Məhkəmə qərarları › İş №2(102)-2715/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2715/2021

07.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2715/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: tikiliyə mülkiyyət hüququnun tanınması ) 07.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-152/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı 18 aprel 2011-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, birgə nikahda olduqları müddətdə 11 aprel 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən N kəndində yerləşən 0,1 ha ölçüdə torpaq sahəsi Cavabdeh adına əldə edilmiş və onun adına dövlət qeydiyyatına alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 21.01.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, Babək Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi ilə həmin torpaq sahəsinə tərəflərin bərabər qaydada pay hüquqları tanınmışdır. 09 avqust 2019-cu il tarixdə 0,1 ha torpaq sahəsinə tərəflərin hər birinin ½ hissədə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla onların adlarına Dövlət Reyestrindən Çıxarış verilmişdir. Tərəflərin birgə nikahda oldu qları dövrdə həmin torpaq sahəsində bir mərtəbədən ibarət fərdi yaşayış evi tikilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin tələbinə müvafiq olaraq mülkiyyət hüququ əsasında onlara məxsus olan torpaq sahəsində inşa edilmiş yaşayış evi üzərində birgə mülkiyyət hüquqlarının tanınmaqla həmin tikiliyə onların hər birinin ½ hissədə pay hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 2(079)-53/2020 saylı, 18 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim: D.Y.Səfərov) iddia təmin olunaraq Babək rayonunun Zeynəddin kəndində yerləşən 0,1 ha torpaq sahəsində inşa edilmiş bir mərtəbədən ibarət fərdi yaşayış evi Cavabdeh və İddiaçı birgə nikah dövründə əldə etdikləri mülkiyyəti sayılmaqla paylarının bərabər qaydada müəyyən olunması və evin ½ hissəsinin Cavabdeh mülkiyyətində saxlanılmaqla ½ hissəsinin İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh Babək Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək mübahisəli evin inşa olunduğu torpaq sahəsinin onların deyil, atasının vəsaiti hesabına əldə edilməsini, evin tikilməsində İddiaçı iştirakının olmamasını, evə görə iddiaçıya 15.000 manat təklif etsə də, onun həmin təkliflə razılaşmayaraq daha artıq məbləğ – 40.000 manat tələb etməsini, qətnamənin işin həqiqi hallarına uyğun olmamasını əsas göstərməklə ləğv və iddian ın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-152/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.R.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.N.Novruzov və V.K.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Babək Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(079)-53/2020 nömrəli qətnaməsinin “qət etdi” hissəsindən “mülkiyyətinə verilsin” sözlərinin xaric edilərək “payı müəyyən edilsin” sözləri ilə əvəz edilməklə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş və şikayətini apellyasiya şikayəti nin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180.3 Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini poz ursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 36.1 Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsas ı kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli fərdi yaşayış evinin tərəflərin birgə nikahda olduqları dövrdə tikilməsini əsas göstərməklə tərəflərin həmin əmlaka bərabər (1/2 hissə) pay hüquqlarını müəyyən etmiş və müba hisənin həmin qaydada həllinin qanuni əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36, 37.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə istinad etmişdir. Kollegiya aşağıdakı səbəblərdən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının qərarı ilə razılaşmır və hesab edir ki, mübahisənin göstərilən qaydada həlli qanunun tələblərinə uyğun deyildir. İş materiallarından görünür ki,N kəndində yerləşən 0,1 ha ölçüdə torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında bərabər paylarda (1/2 hissə) tərəflərin birgə mülkiyyətindədir. Tərəflərin birgə nikahda olduqları dövrdə həmin torpaq sahəsi üzərində müvafiq icazələr alınmadan fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı hazırkı iddia tələbində Mülki Məcəllənin 180.3-cü maddəsinə əsaslanaraq mübahisə li tikiliyə mülkiyyət hüquqlarının, eləcə də ½ hissədə pay hüququnun tanınmasını xahiş etmiş və məhkəmə instansiyalarında verdiyi izahatlarında həmin tələbini müdafiə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göründüyü kimi qanunun həmin norması özbaşına inşa edilmiş tikiliyə o şəxsin mülkiyyət hüququnun tanınmasına imkan verir ki, tikilinin inşa edildiyi torpaq sahəsi onun mülkiyyətində olsun. Mübahisəli evin inşa edildiyi torpaq sahəsi iddiaçının və onun keçmiş ərinin paylı mülkiyyətində olduğu üçün belə bir iddia tələbi ilə məhkəməyə müraciət olunması Mülki Məcəllənin 180.3-cü maddəsinin tələbinə uyğun olmuşdur. Lakin işə baxan məhkəmə instansiyaları nəzərə almamışlar ki, bu xarakterli iddia tələbi üzrə əsas cavabdeh yalnız müvafiq icra hakimiyyəti orqanı ola bilər. Çünki tələbinin təmin olunduğu təqdirdə yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərəfə onun evə mülkiyyət hüququnu bildirən hüquqmüəyyənedici sənəd verilə bilər. Müvafiq icra hakimiyyəti orqanının cavabdeh kimi işə cəlb edilməməsi mübahisənin qanunun tələbinə uyğun həlli imkanını istisna etdiyindən iş üzrə qəbul edilmiş məhkəmə qətnamələri qanuni sayıla bilməz. Apellyasiya qaydasında işə baxan məhk əmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin “qət etdi” hissəsinə dəyişiklik edib “mülkiyyətinə verilsin” sözlərini “payı müəyyən edilsin” sözləri ilə əvəz edərkən nəzərə almamışdır ki, iddia tələbi özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması ilə bağlı olmuş və iddiaçı tərəfindən həmin tələb qanunun tələbinə uyğun olaraq dəyişdirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilən vəziyyətdə iddia tələbindən kənara çıxılması üçün əsaslar olmamışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli əmlaka tərəflərin pay hüququnu müəyyən edərkən onun daşınmaz əmlak olmaqla mülkiyyət hüqu qunun subyekti olmamasını, Ailə Məcəlləsinin 32-ci maddəsinin isə yalnız tərəflərin mülkiyyəti olan əmlakın onlar arasında bölünməsi və ya ondan payın ayrılması imkanını müəyyən etməsini nəzərə almamışdır. Qeyd olunanlarla əlaqədar kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qis mən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)152/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar