Məhkəmə qərarları › İş №2(102)-2722/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2722/2024

23.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2722/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:torpaq sahəsinin boşaldılması 23.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-74/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X2 və onun ailə üzvləri X3, X4, X7, X8, X9, X11, X5, X6, X10, X1 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə 0,14 ha torpaq sahəsi verilmişdir. X2 xx.xx.2003-cü ildə ölmüşdür.

2. X12 və onun ailə üzvləri X13, X19, Cavabdeh Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə 0,21 ha torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək torpaq sahəsinin boşaldılması və əvvəlki qaydasına salınması barədə qətnamə qət edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə, onunla əsas landırılmışdır ki, həmkəndlisi cavabdeh onlara məxsus torpaq sahəsini 10 metr zəbt edərək, həmin torpaq sahəsindən şəxsi istifadəsi üçün istifadə etmişdir. Onun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq torpaq sahəsini boşaltmamışdır. Bu barədə Şamaxı rayonu Quşçu kənd üzrə İcra nümayəndəliyinə və Quşçu kənd bələdiyyəsinə müraciət etsədə, müraciətinə baxan olmamışdır.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyətək izahatında bildirmişdir ki, iddiaçı guya onun ona məxsus torpaq sahəsinin 10 metr içərisinə girərək zəbt etməsi barədə əsassız olaraq iddia qaldırmışdır. O, öz iddia ərizəsində göstərdiyi kimi Şamaxı rayon Quşçu kənd İcra nümayəndəliyinə və bələdiyyəsinə bu barədə həqiqətən müraciətlər etmişdir, lakin özünün qeyd etdiyi kimi onun arzuladığı nəticə alınm amışdır. Ona görə ki, İddiaçı haqlı olmamışdır. İddiaçı öz ailə üzvlərinə məxsus 0,14 ha torpaq sahəsinin sənədlərini iş materiallına daxil etsə də, onun tərəfindən onlara məxsus torpaq sahəsini guya zəbt etməsinə dair hər hansı sübut təqdim etməmişdir.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyində əsasən, iddiaçıya və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsi iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşməsi, lakin konfiqurasiya fərqi olmuşdur. Cavabdeh və onun ailə üzvlərinə JN-092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.21 ha torpaq sahəsi cavabdehin naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşərək, lakin konfiqurasiya və sahə fərqi olmuşdur. İddiaçıya və onun ailə üzvlərinə JN083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsi ilə cavabdehə və onun ailə üzvlərinə JN-092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.21 ha torpaq sahəsi elektron baza məlumatları ilə üst-üstə düşməmişdir. İddiaçıya və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadəthaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı bir müdaxilə edilməmiş və tikinti işləri aparılmamışdır. Əlavə olaraq bildirilmişdir ki, elektron baza məlumatlarına əsasən və natur ada iddiaçıya və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.14 ha torpaq sahəsi ilə cavabdehə və onun ailə üzvlərinə JN-092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.21 ha torpaq sahəsi arasında gediş-gəliş yolu mövcud olmuşdur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 10/7631 saylı ekspert rəyinə əsasən, Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********74 nömrəli mütəxəssis rəyi ilə iddiaçıya və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsinin iddiaçının naturada ist ifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi, lakin konfiqurasiya fərqinin olduğu müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, cavabdehə və onun ailə üzvlərinə JN-092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.21 ha torpaq sahəsinin cavabdehin naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi, lakin konfiqurasiya və sahə fərqinin olduğu müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, iddiaçıya və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsi ilə cavabdehə və onun ailə üzvlərinə JN-092A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.21 ha torpaq sahəsinin elektron baza məlumatlarına əsasən üst-üstə düşməiyi müəyyən edilmişdir. İddiaçıya və onun ailə üzvlərinə JN-083B KOD 41012018 saylı torpağın mülkiyyətəverilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan 0.14 ha torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı bir müdaxilə edilmədiyi və tikinti işləri aparılmadığı müəyyən edilmişdir.

8. Şamaxı Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(074)-9/2023 saylı qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi sübut edilmədiyindən, iddia təmin olunmamalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Ekspert rəyindən narazı olaraq, məhkəmədən təkrarən ekspertiza təyin olunmasını xahiş etmiş, lakin vəsatəti təmin olunmamışdır. Halbuki ekspertizanın təkrar təyin olunması üçün kifayət qədər əsaslar olmuşdur. Belə ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə qanuni istifadəsində olan 0,14 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Şamaxı–Quşçu asfalt yolu çəkilə n zaman onun torpaq sahəsinin 154,68 kv.m.hissəsi yola verilmişdir, əvəzində cavabdehlə onun arasında olan gediş-gəliş yolundan eni, bir tərəfi 2 m, digər tərəfi 4 m, uzunluğu 51.70 m olan hissə ona verilmişdir. Bu barədə akt da tərtib olunmuşdur. Ekpert rəyinə görə isə onun torpaq sahəsinin çatmayan hissəsi arxa qonşusunun həyətinə gedib çıxır ki, bu da həqiqətə uyğun deyildir. Onun torpaq sahəsi ilə onun arasında onun 30 illik tikintiləri olmuşdur. Həyətyanı torpaq sahəsinin 1989-cu ildə tərtib olunmuş texniki pasportuna əsasən, onunla qonşuluqda yerləşən qardaşının adına olan evin arxa divarı ilə torpağının kənarı eyni xətt üzrə yerləşmişdir. Ekspertin rəyinə görə isə onun torpağının arxa hissəsi həmin düz xətdən kənarlaşaraq 10 m enində qonşu torpaq sahəsinə tərəf keçmişdir. Eyni zam anda ekspert rəyinə əsasən cizgilənmiş torpaq sahəsi ilə ŞamaxıQuşçu asfalt yolu arasında üçbucaq şəkillli boş torpaq sahəsi yaranmış, hansı ki ərazinin baş planında belə bir sahə mövcud deyildir. Onlardan sonrakı torpaq sahələri də sıxışdırılaraq digər tərəfdən keçən küçəni tam bağlamışdır. Asfalt yol mühafizə zolağı ilə birlikdə sənəd üzrə 19 metr olduğu halda cavabdehin ekspert rəyinə əsasən asfalt hörüyün kənarından cavabdehin həyətinin kənarına kimi 23 mert enində xeyli boş sahə qalaraq, onun özünün günlüyü də həmin boş sahədə qalmışdır. Baş planda belə bir torpaq sahəsi görünəmiş, hətta onun da topağının bir hissəsi digər qonşunun torpaq sahəsinin içərisinə girmişdir. Həmin qonşunun evi cavabdehin torpaq sahəsində qalmışdır. Kəndin baş planına əsasən cavabdehin həyətinin aşağı və yux arısında yerləşən küçələr arasında məsafə 46 metr olduğu halda ekspertin rəyindən sonra həmin məsafə 50 metr olmuşdur. Ekspert rəyi ilə ilkin sənədlər və kəndin baş planı arasında uyğunsuzluq yaranmışdır. Bu rəy düzgün olmadığından və digər qonşuların torpaq sahələrinə dair mübahisələrə səbəb olacaqdır.

13. Apellyasiya instansiya məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, tərəflərin faktiki istifadələrində olan torpaq sahələri mövcud olmuş və çəpər daxilindədir, onların istifadə etdikləri həyətyanı torpaq sahələrinin arasında gediş-gəliş yolu mövcud olmuşdur. Bu səbəbdən tərəflərdən birinin digərinin torpaq sahəsinə hər hansı bir müdaxilə halı aşkar olunmam ışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı i tarixli, 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatları ilə tərəflərin faktiki naturada istifadə etdikləri həyətyanı torpaq sahələri uyğunluq təşkil etmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) 24 yanvar 2024-cü il tarixli, 2(105)-74/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-9/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırm a ilə razılaşan apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, hesab etmişdir ki, ekspert rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən sahiblik və faktiki istifadə edilməsi müəyyən olunmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini əsaslandırarakən, Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci maddələrinə, habelə Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinən istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instasniya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu təqdirdə bunu etməyərək iş üzrə kifayət qədər araşdırma aparmadan, sübutları kifayət qədər tədqiq etmədən qərar qəbul etmişdir. Belə ki, ekspert yaranmış problemi tam başa düşməmişdir. Buna görə də həmin ekspert rəyində ziddiyyət olmuşdur.

19. Kassasiya şikayəti Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələrinə istinadən əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı et iraz dail olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

24. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaqmülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

25. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sö külməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanı ldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

35. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri il ə razılaşmır.

37. Belə ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, işə əlavə edilmiş sübutlarla, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunur ki, tərəflərin faktiki istifadələrində olan torpaq sahələri mövcud olmuş və çəpər daxilindədir, onların istifadə etdikləri həyətyanı torpaq sahələrinin arasında gediş-gəliş yolu mövcud olmuşdur. Bu səbəbdən tərəflərdən birinin digərinin torpaq sahəsinə hər hansı bir müdaxilə halı aşkar olunmamışdır.

38. Apellyasiya instansiyası məhkəməsi, həmçinin iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı i tarixli, 818 nömrəli F ərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatları ilə tərəflərin faktiki naturada istifadə etdikləri həyətyanı torpaq sahələri uyğunluq təşkil edir.

39. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, sonuncu ekspert rəyi ilə də iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən sahiblik və faktiki istifadə olunması halı müəyyən edilməmişdir.

40. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2(105)-74/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar