Məhkəmə qərarları › İş №2(102)-269/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-269/2022

14.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-269/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlərNiftaliyeva Qətibə Şamşəddin qızı və Cavabdeh2 qarşı İddiaçı Niftaliyeva Qətibə Şamşəddin qızının cavabdeh İddiaçı qarşı üzrə QƏRARİ iş № 2(102)-269/22 (Açar sözlər: mənzildən çıxarılma və köçürülmə, vəsiyyətnamənin etibarsız hesab edilməsi) Bakı şəhəri, 14 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, cavabdeh Niftaliyeva Qətibə Şamşəddin qızının, onun vəkili və nümayəndəsi Vəkil2 qzının iştirakı ilə, İddiaçı cavabdehlər Niftaliyeva Qətibə Şamşəddin qızı və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və köçürülmə” tələbinə dair ilk, Niftaliyeva Qətibə Şamşəddin qızının İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1577/2021 nömrəli, 17 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Niftaliyeva Qətibə Şamşəddin qızının verdiyi kassasiya şikayətinə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, Corat Bağlar ərazisində yerləşən 2549F saylı ev X1 mülkiyyətində olub. İddiaçı həmin evdə kirayədə yaşay ıb. 10 yanvar 2017-ci ildə X3 həmin evi iddiaçıya vəsiyyət edib.

2. Cavabdeh Niftaliyeva Qətibə Şamşəddin qızı vəsiyyət edən X1 doğma bacısıdır.

3. Vəsiyyət edən X3 21 avqust 2020-ci il tarixdə ölmüşdür.

4. Mübahisə miras əmlak və vəsiyyətnamə ilə bağlı yaranmışdır. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Niftaliyeva Qətibə Şamşəddin qızı və Cavabdeh2 Sumqayıt şəhəri, Corat Bağlar ərazisində yerləşən 2549F saylı evdən çıxarılmaları və onun həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını etmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, Sumqayıt şəhəri, Corat Bağlar ərazisində yerləşən 2549F saylı ev vərəsəlik qaydasında, vəsiyyətnamə üzrə iddiaçıya məxsusdur, iddiaçı potensial mülkiyyətçidir. İllərd ir ki, iddiaçı faktiki olaraq yoldaşı və qızı ilə birlikdə bu evdə yaşayır.

7. Evin mülkiyyətçisi, vəsiyyət edən şəxs X3 21 avqust 2020-ci il tarixdə saat 23:30da X18 Xəstəxanasında ölmüşdür. Vəsiyyət edən şəxs öləndən bəri cavabdehlər iddiaçını və ailəsini evə qoymurlar, evə gedəndə onları evdən qovurlar və onlar cavabdehlə bacara bilmirlər.

8. Özünü Mahirə kimi təqdim edən həmin şəxs iddiaçını qonşuların içində təhqir edir və s. yollarla onların evə girməyinə maneçilik törədir.

9. İddiaçının qeydiyyatı da həmin evədir, bütün əşyaları, mebelləri və geyim əşyaları və s. hamısı bu evdə qalıb.

10. Cavabdehlər heç vaxt bu evdə yaşamamışlar və bu evə heç bir qeydiyyatları da yoxdur.

11. İddiaçının başqa qalacaq yeri də yoxdur. Günlərdir ki, küçələrdə qalmaq məcburiyyətindədirlər. Polisə bu bar ədə müraciət etsələr də, mülki qaydada baxılmalı olduğundan məhkəməyə iddia ilə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Mənzil cavabdehlər tərəfindən qanunsuz şəkildə zəbt edilmişdir və iddiaçının həmin evdən istifadə hüququ da var və iddiaçı ora köçürülməlidir. İddiaçı potensial mülkiyyətçi və illərdir ki, həmin ünvanda qeydiyyatda olan və yaşayan şəxsdir. Evlə bağlı çıxarışı olmasa da, evə dair vəsiyyətnaməsi mövcuddur.

13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 152, 157.2, 157.8, 1178 və 1193-cü maddələrinə istinad etmişdir.

14. Niftaliyeva Qətibə Şamşəddin qızı da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Corat bağlar sahəsində yerləşən 2549F saylı bağ evinə dair cavabdeh İddiaçı adına mərhum bacısı X5 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Sumqayıt şəhər Dövlət Notariat Kontoru qarşılıqlı iddia üzrə üçüncü şəxs qismində qoyulmuşdur.

16. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən mübahisəli torpaq sahəsini iddiaçının mərhum anası almış, lakin bacısı Baxtıgül inad etdiyi üçün sonuncunun adına rəsmiləşdirmişdir. Bacısı anası ilə bu evdə yaşamışdır. Bacısı həmişə psixoloji problemlərdən əziyyət çəkmiş, normal dərketmə və fikir yürütmə qabiliyyəti olmamışdır. Məhz bu səbəbdən də bacısı həmişə aldadılmaya meyllli olmuşdur. Belə ki, bacısı bir dəfə də 26 may 2014-cü il tarixdə ömürlük renta müqaviləsinə əsasən qeyd edilən evi X11 adına rəsmiləşdirmiş, lakin 28 noyabr 2014-cü ildə onlar bundan xəbər tutan kimi müraciət edərək həmin müqaviləni ləğv etdirmişlər.

17. Mərhum bacısının bir daha belə aldadılmaması üçün iddiaçı mütəmadi olaraq onu nəzarətdə saxlamışdır. Hazırda iddia qaldıran şəxs İddiaçı bu evə kirayəçi kimi daxil olmuş və yaşamışdır. Lakin cavabdeh onların xəbərləri olmadan bacısının psixi xəstəlikdən əziyyət çəkməsindən istifadə edərək, onu notariat kontoruna aparmaqla ondan öz adına vəsiyyətnamə almışdır. Belə bir vəsiyyətnamənin verildiyini iddiaçı hazırki iddia ərizəsinin surətini alan vaxt bilmişdir. İddiaçının bacısı imzaladığı sənədin mahiyyətini başa düşmək iqtidarında olmamışdır, o, sağlığında dəfələrlə yaşadığı psixoloji problemlərlə bağlı müalicələr almış və onun xəstə olduğunu bütün ətraf qohum-qonşular da təsdiq edə bilər.

18. İddiaçı həmişə bacısının yanında olmuş və bacısı bir dəfə də olsun iddiaçıya deməmişdir ki, kiməsə belə bir vəsiyyətnamə verib. Qarşı tərəf həmin vəsiyyətnaməni aldıqdan sonra bunu onlardan gizlətmiş və bacısının ölümündən sonra evin ona vəsiyyət edilməsini irəli sürərək bu iddianı qaldırmışdır.

19. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337 və 339-cu maddələrinə istinad edilib.

20. Qarşılıqlı cavabdehin (iddiaçının) nümayəndəsi və vəkili qarşılıqlı iddia tələbinə yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - vəsiyyətnaməni verən şəxs kifayət qədər ağlı yerində olan, öz hərəkətlərinin mənasını başa düşən şəxs olmuşdur. Bu faktı sübut edən Sumqayıt 3 nömrəli şəhər poliklinikasının Baş həkimi tərəfindən vəkil sorğusuna gələn cavab məktubundan da görünür ki, X4 poliklinikanın psixiatr kabinetində dispanser qeydiyyatında yoxdur. Belə bir qeydiyyatı olmayan, bir dəfə də olsun belə bir xəstəliyi olmamış şəxs necə ola bilər ki anlaqlı olmasın. Buna görə də vəsiyyət edənin həmişə psixoloji problemlərdən əziyyət çəkməsi, normal dərketmə və fikir yürütmə qabiliyyətinin olmamasə barədə dəlillər əsassızdır; - bundan başqa, qarşılıqlı iddiada qeyd edilib ki, bacısı aldadılmaya meyilli olmuşdur. Bir dəfə də renta müqaviləsinə əsasən qeyd edilnən evi başqa bir şəxsin adına rəsmiləşdirmiş, lakin 28 noyabr 2014-cü ildə cavabdehlər bundan xəbər tutan kimi müraciət edərək müqaviləni ləğv elətdirmişlər. Bütün bunlardan açıq-aydın görünür ki, bacısı və digər qohumları tərəfindən baxılmayan, qulluğa, yaxınlığa ehtiyacı olan bir qadın, ona bir doğması qədər qayğı göstərən, onun səhhətinin qeydinə qalan şəxslərə öz evini eti bar etmiş və öləcəyi təqdirdə ona vəsiyyət etmişdir ki, onun mülkiyyətinə keçsin; - sual yaranır ki, bu müqavilədən qarşı tərəf necə xəbər tutmuş və nə üçün bu günə qədər, bu 6 ildə bir dəfə də olsun bu vəsiyyətnamədən də xəbər tuta bilməmişlər; - qarşılıqlı ddiada qeyd olunur ki, belə aldadılma yaşamaması üçün iddiaçı bacısını mütəmadi nəzarətdə saxlamışdır. Mütəmadi olaraq nəzarətdə saxlanan şəxs necə ola bilər ki, bir dəfə də olsun, vəsiyyətnamədən söhbət açmamış, gələn kirayəçilərin ondan istifadə etdiklərini, ona hansısa təsirlərin edildiyini doğma bacısına deməmişdir; - notariat kontoru Asan xidmətdə yerləşir. Qanunvericilikdən də bəlli olduğu kimi vəsiyətnamə tərtib edilərkən iki şahidin iştirakından mütləq şəkildə istifadə edilir. Fəaliyyət qabiliyyəti olub-olmadığı yoxlanılır, hət ta şahidlər belə faəliyyət qabiliyyətli şəxslər olmalıdır ki, bu vəsiyyətnamə tərtib edilsin; - ölən şəxs təkcə vəsiyyətnamə verməmişdir, hətta iddiaçı və onun qızını da həmin ünvana qeydiyyata salmışdır. Bu da o deməkdir ki, şəxs düşünülmüş şəkildə bir neçə dəfə evlə bağlı öz iradəsini sərbəst şəkildə ifadə etmişdir. Orada həqiqətən də bir zorakılıq və yaxud da aldadılma vardısa, niyə bu 6 ildə bir dəfə də olsun üzə çıxmamışdır, doğma bacısının bundan bir dəfə də olsun xəbəri olmamışdır; - bir neçə dəfə hansısa müqavilə bağlandığını bilirdisə, bacısının aldadılmağa meyilli olduğunu, əqli qüsurları olduğunu bilirdisə, qarşılıqlı iddiaçı niyə bu 6 ildə bir dəfə də olsun xəstəliyi ilə bağlı, üzərində qəyyum təyin edilməsi üçün müraciət etməmiş, niyə bacısını belə başsız, yad şəxslərin əlin də buraxmışdır.

21. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-550/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, cavabdehlər Niftaliyeva Qətibə Şamşəddin qızı və Cavabdeh2 Sumqayıt şəhəri, Corat Bağlar ərazisində yerləşən 2549F saylı evdən çıxarılmaları və İddiaçı həmin evə köçürülməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. (hakim Rəşad Qoşqarlı)

22. Birinci instansiya məhkəməsi işdəki sübutlara, o cümlədən şahid ifadələrinə əsasən ilk iddia üzrə qeyd edib ki, İddiaçı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2549F saylı bağ evini vəsiyyətnamə əsasında əldə etmişdir. İlkin iddia tələbi üzrə cavabdehlər iddiaçını mənzildən çıxarmışlar. Başqa sözlə iddiaçı könüllü surətdə daimi yaşamaq üçün başqa yaşayış yerinə getməmiş, mübahisəli mənzildən məcbu ri qaydada çıxarılmışdır. Buna görə də, iddiaçının pozulmuş hüquqları bərpa edilməli və o, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2549F saylı evə köçürülməlidir.

23. Həmçinin mübahisəli mənzil vəsiyyətnamə əsasında ilk iddiaçıya məxsusdur. Hazırda iddiaçı cavabdehlərin vəsiyyətnamə əsasında ona məxsus olan evdən çıxarılmasını tələb edir. Cavabdehin mübahisəli evdən istifadə etməsi hər hansı qanuni əsasa söykənmir. Yəni, onun mübahisəli evə hər hansı hüququ mövcud deyildir. Bu səbəbdən cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdır.

24. Qarşılıqlı iddia üzrə birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, qarşılıqlı iddiaçı Niftaliyeva Qətibə Şamşəddin qızı bacısı X2 psixoloji problemlərdən əziyyət çəkdiyini, normal dərketmə və fikir yürütmə qabiliyyətinin olmadığını qeyd etsə də, i ş materiallarına əlavə edilmiş həkim arayışlarının surətlərinə əsasən B.Niftaliyeva heç bir poliknikada qeydiyyatda olmamışdır. Belə olan halda, mübahisəli bağ evinə dair Baxtigül Niftaliyeva mülkiyyətində olan evi İddiaçı vəsiyyət edərkən anlaqlı vəziyyətdə olduğuna görə həmin vəsiyyətnamənin etibarsızlığına heç bir əsas yoxdur.

25. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 324.1-324.6, 325.1, 325.3, 327, 329.1, 331.1, 331.2, 334.1, 337.1-337.5, 339, 340, 351.1, 354.1, 354.2, 1133.1, 1133.2, 1145, 1166, 1167, 1179, 1220.0.1-1220.0.3, 1223.2, 1225.1, 1225.2, 1225.3-cü, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Cavabdeh (qarşılıqlı iddiaçı) Q.Niftalıyev apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə araşdırması zamanı məhkəməyə şahid kimi dəvət edilmiş X9, X12 və X13 məhkəməyə verdikləri izahatlarında mərhum bacısı Baxtıgülün iddiaçı və onun öz «həyat yoldaşı» kimi təqdim etdiyi şəxs tərəfindən təzyiqlərə məruz qaldığını, daima həmin evdə dava-dalaş olduğunu, hətta ölümündən qabaq mərhum qadının onun yanına gələrək bələdiyyənin və sahə müvəkkilinin nömrəsini soruşduğu, bacısına daima onun yemək daşıdığını, bacısının bütün dəfn, hüzr mərasimlərinin o və oğlu tərəfdən təşkil edildiyini, Baxtıgülün özünü normal aparmadığını, qeyri-adi hərəkətlərə yol verdiyini, onu rahatlıqla aldatmağın mümkün olduğunu və kirayəçi kimi evə bura xdığı şəxslər tərəfindən qapalı halda saxlanıldığını, həmin evdən daima ağlaşma, hay-küy, dava-dalaş səslərinin gəldiyini bildirmişlər. Bütün bu hallar mərhum Baxtıgül tərəfindən verilmiş vəsiyyətnamənin qanuniliyini şübhə altına aldığı halda, məhkəmə bu hallara əhəmiyyət verməmiş, qarşı tərəfi haqlı çıxartmışdır; - mərhum Baxtıgülün psixiatrik xəstəxanada qeydiyyatda olmamasına baxmayaraq o qeyri-rəsmi olaraq həmişə həkim nəzarətində olmuş, müalicələr qəbul etmiş, lakin özünü xəstə hesab etməmiş və xəstəliyi ilə bağlı qeydiyyata alınmasını istəməmişdir. Lakin bu o demək deyildir ki, onun tərəfindən bağlanılmış əqd etibarlı olmuşdur. Şübhə doğuran hal isə odur ki, bu qadın artıq evdə kirayədə qalan şəxslərlə mübahisəyə başladığı, ərazi bələdiyyəsini, sahə rəisini axtardığı bir ərəfədə qəfi ldən dünyasını dəyişmişdir, onun ölümü hələ də onlar üçün müəmmalıdır. Bacısı heç vaxt öləcəyini düşünmürdü və öz əmlakını heç kimə etibar etməzdi, hətta evin sənədlərini bir müddət ona versə də sonradan ondan almışdır. Belə olan halda onun evinə kirayəyə buraxdığı bir şəxsə vəsiyyətnamə qoyması məntiqsizdir; - iddiaçının təqdim etdiyi vəsiyyətnamədə olan imza mərhum bacısına məxsus deyildir və həmin imzanın kim tərəfindən imzalanmasını müəyyən etmək üçün məhkəməxətt ekspertizası keçirilməli, bu məsələyə də aydınlıq gətirilməlidir; - bundan başqa iddia tələbi həmin iddianı qaldırmaq hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlər iddiaçının bu evin sahibi olması demək deyildir, belə ki, iddiaçının qeyd edilən ev üzərində mülkiyyət hüquqları dövlət q eydiyyatına alınmamışdır və adına çıxarış verilməmişdir. Lakin məhkəmə prosesində bu əsaslarla iddia tələbinin baxılmamış saxlanılması ilə bağlı dəfələrlə vəsatətlər qaldırılsa da məhkəmə buna əhəmiyyət verməmiş, İddiaçı kimi qəbul edərək işə baxmışdır. Sadalanan hallar iddia tələbinin əsassız olması anlamına gəlir.

28. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1577/2021 nömrəli, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(060)-550/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev, Gülnarə Tağızadə)

29. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq norma ları ilə razılaşaraq qeyd edib ki, mübahisəli fərdi yaşayış evi vəsiyyətnamə əsasında ilk iddiaçıya məxsusdur. Cavabdehin mübahisəli evdən istifadə etməsi hər hansı qanuni əsasa söykənmir, onların mübahisəli evə hər hansı hüququ mövcud deyildir. İlk iddia tələbi üzrə İddiaçı mübahisəli fərdi yaşayış evində pasport qeydiyyatında olsalar da, cavabdehlərin həmin evə dair hər hansı hüquqları müəyyən edilmir.

30. Apellyasiya instansiyasının qarşılıqlı iddia tələbi üzrə mövqeyi belə olub ki, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün hər hansı əsaslar mövcud deyildir. Qarşılıqlı iddiaçı tələbində bacısı Baxtigül Niftaliyeva tərəfindən cavabdeh İddiaçı mülkiyyətində olan evi vəsiyyət edərkən anlaqlı vəziyyətdə olmamasını, onun psixi durumunun yerində olmamasını bildirsə də, buna dair sübutları təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, Baxtigül Niftaliyevanın anlaqlı olması, hər hansı psixi probleminin olmaması iş materiallarında olan arayışlarla da təsdiqini tapır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

31. Qarşılıqlı iddiaçı (cavabdeh) Qətibə Niftalıyeva (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianını təmin edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlıb. b) Kassasiya şikay ətinə qarşı yazılı etirazın dəlilləri

33. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasını iclasında cavabdeh Niftaliyeva Qətibə Şamşəddin qızı, onun vəkili və nümayəndəsi Vəkil2 kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.

35. Məhkəmə kollegiyasını iclasında İddiaçı vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.Maddə Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Maddə 1225.2. Qanuna zidd olan vəsiy yət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində cavabdeh (qarşılıqlı iddiaçı) apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Buna görə də kollegiya apellyasiya instansiyasının qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Apellyasiya məhkəməsi kassasiya şikayətini dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətini dəlillərinə qiymət verib.

40. Baxılan iş üzrə apellyaisya məhkəməsi düzgün nəticəyə gəlib.

41. İlk iddia tələbi cavabdehlərin evdən çıxarılması və iddiaçını özünü həmin köçürülməsi, qarşılıqlı iddia tələbi vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə olub. İlk iddiaçı iddia tələbinin əsası kimi vəsiyyətnamə ilə evin mülkiyyətçi tərəfindən ona vəsiyyət edilməsinə, bu əsasla da əmlak hüquqlarının sahibi olmasına istinad etmişdir. Qarşılıqlı iddiaçı isə vəsiyyətnamənin etibarsızlığı ilə bağlı onu verən şəxsin anlaqlı olmamasına istinad etmişdir.

42. İşin birinci instansiya və onunla razılaşan apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə mübahisəli fərdi yaşayış evi vəsiyyətnamə əsasında ilk iddiaçıya məxsusdur. Cavabdehin mübahisəli evdən istifadə etməsi hər hansı qanuni əsasa söykənmir, onların mübahisəli evə hər hansı hüququ mövcud deyildir. İlk iddia tələbi üzrə İddiaçı mübahisəli fərdi yaşayış evində pasport qeydiyyatında olsalar da, cavabdehlərin həmin evə dair hər hansı hüquqları müəyyən edilmir. Vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün isə hər hansı əsaslar mövcud deyildir. Çünki qarşılıqlı iddiaçı tələbində bacısı Baxtigül Niftaliyeva tərəfindən cavabdeh İddiaçı mülkiyyətində olan evi vəsiyyət edərkən anlaqlı vəziyyətdə olmamasını, onun psixi durumunun yerində olmamasını bildirsə də, buna dair sübutları təqdim etməmişdir.

43. Mülki Məcəllənin 1225.3-cü maddəsinə görə əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

44. İşə mahiyyəti üzrə baxan məhkəmələr vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 1225.3-cü maddəsinin dispozitiv şərtlərini müəyyən etməmişlər.

45. Buna görə də məhkəmə kollegiyası iddia və qarşılıqlı iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır.

46. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmiş, sübutları MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.

47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddiaçı) Niftaliyeva Qətibə Şamşəddin qızının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1577/2021 nömrəli, 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar