Məhkəmə qərarları › İş №2(102)-2758/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2758/2022

22.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2758/2022 22.04.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər AR Əmlak Komitəsinin yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi, Cavabdeh2 və Cavabdeh3nə qarşı “Balakən rayonu Tülü kəndində yerləşən 0.24 ha torpaq sahəsi və bu torpağın üzərindəki 3 otaqlı həyət evinin X1 adına özəlləşdirilməsinin etibarsız sayılaraq, onun adına verilmiş çıxarışın ləğv edilməsi, X2 ilə Cavabdeh2 arasında Balakən rayon dövlət notariusunda 14 avqust 2015-ci il tarixli reyestrdə 4Ə-364 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız sayılması və sonuncunun adına verilmiş qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(019)-74/2021 nömrəli qətnaməsi ilə (hakim Z.Tahirov) iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(107)-2124/2021 nömrəli qətnaməsi ilə (hakimlər Ə.Məcidov, V.Məlikov, A.Mahmudov) İddiaçı tərəfindən apellyasiya şikayəti təmin edilməyərək, Balakən Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(019)-74/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. İş materiallarından (mülki iş, 2-ci cild, səhifə 42-43) görünür ki, İddiaçı qətnamənin surətini 26 noyabr 2021-ci il tarixdə, onun vəkili Vəkil1 isə qətnamənin surətini 23 noyabr 2021-ci il tarixdə apellyasiya məhkəməsinin qətnaməsinin tərəflərə göndərilməsi barədə məktuba imza etməklə rəsmi qaydada almışdırlar. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti “Elektron məhkəmə” sistemində yaranmış elektron kabinet vasitəsi ilə 28 fevral 2022-ci il tarixdə verilmiş və imzalanmışdır. MPM-nin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti q ətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayəti vermək üçün müəyyən olunmuş prosessual müddət ötürülmüş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilməmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayətini baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş ü zrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 407.1, 408.1.4cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2124/2021 nömrəli iş üzrə 17 noyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar