Məhkəmə qərarları › İş №2(102)-2748/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2748/2025

01.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2748/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (Bakı şəhəri 26 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı ilk, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: etibarnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilin təhvil verilməsi Azərbay can Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və Cavabdeh1 qarşı (Bakı şəhəri 26 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “etibarnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s.” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “mənzilin təhvil verilməsi və s.” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-355/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 1 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Qılınc qızı evində notariusun iştirakı ilə verdiyi xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil üzərində bütün səlahiyyətləri həyata keçirməyi, ona dair sərəncam verməyi (almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, ipoteka (girov) qoymaq və s.) Cavabdeh1 1 il müddətinə (xx.xx.2023-cü il tarixədək) etibar etmiş, Bakı şəhəri 26 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə görə isə Cavabdeh1 həmin etibarnamənin əsasında xx.xx.2006-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş həmin mənzili Cavabdeh2 50.000 manata satmış, mənzil Cavabdeh2 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir.

2. Cavabdeh2 50.000 manat məbləğində pulu notariusun AZ46MUGA**********00002AZM07 saylı depozit hesabına ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 26 saylı notariat ofisində Cavabdeh1 adına verilmiş etibarnamənin və həmin etibarnamə əsasında həyata keçirilmiş İddiaçı məxsus olmu ş Bakı şəhəri F.X.Xoyski küç, ev.89, m.2 ünvanında yerləşən mənzilin Cavabdeh2 satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, F.X.Xoyski küç, ev.89, 2 saylı mənzilə dair Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi və İddiaçı adına yeni çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini, o cümlədən Cavabdeh1 və digərlərinin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, son zamanlar İddiaçı evinə tanımadığı adamlar gələrək ondan evə baxmaq üçün qapını açmasını tələb etdiklərindən Validə xanım yaxın tanışları olan X5 müraciət edərək baş verən hadisələrlə bağlı ona məlumat vermişdir. Belə olan halda Nasir Validə xanımgi lə gələrək nə baş verməsi ilə maraqlanmışdır. İddiaçı bildirmişdir ki, əvvəllər tanımadığı adamlar onun qapısını döyərək evin onlara məxsus olduğu üçün içəri keçmək istədiklərini bildirmişdilər. O, isə evi heç kimə satmadığını bildirərək onları evə buraxmamışdır. İddiaçının qonşuluğunda yaşayan Cavabdeh1 ilə münasibətləri olmuşdur. Belə olan halda Cavabdeh1 ilə əlaqə saxlanmış, uzun danışıqlardan sonra məlum olmuşdur ki, Validə xanım tərəfindən məlum olmayan şəraitdə Qlinanın adına xx.xx.2022-ci il tarixdə etibarnamə verilmiş və xx.xx.2022-ci il tarixdə həmin etibarnamə əsasında Qlina Validə xanıma məxsus olan Bakı şəhəri F.X.Xoyski küç, ev.89, 2 saylı mənzili üçüncü şəxslərə sataraq özgəninkiləşdirmişdir. Gündəlik təmas zamanı məlum olmuşdur ki, Validə xanımın səhhətində ciddi narahatlı qlar vardır və özünü sərbəst idarə etməkdə çətinlik çəkir. Belə olan halda Nasir Şərifovun köməkliyi ilə Validə xanımın qeydiyyatı üzrə 18 saylı Poliklinikada sahə həkiminə müraciət olunmuş, ilkin müayinələrdən keçdikdən sonra həkimlər tərəfindən Validə xanım Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 göndərilmişdir. Xəstəxanada yaradılmış komissiya tərəfindən Validə xanım müayinə olunmuş və ona baş beyin üzrə xəstəliyi nəticəsində demensiya (ağıl zəifliyi) F02.8 diaqnozu qoyulmuşdur. Bununla da məlum olmuşdur ki, Validə xanımın tanıdığı Cavabdeh1 dələduzluq yolu ilə Validə xanımın etibarından sui istifadə edərək xx.xx.2022-ci il tarixdə 26 saylı Notariat ofisində etibarnamə əldə edərək xx.xx.2022-ci il tarixdə mənzili üçüncü şəxsə sataraq özgəninkiləşdirmişdir.

5. Cavabdeh1 ilkin iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı və onun nümayəndəsi Vəkil1 əsassız olaraq qeyd edirlər ki, guya Validə xanım tərəfindən etibarnamə Cavabdeh1 xanıma naməlum şəraitdə verilmişdir. Etibarnaməni verən orqan 26 saylı Notariat orqanıdır və müvafiq icra hakimiyyətinin verdiyi şəhadətnamə əsasında fəaliyyət göstərir. Bundan başqa, 26 saylı Notariat ofisinin nümayəndələri Validə xanımın şifahi sorğusu əsasında yaşadığı mənzilinə gələrək, onun adından ona etibarnamənin verilməsini rəsmiləşdirmişlər. Notariat hərəkətlərini aparan nümayəndə qanunvericiliyin tələblərinə uyğun olaraq bir qayda olaraq etibar edənə suallar verir, fikrini öyrənir və imzalanmasını xahiş edir. 26 saylı Notariat ofisi etibarnaməni naməlum şəraitdə yox, Validə xanımın evində və hüzu runda ona birincinin (Validənin) xahişi əsasında vermişdir. Vəkil1 "məlum olmayan şərait" ifadəsini işlətməklə, 26 saylı Notariat ofisini də qanun pozuntusuna yol verməkdə günahlandırmış və ittiham etmişdir. İddia ərizəsində Validə xanım və vəkili Vəkil1 qeyd edir ki, guya Validə xanıma Səhiyyə Naziliyinin 2 nömrəli X1 yaradılmış komissiya tərəfindən demensiya xəstəliyinin F32.8 diaqnozu qoyulmuşdur. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2013cü il tarixli “Demensiyanın diaqnostika və müalicəsi üzrə klinik protokolunda demensiya xəstəliyinin F02.8 diaqnozu barədə heç bir qeyd yoxdur. Bu protokol Səhiyyə Nazirliyinin kollegiyasının 25 noyabr 2013-cü il tarixli 38 saylı qərarı ilə təsdiq edilmişdir. İddiaçı Validə xanım və onun vəkili qeyd edir ki, guya Cavabdeh1 dələduzluq yolu ilə Validə xanımın etibarından sui-istifadə etmiş və etibarnamə əldə etmişdir. Bu mülahizə də yuxarıda qeyd etdiyi kimi, tamamilə əsassız və məntiqsizdir. Etibarnamə 26 saylı notariat ofisinin nümayəndəsinin iştirakı ilə verilmiş və etibar edən şəxs (Validə) tərəfindən etibar edilən şəxsə (Qlina xanıma) hansı səlahiyyətlərin verilməsi soruşulmuş və qeydlər aparılmışdır. Yəni Validə xanım etibarnamə ilə Qlina xanıma səlahiyyətlər verərkən ağlı yerində olmuşdur, əks halda notariat ofisinin nümayəndəsi bunu müəyyən edər və etibarnamə verməzdi. Yəni etibarnamə qanuni baxımdan verilmişdir. Validə xanıma məxsus mənzilin satılmasına dair alqı-satqı müqaviləsinə gəlincə qeyd etməlidir ki, bu alqı-satqı müqaviləsinin (AN1№1038148 saylı müqavilənin) digər bir tərəfi alıcı Cavabdeh2 təqdim etdiyi şəx siyyət vəsiqəsi (AZİ6601796; Fin kod: 6LFN3G) qüvvədən düşdüyü halda bağlanmışdır. Buna görə də, bu alqı-satqı müqaviləsi etibarlı hesab oluna bilməz. Məhkəmədən xahiş edir ki, bu məsələyə diqqət yetirsin və alqı-satqı müqaviləsini məhz bu əsasla, yəni alıcının şəxsiyyət vəsiqəsi qüvvədən düşməsindən sonra imzalandığından etibarsız hesab etsin. Yuxarıda qeyd edilən alqı-satqı müqaviləsi üzrə alıcı tərəfindən satıcıya ödənilmiş 50.000 manat pul vəsaitinə gəlincə qeyd etməlidir ki, sözügedən müqavilənin 4-cü bəndinin 2-cü cümləsinə müvafiq olaraq deyə bilər ki, alıcı şəxsində Cavabdeh2 göstərildiyi halda, satıcı şəxsində isə mənzilin mülkiyyətçisi İddiaçı göstərilmişdir. Həmin cümlədə eləcə də yazılıb ki, alıcı Zeynəb mənzili satıcı şəxs İddiaçı 50.000 manata almışdır, yəni müqavilənin bu bə ndinə görə 50.000 manat pulu alan şəxs satıcı İddiaçıdır. Göründüyü kimi, onun adı alqı-satqı müqaviləsində sadəcə İddiaçı nümayəndəsi kimi göstərilmişdir. Məhz pul məsələsində onun adı göstərilməmişdir. Pulu verən şəxs kimi alıcının, pulu alan şəxs kimi isə satıcının adı göstərilmişdir. Müqavilənin imzalanmasını isə o, sadəcə satıcının nümayəndəsi kimi həyata keçirmişdir. Yəni o, İddiaçı nümayəndəsi kimi sadəcə yazı işlərində, sənədləşmə işlərində iştirak etmişdir. Çünki onun qonşusu kimi ona kömək etmişdir. Onun yaşını nəzərə alaraq belə bir köməkliyi göstərmişdir. Heç də təsadüfi deyildir ki, mənzili alan alıcı satıcı Validəni alqısatqı müqaviləsi imzalandıqdan sonra qəyyumluğa da götürmüşdür. Çox güman ki, alıcı və satıcı öz aralarında belə bir razılığa gəliblər. Məhkəmədən xahiş edi r ki, bu məsələyə diqqət yetirsin və iddiaçının ona qarşı irəli sürdüyü iddiaları rədd etsin. Bu əsasda eyni zamanda məhkəmədən xahiş edir ki, iddiaçının 2-ci tələbi də əsassız hesab edilsin, təmin edilməsin və rədd edilsin. Əgər İddiaçı ağıl zəifliyi var idisə, nəyə görə ona öz evində etibarnamə verirdi? 2-si, ağlı zəif olan adam öz evində ona qonşusu kimi notariat ofisinin nümayəndəsinin qarşısında hansı səlahiyyətlər verdiyini necə müəyyən edə bildi? 3-sü, ağlı zəif olan adam hesab olunan İddiaçı tanışı X5 müraciət edərək baş vermiş hadisələr barədə necə məlumat verə bilərdi? 4-cüsü, qapısını döyən tanımadığı adamlarla o, necə dialoq aparmışdır? Onun ağlı məhz bu məsələlərdə necə işləmişdir? Demək, iddia ərizəsinə əsasən demək olar ki, İddiaçı ağlı başında olan adamdır, tənha olduğunu v ə ahıl yaşını (qocalığını) nəzərə alaraq məhz qəyyumluq məsələsinə görə alıcı ilə razılığa gəlmişdir. İddiaçı qəyyumluğa götürülməsi faktı onu dələduzluqda ittiham etmək məqsədlərinin üstündən xətt çəkir. İddiaçının nümayəndəsi qeyd edir ki, Validənin ağıl zəifliyi vardır. Lakin demensiya xəstəliyi əsasən yaddaş problemləri ilə bağlı olur. Bu cür xəstələrdə daha çox unutqanlıq problemi olur. Çox güman ki, Validə xanım yaşlı olduğundan alqı-satqı proseslərinə qədər, alqı-satqı zamanı və alqı-satqıdan sonra baş vermiş hadisələrin ardıcıllığını unutmuşdur və mənzilinin satılmasında aldadıldığını güman etmiş və tanışı Nasirə zəng etmişdir. Normal olaraq yaşlı insanlarda bu cür unutqanlıq olur. Yaşlı nənəsində unutqanlıq o dərəcədə idi ki, hətta övladlarını tanımırdı və elə bilirdi ki, yanına g ələn qonşularıdır. Yaxın yoldaşlarından birinin dediyinə görə qardaşı rəhmətə getmişdi, amma sağ olan anası oğlunun rəhmətə getdiyini anlamırdı. Bu mənada Validənin unutqanlığına görə onu dələduzluqda ittiham etmək əsassızdır. Qeyd olunanlara əsasən ilk iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Cavabdeh2 İddiaçı və Cavabdeh1 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın rədd edilməsi, X2 qanunsuz qaldığı ünvan 3 ünvanında yerləşən mənzilindən boşaldılaraq çıxarılması və mənzilin Cavabdeh2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddiaçının xəstə olması ilə bağlı arayış təqdim edilmişdir. İlkin iddiaçı iddia ərizəsini imzalayan şəxsə də etibarnamə vermişdir. Buradan belə nəticəyə gəlmək olar ki, vəkilə verilmiş etibarnamə də qanunsuz olmuşdur. Təmsil etdiyi Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən mənzili rəsmi alqı-satqı ilə əldə etmişdir. Alqı-satqı 26 saylı notariat ofisində həyata keçirilmişdir. Daha sonra mənzilə dair Cavabdeh2 müvafiq çıxarış təqdim edilmişdir. Həmin alqı-satqı prosesi zamanı digər Cavabdeh1 etibarnamə ilə iştirak etmişdir. Alqısatqı notariusun iştirakı ilə həyata keçirilmişdir. Əgər belə bir qanunsuzluq olsaydı, notarius alqı-satqı prosesini həyata keçirməzdi. Cavabdeh2 bugünə qədər həmin mənzilə daxil ola bilmir. İlkin iddiaçı iddiasında irəli sürdüyü tələbləri təsdiq edə biləcək hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir (sonradan tərtib edilmiş arayışdan başqa), ilkin iddiaçıdan fərqli olaraq, qarşılıqlı iddianın əsaslandığı faktl ar hazırkı iddiaya əlavə edilən və ilkin iddiaçının özü tərəfindən imzalanmış sənədlərlə tam sübuta yetirilir.

8. İddiaçı 2 nömrəli X1 müayinə edilmiş və həkim psixiatr komissiyasının xx.xx.2022-ci il tarixli rəyi ilə onda baş beyin üzvü xəstəliyi nəticəsində demensiya/ağıl xəstəliyi təsbit olunmuşdur. 9. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2022-ci il taixli, 2469 saylı rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı başlamaqda olan demensiya (ağıl zəifliyi) qeyd olunur. Bu xəstəliyin nə zaman yaranmasını müəyyən etmək mümkün deyil. Mülki işə təqdim edilmiş tibbi sənədlərə əsasən diaqnoz düzgün təyin edilsə də, bu xəstəliyin nə vaxt yarandığını və həmin vaxt fəaliyyət qabiliyyətli olub-olmamasını müəyyən etmək mümkün deyil. xx.xx.1945-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına etibarnamə verən zaman öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarına malik olub-olmamasını müəyyən etmək mümkün deyil. İddiaçı başlamaqda olan demensiya müəyyən edildiyindən hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarına malikdir.

10. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8032, 9/8851 saylı rəyinə əsasən, ünvan 5 ünvanında yerləşən mənzilin mövcud orta bazar dəyərinin təqribən 57000,0 manat məbləğində olduğu müəyyən olunmuşdur.

11. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/167 saylı rəyi ilə, Cavabdeh1 Abdullayazovnanın adından olan xx.xx.2022-ci il tarixli 6368 32 saylı “çek”in arxa tərəfində “Çekdə göstərilən məbləği aldım” yazılarının qarşısında olan imza Cavabdeh1 Abdullayazovna tərəfindən icra edilmişdir. xx.xx.2022-ci il tarixli “Xəzinə mədaxil orderi”nin sağ hissəsində “İmza” olan qrafasında olan imza-Cavabdeh1 Abdulayazovna tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. 12. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən 89 nömrəli yaşayış evinin 2 saylı mənzilinin 2022-ci ilin aprel ayına olan sənəd üzrə (42.8 m2) bazar qiyməti 90000 manat, faktiki sahə üzrə (63.1 m2) bazar qiyməti 127000 manat təşkil etmişdir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim – Nərgiz Tağıyeva) 14 iyun 2024-cü il tarixli, e-2(005)-52/2024 nömrəli qətnam əsi ilə ilk iddianın təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh1 adına ev şəraitində Bakı şəhəri 26 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilməklə verilmiş xx.xx.2022-ci il tarixli etibarnamə və həmin etibarnamə əsasında onun adından çıxış edən Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 26 saylı notariat ofisində təsdiq edilməklə bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 6 ünvanında yerləşən 2 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş mülkiyyət hüququ barədə çıxarışın ləğv edilməsi, İddiaçı həmin mənzil üzərindəki mülkiyyət hüququnun bərpa edilərək adına yeni çıxarış verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbi barədə qarşılıqlı iddiasının təmin olunmaması, ilkin iddianın baxılması üçün dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq ilkin İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 124 manat və əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat, cəmi 224 manat məbləğində pul ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddiaçıda demensiya (ağıl zəifliyi) xəstəliyinin varlığı iş materia llarına əlavə edilmiş tibbi sənəd (xəstəxana rəyi) və ekspert rəyi ilə də təsdiq olunur. Bununla belə, ekspert rəyində bu xəstəliyin nə zaman yaranmasının bilinmədiyi, habelə xx.xx.2022-ci il tarixdə etibarnamə verilərkən ilk iddiaçının öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarında olub-olmadığının müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir.

15. Məhkəmə araşdırması zamanı tərəflərin verdikləri izahatlar ilə etibarnamə verilən zaman və hətta bundan daha əvvəl də ilk iddiaçıda demensiya (ağıl zəifliyi) xəstəliyinin əlamətlərinin müşahidə olunduğu, onun hadisələri, məkan və insanları unutması müəyyən edilmişdir. İlk iddiaçının əvvəlki məhkəmə iclasındakı iştirakı zamanı da onun öz hərəkətlərini tam idarə edə bilmədiyi, dediklərini təkrarladığı, ha disələri unutduğu, insanları xatırlamadığı, suallara aydın və anlaqlı cavablar vermədiyi məhkəmə tərəfindən aşkar şəkildə müşahidə olunmuşdur. Qeyd edilən hallar (mövcud vəziyyəti) ekspert rəyinin məzmununda da öz əksini tapmışdır. Eyni zamanda etibarnamənin verilməsi tarixi ilə iddiaçıya müvafiq diaqnozun qoyulması tarixi arasında az müddət keçmişdir. Eləcə də surəti iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(013)2923/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən də görünür ki, ilk iddiaçı iddia qaldıraraq 1997-ci ildə satmış olduğu evində qalan əşyaları, üzərindən uzun illər sonra, 2011-ci ildə yeni mülkiyyətçidən tələb etmiş və bu tələbini vaxtında irəli sürməməsini evi satdıqdan qısa müddət sonra qəflətən demensiya xəstəliyinə tutulması ilə əlaqələndirm işdir.

16. Bundan başqa, irəli sürülən arqumentlər qarşılığında ilk iddiaçı ilə qarşılıqlı iddiaçı arasında mübahisəli mənzilin alğı-satqısı ilə bağlı hər hansı danışığın, müzakirənin, razılaşmanın olduğunu mübahisə tərəflərindən heç biri irəli sürməmiş, buna dair sübutlar təqdim edilməmişdir. Əksinə iş materiallarından göründüyü kimi, alğı-satqı birbaşa iddiaçı ilə deyil, ondan alınmış etibarnamə əsasında bir gün tarix fərqi ilə Cavabdeh1 tərəfindən Cavabdeh2lə baş tutmuşdur. Zeynəb isə həmin evə gedib-gələn İradə xanımın qızıdır. Eyni zamanda o da qeyd edilmişdir ki, alğı-satqı zamanı ilk iddiaçını etibarnamə əsasında təmsil edən Cavabdeh1 belə, etibarnamə verilərkən özünün də orada iştirakına rəğmən, onun (etibarnamənin) mənzilin özgəninkiləşdirilməsi məqsədilə verildiyini anlamadığını, etibarnamə əsasında imzaladığı müqavilənin alğı-satqı olmasını bilmədiyini, bunu sonradan öyrəndiyini, iddiaçının heç vaxt mənzili satmaq niyyətinin olmadığını bildirmişdir. Məhkəmənin “alğı-satqı müqaviləsinin hansı səbəbdən bilavasitə iddiaçının özü ilə bağlanmaması” sualına isə Cavabdeh1, Validənin məsələni anlamaması, ona daha çox etibar etdiyindən etibarnaməni də ona problemsiz verəcəklərini düşündükləri üçün bu yola əl atdıqlarını söyləmişdir. Digər cavabdehin nümayəndəsi və vəkili isə İradənin Cavabdeh2 anası olduğunu, lakin iddiaçının evinə gəlib-getməsindən məlumatsız olduğunu, birbaşa tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanmaması səbəbini bilmədiyini demişdir. Hər bir halda cavabdehlərin hər ikisinin izahatlarında ziddiyyətli məqamların olduğu aşkar görünür.

17. Məhkəm ə iddiaçının dəlillərini, etibarnamə əsasında mənzili satan Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (əri) Real Osmanovun izahatlarını, iddiaçının evdə etibarnamə verdiyi günün səhərisi notariat ofisində etibar edilən tərəfindən mənzilin satılmasını, mənzilin məhz iddiaçının evinə gedib-gələn İradə xanımın qızına satılmasını, xüsusilə də iddiaçının məhkəmə iclasında izahat verərkən psixi vəziyyətini, hadisələri tam dərk etməməsini, suallara aydın və anlaqlı cavablar verməməsini, iddiaçıda demensiya (ağıl zəifliyi) xəstəliyinin əlamətlərinin müşahidə olunmasını, etibarnamə verilməsi ilə həmin xəstəliyə dair diaqnozun qoyulması arasında az müddətin keçdiyini, onun hadisələri, məkan və insanları unutmasını, bu barədə proses iştirakçılarının (xüsusilə adına etibarnamə verilmiş Cavabdeh1) izahatlarını, etibarnamə verilərkən onun məzmununun ilk iddiaçıya izah edilməməsi barədə Cavabdeh1 etiraflarını və qeyd edilənlərlə bağlı məhkəmənin müşahidələrini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamə ilk iddiaçının iradəsini əks etdirmədiyindən etibarsız hesab olunmalıdır.

18. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizələrinin məzmunu ilə onun məhkəmədə çıxışının məzmunu arasında əhəmiyyətli fərq vardır. Həmçinin məhkəmə iclasında o, etiraz ərizələrinin onun tərəfindən deyil, nümayəndəsinin və başqa şəxsin köməkliyi ilə yazıldığını bildirmişdir.

19. Məhkəmə hesab etmişdir ki, ilk iddiaçının nümayəndəsinin iddianın faktiki əsası kimi irəli sürdüyü hallar, yəni etibarnamə verilərkən İddiaçı öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi ilə bağlı hallar öz təsdiqini tapmışdır. Bu baxımdan, ilk iddiaçının “xx.xx.2022-ci il tarixdə 26 saylı notariat ofisində Cavabdeh1 adına verilmiş etibarnamənin etibarsız hesab edilməsi” tələbi təmin edilməlidir

20. Məhkəmə, ilk iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ev şəraitində Cavabdeh1 adına verilmiş etibarnamənin etibarsız olması barədə gəldiyi qənaətin məntiqi davamı olaraq həmin etibarnamə əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini də əsaslı hesab edir və bununla bağlı əlavə araşdırma aparmağı zəruri saymamışdır. Bununla belə məhkəmə, etibarsız hesab edilən əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət görməmişdir. Maddənin dispozit iv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı işin hallarından isə aydın olur ki, alğısatqı müqaviləsi bağlanarkən ilk iddiaçını xx.xx.2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 təmsil etmişdir, habelə mənzilin dəyəri kimi müəyyənləşdirilmiş pul məbləğinin verilməsini təsdiq edən çekdəki imzanın da yenə ona aid olduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bununla belə, Cavabdeh1 pul məbləğinin faktiki olaraq verilmədiyini irəli sürməkdədir. Pulun ilk iddiaçıya verilmiş olduğu da müəyyən edilmir. Məhkəmənin qənaətinə görə, qeyd edilənlər xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığının hüquqi nəticələrinin müəyyən edilməsini hazırkı mübahisənin məqsədləri baxımından mümkünsü z edir.

21. Məhkəmə “mübahisəli mənzilə dair Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi və İddiaçı adına yeni çıxarışın verilməsi” tələblərini də əsaslı saymışdır. Məhkəmə qeyd etmişdir ki, ilk iddiaçının bu tələbləri mahiyyəti etibarilə reyestrdə düzəlişin aparılması barədə iddiadır. Baxılan işdə isə, reyestrdəki qeydiyyatın aparılmasının hüquq əsası (xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi) etibarsız hesab edilmişdir.

22. Məhkəmə, “Cavabdeh1 və digərlərinin qanunsuz əməlləri ilə bağlı xüsusi qərardad çıxarılması” barədə ilk iddiaçının xahişinə münasibətdə qeyd etmişdir ki, bu xahiş hüquqi mahiyyəti etibarilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər; məhkəmə bu məsələdə tərəflərin və satətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə müvafiq qərarı qəbul etməsi mümkündür. Hazırkı məhkəmə baxışı zamanı isə, məhkəmə xüsusi qərardadın çıxarılmasını zəruri hesab etmir. Məhkəmə, ilkin iddia təmin edildiyindən, qarşılıqlı iddia tələbinin əsaslı olmadığı qənaətinə gəlir və bununla bağlı prosessual qənaət prinsipi baxımından əlavə əsaslandırma aparılmasına lüzum görməmişdir. Belə ki, mənzil etibarsız müqavilə əsasında əldə edilmişdir və həmin müqavilədən irəli gələrək mülkiyyətçinin hüquqlarının müdafiəsi ilə bağlı tələblər təmin edilə bilməz.

23. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 346.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş bütün sübutlar və eyni zamanda keçirilmiş ekspertiza nın nəticələri iddianın rədd edilməsi üçün əsasdır. İddiaçı Cavabdeh1 Abdulazyanovaya etibarnamə verən zaman demensiya (ağıl zəifliyi) xəstəsi olmasını sübuta yetirə bilmir. Sübuta yetirilə bilməyən bu halın iddiaçının xeyrinə həll edilməsi qanunun tələbləri ilə bir araya sığmır. Yalnız demensiya (ağıl zəifliyi) xəstəsi olmasına dair verilmiş arayışa əsaslanan bu qətnamə bütün maddi və prosessual hüquq normalarının pozulmasının göstəricisidir. Halbuki Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 3469 saylı rəyi göstərir ki, iddiaçının Cavabdeh1 Abdulazyanovaya eibarnamə verən zaman anlaqlı olub-olmamasını sübut etmək mümkün deyildir. Eyni zamanda “mənzilin təhvil verilməsi və s.” barədə qarşılıqlı iddia tələbinə heç bir münasibət bildirilməmişdir. Halbuki məhkəmə qətnamə qəbul edərkən bütün halları əsaslandırmalı və düzgün hüquqi nəticəyə gəlməli idi. Məhkəməyə təqdim edilmiş bütün sübutlara baxmayaraq hakim ədalətsiz mövqe tutmuş, bununla da qanunun tələbləri ilə bir araya sığmayan, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən hüquqi akt qəbul edilmişdir.

26. Cavabdeh1 Abdulazyanova apellyasiya şikayətinə etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırmışdır ki, cavabdeh olaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi 18 aprel 2024-cü il tarixli 3-16-16/2-4/167 nömrəli ekspertiza rəyinin rədd edilməsi barədə 12 oktyabrda vəsatət vermişdir. Çünki bu ekspertiza rəyi ilə hüquqları tamamilə pozulmuşdur. Bu rəyin tamamilə saxta olması, əsassız olması, sənədlərin əsillərinə istinad edilmədən aparıldığı və rəyin qərəzli olaraq yalandan yazılması açıq-aşkar görünür. O, mülki iş barədə ətraflı izahat yazıb məhkəməyə təqdim etmişdir. Lakin sədrlik edən hakim Xumar xanım Mərdanova və məhkəmə tərkibinin digər üzvləri tamamilə qərəzli mövqe tutaraq işə baxırlar. Xumar xanım Mərdanovanın ona verdiyi suallar apellyasiya şikayətini verən tərəfin maraqlarını müdafiə etməyə hesablanıb. Onun verdiyi suallardan bəlli olur ki, hakim Xumar xanım Mərdanova və digər hakim üzvləri artıq hansı qətnamənin qəbul edilməsini niyyət ediblər. Belə ki, bu hakimlər apellyasiya şikayətini verən tərəfin xeyrinə 50 min manatın ödənilməsini onun üzərinə qoymaq istəyirlər. Sözügedən bu 50 min manatın tərəfindən alınmasını təsdiq edən bank sənədinin əsli yoxdur, çünki əzəldən də belə bir sənəd olmayıb. “Muğan bank” bağlanmamış Nərimanov rayon məhkəməsi neçə dəfə sorğu göndərib sənədin əslini tələb etsə də, “Muğan Bank” həmin sənədi vermədi və min cür bəhanə gətirdilər. Hətta bankın içində onun pulu almağını sübut edə biləcək kamera görüntülərini də gətirib məhkəməyə təqdim etmədilər və yalandan yazdılar ki, kamera görüntüləri hər 2-3 aydan bir silinir. Kamera görüntüləri minimum 5 il saxlanılmalıdır. Yaxşı, əgər kamera görüntüləri silinibsə, bəs onun imzalamağı iddia olunan bank sənədinin əsli hanı? Nəyə görə “Muğan Bank” 2 həmin sənədin əslini məhkəməyə təqdim etməyib? Demək, kamera görüntülərini siliblər, həmin sənədin əsli də olmadığında bunu məhkəməyə açıq söyləyə bilmirlər. İş Nərimanov rayon məhkəməsində olandan bir il sonra “Muğan Bank” bağlandı. Ondan sonra Nərimanov rayon məhkəməsi bankın ləğvedicisi Əmanətlərin sığortalanması f onduna (ADİF) 6 ay ərzində davamlı olaraq yazaraq sənədin əslini tələb etməyə başladı və onları çox güman ki, cinayət işinin başlanması ilə qorxudandan sonra ADİF sənədin surətini bir müşayiət məktubu ilə yalandan sənədin əsli kimi məhkəməyə təqdim etdi, halbuki yenə də sənədin əsli yox idi. Təxminən 1 il ərzində Məhkəmə Ekspertiza Mərkəzi sənədin əsli olmadığına görə işi geri qaytarırdı, Nərimanov rayon məhkəməsi isə təzə məktub yazaraq işi ekspertiza mərkəzinə göndərdi. Axırda ADİF-in məktubunu əsas götürərək sənədin surətin sənədin əsli kimi məhkəmə ekspertiza mərkəzinə təqdim etdilər. Bundan sonra Məhkəmə Ekspertiza Mərkəzi rəy yazdı və ziddiyyətli iki fikir qeyd etdi. Bir fikrində yazır ki, bu imzanın ona məxsus olmasını müəyyən etmək olmur, digər fikirdə isə yazıb ki, bu imza guya on a məxsusdur. Bu rəy rədd edilməlidir. Hakim Xumar xanım və digər hakimlər isə bu rəyi əsas götürüb, necə deyərlər, onu yükləmək istəyirlər. O bu barədə vəsatət versə də, hakim Xumar xanım elə bil ki, məhkəmə iclasına sədrlik etmir, vəsatətə münasibət bildirmir, nə rədd edir, nə də təmin edir. Belə məhkəmə olarmı? Hakim Xumar xanım özünü hakim kimi yox, apellyasiya şikayətini verən tərəfin vəkili kimi aparır. Belə olmaz. Bakı Apellyasiya Məhkəməsi nə vaxtdan vəkillər bürosunun rolunu ifa etməyə başlayıb? Bu təzə qaydadır? Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yo xdur. Konstitusiya Məhkəməsinin S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə “Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspertin rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir.” X9 bilir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan qüvvəsi yoxdur. Amma hakimlər indidən ekspertiza rəyinə tutarlı sübut kimi yanaşır və ona deyir ki, sənədi siz imzalamısınız və pulu da siz götürmüsünüz. Əgər o götürmüşdürsə, hanı kamera görüntüləri, hansı sənədin originalı? Cavab yoxdur. Hələ o vaxt da Nərimanov rayon məhkəməsi rəyə bir sübu t kimi hüquqi qiymət vermədən, digər sübutlarla yanaşı qiymətləndirmədən, tədqiq etmədən, əsaslandırmadan rəyi sübut kimi qəbul etmiş və o əsasda dərhal qətnamə qəbul etmişdir. Nərimanov rayon məhkəməsinə rəyin rədd edilməsi barədə vəsatət versə də, vəsatəti təmin edilməmişdir. Bu rəy Nərimanov rayon məhkəməsinin davamlı təzyiqləri nəticəsində yazılmış rəydir. Çünki bu rəy olmadan Nərimanov rayon məhkəməsi qətnamə çıxarda bilmirdi. Eyni yanaşmanı hakimlər nümayiş etdirir. Buna görə də hesab edir ki, bu cür yazılmış rəy sənədlərin əsillərinə əsaslanmadığından, eləcə də mütəxəssis olmayan şəxs tərəfindən yazılması görüntüsünü yaratdığından və ya qərəzli yazıldığından, yəni onun imzası ilə bank çekinin surətinin arxa tərəfindəki imza arasındakı fərqlər dəqiq araşdırılmadığından və ekspert kim i lisenziya almış şəxs bir əsassız cümlə ilə imzanın ona məxsus olmasını iddia etdiyindən rədd edilməlidir. Hakim Xumar xanım Mərdanova və onun sağında və solunda oturan hakimlər tərəfdən hansı qətnamə qəbul etməsi indidən bilinir. Hər 3 hakim qərəzlidir. Xüsusən də Xumar xanım onu və nümayəndəni dinləmir, sözlərini kəsir, onlara qulaq asmaq istəmir, 100 faiz özlərini tərəf kimi aparırlar.

27. Cavabdehin anası İradə adlı şəxsi də məhkəmə kollegiyasının iclasında şahid qismində dindirmişdir. O ifadəsində göstərmişdir ki, evi almaq niyyəti ilə ora baxmış, bəyənmiş, evdə etibarnamə verilərkən iştirak etməmiş, yalnız notariat orqanında alqısatqı zamanı qızı ilə iştirak etmiş, satış pulunu banka ödəmiş və həmin pulu da bankdan Qlina şəxsən götürmüşdür. Şahid birbaşa evin sahibi ilə alqı-satqı m üqaviləsinin bağlamaq imkanı olduğu halda nəyə görə onunla notariat kontoruna getməməsinin səbəbi kimi Qlinada etibarnamə olmaqla səlahiyyətli olmasına arxayın olmasını göstərmişdir.

28. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən verilmiş 13 fevral 2025-ci il tarixli, 450 saylı rəyinə əsasən, İddiaçı Qlinc qızında hal-hazırda alsheymer xəstəliyi ilə əlaqədar demensiya (Psixi və davranış pozuntularının beynəlxalq tesnifatının 10-cu baxışında kodu F00.0) müəyyən edilir. Xəstəliyin nə vaxtdan başlanmasının dəqiq müəyyən edilməsi yoxlanılan şəxsin (İddiaçı) ünsiyyət saxladığı qohumu, qonşusu, rəfiqəsindən toplanmış məlumata istinadən müəyyən edilə bilər. Belə bir məlumatların iş materiallarında olmadığı üçün və hazırda aparılan müayinə zamanı uyğun şəxslərin iştirakı olmadığı üçün İ ddiaçı hazırda aşkar edilmiş xəstəliyin nə zaman başlanması barəsində qoyulmuş suala dəqiq cavab vermək mümkün olmur. Lakin qeyd edilməlidir ki, İddiaçı göstərilən xəstəlik (alsheymer xəstəliyi ilə əlaqədar demensiya) xx.xx.2022-ci il tarixdə etibarnamə verdiyi zaman artıq biruzə vermişdir. Buna görə də, İddiaçı xx.xx.2022ci il tarixdə etibarnamə verdiyi zaman öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarında olmamış və buna görə də, onun həmin dövrdə fəaliyyət qabiliyyətsiz hesab edilməsi üçün əsaslar vardır.

29. Apellyasiya baxışı zamanı eyni zamanda apellyasiya şikayətinin dəlillərinə obyektiv qiymət verilməsi üçün İddiaçı evində notariusun iştirakı ilə Cavabdeh1 1 il müddətinə (xx.xx.2023-cü il tarixədək) verdiyi xx.xx.2022-ci il tarixli AR-İİ №5208 63 nömrəli etibarnamədə, etibarnamənin məzmununun ona notarius tərəfindən izah edilməsinə dair rus dilində olan cümlənin “X7 kızı Tekst doverennosti notariusom mne razəsnen” özü və ya digər şəxs tərəfindən icra edilib-edilməməsini müəyyən etmək üçün məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/2026 nömrəli, 14 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü cildinin 130-cu vərəqində olan İddiaçı adından Cavabdeh1 adına verilmiş 05 aprel 2022-ci il tarixli AR-İİ seriyalı 520864 № li etibarnamədə "İmza:" qrafasındakı imza və “X7 kızı Tekst doverennosti notariusom mne razəsnen” əlyazmaları İddiaçı QLİNC qızı tərəfindən icra olunmuşdur.

31. Bakı Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(103)-355/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhramzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e2(005)52/2024 nömrəli qətnaməsi qismən-etibarsız hesab edilən əqd üzrə alınanların geri qaytarılmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh2 tərəfindən ödənilmiş 50.000 manat vəsait satıcı Cavabdeh1 onun xeyrinə tutulması qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, ilk iddiaçı da demensiya (ağıl zəifliyi) xəstəliyinin varlığı iş materiallarına əlavə edilmiş tibbi sənəd (xəstəxana rəyi) və ekspert rəyi ilə də təsdiq olunur. Ekspert rəyində bu xəstəliyin nə zaman yaranmasının bilinmədiyi, habelə xx.xx.2022-ci il tarixdə etibarnamə verilərkən ilk iddiaçının öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarında olub-olmadığının müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı da məhz həmin hala istinad edərək qeyd etmişdir ki, Məhkəmə Psixiatrix Ekspertizasının xx.xx.2022-ci il tarixli, 3469 saylı rəyi ilə iddiaçının Cavabdeh1 Abdullazyanovaya etibarnamə verən zaman anlaqlı olub-olmamasını sübut etmək mümkün deyildir.

33. Məhkəmənin “alqı-satqı müqaviləsinin hansı səbəbdən bilavasitə iddiaçının öz ü ilə bağlanmaması” sualına isə Cavabdeh1 cavab vermişdir ki, etibarnaməni iddiaçının üzərində qəyyumluğun rəsmiləşdirilməsi məqsədi ilə götürmüşdür. Notariat orqanına gedərkən yenə də qəyyumluğun rəsmiləşdirilməsini düşünmüşdür. Kollegiya Cavabdeh1 verdiyi izahatlara, ümumilikdə iddia ilə bağlı etirazına və apellyasiya məhkəməsindəki izahatlarına qiymət verərək tənqidi yanaşır və qeyd etməyi zəruri saymışdır ki, onun etiraz və izahatlarında göstərilənlər tam ziddiyyətli olmaqla, göstərdiklərində hadisələrin gedişatı rabitəli şəkildə əlaqəli olmamaqla real faktiki hadisələri təhrif olunmuş şəkildə təqdim edilir. Belə ki, apellyasiya məhkəməsində izahat verən Cavabdeh1 göstərmişdir ki, evə notariusu alıcının anası İradə dəvət etmişdir. Halbuki, kollegiyanın iclasında iştirak edən notariat o fisinin nümayəndəsi göstərmişdir ki, xatırlamadığı şəxs tərəfindən şifahi müraciət əsasında notarius evə dəvət edilsə də, təsdiq edir ki, notariatdan kənar əməliyyata görə dövlət rüsumu məhz Cavabdeh1 tərəfindən ödənilmişdir. Cavabdeh1 notariatdan kənar əməliyyata görə dövlət rüsumunu ödəməsini inkar etsə də, notariat ofisinin nümayəndəsinin təqdim etdiyi ödəmə qəbzi baxışdan keçirilərkən onun adının olmasını görsə belə yenə də Cavabdeh1 bu faktı təsdiq etməmişdir və xəbəri olmadığı halda adının qəbzə nəyə görə yazılmasının səbəblərini açıqlaya bilməmişdir. İşin bu halları kollegiya Cavabdeh1 qeyri-səmimi izahat verməsi qənaətinə gəlməsinə bir daha əsas verir. Digər cavabdehin nümayəndəsi-vəkili isə İradənin Cavabdeh2 anası olduğunu, lakin iddiaçının evinə gəlib-getməsindən məlumatsız oldu ğunu, birbaşa tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmaması səbəbini bilmədiyini demişdir. Hər bir halda cavabdehlərin hər ikisinin izahatlarında ziddiyyətli məqamların olduğu aşkar görünür.

34. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi etibarnamə əsasında mənzili satan Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (əri) Real Osmanovun izahatlarını, iddiaçının evdə etibarnamə verdiyi günün səhərisi notariat ofisində etibar edilən tərəfindən mənzilin satılmasını, mənzilin məhz iddiaçının evinə gedib-gələn İradə xanımın qızına satılmasını, xüsusilə də iddiaçının məhkəmə iclasında izahat verərkən psixi vəziyyətini, hadisələri tam dərk etməməsini, suallara aydın və anlaqlı cavablar verməməsini, iddiaçıda demensiya (ağıl zəifliyi) xəstəliyinin əlamətlərinin müşahidə olunmasını, etibarnamə verilməsi ilə həmin xəstəliyə dair diaqnozun qoyulması arasında az müddətin keçdiyini, onun hadisələri, məkan və insanları unutmasını, bu barədə proses iştirakçılarının (xüsusilə adına etibarnamə verilmiş Cavabdeh1) izahatlarını, etibarnamə verilərkən onun məzmununun ilk iddiaçıya izah edilməməsi barədə Cavabdeh1 etiraflarını və qeyd edilənlərlə bağlı məhkəmənin müşahidələrini nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamə ilk iddiaçının iradəsini əks etdirmədiyindən etibarsız hesab olunmalıdır.

35. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ilk iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ev şəraitində Cavabdeh1 adına verilmiş etibarnamənin etibarsız hesab edildiyindən, həmin etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini də əsaslı hesab etməklə, bununla bağlı əlavə araşdırma aparmağa zərurət yoxdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi etibarsız hesab edilən əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət olmaması barədə düzgün olmayan nəticəyə gəlməmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsi bağlanarkən ilk iddiaçını xx.xx.2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 təmsil etmişdir, habelə mənzilin dəyəri kimi müəyyənləşdirilmiş pul məbləğinin verilməsini təsdiq edən çekdəki imzanın da yenə ona aid olduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə olan halda birinci instansiya məhkəməsinin istinad etdiyiCavabdeh1 pu l məbləğinin faktiki olaraq verilmədiyini irəli sürməsi hazırda restitusiya məsələsinin həll edilməsinə mane deyil, çünki Cavabdeh1 həmin istinad etdiyi göstərilən hallara dair mötəbər dəlillər irəli sürməmişdir.

36. Məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh2 tərəfindən ödənilmiş 50.000 manat vəsait satıcı Cavabdeh1 onun xeyrinə tutulmalıdır.

37. Məhkəmə kollegiyası eyni zamanda “mübahisəli mənzilə dair Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi və İddiaçı adına yeni çıxarışın verilməsi” tələblərinin də əsaslı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində düzəlişə dair mübahisələrin həllində səbəbə bağlılıq prinsi pi nəzərə alınır. Bu prinsipə əsasən, reyestrdəki qeydiyyatın aparılmasının hüquq əsası (mülki hüquqi əqd və s.) etibarlı olduqda həmin qeyd də əsaslı sayılır. Başqa sözlə, qeydiyyatın əsaslılığı onun hüquqi səbəbinin keçərli olub-olmamasına bağlıdır. Hazırda isə reyestrdəki qeydiyyatın aparılmasının hüquq əsası xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.

38. Digər tərəfdən qarşılıqlı iddia tələbinin dəlilləri əsassız olmuşdur. Belə ki, mənzil etibarsız müqavilə əsasında əldə edilmişdir və həmin müqavilədən irəli gələrək mülkiyyətçinin hüquqlarının müdafiəsi ilə bağlı tələblər təmin edilə bilməz. Bu baxımdan eləcə də ilkin iddia təmin edildiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia tələbinin əsaslı olmadığı qənaətinə gəlmiş və bununl a bağlı düzgün olaraq prosessual qənaət prinsipi baxımından əlavə əsaslandırma aparılmasına lüzum görməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, iddiaçıda demensiya (ağıl zəifliyi) xəstəliyinin əlamətlərinin olması etibarnamə verilən zaman onun iradəsinin zədələməsi, daha doğrusu onun həqiqi iradəsini ortaya qoymasına mane olması mümkündür. Belə ki, yuxarıda qeyd edilənlərdən belə görünür ki, bu pozuntu onun öz hərəkətlərinin mənasını başa düşmək qabiliyyətini məhdudlaşdırır. Hansı ki, bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 346.1ci maddəsinə əsasən, mübahisəli əqdin etibarsızlığı üçün əsasdır.

39. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 342.2, 324.5, 337.1, 337.2, 337.3,339.1, 346.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 106.1, 206.1, 218.1, 218.3-cü maddələrinə, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. Cavabdeh1 (vəkil – Vəkil4) kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın və qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Validə xanım və onun vəkili qeyd etmişdir ki, guya Cavabdeh1 dələduzluq yolu ilə Validə xanımın etibarından sui-istifadə etmiş və etibarnamə əldə etmişdir. Bu mülahizə tamamilə əsassız və məntiqsizdir. Etibarnamə 26 saylı notariat ofisinin nümayəndəsinin iştirakı ilə verilmiş və etibar edən şəxs (Validə) tərəfindən etibar edilən şəxsə hansı səlahiyyətlərin verilməsi soruşulmuş və qeydlər aparılmışdır. Yəni Validə xanım etibarnamə ilə Qlina xanıma səlahiyyətlər verərkən ağlı yerində olmuşdur, əks halda notariat ofisinin nümayəndəsi bunu müəyyən edər və etibarnamə verməzdi. Yəni etibarnamə qanuni baxımdan verilmişdir. Qanuni baxımdan verilməmiş olsa belə, burada məsuliyyət daşıyacaq olan şəxs notariat ofisi olmalıdır.

42. Hakim tərəfindən qəbul edilən qə tnamə maddi hüquq normaları pozulmuş, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamış, bu hallar sübut olunmamış və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlməmiş, və əsaslandırılmamışdır. Məhkəmənin Cavabdeh1 barəsində çıxarılmış qətnamə elə bir rəyə əsaslanmışdır ki, həmin rəy sübut kimi qəbul edilə bilməz. Belə ki, cavabdeh tərəfindən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2024-cü il tarixli 3-16-16/24/167 nömrəli ekspertiza rəyinin rədd edilməsi barədə vəsatətlər verilmişdir. Çünki bu ekspertiza rəyi ilə Cavabdeh1 hüquqları tamamilə pozulmuşdur. Bu rəyin tamamilə saxta olması, əsassız olması, sənədlərin əsillərinə istinad edilmədən aparıldığı və rəyin qərəzli olaraq yalandan yazılması aç ıqaşkar görünür. Sözügedən 50 min manatın cavabdeh tərəfindən alındığını təsdiq edən bank sənədinin əsli yoxdur, çünki əzəldən də belə bir sənəd olmamışdır. Məhkəmənin qətnamə qəbul edərkən belə bir sübuta əsaslanması həmin qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır.

43. Apellyasiya məhkəməsinin ən böyük səhvi məhz sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş və məhkəmənin də istinad etdiyi rəydə ziddiyyətli iki fikir qeyd edilmişdir. Bir fikrində yazır ki, bu imzanın cavabdehə məxsus olmasını müəyyən etmək olmur, digər fikirdə isə yazıb ki, bu imza guya Cavabdeh1 məxsusdur. Bu rəy rədd edilməlidir. Bakı Apellyasiya Məhkəməsində isə bu rəyi əsas götürüb, cavabdeh barəsində əsassız qərar çıxarmışdır. Sözügedən rəyin əsassızlığına dair cavabdeh tərəfindən təqdim edilmiş vəsatətlərə isə məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir.

44. Cavabdeh2 (vəkil – Vəkil2) kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və və alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddianın əsassız hesab olunaraq tam ləğv edilməsi və qarşılıqlı iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə bir çox hallarda faktlara və sübutlara əsaslanmadan qəbul olunmuş, nəticədə qarşılıqlı iddia qaldırmış cavabdehin qanuni maraqları nəzərə alınmamışdır. Qeyd edilmişdir ki, Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi etibarnamənin veril məsi zamanı İddiaçı guya öz hərəkətlərinin mənasını başa düşmədiyi qənaətinə gəliblər. Halbukı, bu hal iş üzrə təqdim olunmuş heç bir sənəddə dəqiq və qəti şəkildə təsdiq olunmur. Məhkəmə-psixiatriya ekspertizasının rəyində göstərilir ki, həmin tarixdə onun hüquqi vəziyyəti barədə qəti fikir bildirmək mümkün deyildir. Belə halda, qeyri-müəyyənlik şəraitində şəxsin iradəsini etibarsız hesab etmək qanuni və hüquqi baxımdan əsaslandırılmamışdır.

46. Alqı-satqı müqaviləsi qanuni şəkildə, notarius iştirakı ilə təsdiqlənmiş, mənzil üçün ödəniş notarius depozit hesabına edilmiş və müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Bu halda-alıcının-yəni mülkiyyət hüququ əldə edən şəxsin-yaxşı niyyətli olmasıdır.

47. Məhkəmə baxışında “məhkəmə psixoloji ekspertizası” təy in olunmuş və ekspertizanın gəldiyi nəticə isə xəstəliyin nə zaman başlaması və hansı fəsadlara yol açdığı müəyyən olunmamışdır. Bundan əlavə olaraq qeyd edilmişdir ki, ekspert rəyində həm Cavabdeh1 həmdə iddiaçının vəkilə verdiyi etibarnamədə də İddiaçı həmin etibarnamənin mahiyyətini tam anlamamış və hansı hərəkətin baş verəcəyi ehtimalının mahiyyətini tam anlamamışdır.

48. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və cari iş üzrə İddiaçı tərəfindən alqı-satqı müqaviləsinin onun iradəsinə zidd və guya anlaqsız vəziyyətdə bağlandığı iddia olunmuş, lakin bu iddianı sübuta yetirəcək hər hansı konkret tibbi, hüquqi və ya maddi sübut təqdim edilməmişdir. Əksinə, ekspertiza rəyi açıq şəkildə həmin dövrdə şəxsin “anlaqsız olub-olmamasını mü əyyən etməyin mümkün olmadığını” bildirmişdir. Belə olduqda, qanunvericiliyin tələb etdiyi sübut etmə vəzifəsi tam şəkildə iddiaçının üzərinə düşdüyü halda, məhkəmə bu sübutların təqdim olunmadığını nəzərə almadan müqaviləni etibarsız hesab etmişdir. İşdə olan sübutlar əsasında işə tam baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutların təqdim olunmasını tərəflərdən tələb etməlidir. Mövcud sübutların yetərli olmadığı halda əlavə sübutların tələb olunmaması məhkəmənin işə birtərəfli və formal yanaşmasının göstəricisidir.

49. Həmçinin qeyd edilmişdir ki, İddiaçı alqı-satqı müqaviləsi imzalandıqdan sonra 3 dəfə ayrı-ayrı notariat kontorlarında olaraq 2 ədəd fərqli etibarnamə və 1 ədəd vasiyyətnamə tərtib edilərək imzalanmışdır. Bu barədə Bakı Apellyasiya məhkəməsində iddiaçının hər hansı bir notariat hərəkətinin aparılıb-aparılmaması barədə AR Ədliyyə Nazirliyi Notariat Baş İdarəsinə sorğu verilməsi barədə vəsətət təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etiraz

50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

51. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

52. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

53. Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

54. Maddə 324.5.İradə ifadəsinin təfs iri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

55. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

56. Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

57. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

58. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olma qla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

59. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

60. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlv erişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

61. Maddə 346.1.Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarı

62. Məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunun u və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıbbağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tə tbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı

63. Mülki Məcəllənin 346.1-ci maddəsi fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquql arı və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur....anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır....Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etiba rsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğu n əsaslandırılmalıdır.

69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

71. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yo xlanılmalıdır.

72. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillə rinə uyğun araşdırmalar aparılmış, o cümlədən məhkəməpsixatrik və xətşünaslıq ekspertizaları təyin edilərək rəylər alınmış, müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

77. Hazırkı işdə kassatorlar etibarnamənin və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin müəyyən olunmuş tələblərə uyğun rəsmləşdirilməsini göstərsələr də mötəbər və təkzibolunmaz sübutlarla bu dəlillər təkzib olunmuşdur.

78. Belə ki, ilk iddiaçıda demensiya (ağıl zəifliyi) xəstəliyinin varlığı iş materiallarına əlavə edilmiş tibbi sənəd (xəstəxana rəyi) və ekspert rəyi ilə də təsdiq olunur. Məhkəmələr iddiaçının dəlillərini, etibarnamə əsasında mənzili satan Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (əri) Real Osmanovun izahatlarını, iddiaçının evdə etibarnamə verdiyi günün səhərisi notariat ofisində etibar edilən tərəfindən mənzilin satılmasını, mənzilin məhz iddiaçının evinə gedib-gələn İradə xanımın qızına satılmasını, xüsusilə də iddiaçının məhkəmə iclasında izahat verərkən psixi vəziyyətini, hadisələri tam dərk etməməsini, suallara aydın və anlaqlı cavablar verməməsini, iddiaçıda demensiya (ağıl zəifliyi) xəstəliyinin əlamətlərinin müşahidə olunmasını, etibarnamə verilməsi ilə həmin xəstəliyə dair diaqnozun qoyulması arasında az müddətin keçdiyini, onun hadisələri, məkan və insanları unutmasını, bu barədə proses iştirakçılarının (xüsusilə adına etibarnamə verilmiş Cavabdeh1) izahatlarını, etibarnamə verilərkən onun məzmununun ilk iddi açıya izah edilməməsi barədə Cavabdeh1 etiraflarını və qeyd edilənlərlə bağlı məhkəmənin müşahidələrini nəzərə alaraq hesab etmişlər ki, xx.xx.2022ci il tarixdə verilmiş etibarnamə ilk iddiaçının iradəsini əks etdirmədiyindən etibarsızdır. Alğı-satqı müqaviləsi bağlanarkən ilk iddiaçını xx.xx.2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 təmsil etmişdir, habelə mənzilin dəyəri kimi müəyyənləşdirilmiş pul məbləğinin verilməsini təsdiq edən çekdəki imzanın da yenə ona aid olduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır

79. Qeyd edilməlidir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının, etirazla bağlı isə cavabdehin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

80. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçını n dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

81. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlil lərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

28. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2025-ci il tarixli, 2(103)355/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar