Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2725/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaqla bağlı mübahisələr, yaşayış sahəsinin qanunsuz sahiblikdən qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı mülkdən və torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinə cavabdeh tərəfindən ediləcək maneələrə son qoyulması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-94/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 İddiaçı1 atasıdır.
2. Cavabdeh1 və X18 arasında nikah xx.xx.1963-cü ildə qeydə alınmış, Gədəbəy Rayon Xalq Məhkəməsinin xx.xx.1967-ci il tarixli qətnaməsi ilə onların arasındakı nikahın pozulması, X10 soyadı daşımaq hüququnun verilməsi, Cavabdeh1 1967-ci ildən başlayaraq, sonuncunun aylıq qazancının 50%-i miqdarında alimentin, 1959cu ildə anadan olmuş Valehin, 1961-ci ildə anadan olmuş Vidadinin, 1963-cü ildə anadan olmuş Vaqifin, 1966-cı ildə anadan olmuş Şəhlanın həddi-büluğa çatana kimi saxlanması üçün X12 verilməsi qət edilmişdir. 3. 1967-ci il tarixdən iddiaçı daimi yaşayış üçün Sumqayıt şəhərinə getmiş, 1970-ci ilin iyununda digər şəxslə, 195 1-ci il təvəllüdlü X19 ilə ailə qurmuşdur.
4. Gədəbəy rayonunun Gərgər kəndində yerləşən, ümumi sahəsi 82 kv.m fərdi yaşayış evinə İddiaçı1 tam mülkiyyət hüququ, həmin evin yerləşdiyi 0,16 ha torpaq sahəsinə isə onun ailə üzvləri olan X13, X7 və X1 birgə mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
5. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X2, X4 və X3 qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras qalmış həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin yarısının onun mülkiyyətinə verilməsi, digər yarısına v ərəsəliyin müəyyən edilməsi və miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(83)341/2018 saylı qərardadı ilə, iddiaçı Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər İddiaçı1, X8, X13 və X3) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
7. Gəncə İnzibati Məhkəməsinin 24 avqust 2020- ci il tarixli qərarı ilə Gədəbəy rayonun Gər-Gər kəndində yerləşən 0,25 ha torpaq sahəsi cavabdehin mülkiyyət hüququ kimi qeydə alınması qərara alınmış, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2-1(104)-698/2020 saylı qərar ı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia rədd edilmişdir. Həmin qərardan Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 21- (102)-690/2021 saylı qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkdən və torpaq sahəsindən çıxarılması, torpaq sahəsinə cavabdeh tərəfindən ediləcək maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun doğma a tasıdır. Onlar iki qardaş və iki bacı olmuşlar. Atası ilə anasının arasında olan narazılığa görə Gədəbəy rayon Xalq Məhkəməsinin 13 iyul 1967-ci il tarixli qətnaməsi əsasında boşanmışlar. Boşanmadan sonra onlar analarının yanında qalmışlar və hal-hazırda mübahisə predmeti olan ev və torpaq sahəsi anasına və onlara verilmişdir. Cavabdeh 1967-ci il tarixdən daimi yaşayış üçün Sumqayıt şəhərinə getmiş, 1970-ci ilin iyununda digər şəxslə - 1951-ci il təvəllüdlü X19 ilə ailə qurmuş və hal-hazırda qeyd olunan ünvanda yaşayır. Anası isə başqa bir şəxslə ailə quraraq Şəmkir şəhərində yaşamışdır. Qardaş və bacıları ailə quraraq başqa ünvanlarda yaşayırlar. O, isə mübahisəli mülkdə qalmaqla özünə məxsus fərdi yaşayış evi inşa etdirmişdir. Mərhum anası X16 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Ana sı vəfat etdikdən sonra atası gəlib ondan sözügedən evdən və həyətyanı torpaq sahəsindən pay tələb etmişdir. Cavabdeh Gədəbəy Rayon Məhkəməsində iddia qaldıraraq onun adına verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və X5 miras qalmış, Gədəbəy rayonunun Gərgər kəndində yerləşən 0,16 ha həyətyani torpaq sahəsinə və 82 kv.m olan fərdi yaşayış evinin yarısının onun mülkiyyətinə verilməsinə, digər yarısına vərəsəliyin müəyyən edilməsi və miras əmlakının vərəsələr arasında bərabər paylara bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki işə Gədəbəy Rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə baxılaraq iddia əsasız olduğu üçün rədd edilmişdir. Bununla kifayətlənməyən cavabdeh Gəncə İnzibati-İqtisadi Məhkəməsində onun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə yenidən iddia qaldırmış və həmin mülki işə xx.xx.2018-ci il tarixdə baxılaraq iddia ərizəsi mümkünsüz sayılmışdır. Sözügedən ev Gədəbəy rayon Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 36 nömrəli arayışa əsasən, 1969-1971-ci illərə aid Gərgər kənd XDSİK-nin 03 saylı təsərrüfatbaşına kitabın 208-ci şəxsi hesabında X9 adına təsərrüfat açılmış və aşağıda göstərilən ailə üzvləri qeyd edilmişdir: ailə başçısı-X18, oğluX20, oğlu-İddiaçı1, qızı X14 və qızı-X17. Həmçinin, X9 adına 1964-cü ildə tikilmiş kirəmit yaşayış evi və 0.25 ha torpaq sahəsi qeyd edilmişdir. Həmin mülkün adına rəsimləşdirilməsinə dair ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* n ömrəli çıxarış almışdır. Həmçinin, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə mülkiyyət hüququ üzrə ona məxsus olan Gədəbəy rayonu, Gərgər kəndində yerləşən fərdi yaşayış evinə və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin texniki göstəriciləri tərtib edilmiş, həmin texniki pasportda onun və ailə üzvlərinin birgə mülkiyyətində 0.16 ha torpaq sahəsi və sahəsi 82 kv.m olan A liter fərdi yaşayış evinin mülkiyyət sənədi ilə olması, onun sahibliyində 0.6489 ha zəbt torpaq sahəsi, həmin torpaq sahəsində isə “S” liter yaşayış evinin olduğu göstərilmişdir. Əlində hüquq müəyyənedici sənədləri olmasına baxmayaraq, Cavabdeh1 onun torpaq sahəsində əkin-səpin işlərinin aparılmasına, eləcə də əlavə yardımçı tikli olan tövlədən istifadə etməsinə imkan vermir. Bununla da onun hüquqları cavabdeh tərəfindən kobudcasına pozulmuşdur.
10. Cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında göstərmişdir ki, o, mərhum arvadı X18 ilə 1959-cu ildə qeyri-rəsmi evlənmişlər, nikahlarını isə 1963-cü il tarixdə rəsmiləşdirmişlər. Birinci ailədən 10 avqust 1959-cu ildə Valeh, 04 aprel 1961-ci ildə Vidadi, 05 oktyabr 1963-cü ildə Validə, 18 yanvar 1966-cı ildə Şəhla adlı uşaqları anadan olmuşdur. Oğlu Valeh hazırda Sumqayıt şəhərində yaşayır. X34 Respublikasında ailə qurub yaşayır. Oğlu Vidadini isə o saxlamış, 1989-cu ildə Gədəbəy rayonu Gərgər kəndinə gəlmişdir. O mərhum arvadı Xanımla yaşamışdır. 1967-ci ildə Gədəbəy rayon Xalq Məhkəməsində nikahın pozulması barədə iddia qaldırmış, məhkəmə qətnaməsi ilə xx.xx.1963-cü ildə onunla Aslanova Xanım qızı arasında b ağlanmış nikahın pozulması qət edilmişdir. Gədəbəy rayonu Gərgər kəndində adına təsərrüfatbaşına kitabda 0,16 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 82 kv.m olan fərdi yaşayış evi qeyd edilmişdir. Nikahları pozulduqdan sonra o, Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhərində Superfosfat zavodunda çilingər işləmişdir. Həmin zavodun yataqxanasında yaşamışdır. 1970-ci ilin iyun ayında ikinci dəfə evlənmişdir. Həmin nikahdan yeddi uşağı olmuş, uşaqları ilə birlikdə Sumqayıt şəhərində yaşamışdır. Superfosfat zavodunda işlədiyi vaxt ona Sumqayıt şəhərində mənzil verilmiş, sonra həmin mənzili nisbətən daha geniş mənzillə dəyişmişdir. 1967-ci ildən Sumqayıt şəhərində qeydiyyatdadır, Xanım Aslanova vəfat etdikdən sonra oğlu İddiaçı1 və digər cavabdehlər adlarına saxta yolla vərəsəlik şəhadətn aməsi almış və onun əsasında saxta çıxarış əldə etmişlər. Həmin mülkü o, mərhum X18 ilə birgə nikah dövründə əldə etdiyi üçün mülkün yarısı onun olmalı, digər yarısına isə birinci növbəli vərəsə olduğundan qanun üzrə vərəsəliyi müəyyən edilməlidir.
11. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 iyun 2018-ci il tarixli, 2(042)-568/2018 saylı qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbinin təmin edilməsi, Cavabdeh1 Gədəbəy rayonunun Gərgər kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış əsasında İddiaçı1 tam məxsus olan, ümumi sahəsi 82 kv.m olan fərdi yaşayış evindən və birgə mülkiyyət hüququ ilə İddi açı1 və onun ailə üzvlərinə məxsus olan 0.16 ha torpaq sahəsindən çıxarılması və cavabdeh tərəfindən həmin fərdi yaşayış evinə və torpaq sahəsinə edilən maneələrin aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin mərhum X18 ilə onun birgə nikah dövründə əldə edildiyini, ona görə də həmin mülkdə onun payının olduğunu bildirir. Həmçinin, hazırkı iş üzrə Cavabdeh1 iddiaçının adına olan həmin mülklə bağlı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi, onun miras mülkdən payının müəyyən edilməsi” tələbinə dair i ddia qaldırmış, iddiası rədd edilmişdir. Bununla bağlı çıxarılmış məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və preyudisial əhəmiyyətə malikdir. Eləcə də cavabdeh mübahisələndirilən fərdi yaşayış evinə və torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinə və torpaq sahəsinə müdaxilə etməsi və oradan istifadə etməsinin heç bir qanuni əsası yoxdur və iddiaçı cavabdehin mübahisəli mülkdən çıxarılmasını və edilən maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır.
13. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 157.2, 157.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 68-ci, Torpaq İslahatı haqqında Qanunun 21-ci və Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamışdır.
15. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan Gədəbəy rayonu Gərgər kəndində 0.16 ha torpaq sahəsində yerləşən ev və torpaq sahəsi ilə onun yaşadığı ev və torpaq sahəsi başqa-başqa yerlərdədir. Eyni məsələ birinci instansiya məhkəməsində qoyulsa da məhkəmə bunu araşdırmamışdır. Məhkəmədən həminyerə baxış keçirilməsini və ekspertiza təyin edilməsini xahiş etsə də məhkəmə heç bir araşdırma aparmadan iddianı təmin etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(104)-3312/2018 nömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Bayramov (sədrlik edən və məruzəçi), İ.Şəfiyev və L.Süleymanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, həmçinin qeyd etmişdir ki, cavabdeh 1967-ci ildən daimi yaşamaq üçün Sumqayıt şəhərinə getmiş, orada ikinci dəfə ailə qurmuş, özünə məxsus Sumqayıt şəhərində yerləşən mənzildə uzun illər fasiləsiz olaraq istifadə, sahib lik və sərəncam hüquqlarını həyata keçirmişdir. Cavabdehin mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi ilə hər hansı formada bağlılığı yoxdur. Həmin əmlakdan onun istifadə etməsi qanunsuzdur. İddiaçı mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüquqlarından məhrum olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları, qəbul edilən qətnamənin maddi və prosessual hüquq normalarına əməl edilməsi baxımından qanuni və əsaslıdır. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir.
19. Ali Məhkəmənin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli, 2(102)3492/2019 nömrəli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ə.Nurməmmədov,) Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)3312/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
20. İşi yeni apellyasiya baxışına göndərən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisənin düzgün, obyektiv həlli məqsədilə cavabdehin iddiaçıya məxsus evdə və torpaq sahəsində yaşadığının müəyyən edilməsi üçün hər hansı tədbir görülməmiş və ya müvafiq ekspertiza təyin edilməmişdir. Halbuki, kassasiya baxışı zamanı iddiaçı özü də cavabdehin onun yaşadığı evdə deyil, ona məxsus damda yaşadığını bildirmişdir. Belə olan halda, yəni cavabdehin i ddiaçının mülkiyyətində olan evdə və torpaq sahəsində yaşadığı dəqiq müəyyən edilmədiyi halda onun yaşayış yerindən məhrumiyyətə məruz qoyulması yolverilməzdir. ç)Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, İddiaçı1 yaşadığı ev 82 kv.m olmaqla 0.16 ha torpaq sahəsində yerləşir, onun və ailə üzvlərinin adına qeydə alınmışdır. Cavabdehin yerləşdiyi ev isə kirəmitdən olan yardımçı tikilidir. Həmin tikili İddiaçı1 verilmiş xx.xx.2017-ci il tarixli Texniki Pasportda “S” literli tikili olmaqla və zəbt torpaq sahəsində yerləşməsi kimi göstərilmişdir. Həmin tikilinin iddiaçının çıxarışında qeyd olunan tikililərdən ayrı olması, yəni çəpərlə ayrılması məlum olmuşdur.
22. Məhkəməyə ünvanlanmış Azərbayc an Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Gərgər Kənd İƏD Üzrə Nümayəndəliyin 06 avqust 2019-cu il tarixli 84 nömrəli məktubuna əsasən, Sumqayıt şəhər sakini Cavabdeh1 2 (iki) ildir Gərgər kəndində oğlu İddiaçı1 məxsus 0.64 ha zəbt torpaq sahəsində 1962-ci ildə tikilmiş yardımçı tikilidə yaşayır.
23. Həmçinin məhkəmə kollegiyasına ünvanlanmış Gərgər kənd XDSİK-in 19691971-ci illərin 03 saylı təsərrüfatbaşına kitabının 208-ci şəxsi hesabına əsasən, həmin kitabda X9 adına təsərrüfat açılmış və göstərilən ailə üzvləri kimi, Ailə başçısı Xanım Aslanova, oğlanları X20, İddiaçı1, qızları X14 və X17 qeyd edilmişdir. Həmçinin, 1964-cü ildə tikilmiş kirəmit yaşayış evi və 0.25 ha torpaq sahəsi qeyd edilmişdir. Gərgər kənd XDSİK-in 1969-1971-ci illərin 03 saylı təsərrüfatbaşına kitab ının 208-ci şəxsi hesabına əsasən, həmin kitabda X9 adına təsərrüfat açılmış və göstərilən ailə üzvləri kimi, Ailə başçısı Xanım Aslanova, oğlanları X20, İddiaçı1, qızları X14 və X17 qeyd edilmişdir. Həmçinin 1964-cü ildə tikilmiş kirəmit yaşayış evi və 0.25 ha torpaq sahəsi qeyd edilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2(104)3212/2019 nömrəli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), Ç.Məmmədov və T.Muxtarov, iş) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(042)568/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin zəbt etdiyi torpaq sahəsi kiramit ev iddiaçının sahibliyində və istifa dəsində olması aşkar olunmuşdur. Cavabdehin zəbt etdiyi kirəmit ev və torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində olduğundan, cavabdehin isə həmin əmlaklara heç bir hüququ olmadığından, cavabdeh iddiaçının mülkiyyətindən sərbəst və dinc istifadəsinə maneə törətdiyindən birinci instansiya məhkəməsi əsaslı olaraq iddianı təmin etmişdir. Mübahisə predmeti olan ev iddiaçının mülkiyyətindədir. d)Kassasiya instansiyası məhkəməsində ikinci icraat
26. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir.
27. Kassasiya instansiya məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(102)971/2020 nömrəli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və S.Hacıyev,) C avabdeh1 kassasiya şikayəti təmin edilərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2886/18 saylı, 07 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi yalnız yerli baxışın və iddiaçının təqdim etdiyi sənədlərə istinad edərək cavabdehin iddiaçının istifadəsində və sahibliyində olan Texniki Pasportda əks olunmuş, təsərrüfatbaşına kitabda iddiaçının anası Xanım Aslanovanın və iddiaçı da daxil olmaqla 4 övladının adına qeydə alınmış evi və evin qarşısında olan 0.25 ha torpaq sahəsini zəbt etməsi nəticəsinə gələrkən iddianın qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun gəlib gəlməməsinə, beləliklə də cavab dehin iddiaçının qanunla qorunan hüquqlarını pozub-pozmamasına düzgün hüquqi qiymət verməmişdir.
29. İş materiallarından görünür ki, cavabdeh vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək Cavabdeh1 Gəncə İnzibati-İqtisadi Məhkəməsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia qaldıraraq ona istifadə etdiyi torpaq sahəsinə dair çıxarış verilməsini xahiş etməsini, həmin işə baxılarkən məhkəmə tərəfindən ekspertiza təyin edilməsini, ekspertizanın rəyi ilə Cavabdeh1 istifadə etdiyi torpaq sahəsinin bir qismi, yəni 0,3846 ha hissəsinin bələdiyyə torpaq sahəsi olmasının müəyyən edilməsini göstərərək bu məsələni araşdırmaq üçün məhkəmə texnikitikinti ekspertizasının keçi rilməsini, ekspert qarşısında cavabdehin yaşadığı ev ilə iddiaçının evinin eyni ev olub-olmaması və cavabdehin istifadə etdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olub-olmaması kimi suallar qoyulmasını xahiş edilmiş, vəsatətə sözügedən ekspertizanın rəyi də əlavə edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən ekspertiza rəyinin məzmununa diqqət yetirmədən cavabdeh tərəfin yazılı vəsatətinin heç bir əsaslandırma olmadan təmin edilməməsini qərara almış, bununla da kollegiyanın qənaətinə görə cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan Gəncə İnzibati-İqtisadi məhkəməsi tərəfindən 08 avqust 2018-ci il tarixli qərardadı ilə Cavabdeh1 iddiası üzrə ekspertiz a təyin edilməsini nəzərə alaraq həmin məhkəmənin icraatında olan işlə hazırki işin hüquqi əlaqəsinin yoxlanılması, işlərin bir-birindən hüquqi asılılığını müəyyən etmək üçün heç bir prosessual tədbir görməmiş, cavabdehin zəbt etdiyi iddia olunan sahənin qətnamə çıxarılan vaxt kimin mülkiyyətində olmasını müəyyən etməmiş, ekspertiza rəyinin verilməsinə əsas olmuş məhkəmənin icraatındakı iş üzrə yekun qərarın qəbul edilib-edilməməsini aydınlaşdırmamış, qərarı qəbul edildiyi halda onun hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb edib-etməməsini bununla bağlı işin icraatının dayandırılmasının məqsədəmüvafiqliyini müzakirə etməmişdir. e)Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat
31. Apellyasiya icraatı gedişində təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli, 10/2877 nömrəli rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 faktiki olaraq yaşadığı Gədəbəy rayonu, Gərgər kəndindəki fərdi yaşayış evinin A seriyalı, 443704 nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənəddə qeyd olunan 0,25 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi göstərilmişdir. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, Cavabdeh1 İddiaçı1 mülkiyyətində olan 0,16 ha torpaq sahəsinin 0,0506 ha torpaq sahəsini zəbt edilməsi kimi qeyd olunmuş 0,16 ha torpaq sahəsinin 0,0506 ha zəbt etməklə istifadə etməsi göstərilmişdir. Cavabdeh1 İddiaçı1 məxsus inventar nömrəsi 505-09-877 olan texniki pasportda İddiaçı1 tərəfindən zəbt edilməsi kimi qeyd olunmuş 0,6489 ha torpaq sahəsinin A seriyalı, 443704 nömrəli torpaq sahəsinin plan və ölçü adlı sənədində qeyd olunan 0,25 ha torpaq sahəsi ndən kənar 0,1190 ha torpaq sahəsini istifadə etdiyi qeyd olunmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(104)387/2021 nömrəli qətnaməsi ilə (hakimlər A.Hüseynzadə (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı1 ümumi mülkiyyətində olan, Gədəbəy rayonunun Gər-Gər kəndində yerləşən 0,16 ha torpaq sahəsinin 0,0506 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
33. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan ümumi sahəsi 82 kv.m fərdi yaşayış evində deyil, digər hüquq müəyy ənedici sənədi olmayan və zəbt edilmiş torpaq sahəsində yerləşən, “S” tikilisində yaşaması müəyyən edilmişdir. Buna görə də iddiaçının tələbi cavabdehin onun mülkiyyətində olan evdən çıxarılması hissəsində əsassız olmuşdur. Lakin, Cavabdeh1 İddiaçı1 mülkiyyətində olan 0,16 ha torpaq sahəsinin 0,0506 ha hissəsini zəbt etməsi müəyyən edilmişdir. Buna görə də iddia tələbi torpaq sahəsindən çıxarılma hissəsində qismən təmin edilərək, Cavabdeh1 İddiaçı1 ümumi mülkiyyətində olan 0,16 ha torpaq sahəsinin 0,0506 ha hissəsindən çıxarılmalıdır.
34. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinə cavabdeh tərəfindən ediləcək maneələrin aradan qaldırılması və həmin hərəkətlərə son qoyulması barədə iddia tələbi irəli sürmüşdür ki, iddiaçının qeyd olunan tələbi konkret olmaqla, maneələri n nədən ibarət olması anlaşılan olmamışdır. Digər tərəfdən cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması mahiyyət etibarı ilə zəbtlə bağlı maneənin aradan qaldırılmasını özündə ehtiva etməkdədir. Buna görə də qeyd olunan tələbin təmin edilməsi lüzumsuz olmaqla, əsassız hesab olunur.
35. Məhkəmə qənaətini Mülki Məcəllənin 139.1, 148.2, 152.1, 157.2, 213.6-cı, Mülki Prosessual Məcəllənin 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. f)Kasassiya instansiya məhkəməsindəki üçüncü icraat
36. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni baxışa göndərilməsini və ya yeni qərar qəbul edərək iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apell yasiya instansiyası məhkəməsi cavabdehi iddiaçının texniki pasportunda və təsərrüfatbaşına kitabında adına qeyd olunan tikilidən çıxarmamaqla iddiaçının sahiblik və istifadə hüququnu pozmuşdur. Çünki həmin sahəyə iddiaçının gözlənilən hüququ vardır. Apellyasiya məhkəməsinin iddiaçının tələbinin mülkiyyətində olan evdən çıxarılmasından ibarət olduğunu və cavabdehin onun mülkiyyətində olan evdə yaşamaması barədə nəticəsi əsassızdır. Çünki sahiblik və istifadə hüququ mülkiyyət hüququnun elementləri kimi çıxış edir və 0,25 ha torpaq sahəsində olan kirəmit ev də iddiaçının texniki pasportunda öz əksini tapmışdır. Həmin tikilinin isə iddiaçının sahibliyində və istifadəsində olması müəyyən olunur. Cavabdeh 50 ildir ki, mübahisəli ünvanda olmamış və ailə quraraq Sumqayıt qeydiyyatına alınmaqla ora da yaşayır. Mübahisəli evin hazırkı günə kimi saxlanması üçün iddiaçı vəsait sərf etmişdir. Həmin tikili iddiaçının adına təsərrüfatbaşına kitabda qeyd edildiyindən onun texniki pasportuna salınmışdır. Cavabdeh isə Sumqayıt şəhərində yaşayan ailəsi ilə iddiaçının sahibliyində və istifadəsində olan evdə qalır, nəticədə iddiaçının sahiblik və istifadə hüququ pozulur. İddia tələbinin maneənin aradan qaldırılması hissəsinin təmin edilməməsi məhkəmə tərəfindən əsaslandırılmamışdır.
38. Kassasiya instansiya məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(102)5544/2021 nömrəli qərarı ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və A.Abbasov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-387/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsi qismən, mülkdən çıxarılma və maneələrin aradan qaldırılması dair iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilmiş və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
39. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbinin mübahisələndirilən hissə üzrə əsaslandırması aşağıdakı kimi olmuşdur «…Həmçinin, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə mülkiyyət hüququ ona məxsus olan Gədəbəy rayonunun Gərgər kəndində yerləşən fərdi yaşayış evinə və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin texniki göstəriciləri tərtib edilmiş, həmin texniki pasportda onun və ailə üzvlərinin birgə mülkiyyətində 0.16 ha torpaq sahəsi və sahəsi 82 kv.m olan A liter fərdi yaşayış evinin mülkiyyət sənə di ilə olması, onun sahibliyində 0.6489 ha zəbt torpaq sahəsi, həmin torpaq sahəsində isə “S” liter yaşayış evinin olduğu göstərilmişdir. Əlində hüquqmüəyyənedici sənədlərin olmasına baxmayaraq Cavabdeh1 onun torpaq sahəsində əkin-səpin işlərinin aparılmasına, eləcə də əlavə yardımçı tikili olan tövlədən istifadə etməsinə imkan vermir.»
40. İddiaçının irəli sürülən tələblərinə nəzər yetirdikdə (mülkdən çıxarma və maneələrin aradan qaldırılması) bunların həm mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş hissəsinin qeyri-qanuni sahiblikdən geri tələb edilməsinə, həm də mülkiyyətində olan və ya sahiblik və istifadə hüququnun olmasını iddia etdiyi tikililərə münasibətdə istifadəsinə edilən maneənin aradan qaldırılması və çıxarılması ilə bağlı olması müəyyən olunur. Lakin apellyasiya instans iya məhkəməsi torpaq sahəsindən çıxarılma ilə bağlı gəldiyi nəticəsinə əsaslanmaqla maneələrin aradan qaldırılması ilə bağlı iddia tələbinin araşdırılmasına lüzum olmaması nəticəsinə gəlmişdir.
41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı iddia edir ki, ona məxsus təsərrüfatbaşına kitabda və texniki pasportda «S» literli sahəsi onun sahibliyindədir, lakin tikili cavabdeh tərəfindən qanunsuz istifadə edilməkdədir. Apelyasiya instansiyası məhkəməsi əvvəlki kassasiya icraatı zamanı aydınlaşdırılmasının zəruri olması müəyyən edilmiş göstərişlərin araşdırılması zamanı ekspertiza təyin edərkən digər halların aydınlaşdırılması ilə yanaşı mübahisəli tikilinin iddiaçının mülkiyyət hüququnu müəyyən edən reyestrdə qeyd e dilməsi (köməkçi və ya yardımçı sahə kimi), qeydin texniki göstəricilərini özündə təsbit edən texniki pasportda əks etdirilən hər hansı tikili hissəsi ilə eynilik təşkil edib-etməməsini, həmin tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin (o cümlədən qaytarılması qət edilmiş 0,0509 ha) hüdudları daxilində yerləşibyerləşməməsini müəyyən etməli idi. Lakin apellyasiya instasiyası məhkəməsi iddia tələbinin bu hissəsi ilə bağlı heç bir araşdırma aparmamış və faktiki olaraq təmin olunan hissə istisna olmaqla iddia tələbinin digər hissəsini müvafiq əsaslandırma aparmadan rədd etməkdə haqlı olmamışdır. h)Apellyasiya instansiyası məhkəməsində dördüncü icraat
42. Məhkəmə tərəfindən təyin edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2022-ci il tarixli 10/7144 nömrəli rəyində qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən mübahisəli tikili, yəni Cavabdeh1 faktiki olaraq yaşadığı Gədəbəy rayonunun Gər-Gər kəndindəki fərdi yaşayış evi İddiaçı1 adına qeyd olunmuş inventar nömrəsi 50509877 olan, reyestr nömrəsi **********56-10301 saylı “Texniki Pasportda” qeyd olunmuşdur və “Texniki Pasportda” göstərilən “S” literli tikili ilə eynilik təşkil edir.
43. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı1 məxsus “Texniki Pasportda” qeyd olunan “S” literli tikili Cavabdeh1 verilmiş reyestr nömrəsi **********70 saylı Çıxarışın sərhədləri daxilində yerləşir. İddiaçı1 məxsus “Texniki P asportda” qeyd olunan “S” literli sahə kimi göstərilən tikiliyə dair “Texniki Pasportun” xüsusi qeydlərində hüquq müəyyənedici sənədin olmadığı qeyd olunmuşdur. Mübahisəli tikili “Texniki Pasportda” qeyd olunan “S” literli sahə kimi qeyd edilmiş tikilidir və həmin “S” literli tikili iddiaçının mülkiyyətində olan o cümlədən cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin hüdudları daxilində yerləşmir; hal-hazırda İddiaçı1 mülkiyyətində olan 0.0486 ha-dək torpaq sahəsi və həmin torpaqda yerləşən 56.81 kv.m tikili (tövlə) Cavabdeh1 tərəfindən metal torla çəpərlənmişdir və cavabdehin istifadəsindədir.
44. Azərbaycan Respublikası Gədəbəy rayon İcra Hakimiyyətinin Gədəbəy rayon Dövlət arxivinin məhkəməyə ünvanlanmış 02 fevral 2023-cü il tarxli 09 nömrəli məktubuna əsasən, X9 adına 1969-1971 -ci illərə dair Gədəbəy rayonu Gər-Gər kənd X15 Təsərrüfatbaşına kitabda 208-ci şəxsi hesabda qeydiyyatda olmaqla onun adına təsərrüfat qeyd edilib. Həmçinin bildirilir ki, 1972-1985-ci illərə dair Gədəbəy rayonu Gər-Gər kənd X15 Təsərrüfatbaşına kitablarının ardıcıl izlənməsi zamanı X9 adlarına təsərrüfat aşkar olunmamışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı1 1986-1995-ci illərə dair Gədəbəy rayonu Gər-Gər kənd X15 və 1996-2005-ci illərə dair Gədəbəy rayonu Gər-Gər kənd İƏD üzrə nümayəndəliyinin Təsərrüfatbaşına kitabda qeydiyyatda olmaqla onun adına təsərrüfat qeyd edilib.
45. Azərbaycan Respublikası Gədəbəy rayon İcra Hakimiyyətinin Gədəbəy rayon Dövlət arxivinin məhkəməyə ünvanlanmış 17 fevral 2023-cü il tarixli 09 nömrəli məktubuna əsasən, Gədəbəy rayonu, Dəyirman kənd X15 1969-1990 -cı illərə dair və Gədəbəy rayonu Gər-Gər kənd İƏD üzrə nümayəndəliyinin Təsərrüfatbaşına kitabının ardıcıl izlənməsi zamanı Cavabdeh1 adına təsərrüfat aşkar olunmadı.
46. Apellyasiya instansiyası məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(104)94/2023 nömrəli qətnaməsi ilə (hakimlər Ə.Abdullayev (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və A.İsgəndərova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, Cavabdeh1 İddiaçı1 mülkiyyətində olan və adına reyestr nömrəsi **********56-10301 ilə qeydə alınmış 0.16 ha torpaq sahəsinin 0.0486 ha hissəsindən və həmin hissədə yerləşən 56.81 kv.m tikilidən (tövlə), həmçinin İddiaçı1 adına qeyd olunmuş inventar nömrəsi 50509877 olan, reyestr nömrə si **********56-10301 saylı “Texniki Pasportda” qeyd olunmuş “S” literli tikilidən çıxarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
47. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan 0.16 ha torpaq sahəsinin 0.0486 ha hissəsinin və həmin hissədə yerləşən 56.81 kv.m olan tikilinin (tövlə) həqiqətən də Cavabdeh1 tərəfindən zəbt edildiyi və onun faktiki istifadəsində olduğu öz təsdiqini tapmışdır.
48. Həmçinin iddiaçının onun sahibiyində olan, ona məxsus təsərrüfatbaşına kitabda göstərilən və texniki pasportda qeyd edilən «S» literli tikilinin Cavabdeh1 tərəfindən zəbt edilməsinə gəldikdə kollegiya qeyd edir ki, Cavabdeh1 faktiki olaraq yaşadığı Gədəbəy rayonunun Gər-Gər kəndindəki fərdi yaşayış evi İddiaçı1 adına qeyd olunmuş inventar nömrəsi 50509877 olan, reyes tr nömrəsi **********56-10301 saylı “Texniki Pasportda” qeyd olunması və “Texniki Pasportda” göstərilən “S” literli tikili ilə eynilik təşkil etməsi ekspert rəyi ilə müəyyən olunmuşdur.
49. Eyni zamanda qeyd edilməlidir ki, ekspert rəyində İddiaçı1 məxsus “Texniki Pasportda” qeyd olunan “S” literli tikilinin Cavabdeh1 verilmiş reyestr nömrəsi **********70 saylı Çıxarışın sərhədləri daxilində yerləşməsinin göstərilməsində səhvə yol verilmişdir. Belə ki, Cavabdeh1 mübahisəli “S” literli tikilinin altında olan ümumilikdə 0.25 ha torpaq sahəsini Gəncə İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(114)-754/2020 saylı qərarı əsasında əldə etsə də, həmin qərardan İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020- ci il tarixli, 2-1(104)-698/202 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qərarı ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 21- (102)-690/2021 saylı qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
50. Həmin tikiliyə hazırda İddiaçı1 mülkiyyət sənədi olmasa da iddiaçının həmin əmlakı öz mülkiyyətinə keçirmək üçün qanuni gözləntiləri, hüquqları maddi dəyərə malik olan hüquqlardır.
51. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən verilmiş sor ğular nəticəsində Azərbaycan Respublikası Gədəbəy rayon İcra Hakimiyyətini Gədəbəy rayon Dövlət arxivinin verdiyi cavablarla müəyyən olunmuşdur ki, İddiaçı1 19861995-ci illərə dair Gədəbəy rayonu Gər-Gər kənd X15 və 1996- 2005-ci illərə dair Gədəbəy rayonu Gər-Gər kənd İƏD üzrə nümayəndəliyinin Təsərrüfatbaşına kitabda qeydiyyatda olmaqla onun adına təsərrüfat qeyd edilib. Gədəbəy rayonu, Dəyirman kənd X15 1969-1990-cı illərə dair və Gədəbəy rayonu Gər-Gər kənd İƏD üzrə nümayəndəliyinin Təsərrüfatbaşına kitabının ardıcıl izlənməsi zamanı Cavabdeh1 adına təsərrüfat aşkar olunmamışdır. Yəni bu da onun göstərir ki, İddiaçı1 sahibliyində olan “S” literli tikili ona aidiyyəti olmayan bir şəxs (Cavabdeh1) tərəfindən qanunsuz və əsassız olaraq İddiaçı1 qanuni sahibliyində və istifadəsində olmaqla onun həmin tikiliyə maddi dəyərə malik olan hüquqları mövcuddur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən zəbt edilmiş həmin tikili zəbtdən azad edilməlidir.
52. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən ediləcək maneələrin aradan qaldırılması və həmin hərəkətlərə son qoyulması barədə irəli sürdüyü tələb konkret olmamaqla anlaşılan deyildir. Digər tərəfdən cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması mahiyyət etibarı ilə torpaq sahəsinə ediləcək maneələrin aradan qaldırılmasını özündə ehtiva edir. Buna görə də qeyd olunan tələbin təmin edilməsinə lüzum yoxdur və iddiaçının həmin tələbi əsassızdır. Kassasiya şikayətinin dəlilləri və ona dair münasibətlər a) Kassasiya şikayətinin dəli lləri
53. Cavabdeh (vəkil X6) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
54. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, cavabdehin yaşadığı evin iddiaçının mülkiyyətində olmamasını nəzərə almamışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı1 məxsus “Texniki Pasportda” qeyd olunan “S” literli sahə kimi göstərilən tikiliyə dair “Texniki Pasportun” xüsusi qeydlərində hüquq müəyyənedici sənədin olmadığı qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən mübahisəli tikili “Texniki Pasportda” qeyd olunan “S” literli sahə kimi qeyd edilmiş tikilidir və həmin “S” literli tikili iddiaçının mülkiyyətində olan o cümlədən cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən hal- hazırda İddiaçı1 mülkiyyətində olan 0.0486 ha-dək torpaq sahəsi və həmin torpaqda yerləşən 56.81 kv.m tikili (tövlə) Cavabdeh1 tərəfindən metal torla çəpərlənmişdir və cavabdehin istifadəsindədir.
55. Digər tərəfdən, cavabdeh məhkəməyə fotoşəkillər təqdim etmişdir və həmin şəkillərdən də görünür ki, cavabdehin istifadə etdiyi və yaşadığı evdir və həmin ev iddiaçının mülkiyyətində deyil. Lakin məhkəmələr sübutlara düzgün qiymət verməmişdir.
56. Cavabdeh1 X25 Məhkəməsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia qaldıraraq ona istifadə etdiyi torpaq sahəsinə dair çıxarış verilməsini xahiş etmişdir. Həmin işə baxılarkən məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir və həmin ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 istifadə etdiyi torpaq sahəsinin bir qismi yəni 0,3846 ha bələdiyyə torpaq sahəsidir. Göründüyü kimi həmin rəylə də müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onun mülkiyyətində deyil. b)
57. Kassasiya şikayətinə qarşı etiraz Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən h üquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
58. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
59. Maddə140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hes ab edilir.
60. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
61. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
62. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
63. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
64. Maddə
82. Başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmam aq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur.
65. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
66. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
67. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların, torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsa snamə
68. Bənd
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsında olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi-kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar icarəyə götürdükləri ölçüdə əvəzsiz olaraq hər bir icarəçinin mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
74. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
75. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı tam mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələbini pozaraq Cavabdeh1 İddiaçı1 mülkiyyətində olan və adına reyestr nömrəsi **********56-10301 ilə qeydə alınmış 0.16 ha torpaq sahəsinin 0.0486 ha hissəsindən çıxarılmasına dair hissədə səhv nəticəyə gəlmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(104)-387/2021 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı1 ümumi mülkiyyətində olan, Gədəbəy rayonunun Gər-Gər kəndində yerləşən 0,16 ha torpaq sahəsinin 0,0506 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(102)-5544/2021 nömrəli qərarı ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və A.Abbasov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Gəncə Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-387/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsi qismən, mülkdən çıxarılma və maneələrin aradan qaldırılmasına dair iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilmiş və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Göründüyü kimi Gəncə Apellyasiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(104)387/2021 nömrəli qətnaməsinin iddianın təmin edilmiş Cavabdeh1 İddiaçı1 ümumi mülkiyyətində olan, Gədəbəy rayonunun Gər-Gər kəndində yerləşən 0,16 ha torpaq sahəsinin 0,0506 ha hissəsindən çıxarılması hissəsi kassassiya instansiyası məhkəməsinin qərarı ilə ləğv edilməmiş və dəyişdirilməmiş, kassasiya instansiyası məhkəməsinin qərarı ilə həmin hissənin yenidən araşdırılmasına dair göstərişlər verilməmişdir. Apellyasiya instansi yası məhkəməsinin qətnaməsi göstərilən hissədə qüvvədədir. Eləcə də, apellyasiya instansiyası məhkəməsində yenidən işə baxılarkən həmin hissə apellyasiya baxışının predmeti olmamışdır.
77. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-94/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 İddiaçı1 mülkiyyətində olan və adına reyestr nömrəsi **********56-10301 ilə qeydə alınmış 0.16 ha torpaq sahəsinin 0.0486 ha hissəsindən çıxarılması hissəsində ləğv edilməlidir.
78. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan digər hissələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
79. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə digər hissələrdə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
80. Məhkəmə kollegiyası hesab edir ki, digər hissələrdə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri digər hissələrdə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
81. Eləcə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir.
82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıın MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-94/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 İddiaçı1 mülkiyyətində olan və adına reyest r nömrəsi **********56-10301 ilə qeydə alınmış 0.16 ha torpaq sahəsinin 0.0486 ha hissəsindən çıxarılması hissəsində ləğv edilsin. Digər hissələrdə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-94/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.