Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2738/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARI Açar sözlər: Özbaşına tikilidən istifadəyə maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mənzildən çıxarılması və iddiaçıların mənzilə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1609/202 4 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ünvanında yaşayırlar.
2. Həmin ünvanda iki yaşayış sahəsi yerləşir. Onlardan biri - bir otaqdan ibarət ev xx.xx.2003-cü ildə X8 adına qeydiyyata alınmışdır.
3. Fərman Ələsgərov xx.xx.2006-cı ildə vəfat etmiş və onun arvadı Cavabdeh2 və övladları X6 və X9 cavabdehlər X11 və X7 qarşı iddia qaldıraraq, ünvan 2 ünvanında yerləşən 70D saylı evə mülkiyyət paylarının müəyyən edilməsini xahiş etmişdir. Eyni zamanda X15 və X1 Tamara Səməd qızına və X3 qarşı qarşılıqlı iddia ərizəsi verərək, miras əmlakın onlar arasında bərabər payda (hər birinə 1/5) bölünməsi, həmin ünvanda yerləşən torpaq sahəsinin istifadə və icarə hüquqları əsasında bərabər paylarda miras qoyanın vərəsələrinə keçirilməsi, cavabdehlərin və Könül Ələsgərovanın həmin torpaq sahəsində yerləşən, Ə.Ələsgərovun maddi vəsaiti hesabına inşa edilmiş üç otaqlı tikilidən çıxarılmasını xahiş etmişdir.
4. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, miras əmlak olan evin 8/10 hissəsinə Cavabdeh2, X2 və X4, 2/10 hissəsinə isə Ə.Ələsgərovun və C,Ələsgərovanın mülkiyyət payları müəyyən edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, Cavabdeh2, X2 və X4 ünvan 3 ünvanda yerləşən torpaq sahəsində Əli Ələsgərovun maddi vəsaiti hesabına tikilmiş 3 otaqdan ibarət tikilidən çıxarılması qət edilmişdir.
5. Bakı Ape llyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)-3945/2008 saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi, Cavabdeh2, X2 və X4 ünvan 3 ünvanda yerləşən 3 otaqlı evdən şaxarılmalarına dair hissədə ləğv edilmiş, Ə.Ələsgərov və C.Ələsgərovanın qarşılıqlı iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 6. ünvan 3 ünvanda yerləşən bir mərtəbəli bir otaqlı evin 8/10 hissədən bir hissə X2, 8/10 hissədən bir hissə X4, 8/10 hissədən bir hissə X2, 2/10 hissədən bir hissə İddiaçı1 və 2/10 hissədən bir hissə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4135/2022 saylı qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 (azyaşlı uşaq ları ilə) Yavər Əliyev küçəsi 70D saylı evdən onlara düşən hissəyə köçürülməsi qət edilmişdir. Həmin qətnamə icra olunmuşdur.
8. Həyətdə yerləşən digər ev, yəni mübahisəli ev 3 otaq və bir mətbəxdən ibarətdir, özbaşına tikilidir və cavabdehlərin istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin və ailənin digər üzvlərinin mübahisəli evin layihədə göstərilən sahəsi 6,9 kv.m və 12,0 kv.m olan iki otağından çıxarılmaları və onların həmin iki otağa köçürülərək otaqların istifadələrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 10.İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, mübahisəli ev 6 sot torpaq sahəsində yerləşir. Mərhum ataları Ə.Ələsgərov tərəfindən 1996-cı ildə həmin torpaq sahəsində ilkin olaraq 17 kv.m sahəsi olan bir otaqlı ev tikilmiş və ailəliklə (cavabdehlər də daxil olmaqla) köçərək həmin evdə yaşamağa başlamış və hər biri həmin mənzilə qeydiyyata alınmışlar. Daha sonra ataları ayrıca bütün kommunal xidmətləri olan üç otaqlı mənzil tikmişdir ki, cəmi dörd otaqdan ibarət evin iki otağı onların, iki otağı isə cavabdehlərin olsun. Ev hazır olduqda onlar belə razılığa gəlmişlər ki, xəstəliyi ilə əlaqədar sakit həyat tərzi tələb olunan F. Ələsgərov ailəsi (özü, həyat yoldaşı və oğlu) ilə birlikdə həmin təzə tikilmiş evdə, onlar isə ataları ilə birlikdə müvəqqəti olaraq əvvəl tikilmiş bir otaqda qalsınlar. F.Ələsgərovun 2006-cı ildə vəfatından sonra onlar y enə əvvəlki kimi bir otaqlı mənzildə, cavabdehlər isə üç otaqlı mənzildə yaşamağa davam etmişlər. 2010-cu ildə cavabdehlər üç otaqdan birini onların istifadələrinə verməli olduqları halda bunu etməyərək onları uzun illər yaşadıqları bir otaqdan da çıxarmaq üçün mübahisələrə başlamışlar. Atalarının 2019-cu ildə vəfatından bir müddət sonra onlar cavabdehlərdən üç otaqdan birini boşaldaraq onların istifadələrinə vermələrini xahiş etmələrinə baxmayaraq, cavabdehlər buna razı olmamış, onları yaşadıqları bir otaqdan da çıxaracaqlarları ilə hədələməyə başlamışlar. Hazırda onlar dörd nəfərlik ailə üzvü ilə evsiz qalmışlar, yaşamağa yerləri yoxdur.
11. Cavabdehlər iddia tələbinə qarşı məhkəməyə etiraz ərizəsi təqdim edərək yuxarıda qeyd olunmuş işin faktiki hallarına istinadla qeyd etmişdir ki, qan uni qüvvədə olan məhkəmə qərarlarının mövcudluğu onları sübutetmə vəzifəsindən azad edir. Həmçinin iddiaçılar heç vaxt həmin özbaşına tikilidə yaşamamış və orada əşyaları olmadığı üçün bu iddianın qaldırılmasına onların subyektiv hüquqları yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etmişlər. 12.Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, mübahisəli ev mərhum əri tərəfindən tikildiyinə görə iddiaçılar oraya köçürülə bilməzlər. 13.Məhkəmə iclasında şahid qismində dindirilən A.Aslanov bildirmişdir ki, o, cavabdehlərlə qonşu olub və o ünvanda yerləşən evdə iddiaçıların yaşadığını görüb. 14.Şahid qismində dindirilən M.Mürsəlov demişdir ki, o, iddiaçılarla qonşu olmuş, onlarla gediş-gəlişləri olmuşdur. Mübahisəli evi onların atası tikmişdir. Əvvəllər həmin evdə iddiaçıların yaşay ıb-yaşamadığından xəbəri yoxdur. 15.Şahid qismində dindirilən R.Ellazov bildirmişdir ki, o, İddiaçı1 əridir. Həmin evi iddiaçının atası tikmişdir. İddiaçılar həmin evdə yaşamışlar. Özünün ayrıca evi olsa da, İddiaçı1 daha çox mübahisəli evdə yaşamışdır. 16.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4314/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia tələbi təmin edilərək, cavabdehlərin Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən 3 otaqdan (yataq otaqlarının sahəsi 6,9 m2 və 12,0 m2, qonaq otağının sahəsi 17,15 m2 ), 1 dəhlizdən (sahəsi 8,55 m2 ), 1 mətbəxdən (sahəsi 6,0 m2 ), 1 sanitar qovşaqdan (sahəsi 5,29 m2 ) ibarət fərdi yaşayış evinin (özbaşına tikilinin) sahələri 6,9 kv.m və 12,0 kv.m olan iki otağından çıxarılması, iddiaçıların göstərilə n 3 otaqdan ibarət fərdi yaşayış evinin (özbaşına tikilinin) sahələri 6,9 kv.m və 12,0 kv.m olan 2 otağına köçürülməsi, onların həmin evdən sərbəst şəkildə istifadə etmələrinə maneələrin cavabdehlərə qadağan edilməsi qət edilmişdir. 17.Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlərin ev üzərində hüquqlarının mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıları həmin evə buraxmamaları qanunsuzdur. Cavabdehlərin həmin həyətdə mövcud olan bir otaqlı fərdi yaşayış evinə köçürülmələri barədə məhkəmə qətnaməsi icra edildiyindən, yəni cavabdehlər həmin evə köçürüldüklərindən hamının qanun qarşısında bərabərlik və ədalətlilik prinsipinə uyğun olaraq iddiaçıların da mərhum ataları tərəfindən inşa edilmiş özbaşına tikiliyə köçürül ərək orada yaşamaq hüquqları vardır. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 25, 43-cü maddənin İ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 180.1, 180.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 271.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 19.Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 20.Şikayət iddia tələbinə qarşı təqdim edilmiş etiraz ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, R.Əlləzov İddiaçı1 həyat yoldaşı kimi bütün məhkəmə proseslərində iştirak etmiş olduğundan onun şahid qismind ə verdiyi ifadə obyektiv ifadə hesab oluna bilməz. Həmçinin məhkəməyə iddiaçıların hər birinin yaşayış yerlərinin mövcud olması barədə sənədlər təqdim olunsa da, buna məhkəmə heç bir münasibət bildirməmişdir. 21.Məhkəmə iclasında iddiaçılar və vəkil ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş və əlavə olaraq bildirmişdirlər ki, xx.xx.2022-ci il tarixli qətnamədə anlaşılmazlıqlar var və iddiaçıların həqiqi istəyi ilə rayon məhkəməsinin qiymət verdiyi tələb tam aydınlaşdırılmamışdır. 22.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1609/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilərək, biri nci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumlarının onu ödəmiş tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. 23.Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıları mübahisəli evdə yaşaması faktı təsdiq olunmamışdır. İddiaçıların mübahisəli evdə yaşadığını təsdiq edən sübut təkcə şahid ifadələri olmuşdur ki, həmin ifadələrdəki məlumatlar isə daha çox ümumi və ziddiyyətlidir. Belə ki, şahid A.Aslanov ifadəsində qonşuluqda yaşadığını, iddiaçıların həmin ünvanda yaşadığını gördüyünü bildirmişdir. Məhkəmə həmin ünvanda iki ayrı-ayrı yaşayış evinin olmasını, onlardan birinin qeydiyatdan keçmiş ev, digərinin isə özbaşına tikili olmasını, iddiaçını n həmin ünvandakı qeydə alınmış evdə yaşamasının mübahisəsiz olmasını diqqətdən qaçırmışdır. Demək ki, bu şahidin ifadəsi iddiaçıların istinad etdikləri halın sübutu hesab oluna bilməz. 24.Digər şahid M.Mürsəlov ifadəsində iddiaçılarla qonşu olduğunu bildirmiş, ümumi sözlərlə iddiaçıların köçmək istədiyi evin onların atasının tikdiyini bildirmiş, əsası kimi isə iddiaçıların həmin evdə yaşayıb-yaşamamalarından xəbəri olmadığını göstərmişdir. Demək ki, bu şahidin ifadəsi də iddiaçıların istinad etdikləri halın sübutu hesab oluna bilməz. 25.Şahid R.Ellazovun ifadəsinə gəldikdə qeyd olunmalıdır ki, o, İddiaçı1 əridir və onun özünün bundan əvvəl hazırkı cavabdehlərə qarşı eyni iddiası təmin olunmamışdır. Belə olan halda məlum olur ki, hazırkı işdə arvadının iddiasının təmin olunmasında müstəsna marağı olan R.Ellazov şahid ifadəsi subyektiv baxımdan yolverilməz idi. Bununla belə, onun ifadəsi də hazırkı iddianın əsaslılığına dair hər hansı halı təsdiq etmir. Həmin şahidin məhkəmənin qətnaməsində əks olunmuş ifadəsi belədir- “özünün ayrıca evi olsa da, İddiaçı1 daha çox mübahisəli evdə yaşamışdır.” Diqqət etmək lazımdır ki, əvvəla, bu şahid iddiaçılardan yalnız arvadı olan İddiaçı1 mübahisəli evdə yaşadığını bildirmiş, digər iddiaçılara aid heç bir məlumat verməmişdir. Başlıcası isə onun İddiaçı1 mübahisəli evdə yaşamasına dair bildirdiyinin uydurma olması, elə İddiaçı1 yazılı ərizəsi (bax: iddia ərizəsi. iş/vərəq 3) və məhkəməyə verdiyi izahatı (bax: 20 noyabr 2023-cü il tarixli məhkəmə iclas protokolu, iş/ vərəq 137-128) ilə təsdiq olunur. Demək ki, bu şahidin ifadəsi də iddiaçı ların istinad etdikləri halın sübutu hesab oluna bilməz. 26.Məhkəmə mövqeyini yalnız ümumi və deklarativ xarakterli aktlarla təsbit olunmuş prinsiplərlə əsaslandıraraq işə düzgün hüquqi qiymət verməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıların həmin evə dair hər hansı hüquqları yoxdur. İddiaçılar mübahisəli evin tikilməsində iştirak etmədikləri, həmin evdə heç vaxt yaşamadıqları, həmin evdən istifadə etmədikləri və orada yaşamaqlarına ehtiyacları olmadıqları üçün iddia tələbi təmin olunmamalıdır. 27.Bundan başqa həm iddiaçıların, həm də cavabdehlərin xx.xx.2022-ci il tarixli qətnamə ilə bağlı bildirdikləri fikirlərə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin işdə iddia tələbi mübahisəli ev olan özbaşına tikiliyə yox, həmin ünvanda yerləşən reyestrdə q eydə alınmış evə olduğu üçün birinci iddiaçıya münasibətdə iş üzrə icraata- eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qüvvədə olan məhkəmə qətnaməsinin olması əsasına görə xitam vermək olmaz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 28.İddiaçı2 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini və ya işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. 29.Şikayət onunla əsaslandırılmışdır ki, Ə.Ələsgərovun mirası bölünərkən onun tərəfindən özbaşına inşa edilmiş 80 kv.m. tikili miras kütləsindən kənarda qalmışdır. Qeyd etmək lazımdır ki, həmin tikilinin onun tərəfindən inşa edilməsi vərəsələr tərəfindən qəbul olunur. Lakin həmin tikiliyə hüquqların qeydiyyata alınmaması onun əmlak kimi mövcudluğunu və həmin əmlaka hüquqların olmasını inkar etmir. Həmçinin məhkəmə kollegiyasının mövqeyinin əsassız və qanunsuz olması qətnamədə olan bu ifadədə əks olunur: “..onların özbaşına tikilidə yaşamaq ehtiyacı yoxdur, odur ki, onların iddiası təmin oluna bilməz”. Məhkəmə kollegiyası bu cür nəticəyə gələrkən heç bir maddi normaya belə istinad etmir, bu isə tətbiq etməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməməsinə dəlalət edir. Həmçinin qeyd etmək lazımdır ki, hər bir halda vərəsələrin digər əmlaka malik olmaları onların vərəsə hüquqlarını məhdudlaşdıra bilməz. 30.Belə ki, həm daxili qanunvericilik, həm də beynəlxalq məhkəmə təcrübəsi özbaşına tikilini əmlak kimi qəbul edir və iddiaçıların onun üzərində olan s ahiblik və istifadə hüququnu dəstəkləyir. Göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən düzgün normalara istinad etmədən ədalətsiz qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 32.Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz (İ hissə). Azərbaycan Respublikasının Mülki Məcəlləsi 33.Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 34.Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onu n tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
35. Maddə
2. Mənzil hüququnun əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
36. Maddə
8. Mənzil hüquq və vəzifələrini n əmələ gəlməsinin əsasları 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol veril ən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.
37. Maddə
9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.
38. Maddə
30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohuml ar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 39.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 40.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 41.Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 42.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 43.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 44.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 45.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 46.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki, irəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
49. Baxılan işdə də apellyasiya instansiyası məhkəməsi iddiaçıların mübahisəli yaşayış sahəsindən istifadəsinin hüquqi əsaslarını yoxlamış və müəyyən etmişdir ki, iddiaçıların müb ahisəli yaşayış sahəsindən istifadə hüququ yoxdur.
50. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır.
51. Belə ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan mübahisədir.
52. Nəzərə alınmalıdır ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan iddiaçının sözügedən yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddia tələbi o halda təmin oluna bilər ki, məhz qanunda bilavasitə göstərilmiş hüquqi faktlar mövcud olsun.
53. Baxılan işdə mübahisəli ev özbaşına tikili olduğundan, evə dair əşya hüququndan irəli gələn hüquqların tanınması mümkün deyil. Buna görə də kassatorun miras əmlak olaraq mübahisəli evə hüquqları olması barədə dəlili əsassızdır.
54. İddiaçıların mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmasına əsas ola biləcək digər fakt – həmin evdə yaşamaları da müəyyən edilməmişdir.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansi yası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının 2(103)-1609/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.