Məhkəmə qərarları › İş №2(102)-275/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-275/2023

23.01.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-275/2023 23.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi, əsl olmayan cavabdeh, iddia tələbinə cavab verməli olan şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 2(103)-5720/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 7 noyabr 2018-ci il tarixli AR-İ 631455 nömrəli etibarnaməyə əsasən İddiaçı (bundan sonra - iddiaçı) X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya № 1337467, qeydiyyat № **********, xx.xx.2018-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33.3 kv/m (0.2 ha torpaq sahəsi), bağ evinin iddiaçıya məxsus hissəsinə dair Azərbaycan Respublikasının bütün idarə, müəssisə və təşkilatlarında, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsində, Asan xidmət mərkəzində, notariat kontorunda, fiziki və hüquqi şəxslər qarşısında, istənilən bank orqanlarında və onların filiallarında və digər aidiyyəti orqanlarda iddiaçının nümayəndəsi olması, adından sənədləşmə işlərinin aparılmasını etibar etmişdir. Etibarnamə Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən rəsmiləşdirilmişdir. 2. 23 noyabr 2018-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1nin 0.06 ha hissəsini X2. Müqavilənin iddiaçının adından nümayəndə qismində 7 noyabr 2018-ci il tarixli etibarnaməyə əsasən X6 imzalamışdır.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-329/2021 nömrəli inzibati iş üzrə 6 aprel 2021ci il tarixli qərarı ilə X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı, X9, X8 və X6) torpağın alğı-satqısına dair üçüncü şəxslərlə iddiaçı arasında 23 noyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* №li müqavilə üzrə mülkiyyətinə keçən torpaq sahəsinin rəsmiləşdirilməsi və ona reyestrdən çıxarış verilməsi öhdəliyin cavabdehə həvalə edilməsi tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Sabunçu rayonu 19 saylı notariat kontoru tərəfindən rəsmiləşdirilmiş 23 noyabr 2018-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqavil əsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçıya məlum olmayan səbəbdən, sözügedən torpaq sahəsi 0.06 ha olmaqla X6 tərəfindən X1. İddiaçı tərəfindən 0,2 ha torpaq sahəsi verildiyi halda, 0.06 ha torpaq sahəsi saxta yolla rəsmiləşdirilmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-4656/2021 nömrəli iş üzrə 4 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Əşir Səmədov) iddia tələbi təmin edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia əsaslıdır və təmin edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.2, 354.1, 354.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. X7 apellyasiya şikayəti verərək mülki icraat üzrə üçüncü şəxs qismində cəlb edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə Şamama Həsənovanı müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb etməli olduğu halda cəlb etməmiş, bununla da onun hüquqlarını pozmuşdur.

11. Apellyasiya icraatında X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmışdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası) 2(103)-5720/2022 n ömrəli mülki iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Emin Mehdiyev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

13. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, müqavilənin ləğv edilməsi tələbi müqavilə tərəfinə irəli sürülməlidir. Hazırkı işdə tələb müqavilənin tərəfinə (alıcıya) qarşı deyil, müqaviləni təsdiq etmiş notariusa qarşı irəli sürülüb. Bu qayda Mülki Məcəllənin 421 və 423-cü maddələrindən irəli gəlir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi hüquq normasını pozmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (Vəkil) kassasiya şikayəti verə rək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 337-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi nəzərə alınmamışdır. Çünki, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən həmin müqavilə etibarsız hesab edilmişdir.

16. Məhkəmə tərəfindən "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 16.1-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 165-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kass asiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

18. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

19. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Prosessual Məcəllə

20. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

21. Ma ddə 51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.

22. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

23. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işd ə iştirak etməyə cəlb oluna bilərlər.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asıl ı olmayaraq yoxlanılmalıdır.

27. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həm in əsaslandırılma ilə razılaşır.

32. Məhkəmə gəldiyi nəticələri əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5720/2022 nömrəli mülki iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar