Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2752/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki işə dair QƏRARİ (Açar sözlər: alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız olunması, çıxarışın ləğv edilməsi, tikintinin sökülməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-327/2024 nömrəli, 03 aprel 2024-cü il t arixli qətnaməsindən Cavabdeh1 (Vəkil4) tərəfindən verilmiş kassasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı və X3 arasında bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 141 saylı, ümumi sahəsi 154,4 kv.m. olan qeyri-yaşayış binasını X3 tərəfindən İddiaçı 350.000 manata satılmış, həmin əmlak xx.xx.2019-ci il tarixdən İddiaçı adına mülkiyyət hüququ ilə dövlət reyestrində rəsmi qeydiyyata alınmışdır.
2. Notariat qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən, Borc verən İddiaçı borc alan X7 490.000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc vermiş, borc alan borcu xx.xx.2022-ci il tarixinədək bir il müddətində qaytarmağı öhdəsinə götürmüşdür.
3. Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixində etibar edən (mülkiyyətçi) İddiaçı, etibar edilən Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən xx.xx.2019- cu il tarixində verilmiş Çıxarışa əsasən istifadədə olan 0,01664 ha torpaq sahəsində yerləşən Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ünvanında yerləşən 141 saylı ümumi sahəsi 154,4 kv.m. olan qeyri-yaşayış binasını idarə etməyi və onun üzərində istənilən sərəncam verməyi və s. səlahiyyətləri barədə 04 mart 2023-cü il tar ixli AR-İİ seriyalı, 846715 saylı etibarnamə vermişdir. Etibarnamə xx.xx.2032-ci il tarixədək qüvvədə olmaqla 10 il müddətinə verilmişdir. Etibarnamə üzrə səlahiyyətlərin başqa səxsə verilə bilməsi qeyd olunmuşdur. Etibarnamə imza hissədə “İddiaçı” tərəfindən imzalanmış, etibarnamədə “Oxudum, izah olundu” qeydi aparılmışdır.
4. İddiaçı və Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ünvanında yerləşən 141 saylı ümumi sahəsi 154,4 kv.m. olan qeyri-yaşayış binasını İddiaçı tərəfindən Cavabdeh2 70.000 manata satılmışdır. Həmin müqavilə satıcı kimi İddiaçı əvəzinə etibarnamə əsasında nümayəndəsi kimi Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmin məbləğində pul "xxxx" ASC-nin 9 saylı filialına ödənilmişdir. Mübahisəli əmlak Cavabdeh2 adına xüsusi mülkiyyət kimi xx.xx.2023- ci il tarixində dövlət reyestrində rəsmi qeydə alınmışdır.
5. Cavabdeh2 digər Cavabdeh1 oğlunun gəlinidir.
6. Cavabdeh2 xx.xx.2022-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən, özünə məxsus Bakı şəhəri Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti ünvanında istifadədə olan 0,081420 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 771,5 kv.m. olan qeyri-yaşayış binasını 926.038,13 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat (birinci iş üzrə):
7. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 qeyri-yaşayış binası ilə bağlı iddiaçının adından Cavabdeh1 gəlini Cavabdeh2 ilə bağladığı xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alğısatqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında ünvan 2 qeyriyaşayış binası üzərində Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair reyestrdən verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlərin ünvan 2 ünvanda apardıqları qanunsuz tikintinin (plan-ölçüdə göstərilməyən otaqların) cavabdehlərin hesabına sökülməsi, həmçinin cavabdehlərin qanunsuz olaraq sökdükləri şəlalənin onların hesabına bərpa olunması, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdehlǝr Cavabdeh1 və Cavabdeh2 ünvan 2 qeyr i-yaşayış binasından və binanın yerləşdiyi torpaq sahəsindən çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1la uzun müddət bundan əvvəl vəkil İkram Abdullayev vasitəsilə tanış olmuş, onu qardaş kimi qəbul etmiş, fasilələrlə olsa da münasibətləri davam etmişdir. İddiaçı həmin sahəni icarəyə vermək istədiyini bildirmiş, Cavabdeh1 normal icarəçi tapmağı xahiş etmiş, həm də obyektin yerləşdiyi və icarədə olan torpaq sahəsini özəlləşdirmək istəmişdir. İlk dəfə Cavabdeh1 onun arayıb axtarmış, telefon danışıqları zamanı iddiaçıya bildirmişdir ki, həmin qeyriyaşayış binasını normal adama icarəyə verə bilər, buna görə işi ona həvalə etməsini, sahənin idarəçiliyini ona verməsini xahiş etmiş, iddiaçı da ona inanmışdır. Bund an sonra Cavabdeh1 iddiaçıya onun heç bir idarə, müəssisə və təşkilata getməməsi, bütün işləri görməsi üçün ona etibarnamə verməsinin vacibliyini bildirib, ona görə də iddiaçı cavabdehin təkidli xahişi ilə xx.xx.2022-ci il tarixdə ona etibarnamə vermək məqsədi ilə Bakı şəhəri 40 saylı notariat ofisinə gəlmişdir. Cavabdeh1 ondan qabaq notariat ofisində etibarnamənin mətnini yazdırmışdır. Həmin vaxt iddiaçı eynəyini götürməmiş, eyni zamanda cavabdeh onu tələsdirmişdir. Ona görə də iddiaçı etibarnaməni oxuya bilməmişdir. Sonradan aydın olmuşdur ki, Cavabdeh1 etibarnaməyə sərəncam vermək səlahiyyətini də əlavə etmişdir. Onun niyyəti iddiaçıya məxsus yaşayış sahəsini ələ keçirmək olmuşdur. İddiaçı onun obyektin qarşısındakı torpaq sahəsini özəlləşdirəcəyi vədinə inanaraq elə orada obyektin bütü n sənədlərinin əslini paket halında ona vermişdir. Lakin cavabdeh 3 gün sonra xx.xx.2022-ci il tarixdə etibarnamədə olan sərəncam vermək səlahiyyətindən sui-istifadə edərək, iddiaçıya xəbər vermədən qeyri-yaşayış binasını gəlini - Cavabdeh2 adına 70.000 manata alğı-satqı etmişdir. Həmin alğı-satqı müqaviləsi etibarsızdır. Belə ki, etibarnamə 10 il müddətinə, əsasən əmlakın idarə edilməsi, idarə, müəssisə və təşkilatlarda təmsilçiliklə bağlı verilmişdir. Əgər iddiaçı binanı satırdısa, nə 10 il müddətinə etibarnamə, nə də təmsilçilik hüququ verməzdi. Bundan başqa, əgər iddiaçı obyekti gəlininə satırdısa, etibarnamə üçün notariusa gəlirsə, o, 3 gün sonra yenə notariusa gəlib özü alğı-satqı edə bilərdi. Qeyri-yaşayış binasının dəyəri hazırda 700.000 manat təşkil edir, bu qədər dəyəri olan qeyr i-yaşayış binasını heç kim dəyərindən 10 dəfə aşağı (70.000 manata) satmaz. Cavabdeh iddiaçını aldatmış, etibarnamədə sərəncam səlahiyyəti yazdırmaqla onun obyektini ələ keçirmək niyyəti güdmüşdür. İddiaçı bu səlahiyyətdən sui-istifadə etmişdir. Belə səlahiyyəti olsa da, heç bir nümayəndə özbaşına həmin səlahiyyətdən istifadə edə bilməz. Həmin səlahiyyətdən öz ailəsi xeyrinə istifadə edə bilməz. Cavabdehlər birləşərək iddiaçıya qarşı cinayət törətmişlər. Onlar 700.000 manat dəyərində olan əmlakı və əmlaka olan hüququ ələ keçirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişlər. Onlar barəsində xüsusi qərar çıxarılmalıdır. Həmçinin ilkin müqavilə etibarsızdır, onun əsasında verilən çıxa rış da etibarsız hesab edilməlidir. 2019-cu il tarixində iddiaçı obyekti 350.000 manata almışdır. Həm qiymətə görə, həm etibarnamədən sui-istifadəyə görə bağlanmış müqavilə ləğv olunmalıdır.
9. Cavabdeh1 iddiaya qarşı etiraz edərək bildirmişdir ki, İddiaçı ilə çoxdan tanışdır, münasibətləri çox yaxşı olmuşdur, amma sonra Səriyyəni uzun müddət görməmiş, daha sonra bir gün kafedə Malik adlı bir tanışı ilə qarşılaşıb, onunla söhbət edərkən həmin kafenin pis vəziyyətdə olduğunu demiş, Malik isə kafenin keçmiş hakim xanımın – İddiaçı olduğunu bildirmişdir. O, da Səriyyəni tanımış, ona zəng edərək, obyektinin pis gündə olduğunu demişdir. Səriyyə isə ona “mənə arenda verən yoxdur, ala bilmirəm” demişdir. Belə olanda iddiaçıya kömək etmiş, icarə haqlarını alıb vermişdir. X9 adlı birinə 700.000 pul vermiş, iddiaçı ona yalvararaq o, pulu alıb ona verməsini xahiş etmiş, o, da alıb vermişdir. Bu hazırkı məsələ isə 2022-ci ilin oktyabr ayında olmuşdur. Hamsını çağırmış, “pulu mənə verəcəksiniz” demişdir. Əgər sonradan iddiaçının belə edəcəyini bilsə, bunu etməzdi. Amma ona kömək etmişdir. Bir gün iddiaçı ona “gəl, obyekti sənə verim” demiş, ondan obyektə görə nə qədər pul istədiyini soruşduqda iddiaçı 500.000 manat demişdir. Daha sonra iddiaçı “adam tap, pulu faizlə ona verim, qorxuram evə aparmağa, 2% verərəm hər ay 10 min götürərəm” demişdir, borc verilən Vahidi özü tapmışdır, iddiaçı onunla 1 illik müqavilə bağlamışdır, öz oğlu Mehman və Mehdi evdən həmin o kafenin pulunu – 500.000 manatı gətirmişlər, daha sonra notariusa getmişlər. Notariusu iddiaçının rəfiqəsi idi, notariusu iddi açı məsləhət bilmişdir. Orada kredit müqaviləsi bağlamışlar. Saat 6-nın yarısı olduğu üçün başqa əməliyyatlara vaxt olmamışdır. Ona “eybi yox, biz birbirimizi tanıyırıq, sən mənə qardaş deyirsən” demiş, Səriyyə isə ona “sabah, ya da birisi gün gəlib etibarnamə verərəm sənə” dedikdə bunun səbəbini soruşmuş, daha sonra 500.000 manat yox, 490.000 manat məbləğdə pulun kreditə salınmasını, əgər məbləğ 500.000 manat olarsa, deklarasiyaya düşəcəyini bildirmişdir. Deklarasiya məsələsini bu zaman öyrənmişdir. 1 ay sonra yanvarın 22-də zəng edərək, kredit müqaviləsi üzrə Vahid Rzayevin 10.000 manat göndərdiyini demiş, Səriyyə isə “iddia qaldırmışam, istəmirəm” demişdir. Mürsəl də kafedə işləyir, Mürsəl 500.000 manatın faizini Səriyyəyə aparmış, amma Səriyyə onu götürməmiş, iddia yazmışdır. Mürsələ “ pul da mənimdir, kafe də mənimdir, müqaviləni ləğv etdirib kafeni alacam” demişdir. 500.000 manat pulu 22-si notariusa aparmışlar. Mehdi, özü, oğlu, Hüseyn müəllim, xanımı notariusa aparmışlar. Pullar qara kulokda idi. Həmin puldan Səriyyə xanım 10.000 manat götürüb saymış, balaca boz rəngdə pul qabıya qoymuş, onu da çantasının içinə atmışdır. Səriyyə xanım həmin etibarnaməni oxuyub, orada qeydi də var ki, “etibarnamə mənə izah olundu”, o, etibarnaməni imzalamışdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı ona 500.000 manat 2-3 günlük pul lazım olduğunu bildirmiş, o, da ona onda o qədər pul olmadığını, amma gəlinigildən götürə biləcəyini demişdir. Onlardan alaraq Səriyyə xanıma vermişdir. Pulu kafenin həyətində vermişdir. Bu zaman yanında ofisiant da var idi. Hətta maşın çağıraraq onu evinə y ola salmışdır. 2-3 gündən sonra pulu soruşmuş, ona pulu tez qaytaracağını dediyini, amma hələ də qaytarmadığını demiş, iddiaçı isə qaytara bilməyəcəyini bildirmiş, ona görə kafeni əvəzləşdirməyi təklif etmişdir. İddiaçıya pulun özünün olmadığını, bu barədə oğlu və gəlinindən soruşacağını demişdir. Onlar da Dərnəgüldə bir obyektlərini satmışdılar və yeni obyekt almaq istəyirdilər. Həmin yeri onlara təklif etmişdir. Kafeyə gəlmiş, özü, oğlu, gəlini, Mürsəl və Səriyyə razılaşmışlar. Bu zaman Səriyyə “etibarnamə verəcəm sənə özün gedib hamısını həll edərsən” demişdir, ona “etibarnamə vermə, özün gəl iştirak elə” demişdir. Səriyyə isə “mənim pulum yoxdur vergi ödəyim, sən götür boynuna” demiş, o, da gəlinindən 70.000 manat alaraq obyekti onun adına keçirtmişdir. Notariusda pulu gəlini qoymuş, ö zü çıxartmışdır. O, puldan da Səriyyə xanıma heç nə verməmişdir. Çünki verməli deyildir, bütün vergiləri, dövlət rüsumunu aldığı puldan özü ödəmişdir. Həmin pul da demək olar ki, hamısı xərclərə çıxmışdır. Kafenin məsələsindən sonra da iddiaçı yenə ondan 650.000-700.000 manat pul istəmiş, başqa obyekti olduğunu, “Vətən” kinoteatrının yanında 4 otaqlı evini təmir edərək satacağını demişdir. Bu vaxt artıq kafe pul əvəzinə onlara verilmişdi. 500.000 manatı nə qədər müddətə verməsini deməmiş, tez qaytaracağını demişdir. Həmin vaxt aralarında yaxşı münasibət olmuşdur. Təxmini bir neçə gün ötdükdən sonra “pulu verə bilmirəm” demişdir. Vahid Rzayevə verilən 500.000 manat yəqinki eyni puldur. Bəlkə də pulu dəyişib, həmin pul deyildir. 700.000 manat pul almamışdır. Həmin pulu təxminən 2 aydan əvvəl - öz pulları veriləndən sonra başqasından iddiaçıya qaytartmışdır. Səriyyə xanıma üzbəüz kafenin həyətində verdiyi pul başqa puldur. Onla da bağlı mübahisə yaranacaq, yanında bir ofisiant var idi, onun obyektin alınması üçün nəzərdə tutulan pulu isə notariusda Səriyyə xanıma vermişdir. Pulun əvəzində obyekti adına keçirtməsini Səriyyə xanım özü demişdir. Həmin gün - alğı-satqı zamanı notariusda Səriyyəyə zəng eləmiş, lakin o, gəlməmiş, “ödəniləsi pulum yoxdur” demişdir. 70.000 manatı kassaya gəlini ödəmiş, özü çıxartmışdır. Əmlakı gəlini almışdır. Onların pulu var idi və obyekt almaq istəyirdilər. Təsadüfdən də həmin obyekt düşdü və aldılar. İddiaçının torpağın özəlləşdirməsi məqsədi ilə etibarnamə verməsi, onun işini aparması barədə dəlilləri isə yalandır. Belə ki, özü təsərrüfatla məşğu l olur, müəssisə rəhbəridir, iddiaçı kimi 1.000 işçisi vardır. Yaşı da 70-dir, bu işlərlə məşğul olacaq yaşda və mövqedə deyildir.
10. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddiaya qarşı etiraz edərək bildirmişdir ki, mübahisəli obyekt 70.000 manata yox, 570.000 manata alınmışdır. Başqa bir obyekt 26 noyabrda 926.000 manata satılmış və həmin vəsaitdən qayınataya pul verilmişdir. Ülviyyə alğı-satqı olarkən Səriyyə və Vahid arasındakı münasibəti bilə bilməzdi. Qayınataya dekabr ayında 500.000 manat verilib, sonra da 70.000 manat verilib, obyekt 570.000 manata alınmışdır. Obyektin qiyməti də elə o qədərdir. Həmçinin obyektə kifayət qədər – 100.000 manatdan çox xərc də qoyulub, müqavilə bağlanarkən hər hansı pozuntuya yol verilməmişdir. Etibarnamə verərkən iddiaçı bunu düşünməli idi. Cavabd eh niyyəti biləbilməzdi. Alğı-satqı zamanı da heç bir problem yaranmamışdır. Əgər yaransa idi notariusda alğı-satqı olmazdı. İddiaçının cavabdeh Ülviyyəyə aid hissədə əsası yoxdur. İddia əsassızdır və təmin oluna bilməz. Orada hansı tikinti işləri aparılması barədə məlumatı yoxdur. Dekabrda 500.000 manat borc verilmişdir. Pul alğı-satqıdan əvvəl verilmişdir. Obyekt etibarnamə əsasında İddiaçı alınıb, qiymət söhbəti olmayıb. Cavabdeh Səriyyəni tanımamışdır və tanımalı da deyildi, obyekt Ülviyyənin evinin yanıdır.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Vahidi, Ülviyyəni, Səriyyəni tanıyır, onların aralarında obyekt barəsində söhbət getmişdir. Səriyyə ilə Vahidin arasında çox gözəl münasibət olmuşdur. Səriyyə xanım özü Vahidə “qardaş” deyirdi. Səriyyə xanımın özünü isə məhkəmədən tanıyır. Vahid Səriyyə xanımın ona borcu olduğunu, əgər obyekti alarsa, burada qalıb işləyə biləcəyini demişdir. Səriyyə xanımın Vahidə borcu olduğunu bilir. O, obyekti satmaq istəyirdi. Hətta almaq üçün 2-3 nəfər də gətirmişdir. Dəyərinə görə 350.000-360.000 manatdan söhbət getmişdir. 500.000 manat söhbətindən sonra iddiaçının Vahidə borclu olduğunu bilmişdir. Ayın 1-də Səriyyə ilə danışmış, o, “Vahiddən 1 milyon pul alacam, obyektdəki təmiri də sökdürəcəm” demişdir. Özü keçən yaydan indiyə qədər orada işləmişdir. Sonuncu dəfə Səriyyə xanıma nə qədər kirayə haqqı verdiyini dəqiq xatırlamır. Yayda fərqli, qışda fərqli icarə haqqı vermişdir. Qışda kirayə haqqı az olur. Vahidin Səriyyə xanıma borc pul verməsini görməmiş, amma eşitmişdir. Pul onun yanında verilməm iş, Vahidə borcu olduğunu İlhamdan da, Səriyyədən də eşitmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Vahidi, Ülviyyəni və Səriyyəni tanıyır, qohum kimidirlər, Vahidin oğlu ilə dostdurlar. Kafedə təmirləri noyabrdan özləri aparmışlar və rəhbərliyi özü etmişdir. Bilir ki, kafeni Vahidə təklif edib. Səriyyə “etibarnamə verirəm, keçirt kimin istəyirsən onun adına” demişdir. Belə ki, onun Vahidə milyona yaxın borcu olduğunu bilir. Borcu ödəyə bilmədiyindən Vahidə “pulu qaytara bilmirəm, kafeni keçirim adına” demişdir. Borcun olduğunu təmirdən əvvəl eşitmişdir. Səriyyə xanım təmirdən əvvəl də, təmirdən sonra da gəlmişdir. Hazırda orada təmir gedir, özü emusya və lak işi görür. Səriyyə və Vahid söhbət edərkən çay gətirmişdir. O, gələndə onlar susmuşlar. Sonra onu çağırmışlar, o, da yanlarına getmiş, heç nə eşitməmişdir. Amma həmin vaxtı orada olmuş, Səriyyə gəlmiş, qoluna girərək, içəri gətirmiş, onların zalda danışdıqlarını eşitmişdir. Pul veriləndə görməmiş, onun yanında verilməmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Şəhla xanımın notariusu 5 mərtəbəli binanın altında - zirzəmidə yerləşir. Özü də orada işləyir. O, "xxxx"ın işçisi olmuş, hal-hazırda bank bağlanmışdır. Tərəflər arasında alğı-satqı olmuş, bankdan 490.000 manat ödəniş olması ilə bağlı məlumat gəlmişdir. Bu məsələ bu il olmuşdur. Amma dəqiq vaxtı yadında deyil, tərəfləri tanımır. Vahidi 40 saylı notariusda – pul verilən zaman görmüşdür. Onun oğlundan 490.000 almışdır. Gətirilən pul kulokda olmuş, onu sayıb götürmüşdür. Qəbz ya dında deyil, müqavilə 490.000 manatlıq idi. Bir yaşlı qadın gəlmişdir. Pulun sahibinin kim olduğunu bilmirlər, pulu qəbul edirlər təsdiqliyib qəbz verirlər.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Vahidi tanıyır, 25 ildir dostdurlar, ailəsini də tanıyır. Səriyyəni burada tanımışdır. Notariusa ayın 22-də onun maşını ilə getmişlər. Səriyyəni ilk dəfə orada görmüşdür. Ayın 22-si 500.000 manat pulu Mehdi ilə Mehman gətirmişdir. Onlar əllərində kulokla gəlmişlər. Bilmişdir ki həmin kulokda olan puldur, notariusa gəlməyin alğı-satqı ilə bağlı olduğunu bilmişdir. Səriyyə pul gətirməmiş, gedəndə də pul görməmişdir. İçəridə olmamış, çöldə gözləmişdir. Borc verilən Vahid Rzayevdir, onu da tanıyır, onun böyük imkanı var idi. O, xərçəng idi, əməliyyat etmişlər. O, demişdir ki, “Səriyyədən 500 min götürmüşəm, faizini verəcəm, pulu Vahidə verəcəm, Səriyyədən almamışam”, Ülviyyənin 1 milyona yaxın dəyəri olan yaxşı əmlakı var idi. Oranı satmış, 500.000 gətirib Səriyyəyə vermişlər. Səriyyə də o pulu Vahid Rzayevə vermişdir. Qərardadın icrası ilə bağlı kafeyə gedəndə Ümman da gəlmiş, onu orada görmüşdür. Səriyyə xanımın dilindən “pulu da alacam, obyekti də” sözünü eşitməmişdir. 6-cı gün ayın 24-də yenidən notarisa getmişlər. Bu zaman Səriyyə də qızı ilə gəlmiş, qızı maşında olmuş, düşməmişdir. Səriyyə ilə 20 dəqiqəyə yaxın universitetin müəllimlərindən danışmışlar. O, nə səbəbə gəldiyini deməmişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Vahidi tanıyır, özü Əhmədlidə yaşayır. Mehman ona etibar edib, zəng edər ək, “gəl pulu aparaq, kömək elə” demişdir. Bu hadisənin dəqiq vaxtı yadında deyil. Hadisə 2022-cü ildə olub, üzərindən təxminən 2-3 ay keçmiş olar, günorta üstü idi. Mehmanın evi İlqar Zülfüqarovdadır, bina evində yaşayırlar. Oraya getdikdə Mehman aşağı düşmüşdür, əlində 2 kulok var idi, onlardan biri qara kulok idi. Mehman həmin klokun içində pul olduğunu demişdir. Daha sonra notariusa gəlmişlər. Notarius zirzəmi kimi yerdir. Pulu kassaya vermişlər. Bayaq məhkəmədə olan şahid də kassada olmuşdur. Bir dəfə aparat pulu saymış, lakin işləməmişdir. 2-ci dəfə pulu saymış, şəklini çəkərək götürmüşlər. Səriyyə xanım da sonradan gəlmiş, Vahid ondan Səriyyə xanımı evə aparmağı xahiş etmişdir. Bu zaman Vahid də orada idi. Səriyyə ilə söhbət etmiş, o, Vahidi tərifləmişdir. Pulu kiməsə vermiş, özü il ə aparmamışdır. Orada pul başqa bir adama verilmişdir. Amma həmin adamı tanımır.
16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(011)-1755/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbi təmin edilməmişdir.
17. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, iddiaçı mübahisəli Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 141 saylı, ümumi sahəsi 154,4 kv.m. olan qeyriyaşayış binasını 350.000 manata almışdır. Həmin əmlak xx.xx.2019-ci il tarixdən onun adına mülkiyyət hüququ ilə dövlət reyestrində rəsmi qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı borc alan Vahid Rzayevə 490.000 manat məbləğində pulu notar iusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc vermiş, borc alan borcu bir il müddətində qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh1 10 il müddətinə mübahisəli əmlakı idarə etməyi və onun üzərində istənilən sərəncam vermək səlahiyyətlərinin olması barədə etibarnamə vermişdir. Etibarnamə İddiaçı tərərindən imzalanmış, onun tərəfindən “oxudum, izah olundu” qeydi aparılmışdır. Cavabdeh2 xx.xx.2022-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən, özünə məxsus Bakı şəhəri Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti ünvanında istifadədə olan 0,081420 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 771,5 kv.m. olan qeyri-yaşayış binasını 926.038,13 (doqquz yüz iyirmi altı min otuz səkkiz manat on üç qəpik) manata satmışdır. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, mübahisəli əmlak sonuncuya satılmışdır, həmin müqavilə satıcı İddiaçı əvəzinə etibarnamə əsasında nümayəndəsi kimi Cavabdeh1 tərəfindən imzalanmışdır. Müqavilə tərəfləri həmin əmlakın 500.000 manat müqabilində alğı-satqısı barədə razılaşmış və bu məbləğ iddiaçıya ödənilmişdir. Alğı-satqı müqaviləsində əmlakın 70.000 manata satıldığı göstərilmiş, həmin məbləğində pul "xxxx" ASC-nin 9 saylı filialına ödənilmişdir. Mübahisəli əmlak Cavabdeh2 adına əmlak kimi xx.xx.2023-ci il tarixində dövlət reyestrində rəsmi qeydə alınmışdır. Bununla belə, mübahisəli əmlakın satışına dair xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.
18. Birinci instansiya məhkəmə si iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli qeyri-yaşayış binasını əldə edərkən, həmin əmlak dövlət reyestrində İddiaçı adına qeydə alınmış, Cavabdeh1 iddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixli etibarnamə üzrə verilən səlahiyyətlərdən istifadə edərək, həmin əmlakı notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə Cavabdeh2 satmışdır. Alğı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, həmçinin Cavabdeh1 verilmiş etibarnamə qüvvədə olmuşdur. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, bağlanmış müqavilə üzrə tərəflər öz öhdəliklərini yerinə yetirmişlər, yəni satış predmeti olan əmlak alıcı Cavabdeh2 mülkiyyətinə verilmiş, sonuncu isə bunun müqabilində əmlakın razılaşdırılmış dəyərini, o cümlədən müqaviləd ə nəzərdə tutulan pul məbləğini ödəmişdir ki, bu da tərəflərin alğı-satqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir.
19. Birinci instansiya məhkəməsi, iddiaçının nümayəndəsi və vəkilinin “əmlakın dəyərindən 10 qat aşağı qiymətə satılması” barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, əvvəla, daşınmaz əmlakın dəyərindən aşağı qiymətə satılması, alğı-satqı müqaviləsinin etibarsız sayılması üçün deyil, mülkiyyətçinin etibar olunana qarşı məruz qaldığı zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırması üçün əsas olan haldır. İkincisi, əmlakın alınmasına görə razılaşdırılmış 500.000 manat məbləğ alıcı tərəfindən satıcıya ödənilmişdir ki, bu məbləğ də iddiaçının əmlakı alarkən ödədiyi 350.000 manat məbləğdən əhəmiyyətli dərəcə də çoxdur. Müddət fərqi isə olduqca azdır (əmlakın alındığı xx.xx.2019cu il; satıldığı xx.xx.2022-ci il tarix). Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının nümayəndəsi və vəkilinin bu barədə dəlilləri əsassızdır və buna görə də məhkəmə tərəfindən nəzərə alına bilməz.
20. Birinci instansiya məhkəməsi, iddiaçının nümayəndəsi və vəkilinin “iddiaçının obyekti satmaq niyyətinin olmaması, etibarnamənin həmin obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi məqsədilə verilməsi” barədə dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, belə səlahiyyətlər etibarnamədə birbaşa göstərilməmiş, bu hallar iş materialları ilə də öz təsdiqini tapmamışdır. Əksinə, etibar edilən cavabdeh belə sənədləşmə işlərinin onun yaşına və hazırda tutduğu mövqeyinə uyğun olmadığını bildirməklə də iddiaçının b u barədə dəlilləri ilə razılaşmır.
21. Birinci instansiya məhkəməsi, iddiaçının nümayəndəsi və vəkilinin “iddaçı etibarnamə verərkən tələskənliyə məruz qalması, eynəyinin olmaması səbəbi ilə etibarnamənin mətnindən qismən xəbərsiz olması” barədə dəlillərinə gəldikdə isə qeyd etmişdir ki, bu da, iddiaçının digər dəlillərində göstərdiyi hallar kimi sübutetmədən asılıdır. İddiaçı bunlara dair sübutetmə vəzifəsi daşıyır. Lakin iş materiallarına buna dair sübutlar əlavə olunmamış, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Əksinə, iş materiallarında olan notariat ofisi tərəfindən rəsmi məhkəmə sorğusu əsasında göndərilmiş həmin etibarnamədə iddiaçının “oxudum, izah olundu” barədə qeydlərinin mövcudluğu faktı, bu barədə dəlilləri əsaslı sübhə altına alır. Belə olan halda məhkəmə iddiaç ının bu barədə dəlilləri də məhkəmə tərəfindən nəzərə alına bilməz.
22. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 140, 148.2, 149.2, 152.5, 152.8, 359.1, 362.1, 398.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 6 mart 2008-ci il tarixli Qərarına, “Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il tarixli Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 124.2, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
23. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Cavabdeh2 nümayəndəsi ifadəsində qeyd etmişdir ki, obyekti 70.000 manata deyil, 570.000 manata almışdır. O, başqa bir obyekti satıb qayınatasına 500.000 manat vermişdir, o, qayınatasına əvvəlcə 500.000 manat, sonra 70.000 manat vermişdir. Cavabdeh1 fərqli ifadələr verərək əvvəlcə bildirmişdir ki, guya o, iddiaçıya 2022ci ilin dekabr ayında 500.000 manat borc vermiş, bir iki gün sonra İddiaçı həmin borcu qaytara bilmədiyini, obyekti ona vermək istədiyini demişdir, daha sonra Cavabdeh1 ifadəsini dəyişmiş, guya pulu İddiaçı kafenin həyətində vermişdir. Lakin, Cavabdeh1 şahidləri onun ifadələrini təkzib etmişlər. Məhkəmə zamanı Cavabdeh1, Cavabdeh2 İddiaçı obyektin dəyəri kimi 500.000 manat, yaxud 570.000 manat pul verməsi təsdiqini tapmamışdır. Cavabdeh1 İddiaçı 500.000 manat gah borc verdiyini, gah da kafenin həyətində obyektin dəyərini verdiyini desə də, şahidlər həmin halı təsdiq etməmişlər. Şahidlər İddiaçı Cavabdeh1 borcu olduğunu eşitdiklərini desələr də, borcun verilməsini görmədiklərini de mişlər. Həmçinin əgər, doğurdan da, tərəflər arasında borc münasibəti olmuş olsa idi belə, bu alğı-satqı münasibəti demək deyil, alğı-satqının dəyərinin bu formada ödənilməsi qanunvericlikldə nəzərdə tutulmayıb. Ümumiyyətlə, şahidlərlə Cavabdeh1 arasında izahatlarda borcun verilməsi vaxtı, məbləği və sair barədə kəskin ziddyyətlər olduğundan, bir-birlərini təkzib etdiklərindən bu ifadələr mötəbər sübut kimi nə borc münasibətinin, nə də alğı-satqının dəyəri kimi qəbul edilə bilməz.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/8438-9/8706 saylı rəydən görünür ki, ünvan 2 qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri 499.000 manat məbləğində müəyyən edilir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-327/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, ünvan 2 qeyri-yaşayış binası ilə bağlı iddiaçının adından Cavabdeh1 digər Cavabdeh2 ilə bağladığı xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alğısatqı müqaviləsinin etibarsız hesab olunması, ünvan 2 qeyri-yaşayış binası üzrə Cavabdeh2nın adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi, cavabdeh lər Cavabdeh1 və Cavabdeh2nın ünvan 2 qeyri-yaşayış binasından və binanın yerləşdiyi torpaq sahəsindən çıxarılması, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
27. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyası əqdin təmsilçi vasitəsi ilə bağlanmasının mümkünlüyünü qəbul edir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Məhkəmə kollegiyası müqavilə azadlığı prinsipinə görə əmlakın qiymətinin müəyyən edilməsində də tərəflərin iradə sərbəstliyini nəzərə almışdır. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, təmsil edən də ona verilən tapşırığı təmsil edilənin iradəsi çərçivəsində yerinə yetirməlidir, təmsilçiliklə bağlanılan əqdlər üçün ən vacib şərtlərdən biri də məhz etibar edənin mənafe lərinin əks olunması və etibar edilən səlahiyyətlərdən vicdanla istifadə edilməsidir. Mülki Məcəllənin 778.1-ci maddəsinə görə də vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
28. Apellyasiya instansiyası məhkəməsi əqdin təmsilçi vasitəsi ilə bağlana bilməsini və müqavilə azadlığı prinsipinə görə əmlakın qiymətinin müəyyən edilməsində də tərəflərin iradə sərbəstliyini qəbul edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, təmsil edən də ona verilən tapşırığı təmsil edilənin iradəsi çərçivəsində yerinə yetirməlidir. Təmsilçiliklə bağlanılan əqdlər üçün ən vacib şərtlərdən biri də məhz etibar edənin mənafelərinin əks olunması və etibar edilən səlahiyyətlərdən vicdanla istifadə edilməsidir. İş materiallar ından və işin faktiki hallarından da göründüyü kimi iddiaçı cavabdehə 10 il müddətində etibarnamə versə və bunun üçün notariat ofisinə yaxınlaşsa da, həmin etibarnamənin verilməsindən çox qısa müddət sonra cavabdeh Vahid Həşimov məhz həmin etibarnamə ilə iddiaçıya məxsus olan əmlakın alğı-satqısını həyata keçirmişdir və bu hal istər məhkəmə üçün, istərsə də əmlakı alacaq digər şəxslər üçün şübhə doğura bilən bir məqamdır. İddiaçının hələ qısa müddət öncə notariusa yaxınlaşaraq 10 il kimi uzun müddətə etibarnamə verməsi ilə ona məxsus əmlakın iştirakı olmadan dəyərindən qat-qat aşağı qiymətə satması ilə bağlı niyyətinin olması işin heç bir halı ilə öz təsdiqini tapmamış və həmin əqdin iddiaçının iradəsi ilə bağlanmasını şübhə altına salmağa əsas yaratmışdır. Halbuki etibarlı əqdin ən vaci b şərtlərindən biri, hətta birincisi onu bağlayan tərəflərin bu əqdlə bağlı müstəqil iradə ifadələrinin mövcudluğudur. O cümlədən birinci instansiya məhkəməsi iddiaçının əmlakın dəyərindən 10 qat aşağı qiymətə satılması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, əvvəla, alğı-satqı müqaviləsində əmlakın qiyməti Mülki Məcəllənin 398-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin razılaşması ilə müəyyən edilir ki, bu da əmlakın dəyərinin az və ya çox göstərilməsinin qanunazidd hərəkət kimi qəbul edilməsini istisna edir. O cümlədən qeyd etmişdir ki, əmlakın alınmasına görə razılaşdırılmış 500.000 manat məbləğ alıcı tərəfindən satıcıya ödənilmişdir ki, bu məbləğ də iddiaçının əmlakı alarkən ödədiyi 350.000 manat məbləğdən əhəmiyyətli dərəcədə çoxdur, müddət fərqi isə olduqca azdır.
29. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, cavabdehlər arasında bağlanılan alğı-satqı müqaviləsinin dəyəri 500.000 manat məbləğində deyil, 70.000 manat qeyd edilmişdir və tərəflərin razılaşmasının, həqiqətən də, 500.000 manat məbləğində olduğunu və həmin məbləğin ödəndiyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. O cümlədən, satışdan əldə olunan həmin 500.000 manat məbləğin (cavabdehlərin iddiası belədir) iddiaçıya verilməsi və məhz həmin məbləğin iddiaçı tərəfindən Vahid Rzayev adlı şəxsə borc verilməsinə dair işdə olan yeganə sübut şahid ifadələrindən ibarətdir və iddianın məbləği xüsusən də bu cür böyük bir məbləğ olduğu halda birinci instansiya məhkəməsi tərəfindən yalnız şahid ifadələrinə əsaslanaraq bu cür nəticəyə gəlinməsi də yanlış hüquqi mövqenin əks etdirilməsinə səbəb olmuşdur. Bundan əlavə, qeyd edilən məbləğin əmlakın dəyərindən, həqiqətən də, qat-qat aşağı olduğu da iş materialları ilə müəyyən olunur. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı özü mübahisəli əmlakı hələ 2019-cu ildə 350.000 manata almışdır. Ekspert rəyindən də göründüyü kimi mübahisəli əmlakın ümumi bazar qiyməti ilə cavabdehlərin öz aralarında bağladıqları müqavilə ilə müəyyənləşdirdikləri qiymət arasında kifayət qədər böyük fərq mövcuddur və həqiqətən, iddiaçının adından bu əqdin bağlanması ilə onun üçün son dərəcə əlverişsiz nəticələr yaranmış olacaqdı. Həmçinin cavabdehlərin bu əqdi bağlamaqla bağlı həqiqi iradəsi olsa idi hüquqi nəticələr yaratmaq məqsədilə alğı-satqı müqaviləsi bağlamış alıcı üçün bu hal çox qeyri-təbii görünər və onda şübhə oyadar, s atıcı üçün isə əmlakın dəyərindən bu cür aşağı gəlir əldə etməsi isə heç bir maraq çərçivəsində olmazdı. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlər sadəcə görüntü xatirinə, ona uyğun heç bir hüquqi nəticə, yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan həmin əqdi bağlamışlar və bu da uydurma əqdin başlıca əlamətlərini təşkil edir.
30. Məhkəmə kollegiyası iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qələndər qızının ünvan 2 ünvanda apardıqları qanunsuz tikilinin (plan ölçüdə göstərilməyən otaqların) cavabdehlərin hesabına sökülməsi, həmçinin cavabdehlərin qanunsuz olaraq sökdükləri şəlalənin onların hesabına bərpa olunmasına, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmi şdir ki, iddiaçı qeyd edilən tələblərinin qanuni və əsaslılığını lazımi qədər əsaslandırmamış, buna dair mötəbər sübutlar təqdim edilməmiş və beləliklə, məhkəmə kollegiyası tərəfindən qeyd edilən tələblərin təmini üçün hər hansı hüquqi əsas yaranmamışdır.
31. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 178.1, 337.1, 337.2, 337.3, 339.1, 340.1, 359.3, 362.1, 778.1-ci maddəlırinə, “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin 23 iyul 2013-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına, N.Babayevin şikayəti üzrə 28 dekabr 2011ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.7, 384.0.2, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
32. Qətnamədən Cavabdeh1 (Vəkil4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsasland ırılmışdır ki, Cavabdeh2 mübahisəli qeyriyaşayış binasını əldə edərkən, həmin əmlak dövlət reyestrində İddiaçı adına qeydə alınmış, Cavabdeh1 iddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixli etibarnamə üzrə səlahiyyətlərdən istifadə edərək, həmin əmlakı notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə Cavabdeh2 satmışdır. Alğı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, həmçinin Cavabdeh1 verilmiş etibarnamə qüvvədə olmuşdur. Bağlanmış müqavilə üzrə tərəflər öz öhdəliklərini yerinə yetirmişlər. Belə ki, satış predmeti olan əmlak alıcı Cavabdeh2 mülkiyyətinə verilmiş, sonuncu isə bunun müqabilində əmlakın razılaşdırılmış dəyərini, yəni müqavilədə nəzərdə tutulan pul məbləğini ödəmişdir ki, bu da tərəflərin alğı-satqı müqaviləsi üz rə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Hər hansı müqavilənin sırf görünüşə görə bağlanması ilə bağlı nəticəyə gəlinməsi üçün isə zəruri olan hal tərəflərin müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmamasıdır. Göründüyü kimi mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanarkən onun etibarlılığına dair qanunvericilikdə nəzərdə tutulmuş şərtlər gözlənildiyindən, müqavilənin etibarsızlığı üçün əsaslar mövcud deyildir. Belə olan halda apellyasiya instansiya məhkəməsi öz qətnaməsində Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad etməklə hüquq normasını düzgün tətbiq etməmişdir. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinin normalarına düzgün istinad etməmiş və düzgün tətbiq etməmiş, bağlanmış əqdin hansı səbəbdən etibarsız hesab olunmasını öz qətnaməsində yalnız formal mülahizələrlə əsaslandırmış, qətnamə çıxararkən işin hallarını bütövlüklə nəzərə almamışdır.
34. Apellyasiya instansiya məhkəməsi tərəfindən Cavabdeh2 xx.xx.2022-ci il tarixdə özünə məxsus əmlakı alğı-satqı müqaviləsinə əsasən 926.038,13 manata satması, xx.xx.2022-ci il tarixdə iddiaçının Vahid Rzayevə 490.000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc verməsi və cavabdehlə arasında xx.xx.2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsindən məlumatlı olması ümumiyyətlə nəzərə alınmamışdır.
35. Məhkəmə etibarnamə sərəncam vermə hissəsində etibarlı olduğu halda, başqa əsasla – iddiaçının əmlakı satmaq niyyətinin olmaması əsası ilə əq di əhmiyyətsiz hesab etmişdir. Halbuki, etibarnamədə iddiaçı tərəfindən əmlaka sərəncam vermək hüququnun verilməsi artıq həmin əmlakın nümayəndəsi vasitəsi ilə satılmasına hüquq verir. Yəni, iddiaçının həmin əmlakı satmaq niyyətinin olması artıq etibarnamədə göstərilmişdir. Bu zaman əqd o vaxt əhəmiyyətsiz hesab edilə bilərdi ki, həmin əqdin imzalanmasına əsas olmuş etibarnamə əhəmiyyətsiz hesab edilərdi. Əgər etibarnamənin əhəmiyyətsiz olması əsas gətirilirsə, bu zaman həmin etibarnaməni təsdiq edən notarius da çağırılıb dindirilməli, etibarnaməni verən şəxsin iradəsi əleyhinə həmin etibarnamədə sərəncam vermək hüququnun hansı səbəblə yazılması müəyyən edilməli idi.
36. Bir tərəfdən məhkəmə 500.000 manat məbləğin iddiaçıya verilməsinin şahid ifadələri ilə sübuta yetməsini göstərsə də, han sı səbəbdən 500.000 manat məbləğin iddiaçıya verilməsi barədə şahid ifadələrini mötəbər saymadığını əsaslandırmır. Həmçinin məhkəmə əmlakın dəyərindən qat-qat aşağı satılmasının sübuta yetdiyini, göstərsə də, əmlakın dəyərindən qat-qat aşağı satılması barədə iddiaçının niyyətinin olmaması halını da təsdiq edən heç bir sübut yoxdur. Halbuki, əgər məhkəmə əqdi etibarsız hesab edirsə, əqdə əsasən verilənlərin də geri qaytarılmasını öz qətnaməsində göstərməlidir. Yəni məhkəmə bir tərəfdən 500.000 (beş yüz min) manatın iddiaçıya verilməsi barədə sübutların olmasını göstərir, digər tərəfdən iddiaçının əmlakı satmaq niyyətinin olmamasını qeyd edərək müqaviləni əhəmiyyətsiz hesab edir, lakin müqavilə üzrə verilənlərin geri qaytarılması məsələsinə qiymət vermir.
37. Mübahisə olunan alğı-satqı müq aviləsi qanunvericiliyin, həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli Qərarında göstərilən şərtlərə əməl etməklə bağlanılmışdır. Göründüyü kimi, məhkəmə əqdi etibarsız hesab edərkən qeyd olunan Plenum Qərarında sadalanan halları nəzərə almamış, yekunda məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamış, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
38. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsində Mülki Məcəllənin 359.1-ci maddəsinə istinad edərək təmsilçi vasitəsilə əqdin bağlanmasının mümkünlüyünü, həmçinin müqavilə azadlığı prinsipinə görə əmlakın qiymətinin müəyyən edilməsində tərəflərin iradə sərbəstliyini qəbul etsə də, q eyd etmişdir ki, təmsil edən ona verilən tapşırığı təmsil edilənin iradəsi çərçivəsində yerinə yetirməlidir, təmsilçiliklə bağlanılan əqdlər üçün ən vacib şərtlərdən biri də məhz etibar edənin mənafelərinin əks olunması və etibar edilən səlahiyyətlərdən vicdanla istifadə etməsidir. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Bununla bağlı qeyd edilir ki, xx.xx.2022-ci il tarixli etibarnamədə iddiaçının iradə ifadəsi aydın şəkildə qeyd olunmuşdur. Belə ki, etibarnamədə iddiaçı tərəfindən “oxudum, izah olundu” kimi qeydlər edilməsi, həmçinin iddiaçının təqaüddə olan keçmiş hakim olması onun etibarnamədə qeyd olunan səlahiyyətlərin cavabdehə etibar edilməsinin hansı nəticələrə səbəb olacağını bilməsini bir daha təsdiq edir. Həmçi nin iddiaçının etibarnamə verərkən tələskənliyə məruz qalması, eynəyi olmadığından etibarnamənin məzmunundan xəbərsiz olması barədə dediklərinin həqiqətə uyğun olmadığının sübutudur. İddiaçının izahatında bildirdiyi kimi ki, iddiaçı Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında ona məxsus əmlakı onun məlumatı olmadan satıldığını iddia etsə də, bugünədək hər hansı hüquqmühafizə orqanına bununla bağlı şikayət etməmişdir.
39. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları məcmu halda bir-biri ilə əlaqəli şəkildə araşdırmamış, yalnız formal mülahizələrə əsaslanaraq sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası iddiaçının iddiasını əsaslandırmaq üçün istinad etdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməməsini, sübutun yalnız verdiyi izahatdan ib arət olduğunu nəzərə almamış, qeyd olunan normanın tələblərini ciddi şəkildə pozmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
41. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hü quqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
42. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
43. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
44. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçi rilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
45. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
46. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
47. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
48. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında inve stisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
49. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
50. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
51. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən i rəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
52. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
55. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
56. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
59. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsas landırır.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıd ır.
63. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Kassasiya şikayətində birinci Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin aktını tam mübahisələndirdiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.
68. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.
69. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutu n mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
70. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
71. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 72. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
74. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 2(103)-327/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.