Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2751/2025 21.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X, 1 saylı X1rşı mülki iş üzrə QƏRARİ Açar sözlər:əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-724/2025 nömrəli iş üzrə 13 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2013-cü il tarixdə X 0,81 ştat vahidi vəzifəsinə təyin edilmiş, 01 iyul – 03 iyul 2024-cü il tarixlərində üzrsüz səbəbdən işə gəlmədiyi, xəstəlik vərəqəsinin vaxtı bitməsinə baxmayaraq 22 iyul – 24 iyul 2024-cü il tarixlərdə işdə olmadığı əsas gətirilərək, bu barədə aktlar tərtib olunub Həmkarlar İttifaqı təşkilatına müraciət edilmədən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi təhsil X4-Tovuz regional Təhsil İdarəsi, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı X12 Bağçasının 25 iyul 2024-cü il tarixli, J(7) saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
2. Azərbaycan Təhsil İşçiləri X6 Ağstafa Rayon Komitəsi tərəfindən İddiaç ı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri ciddi şəkildə pozulmuş, işdən azad olunmasına razılıq verilməsi barədə həmkarlar təşkilatının razılığı alınmamışdır. Eyni zamanda İddiaçı məzuniyyətə çıxmaq barədə müraciətlərinə düzgün baxılmamış, Əmək Məcəlləsinin 110 və 113-cü maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunan qanun pozuntuları və İddiaçı barəsində verilmiş 25 iyul 2024-cü il tarixli əmrə və onun işə bərpa olunması barədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə məktub göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X (bundan so nra- cavabdeh) 25 iyul 2024-cü il tarixli, J(7) saylı əmrinin ləğv olunması, işə bərpa və işləmədiyi dövr üçün ona çatacaq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsində qeyd edilmişdir ki, xx.xx.2013-cü il tarixdən cavabdehdə 0.84 ştat vahidi tərbiyəçi vəzifəsində işlədiyi dövr ərzində əmək müqaviləsi üzrə əmək funksiyanı layiqincə yerinə yetirmiş, qrupunda olan uşaqların valideynləri tərəfindən heç vaxt barəsində şikayət olmayıb. Buna baxmayaraq bağçanın müdiri Cavabdeh tərəfindən ona və uşaq bağçasının digər işçilərinə öz çirkin və korrupsiya əməllərini davam etdirmək məqsədi ilə daim təzyiqlər göstərilmiş, hətta kollektivin gözü qarşısında onu təhqir etmişdir. Dəfələrlə Ağstafa rayon təhsil sektorunun rəhbərliyinə, Qazax -Tovuz regional təh sil idarəsinin rəhbərliyinə Cavabdeh qeyri-qanuni hərəkətləri barədə şikayət xarakterli müraciətlər etməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. Cavabdeh qeyri-qanuni hərəkətləri və bağçada törətdiyi korrupsiya faktları barədə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə rəsmi müraciət etmiş və hal-hazırda araşdırma davam etdirilir. 5 gün öncədən xx.xx.2024-cü il tarixdə növbəti əmək məzuniyyətinə buraxılması barədə poçt vasitəsi ilə rəsmi müraciət etməsinə baxmayaraq ərizəsi nəzərə alınmadan əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmaqla əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. İddiaçının müraciəti ə sasında Azərbaycan Təhsil İşçiləri X6 Ağstafa rayon Komitəsi tərəfindən uşaq bağçasında aparılan araşdırma nəticəsində cavabdeh tərəfindən həmkarlar komitəsinin rəsmi razılığı alınmadan və Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əməl olunmadan əmək müqaviləsinə xitam verilmişdir.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı hər ilin yay aylarında istirahətə getməyi adət etmişdir. Bundan başqa hər il yanvar ayında tərtib edilən ştat cədvəlinə əsasən hansı işçinin nə vaxt məzuniyyətə gedəcəyi barədə regional idarəyə məlumat verilir. Bir növ hər kəsin məzuniyyəti planlaşdırılırdı. Həmin planlaşdırmaya əsasən yanvar ayında kimin hansı ayda məzuniyyətə çıxacağı barədə işçilər öz aralarında iddiaçının öz yazısı ilə cədvəl tərtib etmişdilər. Bunu işçilə r öz aralarında püşk atma ilə tərtib etmişdilər. Həmin vaxt iddiaçının məzuniyyət vaxtı noyabr ayına düşdü. Buna əsasən də onlar yanvar ayında ştat cədvəli tutmuş və həmin cədvəli regional idarəyə göndərmişlər. Buna baxmayaraq yay ayları gələndə iddiaçı hökmlə məzuniyyətə gedəcəyini bildirmişdir. Həmin vaxt ona cədvələ əsasən noyabr ayında məzuniyyətə çıxacağı bildirilmişdir. Bundan başqa, iddiaçının 19 iyulda bülleteni bitdikdən sonra 22 iyulda işdə olmalı idi. Buna baxmayaraq o, işə çıxmamış və bu barədə də heç bir məlumat verməmişdir. Yalnız digər işçi yoldaşlarına işə gəlməyəciyini bildirmişdir. 2223 iyulda, ondan əvvəl də ayın 1-də iddiaçı heç bir icazəsi olmadan işdə olmamışdır. İddiaçının işə çıxması barədə ona rəsmi şəkildə bildiriş göndərmişdir. İddiaçı həmkarlar ittifaqının üzvü olsa onun işdən çıxarmamışdan əvvəl həmkarlar ittifaqı təşkilatına müraciət edilməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Ağstafa Rayon Məhkəməsinin 8 yanvar 2025-ci il tarixli, 2(015)-74/2025 saylı qətnaməsi ilə (hakim N.Abbasov) iddianın təmin edilərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 25 iyul 2024-cü il tarixli, J(7) saylı əmrinin ləğv olunması, iddiaçının cavabdehdə 0.81 ştat kiçik qrup tərbiyəçisi vəzifəsinə bərpa olunması və ona buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsinin təmin edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçının işdən azad olunması barədə əmrdə gös tərilən əsaslarla işdən azad edildiyi təqdirdə işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması mütləqdir. Lakin, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.
8. Cavabdeh məhkəmədə bildirmişdir ki, iddiaçının işdən çıxarılması üçün həmkarlar ittifaqına müraciət olunmuş və qərar verilmişdir, lakin səhvən sənədin üzərində Pedaqoji şuranın növbədənkənar iclası (protokol 1) kimi qeyd olunmuşdur. Məhkəmə həmin sənədi nəzərdən keçirərək hesab etmişdir ki, pedaqoji şuranın qərarı həmkarlar ittifaqını n qərarı hesab edilə bilməz. Cavabdehin həmkarların razılığı kimi təqdim etdiyi qərardan göründüyü kimi, qərarı imza edən şəxs həmkarlar ittifaqının adından qərar verməyə səlahiyyətli deyil. Həmkarlar ittifaqı öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir və qərar verir.
9. Əmək intizamını pozması haqqında iddiaçı xəbərdar edilməmiş, habelə əmək intizamını pozduğu üçün iddiaçıya yazılı izahat verməsi təklifi olunmamış və bu barədə ondan yazılı izahatı alınmamış, sonuncunun izahat verməkdən imtina etdiyi halda, bunu təsdiq edən sənədlər (akt, protokol və s.) təqdim olunmamış, ümumiyyətlə işəgötürən tərəfindən iddiaçının həmin əmrlərlə tanış edilməsini və işçi ilə əmək müqaviləsinə xitam verilməsi üçün müəssisədə fəaliyyət göstərən həmka rlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmamış və bu barədə sübut cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmamışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işdən azad olunması barədə əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla verilmiş, əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 19, 68, 69, 70, 73, 74, 75, 80, 110, 113, 187, 300-cü, “Həmkarlar ittifaqları haqqında” Qanunun 18-ci, habelə Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qət naməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, Əmək Məcəlləsi ilə üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirmədiyi üçün onun əmək müqaviləsinə əsaslı şəkildə xitam verilmişdir. Məhkəmə iclası zamanı məhkəmənin nəzərinə çatdırmışlar ki, 2024-cü ilin iyul ayının 1-3 tarixlərdə, iyul ayının 22-24 tarixlərində iddiaçı üzrsüz səbəbdən işə gəlməmişdir və gəlməməsinin səbəblərinin üzrlü olub olmaması barədə heç bir məlumat verməmişdir. İddiaçıya yazılı xəbərdarlıq olunmuş və rəsmi qaydada poçt vasitəsilə onun ünvanına göndərilmiş və işə gəlməyi dəvət olunsa da, iddiaçı işə yenə gəlməmiş və ümumiyyətlə izahat verməkdən də, birbaşa imtina etmişdir. Bundan başqa, məhkəm ə qətnaməsində qeyd etmişdir ki, iddiaçıya tənbeh verici hərəkətlər belə edilməmişdir. Həmin töhmət və şiddətli töhmət əmrləri iş materiallarına əlavə olunmuşdur. 2024-cü ilin müvafiq aylarında ona töhmət və şiddətli töhmətlərdə verilmişdir. Bundan sonra işə gəlməyi üçün ona rəsmi poçt vasitəsi ilə xəbərdarlıq məktubu da göndərmişdir. Amma yenə də, nəticəsi olmamışdır. Hətta məhkəmə iclasında iddiaçı ona rəsmi poçt vasitəsilə göndərdiyi məktubu oxuyaraq, məhkəməyə təqdim etmişdir və sənəd iş materiallarına əlavə olunmuşdur. Bundan başqa, iddiaçının işə gəlməməsi və üzrlü və ya üzrsüz səbəb göstərmədiyi üçün işəgötürəni saymadığı halda o, Vurğun 1 saylı X12 bağçasının daxili həmkarına təqdimat vermiş və onunda razılığı və qərarı əsasında 25 iyul 2024-cü il tarixdə iddiaçını Azərbaycan Respu blikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması barədə əmr verilmişdir. İntizam tənbehi verilən əmrlər; xx.xx.2024-cü il tarixli 6 saylı əmrlə töhmət və xx.xx.2024cü il tarixli 7 saylı əmrlə şiddətli töhmət verilmişdir. Həmin əmrdən çıxarışın sürətləri iş materiallarına əlavə edilmişdir. Bundan sonra isə iddiaçı müxtəlif sosial şəbəkələrdə onun əleyhinə qanunsuz piyarlar keçirməyə davam etmiş və onun işgüzar nüfuzuna xələl gətirmək istəmişdir. Hazırda iddiaçıya və digərlərinə qarşı şərəf və ləyaqətə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mülki işə hazırda baxılır. O, işəgötürən olaraq iddiaçının işdən azad olunub-olunmaması barədə məsələni müzakirə olunması üçün daxili həmkara vermiş və iddiaçı da, müzakirədə iştirakı üçün çağırılsa belə, yenə də iş tirak etməkdən heç bir səbəb göstərmədən imtina etmişdir. Məhkəmə öz qətnaməsində iddiaçının deməsinə görə Ağstafa rayon Təhsil şöbəsinin həmkarı Qoşqar Yaqubovun rəyi olmadan işdən azad oluna bilməzdi kimi, ifadəsini qeyd etsə də, bu belə deyildir, çünki bütün körpələr evinin öz daxili həmkarları vardır və müzakirə ancaq daxili həmkarlarda aparılır. Bu kimi sənədlər təqdim olunsa da, məhkəmə yenə də, təhrif edici qeydlər apararaq, düzgün olmayan qətnamə çıxarmışdır. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv qiymət vermək əvəzinə bütün təqdim edilmiş sənədləri təhrif etməklə qanunvericiliyin norma və prinsiplərini kobud şəkildə pozmuşdur. Bu kimi halların və təqdim edilmiş sənədlərin təqdim edilməməsi kimi göstərilən təhrif olunan halların baş verməsi həmin qətnamənin birbaşa ləğvi üçün əsasdır. Çünki, iddiaçıya işəgötürən və həmkar tərəfindən kifayət qədər məktublar və çağırışlar edilmiş hətta iş yoldaşları vasitəsilə onun işə dəvət olunaraq, işə gəlməməsinin səbəblərinin araşdırlması üçün tədbirlər görülsə də, işçi tərəfindən hərəkətsizlik nümayiş etdirilmiş və sonunda da müvafiq sənədləşmələr əsasında sözü gedən əmr verilmişdir. İddiaçı işəgötürən olaraq işdən azad etməkdə haqlıdır, onunla heç bir şəxsi ədavəti və qərəzi olmamışdır. İşçinin yekəxanalıq etməsi, işəgötürəni işçilər arasında saymaması uşaqlara yaxşı baxmaması və uşağın valideyninə telefonla zəng edərək, gəlib uşağını təmizləməsi (hansı ki, o iş körpələr evinin daxilində olan məsələdir) Əmək Məcəlləsinin ziddinə birbaşa öz qanunsuz şəxsi hərəkətlərini etməsi və bundan da, özündən razı olması birbaşa müəssi sə daxili qaydaları tapdalaması və onun barəsində olan kifayət qədər sənədləşmələr ona əsas vermişdir ki, işçi işdən azad olunmalıdır. Cavabdeh işəgötürən olmağına baxmayaraq həmişə işçilərlə rəhbər kimi, yox mehriban münasibətlərdə olmuş, onların daima diqqət və qayğıları ilə maraqlanmış, o cümlədən eyni münasibəti iddiaçıyada göstərmişdir, hətta ona işə gəlməyi üçün birbaşa yalvarsada, bu birbaşa qanunvericiliyə zidd hərəkətdir, səhərisi günü rəhbərlik ona hansısa intizam tədbiri görərdi, amma iddiaçı bunu görməzdən gələrək sanki, onun özünə problem yaratmaq fikrində olmuşdur. Onun bu ziddiyətli və gizli planlarını sonradan onunla birlikdə işləyən iş yoldaşları da, qeyd etmişlər. İddiaçı tərəfindən edilən bu kimi neqativ hallar və işində yol verdiyi nöqsanlar onun işdən azad olunması üçü n rəvac vermişdir. Amma yenə də, sonunda işəgötürən olaraq və həmkar tərəfindən edilən xəbardarlıqlarada məhəl qoymayan iddiaçı öz ambisialarına əsas gətirə bilmədiyi halda müəssisənin daxili intizam qaydalarını heçə sayaraq, qanun pozuntusu edərək, bir neçə günləri işə gəlməmiş və düzgün etdiyini bildirmişdir. Rəhbərliyin tabeliyində olan işçi ona işəgötürən tərəfindən tapşırılan heç bir işi görmür və imtina edir. Bu kimi hallar hansısa işəgötürənin başına gələndə sözsüz həmkarlar təşkilatına müraciət etmədən belə həmin işçinin əmək müqaviləsinə xitam verir. Cavabdeh isə ona nə qədər zamanda müraciətlər, xahişlər, yalvarışlar və həmkarın çağırışları olmasına baxmayaraq, iddiaçının hərəkətsizlik göstərərək bu pozuntuları etməkdən çəkinməməsi və tam əksinə düz etdiyini bildirməsi ilə nəticə lənmişdir. Cavabdeh bu barədə Ağstafa rayon Təhsil sektoruna və X9 Təhsil İdarəsinə rəsmi qaydada müraciətlərdə etmişdir. Belə bir işçi ilə özüdə körpələr evində uşaqlara tərbiyə və tədris verilən yerdə işləmək necə mümkün ola bilər, orada səs küyün olması neqativ danışıqların cavabdehin ünvanına qarşı söyüşlərin edilməsi, halında uşaqların psixologiyasına təsir edən halların baş verməsi, qəbul olunmaz haldır. Hər şeydən əvvəl körpələr evində işləyən müəllim və tərbiyəçilərdən uşaqlar istər psixoloji, istərsə də, mənəvi dəyərlər öyrənirlər, amma hər gün dava-dalaş və mənfi emosiyaların baş verməsi onlarında psixologiyalarında mənəvi travmalara yol açır. Sonradan isə bu cəmiyyətdə özünü həmin fərdlərdə göstərir.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 may 2025-ci il tarixli, 2(104)-724/2025 saylı qətnaməsi ilə (hakimlər M.Mustafayev (sədrlik edən, məruzəçi), F.Mehtiyev və R.Muradov) apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Ağstafa Rayon Məhkəməsinin 8 yanvar 2025-ci il tarixli, 2(015)-74/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəf qeyd etmişdir ki, iddiaçı cavabdeh barəsində müxtəlif tarixli aktlar tərtib edilmişdir. Onlar içərisində “səni burda oturmağa qoymayacağam”, “ay eşşək” sözləri ilə təhqir etməsi, öhdəliyində olan uşaqları qrup otağında qoyaraq bağçanı özbaşına tərk etməsi, müxtəli tarixlərdə işdə olmaması, xx.xx.2024-cü ildə işə gecikməsi və digərləri olmuşdur. Lakin qeyd edilən aktlarla bağlı işçinin izah atı alınmamışdır. İddiaçı həmin aktlarla bağlı izahat verməkdən imtina etməsi ilə bağlı da, sübutlar təqdim edilməmişdir. İşəgötürən İddiaçı ilə əmək müqaviləsinə xitam verərkən, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozmuşdur. Belə ki, həm iş materialları və şahid ifadələri, həm də, kollegiyanın iclasında tədqiq olunmuş materiallardan müəyyən olunur ki, iddiaçının işdən çıxarılması əsası kimi, onun üzərinə düşən əmək funksiyalarını düzgün yerinə yetirməməsi və işində ciddi nöqsanlar buraxmasına istinad olunmuşdur. Lakin, əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçının işdən azad olunması barədə əmrdə göstərilən əsaslarla işdən azad edildiyi təqdirdə işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəs sisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması mütləqdir.
16. Lakin cavabdeh tərəfindən bu qaydalara riayət edilməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.
17. Cavabdeh tərəfindən iddiaçının əmək intizamını pozması haqqında xəbərdar edilməsi, habelə əmək intizamını pozduğu üçün yazılı izahat verməsi təklifi olunması və bu barədə ondan yazılı izahatı alınması, sonuncunun izahat verməkdən imtina etdiyi halda, bunu təsdiq edən sənədlər təqdim olunmamış, ümumiyyətlə işəgötürən tərəfindən iddiaçının həmin əmrlərlə tanış edilməsini və işçi ilə əmək müqaviləsinə xitam verilməsi üçün müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdehin əmək intizamı ilə bağlı təqdim etdiyi dəlillər hazırki mübahisəyə məhkəmə qaydasında baxılan zaman o, halda tədqiq oluna bilər ki, işdən çıxarılma barədə əmr verilərkən prosedur qaydalarına riayət edilmiş olsun. Həmkarlar ittifaqının əsaslandırılmış yazılı qərarının alınmaması ciddi pozuntu olduğu üçün digər məsələlər əhəmiyyətli hesab edilə bilməz.
18. İşəgötürən ilk növbədə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalı, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işçini işdən azad edərkən isə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almaqla, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermə li, əmək qanunvericiliyinin tələblərinə əməl etməli idi. Lakin Birinci instansiya məhkəməsində Pedaqoji Şuranın növbədənkənar iclasının 1 saylı protokolundan görünür ki, həmin iclasda 4 nəfər iştirak etməklə iddiaçının işə vaxtında gəlməməsi, əmək intizamını pozması, 01, 02, 03, 22, 23, 24, 25 iyul tarixlərdə işdə olmadığı müzakirə olunmuş və iddiaçının işdən çıxarılmasına etirazın olmadığı qənaətinə gəlinmişdir. Məhkəmə iclasında cavabdeh həmin pedaqoji şuranın iclasının məhz həmkarlar ittifaqı təşkilatının iclası olduğunu sadəcə protokolda iclasının adını yazarkən səhvən pedaqoji şuranın iclası kimi qeyd edildiyni göstərmişdir.
19. Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən 24 iyul 2025-ci il tarixli Həmkarlar iclasının 20 saylı protokolunu məhkəməyə təqdim etmişdir. Birinci instansi ya məhkəməsində təqdim edilmiş Pedaqoji Şuranın növbədənkənar iclasının 1 saylı protokolu kimi qeyd edilmiş birinci protokolda iddiaçının işdən azad edilməsi barədə işəgötürən tərəfindən göndərilmiş məktuba baxılması qeyd edilsə də, cavabdehin 24 iyul 2025-ci il tarixli Həmkarlar iclasının 20 saylı protokolunda isə cavabdeh tərəfindən göndərilmiş məktub və təqdimatlara baxılması qeyd edilmişdir. Təqdim edilmiş birinci instansiya məhkəməsində Pedaqoji Şuranın növbədənkənar iclasının 1 saylı protokolu kimi qeyd edilmiş birinci protokolda iddiaçının işə vaxtında gəlməməsi, əmək intizamını pozması, 01, 02, 03, 22, 23, 24, 25 iyul tarixlərdə işdə olmadığı müzakirə olunsada, cavabdehin 24 iyul 2025-ci il tarixli Həmkarlar iclasının 20 saylı protokolunda isə işə vaxtında gəlməməsi, əmək intizamın ı pozması, 01, 02, 03, 22, 23, 24 iyul tarixlərdə işdə olmadığı müzakirə edilmişdir. Digər tərəfdən işəgötürənin 25 iyul 2024-cü il tarixli, 7(7) saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən dəvət olunmuş şahid qismində iştirak edən X5 ifadəsində göstərmişdir ki, o, cavabdehdə Həmkarlar İttifaqının sədridir. İddiaçının işdən çıxarılması ilə bağlı həmkarların iclası 24 iyul 2024-cü il tarixdə keçirilmişdir. İclas xx.xx.2024-cü il tarixdə keçirilsə də, birinci instansiya məhkəməsində təqdim edilmiş Pedaqoji Şuranın növbədənkənar iclasının 1 saylı protokolunda 01, 02, 03, 22, 23, 24, 25 iyul tarixlərdə işdə olmadığı müzakirə olunduğu qeyd edilib, halbuki xx.xx.2024-cü il tarixdə i ddiaçının xx.xx.2024-cü il tarixdə işə gəlməyəcəyini iclas iştirakçıları bilə bilməzdi, cavabdehin Həmkarlar iclasının 20 saylı protokolunun 24 iyul 2025-ci il tarixdə tərtib edilməsi göstərilmişdir. Göründüyü kimi təqdim edilmiş protokollar özü-özlüyündə ziddiyyətli olmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən dəvət olunmuş şahid qismində iştirak edən və həmkarlar ittifaqının xx.xx.2024-cü il tarixli iclasında katib kimi iştirak edən X2 ifadəsində iclas olan vaxt məzuniyyətdə olduğunu, iclasda iştirak etmədiyini, işə qayıdanda heç kəsin olmadığını, protokola yəqin ki, məzuniyyətdən qayıtdıqdan sonra imza etdiyinin bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçının işdən azad edilməsi barədə cavabdehin Həmkarlar iclasının keçi rilməsi barədə protokolu formal tərtib edilmiş, həmkarlar iclasının keçirilməsi barədə iddiaçı lazımi qaydada məlumatlandırılmamış və iddiaçının iştirakı təmin edilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması ilə bağlı qanunun tələblərinin pozulması ilə bağlı gəldiyi nəticə razılaşır və apellyasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir.
20. Məhkəmə kollegiyası cavabdehin iddiaçının əmək intizamını pozması dəlilləri ilə qismən razılaşsa da, qeyd etmişdir ki, işəgötürən tərəfindən əmək intizamının təmin edilməsi və işçinin, konkret halda iddiaçının işdən azad edilməsi ilə bağlı qanunvericil iyin tələbləri pozulduğu üçün həmin dəlili də, əsaslı hesab etmir. Çünki Əmək Məcəllənin 80ci maddəsinin 1-ci bəndi həmin Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə yalnız müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilə bilməsini nəzərdə tutmuşdur.
21. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 25 iyul 2024-cü il tarixli, J(7) saylı əmrinin ləğv olunması ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, işəgötürənin 25 iyul 2024-cü il tarixli əmrinin nömrəsi 7(7)-dir və məhkəmə kolle giyası qətnamədə həmin əmrin sayının J(7) kimi qeyd edilməsini texniki yanlışlıq kimi qiymətləndirmişdir.
22. İddia ərizəsindən göründüyü kimi iddiaçı, işəgötürənin 25 iyul 2024-cü il tarixli, 7(7) saylı əmrini mübahisələndirsə də, iddia ərizəsində cavabdeh kimi Cavabdeh qeyd etmişdir. Lakin, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia ərizəsinin məzmununda iddia tələbi işəgötürənin 25 iyul 2024-cü il tarixli, 7(7) saylı əmrini ləğvinə yönəldiyindən və Cavabdeh isə 1 saylı körpələr evi-uşaq bağçasının müdiri və nümayəndəsi olduğundan iddia tələbinə hazırkı formatda baxılması mümkün hesab edilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1, 80.2, 84.1, 186.1, 186.2, 186.3, 187.1, 300.1-ci, habelə Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 81, 88, 217.3, 384.0.1 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işə üzrsüz səbəbdən gəlməməsini gizlətmək məqsədilə əmək qabiliyyətinin olmamasına dair saxta vərəqə təqdim etmişdir. Qeyd edilənlər iddiaçının öz əmək funksiyasını yerinə yetriməməsini sübut edir ki, bu da onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılma sı üçün əsasdır. Belə ki, Cavabdeh iddiaçının işə üzrsüz olaraq gəlmədiyini gizlətmək məqsədilə Əmək qabiliyyətinin olmasına dair saxta 0325683, ******* saylı sənədləri məhkəməyə təqdim etmişdir ki, həmin vərəqələrdən eyni nömrəlisi yəni ******* nömrəli vərəqə eyni zamanda X3 da verilmişdir. İddiaçının adına olan vərəqənin üzərində düzəliş aparıldığı açıq-aydın görünür. Qeyd olunan hala məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Bununla da faktiki olaraq iddiaçının məsuliyyətdən yayınmasına şərait yaradılmışdır. Məhkəmə işə baxarkən saxta sənədə hüquqi qiymət verməmiş, həmin sənədin saxta olması barədə xüsusi qərardad çıxararaq araşdırılması üçün qərardadı prokurorluğa göndərməmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması tə şkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə
35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır
30. Maddə
35. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
31. Maddə 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
32. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş ha llarda isə digər məsuliyyətə cəlb edilirlər.
33. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
34. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakt erini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
35. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
36. Maddə 80, 1-ci bənd bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
37. Maddə 80, 2-ci bənd həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1- ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
38. Maddə 300, 1-ci bənd əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll ed ən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də, nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
48. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
49. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iş materialları, şahid ifadələri, habelə işə əlavə edilmiş digər sübutlarla müəyyən olunur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi, onun üzərinə düşən əmək funksiyalarını düzgün yerinə yetirməməsi və işində ciddi nöqsanlar buraxmasına istinad olunmuşdur. Lakin, əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçının işdən azad olunması barədə əmrdə göstərilən əsaslarla işdən azad edildiyi təqdirdə işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması mütləqdir. Cavabdeh tərəfindən bu qaydalara riayət edilməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının al ınması barədə sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.
50. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayraq qeyd etmişdir ki, iddiaçının əmək intizamını pozması haqqında xəbərdar edilməsi, habelə əmək intizamını pozduğu üçün ona yazılı izahat verməsinin təklifi olunması, bu barədə ondan yazılı izahatın alınması, onun izahat verməkdən imtina etməsi, ümumiyyətlə işəgötürən tərəfindən iddiaçının həmin əmrlərlə tanış edilməsi və işçi ilə əmək müqaviləsinə xitam verilməsi üçün müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılığın alınması barədə sübutlar məhkəməyə təqdim olunmamışdır.
51. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işəgötürən ilk növ bədə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verərkən həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılıq almasını təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi, işdə isə belə sübutlar yoxdur.
52. Cavabdeh, apellyasiya icraatı zamanı Pedaqoji Şuranın 24 iyul 2025-ci il tarixli növbədənkənar iclasının 20 saylı protokol-qərarını həmkarlar təşkilatının razılığı kimi təqdim etsə də apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, həmin protokol-qərarda iddiaçının işə vaxtında gəlməməsi, əmək intizamını pozması, 01, 02, 03, 22, 23, 24, 25 iyul tarixlərdə işdə olmaması qeyd olunsa da, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəl ləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
53. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən protokol-qərar özü-özlüyündə ziddiyyətli olmuşdur və həmin protokol-qərarda katib kimi iştirak edən X2 ifadəsində qeyd etmişdir ki, sözügedən iclas vaxt məzuniyyətdə olmuşdur, iclasda iştirak etməmişdir və protokol-qərarı yəqin ki, məzuniyyətdən qayıtdıqdan sonra imzalamışdır.
54. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının işdən azad edilməsi barədə cavabdehin Həmkarlar iclasının keçirilməsi barədə protokol-qərarı formal tərtib edilmiş, həmkarlar iclasının keçirilməsi barədə iddiaçı lazımi qaydada məlumatlandırılmamış və iddiaçının iştirakı təmin edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 80-c ı maddəsinin 1-ci bəndində göstərilir ki, həmin Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə yalnız müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilə bilər.
55. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh X X12 X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 may 2025-ci il tarixli, 2(104)-724/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.