Məhkəmə qərarları › İş №2(102)-2766/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2766/2020

21.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2766/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə Şəki Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.H.Məmmədov, 2(033)-147/2019) iddiaçı X1 Cavabdeh İB-nin X8 İstismarı İdarəsinə qarşı öz işinə bərpa o lunması və məcburi proqula görə əmək haqqı tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh İB-nin X8 İstismarı İdarəsinin xx xxxxxxx 2018-ci il tarixli 284-K saylı əmri ləğv edilmiş, X5 əvvəliki, təbii qazın qəbulu və təmiri üzrə çilingər vəzifəsinə bərpa edilməsi və məcburi proqula görə əmək haqqının ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev; 2(107)- 1483/2019) Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh X8 İstismarı İdarəsinə qarşı Zaqatala Regional Qİİ-nin xx xxxxxxx 2018-ci il tarixli 284-K saylı əmrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin əsas gətirilərək ləğv edilməsi, onun Ağdaş rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə bərpa olunmağı, işə bərpa olunan günədək məcburi işburaxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dairi ddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən-hakimlər Ə.Rüstəmov, V.İbayev, Ə.Mirzəliyev, iş No 2(102)-6133/19 saylı mülki iş) Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 29 aprel 2019cu tarixli il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin MK- nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şükürov (sədrlik edən, məruzəçi), A.Eyvazov və R.Əliyev, 2(107)-3275/2019 saylı mülki iş) hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-147/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh X8 İstismarı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək öz işinə bərpa olunması və məcburi proqula görə əmək haqqı tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: O, Cavabdeh İstehsalat X4 Qaz İstismarı İdarəsinin 110 K saylı xx xxxxxx 2018-ci il tarixli əmri ilə əmək müqaviləsinə əsasən bir il müddətinə Ağdaş rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş və bu barədə cavabdehlə aralarında 109-K saylı xx xxxxxx 2018-ci il tarixli Əmək müqaviləsi imzalanmışdır. Cavabdeh təşkilatın rəisinin 284/k saylı xx xxxxxxx 2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) əmək müqaviləsi ləgv edilərək tutdugu vəzifədən azad edilmişdir. İşdən azad olunmağı barədə əmri xx xxxxxxx 2018-ci il tarixdə almışdır. Cavabdeh onu işdən azad edərkən qanunvericiliyin tələblərinə riayət etməmişdir. Onun himayəsində saglamlıq imkanları məhdud 18 yaşınadək olan uşagı var, talasemiya xəstəsidir. Həmkarlar ittifaqının iclası olmadan cavabdeh onu işdən çıxartmışdır. Cavabdeh onu işdən çıxaranda ƏM-in 70-ci maddənin Ç bənd ini yazsa da əmək kitabçasında əmək vəzifələrinin kobud şəkildə pozulması əsasını yazmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı işdən azad olunarkən həmkarlar təşkilatının razılığı alınmışdır. Bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var. İddiaçı ilə eyni gündə və eyni əsasla işdən azad olunmuş digər işçinin işə bərpa tələbi rədd edilmişdir və həmin məhkəmə qərarlarında təsdiq olşunur ki, onların məsələsinə həmkarlar təşkilatının iclasında bir yerdə baxılmışdır. Bundan başqa, iddiaçının uşağında talasemiya xəstəliyi olması ƏM-nin 79-cu maddəsini təsiri altına d üşmür. Prosessual məsələlər: İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövq eyi: İddiaçını işdən azad edən cavabdeh təşkilat mövqeyini belə əsaslandırır ki, Cavabdeh İstehsalat Birliyinin xx xxxxxx 2018-ci il tarixli əmri ilə Ağdaş xidmət sahəsi Ağsu Regional qaz istismarı İdarəsinin tabeçiliyindən çıxarılaraq X8 istismarı İdarəsinin tərkibinə verilmişdir. Bununla əlaqədar Zaqatala RQİİ ilə bağlanılmış xx.xx.2018-ci il tarixli 109 saylı əmək müqaviləsinə və əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə xx.xx.2018ci il tarixli 110/k nömrəli əmrə əsasən X7 oğlu Ağdaş rayonu üzrə TQQSX-nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə təyin edilmişdir. X7 oğlunun 2018-ci ilin 10 ay ərzində əmək fəaliyyəti zamanı mütəmaddi olaraq əmək müqaviləsi və peşə təlimatı üzrə üzərinə götürüdüyü peşə öhdəliklərini və əmək funksiyalarını kobud şəkildə pozmuş, onu n təqsirli hərəkətləri nəticəsində müəssisəyə xeyli miqdarda zərər vurulmasına şərait yaratmış, xidməti ərazisində aşkar edilmiş nöqsanlar barədə əvvəlcədən müəssisəyə məlumat verməmiş, nəticədə işəgötürən tərəfindən barəsində bir neçə dəfə intizam tənbehləri verilmişdir. Belə ki, X7 oğluna xidməti ərazisində istehlakçıların qaz hesablarında istehlak etdiyi təbii qazın dəyərinin ödənişin təmin edilməsi və bununla bağlı digər tədbirlərin görülməsində nöqsanlara yol verdiyindən RQİİ nin xx.xx.2018-ci il tarixli 61/Ü saylı əmri ilə ƏM-in 186-cı maddəsinin 2-ci bəndinin "a" bəndinə əsasən "töhmət", daha sonra xidməti ərazisində qeyri-qanuni qazdan istifadə halları aşkar edildiyindən və bununla bağlı əvvəlcədən tədbirlər görmədiyindən RQİİ -nin 99/Ü saylı xx.xx.2018-ci il tarixli əmri ilə ƏM-in 186-cı maddəsinin 2-ci bəndinin "b" bəndinə əsasən "sonuncu xəbərdarlıqla şiddətli töhmət" elan edilmiş, daha sonra xidməti ərazisində debitor borcların yığımını təşkil etmədiyindən və sayğac göstəricilərini təhrif etdiyindən RQİİ -nin 108/Ü saylı xx.xx.2018 tarixli əmri ilə ƏM-in 186-cı maddəsinin 2-ci bəndinin "c" bəndinə əsasən əmək haqqının 1⁄4 məbləğində cərimə edilmiş, daha sonra xidməti ərazisində qeyri-qanuni qazdan istifadə halları hələ də davam etdiyindən RQİİ -nin xx.xx.2018-ci il tarixli 202/Ü saylı əmri ilə ƏM-in 186-cı maddəsinin 2-ci bəndinin "a" bəndinə əsasən "töhmət" elan edilmişdir. Daha sonra 2018-ci ilin sentyabr ayının nəticələrinə əsasən X7 oğlunun sahəsində iki istehlakçının mənzilində istismarda olan qaz sayğacına müdaxilə edilməklə 7776 m3 və ya 1555.20 manat məb ləğində maddi ziyan vurulduğu, iki istehlakçının qaz hesabında 45 m3 əlavə sərfiyyatın yükləndiyi və bir istehlakçının sayğac göstərisinin aylıq sərfiyyatının qeydiyyatı zamanı 152 m3 gizlədildiyi müəyyən edilmişdir. Ümumilikdə isə 2018-ci il ərzində X7 oğlunun xidməti sahəsində RQİİ -nin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən seçmə üsul ilə aparılan yoxlamalar zamanı 21 fakt üzrə qazdan istifadə qaydalarının pozulması halları aşkar edilmiş, onun nəticələri müvafiq qaydada sənədləşdirilməklə qaz paylayıcısına təkçə istismara yararsız vəziyyətə gətirilən qaz sayğaclarının dəyəri istisna olmaqla itirilmiş təbii qazın həcminə görə 95926 m3 və ya 18826.70 manat həcmində maddi ziyan dəymişdir. Beləliklə, X7 oğlunun fəaliyyəti dövründə əmək müqaviləsi və peşə təlimatı üzrə əmək fu nksiyalarınızı kobud şəkildə pozduğuna, yol verdiyi səhvlərə, nəticədə işəgötürənə mühüm zərər vurduğuna və əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmadığına görə Həmkarlar təşkilatının xx.xx.2018-ci il tarixli 01 saylı rəyi nəzərə alınaraq ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən Zaqatala RQİİ -nin xx.xx.2018-ci il tarixli 284/k saylı əmrlə əmək müqaviləsi ləğv edilmişdir. İşə baxan Apellyasiya Məhkəməsi iddiaçının işə bərpa olunması barədə 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamış və bu zaman iki halı əsas tutmuşdur. 1-ci hal, işçi işdən çıxarılarkən həmkarlar təşkilatının razılığının alınmaması, 2-ci hal, iddiaçının himayəsində xəsətə uşağı olması və bu halın Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin əhatə dairəsinə düşməsi. M əhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi hər iki halla bağlı düzgün dəyərləndirmə aparmamış, nəticədə formal əsaslarla qətnamənin qüvvədə saxlamaqla işçinin əmək müqaviləsi və peşə təlimatı üzrə əmək funksiyalarını yerinə yetirib-yetirməməsinə qiymət vermədən qətnaməni dəyişdirmədən saxlamışdır. İşçinin işdən çıxarılmasına həmkarlar təşkilatının razılığının olub-olmaması ilə bağlı: Apellyasiya Məhkəməsi qərarında belə qənaət formalaşdırmışdır ki, işçi işdən çıxarılarkən həmkarlar təşkilatının razılığı alınmamışdır. Lakin bundan əvvəl işə baxmış Apellyasiya Məhkəməsi öz qətnaməsində iddiaçının işdən azad olunması barədə məsələnin həmkarlar təşkilatının iclasında müzakirə olunması, bu məsələyə razılıq verilməsi, həmin sənədlərin iddiaçı ilə birlikdə işdən çıxarılmış digər şəxs in işə bərpa olunması barədə məhkəmə sənədlərinin mövcud olduğunu, hətta həmin sənədlərin iddiaçının şikayəti əsasında Dövlət Əmək müfəttişliyinə təqdim edilməsini müəyyən etmişdir. Əslində iddiaçının işdən azad olunmasına həmkarlar təşkilatının razılıq verməsi halı sübuta yetir. 1-ci instansiya məhkəməsi həmkarlar təşkilatının razılığı olmaması ilə bağlı qənaətini belə əsaslandırmışdı ki, cavabdeh təşkilat bu barədə sənədləri məhkəməyə təqdim etməmişdir. Sonradan mahiyyəti üzrə işə baxmış Apellyasiya Məhkəməsi həmin sənədlərin mövcudluğunu təsdiq edərək qəbul etmişdir. Əgər Apellyasiya Məhkəməsi gecikmiş sübutu qəbul etmişdirsə, deməli 1-ci instansiya məhkəməsinin hüquqi mövqeyi (sübutunu vaxtında verilməməsi) öz gücünü itirir. İşə əlavə edilmiş X8 İstismarı İdarəsinin Həmkarlar Təşkilatı nın xx xxxxxxx 2018-ci il tarixli protokolundan görünür ki, həmin iclasda X1, X2, X3 işdə yol verdikləri kobud pozuntular müzakirə edilmiş və onların hər üçünün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmalarına razılıq verilmişdir. Mülki işdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, eyni gündə və eyni əsaslarla işdən azad olunmuş həmin üç işçidən biri olan X6 işə bərpa olunması və əmrin qanunsuz hesab olunaraq ləğv edilməsi barədə iddia ərizəsi ilə Zaqatala rayon məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən cavabdehin vermiş olduğu apellyasiya şikayəti həmin qətnamə ilə təmin olunaraq qətnamə ləğv e dilməklə iddia təmin edilməmişdir. İddianı rədd edən məhkəmə işçilərin işdən azad olunmalarına həmkarlar təşkilatının razılıq verməsi barədə yuxarıda qeyd olunan protokola istinat emiş, onu sübut kimi qəbul etmişdir. Qeyd olunan qətnamə ilə razılaşmayan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və həmin şikayətlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın çıxardığı xx.xx.2019-cu il tarixli qərarda işçilərin işdən çıxarılmasına həmkarlar təşkilatının razılığının olmasına istinad etmişdir. Hazırkı işdə 1-ci instansiya məhkəməsi cavabdeh təşkilatın həmkarlar təşkilatının razılığının verilməsi barədə sübutun məhkəməyə vaxtında təqdim edilməməsi əsası ilə belə bir razılığın olmaması qənaətinə gələrək iddianı təmin etmişdir. İddiaçı X3 işə bərpa olunması barədə iddiasını təmin edər əkən 1-ci instansiya məhkəməsi eyni əsasla işçinin işdən çıxarılmasına həmkarlar təşkilatının razılıq verməməsi qənaətinə gəlmişdi. Lakin, X3 işə bərpa olunması barədə iddia tələbi üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsində bu hala hüquqi qiymət verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın çıxardığı xx.xx.2019-cu il tarixli qərarda həmin dəyərləndirmə ilə razılaşmışdır. Həmin məhkəmə qərarları qanuni qüvvəsini almışdır. Hazırkı işdə isə işə baxan Apellyasiya İnstansiyası Məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qiymət verilmiş eyni sübuta fərqli hüquqi qiymət vermişdir. Digər işdə belə sübutunu mövcudluğu əsası ilə iddia rədd edilmiş, hazırkı işdə isə belə bir sübutun olmaması əsası ilə iddia təmin ed ilmişdir. Məhkəmə kollegiyası belə yanaşmanı əsassız sayır. Əgər 1-ci instansiya məhkəməsi sübutun vaxtında təqdim edilməməsi əsası ilə belə sübutun mövcud olmaması qənaətinə gəlmişdirsə, onda dəyərləndirmə bu istiqamətdə aparılmalı idi. Yox, əgər belə bir sübut mövcuddursa, onun mövcudluğunu qəbul edib (həmin iş üzrə 1-ci apellyasiya baxışı zamanı, digər işdəki məhkəmə qərarları) olmayan sübut kimi dəyərləndirmək əvvəl qəbul edilmiş məhkəmə qərarları ilə ziddiyyət təşkil edir. Əslində, 1-ci apellyasiya baxışı zamanı işə baxan məhkəmə cavabdehin təqdim etdiyi həmkarlar təşkilatının protokolunu qəbul etmişdisə və bunu gecikmiş sübut kimi qiymətləndirməmişdisə, ona belə qəbul olunur ki, 1-ci instansiya məhkəməsinin qənaəti aradan qalxır və həmin əsasla qeyd olunan sübutun mövcud olmamasına istinad edilə bilməzdi. Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, işə baxmış apelyasiya instansiyası məhkəməsi işçilərin işdən çıxarılmasına həmkarlar təşkilatının razılıq verməsinə dair sübutları gecikməmiş sübut kimi qəbul etmişdirsə, onda həmin sübutun mövcud olmaması əsası ilə iddianın rədd edilməsi əsaslı hesab oluna bilməz. Hazırkı işdə Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tətbiqi ilə bağlı: Apellyasiya instansiyası məhkəməsi iddiaçının öhdəsində öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olması əsası ilə onun işdən azad olunmasının qanunsuz olması ilə razılaşmışdır. İddiaçı İddiaçı oğlunun birinci instansiya məhkəməsinə təqdim etdiyi xx xxxxxx 2018-ci il tarixli, 510 nömrəli qaşU“ Poliklinikasının ” verdiyi sənəddən görünür ki, onun xx xxxxxx x 2015-ci il tarixdə anadan olmuş qızı Sevgi Yahyayeva “Betatal assemiya kiçik forma hemolitik kriz” diaqnozu ilə xx.xx.2016-cı il tarixdən Uşaq Poliklinikasında dispanser qeydiyatındadır. İşə baxan məhkəmələr bu məsələ ilə bağlı heç bir aşardırma aparmadan belə qənaətə gəlmişlər ki, qeyd olunan hal Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tətbiqi dairəsinə düşür. Respublika Talasemiya mərkəzinin epikrizindən və xx xxxxxxx 2018-ci il tarixli 510 nömrəli arayışdan görünür ki, iddiaçının qızı xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş Sevgi Yahyayeva “Beta” talasemiya kiçik forma hemolitik kriz diaqnozu ilə xx.xx.2016-cı il tarixdən uşaq poliklinikasında dispanser qeydiyyatındadır. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar barədə Əmək Məcəlləsinin 79-cu maddəs inin 1-ci bəndində deyilir ki, işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göründüyü kimi qanunverici sağlamlıq imkanı məhdud olan və ya İ dərəcə əlilliyi olan ailə üzvülərinin olmasını ehtiva edir. Əvvəla, qanunvericinin göstərişi ondan ibarət deyil ki, həmin normada sadalanan şəxslər əmək intizamını hər-hansı qaydada pozduğu halda işdən azad oluna bilməzlər. Bu normada qanunvericinin güddüyü məqsəd ondan ibarətdir ki, sadalanan şəxslərin dairəsinə daxil olan işçilər qanunvericinin üsütünlük verdiyi hallarla bağlı işdən azad olunmasın. Məsələn, şəkər xəstəliyinə düçar olmuş şəxsin və yaxud öhdəsində 1-ci qr up ailə üzvü olan şəxsin həmin xəstəyə qulluq göstərməsi ilə bağlı (1-ci qrup xəsətəyə) və yaxud həmin xəstəliklə bağlı (şəkər xəstəsi) işə gəlməsi mümkün olmasın. Bu halda qanunverici işdən çıxarmanı məhdudlaşdırır ki, həmin hal üzrsüz hal hesab oluna bilməz. Əgər həmin normanın təsir dairəsinə daxil olan şəxs normada nəzərdə tutulan hallardan asılı olmayaraq işə gəlmirsə, onda həmin norma işçini 70-ci maddənin “ç” bəndi ilə işdən azad olunmasını istisna etmir. Bundan başqa, qanunverici sağlamlıq imkanı məhdud olma anlayışından istifadə edir və ardınca başqa əlilliyi deyil, ancaq 1 dərəcəli əlil olan şəxslərin həmin normanın təsiri alğtına düşməsini qeyd edir. Deməli, qanunverici sağlamlıq imkanında ciddi məhdudiyyətlər olan şəxsləri saxlayan şəxslərə belə üstünlük verilməsini ehtiva ed ir. Sağlamlıq imkanının məhdud olması özü bir tibbi anlayışdır. İnsanda olan xəstəliyin onun sağlamlığını məhdudlaşdırması bu sahədə xüsusi biliyə və səlahiyyəti olan orqan tərəfindən müəyyən edilməlidir. Qeyd olunmalıdır ki, talasemiya xəstəliyi aşkar edilmiş bütün insanların sağlamlıq imkanları məhdud olan şəxslər hesab oluna bilməz. İddiaçının uşağında “Beta” talasemiya kiçik forması diaqnozu qoyulmuşdur. “Beta” talasemiya xəstəliyinin kiçik formasının simptomsuz keçməsi və heç bir müalicəyə zərurət olmaması ilə bağlı tibbi əsaslanmalar mövcuddur. Belə xəstəlik müalicə tələb olunmadan və simptomsuz keçə bilər. Ona görə birmənalı olaraq heç bir rəy olmadan bu diaqnozda olan xəstələrin hamısının məhdud sağlam hesab olunması əsasıl deyil. Ona görə kollegiyanın mvqeyi belədir ki, işə yenidə n baxılarkən bu məsələ ilə bağlı təkrar hüquqi dəyərləndirmə aparılmalıdır. Yuxarıda qeyd olunan hallar mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Nəticə: Kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh İB-nin kassasiya şikayəti təm in edilsin. Şəki Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar