Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2693/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı XXXnun Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2693/22 Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi Bakı şəhəri, 16 iyun 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11390/2021 nömrəli iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli, 1(002)212/2020 saylı hökmünə əsasən Cavabdeh MMC-də avtoyükləyici operatoru vəzifəsində işləyən İddiaçı XXXnun Ağdağ gips zavodunun həyətində gips daşınması üçün istifadə olunan taxta lövhələri götürən zaman idarə etdiyi avtoyükləyicinin idarəedici kabinəsinin üzərində olan işıqlarının sönməsi, həmçinin ətraf ərazidə işıqlanmanın olmaması və havanın qaranlıq olması səbəbindən qarşısını görməyərək idarə etdiyi avtoyükləyici ilə zavodun həyətində olan taxta parçaların üzərinə çıxaraq avtoyükləyicinin aşması zamanı avtoyükləyicinin idarəedici kabinəsinin sağ tərəfindən kürəyi üstə yerə yıxılmış və avtoyükləyici onun üzərinə düşmüş, nəticədə ehtiyatsızlıqdan İddiaçı həyatı üçün təhlükəli olan sağlamlığa agır zərər vurmanın əlamətlərinə malik hemotoraksla müşayiət olunan sağ tərə fli Xİ, Xİİ qabırğaların yerinidəyişən, sol tərəfli İ, İX qabırğaların, sol qasıq və qasıq oturaq birləşməsinin yerinidəyişməyən sınıqları xəsarətlərini almasına səbəb olmuşdur. Həmin hökmlə törətdiyi cinayətə görə Cavabdeh MMC-də nəqliyyat dispetçeri vəzifəsində işləyən.F.E.Əliyev Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinərək 2.000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı XXX Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 14 oktyabr 2018-ci il tarixdən qətnamə icra olunan günə qədər hər ay 450 manat məbləğində əmək haqqı hesablanaraq birdəfəlik müavinətin ödənilməsi, sağlamlığı tam bərpa olunana kimi əlavə olaraq hər ay üçün 450 manat məbləğində əmək haqqı həcmində müavinətin ödənilməsi, mənəvi ziyanın əvəzi kimi 15.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC-nin Ağdağ gips zavodunda avtoyükləyici operatoru işləmişdir. 14 oktyabr 2018-ci il tarixdə X2 Cavabdeh MMC-də 01 dekabr 2014-cü il tarixli əmək müqaviləsi və eyni tarixli əmrə əsasən nəqliyyat dispetçeri vəzifəsində işləməklə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi avtoyükləyicilərin idarə edilməsinə, operatorların biliklərinin və nəqliyyatın texniki vəziyyətinin yoxlanılmasına, nəqliyyat vasitələrinin qəbul-təhvilinin keçirilməsinə nəzar ət etməli olsa da, Cavabdeh MMC-nin Ağdağ gips zavodunda avtoyükləyici operatoru İddiaçı XXXnun avtoyükləyicinin idarə edilməsinə dair hüququ verən sənədi olmadan, onunla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklərin yoxlanılması (attestasiyası) aparılmadan avtoyükləyicidə sərbəst işləməsinə icazə verdiyinə, müəssisədə daxili nəqliyyatının (konkret olaraq hadisə baş verdiyi avtoyükləyicinin) texniki saz vəziyyətdə (hadisə zamanı avtoyükləyicinin işıqları sönmüşdür) saxlanılması üçün müvafiq texniki xidmətlərin və növbəyə (xəttdə) buraxılarkən nəqliyyatın texniki vəziyyətinin yoxlanılmasını və operatorların (sürücülərin) işə başlamazdan əvvəl nəqliyyat vasitələrinin qəbul-təhvilinin keçirilməsinin təşkil edilməsini təmin etməyərək cinayətkarcasına etinasızlıq edib öz əməlinin (hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanına lazımi diqqət və ehtiyatsızlıq göstərərək qabaqcadan görməli olduğu, yəni qabaqcadan görmək üçün real imkana malik olduğu halda onları görməyərək «Avtomobil nəqliyyatında əməyin mühafizə qaydaları»nın 2.4, 2.13 bəndlərinin və “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsilik texnikası qaydaları”nın 5.3 bəndinin tələblərini pozmuş, bu əməli (hərəkətsizliyi) nəticəsində Cavabdeh MMC-də avtoyükləyici operatoru vəzifəsində işləyən Quliyev X1 gips zavodunun həyətində gips daşınması üçün istifadə olunan taxta lövhələri götürən zaman idarə etdiyi “Komatsu” İ-008 markalı, FD25T-17 modelli 330817 seriya nömrəli avtoyükləyicinin idarəedici kabinəsinin üzərində olan işıqlarının sönməsi, həmçinin ətraf ərazidə işıqlanmanın o lmaması və havanın da qaranlıq olması səbəbindən qarşısını görməyərək idarə etdiyi avtoyükləyici ilə zavodun həyətində olan taxta parçaların üzərinə çıxaraq avtoyükləyicinin aşması zamanı avtoyükləyicinin idarəedici kabinəsinin sağ tərəfindən kürəyi üstə yerə yıxılmış və avtoyükləyici onun üzərinə düşmüşdür.İddiaçı ağır xəsarət aldığından uzun müddətə sağlamlığını, iş qabiliyyətini itirmişdir. Hazırda da hərəkət etmək imkanı məhdud olmaqla kənar şəxsin qulluğuna ehtiyacı vardır. İddiaçının xəsarət almazdan əvvəl malik olduğu orta aylıq əmək haqqı 450 manat təşkil etmişdir.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək tələbin rədd edilməsini xahiş etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı səhhəti ilə əlaqədar 14 oktyabr 2018-ci il tarixdən et ibarən bu günədək işə gəlməmişdir. İddiaçı tərəfindən təqdim edilən xəstəlik vərəqəsinə əsasən işə gəlmədiyi günlərə görə müavinətlər ödənilmişdir. "xxxx" MMC iddiaçıya onun iddia ərizəsində qeyd etdiyi kimi 4 ay yox, 9 ay əmək haqqı ödəmişdir. İddiaçıya əlillik statusunun verilməsindən imtina edilmişdir. İddiaçı məhkəməyə TSEK-in əlilliyinə, xəsarətin dərəcəsi, əmək qabiliyyətinin itirilmə faizinə dair müvafiq qərarını təqdim etməmişdir və beləliklə, iddiaçının ona hər hansı müavinətin ödənilməsinə dair tələbi tamamilə əsassızdır. İddiaçıya səhhətinin pozulduğu andan şirkət tərəfindən kifayət qədər maddi və mənəvi dəstək göndərilmişdir. Maddi dəstəyin göstərilməsini iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində də etiraf edir. İddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsi də cavabdeh tərəfindən sübuta yetirilməmişdir. İddiaçının ona şirkət tərəfindən maddi-mənəvi zərərin vurulması tələbi əsassızdır.
5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) 16 sentyabr 2021-ci il tarixli, 2(004)-2950/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manatın tutularaq İddiaçı XXXnun xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi və Cavabdeh MMC-dən 12 (on iki) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə köçürülməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının xəsarət nəticəsində professional əmək qabiliyyətini itirməsi dərəcəsinə (faizinə), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərə, o cümlədən müalicəyə, əlavə qidalanma ya, dava-dərman alınmasına, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə çəkilmiş xərclərə dair sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia 14 oktyabr 2018-ci il tarixdən qətnamə icra olunan günə qədər hər ay 450 manat məbləğində əmək haqqı hesablanaraq birdəfəlik müavinətin ödənilməsi, sağlamlığı tam bərpa olunana kimi əlavə olaraq hər ay üçün 450 manat məbləğində əmək haqqı həcmində müavinətin ödənilməsi hissəsində təmin edilə bilməz. İddiaçı cavabdehin məsul işçisinin törətdiyi cinayət nəticəsində sağlamlığına dəymiş ağır zərər nəticəsində uzun müddət işləyə bilməmiş və hal-hazırda həkim ekspert komissiyasının məsləhətinə görə əlavə müalicəyə ehtiyacı vardır və ixtisaslaşmış bərpa stasionar müalicəni davam etdirməlidir. Göstərilənlər isə şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olan hallardır.
7. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını, zərərvuran şəxsin təqsirini və əmlak vəziyyətini, zərərçəkən şəxsin fərdi xüsusiyyətlərini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 10.000 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və X.Ə.Sarıyev) 2(103)-11390/2021 nömrəli iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məh kəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(004)- 2950/2021 saylı qətnaməsinin mübahisələndirilən - mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində dəyişdirilməsi və Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 7.000 (yeddi min) manatın tutularaq İddiaçı XXXnun xeyrinə ödənilməsi qət edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə qismən razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mənəvi ziyanın tutulması hissəsində düzgün nəticəyə gəlmiş olsa da, tutulmalı olan məbləği düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilməli, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 7.000 (yeddi min) manat tutularaq İddiaçı XXXnun xeyrinə ödənilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, iddiaçının şüurunda məhkəmə qətnaməsində iddia edildiyi kimi mənfi psixi reaksiyanın olması ilə əlaqədar işin materiallarına iddiaçı tərəfindən hər hansı sənəd əlavə edilməmiş, bu hal sübuta yetirilməmişdir. Məsələ ilə bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılmış, işə Qaradağ Rayon məhkəməsində baxılaraq 16 sentyabr 2020-ci il tarixli, 1(002)-212/2020 saylı hökm çıxarılmışdır. Həmin cinayət işinə baxılarkən sübut ed ilmişdir ki, iddiaçı, Cəmiyyətin həyətində idarə etdiyi Komatsu markalı, 330817 seriya nömrəli yükləyici ilə idarəetmə qaydalarını pozaraq manevr etmiş və bu zaman yükləyici aşmışdır. Yükləyicinin aşmasına səbəb İddiaçı öz təqsirindən, yəni onun idarəetmə qaydalarını pozması səbəbindən baş vermişdir.Yükləyicinin aşması nəticəsində iddiaçı xəsarət almışdır. Apellyasiya instansiyası məhkəməsi isə xəsarətin iddiaçının öz təqsiri ucbatından baş verdiyini nəzərə almamışdır. İddiaçıya xəsarət aldığı andan etibarən müəssisə tərəfindən ona maddi və mənəvi dəstək göstərilmiş, tutuğu vəzifədən azad olunduğu tarixədək hər ay əmək haqqı ödənilmişdir. Belə olan halda, onun müəssisəyə qarşı mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbi tərəflər arasındakı münasibətlərin faktiki xarakterinə uyğun deyildir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı XXXnun vəkili Ağayev Münsi Zülfi oğlu kassasiya şikayətinə qarşı verdiyi etirazda qeyd etmişdir ki, kassasiya şikayətinin dəlilləri mövcud qanunlara deyil, cavabdehin şəxsi mülahizələrinə əsaslanır, bu səbəbdən də kassasiya şikayəti təmin olunmamalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin n ormalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.
14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
15. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ö dənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
19. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: “...mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiy aya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir”. 20. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarının 02-ci bəndinə əsasən, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sözügedən Qərarın 2-ci bəndində məhkəmələrə tövsiyə olunub ki, mənəvi zərərin ödənilməsi ilə əlaqə dar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərə rçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irə li sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İddianın mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissəsində apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mənəvi ziyanın tutulması hissəsində düzgün nəticəyə gəlmiş olsa da, tutulmalı olan məbləği düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin h issədə dəyişdirilməli, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 7.000 (yeddi min) manat tutularaq İddiaçı XXXnun xeyrinə ödənilməlidir. Kollegiya, bu qənaətə gələrkən hökm üzrə müəyyən edilmiş halların preyudisial əhəmiyyətini nəzərə almışdır.
28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
29. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araş dırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
30. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11390/2021 nömrəli iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov