Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2694/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə (Salyan rayon İcra və Probasiya şöbəsi və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələri barədə protokolun və alğı-satqı müqaviləsinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, (sədrlik edən və məruzəçi), X4, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Salyan rayon İcra və Probasiya şöbəsi və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şə xslər olmaqla) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8180/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Salyan Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(057)-16/2018 saylı qətnaməsi ilə Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət ümumi yaşayış sa həsi 263,6 kv.m, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 215,6 kv.m olan evin və torpaq sahəsinin hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin 23/24 hissəsinin İddiaçı, 1/24 hissəsinin Maraqlı şəxs verilməsi və Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət ümumi yaşayış sahəsi 263,6 kv.m, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 215,6 kv.m olan ev və torpaq sahəsinin ilkin satış qiymətinin 35.000 manat qiymətləndirilməsi qət edilmişdir.
2. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra məmuru evin və torpaq sahəsinin satılması üçün 04.07.2019-cu il tarixdə hərrac təşkilatına - “X3” MMC-nə sifariş vermiş və hərracın nəticələri barədə 21 avqust 2019-cu il tarixli protokol və həmin protokol əsasında bağlanmış 21 avqust 2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında əmlak X1.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4260/2019 saylı, 21 oktyabr 2019cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" X7 Məsuliyyətli Cəmiyyətinə, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Salyan rayon İcra və Probasiya Şöbəsinə və Maraqlı şəxs qarşı “hərracın yekunları haqqında yekun protokolun və alğı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiası təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(057)-16/2018 nömrəli icra vərəqəsinə əsasən keçirilmiş “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin “hərracın yekunları barədə 111 nömrəli, 21 avqust 2019-cu il tarixli protokolu və həmin protokol əsasında bağlanmış 21 avqust 2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929 ha, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət olan ev və torpaq sahəsi üzrə hərracın yenidən keçirilməsi qət edilmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-911/2020 saylı, 07.01.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3065/2020 saylı, 03.09.2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası qətnaməsi qüvvədə saxlanılmışdır.
4. Bundan sonra hərrac yenidən keçirilmiş və hərracın yekunları barədə 01.02.2021-ci il tarixli, 004 nömrəli protokola əsasən əmlakı satış qiyməti 35000 manat və alış qiyməti 35350 olmaqla Maraqlı şəxs əldə etmişdir.
5. Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 01.02.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 23/24 hissəsi İddiaçı, 1/24 hissəsi Maraqlı şəxs məxsus Salyan rayonu, Yenikənd kəndində yerləşən 0.50 ha, tikinti altındakı sahə 0,2929, digər hissəsi 1,18856 ha olan torpaq sahələri və 1983-cü ildə tikilmiş iki mərtəbəli 263,6 kv.m fərdi yaşayış evi Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən Cavabdeh MMC tərəfindən Maraqlı şəxs 35350 manata satılmışdır.
6. Tibbi Ərazi Bölmələrinin X5 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilən №185 saylı 02.02.2021 tarixli arayışına əsasən, İddiaçı həmin tarixdə müayin ədən keçməsi və “ikitərəfli neyrosensor ağır eşitmə (İİİ-İV dərəcəli)” aşkarlandığı müəyyən olunmuşdur.
7. İddiaçı hərracın qanuna müvafiq şəkildə keçirilmədiyini əsas gətirərək, hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 01.02.2021-ci il tarixli, 004 saylı yekun protokolun etibarsız hesab edilməsi, cavabdeh tərəfindən Salyan rayonu, Yenikənd kəndində yerləşən torpaq sahəsində sənəd üzrə sahəsi 0,50 ha, tikinti altındakı sahə 0,02929, digər sahələr 1,18856 ha olan və 1983-cü ildə tikilmiş iki mərtəbəli iki otaqdan ibarət ümumi yaşayış sahəsi 263,6 kv.m, yaşayış sahəsi 48 kv.m, köməkçi s ahəsi 215,6 kv.m olan ev və torpaq sahəsinin açıq hərracının yenidən keçirilməsi və iddiaçının hər iki qulağı eşitmədiyindən hərracda etibarnamə üzrə nümayəndəsinin iştirakının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tam məlumatlı olmadığından hərracda iştirak etmək hüququndan və hər iki qulağı eşitmədiyindən evini özü almaqdan məhrum olmuşdur. O, hərrac keçirilərkən evi almaq istədiyini bildirmiş, lakin Maraqlı şəxs hərracda qiyməti artırmasını eşitməmiş, ona görə də, özü daha yüksək məbləğ təklif edə bilməmişdir. O, hazırda da həmin evdə yaşayır, həmin evdən çıxarılacağı təqdirdə yaşamaq üçün başqa evi yoxdur.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2072/2021 nömrəli, 03 iyun 2021ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia rədd edilmişdir.
11. Məhkəmə tərəfindən hərracın keçirilməsi əks olunan videoyazıya baxış keçirilmiş və müəyyən olunmuşdur ki, hərrac keçirilən zaman iddiaçının yanında özü ilə birgə ona kömək məqsədilə gəlmiş şəxs olmuşdur.
12. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlmişdir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən, hərrac keçirilən zaman onun prosesləri eşitməməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçının hərrac keçirilməsi zamanı eşitmə problemi olduğu halda, onun məhkəmə iclasında vəkillə təmin olunduğu kimi hərrac prosesində də hüquqi yardımdan istifadə etmək və ya nümayəndə ilə təmsil olunmaq hüququ mövcud olmuşdur.
14. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.3, 41.5, 42.1, 42.3, 46.1-ci maddələrinə istinad etmişdir.
15. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(103)-3223/21 nömrəli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdeh tərəfindən keçirilmiş 01.02.2021-ci il tarixli, 004 saylı hərracın nəticələri ha qqında yekun protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş şəxs kimi Maraqlı şəxs arasında hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 01.02 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin əmlakla bağlı hərracın iddiaçının hüquqlarının tam (onun peşəkar vəkili və ya digər səriştəli nümayəndə ilə təmsil olunması qaydasında) təmin edilməklə yenidən keçirilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (10+5=15) 15 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi Z.Avdiyeva tərəfindən mübahisələndirilən hərracın videogörüntülərinə baxış keçirilmiş, cəmi 3 dəqiqə 28 saniyəlik görüntüdən məlum olmuşdur ki, hərracda iddiaçı və onun yanı nda bir nəfər xanım, üçüncü şəxs Maraqlı şəxs və onun vəkili Vəkil2 iştirak edir. Görüntüdə bəzən səs eşidilmir, hərracın təşkili ilə bağlı tərəflərin hüquq və vəzifələri elan olunur, daha sonra iddiaçı qulağının eşitmədiyini deyir, yanındakı xanımın ona qiyməti yazması üçün kağız və qələm verilir, daha sonra hərrac başlanır, hərrac çıxarılan fərdi yaşayış evi elan olunur, təkliflərin verilməsi xahiş olunur. Hərracın davamı və bitməsi görünmür.
18. Apellyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hərracın keçirilməsində iddiaçının yanında ona kömək edən şəxsin olduğuna istinad etmiş, lakin həmin şəxsin kimliyini, başlıcası isə onun iddiaçını təmsil etmək səlahiyyətinə malik olub-olmamasını yoxlamamışdır. Halbuki, iddiaçının ahıl yaşlı olması, “ikitərəfli neyrosensor a ğır eşitmə (İİİ-İV dərəcəli)” xəstəliyinin olması (i/v 51) işin mübahisəsiz halı kimi müəyyən olunur və cavabdeh həm rayon məhkəməsinə ünvanladığı iddiaya qarşı yazılı etirazında, həm də nümayəndə məhkəmədə verdiyi izahatında bu halı, yəni cavabdehin eşitmə qabliyyətinin pis olmasını – qulaqlarının eşitməməsini – eləcə də onun yanında olan şəxsin kimliyini bilmədiklərini və həmin şəxsin iddiaçını təmsil etmək səlahiyyəti olmadığını təsdiq etmişdir (i/v 33-34).
19. Apellyasiya kollegiyası bildirmişdir ki, hərracda müqavilələrin bağlanması adi qaydada müqavilələrin bağlanmasından fərqli olmaqla yanaşı, həm də xeyli mürəkkəb hüquqi prosedurla bağlıdır, hətta öz hərəkətlərinin mənasını tam başa düşən istənilən şəxsin ilk dəfə hərracda iştirakı müəyyən risklərlə bağlı olub, bu hərəkətlər müəy yən peşə vərdişi və təcrübə tələb edir. Nəzərə alınsa ki, hazırda mübahisələndirilən hərracda (məhkəmə qərarlarına əsasən keçirilən və rast olunan başqa hərraclardan fərqli olaraq) nadir hal kimi əmlakın ilkin satış qiymətinin artırılması baş vermiş və həmin əmlakın 1/24 payçısı tərəfindən (məhkəmə qətnaməsinə əsasən etibarsız hesab olunmuş bundan əvvəlki hərracda da həmin əmlak ona satılmışdır) 350 manat əlavə edərək yeni qiymət təklif olunmuş və o, həmin qiymətə hərracı udmuşdur. Həmçinin, hərracın keçirilməsində əmlakın 1/24 pay sahibi olan və hərracı udan şəxs - Maraqlı şəxs özü belə peşəkar vəkillə birlikdə iştirak etmişdir.
20. Apellyasiya məhkəməsi tərəfindən hərracın keçirilməsinə dair cavabdehin təqdim etdiyi videogörüntüyə baxış keçirilərkən görüntünün natamam olmaqla, hərracın ə sas hissəsinin təqdim olunmadığı müəyyən olunmuş, eyni zamanda həmin vaxt iddiaçının yanında olan şəxsin ona yalnız yaşlı və xəstə olması səbəbindən fiziki yardım üçün orada olduğu bəlli olmuşdur. Belə olan halda, aydın olur ki, ahıl yaşlı, xəstə və qulaqları eşitməyən, bu səbəbdən də hərracda həyata keçirilən çətin prosedurları anlamaq və bu zəmində də hərəkətlərinin mənasını başa düşmək iqtidarında olmayan iddiaçının mübahisələndirilən müqavilənin bağlanmasında həqiqi iradəsinin olduğunu zənn etmək inandırıcı və ağlabatan görünmür. Əqdin arzu olunan hüquqi nəticənin əldə olunmasına yönələn iradə ifadəsi olduğunu nəzərə aldıqda, hazırkı halda iddiaçının belə bir iradəsiistəyinin olmadığı müəyyən olunur.
21. Həmin qətnamədən cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəx s ayrı-ayrılıqda kassasiya şikayətləri vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi təqdim olunmuş videogörüntünün natamam olmasını qeyd etmişdir. Lakin həmin videogörüntülərin təqdim edilməsində əsas məqsəd iddiaçının mübahisələndirdiyi hissələrin yalan və əsassız olmasını sübut etməkdən ibarət olmuşdur. Yəni, hərrac təşkilatı hərrac prosesinin bütöv videosunu deyil, yalnız iddiaçının qeyd etdikləri ilə bağlı olan hissəni təqdim etm işdir. Videogörüntülərdən isə, iddiaçının təhrif olunmuş məlumat verməsi görünür. Hərrac təşkilatı tərəfindən hərrac keçirilərkən qanunvericiliyin bütün tələblərinə riayət olunmuşdur.
23. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddia tələbindən kənara çıxaraq yalnız hərrac protokolunun deyil, həmçinin alğı-satqı müqaviləsinin də etibarsız hesab edilməsi nəticəsinə gəlmişdir. Hərracda istənilən şəxs iştirak edə bilər. Məhkəmə müvafiq nəticəyə gələrkən nəzərə almamışdır ki, hərrac təşkilatının sözügedən göstərişləri – hərracda iştirak edənin nümayəndə və ya vəkillə iştirak etməsinə da ir göstəriş vermək səlahiyyəti varmı? Hazırki iddia tələbi süründürməçilik və bəhanə xarakterlidir. Qeyd edilməlidir ki, hərracda iddiaçı ilə birgə onun rəfiqəsi də iştirak etmişdir. Hərrac təşkilatı ədalətlilik naminə iddiaçının yaşlı olmasını nəzərə alaraq, onun heç bir rəsmi təmsilçilik səlahiyyəti olmayan rəfiqəsini hərrac keçirilən zala dəvət etmişdir ki, iddiaçının iştirakı formal xarakter daşımasın. İddiaçının oğlu anasının hüquqlarının pozulmasını istəmirdisə, hərrac keçirilən zalda əyləşə bilərdi. Həmçinin, nəzərə almaq lazımdır ki, iddiaçı tərəf hərracın təxirə alınması ilə bağlı müraciət etməmiş, teleqram belə göndərməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmamasın ı xahiş etmişdir. Tətbiq edilən hüquq.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə. 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 26. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 61.1. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Maddə. 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kass asiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 416.1 və 416.2-ci maddələri təşkil edir. Həmin normalara görə hərracın Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən h ərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər və hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
32. İşə baxmış apellyasiya instansiyası məhkəməsi məyyən etmişdir ki, hərrac zamanı iddiaçının qanuni hüquqlarının təmin olunması pozuntusuna yol verilmişdir.
33. Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətində göstərdiyi» «hərrac təşkilatı hərrac prosesinin bütöv videosunu deyil, yalnız iddiaçının qeyd etdikləri ilə bağlı olan hissəni təqdim etmişdir» dəlili kassasiya şikayətinin təmin olunmasına əsas ola bilməz. Çünki bu hal sübutetmə ilə bağlıdır və kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
34. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayətində göstərdiyi «apellyasiya məhkəməsi iddia tələbindən kənarə çıxaraq yalnız hərrac protokolunu deyil, həmçinin alğı-satqı müqaviləsinin də etibarsız hesab edilməsi nəticəsinə gəlmişdir» dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, hərracın nəticələri haqqında protokol və alğı-satqı müqaviləsi hərracın nəticələrini rəsmiləşdirmək üçün tərtib olunan sənədlərdir. Bu sənədlər hərracın yaratdığı vahid nəticəni (konkret halda əmlakın tələbkara satılması) təsbit edir. Hərracın nəticələri barədə pr otokol və alğı-satqı müqaviləsi biri-digərindən asılıdır və eyni hüquqi nəticəni ifadə edir. Ümumiyyətlə, Mülki Məcəlləsinin 415.5-ci maddəsi hərracı udmuş şəxs və hərracın təşkilatçısının hərracın nəticələri haqqında imzaladığı protokolu müqavilə qüvvəsinə malik sənəd sayır. Təsadüfi deyildir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.2-ci maddəsində qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol – qeydiyyatın aparılması üçün müstəqil əsaslardan biridir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iddianı verməkdə iddiaçının nail olmaq istədiyi məqsəd – hərracın yekunlarının hüquqi qüvvədən salınmasına yönəlmişdir. Əgər işə baxmış məhkəmə hərracın keçirilmə qaydalarının pozulması barədə nəticəyə gəlmişdirsə, bu halda məhkəmənin qətnaməsi hərracın nəticələrinin aradan qaldırılmasını ehtiva edən müəyyənliyə malik məzmunda olmalıdır. Kassatorun bəhs etdiyi protokol və alğı-satqı müqaviləsi hərracın nəticələrini təsbit etmək kimi vahid təyinata malik olduğundan, hərracın qanunsuz sayılması həm protokolun, həm də alğı-satqı müqaviləsinin qüvvədən salınmasını ehtiva edir. Buna görə məhkəmənin hərracın yekunları barədə protokolla yanaşı alğı-satqı müqaviləsini etibarsız sayması qanuna zidd deyildir.
36. Məhkəmə kollegiyası üçüncü şəxs Maraqlı şəxs «hərrac təşkilatının sözügedən göstərişləri – hərracda iştirak edənin nümayəndə və ya vəkillə iştirak etməsinə dair göstəriş vermək səlahiyyəti varmıdır» sualı kimi ifadə olunmuş dəlili ilə balı qeyd edir ki, hərrac məhkəmə qətnaməsini n icra olunması çərçivəsində həyata keçirilir. Məhkəmə qətnaməsinin icrası ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Bu baxımdan həmin mərhələdə də tərəflərin hüquqları və qanuni mənafeləri gözlənilməlidir və istər icra məmuru, istərsə də ixtisaslaşdırılmış hərrac təşkilatçısı, hərrac çərçivəsində tərəflərin qanuni mənafelərini təmin etməlidir. Açıq-aşkar fiziki xüsusiyyətlərinə görə (konkret halda “ikitərəfli neyrosensor ağır eşitmə (İİİ-İV dərəcəli)” xəstəliyi olan 80 yaşlı borclunun) öz mənafelərinə uyğun hərəkət etmək imkanlarından məhrum olan şəxsin vəkilin və ya etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan keçirildiyi hərracın nəticələrinin ədalətlilik tələbinə cavab verməsi hər bir halda əlavə suallar doğurur.
37. Məhkəmə kollegiyası bir məsələni də qeyd etməyi zə ruri hesab edir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
38. Kassasiya şikayətində sadalanan digər hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntuların ın mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.
39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8180/2021 nömrəli, 10 noyabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.