Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2751/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğluna qarşı ilk, Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh4 və Cavabdeh5 qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: əmlakın qaytarılması, vurulmuş zərərin əvəzinin ödənilməsi və maddi və mənəvi ziyanın ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının vəkili X1, Cavabdeh2 vəkili X6, Cavabdeh3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1840/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 27 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı Notariat Ofisinə İddiaçı Cavabdeh4 verdiyi etibarnamədə İddiaçı məxsus nəqliyyat vasitəsini və onun qoşqusunu başqa şəxsə satmaq, başqa şəxsin adına dövlət qeydiyyatına salmaq kimi səahiyyətləri olub-olmaması barədə məlumat verilməsi üçün sorğu göndərilmiş və notariat ofisi tərəfindən sorğuya verilmiş 21 aprel 2019-cu il tarixli, 319№-li cavab məktubundan görün ür ki, 11.10.2018-ci il tarixdə İddiaçı notariat kontoruna müraciət edərək etibar edilən Cavabdeh4 7E-20352 reyestr ilə etibarnamə rəsmiləşdirilmiş, etibarnamənin məzmunu etibar edənin sözlərinə uyğun olaraq hazırlanmışdır: - "mənim adımdan istənilən ölkələrdən istənilən markalı maşını almağı, yükü qəbul etməyi, sürücülük hüququ olduğu halda idarə etməyi, sürüb Azərbaycan Respublikasına gətirməyi, Gömrük orqanlarında nümayəmdəm olmağı, AR DYPİ və gömrük idarələrində qeydiyyata salmağı, məni təmsil etməyi, əvəzimdən imzalar etməyi, həmin nəqliyyat vasitəsinə qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı almağı, qeydiyyatdan çıxarmağı, adımdan ərizələr imzalamağı və bu tapşırığın yerinə yetrilməsi ilə əlaqədar bütün işləri görməyi etibar edirəm.”Etibarnamənin məzmununda etibar edənin adına gətirilmiş nəqliyyat vasitəsinin onun qoşqusunun üzərində sərəncam vermək, satmaq, başqa bir qaydada özgəninkiləşdirmək barədə ifadələr işlədilməmişdir. Bu ifadələr işlədilmədiyi üçün qeydiyyata salmaq, qeydiyyatda çıxartmaq sözləridə başqa şəxsə aid deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən Cavabdeh4 müraciətinə verilmiş 16 aprel 2019-cu il tarixli cavab məktubundan görünür ki, "Schmitz" markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobil 25.12.2018-ci il tarixdə yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə müvafiq qaydada gömrük vəsiqəsi əsasında “xxxx” MMC-nin 776786 nömrəli arayış-hesab ilə Cavabdeh2 adına dövlət qeydiyyatına alınaraq AD 420221 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeydiyyat hərəkətləri Bakı şəhəri “xxxx” MMC-nin Cavabdeh2 adına verilmiş 25.12.2018-ci il tarixli 776786 nömrəli arayış-hesab əsasında həyata keçirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı tərəfindən Bakı şəhəri 15 saylı notariat kontorunda təsdiq edilmiş AR-İ № 645807, reyestr 7E-20352 nömrəsi ilə 11.10.2021-ci il tarixədək qüvvədə olan 11.10.2018-ci il tarixdə Cavabdeh4 verilmiş mülki etibarnamə əsasında onun adından istənilən ölkələrdən istənilən avtomaşını almağı, yükü qəbul etməyi, sürücülük hüququ olduğu halda idarə etməyi, sürüb Azərbaycan Respublikasına gətirməyi, Gömrük orqanlarında nümayəndəm olmağı, AR DYPİ və gömrük idarələrində qeydiyyata salmağı, onu təmsil etməyi, əvəzindən imzalar etməyi, həmin nəqliyyat vasitəsinə qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı almağı, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, adından ərizələr imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün işləri görməyi etibar etmiş və bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 16 oktyabr 2018-ci il tarixli, 603428 №-li Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitəsi üçün vəsiqədən görünür ki, “DAF XF 105” markalı yük maşını Cavabdeh5 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 16 oktyabr 2018-ci il tarixli, 603427 №-li Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitəsi üçün vəsiqədən görünür ki, “Schmitz” markalı soyuducu tipli yarımyedək İddiaçı adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən verilmiş 12 aprel 201 9-cu il tarixli arayışdan görünür ki, “Schmitz” markalı, 99- ZD-387 dövlət qeydiyyat nişanlı yarımqoşqu və “DAF FTX 105.460T” markalı, ** SC *** dövlət nömrə nişanlı yük maşını Cavabdeh2 adına rəsmiləşdirilmişdir. “xxxx” MMC-nin 03 oktyabr 2019-cu il tarixli, MB-12/826 №-li qiymətləndirmə hesabatından görünür ki, 2003-cü il buraxılışlı, tam normal və işlək vəziyyətdə olan “Schmitz” markalı yarımqoşqunun (soyuducu tipli yarımyedək) 01 yanvar 2019-cu iltarixindən 01 oktyabr 2019-cu il tarixinədək olan müddətdə ölkə daxilində və xarici ölkələrə təyinatı (yük daşınması) üzrə istifadə etməklə orta aylıq gəlir məbləği 9,671.49 (doqquz min altı yüz yetmiş bir manat qırx doqquz qəpik) manat müəyyən edilmişdir. 2003cü il buraxılışlı, tam normal və işlək vəziyyətdə olan “Schmitz” markalı yarımqoşq unun (soyuducu tipli yarımyedək) 01 yanvar 2019-cu il tarixindən 01 oktyabr 2019-cu il tarixinədək olan müddətdə hər ay üzrə orta hesabla aylıq icarə haqqının məbləği 5,670 (beş min altı yüz yetmiş manat) manat təşkil edir. Həmin yarımqoşqudan təyinatı üzrə istifadə edilməklə ölkə daxilində və xarici ölkələrə təyinatı yük daşınması zamanı hər 1 (bir) kilometr üzrə daşınma xərcinin orta məbləği 0.66 AZN (altmış altı qəpik) müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 603427 nömrəli gömrük vəsiqəsi əsasında ona məxsus olan yarımqoşqunun (soyuducu tipli yarımyedək: Schmitz) Cavabdeh2 adı na dövlət qeydiyyatına alınması ilə əlaqədar bütün cavabdehlərin əməllərinin qanunsuz hesab edilməsi, həmin yarımqoşqunun Cavabdeh2 adına dövlət qeydiyyatının aparılmasının və daimi uçota alınmasının və “Schmitz” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı həmin yarımqoşquya dair Cavabdeh2 adına 25.12.2018-ci il tarixdə verilmiş AD420221 nömrəli nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsinin ləğv edilməsi, həmin yarımqoşqunun Cavabdeh2 adına alınmış dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması və yarımqoşqunun cavabdeh Şəhanə Novruz qızından alınaraq ona verilməsi, həmin yarımqoşqun Cavabdeh2 tərəfindən qanunsuz istifadəsi nəticəsində vurulmuş ziyanın əvəzinin həmin yarımqoşqunun əvvəlki vəziyyətə gətirilməsi üçün tələb olunan 5000 ma nat təmir xərci məbləğinin və 20000 manat məbləğində əldən çıxmış faydanın, cəmi 25000 manat məbləğində pulun birgə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını və həmin yarımqoşqunun Cavabdeh2 adına qanunsuz olaraq dövlət qeydiyyatına alınmasında təqsiri olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi haqqında xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək - 603427 nömrəli gömrük vəsiqəsi əsasında ona məxsus olan yarımqoşqunun (“soyuducu tipli yarımyedək - schmitz”) Cavabdeh2 adına dövlət qeydiyyatına alınması ilə əlaqədar bütün cavabdehlərin əməllərinin qanunsuz hesab edilməsi, həmin yarımqoşqunu n Cavabdeh2 adına dövlət qeydiyyatının aparılmasının və daimi uçota alınmasının və “Schmitz” markalı, “99ZD387” dövlət qeydiyyat nişanlı həmin yarımqoşquya dair Cavabdeh2 adına 25.12.2018-ci il tarixində verilmiş AD420221 nömrəli “nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi”nin və dövlət qeydiyyat nişanının verilməsinin ləğv edilməsi; həmin yarımqoşqunun Cavabdeh2 adına alınmış dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması, həmin yarımqoşqunun Cavabdeh2 alınaraq ona verilməsi (qaytarılması), həmin yarımqoşqunun Cavabdeh2 tərəfindən qanunsuz istifadəsi nəticəsində ona vurulmuş ziyanın əvəzininhəmin yarımqoşqunun əvvəlki vəziyyətinə gətirilməsi üçün tələb olunan 6520 manat təmir xərci məbləğinin və həmin əmlakı icarəyə verdiyi halda orta hesabla 51030 manat (9ayX5670 AZN =51030 m anat) məbləğində əldən çıxmış faydanın, cəmi 57550 (51030+6520=57550) manat məbləğində pulun birgə cavabdehlər-Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq ona verilməsi haqqında qətnamə çıxarılması və həmin yarımqoşqunun Cavabdeh2 adına qanunsuz olaraq dövlət qeydiyyatına alınmasında təqsiri olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi haqqında xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh4 onun mərhum həyat yoldaşının qohumudur. O, satmaq üçün Almaniya Fedarativ Respublikasından öz oğlu Cavabdeh5 adına “yəhərli dartıcı DAF XF 105” markalı nəqliyyat vasitəsi gətirmişdir. 25.12.2018-ci il tarixdə digər Cavabdeh3 özünə məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə ona zəng edərək həmin nəqliyyat vasitəsini ondan almaq istədiyini bildirmişdir. X7 qəsəbəsində görüşüb 38000 manata satmaq istədiyi həmin nəqliyyat vasitəsini 34000 manata satılması barədə Vüqarla razılığa gəlmişlər. Bununla bərabər Vüqar Əfqanın nəqliyyat vasitəsinin arxasında olan ona məxsus “Schmitz” markalı “Soyuducu tipli yarımyedək” yarımqoşqunu da almaq istədiyini Əfqana bildirmişdir. Əfqan Vüqara həmin yarımqoşqunun iddiaçıya məxsus oduğu üçün, iddiaçı ilə danışıb razılaşmalı olduğunu bildirmişdir. 25.12.2018-ci il tarixdə özünü Yasamal rayon X9 əməkdaşı kimi təqdim edən Cavabdeh3 ona məxsus olan yarımqoşqunu satın almaq istədiyini bildirmiş, o, da Vüqara həmin yarımqoşqunun satış qiymətinin 32000 manat olduğunu bildirmişdir. Vüqarla o, həmin yarımqoşqunun qiyməti barədə müəyyən müddət müzakirə apardıqdan sonra həmin yarımqoşqunun yek un olaraq satış qiymətinin 28000 manat olması barədə razılığa gəlmişlər. İddiaçı Vüqara həmin pulu ona bir dəfəyə tam olaraq ödəyəcəyi halda AR DİN DYP-nin İdarəsinə gələcəyini və orada rəsmiləşdirmə aparacağını bildirmişdir. Vüqar həmin yarımqoşqunun aqreqatını yoxlatdırmaq adı ilə ondan həmin yarımqoşqunun sənədlərini və yarımqoşqunu müvəqqəti olaraq ona verməyini xahiş etmişdir. O, da Vüqarın polis işçisi olduğunu nəzərə alıb tərəddüd etmədən həmin sənədləri və yarımqoşqunu yoxlatdırmaq üçün ona vermişdir. Bundan bir neçə gün keçəndən sonra oğlu X8 əlaqə saxlayaraq yarımqoşqunu alıb almayacağı ilə bağlı onun cavabını soruşduqda o, pul topladığını bildirərək ona biraz vaxt verilməsini xahiş etmişdir. O, yenə tərəddüd etmədən özünü polis işçisi kimi təqdim edən bu şəxsə inanaraq sənədləri n və yarımqoşqunun onda qalmasına etiraz etməmişdir. Lakin bu məsələ çox uzandığından o, yarımqoşqunu və ona dair sənədləri Vüqardan tələb etdikdə Vüqar ona “nə sənəd, nə yarımqoşqu” deyərək həmin yarımqoşqunu ondan xəbərsiz, onun iştirakı və razılığı olmadan qanunsuz yollarla öz bacısı Cavabdeh2 adınarəsmiləşdirərək həmin yarımqoşquya “** ZD ***” dövlət qeydiyyat nişanı aldığını bildirmişdir. Sonradan Əfqanın ona söylədiklərindən belə məlum olmuşdur ki, Vüqar Əfqanı aldadaraq onun Əfqana verdiyi 11.10.2018-ci il tarixli, reyestrdə 7E-20352 nömrəsi ilə qeyd edilib, informasiya sisteminə daxil edilən etibarnamədən (AR-İ № 645807) sui-istifadə edərək, yəni həmin etibarnamədə Əfqanın ona məxsus yarımqoşqunu başqa şəxsin adına qeydiyyata salmaq səlahiyyəti olmadığı halda həmin etibarnamə əsası nda ona məxsus olan yarımqoşqu Vüqarın bacısı Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Belə ki, Əfqanın ona söylədiklərinə əsasən, Vüqar Əfqanla əlaqə saxlayaraq onunla görüşüb özünün gətirdiyi Ramiz adlı sürücü vasitəsilə həm Əfqanın oğlu Cavabdeh5 məxsus nəqliyyat vasitəsini, həm də ona məxsus yarımqoşqunu maşına qoşaraq “Utep” deyilən qaraja kompüterdə yoxlatdırmaq üçün aparmışdır. Kompüterdə yoxlandıqdan və həm nəqliyyat vasitəsində, həm də yarımqoşquda heç bir problem olmadığı müəyyən edildikdən sonra Əfqan Vüqarla bərabər Lökbatan qəsəbəsinin ərazisində yerləşən dövlət qeydiyyat nişanı verilən yerə gedərək onun Əfqana verdiyi həmin etibarnamə əsasında qeyd edilən nəqliyyat vasitəsini və yarımqoşqunu Vüqarın bacısı Cavabdeh2 adına dövlət qeydiyyatından keçirmişlər və dövlət qeydiyyatı üzr ə uçota almışlar və Cavabdeh2 adına həmin nəqliyyat vasitəsinə və yarımqoşquya dair ayrı-ayrılıqda 25.12.2018-ci il tarixli, AD420221 nömrəli “nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” və 25.12.2018-ci il tarixli, AD420222 nömrəli “nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” verilmişdir. Bundan əlavə Cavabdeh4 ona müxtəlif vaxtlarda və müxtəlif məqsədlər üçün verdiyi etibarnamələrdən bu hal istisna olmaqla, heç vaxt onun mənafeyinə zidd olan hərəkətlərə yol verməmişdir. Belə ki, 11.10.2018-ci il tarixli, reyestrdə 7E-20352 nömrəsi ilə qeyd edilib, informasiya sisteminə daxil edilən etibarnamə (AR-İ №645807) üzrə etibar edən(lər) (cəmi 1 nəfər): İddiaçı tərəfindən etibar edilən(lər) (cəmi 1 nəfər): Cavabdeh4 verilən səlahiyyətlər: onun adından istənilən ölkələrdən is tənilən markalı avtomaşını almağı, yükü qəbul etməyi, sürücülük hüququ olduğu halda idarə etməyi, sürüb Azərbaycan Respublikasına gətirməyi, gömrük orqanlarında nümayəndə olmağı, AR DYPİ və gömrük idarələrində qeydiyyata salmağı, onu təmsil etməyi, əvəzindən imzalar etməyi, həmin nəqliyyat vasitəsinə qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı almağı, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, adından ərizələr imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün işləri görməyi etibar etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı Notariat Ofisinin xüsusi notariusu cənab A.K.Məmmədovun Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 1 ünvanlanmış 319 №-li, 21 aprel 2019-cu il tarixli cavab məktubunda deyilir: “Sizin, 08 aprel 2019-cu il tarixli, 282 saylı sorğunuza baxılmışdır. 11.10.2018-ci il tarixdə Əlİddiaçı notariat kontoruna müraciət edərək etibar edilən Cavabdeh4 7E20352 reyestr ilə etibarnamə rəsmiləşdirilmişdir. Etibarnamənin məzmunu etibar edənin sözlərinə uyğun olaraq hazırlanmışdır. “Mənim adımdan istənilən ölkələrdən istənilən markalı maşını almağı, yükü qəbul etməyi, sürücülük hüququ olduğu halda idarə etməyi, sürüb Azərbaycan Respublikasına gətirməyi, gömrük orqanlarında nümayəmdəm olmağı, AR DYPİ və gömrük idarələrində qeydiyyata salmağı, məni təmsil etməyi, əvəzimdən imzalar etməyi, həmin nəqliyyat vasitəsinə qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı almağı, qeydiyyatdan çıxarmağı, adımdan ərizələr imzalamağı və bu tapşırığın yerinə yetrilməsi ilə əlaqədar bütün işləri görməyi etibar edirəm.” Etibarnamədə mə zmununda etibar edənin adına gətirilmiş nəqliyyat vasitəsinin onun qoşqusunun üzərində sərəncam vermək, satmaq, başqa bir qaydada özgəninkiləşdirmək barədə ifadələr işlədilməmişdir. Bu ifadələr işlədilmədiyi üçün qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq sözləridə başqa şəxsə aid deyildir.” Göründüyü kimi, həmin etibarnamədə ona məxsus olan varımqoşqu barədə hər hansı məlumat verilməmiş və ona dair hər hansı bir səlahiyyət nəzərdə tutulmamışdır, həmin etibarnamədə yalnız avtomaşın (avtomobil) ilə bağlı olan səlahiyyətlər, özü də avtomaşının (avtomobilin) sürücülük hüququ olduğu halda idarə edilməsi, sürüb Azərbaycan Respublikasına gətirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən səlahiyyətlərin nəzərdə tutulduğu cümlədə yalnız avtomaşın nəzərdə tutulduğu üçün digər səlahiyyətlər də, yəni həmin nəqliyyat vasitəsinə (avtomaşına) dair qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı alınması, qeydiyyata salınması və qeydiyyatdan çıxarılması ilə bağlı səlahiyyətlər də yalnıznəqliyyat vasitəsi (avtomaşın) üçün, özü də bu səlahiyyətlərin yalnız onun adına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məlum olduğu kimi, yarımqoşqu nəqliyyat vasitəsi olmadan, ayrıca, yəni müstəqil surətdə sürülə (idarə edilə) bilməz. Bu da qeyd edilən səlahiyyətlərin yalnız avtomaşın ilə bağlı olduğunu bir daha təsdiq edir. O, cavabdehlərin qeyd edilən qanunsuz əməlləri ilə bağlı dəfələrlə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına şikayət etmiş və bu faktla bağlı polis orqanları tərəfindən araşdırılmalar aparılmışdır. Cavabdehlərin yuxarıda qeyd edilən qanunsuz əməlləri nəticəsində o, 25.12.2018-ci il tarixdən bu günədək mülkiyyətində olan əmlakdan-yarımqoşqudan mərhum olmuş və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin yarımqoşqudan ölkə daxilində və xarici ölkələrə təyinatı üzrə (yük daşıma) qanunsuz istifadə etməklə külli miqdarda qazanc əldə etmiş və hal-hazırda da qazanc əldə etməkdə davam edir. Onda olan məlumata əsasən, bu istifadə ona məxsus yarımqoşqunun dəyərinin azalmasına-korlanmasına, zədələnməsinə və onun hissələrinin (detallarının) aşınmasına, son nəticədə ona zərər vurulmasına səbəb olmuş və halhazırda həmin vəziyyət davam edir. Həmin soyuducu tipli yarımqoşqudan xaricə işləyən nəqliyyat vasitələrinə qoşulmaqla təyinatı üzrə istifadə edilərsə 1 ayda ən az 5000 manat məbləğində qazanc əldə etmək mümkündür. Beləliklə, o, qeyd edilən müddət ərzində mülkiyyətində olan əmla kdanyarımqoşqudan mərhum olunmağı nəticəsində Cavabdeh2 tərəfindən qanunsuz istifadəsi nəticəsində ona 57550 manat məbləğində ziyan dəymişdir. Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh4 və Cavabdeh5 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək cavabdehlərdən aldığı “DAF XF 105” yük maşınına və “Schmitz” markalı, “99ZD387 dövlət qeydiyyat nişanlı yarımqoşquya təmir üçün cavabdehlər tərəfindən götürülmüş öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş 12.700 manat maddi zərərin, 20.000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər İddiaçı, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsalandırmışdır ki, onun Səbail rayonunda olan fərdi yaşayış evi plana düşmüş və söküntü zamanı ona 90000 manat pul vəsaiti verilmişdir. O, tək övladları ilə yaşadığından qardaşları ilə məsləhətləşərək həmin pul vəsaiti ilə gəlir əldə edərək özünü və övladlarını dolandırmaq niyyətində olmuşdur. Həmin söhbət zamanı o, böyük qardaşı Cavabdeh3 ona yük maşını və digər maşınlardan alıb icarəyə verərək pul qazanmaq istədiyini bildirmiş və qardaşına bu barədə maraqlanmağı xahiş etmişdir. Qardaşı Vüqar 2018-ci ilin dekabr ayında ona zəng edərək Xocasən qəsəbəsində yerləşən dayanacaqda “Schmit” markalı qoşqusoyuducu və “DAF FTX 105 460T” yük maşını gördüyünü bildirmişdir. O, isə həmin maşınla əlaqədar sahibi ilə maraqlanmağını bildirmişdir. Cavabdeh3 isə həmin maşınla maraqlandığını və maşının yanında özünü sahibi kimi qələmə verən Cavabdeh4 ilə qiymətini 55.000 manat a razılaşdığını bildirmişdir. Daha sonra o, qardaşı Cavabdeh3 55.000 manat pul vermiş və digər qardaşı olan Ümid İmanovla birlikdə maşın almağa getmişlər. O, maşında dayanmış və qardaşları pulu götürüb maşını almağa getmişlər, bu zaman qardaşı Cavabdeh3 maşının dəyərinin 45.000 manatını əvvəlcədən vermişdir ki, 10.000 manatı sonra verməsini bildirmişdir. Cavabdeh olan Cavabdeh4 yarımqoşqunun tanışının olduğunu və satılması üçün etibarnamə verildiyini bildirmiş və həmin anda yarımqoşqunun sahibi olan cavabdeh İddiaçı ilə əlaqə saxlayıb razılaşmışlar. Dayanacaqda olan “Schmitz” markalı qoşqu-soyuducu “DAF FTX 105 460T” yük maşınını yoxlatdırmaq üçün yaxınlıqda olan “Utep” deyilən qaraja aparılmış və usta maşında nasazlıq olduğunu deyərək hansı hissələrin nasaz olduğunu dəqiqləşdirmək üçün bi r həftə lazım olduğunu bildirmişlər. Həmin danışıqlar zamanı Cavabdeh4 bu barədə bildirəndə o, digər cavabdehlə əlaqə saxlamış və maşını təmir etdirməsini, təmir zamanı nə xərc çıxarsa ödəyəcəyini söyləmişdir. Bir həftədən sonra usta zəng edərək qardaşı Cavabdeh3 “Schmitz” markalı qoşqu-soyuducu və “DAF FTX 105 460T” yük maşının hər iki hissəsinin təmiri üçün 12.700 manat tələb olunduğunudemişdir. Qardaşı dərhal onun yanında Cavabdeh4la əlaqə saxlamış və təmir üçün lazım olan məbləğin miqdarını bildirmişdir. Cavabdeh4 isə İddiaçı ilədanışıb əlaqə saxlayacağını bildirmiş və çox keçmədən yığaraq sahibi ilə danışdığını, maşını təmir etdirmələrini və həmin məbləği ödəyəcəklərini bildirmişdir. Qardaşı Cavabdeh3 maşını təmir etdirmiş və bunun üçün o, 12.700 manat ustalara pul vermişdir. Bundan s onra onun qardaşı dəfələrlə Cavabdeh4la təmir zamanı dəymiş ziyanın ödənilməsi ilə əlaqədar əlaqə saxlasa da, o, yayınaraq xaricdə olduğunu, gələn kimi ödəyəcəyini bildirmiş, lakin bugünə kimi həmin məbləğ ödənilməmişdir. Cavabdehlərin bu hərəkətləri və götürdükləri öhdəliklərini yerinə yetirmədikləri səbəbindən o, 12.700 manat məbləğində maddi zərərə düşmüşdür. Bundan başqa cavabdehlərin ondan əsassız şikayət verməsi, dəfələrlə stres altında polis idarəsinə çağrılmağı, onun təsirindən psixoloji vəziyyətə düşdüyünü nəzərə alaraq ona dəymiş mənəvi zərəri 20000 manat məbləğində dəyərləndirir və onun xeyrinə ödənilməsini xahiş edir. Cavabdeh2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh4 və Cavabdeh5 “DAF FTX 105.460T” yük maşının təmiri üçün tərəfindən götürülmüş öhdəliyinin yerinə yetirilməməsi nəticəsində dəymiş 5500 manat maddi zərərin, cavabdeh İddiaçı “Schmitz” markalı, “99ZD387 dövlət qeydiyyat nişanlı yarımqoşquya təmir üçün onun tərəfindən götürülmüş öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş 6700 manat maddi zərərin, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və İddiaçı Fləsən qızından müştərək qaydada 20.000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ü.Şükürova, iş №2 (009)-1914/2019) ilkin iddia qismən təmin edilmiş, 2003-cü il buraxılışlı, ağ rəngli, şassi №-si WSMS**********647 olan “Schmi tz” markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşquya dair Cavabdeh2 adına verilmiş 25.12.2018-ci il tarixli, AD420221 nömrəli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” ləğv edilsin və həmin yarımqoşqu Cavabdeh2 adından dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması, 2003-cü il buraxılışlı, ağ rəngli, şassi №-si WSMS**********647 olan “Schmitz” markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqu Cavabdeh2 alınaraq İddiaçı qaytarılması qət edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmişdir, Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh4 və Cavabdeh5 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi”tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Əkbərov X3 Federativ Respublikasından “DAF FTX 105.460T” yük maşını və “Schmitz” markalı qoşqusoyuducusu gətirmiş, gömrük orqanlarında “DAF FTX 105.460T” yük maşını Cavabdeh5 adına, “Schmit” markalı qoşqu-soyuducunu İddiaçı adına qeydiyyata alınmışdır. 2018-ci iin dekabr ayında Cavabdeh3 Cavabdeh4la əlaqə saxlyaraq “DAF FTX 105.460T” yük maşını və “Schmitz” markalı qoşqu-soyuducusunu almaq istədiyini bildirmişdir. Onlar “DAF FTX 105.460T” yük maşının 34000 manata, “Schmitz” markalı qoşqu-soyuducunun isə 28000 manata satılması barədə razılığa gəlmişlər. Bundan sonra Cavabdeh4 “DAF FTX 105.460T” yük maşınını və İddiaçı məxsus olan “Schmitz” markalı qoşqu-soyuducunu iddiaçının iradə ifadəsi olmadan İddiaçı ona verdiyi etibarnamədə başqa şəxsin adına qeydiyyata salmaq səlahiyyəti olmadığı halda həmin etibarnamə əsasında iddiaçıya məxsus olan yarımqoşqu Cavabdeh2 adına rəsm iləşdirilmişdir. Belə ki, iddiaçınınCavabdeh4 verdiyi həmin etibarnamə əsasında qeyd edilən nəqliyyat vasitəsini və yarımqoşqunu cavabdehı Cavabdeh2 adına dövlət qeydiyyatından keçirmişlər və dövlət qeydiyyatı üzrə uçota almışlar və Cavabdeh2 adına həmin nəqliyyat vasitəsinə və yarımqoşquya dair ayrı-ayrılıqda 25.12.2018-ci il tarixli, AD420221 nömrəli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” və 25.12.2018ci il tarixli, AD420222 nömrəli“Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” verilmişdir. İddiaçı yarımqoşquya görə pul almamış və cavabdehin yarımqoşquya görə ödənilməyən borcu olduğuna, İddiaçı ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmadan yarımqoşqu Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Həmin etibarnamədə iddiaçıya məxsus olan yarımqoşqu barədə hər h ansı məlumat verilməmiş və ona dair hər hansı bir səlahiyyət nəzərdə tutulmamışdır, həmin etibarnamədə yalnız avtomobil ilə bağlı olan səlahiyyətlər, özü də avtomaşının sürücülük hüququ olduğu halda idarə edilməsi, sürüb Azərbaycan Respublikasına gətirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən səlahiyyətlərin əks olunduğu cümlədə yalnız avtomaşın nəzərdə tutulduğu üçün digər səlahiyyətlər də, yəni həmin nəqliyyat vasitəsinə dair qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı alınması, qeydiyyata salınması və qeydiyyatdan çıxarılması ilə bağlı səlahiyyətlər də yalnız avtomaşın üçün, özü də bu səlahiyyətlərin yalnız iddiaçının adına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Əkbərov X3 Federativ Respublikasından “DAF FTX 105.460T” yük maşını və “Schmitz” markalı qoşqu-soyuducusu gətirmiş, gömrük o rqanlarında “DAF FTX 105.460T” yük maşını Cavabdeh5 adına, “Schmit” markalı qoşqu-soyuducunu İddiaçı adına qeydiyyata alınmışdır. 2018-ci iin dekabr ayında Cavabdeh3 Cavabdeh4la əlaqə saxlyaraq “DAF FTX 105.460T” yük maşını və “Schmitz” markalı qoşqu-soyuducusunu almaq istədiyini bildirmişdir. Onlar “DAF FTX 105.460T” yük maşının 34000 manata, “Schmitz” markalı qoşqu-soyuducunun isə 28000 manata satılması barədə razılığa gəlmişlər. Bundan sonra Cavabdeh4 “DAF FTX 105.460T” yük maşınını və İddiaçı məxsus olan “Schmitz” markalı qoşqu-soyuducunu iddiaçının iradə ifadəsi olmadan İddiaçı ona verdiyi etibarnamədə başqa şəxsin adına qeydiyyata salmaq səlahiyyəti olmadığı halda həmin etibarnamə əsasında iddiaçıya məxsus olan yarımqoşqu Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Belə ki, iddiaçının Cavab deh4 verdiyi həmin etibarnamə əsasında qeyd edilən nəqliyyat vasitəsini və yarımqoşqunu cavabdehı Cavabdeh2 adına dövlət qeydiyyatından keçirmişlər və dövlət qeydiyyatı üzrə uçota almışlar və Cavabdeh2 adına həmin nəqliyyat vasitəsinə və yarımqoşquya dair ayrı-ayrılıqda 25.12.2018-ci il tarixli, AD420221 nömrəli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” və 25.12.2018ci il tarixli, AD420222 nömrəli“ Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” verilmişdir. İddiaçı yarımqoşquya görə pul almamış və cavabdehin yarımqoşquya görə ödənilməyən borcu olduğuna, İddiaçı ilə Cavabdeh2 arasında alqısatqı müqaviləsi bağlanmadan yarımqoşqu Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Həmin etibarnamədə iddiaçıya məxsus olan yarımqoşqu barədə hər hansı məlumat verilməmiş və ona dair hər hansı bir səlahiyyət nəzərdə tutulmamışdır, həmin etibarnamədə yalnız avtomobil ilə bağlı olan səlahiyyətlər, özü də avtomaşının sürücülük hüququ olduğu halda idarə edilməsi, sürüb Azərbaycan Respublikasına gətirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən səlahiyyətlərin əks olunduğu cümlədə yalnız avtomaşın nəzərdə tutulduğu üçün digər səlahiyyətlər də, yəni həmin nəqliyyat vasitəsinə dair qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı alınması, qeydiyyata salınması və qeydiyyatdan çıxarılması ilə bağlı səlahiyyətlər də yalnız avtomaşın üçün, özü də bu səlahiyyətlərin yalnız iddiaçının adına həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddianın “yarımqoşqunun Cavabdeh2 tərəfindən qanunsuz istifadəsi nəticəsində ona vurulmuş ziyanın əvəzini (həmin yarımqoşqunun əvvəlki vəziyyətinə gətirilməsi üçün tələb olunan 6520 manat təmir xərci məbləğinin və həmin əmlakı icarəyə verdiyi halda orta hesabla 51030 manat (9ayX5670 AZN =51030 manat) məbləğində əldən çıxmış faydanın, cəmi 57550 manat (51030+6520=57550) məbləğində pulun) ödənilməsini cavabdehlərCavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq ona verilməsini tələb etsə də, ona dəymiş maddi ziyanı və əldən çıxmış faydanı təsdiq edəcək kifayət qədər mötəbər və ya tutarlı sübutları məhkəməyə təqdim etməmişdir. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbinin maddi zərərin və əldən çıxmış faydanın məbləği hissəsinə dair hər hansı sübutla əsaslandırmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı “Schmitz” markalı, “99ZD387 dövlət qeydiyyat nişanlı yarımqoşquya təmir üçün onun tərəfində n götürülmüş öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş 6700 manat, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 “DAF FTX 105.460T” yük maşının təmiri üçün tərəfindən götürülmüş öhdəliyinin yerinə yetirilməməsi nəticəsində dəymiş 5500 manat məbləğində maddi ziyan vurmasını məhkəmə iclasında sübut edə bilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh2 yük maşınının və yarımqoşqunun təmiri ilə bağlı çəkilmiş xərclərinin əvəzinin ödənilməsini, nəqliyyat vasitələrinin onun istifadəsində uzun müddət olmasına baxmayaraq cavabdehlərə qarşı tələb irəli sürməmiş, ilk iddia üzrə iddiaçı məhkəməyə müraciət etdikdən sonra qarşılıqlı iddia vermişdir. Bundan başqa, məhkəmə qarşılıqlı iddianı nəzərə keçirərkən aşkar etmişdir ki, iddianın əsaslandırıcı hissəsində Cavabdeh2 ona ümumilikdə 12700 manat ziya n dəydiyini göstərmiş, tələb hissəsində isə İddiaçı 6700 manat, Cavabdeh4 və Cavabdeh5 isə 5500 manat tələb etmiş, bu isə cəmi 12200 manat təşkil edir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Bakı şəh əri Səbail rayon Məhkəməsinin 14 oktyabr 2019-ci il tarixli qətnaməsinin ləğv edərək, yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2020-ci qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), M.Tağızadə və Ü.Mayılov, iş № 2(103)1840/2020) İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1914/2019 saylı 14 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- ilk iddia üzrə “vurulmuş ziyanın və əldən çıxmış faydanın tutulması” barədə tələblərin təmin olunmadığı və qarşılıqlı iddianın təmin edilmədiyi hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə iddiaçıya məxsus y arımqoşqu Cavabdeh2 adına qanunsuz olaraq rəsmiləşdirilmiş, Cavabdeh2 yarımqoşqunun İddiaçı məxsus olduğunu bildiyi halda həmin yarımqoşquya görə pulu ona deyil, qardaşı Vüqarın vasitəsilə iddiaçının qohumu Cavabdeh4 vermiş, iddiaçının Cavabdeh4 adına verdiyi etibarnamənin məzmununda səlahiyyətlərin yalnız avtomobillə bağlı olub, yarımqoşquya aid olmadığını bilsə də, bunun fərqinə varmamışdır, belə olan halda sonuncu vicdanlı alıcı olmadığı üçün onun təmir xərci ilə bağlı tələbləri də təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çə kdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. qarşılıqlı iddia üzrə iddiaçı yük maşını və yarımqoşquya tələb etdiyi məbləğdə təmir xərclərinin çəkilməsi ilə bağlı mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1840/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 (vəkil X12 oğlu) kassasiya şikayətini onunla əsaslandırm ışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1840/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili iddiaçının kassasiya şikayətinin dəlillərinə uyğyun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili cavabdehin kassasiya şikayətinin dəlillərinə uyğyun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştir ak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istina d edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahi blik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və yaçəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıra n halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqc adan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları dü zgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1840/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2751/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2751/2021
27.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver