Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2761/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cavabdeh və Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2761/2021 (Açar sözlər: girov qoyulmiş əmlakın geri qaytarılması, kreditin tutulması, kassasiya instansiyasının qərarında şərh edilən göstərişlərə əməl edilməməsi) Bakı şəhəri, 07 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Aşşahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, vəkili Vəkil, Cavabdeh vəkili XXX iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2020 il tarixli 2(103)-7147/2020 nömrəli qətnaməsindən iddiaçı Məmmədova Lalə Zahid qızının kassasiya şikayətinə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Azadlıq prospekti, 57/b ünvanda yerləşən lombarın sahibidir.
2. İddiaçı İddiaçı lombarda girov qoymaqla pul götürüb.
3. Tərəflər arasında girov qoyulmuş əmlaklar və qaytarılmalı pul məbləği barəsində mübahisə vardır. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən özünə məxsus 1500 ABŞ dolları qiymətində qızıl-briliant daşlı sırğa, 8500 ABŞ dolları qiymətində “mavi serviz”, 14000 ABŞ dolları qiymətində “konyak” dəsti, 15000 ABŞ dolları qiymətində 3300 qram çəkisi olan “mavi serviz” dəsti, 14000 ABŞ dolları qiymətində “şərq konyak” dəsti, 18000 ABŞ dolları dəyərində brilant qaşlı qızıl üzük və 15000 ABŞ dolları dəyərində “nefrit” servizi, 25.000 ABŞ dolları qiymətində briliant qaşlı qızıl dəsti (üzük, sırğa, klon, boyunbağı - 95.15 qram çəkidə qızıl, 114 karat briliant), 30.000 ABŞ dolları dəyərində briliant qaşlı qızıl saatı (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8.000 ABŞ Dolları dəyərində “babocka” serviz, 7.000 ABŞ dolları dəyərində 6 ədəd qədəh, 3000 ABŞ dolları dəyərində salat tabağı, 6000 ABŞ dolları dəyərində meyvə tabağı, 5500 ABŞ dolları yemək dəsti (12 pers onal), 12.000 ABŞ dolları “rıbka” RS serviz, 3000 ABŞ dolları dəyərində yemək dəsti (6 personal), 3600 ABŞ dolları dəyərində gümüş qrafin (2 ədəd), 4000 ABŞ dolları dəyərində qara norka kürk, 5000 ABŞ dolları dəyərində palto dior, 2200 ABŞ dolları dəyərində vaza “beqoniya” SÇ, 1500 ABŞ dolları dəyərində 3 daşlı qızıl briliant sırğa, 2000 ABŞ dolları dəyərində qəhvəyi norka jilet, 1200 ABŞ dolları dəyərində norka yaxalıqlı palto, 2500 euro dəyərində qəhvəyi norka jilet, 2500 euro norka jilet (VUD), 2500 manat dəyərində yarım palto, 10.000 manat dəyərində 2 ədəd rəsm əsəri, 12000 ABŞ dolları dəyərində serviz “balıq RS”, 5500 ABŞ dolları dəyərində yemək dəsti SÇ (12 personal), 6000 ABŞ dolları dəyərində stakan altı RS (yaşıl), 5000 ABŞ dolları dəyərində meyvə tabağı RS, 2400 ABŞ dolları dəyər ində mürəbbə qaşıq (6 ədəd), 3.000 AbŞ dolları əvəzində tort üçün kürək RS (6 ədəd), cəmi 239.900 ABŞ dolları, 5000 euro və 12500 manat dəyərində əmlaklarının alınaraq ona qaytarılmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5. iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə iddiaçıya təcili pul lazım olmuş və tanışı Yaqut Nəsirova vasitəsi ilə Cavabdeh adlı lombard sahibinə müraciət etmişdir.
6. İddiaçını bu məsələdə bir qədər arxayınlaşdıran səbəblər sırasında sırf subyektiv amillər də vardı. Belə ki, həmin qadınla, yəni cavabdehlə illər öncə onun tanışlığı olmuşdur və qarşılıqlı söhbət zamanı məlum olub ki, onlar uzaq da olsa qohumdurlar. Cavabdeh iddiaçının tərəddüd etdiyini görüb, iddiaçıya narahat olmamağı, rahat şəraitlə işləyəcəklərini bildirmişdir.
7. Beləliklə, 20 16-cı ildən başlayaraq iddiaçı əvvəlcə ümumi tanışı XXX vasitəsilə Cavabdeh bir neçə dəfə pul götürüb faizi ilə qaytarmışdır. Lombardın reklam lövhəsində 36 faizlə kredit verildiyi yazılmışdır. Cavabdeh ona ilkin olaraq 6 faizdən pul verəcəyini, lakin daha böyük girov müqabilində faiz dərəcəsini azaldacağını vəd etmişdir. 23 noyabr 2016cı il tarixdə özü şəxsən Cavabdeh 5000 (beş min) ABŞ dolları pul götürmüş və qarşılığında onun tələbi ilə məbləğin 5 mislini təşkil edən, 1500 ABŞ dolları qiymətində briliant qaşlı qızıl sırğa (Puset), 8500 ABŞ dolları qiymətində gümüş “Mavi” serviz dəsti, 14000 ABŞ dolları qiymətində gümüş “Konyak” dəsti girov qoymuşdur.
8. İddiaçı 15 fevral 2017-ci il tarixdə 6000 ABŞ dolları pul götürmüş, 15000 ABŞ dolları qiymətində 3300 qram çəkisi olan gümüş “Mavi” ser viz dəstini girov qoymuşdur.
9. İddiaçı 20 fevral 2017-ci il tarixdə 6000 manat pul götürmüş, əvəzində 14000 ABŞ dolları qiymətində gümüş “Şərq” konyak serviz dəstini girov qoymuşdur.
10. İddiaçı 16 mart 2017-ci il tarixdə 5000 ABŞ dolları pul götürmüş, əvəzində 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzük (dəyirmi şəkildə, ortasındakı 50 sot brilyant qaşın ətrafında 10 ədəd yarpaqvari briliant qaşlar) və 15000 ABŞ dolları dəyərində gümüş “Nefrit” serviz dəstini girov qoymuşdur.
11. İddiaçı 14 avqust 2017-ci il tarixdə 10863 manat pul götürmüş, əvəzində 8000 ABŞ dolları dəyərində gümüş “Baboçka” serviz dəsti, 7000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəh, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağı, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağı girov qoymuşdur.
12. İddiaçı 19 mart 2018-ci il tarixdə 3390 manat pul götürmüş, əvəzində 5500 ABŞ dolları dəyərində gümüş yemək dəsti (12 person) girov qoymuşdur.
13. İddiaçı 22 mart 2018-ci il tarixdə, 11.000 manat pul götürmüş, əvəzində 12.000 ABŞ dolları dəyərində gümüş “Balıq” serviz dəsti, 3000 ABŞ dolları dəyərində gümüş yemək dəsti (6 person), 3600 ABŞ dolları dəyərində gümüş qrafın (2 ədəd) girov qoymuşdur.
14. Beləliklə, ötən dövr ərzində iddiaçı cəmi 16000 ABŞ dolları və 41.253 manat borc pul götürmüşdür. Əlindəki lombard biletlərindəki qeydlərə əsasən manatla olan borcdaniddiaçı 12334 manat, ABŞ dolları ilə olan borcdan 1400 dollar ödəmişdir.
15. Bundan əlavə, iddiaçı müxtəlif vaxtlarda 2017-ci ilin noyabr və dekabr aylarında 1500+1500; 2018-ci ilin yanvar və fevral aylarında müvafiq olaraq 1000+1000 manat ol maqla ümumilikdə 5000 manat pul götürmüş və əvəzində müvafiq olaraq 4000 ABŞ dolları dəyərində qara norka kürk, 5000 ABŞ dollarında “Dior” firmasından palto, 2200 ABŞ dolları dəyərində gümüş vaza “Beqoniya”, 1500 ABŞ dolları dəyərində 4 daşlı qızıl brilyant sırğa (dördkünc formasında və hərəsində bir qaş olmaqla), 2000 ABŞ dolları dəyərində qəhvəyi norka jilet, 1200 ABŞ dolları dəyərində norka yaxalıqlı palto, beləliklə, cəmi 16900 ABŞ dolları dəyərində əmlakları girov qoymuşdur.
16. Sonradan Cavabdeh həmin borc üzrə faizin aşağı salınacağı vədinə əsasən iddiaçı müvafiq olaraq 2500 Avro dəyərində qəhvəyi norka jilet və 2500 Avro dəyərində norka jilet (VUD rəngli), eləcə də 2500 manat dəyərində firuzə rəngli yarım palto, 10000 manat dəyərində 2 ədəd rəsm əsərini cəmi 5000 Avro və 12500 mana t dəyərində əlavə girov qoymuşdur.
17. Cavabdeh XXX adlı şəxslə cinayət əlaqəsinə girərək heç bir öhdəliyinin olmadığı halda ona məxsus 33.900 ABŞ dolları dəyərində əmlakı - 12000 ABŞ dolları dəyərində gümüş “Balıq” serviz dəstini (RS), 5500 ABŞ dolları dəyərində gümüş yemək dəsti (SÇ, 12 person), 6000 ABŞ dolları dəyərində gümüş stəkanaltı (RS, yaşıl), 5000 ABŞ dolları dəyərində gümüş meyvə tabağı (RS), 2400 ABŞ dolları dəyərində gümüş mürəbbə qaşıqları (6 ədəd), 3.000 ABŞ dolları dəyərində tort üçün gümüş kürək (RS, 6 ədəd) aldatma yolu ilə ələ keçirmişlər.
18. Bununla da iddiaçının girov qoyduğu və ələ keçirilmiş əmlaklarının ümumi dəyəri 239.900 ABŞ dolları, 5000 Avro və 12500 manat təşkil edir. Həmin borcdan ödənilmiş faizlər və dəbbə pulu çıxılmaqla müqavilə müddəti üzrə borcu 14.600 ABŞ dolları və 29.919 manat təşkil edir və əmindir ki, mühasibatlıq sənədlərinin üzləşdiriləcəyi təqdirdə həmin borc əhəmiyyətli dərəcədə azalacaqdır.
19. İddiaçı 2017 və 2018-ci illərdə bir neçə dəfə Cavabdeh məxsus Azadlıq prospekti 57/b ünvanda yerləşən lombarddan müxtəlif məbləğlərdə pul götürüb qarşılığında külli miqdarda girov qoymuşdur. Sonralar Cavabdeh vəd etdiyi kimi faiz dərəcəsini aşağı salmaq əvəzinə, guya ona donorluq edən bankın faiz dərəcələrini artırdığını və bundan sonra aylıq 8 faizdən ödəniş etməli olduğunu bəyan etmişdir. İddiaçı qəti şəkildə etiraz etmiş, israrla bankın nümayəndəsi ilə görüşüb-danışmaq istədiyini bildirmişdir. Cavabdeh buna etiraz edib və bankın adını açıqlamayıb ki, guya bu, bank sirridir, hələ bu azmış kimi iddiaçıdan əlavə girov tələb etmişdir.
20. İddiaçı təzə kredit götürmədiyini bildirmiş və nəyə görə girov qoymalı olduğunu soruşanda, cavabdeh yeni faiz dərəcəsinin əvvəlki kreditlərə şamil edildiyini və buna görə də girovun miqdarının artırılmasının zəruri olduğunu söyləmişdir. İddiaçı belə bir faizi ödəməyəcəyini bildirdikdə, Cavabdeh tələb etmişdir ki, bu halda götürdüyü bütün kreditlər dərhal bağlansın. Təbii ki, iddiaçının həmin anda belə bir imkanı olmayıb.
21. İddiaçı artıq “piramida” qurbanına çevrildiyini anlamış və Cavabdeh soyğunçu faiz və az qala hər gecikdirilən günün saatına belə hesabladığı dəbbədən xilas olmaq üçün bəzən onun özündən təkrar kredit götürmüşdür. Ancaq sonra aşkar etmişdir ki, iddiaçı cavabdehə külli miqdarda vəsait ödəməyinə baxmayaraq, kreditlərin məbləği azalmır, əksinə həndəsi silsilə ilə artır.
22. Belə ki, cavabdeh iddiaçının etibarından sui-istifadə edərək ödədiyi pulları borc məbləğindən silmir, vergidən yayınmaq məqsədilə heç bir mühasibat uçotu aparmır. Sonradan Cavabdeh çirkin əməlləri ilə bağlı bir çox sahibkardan məlumat almağa başlamışdır. Cavabdeh çoxlarını borc quyusuna salıb əmlakına əl qoyur, ipə-sapa yatmayanları polislə, guya ki, arxasında duran vəzifəli şəxslərlə, hətta oğru dünyasının nümayəndələri ilə qorxudurmuş.
23. Cavabdehdən qarşılıqlı haqq-hesabın əks olunduğu mühasibat kitabını göstərməyi, eləcə də nə qədər pul ödədiyini dəqiqləşdirmək üçün ödəniş qəbzlərini tələb etmiş, lakin həmişə onunla çox mehriban olan cavabdehdən səs çıxmamış, artıq 2018-ci ilin mayından etibarən cavabdeh gizlənməyə başlamışdır. Onun zənglərinə cavab vermir, səsli ismarıclarını c avabsız buraxırdı.
24. İddiaçının dəfələrlə və israrlı şəkildə borcunu ödəyib girov qoyduğu malları azad etməklə bağlı tələblərini Cavabdeh bir qayda olaraq qulaqardına vururdu, çünki bu onun “oyun qaydalarına” zidd idi. Məsələn, Cavabdeh ondan dörd dəfəyə götürdüyü 5 (beş) min manat (1500+1500+1000+1000) müqabilində 16900 ABŞ dolları, 5000 Avro və 12500 manat dəyərində geyim əşyaları, qızıl-zinət və gümüş məmulatı, qiymətli rəsm əsərləri girov götürmüşdür. Bununla bağlı lombarddakı dəftərdə şəxsən qeydiyyat aparmışdır. Ancaq sonradan məbləğin 4000 (dörd min) manatını ödəsə də, girovu qaytarmamışdır. Guya bank bütün məbləğin qaytarılmasını tələb edir.
25. Neçə aydır ki, 1000 manat borcu qaytarıb malları girovdan azad etmək istəsə də, Cavabdeh ondan qaçır. Əlindəki sənədlərə əsasən iddiaçın ın lombarddakı əmlakının məbləği götürdüyü kreditdən ən azı 8 (səkkiz) dəfə çoxdur. Cavabdeh ondan qat-qat artıq girov tələb etməsinin səbəbi aydın olur ki, iddiaçı ödəmə qabiliyyətini itirsin və iddiaçının bütün əmlakına əl qoysun. Dəfələrlə tələb etsə də, Cavabdeh hər bir kredit üzrə ayrıca ödəniş cədvəli verməkdən imtina etmişdir.
26. İddiaçının qaytardığı məbləğlərin hansı kreditdən silindiyini öyrənmək üçün israrlı müraciətlərinə cavabdeh bir cavab verib ki, qeydiyyat aparırılır, borc azalır. Ancaq cavabdeh nə qədər azaldığı barədə konkret sənəd verməmişdir.
27. İddiaçı girov qoyuduğu qiymətli brilyant saatı (“Harry Winston” 30000 ABŞ dolları) “Moskva” Univermağında Cavabdeh və kürəkəninə məxsus qızıl şöbəsində görmüşdür.
28. İkinci belə bir fakt odur ki, iddiaçı girov qoyduğu bahalı 2 ədəd orijinal (erkən payız fəslini əks edirən rəsm əsərini (10.000 manat) Bakı Ticarət Mərkəzindəki Nairə Səttarovaya məxsus antik qablar və mebel mağazasında görmüşdür. Polisə qədər gedib çıxan münaqişədən sonra həmin əsərlər satışdan götürülsə də, bu dəfə bir ayrı dükana qoyulmuşdur.
29. İddiaçı girov qoyduğu 14000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəstini və 8000 ABŞ dolları dəyərində gümüş “Baboçka” servizini Cavabdeh BTM-də Xatirə adlı qadının dükanında satışa qoymuşdur. Göründüyü kimi, Cavabdeh vermiş olduğu toplam borcun müqabilində iddiaçıdan 8 dəfədən artıq girov götürməklə, nəticə etibarilə iddiaçını borc tələsində boğub müflis etmək, əmlakına yiyələnmək və əsassız varlanmaq məqsədi güdmüşdür.
30. Ən vacibi odur ki, iddiaçının 2018-ci ilin may ayından başlayaraq borcu q aytarmaq cəhdlərinə Cavabdeh imtina ilə cavab vermiş, yəni verdiyi pulun qalığını geri almaqdan imtina etmişdir. Bunu şüurlu şəkildə, bilərəkdən, əvvəlcədən hazırlamış olduğu planın tərkib hissəsi kimi - müştərinin əmlakına əl qoymaq məqsədilə həyata keçirmişdir. Halbuki, mövcud qanunvericiliyə əsasən, iddiaçıya məxsus girov kimi qoyduğu əşyalar açıq hərracda satılaraq ödənilməmiş borc məbləği Cavabdeh verilməli və yerdə qalan əşyalar sahibi kimi iddiaçıya qaytarılmalıdır.
31. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 302.2, 302.4, 302.5, 302.7, 463.1, 1091 və 1092.1-ci maddələrinə istinad etmişdir.
32. Cavabdeh pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 33919 (otuz üç min doqquz yüz on doqquz) manat və 14600 (on dörd min altı yüz) ABŞ do lları məbləğində əsas borc və 10175,70 (on min bir yüz yetmiş beş manat 70 qəpik) manat və 4380 (dörd min üç yüz səksən) ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 44094.70 (qırx dörd min doxsan dörd manat 70 qəpik) manatın və 18980 (on səkkiz min doqquz yüz səksən) ABŞ dollarının, hüquqi yardıma görə ödədiyi 100 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı öz ərizəsində də, qeyd etdiyi kimi, həqiqətən də ondan 23.11.2016-ci il tarixində 5000 (beş min) ABŞ dolları məbləğində, daha sonra 15.02.2017-ci il tarixində 6000 (altı min) ABŞ dolları, 20.02.2017ci il tarixində 6000 (altı min) manat.16.03.2017-ci il tarixdə 5000 (beş min) ABŞ dolları, 06.04.2017 -ci il tarixində 10000 (on min) manat, 14.08.2017-ci il tarixində 10863 (on min səkkiz yüz altmış üç) manat, 2017-ci ilin noyabr ayında 1500 (bir min beş yüz) manat, 2017-ci ilin dekabr ayında daha 1500 (bir min beş yüz) manat, 2018-ci ilin yanvar ayında 1000 (bir min) manat, 2018-ci ilin fevral ayında 1000 (bir min) manat, 19.03.2018-ci il tarixində 3390 ( üç min üç yüz doxsan) manat, 22.03.2018-ci il tarixində 11000 (on bir min) manat olmaqla, ümumilikdə ondan 46253 (qırx altı min iki yüz əlli üç) manat və 16000 (on altı min) ABŞ dolları məbləğində borc pul götürmüşdür.
34. İddiaçı ilk öncə pul verməkdən imtina etsə də, sonuncu ümumi tanışlarının xahişinə əsasən, ondan qeyd olunan məbləğləri borc almağa nail olmuşdur. Belə ki, özü həmin pulu bankdan aylıq 3 faizlə götürmüşdür və İddiaçı də, pulun faizini artıqlaması ilə hər ay vaxtında ödəyəcəyinə vəd verdiyindən, ona müxtəlif vaxtlarda qeyd olunan pul məbləğlərini vermişdir. Lakin İddiaçı bir müddət həm faizi və həm də ümumi borcdan az qismini qaytararaq, onun etibarına nail olmuş və sonuncu dəfə 22.03.2018-ci il tarixində 11000 (on bir min) manat pulu aldıqdan sonra, nə əsas məbləğdən, nədə ki, faizlərdən heç bir məbləğ ödəməmişdir.
35. İddiaçı özünün iddia ərizəsində etiraf etdiyi kimi, borca götürdüyü pulun manatla olan hissəsindən yalnız 12334 ( on iki min üç yüz otuz) manat, ABŞ dolları ilə olan hissədən isə, cəmi 1400 (min dörd yüz) ABŞ dolları qaytarmışdır. Beləliklə, nəticədə cavabdehin ona 33919 (otuz üç min doqquz yüz on doqquz) manat və 14600 (on dörd min altı yüz) ABŞ dolları məbləğində ödənilməmiş borcu qalm ışdır. Eyni zamanda İddiaçı 2018-ci ilin aprel ayından hazıradək 10 ay müddətində yerdə qalan 33919 (otuz üç min doqquz yüz on doqquz) manat və 14600 (on dörd min altı yüz) ABŞ dolları məbləğə görə illik 36% faiz borcunu ödəmədiyi nəzərə alınarsa, 33919 manat x 3% (hər ay) = 101 7,57 manat x 10 ay = 10175,70 manat; 14600 ABŞ dolları x 3% (hər ay) - 438 ABŞ dolları x 10 ay = 4380 ABŞ dolları məbləğ alınacaqdır.
36. Beləliklə, İddiaçı fazilə almış olduğu borc pula görə, 10 ay müddətində faizləri vaxtında ödəməməsi nəticəsində o, yerdə qalan borc məbləğindən əlavə 10175,70 (on min bir yüz yetmiş beş manat 70 qəpik) manat və 4380 (dörd min üç yüz səksən) ABŞ dolları öz vəsaiti ilə faizləri ödəməklə ziyana düşmüşdür.
37. Daha sonra Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “Mavi servis”; “konyak dəsti ağ rəngdə”; “gümüş qab“, “saat Harry Winston”, “servis kəpənək”, “06 ədəd qədəhlər”, “salat qabı” və “meyvə qabı” olmaqla 8 adda əşyaların İddiaçı qaytarılması şərti ilə, ondan 33919 (otuz üç min doqquz yüz on doqquz) manat və 14600 (on dörd min altı yüz) ABŞ dolları məbləğində əsas borc və 10175,70 (on min bir yüz yetmiş beş manat 70 qəpik) manat və 4380 (dörd min üç yüz səksən) ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 44094,70 (qırx dörd min doxsan dörd manat 70 qəpik) manatın və 18980 (on səkkiz min doqquz yüz səksən) ABŞ dollarının, hüquqi yardıma görə ödədiyi 100 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması və əşyalarla pul məbləğlərinin geri qaytarlmasının eyni anda icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdi r.
38. Sonradan Cavabdeh qarşılıqlı iddia tələbini bir daha dəqiqləşdirərək, “Mavi servis”; “konyak dəsti ağ rəngdə”; “gümüş qab“, “saat Harry Winston”, “servis kəpənək”, “06 ədəd qədəhlər, “salat qabı” və “meyvə qabı” və 01 ədəd qızıl üzüyü olmaqla 9 adda əşyaların İddiaçı qaytarılması şərti ilə, ondan 33919 (otuz üç min doqquz yüz on doqquz) manat və 14600 (on dörd min altı yüz) ABŞ dolları məbləğində əsas borc və 10175,70 (on min bir yüz yetmiş beş manat 70 qəpik) manat və 4380 (dörd min üç yüz səksən) ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 44094,70 (qırx dörd min doxsan dörd manat 70 qəpik) manatın və 18980 (on səkkiz min doqquz yüz səksən) ABŞ dollarının, hüquqi yardıma görə ödədiyi 100 manatın və 30 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması və əşyalarla pul məb ləğlərinin geri qaytarlmasınn eyni anda icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
39. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi qarşılıqlı iddiaçı Mülki Məcəllənin 385.1, 387.2, 425.1 və 442-ci maddələrinə istinad etmişdir.
40. Səbail Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(009)-338/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məxsus 15000 ABŞ dolları dəyərində 3300 qram çəkisi olan gümüş “mavi serviz” dəstinin, 14000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəstinin, 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzüyün, 15000 ABŞ dolları dəyərində gümüş “Nefrit” dəstinin, 30000 ABŞ dolları dəyərində briliant qaşlı qızıl saatın (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8000 ABŞ dolları dəyərində gümüş babocka “kəpənək” dəstinin, 7000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəhin, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağının, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağnın, 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilməsi, qeyd edilən əşyalar olmadıqda onların dəyəri olan 120500 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, 33919 manat və 14600 ABŞ dolları dəyərində əsas və 10175,70 manat və 4380 ABŞ dolları dəyərində faiz borcu olmaqla, ümumilikdə 44094,70 manatın və 18980 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 100 manat və 30 manat dövlət rüsumunun iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutularaq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ödənilməsi, əşyaların və pul məbləğlərinin geri qaytarılmasının eyni anda icra edilməsi qət edilmişdir.(hakim Rəna Qafarova)
41. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddiaçının cavabdehə qarşı əmlak tələbinin əsasını iddia ərizəsində sadaladığı əmlakların qaytarılması ilə bağlı olsa da, tələbin məzmunundan aydın olur ki, faktiki olaraq iddiaçı t ələbində cavabdehə olan 14600 ABŞ dolları və 29919 manat məbləğində olan borcunu yalnız tələb etdiyi əmlakların qaytarılması qarşılığında qaytarmaq niyyətindədir. Buna görə də, o, əvvəlcə cavabdehə girov verilməsi iddia edilən əmlakların ondan alınmasını tələb edir.
42. Birinci instansiya məhkəməsi işdəki sübutalara, o cümlədən şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Cavabdeh işlətdiyi lombarda müxtəlif vaxtlarda əmlaklarını girov qoyması və müxtəlif məbləğlərdə pul götürməsilə tərəflər arasında lombard münasibətləri yaranmışdır. Tərəflər arasında lombard münasibətlərinin olması həmçinin Cavabdeh adını əks etdirən möhürlü 23.11.2016-cı il tarixli, 15.02.2017-ci il tarixli, 20.02.2017-ci il tarixli, 16.03.2017-ci il tarixli, 06.04.2017-ci il tarixli və Şahid adını əks etdirən möhürlü 14.08.2017-ci il tarixli lombard biletlərinin mövcudluğu və onların məzmunu ilə də təsdiq edilir. Cavabdeh tərəflər arasında lombard deyil, borc münasibətlərinin olmasını qeyd etsə də, onun məhkəmə araşdırması zamanı ilk iddiaçının iddiasında göstərdiyi əşyalardan 9 adda əşyanın özü tərəfindən borc pul verməsi müqabilində götürülməsini etiraf etməsi də digər sübutlarla yanaşı tərəflər arasında lombard münasibətlərinin olmasını təsdiq edir. Çünki ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsində və izahatında “Mavi servis”; “konyak dəsti ağ rəngdə”; “gümüş qab“, “saat Harry Winston”, “servis kəpənək”, “06 ədəd qədəhlər”, “salat qabı” və “meyvə qabı” və 01 ədəd qızıl üzük olmaqla 9 adda əşyaların onda olduğunu və qaytarılmalı olmasını etiraf etmişdir.
43. Birinci instans iya məhkəməsi 23.11.2016-cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletinə münasibət bildirərək qeyd etmişdir ki, 3.400 qram çəkisi olan gümüş servis 5000 ABŞ dolları məbləğində qiymətləndirilmiş və həmin gümüş servis müqabilində 5000 ABŞ dolları İddiaçı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı həmin gümüş dəstin cavabdehdə olduğunu və həmin əşyanın müqabilində götürdüyü pul məbləğini hələ də qaytarmadığını qeyd etmişdir. Cavabdeh isə biletdə qeyd edilmiş əşyanın adının üzərindən xətt çəkilməsinə istinad edərək həmin əşyanın İddiaçı qaytarıldığını və həmin əşya müqabilində verilmiş pulun geri ödənildiyini bildirsə də məhkəmə Cavabdeh qeyd etdiyi xüsusatı inandırıcı və ağlabatan hesab etməmişdir.
44. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh qarşıl ıqlı iddia ərizəsində 23.11.2016-cı il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5000 ABŞ dolları məbləğində pul verildiyini qeyd etmiş və hazırda İddiaçı də öz izahatında qeyd etdiyi kimi 14600 (on dörd min altı yüz) ABŞ dolları məbləğində ödənilməmiş borcunun ona qaytarılmasını tələb edir.
45. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh iddia tələbində İddiaçı də öz izahatında qeyd etdiyi kimi 14600 (on dörd min altı yüz) ABŞ dolları məbləğində ödənilməmiş borcunun ona qaytarılmasını tələb etməsi 23.11.2016-cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletində göstərilən 3.400 qram çəkisi olan gümüş servisin İddiaçı qaytarılmadığına dəlalət edir. Əks halda, Cavabdeh LaləMəmmədzadədən 14600 ABŞ dolları məbləğində yox, 9600 ABŞ dolları (146005000= 9600 ABŞ dolları) məbləğində borcun qaytarılmasını tələb etməli idi.
46. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib Cavabdeh onda olmasını etiraf etdiyi 9 əşya ilə yanaşı, 23.11.2016-cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletində göstərilən 3.400 qram çəkisi olan gümüş servis də müqabilində götürülən borc məbləğinin qaytarılması şərti ilə İddiaçı qaytarılmalıdır.
47. Birinci instansiya məhkəməsi ilk iddia üzrə cavabdehin etirafını nəzərə alaraq hesab etmişdir ki, ilk iddia tələbi girov kimi götürülmüş 10 adda əşyaların, yəni, İddiaçı məxsus 15000 ABŞ dolları dəyərində 3300 qram çəkisi olan gümüş “mavi serviz” dəsti, 14000 ABŞ dolları dəyərində gümüş “Şərq” konyak dəsti, 18000 ABŞ dolları dəyərində brilyant qaşlı qızıl üzük, 15000 ABŞ dolları dəyərində gümüş “Nefrit” dəsti, 30.000 ABŞ dolları dəyərində briliant qaşlı qızıl saatı (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8.000 ABŞ dolları dəyərində gümüş babocka “kəpənək” dəsti, 7.000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəh, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağı, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağı, 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
48. Birinci instansiya məhkəməsi eyni zamanda iddia tələbi olmasa da, qeyd edilən əşyalar olmadığı təqdirdə onların dəyəri olan 120.500 (bir yüz iyirmi min beş yüz) ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməsini də mümkün saymışdır.
49. Birinci instansiya məhkəməsi ilk iddia tələbini digər əmlakların geri qaytarılması hissəsində təmin etməmiş və bunu iddia tələbinin həmin hissələrinin sübut edilməməsi ilə əsaslandırmışdır.
50. Məhkəmə qarşılıqlı iddia tələbinin “33919 (otuz üç min doqquz yüz on doqquz) manat və 14600 (on dörd min altı yüz) ABŞ dolları dəyərində əsas borcun ödənilməsinə” dair hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı 2016-cı ildən başlayaraq müxtəlif vaxtlarda girov müqabilində lombard fəaliyyəti ilə məşğul olan Cavabdeh 6-8 faiz olmaqla pul götürmüşdür. Götürdüyü pulların bir qismini ödəsə də, lakin onun həmin girov müqabilində götürdüyü pullar üzrə Cavabdeh borcu qalmışdır. Borcunun qalmasını isə İddiaçı öz ilkin iddia ərizəsində etiraf edərək göstərmişdir ki, Cavabdeh 14.600 ABŞ dolları və 29919 manat borcu vardır.
51. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı 2017-ci ilin noyabr və dekabr aylarında 1500+1500; 2018-ci ilin yanvar və fevral aylarında 1000+1000 manat olmaqla ümumilikdə 5000 manat pul götürməsini etiraf etsə də, sonradan Cavabdeh ondan dörd dəfəyə götürdüyü 5 (beş) min manat (1500+1500+1000+1000) müqabilində 16900 ABŞ dolları, 5000 Avro və 12500 manat dəyərində geyim əşyalarını, qızıl-zinət və gümüş məmulatlarını, qiymətli rəsm əsərlərini girov götürməsini, bununla bağlı lombarddakı dəftərdə şəxsən qeydiyyat aparmasını, sonradan 5000 (beş min) manatın 4000 (dörd min) manatını Cavabdeh ödəməsini və buna baxmayaraq girov qoyulmuş həmin əmlaklarının qaytarılmamasını təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
52. Birinci instansiya məhkəməsi İddiaçı 2017-ci ilin noyabr və dekabr aylarında 1500+1500; 2018-ci ilin yanvar və fevral aylarında 1000+1000 manat olmaqla ümumilikdə 5000 manat pul götürməsinin öz etirafı ilə də təsdiq olunduğunu, lakin sonradan həmin 5000 (beş min) manatın 4000 (dörd min) manatını Cavabdeh ödəməsinin məhkəmə araşdırması zamanı təsdiq edilmədiyini nəzərə alaraq hesab edib ki, İddiaçı Cavabdeh əsas borc olaraq 29.919 manat deyil, 33919 (otuz üç min doqquz yüz on doqquz) manat borcu qalmışdır.
53. Həmçinin, birinci instansiya məhkəməsi qeyd edib ki, İddiaçı ilə Cavabdeh arasında yaranmış lombard münasibətləri ilə bağlı müqavilələri müddətsiz olmuş, yəni bu münasibət müddətlə şərtləndirilməmişdir. Tərəflər arasınd a girov qoyulmaqla pul götürülməsi (lombard münasibətləri) özlərinin izahatlarına əsasən 6-8 faizlə olduğu halda, qarşılıqlı iddiaçı tələbində göstərdiyi faizlə, yəni, hər ay 3 faiz olmaqla borcun tutulmasını tələb etdiyindən məhz bu faizlə hesablanmanın nəzərə alınması məqsədə uyğundur..
54. Birinci instansiya məhkəməsi onu da müəyyən etmişdir ki, 2018-ci ilin may ayından etibarən İddiaçı lombard münasibətləri əsasında yaranan borcu üzrə ödənişlər etməmiş və bunun səbəbini o, ilkin iddia ərizəsində göstərdiyi kimi 2018-ci ilin may ayından etibarən Cavabdeh iş yerində tapa bilməməsi ilə əsaslandırmışdır. Borcunu ödəməməkdə digər səbəb kimi isə onun girovda olan əşyalarını qaytarmaq istəyi, eləcə də, ümumiyyətlə onun nə qədər borcunun olmasını aydınlaşdırmaq niyyətinin olmasını göstərmişdir. Bununla da X3 2018-ci ilin may ayından qarşlılıqlı iddia ərizəsi verilən tarixə olan dövr üçün (10 ay) ümumi borcu üzrə ödənişləri həyata keçirməmişdir.
55. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 302.2, 302.5, 385.1, 442, 448.1, MPM-nin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir.
56. Birinci instansiya məhkəməsi qətnamə ilə yanaşı, cavabdeh D.Bağıorvanını barəsində xüsusi qərardad da çıxarmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
57. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ilkin iddianın təmin edilməyən, qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv, ilk iddianın tam, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
58. İddiaçı şikayətini dəlilləri: - birinci instansiya məhkəməsinin İddiaçı qaytarılmasını qət etdiyi əmlakın dəyəri qətnamədə göstər ildiyi kimi 120 500 ABŞ dolları deyil, 121.500 ABŞ dolları təşki edir. Cavabdeh qarşılıqlı iddia ərizəsində 8 (səkkiz) adda əmlakın onda olduğunu etiraf etmişdir: 15000 ABŞ dolları qiymətində 3300 qram çəkisi olan gümüş “Mavi” serviz dəsti, 14000 ABŞ dolları qiymətində gümüş ‘"Şərq” konyak serviz dəsti, 5500 ABŞ dolları dəyərində gümüş yemək dəsti (12 pers.), 30.000 ABŞ dolları dəyərində briliant qaşlı qızıl saatı (“Harry Winston” 70.39 qram çəkidə qızıl), 8.000 ABŞ dolları dəyərində gümüş “Babocka’ serviz dəsti, 7.000 ABŞ dolları dəyərində 6 ədəd gümüş qədəh, 3000 ABŞ dolları dəyərində gümüş salat tabağı, 6000 ABŞ dolları dəyərində gümüş meyvə tabağı. Daha sonra İddiaçı tərəfindən məhkəməyə dəyəri 15000 (on beş min) ABŞ dolları olan "Nefrit" dəsti, 18000 (on səkkiz, min) ABŞ dolları ola n brilyant üzük və 25000 (iyirmi beş min) ABŞ dolları təşkil edən brilyant dəstinin (üzük, sırğa, kulon, boyunbağı – 55,15 qr və 115 kr) girov verildiyinə dair lombard biletləri təqdim edilmişdir; - məhkəmə həmin biletləri təkzibedilməz fakt kimi qəbul edərək yalnız iki adda əmlakın - dəyəri 15000 (on beş min) ABŞ dolları olan “Nefrit” dəsti və 18000 (on səkkiz min) ABŞ dolları olan brilyant üzüyün qaytarılmasını qət etmişdir. Lakin məhkəmə 06.04.2017-ci il tarixli 10 (on) min manatlıq kreditin girovu qismində dəyəri 25000 (iyirmi beş min) ABŞ dolları təşkil edən brilyant dəstin qaytarılması ilə bağlı doğru olmayan nəticəyə gəlmişdir. Belə ki, həmin lombard biletində yazı qaralandığına görə məhkəmə cavabdehin iddiası əsasında hesab etmişdir ki, həmin əmlak ödənilmiş 3800 manatın müqabilind ə İddiaçı qaytarılmışdır; - İddiaçı həmin epizodla bağlı məhkəməyə izahatında bildirmişdir ki, 3800 manatlıq məbləği ödəyərkən lombard biletində müvafiq qeydiyyatın aparılmasını tələb edərkən yazının üstündən xətt çəkildiyini aşkar etmiş və səbəbini soruşduqda lombardın əməkdaşı bildirmişdir ki, həmin məmulatı “Moskva” Ticarət evində Cavabdeh kürəkəni ilə birlikdə qızıl satan Hətəm adlı bir şəxsə satmağa veriblər və həmin məbləğ borcdan silinəcəkdir. Hətta iddiaçının yanında zəng vurub həmin şəxslə alqı-satqı faktını bir daha təsdiqləmişdir.
59. Cavabdeh də apellyasiya şikayəti verib, qətnamənin 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin ondan tutulması hissəsində ləğv, ilk iddianın həmin hissədə də rədd edilməsini xahiş etmişdir.
60. Cavabdeh XXX apellyasiya şikayətinin dəlilləri: - 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin ondan alınması hissəsində qətnamə ona görə əsassızdır ki, lombard biletində həmin əşyanın adının üzərindən xətt çəkilib; - İddiaçı 23 noyabr 2016-cı il tarixli lombard biletinə müəyyən düzəlişlər etdiyini məhkəmədə etiraf etmişdir; - birinci instansiya məhkəməsi alınması qət etdiyi əşyaların dəyəri mübahisəli olmasına baxmayaraq, həmin əşyaların dəyərini müəyyən etmək üçün məhkəmə əmtəəşünaslıq ekspertizası keçirmədən, mütəxəssis rəyi almadan, məhz İddiaçı sözünə istinad edərək, həmin əşyaların dəyərini müyyən etməklə prosessual pozuntuya yol vermişdir.
61. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11332/2019 nömrəli, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13.05.2019-cu il tаrixli, 2(009)-338/2019 saylı qətnaməsinin 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi hissəsində ləğv olunması, həmin hissədə iddianın rədd olunması, qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. (hakimlər Şərafət Məmmədova sədrlik edən və məruzəçi) Vüqar Həsənov, Xəyal Sarıyev)
62. Apellyasiya məhkəməsi iddiaçının apellyasya şikayəti üzrə ilk iddianın təmin edilməyən hissəsinə dair qeyd edib ki, ilkin iddia üzrə İddiaçı sadalanan əmlaklarla bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni, həmin əmlakların pul götürməsi müqabilində lombarda girov qoymasını təsdiq edən hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir.
63. Apellyasiya məhkəməsi iddiaçının apellyasya şikayəti üzrə qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində də birinci instanbsiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edib. Belə ki, 2018-ci ilin may ayından etibarən İddiaçı lombard münasibətləri əsasında yaranan borcu üzrə ödənişlər etməmiş və bunun səbəbini o, ilkin iddia ərizəsində göstərdiyi kimi 2018-ci ilin may ayından etibarən Cavabdeh iş yerində tapa bilməməsi ilə əsaslandırmışdır. Bu da təsdiq edir ki, X3 2018-ci ilin may ayından qarşılıqlı iddia ərizəsi verilən tarixə olan dövr üçün (10 ay) ümumi borcu üzrə ödənişləri həyata keçirməmişdir.
64. Cavabddehin apel lyasiya şikayəti üzrə isə 5500 ABŞ dolları dəyərində gümüş yemək dəstinin İddiaçı qaytarılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi bunu onunla əsaslandırıb ki, iş materiallarının 123-cü səhifəsində olan qəbzə əsasən Cavabdeh tərəfindən İddiaçı 3390 manat pul verilmişdir, lakin həmin pulun müqabilində 5500 ABŞ dolları dəyərində olan gümüş yemək dəstinin girov qoyulması göstərilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı İddiaçı bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
65. İş üzrə İddiaçı kasasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməyən, qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv, ilk iddianın tam, qarşılı qlı iddianın rədd edilməsini xahiş etmişdir.
66. Kassasiya şikayəti apellyaisya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb.
67. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2705/2020 nömrəli iş üzrə 30 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
68. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmələr 25000 ABŞ dolları dəyərində olan briliyant dəstinin qaytarılmasının mümkün olmamasını lombard biletində həmin əşya ilə bağlı yazının qaralandığına istinad edərək əmlakın geri qaytarılmış olması nəticəsinə gəlmişdir.
69. Kassasiya insta nsiyası qeyd etmişdir ki, müvafiq qeydin (əşyanın adının) üzərindən xəttin çəkilməsi əşyanın geri qaytarılması ilə bağlı nəticəyə gəlməyə kifayət edən sübut hesab edilə bilməz. Tərəflərin aralarında formalaşdırdıqları münasibətlərdən aydın olur ki, hətta borcun bir hissəsinin ödənilməsi halında müvafiq məbləğ göstərilməklə həmin gün edilən ödəniş imza və möhürlə təsdiq olunur, ödənilən məbləğdən kifayət qədər dəyərli olan əmlakın isə geri qaytarılmasının yalnız yazının üzərindən xətt çəkilməklə təsdiq edilməsi ağlabatan mühakimə hesab edilmir.
70. Kassasiya instansiyasının mövqeyinə görə həmin girov predmeti üzrə borcun qaytarılmasını təsdiq edən sənədlərin olmadığı və bundan əvvəl qaytarılması iddia olunan məbləğin ödənilməsi halında girovların geri qaytarılmadığı nəzərə alındıqda, dəyəri 25000 ABŞ dolları olan briliyant dəstinin hər hansı müvafiq yazılı qeyd aparılmadan ilk iddiaçıya qaytarılmış olmasına dair nəticəyə gələn məhkəmələrin mövqeyi düzgün hesab edilə bilməz. Bundan başqa, işin halları ilə müəyyən olunur ki, 23.11.2016-cı il tarixdə götürülmüş 5000 ABŞ dolları məbləğinə görə çəkisi 3400 qram olan gümüş servis («Konyak» dəsti, 14000 ABŞ dolları) girov qoyulmuşdur. Birinci instansiya məhkəməsi bununla bağlı qətnaməsində qeyd etmişdir ki, «Cavabdeh biletdə qeyd edilən əşyanın adının üstündən xətt çəkilməsinə istinad edərək həmin əşyanın İddiaçı qaytarıldığını və həmin əşya müqabilində verilmiş pulun geri ödənildiyini bildirmişdir. Məhkəmə Cavabdeh qeyd etdiyi xüsusatı inandırıcı və ağlabatan hesab etmir. Cavabdeh onda olmasını etiraf etdiyi 9 əşya ilə yanaşı 23.1 1.2016-cı il tarixli (Cavabdeh adını əks etdirən möhürlü) lombard biletində göstərilən 3400 qram çəkisi olan gümüş servizində müqabilində götürülən borc məbləğinin qaytarılması şərti ilə İddiaçı qaytarılmalıdır».
71. Göründüyü kimi, həmin iddia tələbi üzrə (3400 qram olan gümüş «Konyak» serviz dəsti, 14000 ABŞ dolları) birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə işin müəyyən edilmiş halları ilə uyğunluq təşkil etmir. Məhkəmə faktiki olaraq həmin əmlakın qarşılıqlı iddiaçı tərəfindən ilk iddiaçıya qaytarılmalı olmasını müəyyən etsə də, faktiki olaraq bununla bağlı qərar qəbul etməmişdir. Digər tərəfdən istinad olunan sonuncu iki halla (dəyəri 25000 ABŞ dolları olan briliyant dəsti və çəkisi 3400 qram olan gümüş «Konyak» serviz dəsti) bağlı məhkəmələrin gəlmiş olduğu nəticələr ziddi yyətlidir.
72. Belə ki, birinci halda məhkəmələr əşyanın üstündən çəkilən xətti əsas götürərək cavabdehin iddiaçı qarşısında məsuliyyət daşımaması nəticəsinə gəlsə də, eyni əsaslara malik olan dəlillə isə fərqli qiymət verilməsi aydın görünür (birinci halda əşyanın adının üzərindən xəttin çəkilməsini öhdəliyin icra edilməsi, ikinci halda isə icra edilməməsi kimi qəbul olunmuşdur).
73. Kassasiya instansiyası tərəflər arşında lombardla bağlı öhdəlik münasibətlərinin olması ilə barədə məhkəmələrin həmin mövqeyi ilə razılaşıb və qeyd edib ki, belə olan halda yuxarda göstərilən müddətdən əvvəl və sonra verilmiş pul məbləğlərinə görə girov qəbul edən və ilk iddiaçının cavabdeh qarşısında əvvəlki öhdəliklərinin icra olunmadığı halda ona girovsuz pul məbləği verməsi faktiki olaraq tərəflərin özl ərinin formalaşdırmış olduqları münasibətlərlə heç bir uyğunluq təşkil etmir. Nə qədər ki cavabdeh iddiaçının göstərdiyi tarixlərdə və məbləğlərdə pul məbləğinin ilk iddiaçıya verilməsini qəbul edir, iddiaçının göstərdiyi kimi bu halda həmin tarixlərdə verilmiş pul məbləğlərinə görə ilk iddiaçının girov qoyması daha inandırıcı və tərəflərin formlaşdırmış olduqları münasibətlərə uyğun hesab edilə bilər. Lakin, məhkəmələr ilkin iddiaçının bu dəlilli üzrə faktiki olaraq heç bir araşdırma aparmamış və yalnız müvafiq sübutların təqdim edilməməsinə istinad edərək nəticəyə gəlməklə kifayətlənmişlər.
74. Faiz məbləğinin aşağı salınması ilə bağlı verildiyi iddia olunan əşyalara münasibətdə nə birinci instansiya məhkəməsi, nə də müvafiq dəlillər irəli sürməsinə baxmayaraq apellyasiya instansiya məhk əməsinin həmin dəlilləri araşdırması müəyyən olunmur. Digər əmlaklarla bağlı hissə üzrə isə müvafiq olaraq birinci instansiya məhkəməsi tərəfindən xüsusi qərardad qəbul olunmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi həmin qərardadın icrası ilə bağlı araşdırma aparmamış və xüsusi qərardadın nəticələri müəyyən edilərək işdə olan sübutlarla qarşılıqlı olaraq qiymət verilməmişdir.
75. Kassasiya instansiyası qeyd etmişdir edir ki, ilkin olaraq məhkəmələr qarşılıqlı iddianın irəli sürülməsi əsaslarını, həmin məbləğlərin verilməsi, onlara müvafiq olaraq girov qoyulmuş əmlakların (onların sayı, məbləği, çəkinin əhəmiyyətli olması halında çəkisinin) olub-olmamasını aydınlaşdırmalı, bundan sonra qaytarılmış və qalıq borc məbləğini, faiz hesablanmalıdırsa, bunun dərəcəsi və cəmi məbləğini müə yyən etməli idi. Bundan sonra ilk iddiaçının həqiqətən borc məbləğinin geri qaytarılmasına dair iradəsinin olmasını müəyyən etməli və borc məbləği geri qaytarılmamışdırsa, qarşılıqlı iddiaçının hansı səbəbdən borcun məcburi qaydada tələb olunmasına cəhd etməməsi müəyyən edilməlidir.
76. Məhkəmələr məhz ilk iddiaçının tələbindən sonra faktiki olaraq ilk iddia ərizəsində göstərilən məbləğlə razılaşaraq cavabdehin tələb irəli sürməsini aydınlaşdırmamışlar. İşdə olan digər sübutların qarşılıqlı olaraq yoxlanaraq qiymətləndirilməsi zəruri olduğu halda məhkəmələr faktiki olaraq heç bir araşdırma aparmamış, sübutların qarşılıqlı qiymətləndirilməsini təmin etməmişlər. Yalnız qarşılıqlı iddiaçının formal mülahizələrə əsaslanan izahatı və təqdim olunmuş bir-birini tamamlamayan şahid ifadələrinə əsas lanmaqla qətnamə qəbul edilmişdir. Faiz məbləğini müəyyən edərkən isə tərəflər arasında bağlanmış ayrı-ayrı müqavilələrin olmasını, onların hər birində fərqli faiz məbləğləri göstərilməsini, hansı səbəbdən məhz 10 aylıq müddət üçün faiz məbləğinin tələb olunması və faiz məbləğinin hesablanması və tələb olunması üçün maddi hüquqi əsasların mövcudluğu müəyyən edilməmiş qalmışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
77. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7147/2020 nömrəli, 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin olunmamış, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Səbail Rayon Məhkəm əsinin 13 may 2019-cu il tarixli 2(009)-338/2019 nömrəli qətnaməsi 5500 ABŞ doları dəyərində gümüş yemək dəstinin cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi hissəsində ləğv olunması, həmin hissədə iddia tələbinin təmin edilməməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Xumar Mərdanova)
78. Apellyasiya instansiyası apellyasiya məhkəməsinin əvvəlki qərarında göstərilənləri təkrar edərək, cavabdehin və iddiaçının apellyasiya şikayətləri üzrə eyni nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
79. İddiaçı XXX ( Vəkil) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
80. Kassasiya şikayətinin dəlilləri əvvəlki kassasiya şikayətini dəlillərinə uyğun əsaslandırlıb, əlavə olaraq göstərlib ki, apellyasiya məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə qərarında göstərilənlərə əməl etməyib, əvvəki apellyasiya qətnaməsini təkrarlamaqla kifayətlənib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
81. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdur c) Kassasiya icraatı iştirakçılarının izahatları
82. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2, vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
83. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili XXX kassasiy a şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Maddə 302.5. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərd ə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstə sna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
84. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
85. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsin i ilk iddianın təmin edilməyən, qarşılıqlı iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. İlk iddianın təmin edilən hissəsi iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməyib. Buna görə də kollegiya qətnaməni mübahisələndirilən hissələrdə – ilk iddianın təmin edilməyən, qarşılıqlı iddianın təmin edilən hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmişdir.
87. Belə ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin bu iş üzrə qərarında şərh edilən və hazırki qərarın 68-76-cı bəndlərində qeyd edilən göstərişlərin heç birinə əməl etməmiş, Ali Məhkəmənin qeyd etdiyi hallarla bağlı hər hansı araşdırma aparmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
88. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi hazırki işə birinci apellyasiya baxışı üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini olduğu kimi təkrar etmiş, nəinki Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında şərh olun göstərişlər üzrə, hətta hər hansı başqa xüsusatlar üzrə də müstəqil araşdırma aparmamışdır.
89. Apellyasiya məhkəməsi Ali Məhkəmənin qərarında şərh edilən göstərişləri Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarına istinad etməklə araşdırmamadığın qeyd etsə, bunu, yəni Ali Məhkəmənin gös tərişlərinin Konstitusiya Məhkəməsinin müəyyən etdiyi meyarlar üzrə düzgün olmamasını qətnamədə əsaslandırmamışdır.
90. Konstitusiya Məhkəməsinin 28 fevral 2012-ci il tarixli qərarında hüquqi mövqe belə olub ki, kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitus iyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.
91. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
92. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX kassasiya şikayəti təmin edilsin. Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7147/2020 nömrəli 22 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə – ilk iddianın təmin olunmayan, qarşılıqlı iddianın təmin olunan hissələrində ləğv edilsin, iş qeyd edilən hissələrdə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.