Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2704/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Füzuli oğlu, İddiaçı4, İddiaçı5, Atakişiyev Sərxan Kamal oğlu, İddiaçı7, İddiaçı8, X2 və İddiaçı10 Cavabdeh MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 2 saylı region üzrə X8 cəlb edilməklə) iş üzrə (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1717/2023 nömrəli xx.xx.2 023-cü il qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar 2016-cı ildə Cavabdeh MMC-nə ilə əmək müqaviləsi bağlanmadan iş gördüklərini və görülən işə görə onlara verilməli olan əmək haqqının ödənilmədiyini bildirirlər.
2. Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş «İddiaçı2 qrupu üzrə əmək haqqı borcu» başlıqlı sənəddə həmin MMC-nin 16 nəfər şəxsə ümumilikdə 176118,64 manat, o cümlədən İddiaçı6 (maşinist) 2000 manat, İddiaçı10 (pikap) - 4000 manat, İddiaçı2 (layihə rəhbəri) - 45104 manat, İddiaçı1 (tikinti üzrə konsultant) - 34460 manat, İddiaçı3 Füzuli oğluna (maşinist) - 9494 manat, İddiaçı7 (sürücü) - 2726 manat, X3 (maşinist) - 8848 manat, İddiaçı8 (maşinist) 10792 manat, İddiaçı5 (maşinist) - 11278 manat, İddiaçı4 (maşinist) - 12778 manat məbləğində əmək haqqı borcu olduğu əksini tapmışdır.
3. İddiaçılar Cavabdeh MMC-dən əmək haqlarını ala bilmədiklərinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə şikayət etmiş, Xidmətin 2 saylı region üzrə X8 iddiaçılara 08 iyul 2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, müəssisədə çalışan işçilərin izahatlarından, həmçinin rəhbəri olduqları qrup üzrə əmək haqqı borcuna dair "xxxx" MMC-nin rəhbərliyi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş cədvəldən məlum olmuşdur ki, 15 şikayətçidən yalnız İddiaçı2 müəssisə ilə əmək münasibətləri əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdi rilmiş, digər işçilər isə əmək müqaviləsi bağlanmadan müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Araşdırma zamanı Azərbaycan Respublikası CM-in 162-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin mövcud olması müəyyən olunmuşdur.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin araşdırma materialları Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilmiş, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində araşdırma aparılmış və 01 noyabr 2019-cu il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən, yəni CM-in 162-1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə istinad edilməklə (qeyri-bəraətverici əsasla) cinayət işinin başlanması rədd ed ilmişdir. Həmin qərarın məzmunundan görünür ki, araşdırma zamanı Cavabdeh MMC-nin direktoru X9 izahatında göstərmişdir ki, 2016-cı ilin aprel ayından dekabr ayınadək cəmiyyət Gəncə şəhəri ərazisində su və kanalizasiya xətlərinin çəkilməsini həyata keçirmiş, bu məqsədlə işçi qüvvəsi lazım olduğundan X6 öz briqadası ilə həmin işi başa çatdırmışdır. Ancaq bəzi işçilərin sınaq müddətində fəaliyyətinin yoxlanılması məqsədi ilə onlarla əmək müqaviləsi bağlanmamışdır. Həmçinin, cəmiyyətin maddi çətinlikləri olduğundan onların əmək haqları tam verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Füzuli oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X2 və İddiaçı10 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əmək haqqı borcu olaraq 140480 manat pulun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin mart ayında Gəncə şəhərinin su və kanalizasiya sisteminin tikintisinə dair tenderin qalibi iş üzrə Cavabdeh MMC və iddiaçılar arasında olan razılaşmaya əsasən onlar 20 mart 2016-cı ildən etibarən Gəncə şəhərində su və kanalizasiya sisteminin bərpası işlərinə cəlb olunmuşdur. Bir müddət layihə əsasında müəyyən işlər görsələr də, cavabdeh təşkilat tərəfindən iddiaçılara olan əmək haqqı borcu vaxtlı-vaxtında ödənilmədiyinə görə həmin layihə üzrə işləri dayandırmaq məcburiyyətində qalmışlar. Nəticədə cavabdeh təşkilatın onlara hazırkı günə ümumilikdə 140480 manat ödəni lməmiş borcu qalmışdır. Dəfələrlə cavabdeh təşkilata, digər aidiyyəti dövlət orqanlarına borcun ödənilməsi ilə bağlı müraciət etsələr də, bu heç bir nəticə verilməmişdir.
7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 2 saylı region üzrə X4 nümayəndəsi X7 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında qeyd etmişdir ki, iddiaçıların hazırkı iddia tələblərinin əsasını təşkil edən məsələ ilə əlaqədar Müfəttişliyə də müraciət etmişlər. Müraciətlə əlaqədar olaraq zəruri tədbirlər görülmüş, şirkətin rəhbərliyi ilə əlaqə saxlanılmışdır. Onlar özləri də bildirmişər ki, iddiaçılar şirkətlərində işləmişlər. Lakin qeyd etdiklərinə görə iddiaçılardan yalnız ikisi müqavilə əsasında işləmişdir. Digərlərinin isə əmək müqavilə si olmamışdır. İddiaçıların sayı 10 nəfərdən çox olduğundan bu halla əlaqədar olaraq inzibati protokol tərtib edə bilməmişlər. Məsələ ilə əlaqədar olaraq Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qarşısında məsələ qaldırılmış və bütün zəruri sənədlər ora təqdim edilmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-ci il tarixli, 2(005)3926/2019 nömrəli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia təmin edilərək, Cavabdeh MMC-dən 140480 manatın iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Füzuli oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X1 və İddiaçı10 xeyrinə tutulması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar və cavabdeh şirkət arasında əmək münasibətləri əmək qanunvericiliyinin təl əblərinə uyğun rəsmiləşdirilməsə də, iddiaçılar cavabdeh üçün iş görmüş, cavabdeh isə bunun müqabilində həmin işin dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür.
10. Birinci instansiya məhkəməsi iş materiallarında olan Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanmış və təsdiqlənmiş cədvəl üzrə məlumatlara əsasən hesab etmişdir ki, iddiaçıların cavabdeh şirkət üçün işlərin görülməsi və cavabdehin bu işləri dəyərinin ödənilməsi vəd etməsi iş materialları ilə öz təsdiqini tapdığından iddia təmin edilməli, Cavabdeh MMC-dən 140480 manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Füzuli oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X2 və İddiaçı10 xeyrinə tutulmalıdır.
11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 425. 1-ci, Əmək Məcəlləsinin 17.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin yeri və vaxtı barədə onlar lazımi qaydada məlumatlandırılmamış, məhkəmədə iştirakı təmin olunmamış, dinlənilmək hüquqları və çəkişmə prinsipi pozulmuşdur. Həmçinin iddiaçılarla onun arasında əmək qanunvericiliyinə uyğun heç bir əmək müqaviləsi, yaxud mülki qanunvericiliyə uyğun hər hansı xidmət müqaviləsi olmamışdır. Məhkəmə iddiaçıların subyektiv hüququnun olub-olmamasını yoxlamamış, pro sessual və maddi hüquq normalarını pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.
14. Apellyasiya icraatı zamanı cavabdeh tərəf mülki işin 196-cı səhifəsində olan, Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanıb möhürlə təsdiqlənmiş sənədin mötəbərliyini mübahisələndirərək, bildirmidir ki, müəssisənin direktoru işləri ilə əlaqədar tez-tez başqa-başqa rayonda olduğu üçün əməliyyatların operativliyini təmin etmək zərurəti ilə əlaqədar həmişə ofisdə hazır imzalı, möhürlü blanklar saxlayıb ki, onun olmadığı vaxtlarda yazışmaların ləngidilməməsi və işləri sürətli aparılması məqsədi ilə işçiləri həmin imzalı və möhürlü sənədlərdən istifadə etsinlər. Dəfələrlə bu praktikadan istifadə olunub, onlara məlum olmayan yolla iddiaçılar da həmin blanklardan birinə əmək haqqı borcu barədə belə bir mətn əlavə ediblər və həmin saxta sənədi də sübut kimi məhkəməyə təqdim etmişlər. Onlar hazır imzalı və möhürlü vərəqə belə bir mətn əlavə etmişlər ki, həmin vərəqdə yazıların bir hissəsinin çap formasında, MMC-nin vəzifəli şəxslərinin ad və soyadlarının isə əlyazma formasında icra edilməsi də bunu təsdiq edir.
15. Apellyasiya instansiyasə məhkəməsi qeyd olunan sənədin texniki ekspertizasını təyin etmiş, ekspertizanın 10 noyabr 2020-ci il tarixli 5/793-5/795 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş mülki işin 196-cı vərəqində olan İddiaçı2 qrupu üzə əmək haqqı borcu adlı sənəddəki çap mətni və həmin sənəddə olan əlyazma mətni, imzalar, möhür ayrı-ayrı vaxtlarda icra olunmuşdur. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanm ış mətnin, ştempel boya ilə icra olunmuş möhürün əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazılarının və imzaların tərtib olunma mütləq vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən mülki işin materiallarına əlavə edilmiş ( iş vərəq 70) İddiaçı2 qrupu üzrə əmək haqqı borcu adlı sənəddə də möhür və imzaların həmin sənəddə olan mətnlə eyni vaxtda icra edilib edilmədiyi müəyyən edilməsi barədə sual üzrə tədqiqat aparılmadı.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)-565/2021 nömrəli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Ra yon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(005)-3926/2019 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı2 Zülfü oğlunun iddia tələbi qismən təmin olunmuş, Cavabdeh MMC-dən 2298,71 manatın alınaraq ona ödənilməsi, onun iddia tələbinin qalan hissədə, digər iddiaçıların iddia tələblərinin isə bütünlükdə təmin edilməməsi qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin qanuni əsasını fərdi əmək mübahisəsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndi və 294-cü maddəsi ilə birlikdə götürülməklə həmin Məcəllənin 288-ci maddəsinin “d” bəndi təşkil edir. İddiaçılar tələblərinin əsası kimi məhkəməyə X8 ilə olan yazışmaları, eləcə də Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanmış və təsdiqlənmiş “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənədin kserosurətini təqdim etmişlər. İddiaçılar hazırkı tələbləri ilə bağlı məhkəməyə hər hansı başqa sübut, xüsusən də cavabdehlə əmək münasibətlərini təsdiqləyən əmək müqavilələrini təqdim edə bilməmişlər. Rayon məhkəməsi yalnız mülki iş materiallarında olan Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanmış və təsdiqlənmiş “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənədin kserosurətinə əsaslanmaqla iddia tələbini təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə sənədlərin texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2020-ci il tarixli rəyinə əsasən mülki işin 196-cı vərəqində olan “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddəki çap mətni və həmin sənəddə olan əlyazma mətni, imzalar, möhür əksi ayrı-ayrı vaxtlarda icra olunmuşdur. İddiaçılar (İddiaçı2 istisna olmaqla) isə cavabdehlə əmək qanunvericiliyinin yuxarıda istinad olunan normalarının tələblərinə uyğun olaraq əmək münasibətlərində olmalarına, onunla bağlanmış (razılaşmış) əmək müqaviləsinə əsasən 2016-cı ilin mart ayından həmin ilin dekabr ayınadək əmək funksiyalarını yerinə yetirdiklərinə, eləcə də, cavabdehin onlara əmək müqaviləsinə əsasən görmüş olduqları işlərə görə ödənilməmiş əmək haqqı borcunun olmasına dair biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübut təqdim edə bilməmişlər.
18. Apellyasiya instansiyas ı məhkəməsi cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə aparılmış araşdırmalarla iddiaçların (İddiaçı2 istisna olmaqla) iddia tələblərinin əsasız olması müəyyən olunmuşdur. İddia müddətinin tətbiqi isə yalnız əsaslı olan (keçərli olan) iddialara tətbiq oluna bilər. Əsassız olan iddia tələbi elə əsassız olmasına görə rədd edilməlidir. Başqa sözlə, əsassız olan iddia tələbinə iddia müddətinin tətbiqi istisna olunur. Bu baxımdan da, hazırkı iş üzrə iddiaçıların (İddiaçı2 istisna olmaqla) tələblərinə iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsi təmin edilə bilməz.
19. Apellyasiya instansiyası məhkəməsi İddiaçı2 iddiasına müddətin tətbiq olunmasına münasibətdə isə qeyd etmişdir ki, Avropa Məhkəməsi özünün bir çox qərarla rında, o cümlədən də, «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. («İatridis Yunanıstana qarşı», şikayət №31107/96, b.54, AİHM 1999-İİ; «Beyeler İtaliyaya qarşı», şikayət №33202/96, b.100, AİHM 2000-1)
20. Avropa Məhkəməsi bir çox sonrakı qərarlarında da ərizəçilərə müəyyən məbləğlərdə pulun ödənilməsindən (məsələn: əmək haqqı, pensiya və sair) imtina hallarını da Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məsələn: AİHM xx.xx.2012-ci il tarixli Qərarında («Burdov Rusiyaya qarşı») Çernobıl qəzasının iştirakçısı kimi ərizəçiyə təyin olunmuş kompensasiyanın ödənilməməsini onun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirmişdir. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, hazırkı iş üzrə iddiaçının ona ödənilməmiş əmək haqqı tələbi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və onun «mülkiyyəti» hesab olunur. Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə isə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) tələblərə iddia müddəti şamil edilmir. Belə olan halda aydın olur ki, İddiaçı2 hazırkı iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz.
21. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154, 287, 288, 289 və 294.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
22. İddiaçılar kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işə baxılarkən iddiaçıların və vəkill ərinin iştirakları təmin olunmamış, məhkəməyə dəvət olunmuş şahidlər dindirilməmiş, sübutlar düzgün qiymətləndirilməmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4957/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)-565/2021 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin olunmamış hissələrində ləğv edilməsi və işə həmin hissələrdə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
25. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçılar (İddiaçı2 Zülfü oğlu istisna olmaqla) cavabdeh şirkətlə aral arında əmək münasibətlərini təsdiqləyən əmək müqavilələrini təqdim edə bilməmişlər.
26. Qeyd edilməlidir ki, iddiaçılar özləri də onlarla əmək müqaviləsinin bağlanmasını iddia etməmişlər. Əksinə iddia ərizələrindən, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə ünvanlanmış müraciətlərdən də müəyyən olunur ki, iddiaçılar cavabdeh Cəmiyyətdə faktiki işləmələrini göstərməklə, bunun müqabilində əmək haqlarının ödənilməməsindən şikayət etmişlər.
27. O cümlədən X8 Xidmətinin 2 saylı region üzrə X5 08 iyul 2019-cu il tarixli məktubuna əsasən, həmin Xidmətdə aparılmış araşdırma ilə iddiaçıların əmək müqaviləsi bağlanmadan müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmələri, araşdırma materiallarında Azərbaycan Respublikası CM-in 162-1-ci maddəsi ilə nəzərdə tutulmuş ci nayət əməlinin tərkib əlamətlərinin mövcud olması müəyyən olunmuşdur.
28. Həmçinin iş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində araşdırma aparılmış və 01 noyabr 2019-cu il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən, yəni CMin 162-1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə istinad edilməklə (yəni qeyribəraətverici əsasla) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, araşdırma zamanı Cavabdeh MMC-nin direktoru X9 izahatında göstərmişdir ki, 2016-cı ilin aprel ayından dekabr ayınadək cəmiyyət Gəncə şəh əri ərazisində su və kanalizasiya xətlərinin çəkilməsi həyata keçirmiş, bu məqsədlə işçi qüvvəsi lazı olduğundan X6 öz briqadası ilə həmin işi başa çatdırmışdır. Ancaq bəzi işçilərin sınaq müddətində fəaliyyətinin yoxlanılması məqsədi ilə onlarla əmək müqaviləsi bağlanmamışdır. Həmçinin, cəmiyyətin maddi çətinlikləri olduğundan onların əmək haqları tam verilməmişdir.
29. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi tərəflər arasında əmək münasibətlərinin olmaması əsası ilə iddianı rədd edərkən, mülki qanunvericiliklə nəzərdə tutulmuş digər müqavilə münasibətlərinə əsasən iddianın əsaslılığını yoxlamamışdır.
30. Belə ki, prosessual qanunvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından as ılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir. Məhz həmin prinsipə uyğun olaraq Azərbaycan Respublikası 26 may 2009-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsindən iddia ərizəsində “qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif”in göstərmə vəzifəsinin iddiaçının üzərinə qoyulmasına dair müddəa çıxarılmışdır. 31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri nin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında irəli sürülmüş mövqeyə görə maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsi məsələsinin yoxlanılması zamanı tərəfin dispozitiv hüququ ilə “Jura novit curia” – “məhkəmə hüququ bilir” müddəası arasında kompromis mövcuddur. Apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyil. Lakin apellyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirir. Beləliklə, şikayətin obyektinə dair olduğu kimi şikayətin predmetinə dair də apellyasiya instansiyası məhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apellyasiya şikayətində müəyyənləşdirilir. Hüquqi qiymətləndirmə zamanı “Jura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
32. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların təqdim etdikləri “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənədi qeyri-mötəbər sübut qismində qiymətləndirmiş və iş üzrə keçirilmiş məhkəmə sənədlərin texniki ekspertizasının rəyinə istinad etmişdir.
33. Məhkəmə kollegiy ası hesab edir ki, bu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaları pozulmuşdur.
34. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
35. Həqiqətən iş materiallarından müəyyən olunur ki, iddiaçılar birinci instansiya məhkəməsinə həmin sənədin rə ngli surətini təqdim etmişlər. Lakin həmçinin müəyyən olunur ki, sənədin əsli apellyasiya məhkəməsinə təqdim olunmuş (c.1, səh. 196) və ekspert tədqiqatı məhz həmin sənədlə keçirilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinad edərək, mülki işin 196cı vərəqində olan “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddəki çap mətninin və həmin sənəddə olan əlyazma mətninin, imzaların, möhür əksinin ayrı-ayrı vaxtlarda icra olunmasını xüsusilə qeyd etsə də, ekspertin həmin nəticəyə gəlməsinin əsaslandırılmasını və ekspert rəyinin nəticə hissəsinin ikinci bəndini nəzərə almamışdır.
37. Belə ki, ekspert rəyinin “Tədqiqat prosesinin təsviri” bölməsində göstərilmişdir ki, tədqiq olunan sənəddə çap mətni elektrofotoqrafik qurğuda (lazer printer, surətçıxaran və s.) çap edilmi ş, möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur, imzalar isə hər hansı texniki qurğu vasitəsi ilə deyil, birbaşa qələmlə icra edilmişdir. Tədqiq olunan sənəddəki çap mətni, əlyazma mətni, imzalar və möhür əksi müxtəlif üsullarla icra olunduğu üçün təqdim edilmiş mülki işin 196-cı vərəqində olan “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddə olan printer mətni, həmin sənəddə olan əlyazma mətni, imzalar və möhür əksləri ilə müqayisədə ayrı-ayrı vaxtlarda icra olunmuşdur. Rəyin nəticə hissəsinin ikinci bəndində isə göstərilmişdir ki, rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış mətnin, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazılarının və imzaların tərtib olunma mütləq vaxtının müəyyən edilməsi üçün elm i cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən “Mülki işin materiallarına əlavə edilmiş (iş vərəq 70) “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddə möhür və imzaların həmin sənəddə olan mətnlə eyni vaxtda icra edilib edilmədiyi müəyyən edilsin” sualı üzrə tədqiqat aparılmadı. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
38. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1060/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi İlə (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) cavabdeh "X15" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi (baxılan hissədə) ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın (baxılan hissədə) təmin edilməsi, İddiaçı6 (maşinist)- 2000 manat, İddiaçı10 (sürücü pikap)- 4000 manat, İddiaçı2 Zülfü oğlunun ərizəsi nəzərə alınmaqla və xeyrinə 2298.71 manat məbləğində tutulmuş pul vəsaiti çıxılmaqla, 45104- 2298,714000=) 38805,29 manat, İddiaçı1 (tikinti üzrə konsultant)- 37460 manat, İddiaçı3 Füzuli oğlu (maşinist)-9494 manat, İddiaçı7 (sürücü)2726 manat, İddiaçı9 (maşinist)-8848 manat, İddiaçı8 (maşinist)- 10792 manat, İddiaçı5 (maşinist)-11278 manat, İddiaçı4 (maşinist) -12778 manat olmaqla, cəmi 138181,29 (yüz otuz səkkiz min yüz səksən bir min iyirmi doqquz qəpik) manat pul vəsaitinin Cavabdehndən tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsi, Mülki Məcəllənin 21, 324, 385-390, 560, 739-746, 88 2-ci və Mülki Prosessual Məcəllənin 52.2, 52.5, 76, 77, 80- 82, 106, 191, 217.4, 220.4, 372, 385390, 420-ci maddələrinə müvafiq kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən hesab etmişdir ki, cavabdeh tərəfindən etiraf edilən borc yaranma səbəbindən asılı olmayaraq yazılı sübutla təsdiq edildiyindən və bu sübutun mötəbərliyini şübhə altına alan dəlillər mövcud olmadığından, habelə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən yazılı sübutda əks edilən hər bir iddiaçıya aid pul vəsaiti ayrılıqda göstərilmədiyindən baxılan hissədə (yəni qüvvədə olan İddiaçı2 Zülfü oğlunun xeyrinə 2298.71 manat məbləğində tutulmuş pul vəsaiti istisna olunmaqla) qətnamə (prosessual əsasla) ləğv edilməli və hər bir iddiaçıya aid məbləğlər və onların cəmi göstərilməklə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.
40. Kollegiya hesab edir ki, cavabdeh iddiaçılarla əmək münasibətlərinin olmamasına istinad etsədə, prosessual şərait yaradılmasına və kifayət qədər zaman kəsiyində özü tərəfindən təsdiq edilmiş borcun etirafına aydınlıq gətirmədiyindən, işdə olan sübutların (cədvəlin, izahatların) mötəbərliyini təkzib edən hallar olmadığından, mövcud sübutlar əsasında qənaəti formalaşdıran amillərə əsasən nəticə məqbul hesab edilməlidir. Münasibətlərin səciyyəsindən asılı olmayaraq adı çəkilən birtərəfli əqd (cədvəl) isə borcun etirafı kimi qiymətləndirilməlidir.
41. Belə ki, Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsinə əsasən: Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə adlanan Mülki Məcəllənin 882-ci maddəsinə əsasən isə: Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir e tiraz irəli sürülə bilməz. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
42. Diqqətə çatdırılmalıdır ki, müddətin ötürülməsi üzrə kassasiya instansiya məhkəməsi tərəfindən göstərişlər olmadığından və onun hesablanması üzrə cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən bunun müzakirəsi üçün əsaslar müəyyən edilmir, cavabdehin borcun etiraf etməsi hərəkətləri birinci instansiya məhkəməsində baxış zamanı tərəflərin izhar etdikləri iradə ifadələrinin həqiqi məzmununu müəyyən edir və maddi hüquq normalarına müvafiq məhkəmənin gəldiyi nəticənin ümumilikdə düzgün olduğunu təsdiq edir.
43. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 324, 385-390, 560, 739-746, 882, Mülki Prosessual Məcəllənin 52.2, 52.5, 76, 77, 80- 82, 106, 191, 217.4, 220.4, 372, 385390, 420-ci maddələrinə istinadən əsaslandırmışdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
44. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin qeyd edilən əsaslarla rədd edilməsini xahiş etmişdir.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2022-ci il tarixli 2(103)1060/2022 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
46. Kassasiya instansiyası mövqeyini onunla əsaslandırmışdır ki, qətnamədə maddi hüquq normaları kimi ümumi şəkildə Mülki Məcəllənin 21, 324, 385-3 90, 560, 739-746, 882-ci maddələrinə istinad olunmuşdur. Göründüyü kimi bu normalar öhdəliyin müxtəlif növlərinə aiddir və hər birinin tətbiq olunması üçün fərqli əsaslar mövcud olmalıdır. Lakin baxılan iddianın hüquqi əsasının sadalanan normalardan məhz hansı norma olduğu göstərilməyib. Nəzərə alınmalıdır ki, MPM-nin 217 və 218-ci maddələrində məhkəmə qətnaməsinin qanuniliyi və əsaslı olması barədə tələb, qətnamədə sadəcə maddi hüquq normaların və müəyyən olunan faktların sadalanmasını deyil, iddianın maddi hüquqi əsasını təşkil edən normanın dispozisiya şərtlərinin açıqlanmasını və müəyyən olunan faktlarla uyğunluğunun təhlil edilməklə aydın nəticəyə gəlməni ehtiva edir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə uyğun deyil. Eyni zamanda məhkəmənin araşdırması MPM-ni n 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsində işə baxılarkən ona məlumat verilmədiyini, çəkişmə prinsipi pozulmaqla işə baxıldığını göstərmiş, həmçinin verilmiş iddia tələbinə iddia müddəti tətbiq olunmasını xahiş etmişdir. İşə birinci dəfə apelyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə kollegiyası iddianı özlüyündə əsassız saydığına görə iddia müddətinin tətbiqinə zərurət olmadığını bildirmişdir. Lakin işə ikinci dəfə apelyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdehin dəlillərinə qiymət verməmiş və mövqeyini belə əsaslandırmışdır ki, müddətin ötürülməsi üzrə kassasiya inst ansiya məhkəməsi tərəfindən göstərişlər olmadığından və onun hesablanması üzrə cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən bunun müzakirəsi üçün əsaslar müəyyən edilmir, cavabdehin borcun etiraf etməsi hərəkətləri birinci instansiya məhkəməsində baxış zamanı tərəflərin izhar etdikləri iradə ifadələrinin həqiqi məzmununu müəyyən edir və maddi hüquq normalarına müvafiq məhkəmənin gəldiyi nəticənin ümumilikdə düzgün olduğunu təsdiq edir.Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli qərarı, ümumiyyətlə iddia müddətinin araşdırılmaması barədə fikir ifadə etmir. Əksinə, qərarda qeyd olunub ki, araşdırma zamanı cavabdehin iddiaçılar qarşısında öhdəliyinin yaranması və icra olunub-olunmaması məsələlərinə sübutetmə vəzifəsinin bölü şdürülməsi qaydalarına uyğun hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Apellyasiya instansiyası məhkəməsi işin düzgün həlli üçün zəruri olan halları araşdrırmalı və iddia müddətinin tətbiq olunması barədə cavavdehin dəlilinə qiymət verməli idi. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsi Cavabdeh MMC-nin direktoru və maliyyə direktoru tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş, iddiaçılara borcun olması barədə (bu qərarın 2-ci paraqrafında göstərilən) yazılı sənədə borcun etirafı haqqında mücərrəd müqavilə kimi qiymət vermişdir (bu qərarın 41-ci paraqrafı). Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə dedikdə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haq qında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür (Mülki Məcəllənin 389.1-ci maddəsi). Bu baxımdan, bəhs olunan sənədin müqavilə kimi qəbul olunması üçün tərəfələrin onu imzalamış olması zəruridir. Lakin həmin sənədi digər tərəf imzalamamışdır. Buna baxmayaraq, həmin sənəd işə bilavasitə aidiyyəti olan yazılı sübutdur və məhkəmə tərəfəfindən mütləq nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə, iş üzrə kassasiya instanisyası məhkəməsini bu iş üzrə xx.xx.2021-ci il tarixli və indiki qərarında qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, apelyasiya araşdırmasının hədlərinə uyğun iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. f) Apellyasiya instansiya məhkəməsindəki üçüncü icraat
47. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1717/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ( hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Elşən Kazımov) cavabdeh "X15 " MMC-nin apellyasiya şikayəti qismən təmin edilmişdir. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə ləğv edilmiş, iddia həmin hissədə təmin edilmişdir. Cavabdeh "X15"MMC-dən iddiaçıların xeyrinə aşağıda göstərilən məbləğdə pul tutulması qət edilmişdir: 1) İddiaçı6 xeyrinə 2.000 manat; 2) İddiaçı10 xeyrinə 4.000 manat; 3) İddiaçı2 Zülfü oğlunun xeyrinə 38.805,29 manat; 4) İddiaçı1 xeyrinə 37.460 manat; 5) İddiaçı3 Füzuli oğlunun 9.494 manat; 6) İddiaçı7 xeyrinə 2.726 manat; 7) İddiaçı9 xeyrinə 8.848 manat; 8) İddiaçı8 xeyrinə 10.792 manat; 9) İddiaçı5 xeyrinə 11.278 manat; 10) İddiaçı4 xeyrinə 12.778 manat.
48. Apellyasiya instansiyası mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.202 0-ci il tarixli 5/793-5/795 nömrəli ekspert rəyinə görə, həmin sənəddə (əmək haqqı borcu barədə arayışda) çap mətni və sənəddə olan əlyazma mətni, imzalar, möhür əksi ayrı-ayrı vaxtlarda icra olunmuşdur (cild 2, iş v. 6). Lakin sənəddəki müxtəlif elementlərin icra tarixinin fərqli olması həmin sənədin saxta olduğunu təsdiq etmir. Sənəddəki möhür və imzalar cavabdehə aiddir, sənədin mətninin (çap mətni və əlyazma mətninin) möhür və imzaların icrasından sonra icra edildiyi müəyyən olunmur, ona görə sənəd həqiqi sayılır. Tərəflərin münasibəti podrat münasibəti kimi qiymətləndirilməlidir. Belə ki, işdə olan sübutlar həmin münasibətin başqa münasibət adlandırmağa imkan vermir. Ona görə də məhkəmə Mülki Məcəllənin 752-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, iddiaçıların sərf etd iyi əməyin (gördükləri işin) haqqı cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib (cild 2, iş v. 37). İddia müddətinin keçdiyini cavabdeh sübut etməlidir. Bunun üçün isə o, əməyə görə haqqın ödənilməli olduğu vaxtı bildirməli və bu vaxtın öhdəliyin icrası vaxtı olduğunu sübut etməlidir. Lakin cavabdeh bunu bildirməyib və sübut etməyib. Ona görə də iddia müddəti keçməyib. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə apellyasiya qaydasında yoxlanılan hissədə ləğv edilməli, iddia apellyasiya qaydasında yoxlanılan hissədə təmin edilməli, cavabehdən iddiaçıların xeyrinə əmək haqqı barədə arayışda (cild 1, iş v. 196) göstərilən məbləğdə pul tutulmalıdır. Bu arayışda iddiaçılardan birinə - İddiaçı2 olan əmək haqqı borcu 45.104 manat göstərilib. Həmin şəxs apellyasiya icraatı zamanı ərizə verərək (cild 2, iş v. 227) bildirib ki, 4.000 manatı səhv olaraq artıq göstərilib, ona ödənilməli olan məbləğ 41.104 manatdır (45.104 manat - 4.000 manat = 41.104 manat). Bundan başqa, həmin 41.104 manatın 2.298,71 manatının cavabdehdən İddiaçı2 xeyrinə tutulması barədə qanuni qüvvəyə minmiş qətnamə var. Bu qətnamə hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilib, qətnamə həmin hissədə Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılıb. Bu hesabla İddiaçı2 ödənilməli olan məbləğ 38.805,29 manat təşkil edir (41.104 manat - 2.298,71 manat = 38.805,29 manat). Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiy a şikayətinin dəlilləri
49. Cavabdeh kassasiya şikayəti verərək ( Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respulikasının müvafiq qanunvericiliyinə əsasən yaranmış mübahisələr ilə bağlı müxtəlif iddia müddətləri tədbiq edilir. Mövcud iş ilə bağlı olaraq iddiaçılar tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilən zaman Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulan müddət keçdiyi üçün iddia müddəti buraxılmışdır və buna görə də, iddia bu əsasla rədd edilməlidir. İddiaçıların tələbi ödənilməmiş əmək haqqının ödənilməsi ilə bağlıdır. Qanunvericiliyin tələblərinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı y aranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iddia ərizəsinə yalnız o halda baxa bilərdi ki, iddia müddətini bərpa etsin. İddia müddəti keçdikdə məhkəmə bu fakta əsaslanaraq iddianı rədd etməli idi. Apellyasiya instansiyasında xx.xx.2023-cü il tarixli 2(103)-1717/2023 nömrəli işə baxılan zaman məhkəmə tərəfindən bu maddənin müddəaları kobud şəkildə pozulmuşdur. Belə ki, həmin məsələ ilə bağlı olaraq apellyasiya instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, “iddia müddətinin keçdiyini cavabdeh sübut etməlidir. Bunun üçün isə o, əməyə görə haqqın ödənilməli olduğu vaxtı bildirməli və bu vaxtın öhdəliyin icrası vaxtı olduğunu sübut etməlidir”. Əməyə görə haqqın ödənilməli olduğu vax tı iddiaçı öz iddia tələbində 2016-cı il göstərmişdir. Məhkəməyə iddia ərizəsi isə 2019-cu ildə təqdim edilmişdir. Göründüyü kimi iddiaçı iddia etdiyi əmək münasibətlərinin yaranmasından 3 il sonra müraciət etməklə iddia müddəti ilə bağlı tələbi artıq pozmuşdur. Belə olan halda cavabdehin nəyi sübut etməli olduğu aydın deyildir. Məhkəməyə təqdim olunmuş iddia müddətinin tətbiq barədə ərizədə iddia müddətinin hansı tarixdən hesablanması, iddia müddətinin nə qədər olması, ərizənin məhkəməyə hansı tarixdə təqdim olunması və bu məlumatlar əsasında iddia müddətinin buraxılması dəqiq göstərilmişdir. İddiaçı “əmək haqqı” tələbi ilə bağlı iddia ərizənin məhkəməyə təqdim etdiyi müddətdən 1 il əvvəlki dövrdə hər hansı əmək funksiyasının icrası ilə bağlı heçbir sübut təqdim etmədiyi halda cavabdehdən sübut tələb edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. İş üzrə ən vacib və iddianın taleyini həll edən bu məqama qiymət verməməklə məhkəmə kobud pozuntuya yol vermişdir. İddiaçılar tərəfindən iddia müddətinin buraxılması ilə bağlı olaraq hər hansı bir səbəb göstərilməmişdir. Qanunvericiliyin bunun üçün tələbi kifayət qədər sadə olsa da, apellyasiya instansiya məhkəməsi 3-cü dəfə bu məsələyə dair qərar qəbul edərkən, bu məsələyə ümumiyyətlə, münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən 375.2-ci maddəyə əsasən iddia müddətinin keçməsi barədə mübahisə tərəfinin ərizəsi, və yuxarıda sadalanan əsaslar olmasına baxmayaraq, apellyasiya məhkəməsinin bu qərarı heç də əsaslı olmamışdır. xx.xx.2022ci il tarixli Ali Məhkəmənin Mülki Kollegiyasının Qərarında da əvv əlki apellyasiya instansiya məhkəməsinin maddi normaların düzgün tətbiq edilməməsini qeyd etmişdir. Məhz elə bu səbəbdən də, həmin məhkəmənin qərarını ləğv edərək yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Lakin müddətin buraxılması ilə bağlı olaraq da məhkəmə maddi normanı kobud şəkildə pozaraq, işə əhəmiyyətli dərəcədə təsir edən halı düzgün qiymətləndirməmişdir. xx.xx.2022-ci il tarixli Ali Məhkəmə qərarında birbaşa şəkildə göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi işin düzgün həlli üçün zəruri olan halları araşdırmalı və iddia müddətinin tədbiq olunması barədə cavabdehin dəlilinə qiymət verməli idi” xx.xx.2023 - cü il tarixli apellyasiya məhkəməsinin qətnaməsi də əvvəlki apellyasiya instansiya məhkəməsinin qərarı kimi bu məsələni həll etməmiş və cavabdehin b ununla bağlı ərizəsinə düzgün qiymət verməmişdir. İddia müddətinin əhəmiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Odur ki, iddia tələbi onun təqdim olunması barədə iddia müddətinin buraxılması və hər hansı üzrlü səbəb təqdim olunmaması səbəbindən rədd edilməlidir. İddiaçılar onların 2016-cı ildə cavabdeh tərəfindən əmək fəaliyyətinə cəlb edilmələri və əmək haqqlarının ödənilməməsi barədə tələblə (fərdi əmək mübahisəsi) məhkə məyə müraciət etmişlər. İddiaçıların hazırkı iddia tələbinin qanuni əsasını fərdi əmək mübahisəsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1 -ci bəndi və 294-cü maddəsi ilə birlikdə götürülməklə həmin Məcəllənin 288-ci maddəsinin d) bəndi təşkil edir. İddia tələbi və təqdim edilən bütün sübutlar onların məhz əmək fəaliyyətinə cəlb edilməsinin iddia olunması ilə bağlıdır. Lakin apellyasiya məhkəməsi məlum olmayan formada və iddia tələbində nəzərdə tutulmadığı halda tərəflər arasında münasibətləri podrat müqaviləsi kimi tövsif edərək iddiaya podrat münasibətləri çərçivəsində qiymət vermişdir. Əmək münasibətləri və podrat münasibətləri fərqli qanunvericiliklə tənzimlənən fərqli maddi hüquq normalarına əsaslanan münasibətlərdir. İddia tələbində tərəflər arasında hə r-hansı podrat münasibətinin mövcudluğu ilə bağlı iddia mövcud deyildir. Əgər məhkəmə münasibətə podratla bağlı normaları tətbiq etmək niyyətində idisə, ilk növbədə tərəflər arasında podrat müqaviləsinin nə zaman və hansı şərtlərlə bağlanılmasını, münasibətinin nə vaxt və hansı formada yaranmış olmasını göstərməli idi. Belə ki, iddia ərizəsində, iş materiallarında və tərəflərin izahatlarında hansı işlərin sifariş olunduğu, hansı qiymətin razılaşdırıldığı, işlərin hansı həcminin icra olunduğu və sifarişçiyə təhvil verilməsi barədə heç bir tələb və ya sübut mövcud deyildir. Həmçinin məhkəməyə tərəflərin imzaladığı podrat müqaviləsi və ümumiyyətlə belə bir müqavilənin mövcudluğu barədə məlumat təqdim edilməmişdir. Nəticədə, tərəflər arasında podrat müqaviləsi və münasibəti birmənalı şəkildə m övcud deyil. Qanunvericiliyə əsasən, müqavilə iki tərəfin iradə ifadəsi əsasında formalaşan əqddir. Belə bir ədq bağlanan zaman tərəflər əqdin şərtlərini öz aralarında razılaşdırmaldırlar. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır və tərəflər üçün öhdəliklər yaranmış olur. İşin yenidən apellyasiya instansiyasına qaytarılması barədə Ali Məhkəmə qərarında da birbaşa göstərilmişdir ki, “qətnamədə sadəcə maddi hüquq normaların və müəyyən olunan faktların sadalanmasını deyil, iddianın maddi hüquqi əsasını təşkil edən normanın dispozisiya şərtlərinin açıqlanmasını və müəyyən olunan faktlarla uyğunluğunun təhlil edilməklə aydın nəticəyə gəlməni ehtiva edir.” Apellyasiya məhkəməsi heç bir tələb, səbəb, yaxud əsas olmadan “ Tərəflərin münasibəti podrat münasibəti kimi qiymətləndirilməlidir.” - fikrini bildirmişdir. Aydın deyildir ki, hansı səbəbdən və ya hansı zərurətdən münasibət məhkəmənin öz təşəbbüsü ilə podrat kimi qiymətləndirilməlidir. Əgər iddiaçı iddia tələbinin əsaslarını sübuta yetirə bilmirsə məhkəmə onun əvəzinə başqa hüquq münasibətlərindən əsaslar axtarmamalıdır. Tələb və əsasları məhkəməyə yalnız tərəflər təqdim etməlidir. Podrat müqaviləsinin mövcudluğunun iddia olunası tərəflər arasında tamamilə yeni predmet və tələb formalaşması deməkdir. Məhkəmə öz təşəbbüsü ilə faktiki olaraq tərəflər arasında mövcud olmayan yeni tələb və predmet formalaşdırmaqla yeni iddia tələbi yaratmışdır. Bu hal maddi hüquq normalarının tətbiqinin ciddi pozuntusudur. Məhkəmə daha sonra “əmək haqqı üzrə arayış” adlı m übahisəli və ekspert rəyi ilə mötəbər olmadığı sübuta yetirilmiş sənədi podrat münasibəti üzrə öhdəliyin icra edilməsinin sübutu və borcun etirafı kimi qiymətləndirir. İlk növbədə sənədin adında “əmək haqqı” ilə bağlı olduğu göstərilmişdir. Əqd üzrə borcun etirafı sənədinin mövcud olması üçün ilk növbədə etibarlı əqd mövcud olmalı, əqd üzrə öhdəliklərin icrasına və yalnız bundan sonra öhdəliklərin müxtəlif formada sənədləşdirilməsi məsələsinə baxmaq olar. Bu səbəbdən hesab edilir ki, məhkəmə qanunsuz və anlaşalımaz bir şəkildə münasibəti aidiyyəti olmayan maddə ilə təfsir etmişdir. Podrat münasibəti qarşılıqlı münasibətdir. Podrat müqaviləsi üzrə pul öhdəliyi qarşılıqlı iş görülməsi öhdəliyinin icrası halında tələb hüququnu yaradır. Məhkəmə qarşı tərəfin işələri icra etmə öhdəliklərini icr ası barədə heç bir qeydi yoxdur. Əgər podrat münasibəti mövcud idisə iddiaçılar həmin işləri nə vaxt, harda və formada icra etməklərini sübuta yetirməli idilər. İş materiallarında belə bir sübut yoxdur. Məhkəmənin “Bu baxımdan “əmək” anlayışı yalnız əmək hüququna deyil, həm də mülki hüquqa aiddir.” kimi ifadələri ümumiyyətlə anlaşılan deyildir. Ümumiyyətlə əmək mübahisəsi və mülki hüquqi öhdəliklər üzrə mübahisələr üçün qanunvericilik tamamilə fərqli tələblər, iddia müddətləri və müdafiə vasitələri təmin edir. İddia əmək mübahisəsi formasında qaldırılıb və iddiaya münasibət əmək qanunvericiliyi şərtləri daxilində (əmək münasibətinin mövcudluğu, iddia müddətinin buraxılması və s.) bildirilmişdir. Məhkəmənin öz təşəbbüsü ilə yekun qərarda mülki hüquqi - podrat münasibətinə keçməsi cavabdeh tərəfin tələblərinin ümumiyyətlə nəzərə alınmamasına səbəb olur və müdafiə hüququnun kobud pozuntusudur. Məhkəmənin MM-nin 529.2-ci maddəsi üzrə əsaslandırması isə ümumiyyətlə qəbuledilən deyildir. Maddə tələb edir ki, icraçı (bu halda iddiaçı) kreditora icra barədə sənəd təqdim etsin. Birincisi, sənəd yalnız cavabdeh tərəfindən imzalanıb. İddiaçılar hər hansı öhdəliyin hər hansı formada icrası barədə heç bir sənəd təqdim etməyiblər. İkincisi, “əmək haqqı” adlı sənədin cavabdeh tərəfindən icranı qəbul etməsi kimi qiymətləndirilməsi də qəbul edilən deyildir. Qanunvericiliyə əsasən, tərəf ilk növbədə öz tələblərini sübuta yetirməlidir. Qanunilik və ədalətlilik mövcud sübutların qanunvericiliyə uyğun şəkildə qiymətləndirilməsi zamanı mövcud olur. Lakin məhkəmə qəbul etdiyi qərar ilə bu iki m əhfumdan tamamilə kənarlaşmışdır. Qərar o zaman qanuni olardı ki, iddiaçıların göstərdikləri sübut mötəbər olardı. Məhkəmə 217.1-ci və 218.1 -ci maddələri əhatə etməyən qərar qəbul etmişdir. Qanun əsaslı olmayan sübutu əsas gətirərək qərar qəbul edilməsini əsassız hesab edir. Apellyasiya məhkəməsi isə iddiaçıların məhkəməyə təqdim etdikləri “cədvəl” əsasında heç bir araşdırma aparmadan, bu maddələrin tələbini pozmaqla qərar qəbul etmişdir. Avropa Məhkəməsinin Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2007-ci il 21 yanvar tarixli Qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir. Məkəmə öz qətnaməsində Mülki Prosessual məcəllənin 372.1 və 14.2- ci maddələrinin tələblərini də pozmuşdur. Belə ki, məhkəmə işdə olan sübutlar əsasında və tərəflərin təqdim etdikləri sübutları əsaslandırmalıdır. Lakin məhkəmə tərəfindən çox qısa bir qərar vasitəsilə heç bir aydınlaşdırma aparmadan cavabdeh barəsində Ali Məhkəmənin qərarınında göstərilən məqamları araşdırmadan qərar qəbul etmişdir. Bu da mövcud qanunvericiliyin maddələrinin pozulmasına səbəb olmuşdur. Apellyasiya məhkəməsi bütün bu maddələrin pozulması ilə ədalətli məhkəmə araşdırmasını kobud şəkildə pozmuşdur. Məhkəmənin işə ədalətlə baxıb tərəflərin sübutları əsasında yekun qərar qəbul etməlidir. Təəssüflər olsun ki, məhkəmənin qətnaməsi ədalətli olmamışdır. Apellyasiya məhkəməsi kobud prosessual pozuntuya yol verərək Ali Məhkəmənin qəbul etdiyi qərardakı göstərişlərə əməl etməmişdir. Belə ki, Ali Məhkəmə mövcud məsələ ilə bağlı bir sıra nöqsanların olduğu üçün əvvəlki apellyasiya instansiya məhkəməsinin qərarını məhz yenidən baxılması üçün göndərmişdir. Lakin məhkəmə Ali Məhkəmənin göstərdiyi nöqsanları aradan qaldırmaq əvəzinə onları demək olar ki, olduğu kimi saxlamış və maddi hüquq normalarının pozuntusu ilə bağlı oxşar səhvlərə yol vermişdir. Belə ki, Ali Məhkəmənin qərarında nöqsanların aradan qaldırmaqla yanaşı, apellyasiya araşdırmasının hədlərinə uyğun iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli olmasını qeyd etmişdir. Ali Məhkəmənin qərarının 71 -ci bəndində göstərilmişdir ki, MPM-nin 217 və 218-ci maddələrində məhkəmə qətnaməsinin qanuniliyi və əsaslı olması barədə tələb, qətnamədə sadəcə maddi hüquq normaların və müəyyən olunan faktların sadalanmasını deyil, iddianın maddi hüquqi əsasını təşkil edən normanın dispozisiya şərtlərinin açıqlanmasını və müəyyən olunan faktlarla uyğunluğunun təhlil edilməklə aydın nəticəyə gəlməni ehtiva edir. Məhkəmə istinad etdiyi normalarının şərtlərinin faktiki hallara uyğunluğu ilə bağlı heç bir əsaslandırma aparmamışdır. Ləğv olunan apellyasiya məhkəməsi də qərarında ümumi xarakterli mülki hüquqi normalarla istinad etmişdir və Ali Məhkəmə bu nöqsanlardan aradan qaldırılması ilə bağlı göstəriş vermişdir. Eyni qaydada şikayət verilən qərarda da göstərişlərə zidd olaraq öhdəlik hüququnun ümumi normasının adı sadalanmaqla iş üzrə yekun qərar qəbul olunmuşdur. İşin faktiki hallarının qanunvericili k əsasında şərhi həyata keçirilməyib. Həmçinin iddia müdəti ilə bağlı göstərişi də icra etməmiş, iddiaçıların iddia müddətini buraxması halına qiymət verməmişdir. O da qeyd edilməlidir ki, mübahisələndirilən qərarda nəinki Ali Məhkəmənin göstərişlərinə istinad və onların yerinə yetirilməsi ilə bağlı qiymətləndirmə mövcud deyil, hətta həmin qərardan Ali Məhkəmə tərəfindən işin geri qaytarılması belə aydın olmur. Apellyasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “cavabdehin verdiyi, əmək haqqı barədə arayış (cild 1, iş v. 196) həmin maddənin məqsədi baxımından kreditorun (cavabdehin) icranı qəbul etdiyini təsdiq edən sənəd sayılır”. Hesab edilir ki, bu qaydada qiymətləndirmə sübutların qiymətləndirilməsi ilə bağlı tələbələrə tamamilə ziddir. İlk növbədə məhkəmənin cavabdeh tərəfindən iddiaçılara verildiyi qeyd edilən bu sənəd cavabdeh tərəfindən bir tərəfli qaydada hazırlandığı iddia olunan sənəddir və həmin sənəd cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmişdir. Bundan əlavə, iddia ərizəsi məhkəməyə təqdim olunarkən və işə rayon məhkəməsində baxılarkən, qeyd olunan sənədin rəngli kserosurəti təqdim edilmiş, yalnız apelyasiya instansiyasında baxış zamanı sənədin “əsli” tapılmışdır. Eyni zamanda, həmin sənədin cavabdeh tərəfindən icranı qəbul edən sənəd hesab edilə bilməz. Ümumiyyətlə, bu sənəd üzərində aparılan əməliyyatların heç bir qanuni əsası yoxdur. Əvvəl də qeyd etdiyimiz kimi, işlərin operativliyinin təmin olunması məqsədilə inzibati binada imzalı və möhürlü formada saxlanılan boş kağızlardan biri qanunsuz olaraq əldə olunaraq həmin kağıza bu mətn çap olunmuşdu r. Həmin sənədin üzərində çap olunan bu qeydlərin isə, cavabdeh tərəfindən həyata keçirlimədiyi tam şəkildə aşkardır. Ekspert rəyində də öz təsdiqini tapmışdır ki, çap mətni və əl yazısı fərqli tarixlərdə icra olunub. Məsələ ilə bağlı olmayan sübut bu məsələdə sübut kimi istifadə olunmaqla məhkəmənin düzgün olmayan qərar qəbul etməsinə səbəb olmuşdur. “Əmək haqqı barədə arayış (cild 1, iş v. 196)” sənədi mötəbər olmayan sənəddir. Həmin sənədin mötəbər olmamasına səbəb isə bu sənədin tərtib edilmə qaydasının düzgün olmamasıdır. Belə ki, Məhkəmənin “icra tarixinin fərqli olması həmin sənədin saxta olduğunu təsdiq etmir” ifadəsinin heç bir əsası yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5/793- 5/795 saylı, 10 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, “İddiaçı2 qrupu üzrə əmək haqqı borcu” adlı sənəddəki çap mətni və həmin sənəddə olan əlyazma mətni, imzalar, möhür ayrı-ayrı vaxtlarda icra olunmuşdur. Bu qədər fərqlərin bir sənəddə mövcud olması halında məhkəmə tərəfindən belə bir sübutun mötəbər kimi qeyd edilməsi anlaşılan deyil. Məhkəmənin özünün də qərarda ekspertiza rəyinin müvafiq hissəsini göstərərək “icra tarixinin fərqli olması həmin sənədin saxta olduğunu təsdiq etmir” ifadəsinin işlətməsi onu göstərir ki, həqiqətən də sənəddə icra tarixinin fərqli olması və əlyazma, möhür və imzaların icra vaxtları fərqlidir və sübut özündə mötəbərliyi daşımır. Apellyasiya instansiyası məhkəməsinin hansı əsasla belə bir nəticəyə gəlməsi və niyə görə ekspertin bu rəyini iddiaçıların xeyrinə şərh etməsi aydın deyildir. Baxmayaraq ki, məhkəməni n qərarı aydın olmalı və qəbul etdiyi qərarı əsaslandırmalıdır. Lakin biz məhkəmənin qərarında sadəcə, kiçik abzasda məhkəmənin həmin sənədi mötəbər hesab etməsinin şahidi oluruq. Konstitusiya məhkəməsinin Plenumunun F.Cacadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli X.Xəlilovunşikaəyti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarlarına əsasən, Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradımaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir. Qətnamədə belə bir qərarın verilməsi işi ədalətli şəkildə araşdırmağa şərait yaratmağa imkan vermir. Ədalətli araşdırma sübutları düzgün şəkildə qiymətləndirməklə və onların mötəbərliyini əsalandırmaqla həyata keçirilir. Lakin məhkəmənin qərarında ədalətli məhkəmə araşdırmasını qeyd etmək çətindir. Çünki işdə olan materialın hansı əsasla mötəbər sübut olmasına heç bir aydın izah verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qoşma sənəd kimi əlavə olunan xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixli tarixli qərarında məhkəmə oxşar məzmunlu “cədvəli” sübut kimi qəbul etməmişdir (hər iki iş üzrə 2(103)-655/2023 nömrəli sədrlik edən hakim Namiq Cəfərov). Hər iki işdə yeganə sübut kimi “cədvəl” təqdim olunmuş və hər qərarı iki işdə ekspert rəyi ilə cədvəl üzərində fərqli tarixlərdə çap mətnin və ə l yazısının icra olunduğu göstərilmişdir. Hər iki işdə “cədvəli” imza etmiş şəxs tərəfindən eyni məzmunlu izahat verilərək sənədin saxtalaşdırıldığı bildirilmiş və çap mətni inzibati binada hazır saxlanılan imzalı boş kağıza sonradan naməlum şəkildə çap edilməklə icra olunduğu bildirilmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli qərarında bu halı qəbul etmiş və sənədin həqiqi (mötəbər) olmadığı qənaətinə gəlmişdir. Lakin şikayət verilən işdə isə bu əsaslandırma qəbul edilməmişdir və hətta həmin mübahisəli “cədvəl” əsasında yekun qərar qəbul edilmiş, ödənilməli məbləğ hesablanmışdır. Məhkəmə “cədvəl”-in məzmunu ilə bağlı da iki iş üzrə tam fərqli qərar qəbul etmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli qərarında göstərir ki, “iddianın təmin olunması üçün iddiaçı müqavilə öhdəliyini icra etdiyin i sübut etməlidir” və bu əsasla iddia rədd edir. Lakin maraqlıdır ki, şikayət olunan işdə işin icrası ilə bağlı heç bir sübut tələb etmir, araşdırma aparmır və sadəcə “cədvəl” əsasında işlərin icra olunduğunu bildirirərək kobud pozuntuya yol verir. Beləliklə aydın olur ki, məhkəmə xx.xx.2023-cü il tarixli qərarda özünün daha əvvəlki qərarından tam fərqli qiymətləndirmə və qərar qəbul etmişdir. Bu fakt məhkəmənin təcrübəsinin vahidliyinin və müəyyənliyinin pozuntusudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
52. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericili yin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
53. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
54. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
55. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
56. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
57. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
58. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
59. Maddə 529.1 Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
60. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etmə lidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Mülki Prosessual Məcəllə
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
66. Maddə 407.2. Kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı kassasiya şikayətində qə tnamə cavdebh tərəfindən iddianın təmin edilən hissəsində mübahisləndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisləndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
74. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Yuxarıd a göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1717/2023 nömrəli mülki iş üzrə 3 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.