Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2698/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2698/2021 (Açar sözlər: torpaq sahəsində payın müəyyən edilməsi) Bakı şəhəri, 31 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3, Cavabdeh1, onun vəkili Vəkil, Cavabdeh2 və iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin 1/5 hissədə bölünməsi ” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2145/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 31 may 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası JN 180F saylı Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən 0.25 ha həyətyanı torpaq sahəsi X6, İddiaçı2, Cavabdeh2, İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmişdir.
2. X4 08.05.2004-cü il tarixdə XXX kəndində vəfat etmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Göyçay rayon Məhkəməsində iddia qaldıraraq, XXX yerləşən JN 180F saylı Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən onların və cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin paylarının müəyyən edilməsi, eləcə də həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən paylarının müəyyən edilərək naturada ayırılaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddiaçılar sonradan tələbin həcminin azaldaraq, yalnız torpaq sahəsindən paylarının ayrılmasını xahiş ediblər.
5. İddia tələbi onunla əsaslandırılıb ki Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 42 nömrəli qərarı ilə X4 ailə başçısı olmaqla İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 və Cavabdeh1 Göyçay rayonu Çayarxı kəndi ərazisində 0.25 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair JN 180F nömrəli Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə verilmişdir.
6. X4 08.05.2004-cü il tarixdə vəfat etmişdir. Lakin cavabdehlər birgə mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etməyə imkan vermir, iddiaçıları həmin torpaq sahəsinə buraxmır.
7. Bu səbəbdən cavabdehlərlə birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin hər birinə düşən payın müəyyən edilməsi zərurəti yaranmışdır.
8. İddiaçılar tələblərnin hüquqi əsası kimi Mülki Məcəllənin 213.1, 213.2, 213.3, 214.1, 215.1, 220.1, 220.2, 220.3, 223.2 və 223.3-cü maddələrinə istinad etmişlər.
9. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. Etirazın dəlilləri: - Aqrar İslahat Komissiyasının 1998-ci il 17 sentyabr tarixli 42 saylı qərarına əsasən JN 180F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qüsurlu tərtib edilib. Bu da onun etibarsız olmasına dəlalət edir. Belə ki, sənədin ilk səhifəsində sakin kimi 6 nəfər göstərilsə də, faktiki olaraq qardaşı X7 da, vəfat etdiyi tarixədək 03.04.2000-ci il tarixədək onlarla həmin mülkdə yaşamışdır. Lakin adı aktda daxil edilməmişdir; - iddiaçı tərəf cavabdeh olaraq XXX da həmin mülkdə yaşamasını qeyd etsə də, İddiaçı2la Cavabdeh2 əvvəl nikahda olmuş, onların arasında bağlanmış nikah 21 iyun 2004- cü il tarixdə Göyçay Rayon Məhkəməsinin qətnaməsinə əsasən ləğv edilmiş və hazırda Cavabdeh2 faktiki olaraq həmin mülkdə yaşamır; - İddiaçı2 uzun müddətdir ki, Göyçay rayonunda yaşamır.
10. Göygöl Rayon Məhkəməsinin 2(046)-691/2020 nömrəli, 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilm iş, qətnamənin JN 180F nömrəli Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən mərhum X2, İddiaçı2, Cavabdeh2, İddiaçı1, Cavabdeh1 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin 1/6 hissədə paylarının iddiaçıların adına dövlət qeydiyyatına alınması üçün əsas olması qət edilmiş, qətnamənin icrası DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinə həvalə edilmişdir. (hakim İbrahim Fəttahov)
11. Məhkəmə Azərbaycan Respublikası JN 180F saylı Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən müəyyən edib ki, X2, İddiaçı2, Cavabdeh2, İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətlərinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. X3 əsasən X4 08.05.2004-cü il tarixdə XXX vəfat etmişdir.
12. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına hüquqi qiymət verər ək hesab etmişdir ki, İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı XXX yerləşən ümumi birgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsinin 1/6 hissədə paylarının ayrılaraq onlara verilməsi barədə tələbi təmin edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 71-ci, Mülki Məcəllənin 152.1, 220.2 və 220.3 maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh1 apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş ediblər.
15. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmənin qətnaməsi qeyri-qanuni və əsassızdır, işin halları tam, hərtərəfli araşdırılmamış, iş üzrə sübutlara tam, hərtərəfli, obyektiv və düzgün hüquqi qiymət verilməməklə çıxarılmışdır; - məhkəmə qətnamə çıxararkən id diaçılar tərəfindən məhkəməyə təqdim olunan JN 180F saylı torpağa mülkiyyət hüququ verən şəhadətnaməni əsas götürmüşdür ki, bu da düzgün deyil. İddiaçılar tərəfindən məhkəməyə təqdim olunan JN 180F saylı torpağa mülkiyyət hüququ verən şəhadətnamə mülkiyyət hüququnu təstiq edən sənəd hesab olunmur. Qanunvericiliyin tələbinə görə xüsusi mülkiyyət hüququ verən yeganə sənəd "Qeydiyyat vəsiqəsi" və ya "Reyestrdən Çıxarış" hesab olunur; - qanunvericiliyin tələblərinə əməl olunsaydı mübahisəli torpaq sahəsi birinci növbədə onların valideynlərinin adına özəlləşdirilməli və ondan sonra mübahisəli torpaq sahəsi miras əmlak kimi tanınmalı və varislər arasında miras əmlakda payların müəyyən olunması barədə mübahisə yarana bilərdi; - mübahisəli torpaq sahəsi atası İddiaçı1 ölmündən əvvəl anasının adına rəsmiləşdirilmiş və anası ölən günə qədər torpaq sahəsinə görə dövlətə bütün ödəmələri ödəmişdir. Anasının ölümündən sonra mübahisəli torpaq sahəsi bu günə kimi cavabdehin istifadəsində olmuş, torpağa görə bütün ödəmələr tərəfindən ödənilmişdir. - anası X4 hələ rəhmətə getməmişdən əvvəl 14.12.2001-ci il tarixdə cavabdehin adına vəsiyyətnamə vermiş və vəsiyyətnamənin göstərişinə əsasən anasının ölümündən sonra ona məxsus olan daşınar və daşınmaz əmlakın miras əmlak kimi cavabdehə verilməsi göstərilmişdir.
16. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2145/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Ayaz Mahmudov)
17. Ape llyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etməyib. Eyni zamanda iddiaçılar iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiklərindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.
19. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, həmçinin əlavə olaraq göstərilib ki, şəhadətnamədə iddiaçıların adı qeyd edilsə də, torpaq sahəsinin planı və ölçü sənədində mülkiyyətçi kimi yalnız X1 adı qeyd edilib, apellyasiya məhkəməsi bunu nəzərə almayıb. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı və etirazın dəlilləri 20.Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
22. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı3 və Cavabdeh2 vəkilsiz iştirak etdikləri üçün Mülki-Prosessual Məcəlləsinin 6 7.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara is tinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
24. Hazırkı kassasiya şikayətndə cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Kassasiya şikayətinin dəlilləri ilə eynili k təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
27. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
28. İddia tələbi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi barədədir.
29. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı da odur ki, JN 180F saylı Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən X2, İddiaçı2, Cavabdeh2, İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətlərinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir.
30. Göründüyü kimi, iddiaçıların paylarının məhkəmədə qaydasında müəyyən edilməsini xahiş etdikləri torpaq sahəs onların ümumi birgə mülkiyyətindədir. Buna görə də məhkəmələr ididnaı təmin etməklə düzgün nəticəyə gəlmişlər.
31. Buna görə də məhk əmə kollegiyası hesab edir ki, hazırda kollegiyanın qiymət verməli olduğu məsələ kassasiya şikayəti üzrə irəli sürülən dəlillərdir.
32. Cavabdeh kassasiya şikayətində torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə iddiaçıların adı qeyd edilsə də, torpaq sahəsinin planı və ölçü sənədində mülkiyyətçi kimi yalnız X1 adı qeyd edilməsini və apellyasiya məhkəməsinin bunu nəzərə almamasını göstərib.
33. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, bu dəlili cavabdeh apellyasiya məhkəməsində bildirməyib. Buna görə də apellyasiya məhkəməsində irəli sürmədiyi dəlilin həmin məhkəmə tərəfindən nəzərə alınmaması barədə dəlil də əsaslı sayıla bilməz.
34. Bundan əlavə, torpaq sahəsinin planı və ölçü sənədi JN 180F saylı Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin tərkib hissəsi olmaqla vahid sənə ddir. Buna görə də torpaq sahəsinin planı və ölçü sənədində mülkiyyətçi kimi yalnız X1 adının qeyd edilməsi texniki məsələ olub, iddiaçıların da həmin torpaq sahəsinin mülkiyyətçiləri olmasını Mülki Məcəllənin 139.1 və 140-cı maddələrinin tələbi baxımından istisna etmir.
35. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apely asiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020 il tarixli 2(107)2145/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.