Məhkəmə qərarları › İş №2(102)-2711/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2711/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2711/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki adı "xxxx" X8 Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: kredit borcunun tutulması, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditorun gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzr ə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2431/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Kreditor "xxxx" İKB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 3 mart 2015ci il tarixli, 15-D-1-0-158-15 nömrəli kredit müqaviləsinə əsasən kreditor borcalana 21 ay müddətinə qaytarmaq şərti ilə, illik 16% hesablanmaqla 45000 ABŞ dolları məbləğdə kredit verilməsi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.4-cü bəndində kreditin təminatı olaraq hesabda olan nağd 50000 ABŞ dolları qe yd olunmuşdur. 3 mart 2015-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh 45000 ABŞ dolları məbləğdə pul verilmişdir.

2. Həmçinin "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2015-ci il tarixli, 15-D-2-0-180-15 nömrəli kredit müqaviləsinə əsasən tərəflər Cavabdeh 21 ay müddətinə, illik 17.5 % hesablanmaqla 25650 ABŞ dolları məbləğində kredit verilməsi barədə razılığa gəlmiş, borcalan müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.4-cü bəndində kreditin təminatı olaraq hesabda olan nağd 28500 ABŞ dolları qeyd olunmuşdur. 10 aprel 2015-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh 25650 ABŞ dolları məbləğdə pul verilmişdir.

3. Kreditor xx.xx.2015-ci il tarixli, 15-D-1-0-158-15 nömrəli v ə 10 aprel 2015-ci il tarixli, 15-D-2-0-180-15 nömrəli kredit müqavilələrinə əsasən Cavabdeh borc məbləğinin ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə 21 noyabr 2022-ci il tarixli xəbərdarlıq məktubları göndərmişdir.

4. Nəsimi Rayon Məhkəməsinin 5 avqust 2019-cu il tarixli, 2(006)-3183/2019 nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər "xxxx" ASC və X3 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Cavabdeh cəlb edilməklə) qarşı bankla əmanətçi arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən bankın 15-83478-101-41220 nömrəli bank hesabında olan 50000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair bankla əmanətçi arasında ba ğlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, bankla əmanətçi arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən bankın 15-83478-110- 41220 nömrəli bank hesabında olan 28500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair bankla əmanətçi arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, 50000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin və 28500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin cavabdeh bank tərəfindən iddiaçıya ödənilməsi tələbi təmin edilmişdir.

5. Həmin iş üzrə müəyyən edilmişdir ki, X1 atası X7 "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2013-cü il tarixli əmanət müqaviləsinə əsasən 50000 ABŞ dolları məbləğində əmanəti faiz dərəc əsi 13% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə, xx.xx.2014-cü il tarixli əmanət müqaviləsinə əsasən 28500 ABŞ dolları məbləğində əmanəti faiz dərəcəsi 12,5% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə əmanət qoymuşdur. Məhərrənm Məhərrəmov, xx.xx.2008-ci il tarixli, ƏN-İ seriyalı, 144623 nömrəli etibarnaməyə əsasən bütün əmlakını idarə etmək və üzərində sərəncam vermək səlahiyyətlərini on il müddətinə oğlu X3 etibar etmişdir. X5, atası tərəfindən verilmiş etibarnamə əsasında əmanət olaraq qoyulan məbləğləri, arvadı Cavabdeh "xxxx" İKB ASC ilə bağlanmış kredit müqavilələrinin təminatı kimi bank qarşısında girovla yüklü etmişdir. xx.xx.2016-cı il tarixində birinci əmanət üzrə 45000 ABŞ dolları kreditin vaxtı bitdiyi üçün əmanətçinin adından X5 tərəfindən yazılan xx.xx.2016-cı il tarixli ərizəyə və girov müqaviləsinin 5.1-ci bəndinə əsasən girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. Həmçinin, xx.xx.2017-ci il tarixində ikinci əmanət üzrə 25650 ABŞ dolları məbləğində kreditin vaxtı bitdiyi üçün əmanətçinin adından X5 tərəfindən yazılan xx.xx.2017-ci il tarixli ərizəyə əsasən, girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) iddiaçının xeyrinə 10 aprel 2015-ci il tarixli, İ5-D-20-180-15 nömrəli kredit müqaviləsi üzrə 25650 ABŞ dolları əsas borc, 34136,25 ABŞ dolları faiz borcu, 2768,27 ABŞ dolları cərimə borcu və kredit müqaviləsinin müddətinin bitdiyi 10 yanvar 2017-ci il tarixdən 1 dekabr 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 7556,06 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə 70110,58 ABŞ dolları borcun, 03 mart 2015-ci il tarixli, 15-D-1-0-158-15 nömrəli kredit müqaviləsi üzrə 45000 ABŞ dolları əsas borc, 55020 ABŞ dolları faiz borcu, 5347,50 ABŞ dolları cərimə borcu və kredit müqaviləsinin müddətinin bitdiyi 3 dekabr 2016-cı il tarixdən 1 dekabr 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 13487,50 ABŞ dolları əldən çıxmış fayda borcu olmaqla, cəmi 118855 ABŞ dolları borcun və ödənilmiş 612 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.

8. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 4 avqust 2023-cü il tarixli 9/4382 nömrəli rəylə müəyyən edilmişdir ki, 10 aprel 2015-ci il tarixli, 15-D-2-0-180-15 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 01 dekabr 2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 25650 ABŞ dolları, faiz borcu üzrə 7.855,31 ABŞ dolları (illik 17,5%-lə), əldən çıxmış fayda borcu 7.556,06 ABŞ dolları (illik 5%-lə) olmaqla, ümumilikdə 41.061,38 ABŞ dolları, 3 mart 2015ci il tarixli, 15-D-1-0-158-15 nömrəli kredit müqaviləsi üzrə 1 dekabr 2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 45000 ABŞ dolları, faiz borcu üzrə 11860 ABŞ dolları (illik 16 %-lə), əldən çıxmış fayda borcu 13487,5 ABŞ dolları (illik 5%-lə) olmaqla, ümumilikdə 70.347,50 ABŞ dolları təşkil edir.

9. Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-768/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia qismən təmin edilmiş, cavabdehdən 3 mart 2015-ci il tarixli müqavilə üzrə əsas borca görə 45000 ABŞ dolları, faiz borcuna görə 11860 ABŞ dolları, cərimə borcuna görə 500 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 13487,5 ABŞ dolları olmaqla, cəmi 70847,5 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə əsas borca görə 25650 ABŞ dolları, faiz borcuna görə 7855,31 ABŞ dolları, cərimə borcuna görə 300 ABŞ dolları, gecik dirilmiş vaxt üçün faiz borcuna görə 7556,06 ABŞ dolları olmaqla, cəmi 41361,37 ABŞ dolları, ümumilikdə 112208,87 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 612 manat pulun 363 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 120 manatının cavabdehdən, 80 manatın iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsinin bağlanması və bank tərəfindən cavabdehə hər biri 21 ay müddətinə olmaqla, illik 16 və 17.5 faiz olmaqla 45000 və 25650 ABŞ dolları məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqavilələri, maliyyə arayışları, hesabdan çıxarış, kassa məxaric orderləri ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ cavabdehə verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqavilələri üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.

11. Məhkəmə keçirilmiş ekspertizanın rəyinə istinad edərək hesab etmişdir ki, əsas borca görə iddia ərizəsində tələb edilən məbləğdə, yəni 3 mart 2015-ci il tarixli müqavilə üzrə 45000 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə 25650 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul cavabdehdən tutulmalıdır.

12. Həmçinin faiz borcu ilə əlaqədar məhkəmə hesab etmişdir ki, ekspert rəyində göstərilən məbləğ, yəni 3 mart 2015-ci il tarixli müqavilə üzrə 11860 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə 7855,31 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul cavabdehdən tutulmalıdır.

13. Cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərd arlıqlara baxmayaraq pul məbləğinin ödənilməsini gecikdirdiyindən məhkəmə hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla faiz borcuna görə cavabdehdən 3 mart 2015-ci il tarixli müqavilə üzrə 13487,5 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə 7556,06 ABŞ dolları pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, eksert rəyi ilə iddia ərizəsində göstərilən məbləğlər eynidir.

14. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 3 mart 2015-ci il tarixli müqavilə üzrə 500 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə 300 ABŞ dolları məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1, 445.1, 445.7, 449.1, 467, 739, 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 103.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdi r.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. İddia ərizəsini imzalamış Məhkəmə Orqanları ilə İş Şöbəsinin müdiri İsa Hacıyevin iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə işə əlavə edilməmişdir. İddia ərizəsinə əlavə olunan ertibarnamə başqa şəxsə verilmiş etibarnamədir. Bundan başqa, girov qoyulmuş əmanətdən kredit borcunun silinməsinə dair X5 tərəfindən verilmiş xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli ərizələrlə cavabdehin borcundan silinmə aparılmışdır. Lakin sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5 avqust 2019-cu il tarixli, 2(006)-3183/2019 nömrəli qətnaməsi ilə girov müqavilələrinin etibarsız hesab edilməsi və əmanətlərin qaytarılması barədə iddia təmin olunub. Göründüyü kimi, bu hal Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)3183/2019 nömrəli mülki işi üzrə məhkəmə iclasları davam etdirilərkən iddiaçıya məlum olmuşur. Bank tərəfindən Mülki Məcəllənin 365.1.7-ci maddəsinin tələbi nəzərə alınmadan apellyasiya və kassasiya şikayətləri verilərək mülki işin baxışı əsassız olaraq uzadılmışdır. İddiaçı etibarnamənin qüvvədən düşməsi hissəsi ilə bağlı məsələni müəyyən etdikdən sonra, mülki iş üzrə iddianı etiraf edə bilər və daha sonra, “pul tələbi” ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Hazırki iddia tələbi üzrə müddətin axımı Nəsimi Rayon Məhkəməsinin 5 avqust 2019-cu il tarixli, 2(006)-3183/2019 nömrəli qətnaməsi çıxarıldığı tarixdən başlanmış, 05avqust 2022-ci il tarixdə bitmiş olur ki, bununla da iddia müddəti bitdiyinə görə iddiaçının tə ləbi təmin edilməməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş poçt qəbzlərindən, göndəriş sənədlərindən də göründüyü kimi, istər bank, istərsə də məhkəmə tərəfindən müvafiq qayada göndərilmiş xəbərdarlıq, bildiriş və qətnamələr cavabdehin qeydiyyatda olduğu ünvan söküldüyü üçün gəlib çatmamış və barəsində iddia tələbi ilə bağlı məhkəmədə mülki işin mövcudluğundan və bankın xəbərdarlıq məktublarından xəbərdar olmamışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2431/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübah isələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası iddia ərizəsinin səlahiyyətsiz şəxs tərəfindən imzalanması barədə dəlillə bağlı qeyd etmişdir ki, iddia ərizəsini nümayəndə kimi imzalayan şəxsin (bankın Məhkəmə Orqanları ilə İş Şöbəsinin müdirinin) etibarnaməsi iddia ərizəsinə əlavə edilməsə də, bu hal iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas ola bilməz. Belə ki, məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmə iclaslarında iştirak edib, habelə iddiaçı iddia ərizəsini yazılı müdafiə edib, iddiaçının etibarnamə üzrə nümayəndəsi apellyasiya icraatı zamanı bu barədə ərizə verib. Bu isə Ali Məhkəmə Plenumunun 31 mart 2011-ci il tarixli “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətb iq edilməsi təcrübəsi haqqında” qərarının 6.3-cü bəndinə uyğundur.

20. Məhkəmə kollegiyası iddia müddətinin keçməsi barədə cavabdehin dəlili ilə bağlı qeyd etmişdir ki, 1-ci müqavilə üzrə kredit 3 mart 2015-ci il tarixdə 21 ay müddətinə verilib, kreditin qaytarılma müddəti 3 dekabr 2016-cı ildə bitib, bu tarixdə həmin müqavilə üzrə 45.000 ABŞ dolları borc girov qoyulmuş əmanətdən silinib. 2-ci müqavilə üzrə kredit 10 aprel 2015-ci il tarixdə 21 ay müddətinə verilib, kreditin qaytarılması müddəti 10 yanvar 2017-ci ildə bitib, bu tarixdə həmin müqavilə üzrə 25.650 ABŞ dolları borc girov qoyulmuş əmanətdən silinib. Lakin sonradan başqa mülki işdə girov müqavilələrinin etibarsız hesab edilməsi və əmanətlərin qaytarılması barədə iddia irəli sürülüb. Həmin iddia təmin olunub, iş üzrə son qərar 0 1 noyabr 2022-ci ildə Ali Məhkəmə tərəfindən qəbul edilib (iş v. 20) və həmin tarixdə yekun qərar qanuni qüvvəyə minib. Hazırkı iş üzrə iddia müddətinin axımı məhz 01 noyabr 2022-ci ildən başlayıb, çünki yekun qərarın qanuni qüvvəyə minməsi ilə iddiaçının girov qoyulmuş əmanətdən silinmələri geri qaytarmaq vəzifəsi müəyyən edilib və buna müvafiq olaraq kredit borcunun tutulması üçün iddia vermək hüququ yaranıb. Bu tarixdən 1 ay 14 gün sonra – xx.xx.2022-ci ildə iddiaçı hazırkı iddianı verib. Belə ki, iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş 3 illik iddia müddətini ötürməmişdir.

21. Bundan başqa, apellyasiya şikayətində qeyd olunmuşdur ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməyib, onun qeydiyyatda olduğu ünvanın (ünvan 1mə bildirişləri isə həmin ünvana göndərilib. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, həmin ünvan cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvandır, onun faktiki yaşadığı ünvan məhkəməyə bəlli olmayıb, ona görə də bildirişlər həmin ünvana göndərilib. Bununla yanaşı, məhkəmə cavabdehə 3 dəfə SMS bildiriş göndərib (iş v. 53, 147, 159). Cavabdeh faktiki yaşadığı ünvanı apellyasiya məhkəməsinə də bildirməyib, apellyasiya şikayətində faktiki ünvanını natamam (Nərimanov rayonu, Zümrüd Residence) göstərib. Ona görə də hesab edilmişdir ki, birinci insansiya məhkəməsi cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırmaq üçün Mülki Prosessual Məcəllə ilə üzərinə düşən vəzifələri yerinə yetirib.

22. Beləliklə, məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etmə klə düzgün nəticəyə gəlmişdir, iddianın təmin edilən hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinı ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Girov müqavilələri üzrə pulun tələb edilməsi ilə bağlı yekun məhkəmə aktı 2022-ci il tarixdə qəbul edilsə də, iddia ərizəsi ilə 2017-2018-ci il tarixdə məhkəməyə müraciət edilmiş və məhz həmin tarixdən iddiaçı təşkilatın mübahisə barədə məlumatı olmuşdur. İddiaçı təşkilat həmin tarixdə ya qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, ya da ayrıca icraatda hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin hüquqlarından sui-istifadə edən iddiaçı hazırkı iddia tələbi ilə 5 il sonra məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı ötürülmüş iddia müddətinin üzrlü hesab edilməsi barədə ərizə ilə də məhkəməyə müraciət etməmişdir. Bundan əlavə, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində cavabdehin və ya onun nümayəndəsinin iştirakının təmin edilməməsi, bununla da çəkişmə prinsipinin şərtlərinin pozulması ilə bağlı olmuşdur.

26. Nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində cavabdehin və ya onun nümayəndəsinin iştirakı təmin edilməmiş, işə çəkişmə prinsipinin şərtləri pozulmaqla baxılmışdır. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməməsi və bu barədə məlumatlandırılmaması səbəbindən apellyasiya şikayəti vermiş və hüquqlarının müdafiə olunması üçün vəkillə müqavilə imzalamışdır. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili üzrlü səbəbdən iştirak edə bilməmiş, nənəsinin vəfat etməsini (bu barədə ölüm haqqında şəhadətnamənin surəti şikayətə əlavə olunur. Apellyasiya icraatı zamanı təxirlə bağlı yazılmış ərizəyə həmin sənəd hazır olmadı ğından əlavə edilə bilməmişdir) və yas mərasiminin olmasını yazılı şəkildə apellyasiya məhkəməsinə bildirmiş, lakin məhkəmə tərəfindən həmin hal heç bir əsaslandırma aparılmadan nəzərə alınmamışdır. Hazırda mübahisə edilən məbləğ çox böyükdür və cavabdehin ailə, maddi vəziyyətini kəskin şəkildə dəyişdirəcəkdir.

27. Cavabdeh kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9, 88, 152.1.2, 152.2, 217.4-cü maddələrinə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halları nı araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kredito r qarşısında məsuliyyət daşıyır.

37. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

38. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

39. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

40. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya ey ni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

41. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

45. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin ha lları başqa sübutlarla təsdiq oluna bilməz.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi «3 mart 2015-ci il tarixli müqavilə üzrə gecikdirilmiş vaxt üçün faiz borcuna görə 13487,5 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə gecikdirilmiş vaxt üçün faiz borcuna görə 7556,06 ABŞ dolları məbləğdə pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi» hissəsində maddi hüquq norması düzgün təfsir edilmədiyinə görə, kredit vəsaitindən istifadə müddəti üçün faizlərin və müqavilə öhdəliklərini icra etmədiyinə görə cərimənin tutulmasına aid hissədə işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və iş həmin hissələrdə yenidən baxılması üçün göndərilməlidir.

51. Belə ki, işin düzgün həlli üçün məhkəmələrin müəyyən etdiyi hallara görə, 3 mart 2015-ci il tarixli və 10 aprel 2015-ci il tarixli kredit müqavilələri üzrə cavabdeh tərəfindən borc vaxtında qaytarılmadığına görə, həmin müqavilələrin təminatı olaraq girov qoyulmuş əmanət məbləğindən X2 ərizəsi əsasında müvafiq olaraq xx.xx.2016-cı il tarixində birinci müqavilə üzrə 45000 ABŞ dolları, xx.xx.2017-ci il tarixində ikinci müqavilə üzrə 25650 ABŞ dolları məbləğində kredit silinmişdir (tam ödənilmişdir). Girov qoyulan əmanət X3 məxsus olmuşdur və sonradan həmin girov müqavilələri İsmayıl Məhərrəmovun vərəsəsi X6 tərəfindən mübahisələndirilmiş, Nəsimi Rayon Məhkəməsinin 5 avqust 2019-cu il tarixli qətnaməsi ilə girov müqavi lələri etibarsız sayılmış, əmanət müqaviləsinə əsasən bankın hesabında olan 50000 ABŞ dolları və 28500 ABŞ dolları məbləğində pulun və üzərinə hesablanmış faizlərin cavabdeh bank tərəfindən X4 ödənilməsi qət edilmişdir. Bank tərəfindən həmin qətnamə xx.xx.2022-ci il tarixdə icra olunmuşdur.

52. Məhkəmə kollegiyası, verilmiş iddia tələbi üzrə iddia müddətinin tətbiq olunması, habelə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən verildiyinə görə iddia ərizəsinin baxılmamış saxlanmalı olduğu barədə kassatorun dəlillərini əsassız hesab edir. Apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdırıb qiymət verməklə rədd etmişdir və məhkəmə kollegiyası apellyasiya instansiyasının həmin dəlillərlə bağlı gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

53. İddiaçı hazırki iddia tələbində digər təl əblərlə yanaşı, 3 mart 2015-ci il tarixli müqavilə üzrə gecikdirilmiş vaxt üçün faiz borcuna görə 13487,5 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə gecikdirilmiş vaxt üçün faiz borcuna görə 7556,06 ABŞ dolları məbləğdə pulun ödənilməsini tələb edir.

54. Halbuki, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə borc müqavilə müddəti bitdiyi ayda girov qoyulan əmanətin hesabına tam ödənilmişdi. Həmin məbləğ xx.xx.2022-ci il tarixədək bankın sərəncamında olub və bu hal gecikdirilmiş vaxt üçün əldən çıxmış faydaya görə faizlərin ödənilməsi tələbinin həllində mütləq nəzərə alınmalı olan, daha dəqiq desək əldən çıxmış faydaya görə faizlərin ödənilməsi tələbini istisna edən haldır.

55. Belə ki, Mülki Məcəllənin 445-ci maddəsinin məzmunundan göründüyü ki mi, həmin normanın müəyyən etdiyi şərtlər borclunun hər bir halda deyil, icranı gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyəti müəyyən edir.

56. Məsuliyyətin yaranmasının şərtlərindən birinin təqsirliliklə bağlı olması həmin normada da müəyyən edilərək göstərilir ki, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır (445.5-ci maddə).

57. Mülki Məcəllənin 445.7-ci maddəsi ilə yaranan məsuliyyətin xüsusiyyətlərinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qər arında aydınlıq gətirilərək qeyd olunmuşdur ki, «banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.... Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.»

58. Həmin Qərarda ifadə olunmuş hüquqi mövqelər əsasında işin hallarına qiymət verildikdə görünür ki, 3 mart 2015-ci il tarixli və 10 aprel 2015-ci il tarixli kredit müqavilələri üzrə borc müqavilə müddətləri bitən zaman ödənilmiş, bank həmin vəsait üzərində faktiki hakimiyyətə malik olmaqla, bu məbləği yenidən kredit verməklə faizlər şəklində gəlir əldə etmək imkanına malik olmuşdur. Bu halda, məhkəmənin cavabdehdən 3 mart 2015-ci il tarixli m üqavilə üzrə xx.xx.2016-cı ildən xx.xx.2022-ci ilədək gecikdirilmiş vaxt üçün faiz borcuna görə 13487,5 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün faiz borcuna görə 7556,06 ABŞ dolları məbləğdə pulun tutulması barədə iddianı təmin eməsi qanunazidd olmuş, cavabdehin üzərinə əsassız olaraq ağır öhdəliyin qoyulmasına, habelə bankın əsassız varlanmasına şərait yaratmışdır.

59. Məhkəmə nəzərə almamışdır ki, bank girov qoyulan əmanət məbləğini xx.xx.2022-ci il tarixdə qaytarmış, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq məktubunu xx.xx.2022-ci il tarixdə yazmış, lakin cavabdehin qeydiyyatda olduğu bina söküldüyünə görə məktub geri qaytarılmışdır (1-ci cild, səh 16-18). Bu halda məhkəmə, iddia tələbinin həmin hissədə təmin olunma imkanını məhz xx.xx.2022-ci ildən yaxud bildirişin cavabdehə xəbərdarlıq məktubunun çatdığını hesab etdiyi tarixdən xx.xx.2022-ci il tarixədək mümkünlüyünü araşdırmalı idi.

60. Bundan başqa, cavabdehdən 10 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 01 dekabr 2022-ci il tarixə faiz borcu 7.855,31 ABŞ dolları, 3 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1 dekabr 2022-ci il tarixə faiz borcu 11860 ABŞ dolları tutulması qət edilmişdir.

61. Məhkəmə həmin məbləğdə borcu müəyyən edərkən, iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 4 avqust 2023-cü il tarixli 9/4382 nömrəli rəyinə əsaslanmışdır.

62. Nəzərə alınmalıdır ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88- ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. 63. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 13-cü maddəsində görə təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir.

64. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin.

65. Bu baxımdan iş materialları təhlil olunduqda görünür ki, işə əlavə olunmuş cavabdehin şəxsi hesabından çıxarışda olan məlumatlara görə cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli müqavilə üzrə xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015 və s. tarixlərdə müxtəlf məbləğdə ödənişlər edilmişdir (91-ci cild, səh. 81-93).

66. Lakin ekspertin rəyindən şəxsi hesabda əksini tapmış faiz ödənişlərinin nəzərə alınması müəyyən olunmur və bunun səbəbi də ekspert tərəfindən izah olunmamışdır.

67. Göründüyü kimi cavabdehdən 03 mart 2015-ci il tarixli müqavilə üz rə xx.xx.2016cı ildən xx.xx.2022-ci ilədək gecikdirilmiş vaxt üçün faiz borcuna görə 13487,5 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün faiz borcuna görə 7556,06 ABŞ dolları məbləğdə pulun tutulması barədə gəlinən nəticə, işin hallarına açıq-aşkar uyğun deyildir. Həmçinin kreditdən istifadəyə görə gəlinən nəticə kifayət qədər əsaslandırılmamışdır.

68. Həmçinin bu qərarın 51 və 54-cü paraqraflarında qeyd olunmuş halların məhkəmə tərəfindən nəzərə alınmaması, eyni zamanda cərimə məbləğinin hesablanmasına da təsir edən hallardır. Çünki cərimə məbləğinin ödənilməsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdi rilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

69. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

70. Göründüyü kimi dəbbə pulunun (cərimə, penyanın) yaranma əsası öhdəliyin icra edilməməsi və ya lazımın ca icra edilməməsidir və müəyyən olunan cəriməbib məbləği də məhz icra edilməmə və ya lazımınca icra edilməmə ilə düz mütənasib olmalıdır.

71. Məhkəmə kollegiyası həmçinin apellyasiya icraatında şikayətin dəlillərində olmaması baxımından 1 dekabr 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış əldən çıxmış fayda tələbi üzrə yoxlama aparılmaması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında Plenum belə nəticəyə gəlmişdir ki, «MPM-in 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin M əcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetiri lməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil».

72. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

73. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

74. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

75. Apellyasiya instansiyası məhkəməsinin araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər ki, bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə və gələcəkdə icra edilməsində ciddi çətinliklərin y aranmasına səbəb ola bilər. Ümumiyyətlə, məhkəmə qərarı birmənalı və aydın qəbul edilməlidir ki, gələcəkdə onun praktiki cəhətdən icrası mümkün olsun. Bu baxımdan məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

76. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayə ti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

77. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

78. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yo lverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

79. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxı lması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

80. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2431/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi «Cavabdeh 03 mart 2015-ci il tarixli müqavilə üzrə faiz borcuna görə 11860 ABŞ dolları, cərimə borcuna görə 500 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 13487,5 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli müqavilə üzrə faiz borcuna görə 7855,31 ABŞ dolları, cər imə borcuna görə 300 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcuna görə 7556,06 ABŞ dolları məbləğində pulun tutulub İddiaçı ASC-yə ödənilməsi» hissəsində ləğv edilsin və həmin hissədə iş yenidən baxılması üçün göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar