Məhkəmə qərarları › İş №2(102)-2731/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2731/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2731/2025 23.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi, tələbin güzəşti, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-225/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 978sADJ/21 nömrəli kredit müqaviləsinə əsasən, bank borcalana 60 ay müddətinə illik 29% ödəmək şərtilə 4.899,08 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditlərdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. 2. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə 4.899,8 manat əsas borc, 1.033,11 manat faiz borcu, 39,39 manat cərimə, 94,40 manat komisyon haqqı olmaqla, cəmi 6.065,98 manat borcu yaranmışdır. 3. "xxxx" KB ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01/22 UB nömrəli tələb hüququnun satılması haqqında müqaviləyə əsasən, bank Azərbaycan Respublikasının məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına (qərar, əmr, qətnamə və sair) əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə (siyahı) və ya elektron daşıyıcılarda (disk və s.) qeyd edilən məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını yeni tələbkara satmağı öhdəsinə götürmüşdür. 4. xx.xx.2022-ci il tarixli 01/22 UB nömrəli tələb hüququnun satılması haqqında müqavilə üzrə eyni tarixli təhvil-təslim aktına əsasən, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 978sADJ/21 nömrəli kredit müqaviləsi üzrə portfel "xxxx" KB ASC tərəfindən "xxxx" ASC-yə təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə akt ları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 4.899 manat 8 qəpik, faiz borcu üzrə 1.033 manat 11 qəpik, cərimə borcu üzrə 39 manat 39 qəpik, komisyon haqqı üzrə 94 manat 40 qəpik olmaqla, cəmi 6.065 manat 98 qəpik pul vəsaiti və ödənilmiş 81 manat 19 qəpik dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kred it müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borc alan isə həmin kreditdən məqsədi təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə "xxxx" KB ASC-yə 4.899 manat 08 qəpik əsas borc, 1.033 manat 11 qəpik faiz, 39 manat 39 qəpik cərimə, 94 manat 40 qəpik komisyon haqqı olmaqla, cəmi 6.065 manat 98 qəpik borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilm əsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir.

7. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz verməmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Cəfərov) 2(006)-1587/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 4.899 manat 8 qəpik əsas borc, 1.033 manat 11 qəpik faiz, 5 manat cərimə, 94 manat 40 qəpik komisyon haqqı olmaqla, cəmi 6.031 manat 59 qəpik pul vəsaitinin və ödənilmiş 81 manat 19 qəpik dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh yuxarıda göstərilən kredit müqaviləsi üzrə "xxxx" KB ASC-dən borc almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən q aytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 445, 448, 467-ci, MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, aparılmış tutulmaların geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi nöqteyi-nəzərdən qanuni və əsaslı deyildir, məhkəmə qətnamə qəbul edərkən onu tərəf olaraq ümumiyyətlə məhkəməyə dəvət etməmiş, reallıqda olan vəziyyə tlə bağlı sübutları təqdim edilməmiş, maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozmuş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir. Bu səbəbdən Nəsimi rayon məhkəməsinin sözügedən qətnaməsi ləğv edilməli iddia tələbi təmin edilməli, hazırda cinayət işinin tamamlanması və nəticəsi barədə məlumat əldə edilənədək dayandırılmalıdır. Ona məhkəmə tərəfindən bildiriş gəlməmiş, heç məhkəmə prosesindən xəbəri olmayıb. Bank təşkilatı problemli müştəri ilə qarşılaşdıqda 30 gün müddətində bildiriş və xəbərdarlığını bildirir. 60 gün ərzindən 90 günə kimi də iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olur. Buna baxmayaraq 2 (iki) il müddət keçdikdən və Abşeron rayon polis idarəsinin icraatında olan cinayət işinin yekunlaşmadan nəticəsi bilinmədən məhkəməyə verilmişdir. Tərəfindən banka və polis idarəsinə şikayət ərizəsi ilə müraciət edilmiş və bununla bağlı Abşeron rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmış, hazırda cinayət işi davam edir. Ona görə də hesab edir ki, cinayət işinin nəticəsi müəyyən edilənədək qətnamənin ləğv edilməlidir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/7497/2024 nömrəli 22 yanvar 2025-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 978sADJ/21 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla, Banka xx.xx.2021-cü il tarixə (pretenziya bildirişinin çatdırıldığı tarixə) olan əsas borcunun 4.895,98 manat, faiz borcunun 745,81 manat, cəmi borcunun 5.641,80 manat təşkil etdiyi müəyyən edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər C.Musayeva (sədrlik edən və məruzəçi), F.Babayev və F.Abdıyev) 2(103)-225/2025 nömrəli mülki iş üzrə 11 mart 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “əsas və faiz borcu üzrə müəyyən edilmiş məbləğ” hissəsində dəyişdirilmiş, iddia bu hissədə qismən təmin edilmiş, Cavabdeh xx.xx.2021ci il tarixli 978sADJ/21 nömrəli kredit müqaviləsinə əsasən yaranmış əsas borc olaraq 4.895,98 manat, faiz borcu olaraq 745,81 manat məbləğində pulun tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəmə si apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq ilk öncə qeyd etmişdir ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər cavabdehin tərəfi olduğu kredit müqaviləsində qeyd edilən, habelə rəsmi yaşayış yeri olan ünvana göndərilmişdir. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir. Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab etmişdir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi alda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlm ədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.

16. Məhkəmə kollegiyası qeyd etməyi zəruri saymışdır ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünmüşdür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə ə saslarından biridir.

17. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildiyi kimi "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 978sADJ/21 nömrəli kredit müqaviləsinə əsasən, bank borcalana 60 ay müddətinə illik 29% ödəmək şərtilə 4.899,08 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditlərdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-c i il tarixə 4.899,8 manat əsas, 1.033,11 manat faiz və 39,39 manat cərimə borcu, habelə 94,40 manat komisyon haqqı olmaqla, cəmi 6.065,98 manat borcu yaranmışdır. Beləliklə, iddiaçının şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət edərək, öhdəliyi vaxtında icra etdiyi müəyyən edilmişdir. Cavabdeh isə məxfiliyini qorumalı olduğu məlumatlara lazımi diqqət və ehtiyatlılıq göstərməyərək ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını qabaqcadan görməli olduğu halda bunu etmədiyindən maddi zərərə uğramışdır. Cavabdehin ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməməklə şəxsi məlumatlarını üçüncü şəxslərə ötürməsi, bununla da maddi zərərə uğraması iddiaçının müqavilə şərtlərinə uyğun şəkildə davranmasının şübhə altına alınması ilə nəticələnə bilməz. Ə ks yanaşma kreditoru müdafiəsiz qoyan belə hüquqi qeyri-müəyyənlik ümumi mülki dövriyyənin davamlılığına, kredit münasibətlərinin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətindəki dəlillərə istinadən cavabdehin müqavilənin icrasından birtərəfli qaydada imtinası qanuni hesab edilə bilməz. Belə ki, mülki qanunvericilik fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək hüququnu vermişdir. Hazırda tərəflərin birgə iradəsinə əsaslan müqavilədəki bütün şərtlər qüvvədədir və müqavilə öhdəliyin icrasının qurtarması anına qədər qüvvədə qalacaq. Cavabdehin də istinad etdiyi əsasla müqavilə ilə üzərinə düşən öhdəlikdən birtərəfli qaydada imtina etməsi yolverilməzdir. Belə ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün özü cavabdehdir.

19. Beləliklə də, hazırda cavabdehin müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə icra etməməklə MM-nin 425.1-ci maddəsinin tələblərini pozduğu müəyyən edilir. Belə olan halda da iddiaçının MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şər tləndirir.

20. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Bununla belə kollegiya iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədilə apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini labüd hesab etmiş, iş üzrə müvafiq ekspertiza təyin edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 3-16-16/2-9/7497/2024 nömrəli 22 yanvar 2025-ci il tarixli ekspert rəyi ilə borclunun əsas borcu 4.899,8 manat deyil, 4.895,98 manat məbləğində müəyyən edildiyindən, habelə faiz borcu 1.033,11 manat deyil, 745,81 manat məbləğində müəyyən edildiyindən, ekspert rəyi ilə borclunun xx.xx.2021-ci il tarixədək (pretenziya bildirişinin çatdırıldığı tarixədək) yaranmış məbləğdə əsas və faiz borcu cavabdehdən tutulmalıdır.

22. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. Nəzərə alınsa ki, Bank tərəflər arasında yaranmış müqavilə münasibətlərinə xitam vermək niyyətində olduğunu xx.xx.2021-cü il tarixdə (pretenziya bildirişi nin çatdırıldığı tarix) müvafiq qaydada məktub göndərməklə bildirmişdir, müqaviləyə həmin tarixdə xitam verilmiş sayılır, annuitet ödənişlər (əsas məbləğ və hesablanmış faizlər) isə kredit müqaviləsinin qüvvədə olma müddətinə xitam verilənədək mövcud olmuş məbləğdə tutulmalıdır.

23. Birinci instansiya məhkəməsi bundan başqa hesab etmişdir ki, cavabdehdən tutulmalı dəbbə pulu məbləğinin 5 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Kollegiyanın qənaətinə görə də həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Bu məbləği ədalətli hesab edərkən kollegiya, borcalanın aldığı kredit borcunun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri də nəzərə almışdır.

24. Məhkəmə kollegiyası m övqeyini Mülki Məcəllənin 21.2, 194.1, 194.2, 385.1, 386.1, 421.2, 421.3, 425, 442, 443.1, 443.2, 445, 448.1, 448.2, 460 739-cu, MPM-in 9, 14.1, 14.2, 58, 88, 217.1 və 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, aparılmış tutulmaların geri qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci, MPMin 14.2, 77.1, 149 və 152-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız id diaçının iddia ərizəsində qeyd edilənləri nəzərə almaqla kifayətlənmiş, tərəflərindən təqdim edilmiş sübutları isə araşdırmamışdır. İddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları nə birinci, nə də ki, apellyasiya instansiyası məhkəmələrində sübut edə bilməmişdir. Belə ki, iddiaçının cavabdehə göndərməsini istinad etdiyi pretenziya məktubu ümumiyyətlə cavabdehə göndərilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də məhkəmə iclaslarının vaxtı barədə bildirişlər cavabdehin ünvanına göndərilməmişdir. Nə birinci, nə də ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan xüsusatları ümumiyyətlə araşdırmamışlar. Həmin hallarla bağlı birinci və apellyasiya məhkəmələrinin qətnamələrində qeyd olunanların əksini təsdiq edən sübut yoxdur. Bundan başqa məhkəməyə Abşeron Rayon Polis İdarəsinin icraatında olan ********* saylı cinayət işi üzrə qərardad təqdim olunmuş, cavabdehin zərərçəkmiş şəxs qismində tanınaraq Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsi ilə istintaqın hələ davam etdirildiyi bildirilmiş, lakin məhkəmə bu qədər mühüm sübutu qətnaməsində qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətini təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli 2(103)-225/2025 saylı qətnaməsini dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə

21. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.

30. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutu r. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzə rdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

34. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

35. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda i sə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

36. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayd a qüvvədə olmur.

38. Maddə 443.2.Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

39. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

40. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

41. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

42. Maddə

460. Öhdəliklərin icrası, o cümlədən kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası girov, dəbbə pulu, borclunun əmlakın ın saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

43. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəb ul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmiş, işin halları tam və hərtərəfli araşdırılmaqla, gəldiyi nəticə qanunvericiliyə uyğun əsaslandırılmışdır.

57. Kassasiya şikayətinin dəlilləri tam olaraq əsassızdır.

58. Belə ki, iş materiallarından müəyyən olunur ki, ekspert rəyi ilə borclunun əsas borcu 4.899,8 manat deyil, 4.895,98 manat məbləğində müəyyən edildiyindən, habelə faiz borcu 1.033,11 manat deyil, 745,81 manat məbləğində müəyyən edildiyindən, ekspert rəyi ilə borclunun xx.xx.2021-ci il tarixədək (pretenziya bildirişinin çatdırıldığı tarixədək) yaranmış məbləğdə əsas və faiz borcu cavabdehdən tutulmalıdır. Bank tərəflər arasında yaranmış müqavilə münasibətlərinə xitam vermək niyyətində olduğunu xx.xx.2021-cü il tarixdə (pretenziya bildirişinin çatdırıldığı tarix) müvafiq qaydada məktub göndərməklə bildirmişdir, müqaviləyə həmin tarixdə xitam verilmiş sayılır, annuitet ödənişlər (əsas məbləğ və hesablanmış faizlər) isə kredit müqaviləsinin qüvvədə olma müddətinə xitam verilənədək mövcud olmuş məbləğdə tutulmalıdır.

59. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli, 2(103)-225/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar