Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2724/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X cavabdeh X2 və diərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi 23.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2*2*-ci il tarixli, 2(1*3)67*2/2*2* saylı qətnaməsindən iddiaçı X kassasiya şikayəti üzrə işə 23 avqust 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı X (bundan sonra iddiaçı) məhkəmədə cavabdeh X2 (bundan sonra cavabdeh) və digərlərinə qarşı iddia qaldıraraq, onunla cavabdeh X arasında xxx saylı evə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 3* avqust 2**2-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.M.Əbilhəsənov) iddia təmin edilərək, tərəflər arasında Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Şəfail küçəsi, 31 “a” saylı evə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, *5 fevral 2**2-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, xxx saylı fərdi yaşayış evi daşınmaz əmlakın d övlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. 15 mart 2**2-ci il tarixli yazılı qəbzə əsasən cavabdeh sözügedən evi 8.*** ABŞ dollarına iddiaçıya satıb və sonuncu razılaşdırılmış pul vəsaitini alıb və həmin evə dair alqı-satqı müqaviləsi bağlayacağını öhdəsinə götürüb. Lakin, keçən müddət ərzində cavabdeh alqı-satqı müqaviləsini notarial qaydada rəsmiləşdirməkdən imtina edib və bunu notariat orqanına dövlət rüsumu ödəmək üçün maddi imkanının olmaması ilə əlaqələnirib. Hazırda iddiaçı faktiki olaraq mübahisəli evdə yaşayır. Göründüyü kimi, iddiaçı notarial qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etdiyi halda, cavabdeh əqdi notarial qaydada təsdiq etməkdən boyun qaçırıb. Ona görə də əqdi icra etmiş iddiaçının tələbi ilə alqı-satqı müqaviləsi bağlanmış h esab edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. 18 mart 2*2*-ci il tarixdə X6 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2*2*-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 3* avqust 2**2-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edi lməklə iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, *5 fevral 2**2-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, xxx saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. 15 mart 2**2-ci il tarixli yazılı qəbzə əsasən cavabdeh sözügedən evi 8.*** ABŞ dollarına iddiaçıya satıb və sonuncu razılaşdırılmış pul vəsaitini alıb. Cavabdeh həmin evə dair alqı-satqı müqaviləsi bağlayacağını öhdəsinə götürüb, lakin notarial qaydada alqı-satqı müqaviləsi bağlanmayıb. Birinci instansiya məhkəməsi bir sıra halları araşdırmayıb və maddi hüquq normalarını düzgün tətbiq etməyib. Belə ki, məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 24 iyun 2**5-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinin tələbləri ilə əsaslandırsa da, həmin maddənin təfsirində səhvə yol verib. Həmin maddədə əqdin notariat formasına riayət edilməməsinin hüquqi nəticələri öz əksini tapıb və orada qeyd edilib ki, tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “İ.K.Rəcəbovun şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 3 iyun 2**5-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2**6-cı il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün aşağıdakı üç halın olması zəruridir: birincisi, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; ikincisi, məhz əks tərəf əqdi notariat qaydasında təsdiq etməkdən yayınmalıdır; əqdin özü qanuna zidd olmamalıdır və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilməsi mövcud olmalıdır. Bu baxımdan qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, işin a raşdırılmış halları ilə müəyyən olunur ki, cavabdehin mübahisəli evi iddiaçıya satması ilə bağlı əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin onun təqsiri ucbatından baş verməsi və məhz onun əqdi notarial qaydada təsdiq etməkdən yayınması öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 335.2-ci maddəsinin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməyib. Ona görə də iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kass asiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və ya iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 1*.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlə nilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mülki Məcəllə: Həmin Məcəllənin 335.1-ci maddəsinə əsasən, əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutl arı araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə a raşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 4*7.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassa siya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işdən görünür ki, iddiaçının cavabdehə qarşı hazırki iddia ərizəsi birini instansiya məhkəməsinə *2 avqust 2**2-ci il tarixdə daxil olub və 3* avqust 2**2-ci il tarixdə işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilib. 12 fevral 2*2*-ci il tarixdə, qətnamənin qəbulundan 18 il son ra X6 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək qətnamənin surətini alıb və 18 mart 2*2*-ci il tarixdə isə ondan apellyasiya şikayəti verib. Bundan sonra, birinci instansiya məhkəməsi X5 apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib və məhkəmənin 12 avqust 2*2*-ci il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılıb və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilib. Əvvəla, X7 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin onun hüquq və vəzifələrinə toxunduğunu, lakin işdə iştirak etməyə cəlb edilmədiyini, mübahisə predmeti olan xxx saylı saylı evin nənəsi X mülkiyyətində olduğunu, sonuncunun 21 aprel 1969-cu il tarixdə öldüyünü, həmin e vin onun və ailə üzvlərinin qanuni sahibliyində, istifadəsində olduğunu, başqa sözlə qətnamənin maraqlarına toxunduğunu göstərsə də, işdə, onun mərhum X ilə qohumluq münasibətini, habelə həmin ev üzərində hər hansı hüququnun əmələ gəlməsini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxur. Qeyd edilməlidir ki, MPM-nin 357-ci maddəsi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququna malik olan subyektlərin dairəsini yalnız işdə iştirak edən şəxslərlə məhdudlaşdırmır. Belə ki, həmin Məcəllənin 357.2-ci maddəsinin mənasına görə, işdə iştirak etməyə cəlb edilməyən digər şəxslər də qətnamədən apellyasiya şikayəti verə bilərlər. Bunun üçün iki şərtin məcmu halda mövcud olması tələb olunur: birincisi, qəbul edilən qətnamə şəxsin hüquq və vəzifələrinə toxunsun; ikincisi, şəxs işdə iştirak etməyə cəlb edilməsin. Qətnamənin işdə iştirak etməyə cəlb edilməyən digər şəxslərin hüquq və vəzifələrinə toxunması elə bir halı nəzərdə tutur ki, qətnamə ilə həmin şəxslərin hüquqları haqqında məsələ bu hüquqların pozulması və ya əsassız məhdudlaşdırılması ilə müşaiyət olunan formada həll edilir və həmin şəxslərin üzərinə hər hansı vəzifəni icra etmək öhdəliyi qoyulur. “İ.Şabanovanın şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 24 oktyabr 2*11-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 27 avqust 2*12-ci il tarixli Qərarın da hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış ş əxsin müvafiq subyektiv hüquqa malik olub-olmamadığını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmayıb qeyd edir ki, hər bir kəs özünün subyektiv hüququnun həyata keçir ilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Ona görə də apellyasiya instansiyası məhkəməsi işə baxarkən əvvəlcə X5 qətnamədən apellyasiya şikayəti vermək üçün müvafiq subyektiv hüquqa malik olubolmadığını və ümumiyyətlə birinci instansiya məhkəməsinin qətnaməsinin onun hüquq və vəzifələrinə toxunub-toxunmadığını araşdırmalı idi. Yalnız b undan sonra subyektiv hüququn mövcudluğu və onun işdə iştirak edən şəxslər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilərdi. Hazırki halda, apellyasiya instansiyası məhkəməsi X5 müvafiq subyektiv hüquqa malik olub-olmadığını, işdə iştirak edən şəxslər tərəfindən məhz mübahisəli evə münasitbətdə onun hər hansı hüququnun pozulub-pozulmadığını müəyyən etmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul edib və nəzərə almayıb ki, iddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olmaqla, qanuni hesab edilə bilməz. Digər tərəfdən, işin 63-cü vərəqində olan Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin *3 iyun 2*19-cu i il tarixli arayşına görə, X adına ilkin qeydiyyatdan xxx saylı ev keçib və bu barədə onun adına *4 yanvar 1961-ci il tarixli qeydiyyat vasiqəsi verilib. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə isə tərəflər arasında sözügedən evə dair deyil, xxx saylı saylı evə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilib. Apellyasiya instansiyası məhkəməsi sözügedən evlərin fərqli ünvanlarda yerləşməsini nəzərə almadan, bu barədə heç bir araşdırma aparmadan, X ilə X6 arasında olan qoyumluq münasibətlərinə aydınlıq gətirmədən, yalnız apellyasiya şikayətinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2*19-cu il tarixli qərardadına istinad edərək mübahisələndirilən qətnamənin X5 hüquq və vəzifələrinə toxunması nəticəsinə gəlib və 18 ildən sonra onun apellyasiya şikayəti üzrə işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul edib. Halbuki, sözügedən qərardadla da Böyük X1 ilə hər hansı qohumluq münasibətində olmasını və onun mübahisəli ev üzərində hər hansı hüququnun əmələ gəlməsini müəyyən etmək mümkün deyil. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, sözügeddən qərardadla X5 apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 28 noyabr 2**1-ci il tarixli qətnaməsinin ləğv edilib, ərizəçi X “ölüm faktının müəyyən edilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun itirilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi və mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək faktının müəyyən edilməsi” barədə ərizəsinin baxılmamış saxlanılması, hazırki iş üzrə qətnamənin onun hüquq və vəzifələrinə toxunması nəticəsinə gəlm əyə əsas vermir. Ona görə də həmin qərardadda müəyyən edilmiş faktlar hazırki iş üçün əhəmiyyət daşıya bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasə n və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı X kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2*2*-ci il tarixli, 2(1*3)-67*2/2*2* saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2724/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2724/2022
23.08.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver