Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2724/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2724/2023 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, ötən aylara görə ödənilmiş əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və ötən aylara görə ödənilmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7549/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh MMC-nin sürücü İddiaçı ünvanlandığı xx.xx.2022-ci il tarixli “işçi ştanının ixtisarı ilə bağlı xəbərdarlıq barədə” məktubunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin İ hissəsinin “a” bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən bildirilmişdir ki, "xxxx" MMC-də əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti ilə əlaqədar olaraq tutduğunuz Sürücü peşəsində çalışan işçi sayının qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisar edilməsi nəzərdə tutulur. "xxxx" MMC ilə münasibətdə 5 ildən 10 ilədək əmək stajına malik olduğu üçün Azərbay can Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq bu xəbərdarlıq məktubunu aldığı (tanış olduğu) vaxtdan etibarən altı təqvim həftəsi qabaqcadan çalışdığı sürücü peşəsinin ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilirsiniz. Xəbərdarlılıq müddəti ərzində əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 gün iş axtarmağa ona imkan yaradılır.”
2. Cavabdeh MMC-nin sürücü İddiaçı ünvanlandığı xx.xx.2022-ci il tarixli xx.xx.2022-ci il tarixli işçilərin sayının ixtisarı ilə bağlı xəbərdarlığa əlavədən görünür ki, "xxxx" MMC-də əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti ilə əlaqədar olaraq ona ixtisar ediləcəyi haqqında xx.xx.2022-ci il tarixli xəbərdarlıq edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 1- ci hissəsinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Yuxarıda qeyd edilən tələb rəhbər tutularaq işəgötürən tərəfindən peşəsi, sənəti nəzərə alınaraq əvvəlki əmək haqqı saxlanılmaqla ona takelajçı peşəsində işləmək təklif olunur. Ona ixtisar ediləcəyi haqqında xx.xx.2022-ci il tarixli xəbərdarlıqda nəzərdə tutulan xəbərdarlıq müddəti başa çatanadək takelajçı keçib-keçməyəcəyi barədə münasibət bildirməsi xahiş olunmuşdur.
3. İddiaçı Cavabdeh MMC-nin baş direktoruna yazdığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, bildirir ki, Cavabdeh MMC-i ilə bağladığı əmək müqavil əsi müddətsizdir. Gələcək şəxsi planları ilə bağlı xx.xx.2022-ci il tarixi ilə onunla bağlanmış əmək müqaviləsinin müəyyən müddətə bağlanılmaq şərti ilə 6 ay müddətinə uzadılaraq xx.xx.2023-cü il tarixində xitam verilməsini xahiş etmişdir.
4. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1086/KS №li əmək müqaviləsinə dəyişklikdən görünür ki, əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2022-ci il tarixindən 2.1 bəndi aşağıdakı redaksiyada verilmişdir: 2.1 bəndi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 2-ci cümləsinə və 45-cı maddəsinin 6-cı hissəsinə əsasən xx.xx.2016-cı il tarixli 1086/KS №li əmək müqaviləsinin müddəti tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixinədək uzadılır.
5. Cavabdeh MMC-nin sürücü İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh MMC-də iş həcminin arzu olunan səviyyədə və iqtisadi durumu qənaətbəxş olmadığı səbəbindən ona xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin İ hissəsinin tələb və qaydalarına uyğun olaraq işçi sayının ixtisarı ilə bağlı altı həftə qabaqcadan xəbərdarlıq verilmişdir. Xəbərdarlıq müddətində ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqlı müvafiq işə, vəzifəyə) götürülmək imkanları araşdırılaraq xx.xx.2022-ci il tarixində ona takelajçı peşəsində işləmək təklif edilmişdir. Bu təkliflə tanış olmuş və xx.xx.2022-ci il tarixində işəgötürənə yazılı müraciət edərək Cəmiyyətlə bağlanılmış müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsi ilə əvəz edərək xx.xx.2022-ci il tarixindən 6 ay müddə tinə bağlanılmasını və xx.xx.2023-cü il tarixində xitam verilməsini xahiş etmişdir. İşəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsini rəhbər tutaraq müraciətini təmin etmiş və onunla imzalanmış əmək müqaviləsinə edilmiş dəyişikliklər "xxxx" altsisteminə daxil edilmişdir. Bildirilir ki, hazırda Cavabdeh MMC-də onun çalışdığı sürücü peşəsi üzrə iş həcmi mövcud deyil və bu peşə üzrə əmək funksiyalarının icrasına ehtiyac yoxdur. Yuxarıda qeyd edilən amillər, eləcə də, onun sosial vəziyyətini nəzərə alaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin İİ hissəsinə uyğun olaraq maddi təminatının yaxşılaşdırmaq, əmək haqqının ödənilməsini təmin etmək məqsədi ilə çalışdığı peşədə qalmaqla və əmək haqqı, məzuniyyət hüquqları saxlanılmaqla əm ək funksiyasının icrasından azad edilmişdir.
6. Cavabdeh MMC-nin 25 aprel 2023-cü il İR-351/23 saylı “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin İ hissəsini və 83-cü maddəsini rəhbər tutaraq Cavabdeh MMC-də sürücü peşəsində işləyən İddiaçı əmək müqaviləsinə 25 aprel 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi, Əmək haqqının hesablanması üzrə məsul şəxsə tapşırılsın ki, İddiaçı sonuncu iş günü son haqqhesab ödənişi verilərkən istifadə etmədiyi 9.26 təqvim günü əmək məzuniyyəti üçün pul əvəzi ödənilməsinin təmin edilməsi, İnsan Kapitalı bölməsinin əməkdaşına əmək müqaviləsinə xita m verilməsi ilə əlaqədar əmək kitabçasına, ƏMAS-da müvafiq qeydin aparılması, işçinin bu əmrlə tanış edilməsi, əmrin surətinin və əmək kitabçasının işçiyə işdən azad olduğu gün müvafiq qaydada verilməsinin həvalə edilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC-nin üzərinə onu işdən çıxarması barədə 25 aprel 2023-cü il tarixli, İR-İR351/23 saylı əmrin ləğv edilməsi, ötən aylara görə ödənilməmiş əmək haqqının ödənilməsi və əvvəlki işə bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 16 noyabr 2016-cı ildən Cavabdeh MMC-də sürücü vəzifəsində işləmişdir. MMC 25 aprel 2023cü il tarixli, İR-İR-351/23 saylı əmrə əsasən Əmək Məcəlləsinin 73-cü maddəsinin İ hissəsini, 83-cü maddəsini rəhbər tutaraq həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsi müddətinin qurtarması əsası ilə xitam vermişdir. Qeyd olunmalıdır ki, atası X3 xx.xx.2016-cı il tarixdə MMC-də iş müddətində əmək funksiyalarının icrası zamanı suda batma nəticəsində vəfat etmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 1 saylı akt tərtib edilmişdir. Atası əməyin mühafizəsi qaydalarının MMC tərəfindən təmin edilməməsi ucbatından həlak olmuşdu. Bundan sonra MMC onu işlə təmin etmişdir. Təyin olunduğu vaxtdan sürücü vəzifəsində çalışırdı. Lakin hazırda o, heç bir səbəb olmadan vəzifənin icrası ndan kənarlaşdırılaraq işə buraxılmır. MMCnin xitama qədər ona ünvanlandığı xəbərdarlıq məktubuna nəzərə salarkən məlum olur ki, guya o, heç bir məcburiyyət altında qalmadan xx.xx.2022-ci il tarixdə işəgötürənə müraciət edərək müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilərək xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Halbuki o, könüllü sürətdə və heç bir vəchlə belə bir ərizə ilə işəgötürənə müraciət etməzdi. Bu məsələdə təbii olaraq savadsızlığından sui-istifadə edilmişdir. Xəbərdarlıq müddətində guya ixtisası nəzərə alınmaqla müvafiq işə götürülmək imkanları araşdırılaraq ona takelajçı peşəsində işləmək təklif olunmuşdur. Lakin iddiaçı hesab etmişdir ki, bu onun peşəsinə bərabər tutulan peşələr sırasında daxil deyildir. Buna görə d ə tərəfindən həmin təklif rədd edilmişdir. Bundan başqa MMC-də sürücü vəzifəsi üzrə iş həcminin mövcud olmadığı bildirilir. Halbuki o, orda işlədiyi müddətdə də işdən çıxarılan sürücülərin ştat vahidləri ixtisara salınmadan onların əvəzinə yeni sürücülər işə qəbul olunurdu. Başqa sözlə, sürücü olaraq onun ixtisara salınmağı süni xarakter daşıyır və heç bir istehsalat zərurətindən irəli gəlmir. İddiaçı hesab etmişdir ki, ona qarşı baş vermiş qanunsuzluq, yəni müddətsiz əmək müqaviləsinin onun razılığı olmadan və ya aldatma yolu ilə ona müddətli əmək müqaviləsi ilə əvəz olunmasına dair imzalatdırılması konstitusion hüquqlarını ciddi mənada pozulması deməkdir.
9. Cavabdehin nümayəndəsi tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının iddia ərizəsin də qeyd etdiyi bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq X2 Xidməti tərəfindən təhqiq olunmuş və "xxxx" tərtib edilmişdir. Daha sonra MMC-nin rəhbərliyi humanist addım ataraq bədbəxt hadisə nəticəsində həlak olmuş X1 oğlu İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək 1 il müddətinə sürücü peşəsinə işə qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddəti bitdikdən sonrakı 1 (bir) həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyi üçün, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə 5 dəfə uzadılmış və bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilmişdir. 27 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələb və qaydalarına uyğun olaraq işçilərin sayının, o cümlədən onun peşəsinin ixtisarı ilə bağlı 6 həftə qabaqcadan İddiaçı xəbərdarlıq verilmişdir. Xəbərdarlıq müddətində İddiaçı ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla müvafiq işə (vəzifəyə) götürülmək imkanları araşdırılaraq xx.xx.2022-ci il tarixində ona takelajçı peşəsində işləmək təklif edilmişdir. Daha sonra İddiaçı təkliflə tanış olmuş, lakin təkliflə razı olmadığı (imtina etdiyi) üçün xx.xx.2022-ci il tarixində işəgötürənə yazılı müraciət edərək, onun müddətsiz əmək müqaviləsini n müddətli əmək müqaviləsi ilə əvəz edilərək xx.xx.2022-ci il tarixindən 6 ay müddətinə bağlanılmasını və xx.xx.2023-ci il tarixində xitam verilməsini xahiş etmişdir. İşəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45ci maddəsinin 3-cü hissəsini rəhbər tutaraq işçinin müraciətini təmin etmiş və işçinin əmək müqaviləsinə edilmiş dəyişikliklər "xxxx" altsisteminə daxil edilmişdir. Qeyd etmişdirlər ki, hazırda MMC-də sürücü peşəsi üzrə tələb olunan iş həcmi məhduddur və şikayətçinin bu peşə üzrə əmək funksiyalarının icrasına ehtiyac yoxdur. Əlavə olaraq qeyd etmişdirlər ki, MMC-nin “Bazar iqtisadiyyatı şəraitində rəqabət qabiliyyətinin aşağı düşməsi, iş həcinin azalması və yaranmış iqtisadi çətinliklərlə əlaqədar işçilərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan ə saslarla (ixtisar edilmiş daxil olmaqla) əmək müqavilələrinə mərhələli xx.xx.2022-ci il tarixli olmaqla xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli PR-1540/22-1 saylı protokola əsasən MMC-də əsas istehsal sahələrinin rəhbər və mütəxəssislərinin iştirakı ilə xx.xx.2022-ci il tarixində yığıncaq keçirilmiş və Cəmiyyətin bazar iqtisadiyyatı şəraitində rəqabət qabiliyyətliyinin aşağı düşməsi məsələləri müzakirə edilmişdir. İclasda qeyd edilmişdir ki, hazırda bir neçə platformalarda iş həcminin əhəmiyyətli dərəcədə azalması və ya başa çatdırılması, həmçinin Cəmiyyətin maliyyə vəziyyətinin əhəmiyyətli şəkildə azalması, yeni layihə və sifarişlərin olmaması nəticəsində Cəmiyyətin gəlirləri əsaslı şəkildə azaldılmışdır. Qeyd olunanları nəzərə alaraq və yaranmış iqtisadi çətinliklərlə bağlı mər hələli şəkildə işçilərin ixtisar edilməsi, həmçinin müddətli əmək müqavilələrinin müddətinin uzadılmaması qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin İ hissəsinin "xxxx" bəndini 73-cü maddəsinin İ hissəsini, 77-ci maddəsinə əsasən MMC xx.xx.2022-ci ildə keçirilmiş yığıncaqda qərara alınmışdır ki, MMC-də iş həcminin azalması və yaranmış tqtisadi çətnliklərlə əlaqədar işdə saxlamasına üstünlük verilən işçilər nəzərə alınmaqla əmək qanunvericiliyi ilə MMC-də iş həcminin azalması və yaranmış iqtisadi çətinliklərlə əlaqədar işdə saxlanmasına üstünlük verilən işçilər nəzərə alınmaqla, əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla bazalarda və platformalarda çalışan işçilərin sayı azaldılsın və müddətli əmək müqavilələrinin müddəti bitdikdə həm in müqavilələr növbəti müddətə uzadılmasın. Həmçinin də MMC-də iş həcminin azalması və yaranmış iqtisadi çətinliklərlə bağlı işçilərin ixtisar edilməsi zərurəti ilə əlaqədar əsas istehsal sahələrinin rəhbər və mütəxəssislərin iştirakı ilə xx.xx.2023-cü il tarixində keçirilmiş yığıncağın rəyini və Cəmiyyətin bazar iqtisadiyyatı şəraitində rəqabət qabiliyyətliyinin aşağı düşməsini, həmçinin hazırda Ümid-1, Günəşli-11, Qərbi Abşeron-10 saylı platformalarda iş həcmi əhəmiyyətli dərəcə azalmasını və sonlandırılmasını, bununla da Cəmiyyətin gəlirlərinin əhəmiyyətli şəkildə azalmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci madəsinin 1-ci hissəsinin b) bəndinə, 70-ci maddəsinə, 71-ci maddəsinin 1-ci və 3-cü hissələrinə, 77-ci maddəsinə və 78-ci maddəsinin 1-ci hissəsin ə əsasən MMC-nin 16 mart 2023-cü il 1048/23-1 saylı “Bazar İqtisadiyyatı şəraitində rəqabət qabiliyyətliyinin aşağı düşməsi, iş həcminin azalması və yaranmış iqtisadi çətinliklərlə əlaqədar işçilərin ixtisar edilməsi haqqında” əmrinə əsasən MMC-də iş həcminin azalması və yaranmış iqtisadi çətinliklərlə əlaqədar işdə saxlanmasına üstünlük verilən işçilər nəzərə alınmaqla, əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla bazalarda və platformalarda çalışan işçilərin sayı azaldılmışdır. Yuxarıda qeyd edilənlər, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmək normalarının yaxşılaşdırılması halı olaraq işçinin maddi-sosial vəziyyəti nəzərə alınaraq, onun sürücü peşəsində qalmaqla əmək haqqının əmək funksiyalarını icra etmədiyi (işə gəlmədiyi) halda əmək müqaviləsinin müddəti bitənədək tam məbləğdə saxlanılması tərəflərindən təmin edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddəti bitdikdə İddiaçı əmək müqaviləsinə qanunauyğun qaydada xitam verilmişdir.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(009)-1552/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsi onun öz xahişi (ərizəsi) və razılığı ilə əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə müddətli müqaviləyə keçirilmiş və bu müqaviləyə də müddətin qurtarması əsası il ə xitam verilmişdir.
12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən (əmək müqaviləsinə dəyişiklik edilərkən) iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. (öz ərizəsi əsasında) Cavabdeh tərəfin izahatlarına əsasən əmək müqaviləsinin müddətinin uzadılması işəgötürənin hüququdur və onlar iddiaçı ilə bağlanmış əmək müqaviləsinin eyni müddətə uzadılmasını məqsədəuyğun saymamış və müqaviləyə xitam verilməsi heç bir qərəzli münasibətlə bağlı olmamışdır. Həmçinin müqaviləyə xitam verilərkən iddiaçının özünün bu barədə olan xx.xx.2022-ci il tarixli ərizəsi və onun tutduğu vəzifəsinin ixtisar edilməsi də mütləq qaydada nəzərə alınmışdır.
13. İddiaçı tələbində könüllü surətdə və heç bir vəchlə əri zə ilə işəgötürənə müraciət etməməsini, bu məsələdə təbii olaraq savadsızlığından sui-istifadə edilməsini, müqavilənin onun razılığı olmadan və ya aldatma yolu ilə ona müddətli əmək müqaviləsi ilə əvəz olunmasına dair ərizə imzalatdırılması ilə konstitusion hüquqlarının ciddi mənada pozulmasını göstərsə də, məhkəmə iclası zamanı MMC-nin baş direktoruna yazdığı xx.xx.2022-ci il tarixli ərizənin özü tərəfindən imzalanmasını, müqaviləyə də dəyişikliyin onun razılığı ilə edilməsini etiraf etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin mahiyyətinin göstərilən əsaslar üzərində qurulmasına və bu halların iddiaçının özü tərəfindən məhkəmə baxışı zamanı təkzib edilməsinə baxmayaraq o, işdən çıxarılması barədə əmri qanunsuz hesab etməkdə davam etmişdir.
14. Məhkəmə iddiaçının barəsində verilmi ş əmrin qanunsuz olmasına dair dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, onun izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.
15. Məhkəmə iddiaçının barəsində verilən əmrin qanunsuzluğuna dair ərizəsində göstərilən digər dəlillərə də qiymət verərək hesab etmişdir ki, bu dəlillər formal mülahizə olmaqla İddiaçı əmək müqaviləsinə qanunauyğun qaydada xitam verilməsinə dair əmrin qanunsuz hesab edilməsi üçün heç bir hüquqi əsas yaratmır.
16. Məhkəmə, cavabdehin 25 aprel 2023-cü il tarixli əmrinin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar iddiaçının iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablana raq ona ödənilməsinə dair hissələrinə də hüquqi qiymət verilməsinə zərurət görməmiş və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddənin İİ, İV, Vİ hissələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 11, 12.1, 45.1-45.3, 47, 68, 70, 73, 76, 83, 84-cü və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmsını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə işəgötürənə müraciət edərək iddiaçıya müddətsiz əmək müqaviləsi əvəzinə müddətli əmək müqaviləsi ilə əvəz edilərək aldatma yolu ilə yəni, başqa peşəyə keçirilmə adı altında iddiaçının razılığı olmadan müqaviləyə imza atması onun konstitusion hüquqlarının pozulmasıdır. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, düzgün və ədalətli qərarın çıxarılmasında maraqlı olmamışdır. Məhkəmə iş materiallarına əlavə olunmuş sübutlara əsaslanaraq, obyektiv araşdıraraq iddia tələbinə düzgün qiymət verilmədir. Belə ki, əmək müfəttişliyinin məhkəməyə cəlb olunaraq rəy alınması ilə bağlı məhkəmədən xahiş edilsə də, məhkəmə əmək müfəttişliyini məhkəməyə çağırmadan işə baxıb əsassız olaraq qətnamə qət et mişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-7549/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsi mülki işin hallarını araşdırarkən işəgötürən tərəfindən iddia ərizəsində göstərilən pozuntuların həqiqiliyinə dair hər hansı bir hal aşkar etməmişdir. İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsi onun öz xahişi (ərizəsi) və razılığı ilə əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə müddətli müqaviləyə keçirilmiş və bu müqaviləyə də müddətin qurtarması əsası ilə xitam verilmişdir.
22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən (əmək müqaviləsinə dəyişiklik edilərkən) iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. (öz ərizəsi əsasında). Əmək müqaviləsinin müddətinin uzadılması işəgötürənin hüququdur və onlar iddiaçı ilə bağlanmış əmək müqaviləsinin eyni müddətə uzadılmasını məqsədəuyğun saymamış və müqaviləyə xitam verilməsi heç bir qərəzli münasibətlə bağlı olmamışdır. Həmçinin müqaviləyə xitam verilərkən iddiaçının özünun bu barədə olan xx.xx.2022-ci il tarixli ərizəsi və onun tutduğu vəzifəsinin ixtisar edilməsi də mütləq qaydada nəzərə alınmışdır.
23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbində könüllü surətdə və heç bir vəchlə ərizə ilə işəgötürənə müraciət etməməsini, bu məsələdə təbii olaraq savadsızlığından sui-istifadə edilməsini, müqavilənin onun razılığı olmadan və ya aldatma yolu ilə ona müddətli əmək müqaviləsi ilə əvəz olunmasına dair ərizə imzalatdırılması ilə konstitusion hüquqlarının ciddi mənada pozulmasını göstərsə də, məhkəmə iclası zamanı MMC-nin baş direktoruna yazdığı xx.xx.2022-ci il tarixli ərizənin özü tərəfindən imzalanmasını, müqaviləyə də dəyişikliyin onun razılığı ilə edilməsini etiraf etmişdir.
24. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinin mahiyyətinin göstərilən əsaslar üzərində qurulmasına və bu halların iddiaçının özü tərəfindən məhkəmə baxışı zamanı təkzib edilməsinə baxmayaraq o, işdən çıxarılması barədə əmri qanunsuz hesab etməkdə davam etmişdir.
25. Apellyas iya instansiya məhkəməsi iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə hüquqi qiymət verməklə hesab etmişdir ki, onun izahatı özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.
26. Apellyasiya instansiya məhkəməsi iddiaçının barəsində verilən əmrin qanunsuzluğuna dair ərizəsində göstərilən digər dəlillərə də qiymət verərək hesab etmişdir ki, bu dəlillər formal mülahizə olmaqla İddiaçı əmək müqaviləsinə qanunauyğun qaydada xitam verilməsinə dair əmrin qanunsuz hesab edilməsi üçün heç bir hüquqi əsas yaratmır.
27. Məhkəmə kollegiyası cavabdehin 25 aprel 2023-cü il tarixli, İR-İR-351/23 saylı əmrinin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar iddiaçının iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassı z sayıldığı üçün onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsinə dair hissələrinə də hüquqi qiymət verilməsinə zərurət görməmiş və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmək müfəttişliyinin iş üzrə icraata cəlb olunmaması, bu barədə xahişə qiymət verilməməsi, adıçəkilən orqandan müvafiq rəy alınmadan işə baxılması dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından görünür ki, bu barədə tərəflərin vəsatəti olmamışdır. Bu halda, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq pozuntusuna yol verilməmişdir..
29. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Əmək Məcəlləsi nin 2, 11, 12.1, 45.1-45.3, 47, 68, 70, 73, 76, 83, 84, 287, 288, 292, 296-cı və Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2, 372.6, 377.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
30. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası iş yerində iddiaçının peşəsi, sənətinə uyğun başqa bir işin mövcud olub-olmamasını müəyyən etməmişdir. Halbuki qüvvədə olan qanunvericiliyə uyğun olaraq, işçiyə onun peşəsinə, sənətinə və əvvəlki əmək haqqına uyğun başqa bir peşədə çalışmaq təklif edilməli idi. Əgər işəgötürən tərəfindən iddiaçının peşəsinə uyğun başqa bir peşə təklif edilsəydi, iddiaçı imtina etməzdi və hazırda işə davam etmiş olardı.
32. Məhkəmələr tərəfindən cavabdeh tərəfindən əməyin təşkilində dəyişikliklər edilməsi zərurətini təsdiq edən heç bir sübut, dəlil təqdim etməmişdir. Belə zərurətin mövcud olması şübhə altındadır və iddiaçı hesab etmişdir ki, məhkəmə tərəfindən ilk növbədə, bu faktiki hal araşdırılmalı idi. Həmçinin iddiaçı qeyd etmişdir ki, MMC-də baş verən iş həcmindəki dəyişikliklər (həm artımlar, həm də azalmalar) tez-tez baş verir və müvəqqəti xarakter daşıyır. Ştatın ixtisarına səbəb olan sözügedən dəyişikliklərin əsaslandırılmadığı bir vaxtda işçilərin işdən azad edilməsi, onların hüquqlarını kobud şəkildə pozulmasıdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh tərəfindən işçilərin ixtisarı üçün zərurətin olub-olmaması, şəraitin qeyd olunduğu qədər dəyişib-dəyişməməsi, həqiqətən də iş həcminin azalıb-azalmaması araşdırılmamış, heç bir sübut olmadan yalnız cavabdehin etirazda qeyd etdiyi hallara istinad edilmiş və yanlış nəticəyə gəlinmişdir.
33. Apellyasiya instansiya məhkəməsi iddiaçıya malik olduğu prosessual hüquq və vəzifələri ona izah etməməklə yanaşı, iş üzrə kifayət qədər sübutlar əldə etməmiş, nəticədə zəruri sübutlar olmadan əsassız qətnamə qəbul etmişdir. İddiaçı aldadılmış, nə ərizənin və əmək müqaviləsinin dəyişdirilməsinin, nə nəticə verəcəyi izah edilməmiş, əksinə müqavilənin uzun müddətli bağlandığı bildirilmişdi r. Lakin məhkəmələr tərəfindən bu fakt araşdırılmamış, mühüm zəruri sübutlar əldə edilməmişdir. Məhkəmə ilk növbədə iddiaçının hüquqi savadsızlığını nəzərə alaraq, onun ali hüquqi təhsilinin olmamasına dair sübutlar əldə edə və iş materiallarına əlavə edə bilərdi. Digər tərəfdən, iş üzrə Əmək Müfəttişliyinin maraqlı şəxs qismində cəlb edilməsinə dair vəsatət də təmin edilmədiyindən, iş üzrə digər zəruri sübutun da əldə edilməsi mümkün olmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
34. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən yazılı etiraz verilmiş, etirazda kassasiya şikayətinin dəlillərinin əsassız olması qeyd edilməklə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması və kassasiya şik ayətinin təmin edilməməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
35. Maddə 2. (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
36. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüq uqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
37. Maddə 11. (“a” və "xxxx" bəndləri). Müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir.
38. Maddə 12. (1-ci hissəsinin "xxxx" bəndi). Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri sayılır.
39. Maddə 35.2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanu nun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
40. Maddə 45. (1-ci hissəsi). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
41. Maddə 47. (“f” bəndi). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.
42. Maddə 68. (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
43. Maddə 68. (2-ci hissə). Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflər in iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər.
44. Maddə
70. Bənd b. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.
45. Maddə 73. (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirlirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
46. Maddə
76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər
47. Maddə 83. (1-ci h issə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
48. Maddə 83. (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyəti nə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
49. Maddə 84. (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir.
50. Maddə 84. (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
51. Maddə
287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
52. Maddə
288. Fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yara nan mübahisələrdir.
53. Maddə
292. İşçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
54. Maddə 296. (5-ci hissə). İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
55. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi p rinsipi əsasında həyata keçirilir.
56. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
57. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
60. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sü butlarla əsaslandırır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yo xlanılmalıdır.
67. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
69. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, a raşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya də yişdirilməsi üçün əsas yoxdur.
72. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən (əmək müqaviləsinə dəyişiklik edilərkən) iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. (öz ərizəsi əsasında) Cavabdeh tərəfin izahatlarına əsasən əmək müqaviləsinin müddətinin uzadılması işəgötürənin hüququdur və onlar iddiaçı ilə bağlanmış əmək müqaviləsinin eyni müddətə uzadılmasını məqsədəuyğun saymamış və müqaviləyə xitam verilməsi heç bir qərəzli münasibətlə bağlı olmamışdır. Həmçinin müqaviləyə xitam verilərkən iddiaçının özünün bu barədə olan xx.xx.2022-ci il tarixli ərizəsi və onun tutduğu vəzifəsinin ixtisar edilməsi də mütləq qaydada nəzərə alınmışdır.. Bu səbəbdən də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
73. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya ş ikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə. Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
75. Məhkəmə kolklegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, müddətli əmək müqaviləsi bağlanan hallarından biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığıdır (47-ci maddənin f bəndi). Apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı tələbində könüllü surətdə və heç bir vəchlə ərizə ilə işəgötürənə müraciət etməməsini, bu məsələdə təbii olaraq savadsızlığından sui-istifadə edilməsini, müqavilənin onun razılığı olmadan və ya aldatma yolu ilə ona müddətli əmək müqaviləsi ilə əvəz olunmasına dair ərizə imzalatdırılması ilə konstitusion hüquqlarının ciddi mənada pozulmasını göstərsə də, məhkəmə iclası zamanı MMC-nin baş direktoruna yazdığı xx.xx.2022-ci il tarixli ərizənin özü tərəfindən imzalanmasını, müqaviləyə də dəyişikliyin onun razılığı ilə edilməsini etiraf etmişdir. İddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçü n yetərli sübut kimi qəbul edilə bilməz. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməsi üçün əsaslar yoxdur.
76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
77. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7549/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.