Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2711/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi X1 oğlu və inzibati kollegiyasının hakimi X1 ibarət qarışıq tərkibdə, X5 oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli 2(011)-7090/2020 nömrəli qərardadından cavabdehlər “xxxx” MMC-nə və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC-nə və Cavabdeh2 qarşı “xxxx” MMC-nin fəaliyyətinin dayandırılması haqqında müraciətin, “xxxx” MMC fəaliyyətini dayandırarkən 6 saylı Lənkəran vergilər idarəsinin qəbul etdiyi dəqiqləşdirilmi ş son maliyyə hesabatının (ƏDV bəyannaməsi, Mənfəət Vergisi bəyannaməsi, X4 vergi bəyannaməsi), 2016-cı ildə “xxxx” MMC (sonradan adı dəyişdirilərək “xxxx” MMC olmuşdur) ilə “xxxx” MMC arasında bağlanmış 2.234.400 manatlıq malların Müqaviləsinin və Elektron vergi hesab fakturasının, 2016-cı ilin X3 və Əlavələrin surətlərinin, 2016-cı ilin X4 Vergi Bəyannamələrinin surətlərinin (1,2.3.4-cü rüb), 2016-2017-ci illərdə aparılan Səyyar vergi yoxlamaları aktlarının surətlərinin, son yoxlamanın nəticəsi olaraq dəqiqləşdirilmiş hesabatların surətlərinin (ƏDV bəyannaməsi. Mənfəət Vergisi bəyannaməsi), 01.01.2016-cı ildən 01.10.2020-ci ilədək Vergilər İdarəsi tərəfindən təsdiqlənmiş Şəxsi hesab vərəqələrinin surətlərinin cavabdehlərdən alınaraq iddiaçıya təqdim edilməsi barədə iddia ərizəsi ilə məhk əməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7090/2020 saylı, 03.12.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər “xxxx” MMC-nə və Cavabdeh2 qarşı sənədlərin təqdim edilməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7090/2020 saylı, 03.12.2020-ci il tarixli qərardadından narazı qalan cavabdehlər “xxxx” və Cavabdeh2 şikayət ilə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişlər. Şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 10-1-ci maddəsinə əsasən kommersiya işlərində ərizə, şikayət və digər sənələrin göndərilməsi ancaq “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabine t vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmənin kommersiya mübahisəsinə aid iddia ərizəsini qərardadla aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərməsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. - 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatlar ı dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. - 403-1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarını araşdıraraq məhkəmə tərkibi hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli 2(011)-7090/2020 nömrəli qərardadı dəyişiklik edilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən e dilir. - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2 maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisəl ərə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normaların ın tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. MülkiProsessual Məcəlləsinin 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər ü zrə işlərə də aid edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, işə baxan məhkəmə tərəfindən düzgün olaraq qeyd edilmişdir ki, İddiaçı fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olsa belə, onun iddia tələbi kommersiya hüquqi şəxs olan “xxxx” MMC-nin fəaliyyəti ilə bağlı korporativ tələb (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) hesab edildiyindən, hazırkı iddia ərizəsinə kommersiya məhkəməsində baxılmalıdır. Şikayətin dəlilləri ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Şikayətinin dəlilləri heç bir sübutla təsdiq edilmədiyindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayəti təmin olunmamalıdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25 və 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdehlər “xxxx” MMC-nə və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli 2(011)-7090/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2711/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2711/2021
24.02.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver