Məhkəmə qərarları › İş №2(102)-2741/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2741/2024

23.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2741/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Kateqoriya: Yerüstü, yeraltı elektrik xətlərinin, qaz borularının və s. mühafizə zonasında yerləşən tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbasağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Cavabdeh1 qarşı qaz kəmərinin mühafizə zonasının zəbtdən azad edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(106)-34/2024 nömrəli, 9 aprel 2024-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququnu təsdiq edən 17 iyun 2011ci il tarixli çıxarışa əsasən Astara rayonu, Siyəkü kəndində 0.512701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. 16 yanvar 2019-cu il tarixli çıxarışa əsasən Astara rayonu, Siyəkü kəndində 0.219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı Azərbaycan Respublika sı Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsi, X4 Kəmərləri Sahəsinin istismarında olan Dş 1020/1220 mmlik “AstaraQazıməmməd” magistral qaz kəmərinin 20-ci km-liyində (Astara rayonunun Siyəkü kəndi ərazisində), kəmərin mühafizə zonasında cavabdeh tərəfindən quraşdırılmış dəmir konstruksiyalı çəpərin sökülməsi, mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 20-ci kilometrliyində kəmərin mühafizə zonasında, kəmərdən 5 metr aralı məsafədə 1,7 metr hündürlüyündə, 185 metr uzunluğunda dəmir konstruksiyalı hasar inşa etmişdir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Qaz İxr ac” İdarəsinin X4 Kəmərləri sahəsinin balans və istismarında olan yüksək təzyiqli dövlət əhəmiyyətli cəhətdən strateji obyekt olan Dş 1020/1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 20-ci kmliyi Astara rayonunun Siyakü kəndinin ərazisindən keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələblərinə əsasən magistral boruların mühafizə zonası 50 metr müəyyən olunmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Astara Rayon İcra Hakimiyyətinə, Astara Rayon Polis şöbəsinə, FHN-nin X3 məlumat verilmiş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xa hiş edilmişdir. Cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikilinin, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratdığı bildirilmişdir.

3. Azərbaycan Respublikası “X2”-nin 27 avqust 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən ARDNŞ “Qaz ixracı” İdarəsi, X4 Kəmərləri Sahəsinin istismarında olan Dş 1020/1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 20-ci km-liyində Astara rayonu Siyəkü kəndi ərazisindən keçən qaz kəmərinin mühafizə zonası Cavabdeh1 tərəfindən istifadə edilmir.

4. ARDNŞ “Qaz ixracı” İdarəsi, X4 Kəmərləri Sahəsinin istismarında olan DŞ 1020/1200mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərin in 20-ci km-liyində Astara rayonu Siyəkü kəndi ərazisindən keçən qaz kəmərinin mühafizə zonası ilə AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışla Cavabdeh1 Astara rayonu,Siyəkü kəndi ərazisində verilmiş 0,219 ha torpaq sahəsi üst-üstə düşmür.

5. ARDNŞ “Qaz ixracı” İdarəsi, X4 Kəmərləri Sahəsinin istismarında olan DŞ 1020/1200mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 20-ci km-liyində Astara rayonu Siyəkü kəndi ərazisindən keçən qaz kəmərinin mühafizə zonası ilə AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2011-ci il olan çıxarışla Cavabdeh1 Astara rayo nu, Siyəkü kəndi ərazisində verilmiş 0.512701 ha torpaq sahəsi üstüstə düşmür.

6. ARDNŞ “Qaz ixracı” İdarəsi, X4 Kəmərləri Sahəsinin istismarında olan DŞ 1020/1200mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 20-ci km-liyində Astara rayonu Siyəkü kəndi ərazisindən keçən qaz kəməri cavabdeh tərəfindən quraşdırılmış dəmir konstruksiyalı çəpərdən 6 metr məsafədədir. Mübahisəli torpaq sahələri xüsusi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan planda aydın şəkildə göstərilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2022-ci il tarixli, 10/5470 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 tərəfindən quraşdırılmış dəmir konstruksiyalı çəpər ilə baxış zamanı Dş 1020/1220 mm-lik “AstaraQazıməmməd” magistral yeraltı qaz kəmərinin keç diyi yer kimi təqdim olunmuş ərazi arasında ən yaxın məsafə 5 metr, ən uzaq 10 metr təşkil etmişdir.

8. Astara Rayon Məhkəməsinin 2(018)-39/2022 nömrəli iş üzrə 1 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsi, X4 Kəmərləri Sahəsinin istismarında olan Dş 1020/1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 20-ci km-liyində (Astara rayonunun Siyəkü kəndi ərazisində), kəmərin mühafizə zonasında cavabdeh tərəfindən quraşdırılmış dəmir konstruksiyalı çəpərin onun öz hesabına sökülməsi və mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası "Qaz təchizatı haqqında” Qanuna əsasə n mühafizə zonası ərazisində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti və ya üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinə, Azərbaycan Respublikası "Qaz təchizatı haqqında” Qanunun 19.2 və 22-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini o nunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsində cavabdehin iştirakı təmin edilməmişdir. Bununla da, məhkəmə onu iddiaya qarşı müdafiə hüquqlarından məhrum etmişdir. Bundan başqa, məhkəmə tərəfindən sübutlara obyektiv qiymət verilməmişdir. İş üzrə mütəxəssis rəyində cavabdehin mühafizə zonasına düşən torpaq sahəsini istifadə etmədiyi, ekspert rəyində isə istifadə etdiyi qeyd edilmişdir. Mütəxəssis arayışı ilə ekspert rəyi arasında ziddiyyət vardır.

13. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/210/211 nömrəli rəyinə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3331/2023 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu Siyəkü kəndində yerləşən Hüquqları Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.512701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.218 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin eləcə də X4 Kəmərləri Sahəsinin istismarında olan Astara-Qazıməmməd magistral qaz kəmərinin koordinatları müəyyən olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 3331/2023 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.512701 ha və 0.219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin Astara-Qazıməmməd magistral qaz kəmərinin orta oxundan 2.3-5.7 metr məsafədə yerləşməsi və xüsusi mülkiyyətində olan torpaq sahələrinin Astara-Qazıməmməd magistral qaz kəmərinin mühafizəsi zonası ilə üst-üstə düşməsi müəyyən olunmuşdur.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-34/2024 nömrəli mülki iş üzrə 9 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Tofiq Heydərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Qaz İxrac» İdarəsinin cavabdehə qarşı qaz kəmərinin mühafizə zonasının zəbtdən azad edilməsi barədə tələbinin təmin edilməməsi qət edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəf qaz kəmərinin mühafizə zonasından istifadə etmədiyini bildirmişdir. Cavabdeh tərəf mülkiyyətində olan torpaq sahələrinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərini təqdim etmişdir. Cavabdehin mülkiyyətində olan torpaq sahələri ilə qaz kəmərinin mühafizə zonasının üst-üstə düşüb-düşməməsini, habelə cavabdehin qaz kəmərinin mühafizə zonasından faktiki istifadə edib-etməməsini ayd ınlaşdırmaq üçün mühəndis texniki ekspertizası keçirilmiş və müvafiq rəy alınmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli ekspert rəyini sübut olaraq qəbul edir və sonuncu rəyə görə, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi ərazi və sökülməsini tələb etdiyi dəmir çəpər cavabdehin mülkiyyətindədir. Torpaq sahələri Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə verilmişdir. Torpaq sahələri xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 17 iyun 2011-ci il və 16 yanvar 2019-cu il tarixlərdə qeydiyyatdan keçmişdir. Həmin torpaq sahəsinə dair hüquqi sənədlər hazırda qüvvədədir və onların qanunilik prezumpsiyası vardır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı hazırkı vəziyyətdə cavabdehə torpaq sahəsinin ayrılmasına dair akt ı, torpaq kadastr sənədlərini, onun qeydiyyatını mübahisələndirmədən birbaşa torpaqdan çıxarılmanı və çəpərin sökülməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi göstərilən bu halları nəzərə almadan iddianı təmin etmiş, nəticədə əsassız olaraq cavabdehi, onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxarmışdır.

18. Kollegiya hesab etmişdir ki, mübahisəli əraziyə dair torpaq sahəsinin ayrılması barədə müvafiq hüquqmüəyyənedici sənədlər qüvvədə olduğu halda hazırkı iddia təmin edilə bilməz.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1 999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7, 2.23, 2.24-cü bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 20-ci kilometrliyində kəmərin mühafizə zonasında, kəmərdən 5 metr aralı məsafədə 1,7 metr hündürlüyündə, 185 metr uzunluğunda dəmir konstruksiyalı hasar inşa etmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Qa z İxrac” İdarəsinin X4 Kəmərləri sahəsinin balans və istismarında olan yüksək təzyiqli dövlət əhəmiyyətli cəhətdən strateji obyekt olan Dş 1020/1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 20-ci km-liyi Astara rayonunun Siyakü kəndinin ərazisindən keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələblərinə əsasən magistral boruların mühafizə zonası 50 metr müəyyən olunmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Astara Rayon İcra Hakimiyyətinə, Astara Rayon Polis şöbəsinə, FHN-nin X3 məlumat verilmiş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülm əsi xahiş edilmişdir. Cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikilinin, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratdığı bildirilmişdir. Qeyd edilmişdir ki, mübahisəli əraziyə dair hüquqmüəyyənedici sənədlər olduğu halda belə, həmin ərazi qaz kəmərlərinin mühafizə zonasında yerləşdiyindən, orada ucaldılan istənilən tikili cavabdeh və onun ailə üzvlərinin həyat və sağlımlığı üçün təhlükəlidir. Odur ki, apellyasiya instansiyasının “torpağa dair hüquqmüəyyənedici sənədlər qüvvədə olduğu halda hazırkı iddia təmin edilə bilməz” barədə nəticəsi qanuna ziddir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun un 19-cu maddəsinin 1-ci bəndinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Qanunun tələbinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Həmin maddənin üçüncü bəndinə görə bu maddənin 1-ci hissəsi tətbiq edilənə q ədər mühafizə zonası və tədbirləri ilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir.

22. Kassasiya şikayəti Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə,“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci bəndinə, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına istinad edilərək əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilm ir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

28. Maddə

180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozm aqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

29. Maddə 22 ( hissə 2) Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

30. Mad də 19 (bənd 1) Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının” təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı

31. Maddə 2 (bənd 7) Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: 32. boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonas ı üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; 33. çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.

34. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; 35. boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mü hafizə zonası ayrılır; 36. kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; 37. baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. 38. 2.11-ci bəndinə əsasən Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların taya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geoloji-seysmik, geodeziya və başqa axtarış işləri. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq mü nasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

45. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Maddə

386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edi lir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 417.1.4 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya inst ansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

50. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

51. Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən mübahisələndirilən qətnamə ləğv olunmalı və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddi anın təmini barədə yeni qərar qəbul edilməlidir.

55. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi X4 Kəmərləri Sahəsinin istismarında olan Dş 1020/1220 mmlik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 20ci km-liyində (Astara rayonunun Siyəkü kəndi ərazisində), kəmərin mühafizə zonasında cavabdeh tərəfindən quraşdırılmış dəmir konstruksiyalı çəpərin sökülməsi, mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi barədədir.

56. Apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından aydın olur ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.512701 ha və 0.219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Astara-Qazıməmməd magistral qaz kəmərinin orta oxundan 2.3-5.7 metr məsafədə yerləşir və xüsusi mülkiyyətində olan torpaq sahələrinin Astara-Qazıməmməd magistral qaz kəmərini n mühafizəsi zonası ilə üst-üstə düşür.

57. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə verilmiş torpaq sahəsinin ayrılmasına dair aktı, torpaq kadastr sənədlərini, onun qeydiyyatını mübahisələndirmədən birbaşa torpaqdan çıxarılmanı və çəpərin sökülməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi göstərilən bu halları nəzərə almadan iddianı təmin etmiş, nəticədə əsassız olaraq cavabdehi, onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxarmışdır.

58. Lakin qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi faktiki olaraq iddia tələbinin həddini düzgün müəyyən etməmiş, iddiaçı tərəfindən cavabdehin torpaq sahəsindən çıxarılması ilə bağlı tələbinin olmamasını nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi faktiki olaraq iddia tələbindən kənara çıxaraq cavabdehin mü lkiyyətində olan torpaq sahəsindən çıxarılmaya dair tələbin mövcud olmasına istinad edərək irəli sürülmüş tələbi rədd etməklə əsassız nəticəyə gəlmişdir.

59. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi cavabdehin mülkiyyətində olan kənd təsrrüfat təyinatı torpaq sahəsində aparılan tikilinin (çəpərin) sökülməsi ilə bağlı olmuşdur. Alınmış ekspertiza rəyindən aydın olur ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsi kəmərin orta xəttinin 2.3-5.7 metr məsafədə yerləşdiyindən torpaq sahəsinin müəyyən hissəsi iddiaçının istifadəsində olan kəmərin mühafizə zonası ilə üst üstə düşür.

60. Nəzərə alınmalıdır ki, hətta mühafizə zonası ilə kənd təsərrüfat təyinatlı torpaq sahəsinin müəyyən hissəsi üst-üstə düşmüş olsa belə, nə qədər ki, torpaq sahəsi cavabdehin mülkiyyətindədir, bu halda iddiaçının c avabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Qeyd edildiyi kimi iddiaçı ümumiyyətlə belə tələb irəli sürməmişdir.

61. Belə ki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 2.8-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir.

62. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsidir və o, həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməlidir. Kənd təsərrüfat təyinatlı torpaq sa həsində isə hər hansı tikinti quraşdırma işlərinin aparılması qadağan olunduğundan onun tərəfindən həmin ərazidə aparılan hasar tikilsi sökülməlidir.

63. Həmin qətnaməni ləğv edən apellyasiya instasiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış yuxarıda göstərilən nəticəyə gələrək torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasına əsaslanmaqla tikintinin sökülməsinə dair iddianı təmin etməmişdir.

64. Halbuki, bu qərarının 39-cu bəndində göstərilən qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır.

65. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası mə hkəməsi göstərilən qaydaların tətbiqini təmin etməli olduğu halda, mübahisəyə tətbiq edilməli olmayan normalara istinadı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması üçün əsas ola bilməzdi.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlməmiş, kənd təsərrüfat təyinatlı torpaq sahəsində aparılan hasar tikilisinin sökülməli olmamasına dair gəldiyi nəticəsi ədalətli tarazlığı təmin etməmişdir.

67. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətir ilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

68. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd e dildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

69. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir

70. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia rədd edilərkən Mülki Məcəllənin tətbiq edilməli olan 180-cı maddəsi və bu qərarın 39-cu bəndində göstərilən qaydada göstərilən məcburi şərtlər tətbiq edilməmiş və bunun nəticəsində düzgün olmayan nəticəyə gəlinmişdir.

71. Məhkəmə kol legiyası həmçinin hesab edir ki, iddia təmin edildiyindən Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri (dövlət rüsumları), habelə məhkəmə ekspertizası tədqiqatının dəyəri cavabdehə aid edilməlidir.

72. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 aprel 2024-cü il tarixli, 2(106)34/2024 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin olunsun. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi, X4 Kəmərləri Sahəsinin istismarında olan Dş 1020/1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 20-ci km-liyində (Astara rayonun un Siyakü kəndi ərazisində), kəmərin mühafizə zonasında Cavabdeh1 tərəfindən quraşdırılmış dəmir konstruksiyalı çəpər onun öz vəsaiti hesabına sökülsün və mühafizə zonası əvvəlki vəziyyətə gətirilsin. İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində olan dövlət rüsumu Cavabdeh1 alınıb iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinə ödənilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Cavabdeh1 alınaraq dövlət büdcəsinə Az MEM VÖEN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesabı Az41 Nabz 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar