Məhkəmə qərarları › İş №2(102)-2719/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2719/2025

23.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2719/2025 23.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, işçinin başqa işəgötürənlə əmək müqaviləsi bağladığı halda əmək müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2025-ci il tarixli, 2(103)-1513/2025 nömrəli qətnaməsində n iddiaçı tərəfindən kassasiya şikayətinə 23 sentyabr 2025-ci ildə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də mühasib vəzifəsinə işə qəbul edilmişdir. İş yeri əlavə iş yeri olmuşdur. Əmək müqaviləsinin müddətli olaraq, yəni xx.xx.2025-ci ilə kimi müəyyən edilmişdir. 2. xx.xx.2024-cü ildə iddiaçıya xəbərdalıq ünvanlanmışdır. Xəbərdarlıqda onun 3 aylıq sınaq müddət ərzində özünü mühasib kimi doğrultmadığına görə xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsini xx.xx.2024-cü il tarixində xitam verilməsini qərara alınması qeyd edilmişdir.

3. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 29/24 nömrəli əmrinə əsasən m üəssisənin mühasib vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində özünü doğrutlmadığı üçün xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Bununla bağlı “Əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişi” xx.xx.2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində yerləşdirilmişdir.

4. Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli ******* №li əmək qabiliyyətinin olmaması vərəqəsindən məlum olur ki, İddiaçı Hipertoniya xəstəliyi diaqnozu qoylmuşdur. Barəsində yataq rejimi müəyyənləşdirilmişdir. 03 aprel 2024-cü il tarixindən 05 aprel 2024-cü il tarixədək və 06 aprel 2024-cü il tarixindən sonr a bir gün müddətinə işdən azad edilmişdir. 07 aprel 2024cü il tarixində yenidən işə başlamalı olması nəzərdə tutulmuşdur.

5. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli “X2 sonra prosesin davam etdirə bilməməsi barədə Arayış”dan görünür ki, mediasiya prosessində hər iki tərəf iştirak etsə də, 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Cavabdeh MM-nin xx.xx.2024-cü il tarixli 29/24 nömrəli əsassız əmrinin ləğv edilməsi, onun Cavabdeh MMC-də “mühasib” vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə kimi məc buri işburaxma müddəti üçün orta aylıq əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və tərəfindən mediasiya prosesi üçün ödənilən 61 manat və əlavə məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, işəgötürən Əmək Məcəlləsinin əmək müqaviləsinin bağlanması ilə bağlı normalarını pozaraq iddiaçının iştirakı və məlumatı olmadan birtərəfli qaydada xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlamış, beləliklə müqavilə şərtləri ilə tanış edilmədən sınaq müddəti ilə işə qəbul edilmişdir. Lakin işəgötürən qanun pozuntusuna yol verərək 3 ay qüsursuz işlədikdən sonra iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı xəbərdarlığını və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı xx.xx.2024cü il (03-06) tarixli SN **********81 saylı xəstəlik vərəqəsini nəzərə almadan, üstəlik onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə - xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən əmək müqaviləsinə xitam vermişdir. Əmək müqaviləsinə xitam verilməsi əmri Əmək Məcəlləsinin tələbinə əsasən əsaslandırılmayıb və işdən azad olunmağı barədə onun məlumatı olmayıb. Bu barədə əmək haqqı kartına oturan pul barədə soruşduqdan sonra məlumatı olub və müvafiq qanun pozuntusu ilə bağlı dərhal cavabdeh qurumun rəhbərliyinə etirazını bildirmiş, AR ƏƏSM N yanında X4 Xidmətinə müraciət edib. İşdən çıxarılma əmrinin nüsxəsi də ona təqdim olunmamışdır. Xidmətin Bakı şəhər İdarəsinin ona ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırma nəticəsində “İkma Services" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Məktubda bildirilmişdir ki, X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2Z29048/7/2024 nömrəli göstəriş məktubu ilə “İkma Services" MMC-nin rəhbərliyinə 30 (otuz) gün müddətində əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 29/24 nömrəli əmrin ləğv edilərək törədilmiş hüquq pozu ntusunun aradan qaldırılmasını təmin edib, nəticəsi barədə Xidmətin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. Lakin müvafiq hüquq pozuntusu hələ də aradan qaldırılmamış və o işə bərpa olunmamışdır.

8. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İŞ Mərkəzinin xx.xx.2024-cü il tarixli Vəkil1ya ünvanlanmış məktubundan məlum olur ki, İddiaçı ilə DOST İş Mərkəzi arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanılaraq, Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmiş və onunla bağlanmış əmək müqaviləsi hal-hazırda güvvədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə t əsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olması tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, iki aya qədər müddətə təşkil olunur. İcraçı qurum tərəfindən təqdim edilən ictimai işçilərin işə davamiyyət cədvəllərinə əsasən Zamona Günel Vəliməmməd qızına hər gün üçün 8 saat olmaqla sorğunuzda qeyd edilmiş iş yeri üzrə əmək haqqı hesablanmış və o nun bank hesabına köçürülmüşdür

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6999/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 29/24 nömrəli əmrinin ləğv edilməsi; İddiaçı Cavabdeh MMC-də “mühasib” vəzifəsinə bərpa edilməsi; xx.xx.2024-cü il tarixdən İddiaçı işə bərpa olunduğu günə kimi məcburi işburaxma müddəti üçün aylıq əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi; ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 25 manat, kargüzarlıq xərcinin əvəzi olaraq 5 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (X5)

10. Birinci instansiya məhkəməsi mövqeyini onunl a əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmk müqaviləsinə Azərbaycan Respublikası 79-cu maddəsinin tələbləri pozularaq işçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətini müvəqqəti itirdiyinə baxmayaraq xx.xx.2024cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam verildiyi müəyyən edilmişdir.

11. Beləliklə, cavabdeh "xxxx" MMC 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi İddiaçı ilə əmək münasibətlərinə xitam verdiyinə görə, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 29/24 nömrəli əmri qanunsuz olmuşdur. Odur ki, iddia qismən təmin edilərək Cavabdeh MMC -nin xx.xx.2024-c ü il tarixli 29/24 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də “mühasib” vəzifəsinə bərpa edilməli və xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə kimi məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqı deyil, aylıq əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə cavabdeh tərəfindən iddiaçının xəstəlik vərəqəsində qeyd edilmiş müddət üçün əsas iş yerində 8 saatlıq iş günlərinə görə əmək haqqı hesablanaraq ödənildiyi ilə bağlı dəlilə qiymət verərək qeyd etmişdir ki, “DOST” iş Mərkəzi tərəfindən təqdim edilmiş məlumatlar işçiyə xəstəlik vərəqəsində qeyd edilən dövr üçün əmək haqqının ödənilməsini göstərir, işçinin, həqiqətdə xəstə olmaması və xəstəlik vərəqəsində qeyd edilənlərin həqiqəti əks etdirməməsi ilə bağlı nəticəyə gəlmək üçün əsas vermir.

13. Məhkəmə öz m övqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51, 53, 70, 79, 300-cü madələrinə və “Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iş yerində işçilər arasında söz-söhbətlər yaratmış, normal iş şəraitini pozmuşdur. Bu barədə iddiaçıya dəfələrlə şifahi şəkildə bildirilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq işçiyə müqavilənin müddətinin bitməsinə üç gün qalmış rəsmi məktub göndərilmiş və əmək müqaviləsinin davam etdirilməməsi işçiyə bildirilmişdir. Qeyd etmişdir ki, işçiyə şifahi xəbərdarlıqlar bildirildiyindən artıq iddiaçı bilirdi ki, onunla əm ək müqaviləsi davam etdirilməyəcək. Buna görə də, iddiaçı qəsdən guya xəstə olması səbəbi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixinə kimi əmək qabilliyyətinin müvəqqəti itirlməsi ilə bağlı xx.xx.2024-cü il (03-06) tarixli SN **********81 saylı xəstəlik vərəqəsi almışdır. Cavabdehin nümayəndəsi tərəfindən vəkil sorğusu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İŞ Mərkəzinə (iddiaçının əsas iş yeri) müraciət olunmuş, sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı ilə DOST İş Mərkəzi arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanılaraq, Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmiş və onunla b ağlanmış əmək müqaviləsi hal-hazırda güvvədədir. Daha sonra bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olması tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, iki aya qədər müddətə təşkil olunur. İcraçı qurum tərəfindən təqdim edilən ictimai işçilərin işə davamiyyət cədvəll ərinə əsasən İddiaçı hər gün üçün 8 saat olmaqla sorğunuzda qeyd edilmiş iş yeri üzrə əmək haqqı hesablanmış və onun bank hesabına köçürülmüşdür. Sorğuda məhz iddiaçının xəstə olduğu günlər qeyd edilmişdir (xx.xx.2024-xx.xx.2024 tarixləri). Göründüyü kimi, iddiaçı həmin günlərdə xəstə olmamış (halbuki, xəstəlik vərəqəsində iddiaçıya yataq rejimi göstərişi verilmişdir). Əgər həqiqətən xəstə idisə, həmin xəstəlik vərəqəsini Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə də təqdim etməli idi. Məhkəmə bu hala düzgün qiymət verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinin xx.xx.2024- cü il tarixli məktubdan da görünür ki, iddiaçı xx.xx.2024-cü i l tarixdən xx.xx.2024-cü il tarixədək iş yerində olmuş, ictimai işçilər görmüş, işə davamiyyət cədvəlinə imza atmış və həmin günlərə görə əmək haqqı almışdır. Burdan iddiaçının məhkəməyə təqdim etdiyi xəstəlik vərəqəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinin cavab məktubu ilə təkzib olunur. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında sədrlik edən hakim iddiaçıya sorğuya cavabı necə əsaslandırmasını soruşduqda, iddiaçı bildirmişdir ki, DOST İş Mərkəzindən guya icazə almışdır bununla bağlı yazılı ərizəsi orada var. Hakim həmin sənədin növbəti iclasa təqdim etməsini bildirmişdir. Həmçinin, hakim işə davamiyyət cədvəlinə imza atmasını nə ilə izah edəcəyini soruşduqda, iddiaçı bildirmişdir ki, “mən imzanı sonra da çə kə bilərəm...” İddiaçının belə bir fikir bildirməsi saxtakarlığa işarədir! Bu halları məhkəmə qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının yeganə təqdim etdiyi və şübhə doğuran, eyni zamanda mötəbər sübut olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə təkzib edilən xəstəlik vərəqəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi qətnamədə yalnız Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya əmək haqqının ödənilməsi qeyd etdiyinə əsaslanmış, nədənsə elə həmin məktubda işçinin işə davamiyyət cədvəllərinə əsasən (yəni işdə olmuşdur) həmin günlər üçün əmək haqqının hesablanması sözlərinə münasibət bildirməmişd ir. Yəni birinci instansiya məhkəməsi yalnız həmin günlərə görə əmək haqqının ödənilməsini qeyd etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara qiymət verərkən yalnız iddiaçının təqdim etdiyi xəstəlik vərəqəsinə əsaslanmış, cavabdeh tərəfindən təqdim edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinin məktubuna iddiaçıya uyğun olan hissədə qiymət vermişdir. Yəni, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində yataq rejimi vəziyyətində olmalı əvəzinə Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyində işə davamiyyət cədvəlinə imza etməklə işdə olması faktına qiymət verməmiş, iddiaçı da həmin halı təkzib edən heç bir sübut təqdim etməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 12 may 2025-ci il tarixli, 2(103)-1513/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6999/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilməsini qət etmişdir. (hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə)

17. Yuxarıda qeyd edilən faktlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi əmək qabiliyyətinin olmaması haqqında xəstəlik vərəqəsinin mövcud olmasına baxmayaraq onun həqiqətən də əmək qabiliyyətini itirdiyi halı öz təsdiqini tapm amışdır. SN **********81 saylı xəstəlik vərəqəsinin olması, vərəqədə əks olunan hallar öz təsdiqini tapmadığından özü-özlüyündə onun həmin günlərdə məhz üzrlü səbəbdən işə çıxmaması nəticəsinə gəlmək üçün yetərli əsas sayıla bilməz.

18. Belə olan halda iddiaçının barəsində olan xəstəlik vərəqəsinin faktiki vəziyyəti əks etdirməməsi, xəstəlik vərəqəsində göstərilən tarixlərdə, yəni xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi iddiaçının əmək qabiliyyətli olmaqla iş saatlarında əsas iş yerində olması, iş vaxtının səkkiz saatlıq müddəti üçün əmək haqqını alması, xx.xx.2024-cü il tarixində tərəf olduğu əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam veriləcəyi barədə xəbərdar edildikdən sonra məhz xx.xx.2024-cü il tarixindən xx.xx.2024cü il tarixinədək əmək qabiliyyətini itirm əsi, İddiaçı əmək qanunvericiliyi ilə ona verilmiş hüquqdan sui-istifadə etməsinə dəlalət edir.

19. Bundan başqa iddiaçının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qəbul edilmiş qərar ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İnzibati orqan tərəfindən qəbul olunmuş müvafiq qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən bu qərarların təkzibolunmaz sübut kimi qəbul edilməsi istisna olunur. Belə ki, bu qərarın da digər sübutlar kimi qabaqcad an müəyyən edilmiş qüvvəsi yoxdur, qərarla müəyyən edilən hallar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

20. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlər lazımi şəkildə, iddiaçının xəstəlik vərəqələri ilə əhatə olunan tarixlərdə işə çıxmaq imkanında olması işdəki məlumat və sənədlər əsasında birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, qeyd edilən hallar nəzərə alınmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl edilməmiş dir.

21. Belə ki, əmək qanunvericiliyi ilə qeyri-qənaətbəxş sınaq nəticəsini təsdiq edə biləcək sənədlərin siyahısı və ya işçinin işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi üçün xüsusi meyarlar müəyyən edilmir. İşçinin sınaqdan keçməməsi qənaətinə gəlmək üçün müəyyən səbəbləri göstərən birbaşa hüquqi norma mövcud deyildir. Sınaq nəticələri müəyyən edilərkən işəgötürən tərəfindən müxtəlif halların nəzərə alınması, qanunvericilikdə bu cür konkret siyahının yaradılmasını mümkünsüz edir.

22. Odur ki, məhkəmə araşdırması zamanı təqdim olunan sübutlara əsasən yalnız işçinin peşəkarlıq səviyyəsinin və öz vəzifələrini yerinə yetirməsi keyfiyyətinin necə qiymətləndirildiyinin müəyyən edilməsi mümkün olmalı, sənədləşdirilmə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.

23. Apellyasiya b axışı zamanı iş materiallarına əlavə edilmiş arayışdan (birinci instansiya məhkəməsi tərəfindən müvafiq istiqamətdə araşdırma aparılmadığından, həmin sənədin iş materiallarına əlavə edilməsi mümkün sayılmışdır) görünür ki, cavabdeh əmək münasibətlərinə xitam verilməsinin səbəbi kimi iddiaçının mühasibat sənədlərində bir sıra qeyri-dəqiqliklərə yol verməsinə, hesabatların vaxtında və düzgün təqdim olunmamasına, həmçinin yerli və əsasən də xarici ödənişləri həyata keçirə bilməməsinə, hər dəfə kimlərəsə zəng edib kömək istəməsinə, ödənişlərin təyinat hissəsində müqavilənin tarixi, nömrəsi, elektron qaimə və seriya nömrəsi olmadan etməsinə istinad edilmişdir. Göründüyü kimi iddiaçının məhz icra etdiyi vəzifə (mühasib vəzifəsi) üzrə qiymətləndirilməsi aparılmışdır.

24. Daha sonra iş materiallar ından görünür ki, işəgötürən tərəfindən əmək müqaviləsinə sınaq müddətinin başa çatması ilə əlaqədar xitam veriləcəyi və əmək müqaviləsinin müddətinin uzadılmayacağı barədə iddiaçıya tanış olması üçün məlumat (xəbərdarlıq) yazılı formada xx.xx.2024-cü il tarixndə təqdim edilmiş, o isə həmin sənədi imzalamaqdan imtina etmişdir.

25. Cavabdehin xx.xx.2024-cü il tarixli mübahisəli əmrinin əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib olunduğu da müəyyən edilmişdir. Həmin əmrin məzmunu da Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə cavab verir. Belə ki, əmr qanunla müəyyən olunmuş qaydada əsaslandırılmış, əmrdə hansı əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinin səbəbi, Əmək Məcəlləsinin müvafiq normasına (70-ci maddənin “d” bəndinə) istinad edilməklə hüquqi əsas lar aydın şəkildə göstərilmişdir.

26. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 560.1, 560.2, 560.3.4-cü, Əmək Məcəlləsinin 32.2.1, 33.3.5, 34.10, 35.11, 36.51, 37.53, 70, 76, 79.1, 83.1, 83.2, 292.2, 300.1-ci və Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1,88-ci maddələrinə istinadla əsaslandırmışdır.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1515/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə aşkar edilmiş faktlarla əlaqədar iddiaçının və müvafiq məsul vəzifəli şəxslərin əməllərinin araşdırılması və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilsin və bu məqsədlə qərardadın surəti Azərbaycan Respubl ikasının Baş Prokurorluğuna göndərilməsi qət edilmişdir.

29. Beləliklə, apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, aşkar edilmiş faktla əlaqədar tərəflərin və məsul vəzifəli şəxslərin əməllərində müvafiq cinayətlərin əlamətlərinin olub-olmamasının yoxlanılması üçün xüsusi qərardad çıxarılmalı və Azərbaycan Respublikası Baş prokurorluğunun diqqəti xüsusi qərardadın təsviri hissəsində göstərilən hallara cəlb edilməlidir.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.1 və 394.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı Vəliməmməd qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(103)-1513/2025 il tarixli qə tnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılmasını və ya təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara münasibətinə uyğun araşdırılma aparmamış və düzgün əsaslandırmamışdır.

33. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12,53, 70, 72,79-cu və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1,76.1, 88, 2.1, 372.6,385, 386-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

35. Maddə 51.

1. Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir.

36. Maddə 51.2. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.

37. Maddə 51.3. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

38. Maddə 53.

1. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

39. Maddə 53.2. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

40. Maddə 53.3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

41. Maddə 53.4. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

42. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

43. Maddə

79. İşəgötürən tərəfindən:hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaş ına böyüdən kişilərin yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsin in "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

44. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibə tlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

45. Maddə 300.2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir.

46. Maddə 300. ("Qeyd" hissəsi). Bu maddənin birinci hissəsində nəzərdə tutulmu ş "dəymiş zərərin məbləği" dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

55. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiya məhkəməsi bu qən aətə gəlmişdir ki, işin müəyyən edilmiş faktiki halları nəzərə alındıqda iddiaçının tələbinin əsaslılığı təsdiq olunmur və mübahisə üzrə tələbin təmin edilməsinə əsas yoxdur. Belə ki, apellyasiya məhkəməsi qeyd etmişdir ki, işçinin peşəkarlıq səviyyəsinin və öz vəzifələrini yerinə yetirməsi keyfiyyətinin necə qiymətləndirildiyinin müəyyən edilməsi mümkün olmalı, sənədləşdirilmə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Cavabdeh əmək münasibətlərinə xitam verilməsinin səbəbi kimi iddiaçının mühasibat sənədlərində bir sıra qeyri-dəqiqliklərə yol verməsinə, hesabatların vaxtında və düzgün təqdim olunmamasına, həmçinin yerli və əsasən də xarici ödənişləri həyata keçirə bilməməsinə, hər dəfə kimlərəsə zəng edib kömək istəməsinə, ödənişlərin təyinat hissəsində müqavilənin tarixi, nömrəsi, elektron qaimə və seriya nömrəsi olmadan etməsinə istinad edilmişdir. Göründüyü kimi iddiaçının məhz icra etdiyi vəzifə (mühasib vəzifəsi) üzrə qiymətləndirilməsi aparılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli mübahisəli əmrinin əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib olunduğu da müəyyən edilmişdir. Həmin əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə cavab verir. Əmr qanunla müəyyən olunmuş qaydada əsaslandırılmış, əmrdə hansı əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinin səbəbi, Əmək Məcəlləsinin müvafiq normasına (70-ci maddənin “d” bəndinə) istinad edilməklə hüquqi əsaslar aydın şəkildə göstərilmişdir.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfind ən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfi ndən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1513/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar