Məhkəmə qərarları › İş №2(102)-2706/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2706/2024

23.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2706/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Xammal və X22 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh1nə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və İbragimov Agil müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: icra icraatından irəli gələn mübahisələr (hərracın nəticələrinin mübahisələndirilməsi), əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqinə dair iddialar üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı cavabdehlər Azərbaycan Respublikasının Xammal və X22 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh1nə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və İbragimov Agil müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “Cavabdeh1, Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjası, Daşınar və Daşınmaz Əmlakların satışı X20 hərəkətlərinin qanunsuz hesab edilməsi, hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının 2(103)-3074/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, 20 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 QSC-nin cavabdeh Mustafayev Həsənağa Vəkil oğlu və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, 040R********** saylı kredit razılaşması üzrə ödəniş gününə olan məzənnəyə uyğun olaraq cəmi 36.757,78 ABŞ dollarının manatla Mustafayev Həsənağa Vəkil oğlu, İddiaçı və Mustafayev Sarvan Vəkil oğlundan müştərək qaydada Cavabdeh2 QSC-nin xe yrinə tutulması, 040R********** saylı kredit razılaşması üzrə ödəniş gününə olan məzənnəyə uyğun olaraq cəmi 27.757,94 ABŞ dollarının manatla, habelə 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının Mustafayev Həsənağa Vəkil oğlu, İddiaçı və Mustafayev Sarvan Vəkil oğlundan müştərək qaydada Cavabdeh2 QSC-nin xeyrinə tutulması, tutmanın Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun sovxozu, 2-ci döngə, 139 “C” saylı fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 32.000 manat məbləğində qiymətləndirilməsi, tutmanın Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, 6 saylı evin 27 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 92.000 manat məbləğində qiymətləndirilməsi, həmin əmlakların hərr acdan satılması və əldə olunmuş vəsait hesabına borcların ödənilməsi, Bakı şəhəri, Xətai rayonu Naximov küçəsi, 2 saylı Zeytun Sovxozu 2-ci döngədə yerləşən 139C saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Mustafayev Sarvan Vəkil oğlunun, X9, X12, X7 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin boşaldılması və alıcıya təhvil verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi 6 saylı evin 27 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra İddiaçı, X1, X4, X2 və X3 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların mənzildən çıxardılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir.

2. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir.

3. İcra məmuru x x.xx.2021-ci il tarixli məktubla hərracın keçirilməsi üçün Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjasının "xxxx"nə (bundan sonra - hərracın təşkilatçısı) sifariş vermişdir.

4. Hərracın təşkilatçısı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun Sovxozu 2-ci döngə 139C saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 32000 manat olmaqla və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzilinin ilkin satış qiyməti 92000 manat olmaqla satılması üçün ilkin hərracın ünvan 1 ünvanında keçirilməsini xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin etmiş, bu barədə Mustafayev Sarvan Vəkil oğlu, X15, X21 və X10 xx.xx.2021-ci il tarixli bildiriş göndərmişdir.

5. Həmin hərrac baş tutmamış və hərracın təşkilatçısı təkrar hərracın ünvan 1 ünvan ında keçirilməsini xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin etmiş, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun Savxozu 2-ci döngə 139 C saylı fərdi yaşayış evinin satış qiymətini 15 % azaldaraq 27200 manat, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzilin satış qiymətini 15 % azaldaraq 78200 manat müəyyən etmiş, bu barədə Mustafayev Sarvan Vəkil oğlu, X15, X21 və X10 ünvanlanan xx.xx.2021-ci il tarixli bildiriş göndərmişdir. 6. “Birja yenilikləri” qəzetinin 22 iyun 2021-ci il və 10 avqust 2021-ci il tarixli nömrələrində Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun Savxozu 2-ci döngə 139C saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzilə dair ke çirilən hərracların yeri, vaxtı və nəticələri barədə məlumatlar əks olunmuşdur. 7. xx.xx.2021-ci il tarixə saat 11:00-dan 17:00-dək Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun Savxozu 2-ci döngə 139C saylı fərdi yaşayış evinin və Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzilin satılması üçün hərracn keçirilməsi barədə ********** nömrəsinə “SMS” göndərilmiş və çatdırılmışdır.

8. Təkrar hərrac da baş tutmamışdır. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin Mustafayev Sarvan Vəkil oğlu, X15, X21, X10 ünvanlanmış xx.xx.2021-ci il tarixli təklif məktubundan müəyyən olunur ki, Xətai Rayon İcra şöbəsinin 17/74 № 169468/20-23 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubunda göstərilir ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun Savxozu 2-ci döngə 139C saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzilinə təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə yəni 20400 manat və 58650 manat olmaqla ipoteka saxlayana təklif edilmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti, tələbin könüllü icrası haqqında bildiriş İddiaçı, X6, X11, X8 və X5 göndərilmişdir. 10. 22.04.2022-ci il tarixli akta əsasən, icra tədbirləri zamanı ipoteka predmeti ol an mənzil boşaldılmış, həmin mənzil boş vəziyyətdə tələbkar quruma təhvil verilmiş və həmin akt A.Ə.Əhmədov, A.İ.Cəbiyev, A.N.Musayev, X.Mövlalı, M.Hüseynov, R.C.Hacıyev və Ç.N.Əzimov tərəfindən imzalanmışdır.

11. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi tam icra edildiyindən Cavabdeh1 xx.xx.2022-ci il tarixli qərarına əsasən icraata xitam verilmişdir. 12. 18 avqust 2021-ci il tarixli alqı-satqısı müqaviləsinə əsasən, Mustafayev Sarvan Vəkil oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun Savxozu 2-ci döngə 139C saylı fərdi yaşayış evi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 20400 manata tələbkar ”Access Bank” QSC tərəfindən əldə edilmiş və xx.xx.2 021-ci il tarixdən bankın mülkiyyətində olmuşdur. 13. xx.xx.2021-ci il tarixli, alqı-satqı müqaviləsinə əsasən, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzil bank tərəfindən 20400 manata əldə edilmiş və həmin mənzil xx.xx.2022-ci il tarixindən Cavabdeh2 QSC-nin mülkiyyətində olmuşdur. 14. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə "xxxx" QSC-in adına qeydə alınmışdır. 15. xx.xx.2022-ci il tarixli "xxxx" QSC ilə Aqil İbrahimov arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili 100.000 manata sonuncuya satılmışdır. Hazırda həmin mənzil Aqil İbrahimovun xüsusi mülkiyyə tindədir.

16. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2277/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə, iddiaçı Mustafayev Həsənağa oğlunun cavabdehlər Azərbaycan Respublikası Xammal X22 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi və ”Access Bank” QSC-yə qarşı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə hərracın nəticələrinə dair yekun protokolun və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi təmin edilməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-528/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Mustafayev Həsənağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2277/2022 saylı, xx.xx.2022-ci il tarix li qətnaməsi ləğv edilmiş, Xammal X22 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracın yekunları barədə 63/04 saylı, 18 avqust 2021-ci il tarixli protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş ”Access Bank” QSC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləsi etibarsız hesab edilmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə mübahisələndirilən hərracın keçirilməsi zamanı qanunun imperativ tələblərinə əməl olunmaması, yəni ipoteka qoyan kimi İddiaçı hərracın keçirilməsinin yeri və vaxtı barədə məlumatın verilməməsi müəyyən olunmuşdur.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2191/2023 saylı qərarına əsasən, Bakı Ap ellyasiya Məhkəməsinin 2(103)528/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia rədd edilmişdir. Ali Məhkəmənin qərarı onunla əsaslandırılmışdır ki, hərracın keçirilməsi haqqında ipoteka qoyana məlumat verilməsi barədə məcburi qaydaya (qanunun tələbinə) əməl olunmaması, ipoteka qoyanın mənafeyinin pozulması (potensial alıcı dairəsinin məhdudlaşdırılması nəticəsində hərracların baş tutmaması və predmetin satış qiymətinin aşağı düşməsi) baxımından əsaslıdır. Lakin hazırkı işdə ipoteka qoyan iddia qaldırmamış, iddianı əsas borclu irəli sürmüşdür. Buna baxmayaraq, həmin qanun pozuntusunun əsas borclunun əmlak maraqlarını hansı formada zədələməsi, daha dəqiq desək, mənafe pozuntusunun onun üçün konkret nədə ifadə olunması qətnamədə göstərilmə mişdir. Hazırkı iş üzrə iddiaçı (əsas borclu) Həsənağa Mustafayev, sözügedən hərracın keçirilməsi barədə ipoteka qoyan İddiaçı məlumat verilməməsinə və bunun nəticəsində ipoteka predmetinin aşağı qiymətə satılmasına istinadən hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Bu hal iddianın təmin olunmaması üçün əsasdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 19.İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Xammal və X22 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə, "xxxx" QSC-yə, Cavabdeh1nə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və İbrahimov Agil müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasının, Daşınar və Daşınmaz Əmlakların Satışı X20 hərəkətlərinin qanunsuz hesab edilməsi, hərracın yekunlarına dair protokol, hərrac yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi və "xxxx" QSC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, kredit razılaşmasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov kuçəsı, 6 saylı evin 27 saylı mənzilinin qiymətləndirilməsindən, həmin əmlaka dair hərracın keçirilməsi barədə məlumat verilmədiyindən əmlakla bağlı hərracda iştirak etmək hüququ təmin edilməmişdir. Bu səbəbdən də Cavabd eh1 və Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası, Daşınar və Daşınmaz Əmlakların Satışı X20 hərəkətləri qanunsuz hesab edilməsi, hərracın yekunlarına dair protokol, hərrac yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi və "xxxx" QSC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə gedişi zamanı Bankın əməkdaşı Rəşad adlı şəxs, iddia ərizəsini geri götürdükdə ona kredit borcunuzu hissəhissə ödəməyə və ipoteka ilə yüklü olan evin qaytarılmasına şərait yaradılacağını bildirmişdir. Məhkəmə gedişi zamanı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 2 saylı Zeytun sovxozu, 2-ci dongə 139 C saylı fərdi yaşayış evinə dair bank ilə razılıq əldə olunduğundan həmin əmlak qaytarılmışdır. Bu səbəbdən iddianı geri götürmüşdür. Bundan 3 gün sonra icra şöbəsindən məktub gəlmişdir ki, evdən onları məcburi qaydada çıxaracaqlar. Bundan sonra icra məmuru evdən çıxmağı barədə bildirişi təqdim etmişdir, lakin həmin bildirişdə ona aid məlumatlar olmamışdır. Buna baxmayaraq təyin olunmuş icra vaxtında üzrlü səbəbdən (arvadının vəfatı ilə bağlı Masallı rayonunda qəbr ziyarətində olduğundan) iştirak edə bilməmiş və icra vaxtının dəyişdirilməsi barədə teleqramla məlumat vermişdir. Qeyd olunanlara baxmayaraq iştirakı olmadan mənzilin qapısı sındırılmaqla onlara məxsus əmlakları yararsız hala salınaraq onlara məlum olmayan yerə aparmışlar. Bank ilə Mustafayev Həsənağa Vəkil oğlu arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli 040L**********79 saylı uzun müddətli kredit müqaviləsinin və xx.xx.2014cü il tarixli 04 0R********** saylı kredit razılaşmasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin və mənzilinin qiymətləndirilməsindən, həmin əmlaklara dair hərracın keçirilməsi barədə məlumat verilmədiyindən əmlakla bağlı hərracda iştirak etmək hüququ təmin edilməmişdir. Həmçinin, hərracdan satılmış əmlakların real bazar qiyməti satış qiymətindən azı 2 dəfə artıq olmuşdur. Hərracdan satılan əmlaklar icra sənədi üzrə digər borcluların son yaşayış yeri olmuşdur. Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi 2 saylı Zeytun sovxozu, 2-ci dongə, 139 C saylı fərdi yaşayış evinə dair cavabdeh bank ilə razılıq əldə olunduğundan həmin əmlak qaytarılmışdır. Bankın əməkdaşı olan Rəşad Rasim və Aqil adlı makler olan şəxslərlə əlbir olaraq belə evləri ucuz qiymətə satdıqdan sonra daha bahasına satmış lar. 21.Cavabdeh iddia tələbini əsassız hesab edərək bildirmişdir ki, ərizə ümümi sözlərlə yazılaraq, tam əsası göstərilməmiş və iddianı sübut edəcək sənədlər əlavə edilməmişdir. İddiaçı hərrac keçirilərkən hərracların keçirilməsindən xəbərdar olmuş və hərracın keçirildiyini bilərək, dəfələrlə banka müraciətlər etmiş, razlığa gəlmək üçün cəhdlər etsə də, Bakı şəhəri Binəqədi rayonu Həmzə Babaşov küçəsi, ev 6, mənzil 27 dair nəticə olmamışdır. Belə ki, hərraca qədər, icra və hərrac dövründə borclu və ipoteka qoyan borcdan və ipoteka predmetinin hüquqi taleyindən məlumatlı olmuş, ipoteka saxlayan isə daim işin sülh yolu ilə həllinə çalışmışdır. Mustafayev Sarvan Vəkil oğluna məxsus olan Bakı şəhəri. Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun sovxozu, 2-ci döngə, 139 C saylı fərdi yaşayış e vi bankın balansına keçdikdən sonra özlərinə, Sarvan Mustafayevə nisyə alqı-satqı müqaviləsi ilə satılmışdır. Hətta əmlakı almaq üçün vəsaitin düzəldilməsinə vaxt və güzəştlər verilsə də borclu ipoteka qoyan iddiaçı qeyri-səmimilik göstərmiş, vəziyyətdən sui-istifadə etmişdir. İddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli oldıığu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki Məcəlləsinin qeyd edilən normasına əsasən, İddiaçı iddia qaldırmaq üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Belə ki, 2022-ci il və 2023-cü il tarixlərində eyni pr edimet, eyni tərəflər arasında, eyni əsaslarla iddia qaldırılmış, bilavasitə özü də prosesə cəlb edilmiş, ifadələri, izahatları protokollarda və video-audio çəkilişlərdə olmuş, lakin iddiası və şikayətləri Ali Məhkəmənin xx.xx.2023-cü il, 2(102)2191/2023 saylı qətnaməsi ilə rədd edilmişdir. Həmçinin vəkil xidmətindən belə yararlanmış və hüquqi aspektlərdən məlumatlı olmuşdur. Məhkəmə və icra prosesi zamanı, hərrac keçirilərkən tərəf məlumatlı olmuş və icra sənədi üzrə Mustafayev Sarvan Vəkil oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun sovxozu, 2-ci döngə, 139 C saylı fərdi yaşayış evi bankın balansına qəbul edildikdən sonra özünə, yəni ipoteka qoyana satılmışdır. 22.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(0 05)-247/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjası, Daşınar və Daşınmaz Əmlakların satışı X20 Bakı şəhəri Binəqədi rayonu Həmzə Babaşov küçəsi, ev 6-da yerləşən 27 saylı mənzillə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Xammal və X22 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Bakı şəhəri Binəqədi rayonu Həmzə Babaşov küçəsi, ev 6-da yerləşən 27 saylı mənzilə dair keçirilmiş hərracın yekunları barədə 63/04 saylı, 18 avqust 2021-ci il tarixli protokol və ona əsasən hərracın təşkilatçısı ilə “Accessbank“ Qapalı Səhmdar Cəmiyyəti arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə sinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, ev 6-da yerləşən 27 saylı mənzilə dair "xxxx"QSC-nin adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 103179 saylı xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. 23.Məhkəmə qeyd etmişdir ki, iş materiallartında olan xx.xx.2021-ci il tarixi, saat 11.00da keçirilən hərraca dair 1 №-li bildirişdə, eləcə də xx.xx.2021-ci il tarixi, saat 11.00-da keçirilən 2 №-li bildirişdə hərracın keçirilməsi yeri və vaxtı barədə mləumat verilməli şəxslərin siyahısında ipoteka qoyan kimi İddiaçı adı göstərilməmişdir. 24.Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən hərracın keçirilməsi ilə bağlı ipoteka qoyana məlumat verilməsi barədə qanunun imperativ göstərişi pozulmuşdur. Hərrac qanunun göstərişlərinə zidd olaraq təşkil edilməklə, potensial alıcı dairəsi məhdudlaşdırılmış, bu da öz növbəsində əmlakın satış qiymətinə əhəmiyyətli təsir göstərmişdir ki, bu hal hazırkı iddiaçı olan əsas borclu və ipoteka qoyanın da əmlak mənafeyini və maraqlarını pozmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsinə görə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili 58650 manata banka satılandan sonra, həmin əmlakın xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi ilə 100.000 manata İbrahimov Aqilə satılması ilə, iddiaçının əmlakın öz real dəyərindən kifayət qədər aşağı satılması, daha sonra isə bank tərəfindən yüksək qiymətə satılm ası barədə dəlili təsdiq olunmuşdur. 25.Məhkəmə hesab etmişdir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44, Mülki Məcəlləsinin 416.1, 416.2-ci maddələrinə əsasən iddianın Azərbaycan Respublikası Xammal və X14 və Daşınmaz Əmlakların Satışı X20 hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin Mərkəz tərəfindən keçirilmiş hərracın yekunları barədə 63/04 saylı,18 avqust 2021-ci il tarixli protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu qazanmış bank arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 18.08 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsi üçün kifayət qədər hüquqi əsas yaratmışdır. Cavabdeh Bank isə öz hüquqi mövqeyini sübut edə bilməmiş və iddianın əsassız olmasına, irəli sürülən dəlillərin təkzib edilməsi baxımından hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. 26.Məhkəmə iddia tələbinin “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının icra məmurunun hərəkətlərindən narazı olduğu halda, qətnaməni çıxaran məhkəməyə şikayət etmədiyindən, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalı olduğundan, iddia tələbi bu hissədə təmin edilə bilməzdi. 27.Məhkəmə həmçinin qeyd etmişdir ki, etibarsız sayılmış və ləğv edilmiş sənədlər əsasında Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Bab aşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzilə dair xx.xx.2022-ci il tarixli bank ilə İbrahimov Aqil arasında bağlanmış alqı-satqı müqaviləsi və həmin mənzilin xüsusi mülkiyyət hüququ ilə sonuncunun mülkiyyətində olması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli 103179 saylı çıxarış hazırkı iddianın predmeti olmadığı üçün məhkəmə həmin sənədlərə hüquqi qiymət verilməsini məqsədəuyğun saymamışdır. 28.Məhkəmə həmçinin cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iddiaya olan etirazında Mülki Məcəlləsinin 347.1-ci maddəsinə əsasən, İddiaçı iddia qaldırmaq üçün müəyyən olunmuş müddəti ötürdüyü açıq-aşkar məlum olmasına istinad etməklə hazırki mübahisəyə i ddia müddətinin tətbiq edilməsinə dair mövqeyi ilə bağlı qeyd etmişdir ki, onun mülkiyyətində olan ipoteka predmeti ilə bağlı borc alanın qaldırdığı iddia ipoteka qoyanın mənafeyi ilə bağlı olsa da, bu iddia onun subyektiv hüququ olmaması əsası ilə rədd edilmiş, lakin buna baxmayaraq məhkəmə qərarlarında ipoteka qoyan kimi İddiaçı hərracın keçirilməsinin yeri və vaxtı barədə məlumatın verilməməsinin müəyyən olunması və istinad olunan dəlillərin iddia qaldırmamış ipoteka qoyanın mənafeyi ilə bağlı olması göstərilmişdir. Qeyd edilən məhkəmə aktları əsasında mülkiyyəti olan ipoteka predmeti ilə bağlı keçirilmiş hərracın qanuniliyi ilə bağlı iddia qaldırmaq hüququ ona məlum olduğu üçün o bu hüququndan istifadə edərək hazırki iddianı qaldırmışdır. 29.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republik ası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İpoteka haqqında” Qanun) 41.1, 41.2, 42.1, 44, 46.1ci maddələrinə, İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 30.Cavabdeh2 QSC qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 31.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən əmlaklarla bağlı bir icra sənədi və bir sifariş üzrə hərrac keçirilmişdir. Məhkəmə dövründə belə borclu və ipoteka saxlayan banka gələrək borclu olduğunu bildirilmişdir. İcra mərhələsində, könüllü icra dövründə həmçinin Hərrac dövründ ə belə tam məlumatlı olmuşdur. 2022-ci ildə mülkiyyətçi eyni tələb və predimet üzrə eyni məhkəməy müraciət etmiş, tərəf olaraq məhkəmə proseslərində də iştirak etmişdir. Nərimanov Rayon Məhkəməsində etibarnamə verərək iddia qaldırmaq mülkiyyətçiyə təklif edilsə də, o bu imkandan yararlanmamış və Ali Məhkəmənin qərarı ilə iddiası təmin edilməmişdir. Qeyd olunanlar belə müqavilənin etibarsızlığığı üçün iddia müddətinin ötürülməsinə əsas olmuşdur. Hərraclar KİV-ləri vasitəsi ilə də elanlar verilmiş, ipoteka qoyana digər əmlakı satılan zaman Binəqədi rayonunda olan əmlak barədə də razılığa gəlinməsi də (sonra ipoteqaoyanın ödəməməsi ilə razılıq pozulub) İpoteka qoyanın tam məlumatlı olmasıdır. Hazırda mübahisələndirilən əmlak bankın balansına keçdikdən sonra da keçmiş mülkiyyətçiyə yenidən tək lif edilsədə almağa vəsaiti olmamışdır. 32.Qətnamədən həmçinin iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 33.İddiaçı apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı ona məlum olmuşdur ki, iddiaçıya məxsus mənzilə dair bank ilə İbrahimov Aqil arasında alqı-satqı müqaviləsi bağlanmış və onun əsasında Aqil İbrahimovun adına xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Məhkəmə iddia həcminin artırılmasına şərait yaratmadan qətnamə qəbul etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzilə dair "xxxx" QSC ilə İbrahimov Aqil arasında bağlanmış alqı-satqı müqaviləsi və Aqil İbrahimovun adına verilmiş xx.xx.2022-ci il tarixli ç ıxarış ləğv edilmədiyi təqdirdə iddiaçının hüquqları bərpa olunadığından, həmin qətnamənin əhəmiyyəti olmamışdır. Həmçinin, iddia tələbinin irəli sürülməsinə və qismən təmin olunmasına səbəblərdən biri icra məmurunun qanunsuz hərəkətləri olmuşdur. İcra məmurunun qanunsuz hərəkətləri nəticəsində iddiaçı və onun 11 nəfərlik ailə üzvü mülkiyyətlərindən məhrum olaraq bundan xəbərsiz olmuşlar. Belə ki, həmin əmlakları icra məmuru iddiaçının və onun ailə üzvlərinin üzrlü səbəbdən (hüzr mərasimi ilə bağlı icra tədbirində iştirak edə bilməmərindən) icra tədbirini təxirə alınmasını xahiş etməsinə baxmayaraq icra tədbirini davam etdirərək mübahisəli mənzilin qapısını qırdıraraq əmlakları iddiaçıya məlum olmayan yerə aparmışlar. 34.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apell yasiya instansiyası məhkəməsi) 2(103)-3074/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və İkram Şirinov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 35.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktına əsasən, hazırkı mövcud vəziyyətdə icra məmurunun hərracın keçirilməsi barədə sifariş göndərilməsinə dair hərəkətlərinin qanunsuzluğu təsbit olunduğundan, bu qanunsuzluq tutma yönəldilməsi proseduru ilə bağlı növbəti hərəkətlərin, həmçinin keçirilmiş hərracın qanuni olmaması barədə nəticəyə gəlməyə əsas verir. Bundan əlavə, hərrac təşkilatı özü də hərracın keçirilməsi barədə qaydalara lazımi formada əməl etməmişdir. Belə ki, hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında dərc edilmiş elanın mətnində bir neçə dəfə dəyişiklik aparılmışdır. Həmçinin "xxxx" MMC tərəfindən bildirişlərin iddiaçıya göndərilməsi ilə barədə hərrcala bağlı reyestri nəzərdən keçirərkən müəyyən edilmişdir ki, həmin reyestrdə göstərilən məktubların "xxxx" MMC-yə və digər poçt – rabitə orqanına təhvil verilməsi barədə heç bir məlumat yoxdur, reyestr yalnız "xxxx" MMC-nin öz möhürü ilə təsdiq olunmuşdur. 36.Apellyasiya instansiya məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə işin hallarını düzgün müəyyən edərək, maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir. 37.Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsi və Mülki Məcəllənin 415.2-ci maddəsində müəyyən edilmiş qaydalar pozularaq, hərrac təşkilatçısı hərrac barədə iddiaçıya (ipoteka qoyana) məlumat verməmiş və bu barədə bildiriş göndərməmiş, göndərilən bildirişlərdə ipoteka qoyanın adı isə ümumiyyətlə qeyd olunmamışdır. İddia ərizəsində hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi xahiş olunsa da, iddianın əsaslandığı hallar onu təsdiq etmişdir ki, iddiaçı “ləğv” ifadəsi ilə etibarsızlığı nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq hərracı və onun nəticələrini etibarsız hesab edərək, gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırmışdır. 38.Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 373.1, 354.2, 337.2, 416.1, 416.2-ci maddələrinə istinad edərək hesab etmişdir k i, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. 39.Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın Binəqədi Rayon İcra Şöbəsinə qarşı yönəlmiş hissəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, icra məmuru hərracı sifariş versə də, hərracın keçirilməsinin qanuniliyinə görə məsuliyyət daşımamışdır. İpoteka predmeti olan mənzilin bank tərəfindən Aqil İbrahimova satılması hərracın etibarsız sayılmasına mane olmamış, o cümlədən Aqil İbrahimova qarşı iddia verilmədiyinə görə onun bağladığı müqavilənin etibarsız hesab edilməsi hazırkı işdə qət oluna bilməzdi. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 40.Cavabdeh2 QSC (Vəkil) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsi və iddia t ələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. 41.Kassasiya şikayəti apellyasiya şikayətinin dəlliləri ilə eyni əsaslandırılmış, əlavə olaraq qeyd eidlmişdir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 42.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

44. Maddə 414.1. Əgər müqavilənin m ahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

45. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

46. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.

47. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun pre dmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

48. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın pr edmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

49. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

50. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun

51. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 52.Maddə 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.Hərracı udan, lakin bu Qanunla müəyy ən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir.Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. 53.Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 54.Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiyməti ni ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur

55. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

56. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçi rildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

57. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

58. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış e lan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

59. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 60.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 61.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad et diyi halları sübut etməlidir. 62.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 63.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 64.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 65.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 66.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şik ayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 67.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 68.Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri 69.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 70.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

73. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin ara şdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

74. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

75. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş halları bu qərarın 1-15-ci paraqraflarında qeyd olunmuşdur. İddiaçı hərracın nəticələrinin etibarsız sayılmasını tələb edir və dəlili ondan ibarətdir ki, hərracın keçirilməsi barədə ona məlumat verilməmişdir.

76. İddiaçının istinad etdiyi bu qayd a “İpoteka haqqında” qanunun 42.1-ci maddəsində, tələb etdiyi hüquqi nəticə isə Mülki Məcəllənin 416.1-ci maddəsində nəzərdə tutulmuşdur.

77. İşə baxmış məhkəmələr də işin hallarını həmin maddi hüquq normaları əsasında yoxlamış, iddiaçıya hərracın keçirilməsi barədə ümumiyyətlə məlumat göndərilmədiyi müəyyən olunmuşdur. Bu hal, “İpoteka haqqında” qanunun 416-cə maddəsində nəzərdə tutulan hüquqi nəticəyə - hərracın etibarsız sayılmasına səbəb olur.

78. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya mə hkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

79. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşki l etmir.

81. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki,birinci instansiya məhkəməsinin «Belə ki, xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsinə görə iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili 58650 manata banka satılandan sonra, həmin əmlakın xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi ilə 100.000 manata İbrahimov Aqilə satılması ilə, iddiaçının əmlakın öz real dəyərindən kifayət qədər aşağı satılması, daha sonra isə bank tərəfindən yüksək qiymətə satılması barədə dəlili təsdiq olunmuşdur» mövqeyi, ipoteka salayan banka qarşı əhəmiyyətsizdir, gələcəkdə yarana biləcək mübahisələrdə banka qarşı istifadə oluna bilməz. Ümumiyyətlə məhkəmə hərracın nəticələrini ipoteka predmetinin ilkin satış q iymətinin düzgün müəyyən edilməməsi ilə bağlı deyil, hərrac barədə ipoteka qoyana bildiriş göndərilməməsi ilə əsaslandırmışdır. İpoteka predmetinin ilikn satış qiyməti Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, 20 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunub və həmin qiymətlə hərrac keçirilib.

82. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3074/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar