Məhkəmə qərarları › İş №2(102)-2739/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2739/2024

01.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2739/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə mülkiyyətdə olan mənzilə köçürülmə, mülkiyyətə qəsd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), X2 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2356/2024 nömrəli 3 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 1 oktyabr 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh ilə 12 iyun 2010-cu il tarixdə rəsmi nikaha olmuşlar. Birgə nikah dövründə ünvan 1 ünvanda yerləşən mənzili əldə etmişlər.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)463/2022 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulması qət edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi qətnaməni nikahın pozulması hissəsində dəyişdirmədən saxlamışdır. Bununla yanaşı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə birgə nikah dövründə əldə olunan ünvan 1 ünvanda yerləşən mənzilə İddiaçı ½ hissədə pay hüququ tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh i lə birgə nikah dövründə əldə olunan ünvan 1 ünvanda yerləşən mənzilə onun köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü oğlu X4 və xx.xx.2017-ci il tarixdə digər oğlu X3 anadan olmuşdur. İlk əvvəllər münasibətləri yaxşı olsa da, sonralar ailə münasibətləri pozulmuş, aralarındakı narazılıqlar öz həllini tapmamaqda davam etmişdir. Birgə nikah dövründə tərəflər “lexus lx 570”, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili, eyni zamanda ünvan 3 ünvanda yerləşən mənzili əldə etmişlər. Həmin mənzilə iddiaçının girişi cavabdeh tərəfindən qadağan olunmuşdur. O, iddiaçının mənzilə daxil olmasına icazə vermir və maneə törədir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-164 /2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə olunan ünvan 1 ünvanında yerləşən mənzilinə İddiaçı köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə ½ hissədə pay hüququ tanınmışdır. Onun bu hüququn olması hazırkı məhkəmə baxışında araşdırılmır və cavabdeh tərəfindən də mübahisələndirilə bilməz. Yəni ilk növbədə iddiaçının köçürülməsini xahiş etdiyi mənzilə ½ hissədə pay hüququnun olması faktı təsdiq olunur.

7. Cavabdehin iddiaçının mübahisəli evdə yaşamasına maneə törətməsi bərabərlik prinsipinə uyğun olmamaqla yanaşı iddi açının əvvəlki şərtlər daxilində bu evdə yaşamaq hüququnu pozur. Eyni zamanda, mənzilə dair cavabdehlə eyni hissədə pay hüquqları olan iddiaçının mənzildən istifadəsinə maneələr yaradılması və iddiaçının hazırkı iddiasının təmin edilməməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb olacaq. Belə olan təqdirdə, iddiaçının cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə onun bu evə köçürülməsi zəruridir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi və 43-cü maddəsinin 1-ci hissəsi, Mülki Məcəllənin 6.1.1, 27, 152.1, 152.3, 158.1, 158.2, 158.4, 164, 165.1, 213.1, 213.2 və 215.1-ci, Mənzil Məcəlləsinin 13.3-cü maddəsi və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, yuxarı instansiya məhkəmələrində iddiaçının analoji pay hüququnun təsbit olunmasına baxmayaraq, mübahisəli mənzil birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə mübahisəli mənzilin birgə nikah dövründə əldə olunmuş əmlak kimi nəzərdən keçirilməsi üçün, ilk növbədə həmin əmlakı n qanunvericiliyin də tələblərindən irəli gələrək, ümumi gəlirlər hesabına alınması məsələsi araşdırılmalı idi. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinə həmin hissədə adekvat münasibət bildirməmişdir. Həmçinin iddiaçıya tərəfindən hər hansı maneə tədbirlərinin qoyulması bir sıra subyektiv amillərlə əlaqədardır. Belə ki, istər birgə nikah, istərsə də nikah pozulduqdan sonra iddiaçı tərəfindən ona fiziki şiddət göstərilməsi müşahidə olunmuş və faktla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülməklə, cavabdehin həyat və sağlamlığı qorunmuşdur. Bu hallar da onu göstərir ki, hazırda tərəflərin birgə yaşaması mümkünsüzdür. Məhkəmə bunlardan savayı çəkişmə prinsiplərini də pozaraq, cavabdehin prosesdə iştirakını təmin etmədən yekun məhkəmə aktı q əbul etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2356/2024 nömrəli 3 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi) Günay Axundova və Cəmilə Musayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(005)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edilməklə, cavabdeh X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlə iddiaçının nikah münasibətlərinə xitam verilmiş və hazırda həmin ev cavabdehin, yəni iddiaçının keçmiş həyat yoldaşının istifadəsindədir. Apellyasiya şikayətinin mübahisəli mənzilin birgə əmlak hesab edilməməsi hissəsi ilə bağlı kollegiya qeyd etmişdir ki, şikayətdə göstərilən məsələ ilə əlaqədar birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Belə ki, İddiaçı mübahisəli evə iddiaçının köçürülməsi tələbinin həlli baxımından, onun həmin evlə bağlı hər hansı hüququnun (mülkiyyət, istifadə hüququ və s.) yaranıb-yaranmaması araşdırılmalıdır. Mənzilə köçürülməyə dair iddialar həll edilərkən, araşdırılmalı olan digər məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmamasıdır. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrumetmə ilə bağlı nəticələrə yol verən şəxsin mübahisəli mənzil üzərində mülkiyyət və ya ondan irəli gələn digər hüquqları (istifadə və s.) olsun, lakin məhrum edi lən şəxs bu hüquqlara sahib olmasın və qanunvericiliklə də təsbit edilməsin. Əgər məhrumedən şəxsin belə bir hüququ yoxdursa və ya məhrumedilən də onunla birlikdə eyni hüquqlara sahibdirsə, bu halda məhrumetmə qanunsuz sayılır.

13. Hazırkı iş üzrə İddiaçı mübahisəli mənzilə ½ pay hüququ və bunun nəticəsi olaraq həmin hissədə mülkiyyət hüququ yuxarı instansiya məhkəmələrinin analoji aktlarında təsbit olunmuşdur. Cavabdehin bildirdiyi kimi yenidən müzakirə və ya sübut olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə iddiaçının da tələbi özünün də mülkiyyət hüququnun tanındığı mənzildən istifadə edə bilməməsi, ona dair sahibliyin həyata keçirilməsinə olan maneənin aradan qaldırılması və bunların nəticəsi olaraq mübahisəli mənzilə köçürülməsi ilə bağlıdır. Sahiblik və istifadə hüquqları mülkiyyəti hüququnun tərkib hissələri olduğuna görə və iddiaçının mülkiyyət hüququ artıq başqa bir məhkəmə mübahisəsində öz təsdiqini tapdığına görə hazırda iddiaçı mübahisəli mənzilə köçürülməsi ilə bağlı tələb irəli sürməkdə haqlı olmuşdur.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının mübahisəli mənzilə köçürülməsinin cavabdehin həyat və sağlamlığına təhlükə yaradacağı ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi cavabdeh qeyd etdiyi məsələ ilə bağlı daha öncə aidiyyəti qurumlara müraciət etmiş və məsələnin həlli ilə bağlı zəruri addımlar atılmışdır. Həmin məsələ hazırkı mülki məhkəmə icraatının predmetindən kənar olmaqla iddiaçının əmlak hüquqları ilə bağlı hüquq normalarının tətbiqini istisna etmir.

15. Kollegiya ca vabdehin birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin lazımi qaydada təmin edilməməsi və yekun məhkəmə aktının çıxarılması zamanı xəbərdar edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, istər məhkəmə iclas protokollarından, istərsə də məhkəmə bildirişlərindən göründüyü kimi bütün tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, öncəki məhkəmə iclaslarında cavabdehin nümayəndə və vəkili də iştirak etmiş və bütün sübutlarını təqdim edərək məhkəmə araşdırmasının yekunlaşmasına etirazının olmadığını bildirmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülk i Məcəlləsinin 16.1, 18, 27.1, 27.3, 152.1, 152.3, 153.4, 157.4, 213.1, 213.2, 213.5, 222.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Maddə 8.0, 29.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil3) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin ər-arvad arasında bərabər paylara bölünməsinə dair məhkəmə qətnamələri əsassız olmuşdur. Mənzilə köçürülmə şəxsi həyat standartlarına ziddir. İddiaçı mənzildən çıxarılmamışdır. Belə ki, iddiaçı ailəli olduqları ərəfədə dəfələrlə cavabdehə fiziki şiddət göstərmişdir və bunun nəticəsində cavabdeh h aqlı olaraq, öz təhlükəsizliyi baxımından 102 Xidmətinə müraciət etmişdir. Belə olduğu halda, hüquq mühafizə orqanları vətəndaşın təhlükəziliyini düşünərək vətəndaş İddiaçı həmin mənzildən uzaqladırmışdır.

19. Məhrum edilmə qanunidir. Mübahisəli mənzilə dair rəsmiləşmə, ödənişə dair qəbzlər onu deməyə əsas verir ki, həmin mənzilin mülkiyyətçisi Cavabdehdır və belə olduğu halda, İddiaçı mənzil üzərində heç bir payı yoxdur.

20. Tərəflərin övladı xx.xx.2017-ci il təvəllüdlü X3 “Kəskin Limfoblast leykoz” xəstəliyindən əziyyət çəkir.xx.xx.2022-ci il tarixdən etibarən B.Ə.Eyvazov adına ElmiTədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qeydiyyatdadır, uzunmüddətli kimya terapiyalardan keçib və hal-hazırda da müalicə dövründədir. Cavabdehin mənzilə köçürülməsi körpənin həyat şəraitini və sağlamlığını poza bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 29, 1-ci hissə. Hər kəsin mülkiyyət hüququ vardır. 3-cü hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

23. Maddə 43, 1-ci hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istif adə edilməsinə yol verilmir.

25. Maddə

18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

26. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı, təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

28. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər ə son qoyulmasını tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

31. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

32. Maddə 222.1 Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mənzil Mə cəlləsi

33. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

37. Maddə

88. Məh kəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə m əhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh qız tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2356/2024 nömrəli 3 aprel 2024-cü il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar