Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2756/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Quba Regional Cavabdeh1tariat ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Quba Regional Cavabdeh1tariat ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbul edilməsi faktı və miras əmlak üzrə payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(105)-376/2024 nömrəli 19 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. JN 398 KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən X21, X51 və X22 Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 115 saylı qərarı ilə 0,78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir.
2. İddiaçı atası X32 və anası X44 23 noyabr 2001-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx xxx 2002-ci il tarixdə İddiaçı anadan olmuş, Quba Rayon Məhkəməsinin 02 mart 2009-cu il tarixli qətnaməsi ilə nikah pozulmuşdur.
3. Cavabdeh2, Cavabdeh3 İddiaçı bibiləri və Cavabdeh4 isə əmisidir.
4. İddiaçı atası X8 və nənəsi X23 miras qalmış Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən torpaq sahəsini qəbul edilməsi üçün 07 avqust 2020-ci il tarixdə ərizə ilə notariusa müraciət etmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin məktubuna əlavə edilmiş sənədlərə əsasən, X13 adına Quba rayonu, Zərdabi qəsəbəsində (07 iyun 1993cü il tarixli, 294 saylı qeydiyyat vəsiqəsi) fərdi yaşayış evi, X13 və X33 adına Quba rayonu, Zərdabi qəsəbəsində ümumi birgə 0.06 torpaq sahəsinə verilmiş JN-181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar edilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yan ında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin 17 iyun 2020-ci il tarixli məktubuna əsasən X14 adına, Quba rayonu, Zərdabi qəsəbəsi, 0,25 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinə verilmiş JN 400 KOD ********* saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı, X13 adına Zərdabi qəsəbəsində fərdi yaşayış evi və ümumbirgə JN 181A KOD ********* saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə qeydə alınmışdır. Əlavə olaraq X18 və X40 0,78 ha torpaq sahəsinə JN 398 KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı verilmiş, lakin həmin torpaq sahəsi 15 mart 2002-ci il tarixdə 4ə/18 saylı alğı-satqı müqaviləsinə əsasən Quba Notariat X1 adına ozgəninkiləşdirilmişdir. 7. 3 fevral 2020-ci il tarixli Çıxarışa əsasən, Quba rayo nu, Zərdabi qəsəbəsində yerləşən 1,0 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə X34 adına qeydə alınmışdır.
8. Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə X9 qalmış mirasın X19 düşən hissəsinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzrlü sayılaraq uzadılmış; X6 miras qalmış JN 181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən X19 düşən hissəsinə ölümündən sonra onun, yəni İddiaçı tərəfindən qəbul etməsi faktı müəyyən edilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 dekabr 2021-ci il tarixli qərardadına əsasən Quba Rayon Məhkəməsinin 30 sentyabr 20 20-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır.
10. Quba Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə X21 və X40 məxsus olmuş fərdi yaşayış evinin tikintisi üçün verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-181A KOD 30316018 saylı Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə və İddiaçı həmin daşınmaz əmlaka mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermə) həyata keçirilməsinə, həmin torpaq sahəsinə və evə daxil olmağına, oradan sərbəst istifadə etməyə və yaşamağına Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.
11. Sumqayıt Apelyasiya Məhkəməsi Mül ki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh2 və digərlərinə qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” barədə iddiası rədd edilmişdir.
12. Quba rayonu, Zərdabi bələdiyyəsinin 24 avqust 2021-ci il tarixli arayışına və 23 avqust 2021-ci il tarixli akta əsasən Cavabdeh2, X7 miras qalmış JN 181AKOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsaən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etmiş və məhrum atası X24 və anası X35 dəfn mərasimlərinin təşkili və xərcləri onun tərəfindən çəkilmişdir.
13. Quba rayonu, Zərdabi bələdiyyəsi tərəfindən təsdiq edilmiş və 27 dekabr 2021-ci il tarixdə Zərdabi bələdiyyəsinin sədri X45, Zərdabi bələdiyyəsinin üzvləri X46, X62, Zərdabi qəsəbə sakinləri X5, X47 və X36 iştirakları ilə tərtib olunmuş Akta əsasən, mərhum X32 1999-cu il tarixdən etibarən Zərdabi qəsəbəsində mərhum atası X18 məxsus evdə yaşamamışdır və ümumiyyətlə həmin evə gəlib getməsi müəyyən olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babası miras qoyan X9 miras qalmış JN 181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən atası X19 düşən hissəsinə ölümündən sonra onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras qoyan X9 miras qalmış JN181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən və nənəsi miras qoyan X25 qalmış JN181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan ibarət miras əmlaka (miras qoyanlar X37 və X25 qalmış miras əmlaka) tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Anası atası ilə ailə quraraq babası və nənəsinə məxs us Quba rayonu, Zərdabi qəsəbəsində olan JN 181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən babasına məxsus fərdi yaşayış evinə gəlin köçərək yaşamış və o, orada doğulmuşdur. Onların nikahları pozulana kimi orada yaşamışdır. Sonradan atası ilə anasının nikahı pozulduğu üçün o, anası ilə birlikdə Xaçmaz rayonu, Arzu kəndinə qayıtmış, lakin atası babası və nənəsi ilə birlikdə Quba rayonu, Zərdabi kəndində JN 181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən həmin evdə yaşamışlar. X58 02 iyul 2014-cü ildə vəfat etmişdir. Babasının vəfatından sonra atası ilə nənəsi evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək, babasından qalmış mira sı qəbul etmişlər. X80 10 avqust 2018-ci il tarixdə ölmüşdür. Vəfatından sonra ondan qalmış miras əmlakın qəbul edilməsi üçün yeganə vərəsə kimi o, notariat kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmişdir. Quba Regional “Asan” Xidmət Mərkəzində Notariat Ofisinin 07 avqust 2020-ci il tarixli məktubuna əsasən o, atası 10 avqust 2018-ci il tarixdə ölmüş Kamran Ağasiyevin vərəsəsi sırasına daxildir. X64 29 iyun 2020-ci il tarixdə vəfat etmiş, vəfat etdikdən 3 ay sonra qanunla altı aylıq müddəti ötürmədən nənəsindən və babasından qalmış nənəsinin qəbul etdiyi miras əmlakdan X80ə düşən pay həcmində mirasın qəbul edilməsi üçün notariat kontoruna ərizə vermiş və ərizəsi 07 avqust 2020-ci il tarixdə qəbul edilmişdir. X82 Xidmət Mərkəzində Notariat Ofisinin 05 mart 2021-ci il tarixl i məktubuna əsasən o, 02 iyul 2014-cü il tarixdə vəfat etmiş X10 və 29 iyun 2020-ci il tarixdə vəfat etmiş X33 qanun üzrə vərəsələri sırasında daxildir. Beləliklə miras qoyan babası X37 02 iyul 2014-cü il tarixdə vəfat etdiyindən, onun vəfatından sonra qalan miras əmlakı miras qoyan X80 və miras qoyan nənəsi Sədiqə Aqasiyeva idarə edərək faktiki olaraq qəbul etdiyindən, atasından qalmış miras əmlakı qəbul etdiyindən, nənəsindən qalmış miras əmlakın qəbul edilməsi notariat kontoruna qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürmədən ərizə verdiyindən dolayısı ilə miras qoyan X42 qalmış miras əmlakı da qəbul etmişdir. Lakin babasından qalmış miras əmlakın atası X19 düşən hissəsinə miras qalan payı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyi məqsədə müvafiq olduğu qeyd edilmişdir. O isə yuxarıda qeyd etdiyi kimi babası 02 iyul 2014-cü il tarixdə vəfat etmiş X6 qalmış miras əmlakın qəbul edilməsi üçün müddəti ötürməmişdir. Nənəsi və babasından qalmış miras əmlak olan Quba rayonu, Zərdabi kəndində JN 181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsində paylar ümumi birgə olduğundan və həmin torpaq sahəsində yerləşən babasına məxsus fərdi yaşayış evində onun ölümündən sonra nənəsinin və atasının yaşaması ümumi bilinən inkar edilməz fakt olduğundan, o, nənəsi və atasından qalmış miras əmlakın qəb ul edilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna ərizə verərək onların vərəsəsi kimi tanındığından dolayısı ilə babasından qalmış miras əmlakı da qəbul etmişdir. Bundan başqa o, X82 Xidmət Mərkəzinin Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
16. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçının atasının ölümündən sonra ondan miras qalmış əmlakın qəbul edilməsi üçün yeganə vərəsə kimi o, notariat kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmişdir. X65 29 iyun 2020-ci il tarixd ə vəfat etmiş nənəsindən atasına düşən pay həcmində mirasın qəbul edilməsi üçün notariat kontoruna ərizə vermişdir. Lakin babasından qalmış miras əmlakın atası Ağasıyev Kamrana düşən hissəsindən ibarət miras əmlaka payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinə müraciət etsə də oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün imtina məktubu verilmişdir. İddiaçı qeyd etmişdir ki, guya atası X38 babası və nənəsi ilə birlikdə həmin evdə yaşamışdır. X72 02 iyul 2014-cü il tarixdə vəfat etmişdir. Babanın vəfatından sonra nənəsi ilə evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək babasından qalmış mirası qəbul etmişdir. Lakin, 27 dekabr 2021-ci il tarixli Akta əsasən, X38 1999-cu il tarixdən etibarən Zərdabi qəsəbəsində 02 iyul 2014-c ü ildə vəfat etmiş atası X15 məxsus evdə yaşamamış və həmin evə gəlib-getməmişdir. Bundan başqa “Torpağın mülkiyyətə verilməsinə dair” JN181AKOD30316018 saylı Şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli, 115 saylı qərarı ilə Quba rayonu, Zərdabi kəndində X24, X52, X26 fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsi verilmişdir. Bu sənədlərdə iddiaçının atası X16 adı qeyd edilməmişdir. İddiaçı atasının babası və nənəsi ilə birlikdə həmin evdə yaşamasını qeyd etsə də bununla bağlı mötəbər sübutu ərizəsinə əlavə etməmiş və ya məhkəməyə sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı məhkəməyə 10 avqust 2018-ci ildə ölmüş atası X3 olduğu müddətdə mirasın faktiki qəbulu, orada babası və nənəsi ilə birlikdə yaşaması, əmlakı idarə etməsi, ona sahiblik etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı X27 məhrum atası Ağasıyev Kamranın sağlığında babası X7 miras qalmış əmlakı faktiki qəbul etməmiş və ya bu barədə notariat orqanına ərizə verməmişdir. İddiaçının babası X24 02 iyul 2014-cü ildə vəfat etsə də, oğlu Kamran bunu bilsə də, miras əmlakın olduğu mənzildə yaşamadığından (çünki bu barədə ərizəçi tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir) notariat kontoruna ərizə də verməyərək qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan buraxmışdır. X65 29 iyun 2020-ci il tarixdə vəfat etmiş, nənəsindən atasına düşən pay həcmində mirasın qəbul edilməsi üçün notariat kontoruna ərizə vermişdir. Lakin babasından qalmış miras əmlakın atası Ağasıyev Kamrana düşən hissəsindən ibarə t miras əmlaka payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinə müraciət etsə də həmin Mərkəzdən 10 avqust 2018-ci il tarixdə ölmüş atası X3 olduğu müddətdə mirasın faktiki qəbulu, ona sahiblik etmək barədə sübutlar təqdim etmədiyindən onun vərəsəsi olan X39 “Qanun üzrə vərəsəlik haqqında” Şəhadətnamə verilməsi mümkün olmamışdır. Bu səbəbdən ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün 7 avqust 2020-ci il tarixli imtina məktubu verilmişdir. İddiaçı atasının babası və nənəsi ilə birlikdə həmin evdə yaşamasını qeyd etsə də, bununla bağlı mötəbər sübutu ərizəsinə əlavə etməmiş və ya məhkəməyə sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı məhkəməyə 10 avqust 2018-ci ildə ölmüş atası X4 olduğu müddətdə mirasın faktiki qəbulu, orada babası və nənəsi ilə birlikdə yaşaması, əmlakı idarə etməsi, ona sahiblik etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı X27 atası Ağasıyev Kamran sağlığında babası X7 miras qalmış əmlakı faktiki qəbul etməmiş və ya bu barədə notariat orqanına ərizə verməmişdir. İddiaçının babası X24 02 iyul 2014cü ildə vəfat etsə də oğlu Kamran bunu bilsə də, miras əmlakın olduğu mənzildə yaşamadığından (çünki bu barədə ərizəçi tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir) notariat kontoruna ərizə də verməyərək qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan buraxmışdır. İddiaçının atası X38 da 10 avqust 2018-ci ildə ölmüşdür. Göründüyü kimi, iddiaçının atası vəfat etdiyi tarixə qədər (4 ildən artıq müddət) Əlibəyin babasından qalmış miras əmlakı faktiki qəbul etmədiyindən və notariat orqanına ərizə vermədiyindən üzrsüz səbəbdən iddia müddətini buraxmışdır. Belə olan halda ərizəçinin dəlilləri tamamilə əsassız olmaqla mötəbər sübutları yoxdur. Mülki qanunvericiliyə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməklə, yaxud da vərəsəlik açılan gündən 6 ay müddətində notariat kontoruna ərizə verməklə qəbul etməlidir. İddiaçının atası Kamran Ağasıyev 10 avqust 2018-ci ildə vəfat etmiş, lakin o 2014-cü ilin iyul ayında vəfat etmiş atasından miras qalmış evin hissəsini faktiki idarə etməklə, yaxud da notariat kontoruna ərizə verməklə qəbul etməmişdir. Kamran Ağasıyev atasından miras qalmış əmlakı qəbul etmədiyindən, ərizəçi Əlibəy Ağasıyev isə miras evə və torpaq sahəsinə vərəsə hesab oluna bilməz, bu barədəki tələbi əsassızdır. Bundan başqa iddiaçı X48 10 avqust 2018-ci il tarixdə atası X16 vəfatından sonra da mirası faktiki qəbul etməmiş və yaxud vərəsə kimi notariat orqanına ərizə verməmişdir. Müddətin gecikdirilməsi, uzadılması üçün mütləq şəxsin hərəkətsizliyi üzrlü olmalıdır, məsələn, üzrlü sayılması üçün əsaslar, xəstəlik, xarici ölkədə ezamiyyədə olma, miras qoyanın ölümündən xəbərsiz olma və sair ola bilər. İddiaçı isə gecikdirmənin səbəbləri, onun uzadılması üçün əaslar və sair barədə ümumiyyətlə heç bir sübut təqdim edə bilməmişdir. Mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlər üzrə aşağıdakı sübutların təqdim edilməsi zəruridir: əmlaka sahiblik etməyi və ya əmlakı idarə etməyə faktiki başlamağı təsdiq edən sübutlar (vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə qəbz, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər) cavabdehlərdən olan Cavabdeh2 X7 miras qalmış JN 181AKOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etmiş və məhrum atası X24 və anası X35 dəfn mərasimlər inin təşkili və xərcləri onun tərəfindən çəkilmişdir (Quba rayonu, Zərdabi bələdiyyəsinin 24 avqust 2021-ci il tarixli arayışı əlavə edilmişdir).
17. Quba Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(027)-1023/2022 saylı qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi X37 02 iyul 2014-cü il tarixdə ölmüş və onun ölümündən sonra miras qoyan X9 miras qalmış JN 181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi oğlu X32 tərəfindən nə faktiki, nə də rəsmi qəbul edilməmişdir. İddiaçı da iddia predmeti olan miras torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin atası X8 miras qalması və həmin torpaq sahəsi və üzərində yerləşən evə vərəsəlik hüququnun olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1272, 1273-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Quba Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə r azılaşmamışdır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi miras qoyanlar onun nənəsi Sədiqə Aqasiyeva və X58dir. Qeyd edilən miras qoyanların oğlu olan X80 nənəsi Sədiqə Aqasiyeva vəfat edərkən sağ olmamış və Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, nənəsi Sədiqə Aqasiyevadan miras qalmış əmlakın X80ə düşən hissəsinə o, vərəsə olmuşdur. Bununla bağlı nənəsi Sədiqə Aqasiyevanın ölümündən 3 ay müddət keçməmiş notariusa ərizə ilə müraciət edərək mirası qəbul edib. Notariusa ərizə ilə müraciət edərək mirası qəbul edib. Nənəsi miras qoyan Sədiqə Ağasiyevadan (vəfat edib 29 iyun 2020-ci il tarixdə) o, mirası notariusa ərizə verərək (ərizə verib 07 avqust 2020-ci il tarixdə, 339 nömrəli vərəsəlik işi) və heç bir müddəti ötürmədən onsuz da qəbul etmişdir. Çünki mövcud qanunvericiliyin təl əbinə əsasən vərəsə tərəfindən miras əmlak iki yolla qəbul edilə bilər ki, bunlardan birincisi faktiki qəbul, digəri isə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməkdir. Eyni zamanda X80dən qalan miras əmlakı da notariat ofisinə ərizə ilə müraciət edərək qəbul edib. X42 miras qalmış əmlakı isə həm X80, həm də nənəsi Sədiqə Aqasiyeva faktiki olaraq eyni təsərrüfatı idarə edərək və Quba rayonu, Zərdabi kəndində yerləşən fərdi yaşayış evində yaşayaraq qəbul etmiş və həmin şəxslərdən miras qalan əmlakı isə o qəbul etdiyindən dolayısı ilə babası miras qoyan Qəzənfər Ağasiyevdən miras qalmış əmlakı da qəbul etmiş sayılmalıdır. Hal-hazırda mübahisə edilən miras kütləsinə daxil olan əmlak JN 181A KOD 30316018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X21 və X33 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin miras qoyanlara aid hissəsi və X50 Aqasiyevanın birgə nikah dövründə əldə etdiyi fərdi yaşayış evindən ibarətdir. Eyni zamanda, məhkəmə prosesində miras kütləsinə daxil olan fərdi yaşayış evinin X50 Aqasiyevanın birgə nikah dövründə satın alındığı, ona görə də həmin evin yarısının Sədiqə Aqasiyevaya məxsus olması, Sədiqə Aqasiyeva vəfat etdikdən sonra isə mirası qəbul etməyi ilə bağlı ərizə verdiyi üçün həmin əmlakda da onun payının olması əsaslarına, o cümlədən Qəzənfər Ağasiyevin vəfatından sonra Sədiqə Aqasiyevanın qeyd edilən fərdi yaşayış evində və torpaq sahəsində yaşayaraq öz mərhum ərindən miras qalmış əmlakı faktiki qəbul etdiyi və Sədiqə Aqasiyeva vəfat edərkən ondan qalan miras kütləsinə eyni zamanda birgə nikah dövründə əldə etdiyi əm laklardakı payı və mərhum əri Qəzənfər Ağasiyevdən faktiki olaraq qəbul etdiyi paylarının da daxil olması hallarına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bundan əlavə X80 vəfat etdiyi günə kimi Quba rayonu, Zərdabi kəndində yerləşən valideynlərinə məxsus olmuş fərdi yaşayış evində yaşamış, atası Qəzənfər Ağasiyevdən miras qalmış əmlakı faktiki qəbul etmişdir. Əgər belə olmasaydı, məhkəmə araşdırması zamanı cavabdehlər və onlar tərəfindən məhkəmədə şahid qismində ifadə vermiş şəxslər özləri də etiraf edirlər ki, mirası qoyanlar Qəzənfər və Sədiqə Ağasiyevlər vəfat edənədək bütün ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışlar, atasının dəfn və yas mərasimləri qeyd olunan evdə həyata keçirilmişdir.
22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(105) -530/2023 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, A.A. Mahmudov və S.A.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar olmamışdiır. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur.
24. Məhkəmə gəldiyi nəticəni Mü lki Məcəllənin 1272, 1273-cü, MPM-in 14.2, 77.1, 217.4 və 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın predmetinə daxil olmasa da, tələbdən kənara çıxmaqla kassatorun atasından qalmış miras əmlakı qəbul etmədiyini və müddəti ötürdüyünü bildirir. Lakin, X80 ölərkən onun 16 yaşı olmuş və həmin vaxt o yetkinlik yaşına çatmayan məhdud fəaliyyət qabiliyyətli şəxs idi. Onun atasından qalmış miras əmlakı qəbul etməməyi üçün məhkəmə qətnaməsi ilə mirasdan imtina etməyi tələb olunurdu. Bundan əlavə, atasının vərəsələri ara sında mübahisə olmadığından, müddət qurtardıqdan sonra məhkəməyə müraciət etməklə mirasın qəbul edilməsinə qanunvericilik imkan vermişdir. Daha sonra, məhkəmə miras qoyan Qəzənfər Ağasiyevin ölümündən sonra Sədiqə Aqasiyevanın qeyd edilən fərdi yaşayış evində və torpaq sahəsində yaşayaraq öz mərhum ərindən miras qalmış əmlakı faktiki qəbul etdiyi və Sədiqə Aqasiyeva vəfat edərkən ondan qalan miras kütləsinə eyni zamanda birgə nikah dövründə əldə etdiyi əmlaklardakı payı və mərhum əri Qəzənfər Ağasiyevdən faktiki olaraq qəbul etdiyi paylarının da daxil olması və buna görə də onun vərəsə kimi nənəsi Sədiqə Aqasiyeva vəfat edərkən onun mirasına daxil olan bütün əmlaklardan, yəni həm fərdi yaşayış evindən, həm də torpaq sahəsindən pay almaq hüququnun olması hallarına ümumiyyətlə hüquqi qiymət verməmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3164/2023 nömrəli 14 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov (məruzəçi), İ.Ə.Şəfiyev və V.T.Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
28. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində atası Kamran Ağaysiyevin mübahisəli evdə doğulması, ölənədək həmin evdə yaşaması, başqa sözlə X58in ölümündən sonra da X80in miras əmlakın idarə olunmasında fasiləsiz və etirazsız olaraq iştirak etməsinə dair dəlilləri üzrə heç bir araşdırma aparmadan, Qəzənfər Ağasiyevin 02 iyul 2014-cü il tarixdə ölməsi ilə ond an miras qalmış əmlaka vərəsəlik açılarkən Kamran Ağasiyevin həmin ünvanda yaşayıb-yaşamadığını, onun 2014-cü ildən 2018-ci il tarixədək hansı ünvanda yaşadığını aydınlaşdırmadan, iddiaçının mərhum X58in ölümündən sonra ondan miras qalmış təsərrüfata, torpaq sahəsinə və fərdi yaşayış evinə vərəsələrdən kimlərin sahiblik etdiyini aydınlaşdırmadan, cavabdehlərin də 2014-cü ildən ötən 8 il müddət ərzində mirası rəsmiləşdirməmələrini nəzərə almadan, həmçinin əksi, yəni Kamran Ağasiyevin mərhum atası Qəzənfər Ağasiyevdən miras qalmış əmlakı faktiki qəbul etməməsinə dair işin halları hər hansı yazılı sübutlarla təsdiq edilmədiyi halda, yalnız cavabdeh tərəfin irəli sürdüyü arqumentlərlə kifayətlənərək, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməməsinə dair işin h alları barədə səhv nəticəyə gəlmişdir.
29. Digər tərəfdən, mülki qanunvericiliyə görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, mirası qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
30. Mirası qoyanların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar.
31. Vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etmə lidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
32. Apellyasiya instansiyası məhkəməsi mülki qanunvericiliyin tələblərini pozaraq, iddiaçının X64nın 29 iyun 2020-ci il tarixdə ölməsi ilə ondan miras qalmış əmlaka (fərdi yaşayış evinin ½ hissəsinə, 0,06 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə) vərəsəliyin açılmasını, iddiaçının X80in miras qoyan X64dan əvvəl ölməsini və belə olan halda miras qəbul edilənədək iddiaçının X80 öldüyü üçün, mirasdan pay almaq hüqunun irsi transmissiya qaydasında onun yeganə vərəsəsi olan oğlu İddiaçı keçməsini, sonuncunun 07 avqust 2020-ci il tarixdə X64dan miras qalmış əmlaka vərəsəlik açılandan 1 ay 9 gündən sonra həmin miras əmlakı qəbul etməsinə dair notariat orqanına yazılı ərizə verməsini nəzərə almadan, onun vərəsəliyə çağırıldığın ı bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul etmədiyinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir.
33. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, əslində irsi transmisiya qaydasında iddiaçının Konstitusiya ilə qorunan vərəsəlik hüququnu pozmuşdur. Halbuki, Konstitusiyanının 29-cu maddəsinin Vİİ bəndinə görə, dövlət vərəsəlik hüququna təminat verir.
34. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, mərhum Sədiqə Ağasiyevadan miras qalmış əmlakın nəvəsi İddiaçı tərəfindən irsi transmissiya qaydasında qəbul etməsi ilə bağlı mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almamışdır.
35. Apellyasiya instansiyası məhkəməsi mərhum Sədiqə Ağasiyevadan miras qalmış əmlakı n nəvəsi İddiaçı tərəfindən irsi transmissiya qaydasında qəbul etməsi ilə bağlı mülki qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almamışdır.
36. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1, 1243.2, 1243.3, 1246, 1252, 1092.3-cü, MPM-in 14.2, 77.1, 407.2 və 416.1-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 mart 2024-cü il tarixli, 2(105)-376/2024 saylı qətnaməsi ilə (hakimlər A.M.Süleymanova (sədrlik edən, məruzəçi), Z.İ.Məmmədov və G.İ.Cabbarova) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Q uba Regional Cavabdeh1tariat ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mirasın qəbul edilməsi faktı və miras əmlak üzrə payın müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, miras kütləsinə daxil olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində Cavabdeh3, X11, İddiaçı (nəvə - Kamran Ağasıyevin oğlu) və Cavabdeh4 hər birinin 6/24 hissədə paylarının müəyyən edilməsi, miras kütləsinə daxil olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06ha torpaq sahəsinin 2/3 hissəsi vərəsələr Cavabdeh3, X28, İddiaçı və Cavabdeh4 arasında bərabər paylara bölünməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi qe yd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamışdır.
39. Kollegiya hesab etmişdir ki, hazırkı iş üzrə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından, qətnamə ləğv edilməli, mübahisəyə Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında irəli sürülmüş mövqe əsas götürülməklə yenidən qiymət verilməlidir.
40. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, görü ndüyü kimi həmin fərdi yaşayış evi X37 tərəfindən əvəzsiz qaydada əldə edilməklə birgə nikah dövründə əldə edilmiş əmlak rejiminə aid deyildir, birgə nikah döründə əldə edilmiş ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi ilə bağlı hallar müəyyən edilməmişdir.
41. Kollegiya hesab etmişdir ki, mərhum X9 miras qalmış əmlak - Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evi və Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin 1/3 hissəsi olmaqla, mərhum X13 öldüyü məqamda sağ olan vərəsələri – arvadı Sədiqə Ağasiyeva, övladları - Cavabdeh3, Ağasiyeva Esmira, Ağasiyev Vüqar, Ağasiyev Kamran və Cavabdeh4 oğlu qanunla nəzərdə tutulmuş müddətdə və qaydada m irasdan imtina etmədiklərindən miras əmlak Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində hər birinin 1/6 hissədə, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06ha torpaq sahəsinin 1/3 hissəsi üzərində hər birinin 1/6 hissədə payları müəyyən edilməlidir.
42. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, Kamran Ağasıyev vəfat etdiyindən miras əmlakda ona çatası pay irsi transmissiya qaydasında araşdırılan mübahisə üzrə iddiaçıya (birinci növbə qanuni vərəsə) keçmişdir.
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Kamran X2 ilə 02 mart 2009-cu ildə nikahları pozulduğundan sonuncu Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən mərhum Kamran Ağasıyevin vərəsəsi hesab olunmur.
44. Göründüyü kimi X41 2019-cu ildə vəfat etmişdir, sonuncuya məxsus miras əmlaka (Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinin 1/6 hissəsi, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06ha torpaq sahəsinin 1/3 hissəsinin 1/6 hissəsi) Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən vərəsəsi- anası Sədiqə Ağasıyeva olmaqla, sonuncu mirasdan imtina etmədiyindən miras əmlakı vərəsəlik qaydasında qəbul etmiş hesab olunur. Bu halda X33 vərəsəlik qaydasında qəbul etdiyi miras kütləsi - Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evindəki payı 2/6 hissə, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mül kiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06ha torpaq sahəsinin 1/3 hissəsindəki payı 2/18 hissədə olmuşdur.
45. Kollegiya hesab etmişdir ki, mərhum X29 miras qalmış əmlak - Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin 1/3 hissəsi və X9 və X12 miras qalmış Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin 1/3 hissəsinin 2/18 hissəsi olmaqla, mərhum X33 öldüyü məqamda sağ olan vərəsələri – övladları - Cavabdeh3, Ağasiyeva Esmira, İd diaçı (nəvə - Kamran Ağasıyevin oğlu) və Cavabdeh4 qanunla nəzərdə tutulmuş müddətdə və qaydada mirasdan imtina etmədiklərindən miras əmlak - Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi üzərində hər birinin ¼ hissədə, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin 1/3 hissəsi üzərində hər birinin 1/4 hissədə və X9 və X12 Sədiqə Ağasıyeva miras qalmış Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən JN-181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin 1/3 hissəsinin 2/18 hissəsi üzərində hər birinin ¼ hissədə payları müəyyən edilməlidir.
46. Məhkəmə kollegiya sı gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1151.1, 1159.1, 1159.1.1, 1252, MPM-in 372.2, 372.6, 372.7, 384.0.2, 385.1, 385.1.1, 386, 402.1 və 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
48. Kassasiya şikayəti Mülki Məcəllənin 1243.1,1272, 1273, MPM-in 14.2, 77.1, 88, və 217.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iş materiallarından görünmüşdür ki, iddiaçının atası X3810 avqust 2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı atasının vəfat etdiyi dörd ildən artıq müddətədək atasının babas ından qalan miras əmlakı faktiki qəbul etmədiyindən və notariat orqanına ərizə vermədiyindən üzrsüz səbəbdən iddia müddətini buraxmışdır. Belə olan halda iddiaçının dəlilləri tamamilə əsassız olmaqla mötəbər sübutları olmamışdır. Cavabdehlərdən Cavabdeh2 atası X7 miras qalmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etmiş və mərhum valideynləri atası X24 və anası X35 dəfn mərasimlərinin təşkili və xərcləri onun tərəfindən çəkilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında qeyd etdiyi göstərişlər iddiaçının apellyasiya şikayətində atası Kamran Ağasıyevin mübahisəli evdə doğulması, ölənədək həmin evdə yaşaması babası Qəzənfər A ğasıyevin ölümündən sonra da atası Kamran Ağasıyevin miras əmlakın idarə olunmasında fasiləsiz və etirazsız olaraq iştirak etməsinə dair dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan Qəzənfər Ağasıyevin 02 iyul 2014cü il tarixdə ölməsi ilə ondan miras qalmış əmlaka vərəsəlik açılarkən Kamran Ağasıyevin həmin ünvanda yaşayıb-yaşamadığını, onun 2014-cü ildən 2018-ci ilədək hansı ünvanda yaşadığını aydınlaşdırmadan, iddiaçının mərhum babası Qəzənfər Ağasıyevin ölümündən sonra miras qalmış təsərrüfata, torpaq sahəsinə və yaşayış evinə vərəsələrdən kimlərin sahiblik etdiyini aydınlaşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
50. Maddə 1131.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
51. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
52. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar.
53. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir.
54. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulun a yol verilmir.
55. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı 56. “Qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər v ərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
43. Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur.” “Azərbaycan Respublikası Mülki M əcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı 57. “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır....vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz....mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələ blərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir....miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir....mirasdan imtina etməyən vərəsə mirası q əbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
66. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu mü vafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
72. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-376/2024 nömrəli 19 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul e