Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2772/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARI (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; torpaq və yol üzərindəki tikililərin sökülməsi, maneələrin aradan qaldırılması tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş ümumi gediş-gəliş yolunun zəbtdən azad edilməsi və həmin yolun üzərində qoyulmuş dəmir qapının cavabdehin öz hesabına sökülməklə həyətə girməyə edilən maneənin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-961/2025 nömrəli, 23 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh qardaşdırlar.
2. Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, dalan 1, ev 22 ünvanında 0.05 ha ölçüdə torpaq sahəsində yerləşən ümumi sahəsi 118,2 kv.m. olan yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. 3. ünvan 1 ünvanında 0.064 ha ölçüdə torpaq sahəsində yerləşən ümumi sahəsi 73,6 kv.m. olan yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət e dərək, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 24 may 2013-cü il tarixli çıxarışa əsasən ona məxsus olmaqla ünvan 2-də olan fərdi yaşayış evinə gedən ümumi piyada yolunun Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt etdiyi 218,6 kv.metr hissəsindən çıxarılmaqla həmin ümumi piyada yolunun açılması, eləcə də cavabdeh tərəfindən həmin yolun üzərində olan ona məxsus dəmir qapının sonradan yol bağlanarkən qaynaqlanmış hissəsinin cavabdehin öz hesabına sökülməsi və ona məxsus dəmir ara qapıya cavabdeh tərəfindən qoydurulmuş açarın sökülərək əvvəlki vəziyyətə qaytarılaraq həmin ümumi piyada yoldan istifadəyə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, h azırda ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. təqribən 60 il əvvəl valideynləri tərəfindən Lənkəran şəhərində, yuxarıda göstərilən ünvanda yaşamış Kornev Aleksandr adlı rus vətəndaşından 0,05 ha torpaq sahəsi alınmışdır. Atası həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və onlar də həmin evdə anadan olmuşlar. Kornev Aleksandr həyəti satarkən onlara yola çıxmaq üçün 50 metr uzunluğunda olmaqla 1,5 metr enində gediş-gəliş yolu da vermişdir ki, uzun illər ərzində həmin yol ümumi yol olmaqla istifadələrində olmuşdur. Daha sonra təqribən 19941995-ci illərdə böyük qardaşı Cavabdeh də həmin torpağa bitişik olan 0,064 ha torpaq sahəsini alaraq orada öz ailəsi üçün ev tikdirmişdir. Cavabdeh 25 avqust 2010-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış v erilmişdir. Tofiqin gedişgəlişi birbaşa yola çıxır. O, və ailə üzvlərinin uzun illər ərzində gediş-gəliş etdiyi həmin piyada yolu 02 iyun 2024-cü il tarixdə qardaşı Tofiq tərəfindən bağlanılmışdır. Belə ki, həmin gün o, evə gələrkən həmin piyada yolun üzərində qoyduğu dəmir qapının arxadan bağlı olduğunu görüb maraqlandıqda qardaşı Tofiq bildirmişdir ki, qapının açarını o dəyişmişdir və bundan sonra oradan keçməyə heç kimə imkan verməyəcək və bu barədə müvafiq sənəd düzəltdirəcəkdir. O, dəfələrlə həmin yolun ümumi yol olduğunu, yolu açmağı ona təklif etsə də, Tofiq yolu açmamış və əksinə 08 iyun 2024-cü il tarixdə usta gətirərək onun həyəti ilə öz həyəti arasında olan, ona məxsus dəmir qapını da svarka ilə bağlatdırmışdır. Göstərilən halın təsdiqi olaraq vidieogörüntünü özündə əks etdirən SD diski iddiasına əlavə edir. Qardaşının qanunsuz hərəkətindən o, ilk olaraq DİN-in 102 xidmətinə zəng etmiş və 03 iyun 2024-cü il tarixdə onları Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. Orada təhqiqatçı tərəfindən hər ikisindən izahat alınmış və qardaşı Tofiq təhqiqatçıya demişdir ki, güya onun sənədində həmin piyada yolu zəbt kimi göstərilmişdir, ona vaxt verilsin, əgər həmin yola dair sənəd ala bilməsə 1 ay müddətində həmin yolu açacaqdır. O, cavabdehin böyük qardaşı olduğunu və bu vaxta kimi mehriban yaşadıqlarını nəzərə alaraq müəyyən müddət səbr etsə və onun fikrindən daşındığını fikirləşsə də cavabdeh hərəkətlərindən əl çəkməmişdir. Qardaşı Tofiq qeyd edilən həyəti dövlətdən deyil, fərdi şəxsdən almışdır. Belə olan halda necə ola bilər ki, vətəndaş ona torpaq satarkən artıq torpaq vermiş ki, o, hazırda həmin torpağı zəbt kimi qeyd etdirir. Heç vaxt belə hal olmamışdır. X13 tərəfindən ölçülərək cəmi 0,064 ha torpaq sahəsi satılmışdır. Mübahisə predmeti olan 1,5x50 metr uzunluğunda olan torpaq sahəsi ümumi yoldur. Cavabdeh həmin torpaqla əlaqədar verilmiş 21 avqust 2010-cu il tarixli Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, sözügedən yol ümumi yol olmaqla ştrixləndirilmiş və həmin 218,6 kv.metr torpaq sahəsi zəbt kimi göstərilmişdir. Həmin ümumi yol uzun illər ərzində onun tərəfindən təmir edilmiş, girişdə dəmir qapı qoyulmuş, yerinə daş plitələr döşətdirilmiş, divarları suvatdırılmış, emusiya vurulmuşdur. Həmin yol həmişə açıq olmaqla ailə üzvlərinin toylarında, xeyir-şər məclislərində həmin ümumi yoldan istifadə edilmişdir. Uzun illərdir ki, övladları da həmin yo ldan məktəbə gedib gəlirdilər. Sözügedən yolun bağlanılması ilə əlaqədar uşaqlar digər alternativ yol ilə məktəbə getməyə məcburdurlar ki, həmin yol bərbad vəziyyətdə, işıqlandırma olmamaqla onlar hər dəfə təqribən 2 kilometrə kimi artıq yol qət edirlər ki, həmin hal da onların vaxtında dərsə çatmalarına mane olur. Bundan başqa həyətinə gələn kommunikasiya xətləri, yəni elektrik və telefon xətləri, internet də sözügedən yolda yerləşir. Arxiv sənədlərində və eləcə də şəhər memarlıq sənədlərində də həmin yol ümumi yol kimi qeyd edilmişdir.
6. Məhkəmənin qərardadı ilə Lənkəran bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir
7. Cavabdeh məhkəməyə təqdim ediyi iddia ərizəsinə qarşı etiraz ərizəsində və məhkəmə iclasındakı izahatında ona qarşı irəli sürülmüş id dia tələbini qəbul etməyərək, qeyd etmişdir ki, hazırkı iddia tələbinə dair iddiaçının subyektiv hüququ yoxdur, iddia əsasızdır və göstərdiyi xüsusatlara görə rədd edilməlidir. Belə ki, İddiaçı onun qardaşıdır. Aralarında heç bir düşmənçilik olmamışdır. Bu günə qədər onun varlanmasında böyük iş adamı olmasında müstəsna əməyi vardır. Evinin arxasında ata evi olduğuna görə aralarında hasar saxlamamışlar və bununla da mehribançılıqlarını sərhədsiz nümayiş edirmişlər. Lazım gəldikdə o, ata həyətindən giriş-çıxış edirmiş, onlar da onun həyətindən. Bunun da səbəbi hansı ünvana daha tez çatmaq məqsədi idi. Aralarında heç bir vaxt ümum-birgə istifadə yolu məfhumu olmamışdır. Arakəsmənin dəmir hasarla qaynaqlanması öz mülkiyyəti üzərində apardığı işdir, eyni zamanda öz həyatı təhlükəsizliyini iddia çının hüquqa zidd əməllərindən müdafiə etmək məqsədi daşıyır. İddiaçının övladlarının məktəbli formasında onun həyətindən gedib-gəlmə fotosuna gəldikdə isə uşaqların əmisi olaraq əlbəttə onun həyətinə girməyə, oynamağa və sair işlər üçün gəlməyə icazə verir. Lakin bu onların ümum-birgə istifadə yoluna dəlalət edə bilməz. Ona məxsus ünvan 4 ünvanında xüsusi mülkiyyətində olan 0.086 ha torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evini 1996-cı ildə inşa etmişdir. Həmin tarixdən də ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Həmin gündən bu günədək onun həyətində ümum-birgə istifadədə yol mövcud olmamışdır. İddiaçının hazırkı mülkiyyətində olan Lənkəran şəhəri, M.Əsədov küçəsi döngə 1 ev 22 onların vəfat etmiş atalarına məxsus ev olmuşdur. Lakin iddiaçı vərəsəlik işində saxta y ollarla həmin evi özününküləşdirmişdir. Həmin fərdi yaşayış evinin vərəsəlik şəhadətnaməsinin və mülkiyyət hüququnun ləğvi ilə bağlı Lənkəran rayon məhkəməsinə yaxın vaxtlarda müraciət olunacaq. İddiaçının mülkiyyətində olan Lənkəran şəhəri, M.Əsədov küçəsi döngə 1 ev 22 hazırda giriş hissəsi tamamilə yeni asfalt örtüyü ilə təmin olunmuş digər döngəyə açılır. Ümumi birgə istifadə yolu tərəflər arasında rəsmi razılaşma yolu ilə müəyyənləşir və ya DƏDRX tərəfindən tərtib edilmiş mülkiyyət sənədlərinin situasiya planında öz əksini tapır. Həm iddiaçının, həm də onun mülkiyyət sənədlərinə baxış keçirilsə onların heç birinin planında ümumbirgə istfadədə olan yola rast gəlinməyəcək. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə v ə eləcə də yerquruluşutəsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. İddiaçının onun qanuni istifadəsində olan torpaq sahəsindən gediş-gəliş yolunun olmasını sübut etmək üçün torpaq məcəlləsi ilə müəyyənləşən planının olması zəruridir. İddiaçı həyətinə gedən yol layihədə ona bitişik ərazidə yerləşir. İddiaçı isə həmin yolun deyil, hazırda iddia etdiyi torpaq sahəsinin onun istifadəsinə veriməsini istəyir. İddiaçı yol kimi iddia etdiyi torpaq sahəsi hər zaman onun istifadəsində olduğu üçün həyətinin texniki pasportunda da istifadəsində olan torpaq sahəsi kimi qeydə alınmışdır. Belə ki, həmin sahə bələdiyyə mülkiyyətinə aid olduğundan və texniki pasportda onun istifadəsində olması qeydə alındığından o, həmin sahəni bələdiyyədən alqı-satqı yolu ilə almağı da planlaşdırır. İddiaçı hə min torpaq sahəsinə heç bir hüququ olmadan o, belə bir iddia irəli sürmüşdür.
8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran bələdiyyəsinin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirmişdir ki, Lənkəran şəhər sakini İddiaçı Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə mübahisələndirilən ünvan 5 ünvanındakı qeyd olunan gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aiddir. Uzun illər gediş-gəliş yolu kimi istifadə olan həmin yol hal-hazırda Cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin yol üzərində dəmir qapı olmaqla onunla üzbəüz İddiaçı həyətinə giriş üzərində dəmirdən hasarla bağlanılmış və evə giriş məhdudlaşdırılmışdır. Mübahisəli yol üzərində heç bir tikinti mövcud deyildir. Ekspert araşdırmasında torpaqların kadastr uçotu informasiya sisteminə əsasən sözügedən yol İddiaçı faktiki i stifadəsində olan həyətyanı torpaq sahəsi kimi qeyd edilmişdir. Qeyd edilən mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasına baxmayaraq Lənkəran bələdiyyəsi hələ ki, həmin sahə ilə əlaqadar məhkəməyə iddia tələbi təqdim etmək niyyətində deyildir.
9. Mütəxəssis qismində məhkəmə iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin şöbə müdiri X5 iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 3-21-3-43/2- 3661/2024 saylı, 16 noyabr 2024-cü il tarixli mütəxəssis rəyinin və 21 yanvar 2025-ci il tarixli, 10/9469 saylı ekspert rəyinin məzmununa uyğun izahat vermişdir.
10. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən yol kimi iddia edilən torpaq sahəsi hazırda Cavabdeh istifadəsindədir. Həmin torpaq sahəsinin girişində darvaza quraşdırılaraq, qapısı qıfıllanmışdır. Darvazanın giriş qapısının açarı da Cavabdeh istifadəsindədir. İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh torpaq sahələri bitişikdir. İddiaçı torpaq sahəsindən iddia edilən torpaq sahəsinə olan çıxış Cavabdeh tərəfindən dəmir lövhələr quraşdırılaraq məhdudlaşdırılmışdır. İddiaçı tərəfindən iddia edilən torpaq sahəsi ilə Cavabdeh mülkiyyətinə aid torpaq sahəsi arasında hər-hansı hasar, çəpər mövcud deyildir. Kompleks quruluş layihəsində yol kimi nəzərdə tutulan torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi arasında daş hasar tikilisi mövcuddur və həmin sahə digər şəxslərin istifadəsi ndədir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 21 yanvar 2025-ci il tarixli, 10/9469 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Mülki iş üzrə mübahisə predmeti olan, Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, dalan 1, ev 22 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla və xx.xx.2013-cü il tarixli, **********7910301 reyestr nömrəli Texniki Pasporta əsasən İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyest rindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla və xx.xx.2013-cü il tarixli, **********79-10301 reyestr nömrəli Texniki Pasporta əsasən İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı şimal istiqamətdən (mübahisəli ərazi istiqamətindən) gediş-gəliş yolunun nəzərdə tutulması müəyyən olunmuşdur. - Həmin gediş-gəliş yolunun bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. - Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin Cavabdeh və digər şəxslər tərəfindən istifa də edilməməsi müəyyən olunmuşdur. - İddiaçı tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən (iddia edilən torpaq sahəsinin ölçüsünün 0,01 ha olması müəyyən edilmiş) torpaq sahəsinin koordinatları müəyyənləşdirilmiş və araşdırma zamanı gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin faktiki koordinatlarının kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin (yuxarıda qeyd edilən) gediş-gəliş yolunun koordinatlarına uyğun olmaması müəyyən olunmuşdur. Kompleks yerquruluşu layihəsində əsasən gediş-gəliş yolunun hazırda İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin şərq sərhəddindən (rəyə əlavə edilmiş yer quruluşu planında göstərilmişdir) nəzərdə tutulması və həmin yolun digər şəxslərin faktiki istifadəsində olması müəyyən olunmuşdur. Belə ki, kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin gediş - gəliş yolunun faktiki olaraq X8, X10 və X9 tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin gediş-gəliş yolunun olduğu yerin iddiaçı tərəfindən iddia edilməməsi də müəyyən olunmuşdur. İddiaçı faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsi olması müəyyən olunmuşdur. - Araşdırma zamanı İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, *** ******* qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə gedişgəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin faktiki koordinatlarının Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinə dair tərtib edilmiş **********86-10301 reyestr nömrəli Texniki Pasporta əsasən Cavabdeh istifadəsinə verilmiş (zəbt olunmuş) bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşməsi və iddia olunan torpaq sahəsinin faktiki vəziyyətdə Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. - İddiaçı tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə gedişgəliş yolu kimi iddia edilən torpaq sahəsinin faktiki koordinatlarının kompleks yerquruluşu layihəs ində nəzərdə tutulan həmin (yuxarıda qeyd edilən) gediş-gəliş yolunun koordinatlarına uyğun gəlməməsi müəyyən olunmuşdur. Kompleks yerquruluşu layihəsinə əsasən gediş-gəliş yolunun hazırda İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin şərq sərhəddindən (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir) nəzərdə tutulması və kompleks yerquruluşu layihəsində nəzərdə tutulan gediş-gəliş yolunun faktiki olaraq X8, X10 və X9 tərəfindən istifadə olunması və X8, X10 və X9 tərəfindən həmin yolun əsas yola (küçəyə) giriş-çıxış hissəsində dəmir darvazanın quraşdırılması müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Lə nkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Lənkəran rayonu, Lənkəran şəhərinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi təsvir edilməsi müəyyən edilmişdir.
12. Lənkəran Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2(049)-26/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd olunması qət olunmuşdur (hakim Anar Pənahov).
13. Birinci instans iya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir.
14. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsi kompleks quruluşu layihəsində onun mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmamış və Lənkəran bələdiyyəsinin müıkiyyətindədir. Lənkəran bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi ilə əlaqadar məhkəməyə iddia təqdim edilməmişdir. Eyni zamanda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmuş sahəsi ilə əlaqədar məhkəməyə onun tərəfindən iddia verilməmişdir. Belə ki, İddiaçı iddia edilən sözügedən torpaq sahəsi ilə əlaqədar məhkəməyə müraciət etməsinə subyek tiv hüququ olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, torpaqların elektron kadastr uçotu informasiya sistemində iddia edilən torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi təsvir edilməsi də onun həmin torpaq sahəsi ilə əlaqədar məhkəməyə iddia verməyə dair subyektiv hüququnu yaratmır. Ona görə də iddia tələbi rədd edilməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cıu, Mülki Məcəllənin 6, 152.1, 152.5, 157.4, 170.2, 180.1 və 180.4cü, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 119.1 və 217.4-cü; Torpaq Məcəlləsinin 111.1 və 111.2-ci maddələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının K onstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarınna istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apelyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərinə oxşar məzmunda əsaslandırılmışdır.
18. Cavabdeh apelyasiya şikayətinə qarşı məhkəməyə etiraz ərizəsi təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Etirazın məzmunu birinci instansiya məhkəməsindəkı izahatın məzmunu ilə oxşarlıq təşkil etmişdir.
19. Şirvan Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 2(106)-961/2025 nömrəli, 23 iyun 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-26/2025 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, mülkiyyət hüququ üzrə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 24 may 2013-cü il tarixli Çıxarışa əsasən İddiaçı məxsus olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə gedən Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş ümumi gediş-gəliş yolunun zəbtdən azad edilməsi, cavabdeh tərəfindən həmin yolun üzərində olan İddiaçı məxsus dəmir qapının sonradan yol bağlanarkən qaynaqlanmış hissəsi cavabdehin öz hesabına sökülməsi, İddiaçı məxsus dəmir ara qapıya cavabdeh tərəfindən qoyulmuş açarın sökülərək əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir (X2 oğlu (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə).
20. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi öz mövqeyi ilə bağlı ilk öncə onu qeyd etmişdir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində onun subyektiv hüququ olmuşdur.
21. Bununla bağlı kollegiya daha sonra qeyd etmişdir ki, iş materiallarında olan (səhifə 6) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, dalan 1, ev 22 ünvanında 0.05 ha ölçüdə torpaq sahəsində yerləşən ümumi sahəsi 118,2 kv.m. olan yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Hal-hazırda iddiaçı onun yaşadığı evə gedən yolun açılmasını tələb etmişdir. Bu tələbin başlanğıc hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsi təşkil edir. Cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya mərhələsində aydın şəkildə qeyd etmişdir ki, iddiaçının açılmasını tələb etdiyi yoldan iddiaçının istifadə etməsinə imkan vermir. Cavabdeh bu mövqeyini onunla əsaslandırır ki, iddiaçının mübahisələndirdiyi yol iddiaçının həyətinə gedən yol kimi nəzərdə tutulmayıb. Yəni cavabdehin iddiaçının açılmasını istədiyi yoldan istifadəyə maneə törətməsi aşkardır. Görün düyü kimi iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün suyektiv hüququ mövcud olmuşdur.
22. Kollegiya daha sonra müəyyən etmişdir ki, sözügedən mübahisəli yol 30 il ümumi istifadədə olan yol olmuşdur. Daha sonra tərəflərin izahatları, iş materiallarında olan video və fotoşəkillərdən aydın olur ki, ünvan 2-də olan fərdi yaşayış evinə gedən ümumi piyada yolu Cavabdeh tərəfindən dəmir darvaza qoyularaq qanunsuz şəkildə bağlanmışdır. Cavabdeh həmin yolu zəbt etməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən yol onun həyətində yerləşir. İddiaçı ata evinin yerləşdiyi həyətdə yaşayır, o isə qaldığı evi başqa şəxsdən almışdır. İddiaçı yol kimi iddia etdiyi torpaq sahəsi hər zaman onun istifadəsində olduğu üçün həyətinin texniki pasportunda da istifadəsində olan torpaq sahəsi kimi qeydə alınmışdır. Həmin sahə bələdiyyə mülkiyyətinə aid olduğundan və texniki pasportda onun istifadəsində olması qeydə alındığından o gələcəkdə həmin sahəni bələdiyyədən alqı-satqı yolu ilə almağı planlaşdırır.
23. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, sözügedən yolun (torpaq sahəsi) Cavabdeh məxsus **********6 reyestr nömrəli texniki pasportunda zəbt olunmuş torpaq sahəsi kimi qeydə alınması, iddiaçının uzun müddət istifadə etdiyi yolun bağlanmasına əsas ola bilməz. Bu, əksinə, torpaq sahəsinin cavabdehin özbaşına və qanunsuz istifadə etdiyini sübut edən sənəd hesab edilməlidir. Həmçinin daşınmaz əmlak üzərində hüquqların yaranması, dəyişdirilməsi və xitam verilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Texniki pasport sadəcə əmlakın texniki göstəricilərini təsvir edən köməkçi sənəddir və daşınmaz əmlak üzərində hüquq yaratmır. Texniki pasportda həmin sahənin istifadəsində olması qeyd edilsə belə, bu, ona həmin torpaq sahəsinin mülkiyyətçisi və ya qanuni istifadəçisi statusu vermir. Gələcəkdə qeyd edilən torpaq sahəsini almaq planı hüquqi əsas deyil və bu niyyət hazırki hüquq pozuntusunu qanuniləşdirə bilməz.
24. Kollegiya həmçinin bildirmişdir ki, bundan başqa iş materiallarında olan (səhifə 71) ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Danışmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024- cü il tarixli, 3-21-3-43/2-3661/2024 saylı mütəxəssis rəyinə əsasən, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənmə si sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Lənkəran rayonu, Lənkəran şəhərinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi təsvir edilməsi müəyyən edilmişdir. Göründüyü kimi Lənkəran rayonu, Lənkəran şəhərin ə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin zəbt edilməsi qanunvericiliyin tələblərinə ziddir.
25. Məhkəmə tərkibi daha sonra qeyd etmişdir ki, iddiaçının mübahisəli yolu 30 ildir ki istifadə etməsi bu sahənin onun üçün yeganə, real və zəruri gediş-gəliş yolu olduğunu sübut edir. Bu fakt qarşı tərəfin plan üzərindəki fərqli təsvirinə əsaslanaraq həmin yolu zəbt etməsini qanuniləşdirmir. Cavabdeh tərəfindən həmin yolun hasarlanaraq bağlanması iddiaçının yoldan istifadə hüququnu birbaşa pozmuşdur. Burada artıq faktiki istifadə hüququ pozulmuş, hüquqa zidd zəbt baş vermişdir. İddiaçının 30 il ərzində həmin yolu istifadə etməsi onun faktiki istifadəyə əsaslanan hüququnu formalaşdırmışdır. Plansxemdə fərqli yol göstərilməsi, real və sabit istifadəni ləğv etmək üçün hüquqi əsas ola bilməz. Buradan aydın görünür ki, İddiaçı uzun illər istifadə etdiyi, faktiki istifadəsində olan və yaşayış evinə gedən yoldan qanunsuz məhrum edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; Mülki Məcəllənin 5.3, 152.1, 156.1 157.4, 170.2, 180.1 və 560.1-ci; Torpaq Məcəlləsinin 84.1, 84.3 və 111-ci; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 101.3, 372.1, 372.6, 372.7 və 384-cü maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il t arixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a. Kassasiya şikayətinin dəlilləri
27. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2025-ci il tarixli, 2(106)-961/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayətinin dəlilləri:
29. Bəhs olunan torpaq sahəsinin bir hissəsi dövlət qeydiyyatında bələdiyyə mülkiyyətinə aid olmaqla, ekspert rəyinə əsasən də cavabdehin uzun illərdən bəri istifadə etdiyi sahədir və mübahisəyə qədər heç bir hüquqi və ya məhkəmə qaydasında bu istifadə şübhə altına alınmamışdır. Həmin torpaq sahəsi cavabdehin həyətinin texniki pasportunda istifadəsində olan sahə kimi qeydə alınmışdır. Hüquqi statusu bələdiyyə mülkiyyəti olan bu sahənin gələcəkdə alqı-satqı yolu ilə cavabdehin mülkiyyətinə keçməsi məqsədilə Lənkəran Bələdiyyəsinə rəsmi müraciət edilmişdir. Lakin xx.xx.2024-cü il tarixli, № 236/02 nömrəli məktubla bildirilib ki, hazırda mübahisə mövcud olduğundan bu proses müvəqqəti olaraq mümkün deyil. Bu isə bələdiyyə ilə cavabdehin arasında olan bir məsələdir ki, yenə də iddiaçıya hər-hansı bir hüquq tanımır. 30. ünvan 7 ünvanında yerləşən 0.088 hektar torpaq sahəsində 1998-ci ildə inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evi faktiki və hüquqi olaraq illərdir cavabdehin vicdanla, açıq-aşkar və fasiləsiz şəkildə sahiblik və istifadəsind ə olmuşdur. Cavabdeh bu ərazidə ailəsi ilə birlikdə 1998-ci ildən bəri daimi yaşayır və həmin sahədən başqa şəxslərin istifadə etməsinə razılıq verməmiş, sadəcə qohumluq əlaqəsinə görə məhdud icazə ilə girişə göz yummuşdur. Heç bir hüquqi və rəsmi sənəddə iddiaçının həmin torpaq sahəsindən yol kimi istifadə hüququ nəzərdə tutulmamışdır. Bu hallardan aydın olur ki, cavabdehin mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Lakin apellyasiya instansiyasının 23 iyun 2025-ci il tarixli qətnaməsi ilə Konstitusiyanın 13-cü maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun toxunulmazlığı və dövlət müdafiəsi prinsipi pozulmuş, şəxsin hüququ effektiv şəkildə qorunmamışdır. Bu isə həm maddi hüququn pozulmasını, həm də Konstitusiya ilə ziddiyyət təşkil edən məhkəmə praktikasının möv cudluğunu təsdiq edir.
31. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi və onun üzərində inşa etdiyi yaşayış evi üzərində onun mülkiyyət hüquqununun dövlət tərəfindən tanındığı texniki sənədlərlə və uzun müddətli istifadə ilə təsdiqlənmişdir. İddiaçı isə, cavabdehin əmlakının üzərində heç bir hüquqi əsası olmadan, həmin torpaq sahəsinin ümumi yol kimi istifadə olunmasını tələb edir. Lakin bu tələb nə mülkiyyət sənədlərində, nə layihə planlarında, nə də digər hüquqi əsaslarda təsdiq olunmur. Hətta iddiaçının uşaqlarının cavabdehin həyətinə daxil olması faktı belə konkret razılıq və icazə ilə həyata keçirilmiş müvəqqəti hərəkətdir. Bu isə ümumi istifadədə olan yolun mövcudluğunu sübut etmir və cavabdehin mülkiyyət hüququnu məhdudlaşdırmaq üçün hüquqi əsas yarada bilməz.
32. Şirvan Ape llyasiya Məhkəməsinin Mülki Kollegiyası qətnaməsində iddiaçının subyektiv hüququnun olub-olmaması məsələsinə lazımi qiymət vermədən onun tələbini təmin etmiş, cavabdehin isə qanuni və sübuta yetirilmiş sahə istifadəçiliyi və hüquqi mövqeyi nəzərə alınmadan hüquqlarını məhdudlaşdırmışdır. İddiaçı tərəfindən qanuni hüquqi ixtiyar sübut edilmədiyindən, onun cavabdehdən tələb irəli sürməsi və bu tələb əsasında hüquq müdafiəsi istəməsi qanuni əsasdan məhrumdur. Nəticə etibarilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası cavabdehin hüquqi mövqeyini və iddiaçının iddia hüququnun yaranma əsaslarını tam araşdırmadan qətnamə qəbul etməklə, Konstitusiya Məhkəməsinin mövqelərinə, maddi hüquq normalarına zidd hərəkət etmişdir. Əgər iddiaçının tələb irəli sürmək üçün qanunla tanınmış və sübuta yetirilmiş subyektiv hüququ yoxdursa, o zaman burada onun hüququnun pozulmasından söhbət gedə bilməz.
33. İddianın təmin olunması məhkəmə müdafiə iddianın təmin olunması məhkəmə müdafiə mexanizmlərinin yanlış tətbiqinə gətirib çıxarır. Bu baxımdan, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından irəli gələn hüquqi mövqeyə əsasən, iddiaçının cavabdehdən tələb irəli sürmək üçün hüquqi əsasları yoxdursa, məhkəmə bu iddianı təmin etməklə maddi hüquq normalarına zidd hərəkət etmiş olur.
34. Apellyasiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, iddiaçının tələb irəli sürmək hüququ (subyektiv hüquq) və bu hüququn pozulması faktı dərindən araşdırılmadan, məhkəmə iddianı təmin etmişdir. Bu isə məhkəmə icraatının əsas vəzifəsi olan hüquq və mənafelərin məhkəmədə təsdiqi funksiyasının yerinə yetir ilməməsi deməkdir. Baxmayaraq ki, iş materiallarında iddia tələbinin əsassızlığın təsdiq edən mötəbər sübutlar toplanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 23 iyun 2025-ci il tarixli, 2(106)- 961/2025 saylı qətnamə qəbul edilərkən sübutların qiymətləndirilməsi ilə bağlı mühüm prosessual normaları pozmuş, iş üzrə təqdim edilmiş əsaslı sübutlara obyektiv və hərtərəfli hüquqi qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 10/9489 saylı ekspert rəyinə əsasən, aşağıdakı mühüm hüquqi və faktiki hallar müəyyən edilmişdir. Rəsmi və ekspertiza sənədləri sübut edir ki, İddiaçı tələb irəli sürdüyü torpaq sahəsi üzərində heç bir hüquqi əsaslı iddiası yoxdur. Buna baxmayaraq, apellyasiya instansiyası bu sübutlara lazımi hüquqi qiymət verməmiş, mübahisə predmeti olan ərazi üzrə mövcud hüquqi statusu nəzərə almadan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
36. Maddə 13 (İ hissə) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
37. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətində n məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsi
38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
39. Maddə 14.1 mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sa hib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
41. Maddə 157.1 Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
42. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
43. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
44. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
45. Maddə 84 4-cü bəndi Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
46. Maddə 111 1-ci bəndi Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
47. Maddə 111 2-ci bəndi Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Cavabdehin kassasiya şikayətində göstərilən dəlillərinə sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır.
59. Belə ki, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mübahisəli yoldan 30 ildir ki, istifadə etməsi bu sahənin onun üçün yeganə, real və zəruri gediş-gəliş y olu olduğunu sübut edir. Cavabdeh tərəfindən həmin yolun hasarlanaraq bağlanması iddiaçının yoldan istifadə hüququnu birbaşa pozmuşdur. Burada artıq faktiki istifadə hüququ pozulmuş, hüquqa zidd zəbt baş vermişdir. İddiaçının 30 il ərzində həmin yolu istifadə etməsi onun faktiki istifadəyə əsaslanan hüququnu formalaşdırmışdır. Plansxemdə fərqli yol göstərilməsi, real və sabit istifadəni ləğv etmək üçün hüquqi əsas ola bilməz. Buradan aydın görünür ki, İddiaçı uzun illər istifadə etdiyi, faktiki istifadəsində olan və yaşayış evinə gedən yoldan qanunsuz məhrum edilmişdir.
60. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəl if qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
61. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq n ormalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-961/2025 nömrəli iş üzrə 23 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.