, cavabdeh t orpaq sahəsindən iddiaçıya düşən paya görə ödənilməli olan məbləğ barədə qəti bilgiyə malik deyil. Apelyasiya instansiyası məhkəməsi torpaq sahəsini qiymətləndirilmədiyi barədə dəlilinə belə qiymət verib ki, “qanunvericilikdə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı norma nəzərdə tutulmuşdur. Hazırkı mübahisənin predmetini təşkil edən torpaq sahəsi isə ipoteka predmeti deyildir.... Qanunvericilikdə ümumi paylı mülkiyyətin hərracdan satılmasına dair mübahisələrə baxarkən məhkəmə qətnaməsində ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmadığından torpaq sahəsinin qiymətinin müəyyən edilməsinə əsas yoxdur və apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır”.

74. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehinin bu dəlilinin araşdırılması üçün məhkəmə onunla müzakirə edərək, torpaq sahəsinin qiymətinin müəyyən olunmasında məqsədinin nədən ibarət olması, dəyəri bəlli olduqdan sonra iddiaçıya düşən payın ödənilməsi niyyətində olub-olmamasını müəyyən etməli idi. Çünki cavabdeh apelyasiya şikayətində qeyd etmişdi ki, “Yalnız cavabdeh tərəfindən iddiaçıya məxsus olan payın alınmasından imtina etdiyi təqdirdə, əmlak hərraca çıxarıla bilər, lakin məhkəmə tərəfindən nə torpaq sahəsinin qiymətləndirilməsi aparılmamışdır, nə də iddiaçı tərəfindən cavabdehə payın alınması ilə bağlı rəsmi qaydada təklifi olub-olmaması müəyyən edilməmişdir”.

75. Cavabdehin bu dəlili ilk baxışda o nəticəyə gəlməyə imkan verir ki, cavabdeh torpağın qiymətinin ödənilməsi ilə bağlı razılaşma üçün torpağın qiymət inin müəyyən olunmasını zəruri bilib. Cavabdehin bu dəlili, torpağın hərracda ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə irəli sürməsi barədə nəticəyə gəlmək çətindir. Buna görə də işə baxmış məhkəmə qiymətin müəyyən edilməsində cavabdehin niyyətinin nəyə yönəldiyini onunla müzakirə edib müəyyən etməli idi.

76. Baxılan işdə iddiaçı cavabdehə kompensasiya təklif etməsini təsdiq edən sübut təqdim etməli idi. İddiaçı iddia ərizəsində bu iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək cavabdehə kompensasiya verilməsini təklif etdiyini konkret olaraq qeyd etməmişdir. Bu həm də mümkün deyildi, çünki iddiaçı iddia ərizəsində ilkin olaraq torpaq sahəsinin naturada bölünməsini, bu mümkün olmadığı halda torpağın satılmasını tələb etmişdi. Deməli, iddiaçının iddia ərizəsi üzrə məhkəmə icraat ında ilk növbədə torpaq sahəsinin naturada bölünməsinin mümkünlüyü araşdırılmalı, bölünməsi mümkün olmadığı müəyyən edildikdən sonra satılması üçün Mülki Məcəllənin 220.3-cü maddəsində müəyyən olunmuş digər əsasların olması araşdırılmalı idi. Başqa sözlə, ayrılan mülkiyyətçi olaraq iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsini tələb etməsi məhkəmə icraatında irəli sürülə bilərdi. Lakin iş materiallarından bu cür təklifin verilməsi müəyyən olunmur. Məhkəmə iclas protokollarında “Sədrlik edən tərəflər arasında razılıq aldı edilib edilməməsi barədə tərəflərin fikrini aydınlaşdırır” kimi edilmiş qeydlər, habelə tərəflərin verdiyi cavablar və izahatların məzmunu, ayrılan mülkiyyətçi olaraq iddiaçının öz payının dəyərinin paylı mü lkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsini tələb etdiyi barədə nəticəyə gəlməyə imkan vermir.

77. Göründüyü kimi cavabdehə torpaq sahəsinə görə kompensasiya verilməsi barədə təklif olunması tam araşdırılmamışdır. Bu halda torpaq sahəsinin satılması tələbinin təmin olunması, Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbinə ziddir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və yenidən baxılması üçün göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən, iddiaçının torpaq sahəsinə görə ona kompensasiya verilməsini təklif edib etməməsini dəqiq müəyyən etməli, əgər kompensasiya barədə təklif olmuşsa, onun məzmunu araşdırılmalıdr.

78. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

79. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1029/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar