Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2758/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: avtomobilə dair bağlanmış müqavilənin ləğv olunması və Cavabdeh1 alınaraq ona qaytarılması, cavabdehlərdən mənəvi ziyana görə pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi Cavabdeh2, vəkili Şəfiyeva Gülsabah Nəsib qızının, Cavabdeh1 vəkili Qədirova Təhminə İmran qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 1 7 sentyabr 2020-ci il tarixli, X5 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. «X3 Rover minik» markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 adına qeydiyyata alınmışdır. 31.10.2018-ci il tarixli ƏN-Vİ seriyalı 494531 nömrəli (reyestrdə 7E-8543 nömrəli ilə qeydiyyata alınmış) etibanamə əsasında İddiaçı2 mülkiyyətində olan «X3 Rover minik» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq və sair səlahiyyətləri İddiaçı1 vermişdir. 27.03.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında qeyd olunan avtomobil iddiaçının adından qeydiyyatdan çıxarılaraq Cava bdeh1 adına rəsmiləşdirilmişdir. Hazırda avtomobil Cavabdeh1 adına qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan **-NG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011 olan «X3 Rover minik» markalı avtomobilə dair bağlanmış müqavilənin ləğv olunması və Cavabdeh1 alınaraq ona qaytarılması, cavabdehlərdən mənəvi ziyana görə 5.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Məhkəmənin gedişində iddiaçı əsil iddiaçı – İddiaçı2lə əvəz edilmişdir.
4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, **-NG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 201 1 olan, «X3 Rover minik» avtomobilə dair Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus olan «X3 Rover minik» markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı1 satmış, lakin onlar arasında alqı-satqı müqaviləsi imzalanmamışdır. Tərəflərin qarşılıqlı razılığına əsasən iddiaçı tərəfindən İddiaçı1 baş etibarnamə verilmişdir. Lakin sonradan İddiaçı1 oğlu Cavabdeh1 avtomobili adlarına keçirmək istədiklərini bildirmiş, onları aldadaraq X2 gedərək orada avtomobilə dair alqı-satqı müqaviləsini imzalamışlar və avtomobil Eltunun adına rəsmiləşmişdir. Həmin müqavilə formal imzalanmış, Eltun tərəfindən onlara pul ödə nilməmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin X3 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən P.Hüseynov) iddia təmin edilərək, İddiaçı2lə Cavabdeh1 arasında imzalanmış «X3 ROVER minik» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 27.03.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və «X3 ROVER minik» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı2 qaytarılması qət olunmuşdur.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd olunan avtomobillə əlaqədar İddiaçı2lə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi imzalanarkən iddiaçının həmin avtomobili cavabdehə satmaq niyyəti olmamış, həmçinin alqı-satqı zamanı avtomobilə görə iddiaçıya cavabdeh tərəfindən avtomobilin dəyəri olaraq pul öd ənilməmişdir. Cavabdeh iddiaçını aldatmışdır, iddiaçının cavabdehə mübahisələndirilən avtomobili satmaq niyyəti olmamışdır, iddiaçı cavabdehin onu aldatdığını bilmiş olsaydı, alqı-satqı müqaviləsini imzalamazdı. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia təmin edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 390, 337, 339-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin X3 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2020-ci il tarixli, X5 saylı qət naməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin X3 saylı 26 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı2 oğlu və məhkəmədə iştirak edən nümayəndəsi Cavabdeh2 məhkəmədə verdiyi izahatından da görünür ki, avtomobil İddiaçı2 tərəfindən İddiaçı1 satılmışdır. Yəni avtomobil iddiaçının dediyi kimi, İddiaçı1 satılmışdırsa və bu alqı-satqı mübahisələndirilməmişdirsə və satışdan əldə edilən vəsaitdə məhz İddiaçı1 tərəfindən ödənilmişdirsə bu halda İddiaçı2 alqı-satqını mübahisələndirməsi hüququ yaranmır.
12. Apellyasiya instansiyası məh kəməsi hesab etmişdir ki, avtomobilin İddiaçı1 satılması etiraf olunursa və bu iddiaçı tərəfindən etiraf olunmaqla yanaşı mübahisələndirilmirsə demək ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə iddiaçı haqlı deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıdan avtomobilin alınması üçün ödənilən məbləğ İddiaçı1 tərəfindən ödənilmişdir. Cavabdeh iddiaçıya avtomobil üçün heç bir ödəniş etmədiyi halda onu aldadaraq avtomobilin öz adına rəsmiləşdirilməsinə nail olmuşdur. Belə olan halda müqavilə üzrə tərəfin biri öhdəliyini yerinə yetirməmişdir. Məhkəmənin qeyd etdiyi kimi avtomobilin cavabdehə atası tərəfindən bağışlanması barədə iddiaçıya heç bir söz deyilməmişdir. İddiaçı cavabdehin atasının razılığı ilə hərəkət etdiyini düşünərək müqaviləyə imza atmışdır. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarının elan olunduğu gündən bir neçə gün sonra İddiaçı1 avtomobilin pulu onun tərəfindən ödənildiyi başqa şəxsə satması və ehtiyac olsaydı alğısatqını ona verilən etibarnamə üzrə özünün də oğluna bağışlaya, hədiyyə vermək imkanı olsada bunu etmədiyi halda iddiaçının avtomobilin satışı ilə bağlı müqavilə imzalamağına dair etirazını bildirərək iddiaçıdan avtomobil üçün ödədiyi məbləği geri almışdır. Belə olan halda iddiaçı həm avtomobili, həm də avtomobil üçün ödənilən vəsaiti itirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi Cavabdeh2 və vəkili Şəfiyeva Gülsabah Nəsib qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
17. Məhkəmə iclasında Cavabdeh1 vəkili Qədirova Təhminə İmran qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı2, Cavabdeh1 və üçüncü şəxs İddiaçı1 məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə mə lumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 19.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulm ayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
22. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 26.Kassasiya kollegiyası hesab edir ki, hansı halları əsas götürdü yünü əsaslandırdığından apellyasiya instansiyası məhkəməsi avtomobilin İddiaçı1 satılması etiraf olunduğundan və bu iddiaçı tərəfindən etiraf olunmaqla yanaşı mübahisələndirilmədiyindən iddianın rədd olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
27. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2020-ci il tarixli, X5 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.