Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2724/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(007)-1900/2019 R.M.Həsənov) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cаvаbdеhdən iddiаçının хеyrinə qətnаmənin icrа оlunduğu günə оlаn Аzərbаycаn mаnаtı məzənnəsi ilə 53800 АBŞ dоllаrı məbləğində bоrcun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (iş № 2(103)-2849/2020, hakimlər E.Y.Şamayev, M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və mülki işin apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qar şı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərardadı prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Qətnaməni qəbul edən şəxs həyat yoldaşı olsa da, münasibətləri pozulduğundan qətnamə ona verilməmişdir. Hər bir halda, qətnamənin çatdırılması barədə qəbzi qəbul edən şəxsin başqa şəxs olması ona dəlalət edir ki, qətnamə ona verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasi ya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edildiyi kimi, birinci instansiya məhkəməsi iddiaya Cavabdeh iştirakı ilə baxaraq, qətnaməni elan etmiş və qətnamənin surəti sonuncunun yaşadığı ünvana göndərərək, xx xxxx 2019-cu il ta rixdə “Sürəyya” adlı şəxs tərəfindən imzalanmaqla, təqdim edilmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvanın Nizami rayon Polis İdarəsinin inzibati binası olmasını əsas gətirərək, qətnamənin rəsmi qaydada ona çatdırılmamasını və kim tərəfindən qəbul edilməsinin ona məlum olmadığını göstərmişdir. Apellyasiya məhkəməsi tərəfindən həmin icra vərəqəsi ilə mübahisələndirilən qətnamənin göndərildiyi ünvanın cavabdehə aid olan ünvan olmasının müəyyən olunması ilə yanaşı, məhkəmə qətnaməsini alaraq poçt xəbərnaməsində imza edən “Sürayə” adlı şəxsin cavabdehin ailə üzvü olması halı da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135-ci maddəsi ilə məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydaları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehə münasibətdə apellyasiya şikayəti vermə müddəti məhz xx xxxx 2019-cu il tarixdən he sablanmalıdır. Cavabdeh isə xx xxxxxx 2019-cu il tarixdə apellyasiya şikayəti verməklə, qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsi ilə apellyasiyanın mümkünlüyünün yoxlanılmasının əsasları müəyyən edilmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qərardad prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx xx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2724/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2724/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver