Məhkəmə qərarları › İş №2(102)-2760/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2760/2023

12.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2760/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə tələbi, nikah münasibətlərinin olması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1560/2023 nömrəli 07 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 02 mart 2012-ci il tarixdə rəsmi nikah bağlamış, onların birgə nikahından 10 iyul 2015-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir.

2. Nikah bağlandıqdan sonra iddiaçı cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi, 127 saylı evin 162 saylı mənzilə (bundan sonra – mübahisəli mənzil) köçmüş və orada yaşamışdır.

3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(001)2916/2022 saylı qətnaməsi ilə 2022-ci ilin aprel ayından başlayaraq hər ay cavabdehdən uşağın saxlanılması üçün 193 manat alimentin tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı Tərla Səlimli ilə birlikdə mübahisəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə münasibətləri normal olmuşdur, cavabdeh təqaüddə olan hərbiçidir, özü onu mənzilə qeydiyyata aldırmış, oğlu da burada dünyaya gəlmiş, mənizlə qeydiyyatdadır, cehizləri də bu mənzildədir. Sonradan kənar müdaxilələr nəticəsində münasibətləri gərginləşmiş və cavabdeh onu məcbur etmişdir ki, 2021-ci ilin fevral ayında uşağı da götürüb ata evinə getsin. Bir ildən çox müddətə cavabdeh onlarla maraqlanmamış, uşağın saxlanılması üçün hər hansı bir formada maddi köməklik göstərməmişdir. Hətta oğlu 2021-ci ilin sentyabr ayında birinci sinifə gedərkən cavabdeh nəinki maddi köməklik göstərmiş, heç onu təbrik belə etməmişdir.

6. İddiaçının atası təqaüdçüdür, xəstədir. İddiaçı özü də i şləmir. Cavabdeh alimenti də vaxtı-vaxtında ödəmir, faktiki olaraq Binəqədi rayonunda yaşamasına baxmayaraq, icra sənədini Kürdəmir rayonuna göndərtdirmişdir. Bundan sonra sanki oğlunun olması cavabdehin yadına düşmüş və həmin vaxtdan bu günə qədər maddi köməklik əvəzinə, müxtəlif üsul və vasitələrlə gərginlik yaratmağa çalışır. Hazırda da cavabdeh məhkəmədə iddiaçıya qarşı iddia qaldıraraq həftənin 3 günü uşaqla ünsiyyətdə olmaq üçün uşağın ona verilməsini tələb edir.

7. Cavabdeh iddiaçının övladı ilə birlikdə mübahisəli mənzilə qayıtmağına şərait yaratsa, uşaq həmişə cavabdehin yanında olar.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazın dəıilləri: iddiaçı cavabdehin ikinci həy at yoldaşıdır. İddiaçı ilə ailə həyatı qurmamışdan qabaq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M “Etalon” yaşayış kompleksi, Əsəd Əhmədov küçəsində yerləşən 41 saylı evin 61 nörməli mənzili iddiaçının şəxsi mülkiyyətində olmuşdur; hazırda yaşadığı mübahisəli mənzili cavabdehə qohumu X3 04 avqust 2011ci il tarixdə bağışlama müqaviləsi əsasında vermişdir; iddiaçı iddia ərizəsində göstərir ki, guya o, evlənərkən öz cehiz əşyalarını cavabdehin mülkiyyətində olan mənzilə gətirmişdir. Bu, tamamilə yalan və böhtandır. Belə ki, həmin mənzil 1 otaqdan və 16 kv.metrdən ibarətdir. Cavabdehin mərhum həyat yoldaşının cehiz əşyaları hazırda yaşadığı bu mənzildədir. İddiaçı evə gəlin gələrkən heç bir cehiz əşyası gətirməmiş, ancaq özünə məxsus pal-paltarını gətirmişdir; cavabdeh uşağını 157 saylı tam orta məktəbə qoyarkən iddiaçını qeydiyyata salmışdır. Qanunvericiliyə əsasən yaşadığı mənzil cavabdehə hədiyyə olunduğu üçün iddiaçıya heç bir pay düşmür. Çünki iddiaçının özünün mülkiyyətində olan mənzil 3 otaqdan ibarətdir. İddiaçıya məxsus ev əşyaları həmin mənzildə yerləşir; uşaq anadan olduqdan sonra iddiaçı aylarla cavabdehdən icazə almamış valideynlərinin yaşadığı ünvana getmişdir. Onun bu hərəkətləri bir neçə dəfə təkrar olunmuşdur. İddiaçı hətta heç zaman birgə yaşadıqları müddətdə cavabdehin Kürdəmir rayonunda yaşayan valideynlərinin və qohumlarının toy-yas mərasimlərində iştirak etməmişdir; iddiaçının valideynlərinin və qohumlarının ailəsinə etdiyi müdaxilələr nəticəsində ailə münasibətləri pozulmuşdur. Cavabdeh hərbçi olmuş, ailəsinə hər zaman qayğı ilə yanaşmış, onların m addi və mənəvi ehtiyaclarını lazımınca yerinə yetirmişdir. Lakin iddiaçı elə bir şəraitdə uşağı da götürüb cavabdehə məlumat vermədən evdən çıxıb getmiş və uşağı oxuduğu məktəbdən çıxarıb mülkiyyətində olan mənzilə yaxın 308 saylı tam orta məktəbə dəyişdirmişdir; cavabdeh məcburiyyət qarşısında qalıb ailəni bərpa etmək, uşağı ilə görüşmək məqsədi ilə onun özü və valideynləri ilə telefon əlaqəsi yaratsa da, heç bir nəticəsi olmamışdır. Buna görə də uşağına bir ata kimi nəzarət etmək, təhsili ilə məşğul olmaq, maddi tələbatını ödəmək üçün uşağı ilə görüşmək məqsədi ilə aidiyyəti orqanlara ərizə ilə müraciət etmişdir. Çünki iddiaçı uşağı məktəbə mütəmadi olaraq getməyə qoymur, təhsildən yayındırır. Bunun üçün uşağı ilə görüşmək məqsədi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, hazırda iddiasına məhkəmədə baxılır. Cavabdeh yalnız 308 saylı məktəbin rəhbərliyinin köməyi ilə, yəni sinif rəhbərinin səyi nəticəsində uşağı ilə görüşə bilmişdir; məhkəmənin qərarına əsasən cavabdeh hər ay vaxtında alimenti ödəyir.

10. Binəqədi Rayon Məhkəməsinin 2(001)-6363/2022 nömrəli iş üzrə 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, İddiaçı uşağı – 10 iyul 2015-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 127, mənzil 162-yə köçürülməsi qət edilmişdir. (hakim Məhəmməd Rüstəmli)

11. Birinci instansiya məhkəməsi müəyyən edib ki, tərəflər 02 mart 2012-ci il tarixdə nikaha daxil olmuş, həmin nikahdan 10 iyul 2015-ci il təvəllüdlü X2 doğulmuşdur. Nikah bağlandıqdan sonra iddi açı cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi, 127 saylı evin 162 saylı mənzilə köçmüş və orada yaşamışdır. Tərəflərin münasibətləri gərginləşdiyindən iddiaçı uşağı ilə mənzili 2021-ci ilin fevral ayında tərk edərək valideynlərinin yanına getmişdir. Hazırda iddiaçı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsini tələb edir, cavabdeh isə bu tələbi qəbul etmir

12. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına və mənzil qanunvericiliyin tələblərinə uyğun olaraq belə nəticəyə gəlib ki, iddiaçının oğlu ilə birlikdə ailə üzvü olaraq cavabdehin mülkiyyətində olan mənzildən onunla bərabər istifadə etmək hüququ vardır. Buna görə iddia təmin edilməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsin in İ bəndi, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1. 30.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2 və 27.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, cavabdehin hazırda yaşadığı mübahisəli mənzil ona qohumu X3 tərəfindən 04 avqust 2011-ci il tarixdə bağışlama müqaviləsi əsasında verilmiş, 02 mart 2012-ci il tarixdə iddiaçı ilə rəsmi nikaha daxil olub ikinci ailə həyatı quraraq evlənmiş, həm in nikahdan 10 iyul 2015-ci il təvəllüdlü övladı X2 anadan olmuş, sonra iddiaçı ondan icazəsiz uşağı da götürüb evdən getmişdir. Məhkəmə həmin halları nəzərə almamışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1560/2023 nömrəli iş üzrə 7 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinc instansiya məhkəməsinin gəliyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin arvadıdır, tərəflər arasında rəsmi nikah hal-hazırda da mövcuddur, qanunvericiliyin tələblərindən göründüyü kimi iddiaçının oğlu ilə birl ikdə ailə üzvü olaraq cavabdehin mülkiyyətində olan mənzildən istifadə etmək hüququ olduğundan, rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti belə əsaslandırılmışdır: əvvəla, iddiaçının cavabdehlə mənzilin mülkiyyətçisi kimi mənzildən istifadə ilə bağlı hec bir razılaşması, müqaviləsi olmamışdır; ikinci, iddiaçı öz ərizəsində göstərdiyi kimi evdən hələ 2021-ci ildə çıxıb getmişdir. O vaxtdan tərəflərin ailə münasibətləri tam olaraq dayandırılmışdır. Ər-arvad münasibətləri faktiki olaraq o zamandan yoxdur. Belə hal mövcud o lduğu təqdirdə məhkəmə bütün göstərilənləri nəzərə almadan qanunu səhv təsfir edərək, düzgün tətbiq etməmişdir; bundan əlavə, cavabdehin boşanma ilə bağlı iddia ərizəsi üzrə mülki iş Binəqədi rayon məhkəməsinin icraatındadır. May ayının sonunda yekun qərar çıxarılacaqdır. Bu barədə kifayət qədər məlumatı olan məhkəmə MM-nin 30.4.-cü maddəsini rəhbər tutaraq qərar qəbul etməli idi. Lakin işə birtərəfli baxdığından bunu etməmişdir. Göstərilən qanunun müddəalarını iddiaçı ilə cavabeh arasında yaranmış hüquq münasibətlərinə tətbiq edərkən görünür ki, iddiaçı faktiki olaraq cavabdehin keçmiş ailə üzvü olmuşdur. Deməli, məhkəmə məhz maddi hüququn bu maddəsinin tətbiq etməli idi; məhkəmə həmin maddədə göstərilən daha vacib bir müddəanı bilərəkdən tətbiq etməmişdir. Həmin maddədə göstərilir: “Yaşa yış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.” Bununla bağlı göstərmək lazımdır ki, cavabdeh məhkəməyə DƏDRX-dən aldığı rəsmi arayışı təqdim etmişdir. Həmin arayışdan da göründüyü kimi tərəflər hələ evlənməmişdən əvvəl iddiaçının adına Bakı şəhəri Yasamal rayonu ərazisində 3 otaqdan, ümumi sahəsi 96,4 kv.m-dən ibarət, heç kimin yaşamadığı mənzili olmuşdur. Belə olduğu hal da məhkəmə nə üçün nəzərə almamışdır ki, iddiaçının məhkəmə vasitəsi ilə inadkarlıqla cavabdehin bir otaqlı mənzilinə istifadə hüququnun tanıtdırması heç də ehtiyacdan deyildir; həmçinin mənzilə istifadə hüququnun olduğunu iddia edən iddiaçı bu halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi təqdim etməklə kifayətlənmiş, iddia etdiyi halları təsdiq edəcək hər hansı sübut göstərməmişdir. Qanunun bu tələbi məhkəmə tərəfindən pozularaq düzgün qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayıl ır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan proses sual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olm ayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsası nda yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

22. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

26. İddia tələbi iddiaçının cavabdehin mülkiyyətində olan mənzilə köçürülməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi 2012-ci ildə nikaha girdiyi cavabdehin mənzilinə köçməsi və 2021-ci ilin fevral ayından azyaşlı uşağı ilə mənzili tərk etməsinə istinad etmişdir.

27. İddia tələbinin hüquqi əsasını təşkil edən Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən y aşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

28. Qeyd olunan maddi hüquq normalarının mənasına görə, mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri onunla birlikdə yaşayan ailə üzvləri hesab edilir və mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

29. İşin müəyyən edilmiş hallarına görə də iddiaçı cavabdehin arvadıdır, tərəflər arasında rəsmi nikah hal-hazırda da mövcuddur.

30. Göründüyü kimi, işin müəyyən edilmiş halları qeyd edilən maddi hüquq normalarının tələbi baxımından iddianın təmin edilməsinə əsas vermşdir.

31. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hələ 2021-ci ildə mənzildən çıxıb getməsi, o vaxtdan tərəflərin ailə münasibətlərini tam olaraq dayandırması, ər-arvad münasibətlərinin faktiki olaraq o zamandan mövcud olmaması, evlənməmişdən əvvəl idd iaçının adına mənzili olması, bu səbədən mübahisənin Mənzil Məclləsinin 30.4-cü maddəsinə uyğun həll edilməli olması barədə dəlillər əsaslı sayıla bilməz.

32. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

33. Qeyd edilən maddənin tətbiqi üçün zəruri olan şərt yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verilməsidir. Burada ailə münasibətlərinə xitam verilməsi dedikdə, nikahın pozulması başa düşülür. Ailə Məcəlləsinə görə nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş h allarda isə məhkəmə tərəfindən həyata keçirilir. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. (Ailə Məcəlləsi, 16 və 23.1-ci maddələr)

34. Cavabdehin elektron məhkəmə kabineti vastəsilə təqdim etdiyi boşanma haqqında 31 may 2023-cü il tarixli qətnamədən çıxarışa gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu hal işə mahiyyəti üzrə baxan və işə baxılan vaxt mövcud hüquqi vəziyyətə uyğun qərar verən məhkəmələrin gəldiyi nəticənin əsassız olması anlamına gəlmir.

35. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1560/2023 nömrəli 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar