Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-270/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası X1 Komitəsinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)4542/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfin dən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: X1 Komitəsi və Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli, 4275 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən, sahəsi 581,6 kv.m olan qeyri-yaşayış obyekti (dülgərlik emalatxanası) və 718 kv.m torpaq sahəsi 38000 manata Cavabdeh satılmışdır. Müqavilənin 2.2.2-ci bəndinə əsasən alıcı müqavilə imzalandığı andan 30 gün müddətində əmlakın tam dəyərini, yəni 38000 manatı satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı tranzit hesabına köçürməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə müəyyən edilmiş satış qiymətinin 5800 manat hissəsi ödənilsə də, qalan 32200 manat ödənilməmiş qalmışdır. X1 Komitəsi tərəfindən Cavabdeh xx xxxxxx 2019-cu il tarixli bildiriş göndərilərək, sonuncu borc barədə xəbərdar edilmiş, gecikdirilmiş borcun 10 gün müddətində ödənilməsi tələb olunmuş, ödəniş həyata keçirilmədiyi halda, müqavilənin əlavə xəbərdarlıq edilmədən ləğv olunacağı göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası X1 Komitəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanılmış, ünvan 2 ünvanında yerləşən, sahəsi 581,6 kv.m olan qeyri-yaşayış obyektinin (dülgərlik emalatxanası) və onun 718 kv.m torpaq sahəsinin alqı-satqısına dair xx xxxxxx 2018-ci il tarixli, 4275 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-y aşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 5800 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, alıcı həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə (30 gün ərzində) ödəməyə borclu olsa da, bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərtlərini və Mülki Məcəllənin normalarını pozmuşdur. Alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan vurmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)190/2020 nömrəli qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia qismən təmin edilərək, X1 Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 2 ünvanında yerləşən, sahəsi 581,6 kv.m olan qeyri-yaşayış obyektinin (dülgərlik emalatxanasının) və onun 718 kv.m torpaq sahəsinin alqı-satqısına dair xx xxxxxx 2019-cu il tarixli, 4275 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq X1 Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişi müəyyən edilmiş müddət ərzində ödəməli olduğu halda ödəniş etməmiş, müqavilədə nəzərdə t utulmuş əmlakın dəyərini tam ödəməmiş və bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqaviləyə xitam verilməsi məqsədi ilə də iddiaçı cavabdehə yazılı müraciət etmiş, lakin heç bir cavab almamışdır. Cavabdehin əşyaya dair hüququnun əmələ gəlməsinə səbəb olmuş müqavilə ləğv edildiyindən, cavabdehlər həmin qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüququnu itirmişdir. Bununla belə, iddiaçı müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 5800 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsini xahiş etsə də, zərərin özündə nəyi ehtiva etdiyini əsaslandıra bilməmiş, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Tərəflər arasındakı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə cavabdehə verilmiş qeyri-yaşay ış sahəsi iddiaçıya geri qaytarıldığından, cavabdeh tərəfindən ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən iddiaçıya ödədiyi 5800 manat məbləğində pul vurulmuş zərərin əvəzi kimi qəbul edilməsinə hər hansı bir əsas yoxdur. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-190/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)4542/2020 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) Cavabdeh tərəfindən veril miş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-190/2020 qətnaməsi apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən imtina etməməsi, qərəzli olmaması, öhdəliyini yerinə yetirməyə çalışması yaxud səhhətində xəstəlik yaranması hansısa formada təsdiq olunmur. Ona görə də, yalnız fikir olaraq bu dəlillərin göstərilməsi isə iddianın əsaslılığına təsiri ola bilməz. İkincisi, ödənişlər etmək istəyərkən hesabın işlək olmaması, yaxud idarənin adı dəyişdiyindən ödənişləri icra etməyin mümkün olmaması dəlili də ümumiyyətlə başadüşülən deyildir. Çünki, cavabdehin həqiqətən ödəniş etmək niyyəti və məqsədi olmuşdursa, iddiaçının bank hesabı işlək olmasa belə o, bunu digər qaydada (nağd şəkildə və s.) icra edə bilərdi. İddiaçı qurumun adının dəyişməsi də ödənişi icra etməyə qətiyyən maneə ola bilməzdi. Göründüyü kimi, cavabdehin bu cür bəhanələrdən istifadə edərək qətnaməni mübahisələndirməsi anlaşılan olmamışdır. Üçüncüsü, Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərinə iddiaçının riayət etməməsi dəlili də əslində cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmək istəmədiyini açıq-aşkar təsdiq edir və onun vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmədiyinə dəlalət edir. Əks halda cavabdeh iddiaçının ona ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubunu müqavilənin ləğvi barədə təklif deyil, borcun-pulun ödənilməsi barədə xəbərdarlıq kimi qiymətləndirməzdi. Çünki, əslində tərəflər müqavilənin 3.1-ci bəndində müqavilənin qüvvədən düşməsi şərtini müəyyənlişdirmişlər. Cavabdehin də həmin şərti yerinə yetirməməsi işin mübahisəsiz halıdır. Hazırki iddiada müqavilənin ləğvinin tələb edilməsi isə sanki müqavilənin qüvvədən düşməsini təsdiq edən bir təsbit mahiyyəti kəsb edir. Ona görə də, digər dəlillərlə yanaşı bu dəlil də apelyasiya şikayətinin əsassız olduğunu və qətnamənin icrasını bu formada yubatmaq xarakteri daşıdığını göstərir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2 020-ci il tarixli, 2(103)-4542/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və pretenziya qaydasına riayət edilmədiyinə görə iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin tələblərini yerinə yetirməkdən imtina etməmiş, qərəzli olmamış, öhdəliklərini yerinə yetirməyə çalışmış, alqı-satqı dəyərindən 5800 manatını ödəmiş, lakin səhhətində xəstəlik yarandığından ödəniş edə bilməmişdir. Daha sonra isə ödənişlər etmək istəyərkən hesab işlək olmamış, idarənin adı dəyişdiyindən ödənişləri icra etmək mümkün olmamışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərini pozmuş, ona müqavilənin ləğvi ilə bağlı müraciət etməmiş, yalnız borc barədə xəbərdar etməklə, on un ödənilməsini tələb etmişdir. Bununla da, qanunla müəyyən olunmuş pretenziya qaydalarına riayət olunmamışdır. Ödənişləri yaxın vaxtlarda icra edəcəkdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı nümayəndəsinin və vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin vəkili Vəkil isə məhkəməyə teleqram ünvanlayaraq təyin olunmuş iclasların eyni vaxta düşməsi əsası ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin vəkilinin hansı məhkəmə iclasında iştirak etməsi barədə məlumat vermədiyini nəzərə alaraq vəsatəti təmin etməm iş və Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunveri ciliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiyası məhkəməsi tərəfindən qismən təmin olunsa da, həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsi qətnaməni cavabdehin şikayəti üzrə iddianın təmin olunmuş hissəsində yoxlamışdır. Kasasiya şikayətini də cavabdeh eyni dəlillərlə bağlı verdiyindən kasasiya baxışının hədlərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğ v edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları süb ut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasə n kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə satılmış daşınmaz əmlakın dəyərinin cavabdeh tərəfindən ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən isə əgər Alıcı satın aldığı daşınmaz əmlakın dəyərini müqavilə imzalandığı andan 30 bank günü ərzində ödəməzsə, müqavilə qüvvədən düşmüş hesab edilir və onun tərəfindən ödənilmiş beh geri qaytarılmır. İddiaçı bağlanmış müqavilənin məhz həmin şərtinə istinad edərək, müqavilənin ləğv edilməsi və satılmış əmlakın geri qaytarılması tələbini irəli sürmüş və həmin tələblə bağlı məhkəmələrin mövqeyi müqavilə ilə yanaşı Mülki Məcəllənin 421 və 600.4-cü maddələrinə uyğun olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh müqavilə üzrə borcunu yaxın vaxtlarda ödəyəcəyini bildirsə də, eyni dəlili xx xxxx 2020-ci il tarixdə verdiyi apelyasiya şikayətində də irəli sürm üş, lakin ötən 10 aydan artıq müddətdə ödənişin edilməsinə yönələn hərəkətlər etməmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin verdiyi şikayətlərlə qətnamənin icrasını yubatmaq xarakteri daşımasından ibarət apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Həmçinin apelyasiya instansiyası kasasiya şikayətinin dəlillərinə uyğun olan apelyasiya şikayətinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsinin üzrlü səbəblərdən baş verməsinə dair heç bir sübut təqdim olunmamış, həmçinin iddiaçının bank hesabının işlək olmaması və idarənin adının dəyişdirilməsi öhdəliyin icra olunmaması üçün əsas ola bilməz. Nəhayət iddiaçı tərəfindən pretenziyaya riayət olunmamasına dair kasasiya şikayətinin dəlili də əsasl ı hesab oluna bilməz. Belə ki, ilk olaraq yuxarıda qeyd olunduğu kimi alıcının aldığı daşınmaz əmlakın dəyərini vaxtında ödənilməməsinin müqavilənin ləğvi üçün əsas olması bilavasitə tərəflər arasında bağlanmış müqavilə şərtidir. Digər tərəfdən iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehdən gecikdirilmiş borcun ödənilməsini tələb etməklə yanaşı, əks halda müqavilənin ləğv olunacağı barədə xəbərdar etmiş və bununla da, Mülki Məcəllənin 423.2ci maddəsinin dispozitiv şərtlərinə əməl etmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisə nin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)4542/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-270/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-270/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver