Məhkəmə qərarları › İş №2(102)-2701/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2701/2022

05.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2701/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, əmlak Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və əmlak tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)1767/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 m ay 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı Cavabdeh ilə 2002-ci ildə ailə həyatı qurmuş, nikahları 02 aprel 2002-ci il tarixdə rəsmi qeyd edilmişdir.

2. Gəlin köçərkən mübahisəli ev mövcud olmuş, mübahisələndirdiyi əmlaklar mübahisəli evdə yerləşir.

3. Aralarında olan nikah 14 aprel 2017-ci ildə ləğv edilmişdir. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş əmlakların natura şəklində bölünərək - iki otaq, köməkçi sahə, mətbəx, ayaq yolu və hamam, həmçinin evin damına çəkilmiş 20.000 manat xərcin yarısı – 10.000 manat, nikahdan ə vvəl alınmış və ona məxsus olan cəmi dəyəri 1.600 manat olan soyuducu, televizor, iki ədəd xalının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2002-ci ildə ailə həyatı qurmuş, nikahları 02 aprel 2002-ci il tarixdə rəsmi qeyd edilmişdir. Ailə qurub Cavabdeh evinə köçmüşdür. Birgə nikahdan uşaqları olmamışdır. 15 il ər-arvad kimi bir yerdə yaşasalar da, sonradan cavabdehlə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdehlə ailə münasibətlərinə son qoysalar da, birgə yaşadıqları dövrdə, birgə qazancları hesabına əldə etdikləri əmlak və ya onların dəyəri barədə bölgü olmamış və bu barədə razılığa gələ bilməmişlər. Yaşadıqları Ağcəbədi şəhəri, E.İsmayılov küçəsi 100 ünvanda yerlə şən ev bir mərtəbəli, 4 otaqlı, 80.5 kv.m. yaşayış, 47.1 kv.m. köməkçi sahədən ibarətdir. Həmin evin iki otağı, bir köməkçi sahə, mətbəx, evə qalxmaq üçün daşdan hörülmüş pilləkən, hamam, ayaq yolu və evin yenidən dəyişdirilmiş dam örtüyü birgə nikah dövründə əldə edilmişdir. Dam örtüyü qohumu olan usta tərəfindən dəyişdirilmişdir. Bundan başqa ər evinə apardığı soyuducu, televizor, iki ədəd xalı cavabdeh tərəfindən istifadə olunur, özünə qaytarılmır. Ona görə də birgə nikah dövründə əldə olunmuş əmlaklar natura şəklində bölünərək- iki otaq, köməkçi sahə, mətbəx, ayaq yolu və hamam, həmçinin evin damına çəkilmiş 20.000 manat xərcin yarısı-10.000 manat, nikahdan əvvəl alınmış və cəmi dəyəri 1.600 manat olan-soyuducu, televizor, iki ədəd xalının cavabdehdən alınaraq ona verilməsini xahiş etm işdir.

6. Ağcəbədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim: Etibar Quliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh cəmi dəyəri 1600 manat olan cehiz əşyalarının – soyuducu, televizor və iki ədəd xalıdan ibarət əmlakların, əmlaklar naturada mövcud olmadığı təqdirdə onun dəyərinin, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.. 7.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı özünə məxsus cəmi dəyəri 1600 manat olan cehiz əşyalarını - soyuducu, televizor və iki ədəd xalını mübahisəli evə gətirmişdir. Adı çəkilən cehiz əşyaları hazırda mübahisəli evdədir. Bun a görə də iddia tələbi qismən təmin edilməli, göstərilən əşyaların iddiaçıya qaytarılması qət edilməlidir. 8.Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 214.1, 220.1, 220.3, 225.2, 225.3-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2, 32.3, 34.1, 36.4, 37.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 9.Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, birgə nikah dövründə əldə etdikləri birgə mülkiyyətin ümumi dəyəri 20.000 manatın yarısı 10.000 manatın, dəyəri 1.600 manat olan cehiz əşyalarının pulunun, üm umilikdə 11.600 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini omunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına, cehizlik əşyaları, soyuducu, televizor, iki ədəd xalının cavabdeh tərəfindən dörd ilə yaxın istifadə edilməklə yararsız hala gətirilməsi, birgə nikah dövründə yaşadıqları E.İsmayılov küçəsi 100 ünvanında yerləşən evin iki otağı, bir köməkçi sahə, mətbəx, evə qalxmaq üçün pilləkən, hamam, ayaqyolu, evin tamamilə dəyişdirilmiş dam örtüyünün ümumi xərcinin 20.000 manat təşkil etməklə həmin xərcin yarısı olan 10.000 manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul e dilmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Tale Kərimov sədrlik edən və məruzəçi, Tofiq Heydərov, Fuad Soltanov) 07 oktyabr 2020-ci il tarixli, 2(106)-1767/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-328/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsinin İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 12.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən olunan hallarına əsasən iddiaçının şəxsi əmlakı hesabına cavabdehin əmlakının dəyərinin əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyən edilmir, iddiaçı özü də, iddiasında belə bir halın mövcudluğunu bildirmir. Ümumiyyətlə, mübahisəli evin nikaha qədər hansı vəziyyətdə olmasına və sonrakı halı barədə də, birinci instansiya məhkəməsinə sübutlar təqdim edilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının şəxsi əmlakı hesabına cavabdehin əmlakının dəyərinin əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqlarla təchizetmə və i.a) müəyyən edilmir, iddiaçı özü də iddiasında belə bir halın mövcudluğunu bildirmir. Ümumiyyətlə, mübahisəli evin nikaha qədər hansı vəziyyətdə olmasına və sonrakı halı barədə də birinci instansiyası məhkəməsinə sübutlar təqdim edə bilməmişdir.

14. Bundan başqa, iddiada iddiaçının ümumi dəyəri 1600 manat olan soyuducu, televizor, iki ədəd xalının cavabdehdən alınaraq on a verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməsinə, məhkəmə tərəfindən tələbinin həmin hissədə olduğu kimi təmin edilməsinə baxmayaraq, iddiaçı apellyasiya şikayətində həmin əmlakların dörd ildən artıq olan dövr ərzində cavabdehlər tərəfindən istifadə olunduğunu bildirərək, onların dəyərini təşkil edən 1.600 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən tələbin əmlakın alınması hissəsinə qanuna müvafiq qaydada baxılaraq, hüquqi qiymət verilmişdir və iddiaçının apellyasiya şikayətində birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər irəli sürmək hüququ yoxdur. 15.Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2, 225.3, 225.4, 372.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kasasiya instansiyası məhkəməsində birinci icraat

16. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 17.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər M.Əhmədova, Ə.Əliyev, İ.Xəlilov) 02.03.2021-ci il tarixli, 2(102)-1736/2021 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07.10.2020-ci il tarixli, 2(106)-2318/2020 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 22.08.2020-ci il tarixdə ürək çatmamazlığı səbəbindən ölmüşdür. İddiaçının apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinə göndərilmiş mülki iş Şirvan Apellyasiya Məhkəməsinə 28.08.2020-ci il tarixdə daxil olmuş, 09.09.2020-ci il tarixdə apellyasiya şikayətinin mümkünlüyü yoxlanılıb icraata qəbul edilmiş, məhkəmə iclası 07.10.2020-ci il tarixinə təyin edilmiş, həmin tarixdə də qətnamə qəbul edilmişdir. 19.İşə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan apellyasiya kollegiyası tərəflərin məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə hər hansı araşdırma aparma mış, yalnız tərəflərin hər hansı bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmədiyini qeyd edərək, təyin etdiyi ilk məhkəmə iclasında da məhkəmə araşdırmasını tamamlayıb qətnamə qəbul etmişdir.

20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə, hakim iş üzrə icraatı dayandırmalıdır. Göründüyü kimi, tərəflərdən biri öldükdə qanunvericilik o halda iş üzrə icraatın dayandınlmasını tələb edir ki, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol versin. Prosessual hüquq varisliyi maddi hüquq varisliyi ilə sıx bağlıdır. Ona görə də əgər maddi hüquq münasibətlərində hüquq varisliyinə yol verilirsə, prosessual hüquq varisliyi də mümkündür. Lakin apellyasiya instansiya məhkəməsi bununla bağlı da işin hallarını tam, hərtərəfli araşdırmamışdır. 21.Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1, 254.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat 22.Şirvan Apellyasiya Məhkəməsinə ölüm haqqında şəhadətnamənin surəti təqdim olunmuşdur. Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 21 avqust 2020-ci il tarixdə ölmüşdür.

23. Şirvan Apellyasiya Məhkəməsində X1 Cavabdeh hüquqi varisi kimi tanınmış və işə cəlb edilmişdir.

24. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər N.Mirzəyev, S.Mayılov, İ.Əsədov) 19.08.2021-ci il tarixli, 2(106)-1767/2021 nömr əli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(07)-328/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, mərhum Cavabdeh hüquqi varisi X2 cəmi dəyəri 1.600 manat olan cehiz əşyaları - soyuducu, televizor və iki ədəd ağ xalıdan ibarət əmlaklar, həmin əmlaklar naturada mövcud olmadığı təqdirdə onun dəyəri, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki,iddiaçının şəxsi əmlakı hesabına cavabdehin əmlakının dəyərinin əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchiz etmə və s.) müəyyən edilmir, i ddiaçı özü də iddiasında belə bir halın mövcudluğunu bildirmir. Ümumiyyətlə, mübahisəli evin nikaha qədər hansı vəziyyətdə olmasına və sonrakı halı barədə də, birinci instansiya məhkəməsinə sübutlar təqdim edilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, cavabdeh onun atası, iddiaçı isə ögey anasıdır. Tərəflər 2002-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından uşaqları olmamış, nikahları məhkəmə qaydasında pozulmuşdur. Mübahisə olunan ev onun atasına məxsus olmuşdur. Belə ki, həmin ev Leyla həmin evə köçənədək mövcud olmuşdur. Sonradan həmin evdə heç bir yenidənqurma-tikinti işləri aparılmamışdır. İddiaçının tələb etdiyi cehiz əmlakları hazırda onlar yaşayan evdədir. Ona görə də iddianın soyuducu, televizor və iki ədəd xalıdan ibarət cehiz əmlakları tələbinə aid hissədə təmin edilməsi, iddianın qalan hissədə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh hüquqi varisi X4 iddia tələbini qismən qəbul etmişdir. İddiaçı cavabdehlə birgə nikah dövründə cavabdehə məxsus yaşayış evinin təmiri və yenidən qurulması ilə bağlı 20000 iyirmi min) manat pul xərclədiklərini göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. 27.Buna görə də apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir. Kassasiya şikayətinin dəlilləri 28.İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum Cavabdehla ailə qurduqdan sonra birlikdə 15 il ər-arvad olaraq yaşamış və birgə nikah dövründə yəni 2003-cü ilədən 2006-cı il tarixə kimi olan dövr ərzində mərhum Sabirlə birlikdə ünvan 1 ünvanında yerləşən evə birləşik əlavə tikinti və təmir işləri həyata keçirməklə daha iki otaq, bir köməkçi sahə, mətbəx, evə qalxan pilləkən, hamam və ayaqyolu tikilmiş və evin dam örtüyü yenidən dəyişdirilmişdir. Bundan sonra, yəni yeni tikinti işləri həyata keçirildikdən sonra, evin texniki pasportu da yenilənmiş və hazırkı 4 otaqlı, köməkçi sahə, sanitar qovşağı ilə birlikdə 80,5 kv.m yaşayış sahəsi 57,6 kv.m.-dən ibarət olan 2 otaqlı ev olmuş, və 29 avqust 2003-cü ildə mülkiyyət hüququ ilə mərhum Cavabdeh adına rəsmiləşdirilmişdir. Qeyd edilən təmir-tikinti işlərindən dolayı həmin evin bir hissəsi Sabirlə onun birgə nikahı zamanı əldə edilmiş əmlaka çevrilmişdir. Bütün bu işlərin görülməsinə isə Sabirlə birlikdə 20.000 manatdan artıq pul vəsaiti xərclənmişdir. Lakin Cavabdeh 2016cı ildə yaşadıqları evi uşaqlarından birinin adına keçirmək fikrini ona bildirmiş, o isə etiraz etmişdir. Sabir notarial qaydada evi bağışlamaq istəsə də, həmin evin birgə nikah dövründə əldə edilmiş ev olduğuna görə notarius həmin əməliyyatı icra etməkdən im tina etmişdir. Bundan sonra Cavabdeh ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmış və onunla aralarında olan nikah Ağcabədi Rayon Məhkəməsinin 09.03.2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Yəni, mərhum Cavabdeh onun həmin evə olan hüququnu əlindən almaq məqsədilə nikahın pozulmasını həyata keçirmişdir. Nikah pozulduqdan sonra Cavabdeh onunla birgə nikah dövründə əldə edilmiş əmlakların dəyərini bölərək verməkdən imtina etmişdir.

30. İddiaçı həmçinin qeyd edir ki, iş üzrə qətnamə çıxarmış məhkəmələr iddia tələbinə hüquqi qiymət verərkən bölünməsini tələb etdiyi birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evindən pay almaq hüququnu pozan qətnamələr qəbul etmişlər. Halbuki, məhkəməyə təqdim etdiyi sənədlərdən o, cümlədən fərdi yaşayış evinə dair verilmiş 29 avqust 2 003-cü il tarixli çıxarışdan və daha sonra mərhum Cavabdeh adına verilmiş ikinci çıxarışdan görünür ki, Cavabdeh birgə nikah dövründə mübahisəli fərdi yaşayış evində əsaslı təmir işləri icra edilmiş və həmin işlər iddiaçının iştirakı ilə həyata keçirilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qəbul etmiş olduğu qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 32.Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Prosessual məsələlər

33. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan b axılmışdır.

34. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 35. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 36. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 37. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fər di istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 38. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

39. Maddə 32.1 və 32.2. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi bi rgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

40. Maddə 32.3. Nikah dövründə ev təsərrü fatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

41. Maddə 34.1 Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

42. Maddə

35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

43. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə

377. İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir.

48. Maddə 40 7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri

50. Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq olunmalı olan maddi hüquq norması tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessu al hüquq normalarının pozulmasına yol verilmişdir.

53. İddiaçının tələbi birgə nikah dövründə əldə olunmuş əmlakların natura şəklində bölünərək - iki otaq, köməkçi sahə, mətbəx, ayaq yolu və hamam, həmçinin evin damına çəkilmiş 20.000 manat xərcin yarısı – 10.000 manat, nikahdan əvvəl alınmış soyuducu, televizor, iki ədəd xalının ümumi dəyəri olan 1.600 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılması ilə bağlıdır.

54. İlkin olaraq qeyd edilməlidir ki, aşağı instansiya məhkəmələri iddiaçının iddia tələbinin həddini düzgün müəyyən etməmişlər. Belə ki, daşınar əşyalara münasibətdə iddiaçı əşyaları deyil, uzun müddət cavabdeh tərəfindən istifadə edilərək yararsız halı salındığı üçün yalnız onların dəyərini tələb etmişdir.

55. Bu dəlili (tələbinin əşyaları deyil, yalnız onların dəyərini) apellyasiya şikayətində göstərmiş olsa da, apellyasiya instansiyası məhkəməsi düzgün olmayaraq onun belə bir tələbinin olmadığını göstərməklə iddiaçının həmin dəlilini faktiki olaraq araşdırmadan kənarda qoymuşdur.

56. Halbuki apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin dəlilinin yoxlanmasının təmin edərkən əşyaların mövcudluğu, təbii aşınma nəzərə alınmaqla, zərərə məruz qalıb qalmamasını müəyyən etməli, bunun üçün isə xüsusi biliyi olan şəxsin dəvət edilməsini təmin etməli və bundan sonra iddia tələbinə maddi və prosessual huquq normalarının tələbi baxımından qiymətləndirməli idi.

57. İddiaçının digər tələbi «birgə nikah dövründə əldə olunmuş əmlakların natura şəklində bölünərək - iki otaq, köməkçi sahə, mətbəx, ayaq yolu və hamam, həmçinin evin damına çəkilmiş 20000 manat xərcin yarısı – 10.000 manat» ona verilməsi ilə bağlıdır. 58.Bu tələbi ilə bağlı olaraq iddiaçı mübahisəli evə dair texniki pasport və reyestr qeydiyyatını təsdiq edən sənədlər təqdim edir və iddia edir ki, bu sonuncu qeydiyyatdır və bu qeydiyyat müvafiq yenidən qurma işlərinin həyata keçirilməsindən sonra aparılmışdır.

59. Məhkəməyə məlumdur ki, tərəflər arasında olan nikah pozulmuş, onlar münaqişəli vəziyyətdədirlər və mübahisəli evin mülkiyyətçisi cavabdehdir və evə dair aparılmış qeydiyyatlar haqqında məlumatları cavabdeh tərəf təqdim edə bilər və ya rəsmi reyestri aparan orqanlardan tələb oluna bilər. 60. 21.07.2009-cu il tarixdə Cavabdeh adına Ağcabədi şəhər Dadaş Bünyadzadə küçəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 80,5 kv.m. yaş ayış, 47.1 kv.m. olan köməkçi sahədən ibarət 100 saylı fərdi yaşayış evinin olması görünür. 61.18.06.2009-cu il tarixdə mübahisəli evə dair Cavabdeh adına tərtib olunmuş texniki pasportda çıxarışda əks olunmuş göstəricilər təkrarlanır.

62. Bu halda apellyasiya instansiyası məhkəməsi iddiaçının müvafiq sübutlara malik olmamasını və onların məhkəməyə təqdim olunmamasını göstərməklə kifayətlənmiş və iddia tələbinin əsaslılığı ilə bağlı hər hansı araşdırmanın aparılmasına (əvvəl (2003-cü ildək) müvafiq reyesrt qeydiyyatının aparılması və texniki göstəriciləri özündə əks etdirən texniki pasportun mövcud olması və ya aparılmış tikinti işlərinin hansı dövrlərdə həyata keçirilməsi və onların dəyəri ilə bağlı xüsusi biliklə əlaqədar olduğundan müvafiq rəyin alınması ilə) cəhd göstərməmişdir. Əvvəlk i kassasiya icraatında kassasiya məhkəməsinin mövqeyinə görə «apellyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur». Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

63. Bununla yanaşı iddia tələbinə aid olmasa da məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi irəli sürüləndən sonra baxılan iş üzrə prosessual vəziyyət dəyişmiş, universal hüquq varisliyi ilə bağlı prosessual hərəkətlər edilmiş, baxılan iş üzrə mövcud tərəflər arasında yeni hüquq münasibətləri – vərəsəlik hüquq münasibətəri yaranmışdı r. Bu baxımdan işə mahiyyəti üzrə baxılarkən vərəsəliklə bağlı tərəflərin hüquqlarını həyata keçirib-keçirməmələrinin yoxlanması işin halları baxımından əhəmiyyətli ola bilər.

64. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli,ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayev in şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

66. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəmə sinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir.

67. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir

68. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən veril miş kasasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1767/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar