Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2775/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, Əliyeva Aynurə, X8, X10 və X4 qarşı QƏRARİ Açar sözlər: mənzildən çıxarılma və mənzilin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh, Aynurə Əliyevaya, X5, X7 və X4 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılmasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1508/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın təsdiq olunmuş surətinə əsasən, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 135 saylı reyestr kitabının 12490 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. 2. xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinin təsdiqlənmiş surətinə əsasən, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, satıcı-Cavabdeh ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqlar ı AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 02 avqust 2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********67-05301-093008 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın-İddiaçı mülkiyyətinə vermişdir. 3. 14.06.2022-ci il tarixli, 13№-li "xxxx" MTK tərəfindən verilən cavab məktubuna əsasən, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi 21 saylı evin 49-cu mənzilində halhazırda Cavabdeh, Əliyeva Aynurə, X8, X10 və X9 yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh, Əliyeva Aynurə, X8, X10 və X4 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 21 saylı evin 49-cu mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması, həmçinin cavabdehdən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 21 saylı evin 49-cu mənzili əvvəlcə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olmuşdur. Lakin, xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 21 saylı evin 49-cu mənzil İddiaçı xüsusi mülkiyyətinə keçmiş, eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bağlanmış ipoteka müqaviləsinə əsasə n həmin mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı mənzil üzərində mülkiyyət hüququ xx.xx.2019cu il tarixində dövlət reyestrində qeydə alınmış, bu barədə reyestrdən çıxarış verilmişdir. Mənzil hazırda İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlandığı tarixdən sonra Cavabdeh həmin mənzildə bir müddət orada yaşaması aralarında razılaşdırılmışdır. Lakin, sonradan dəfələrlə Cavabdeh mənzilin boşaldılması ilə bağlı dəfərlərlə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də hazırda bununla bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
6. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixdə “tələbin həcminin dəyişdirilməsi barədə” ərizə təqdim edərək, cavabdehlər Cavabdeh, Aynurə Əliyevanın, X2, X6 və X3 İ ddiaçı mülkiyyətində olan Bakl şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 21 saylı evin 49-cu mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması, həmçinin cavabdehdən məhkəmədə iddia qaldırmaq çün ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Bakı Şəhər Nəsimi rayon məhkəməsinin (X11) e-2(006)-3152/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh, Əliyeva Aynurə, X8, X10 və X9 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 21 saylı evin 49-cu mənzilindən çıxarılma qla həmin mənzil boşaldılması qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, ünvan 1 əvvəlcə hazırki iş üzrə Cavabdeh mülkiyyətində olmuş, daha sonra xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, həmin mübahisəli mənzil Cavabdeh tərəfindən 270.000 manata İddiaçı satılmış və onun kredit müqaviləsinin təminatı kimi həmin mənzil elə həmin müqaviləyə əsasən də ipoteka saxlayan- "xxxx" ASC-yə ipotekaya qoyulmuşdur. Hal-hazırda həmin mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Hazırki iş üzrə cavabdehlər Cavabdeh (hazırki iş üzrə caavbdeh), Aynurə Əliyeva (arvadı), X8, X10 və X9 isə həmin mənzildə hal-hazırda yaşayırlar. Hazırda İddiaçı özünün xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 747-ci məhəllə, ev 21 ünvanında yerləşən 49 saylı mənzildən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılmasını tələb edir. Həmin mənzil iddiaçıya satılsa da və mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsus olsa da, hazırda cavabdehlər Aynurə Əliyeva (arvadı), X8, X10 və X9 həmin mənzili boşaltmamışlar, mənzildən çıxmamışlar və iddiaçıya təhvil verməmişlər. Həmçinin bütün cavabdehlər göstərilən qanunun tələblərini pozaraq, hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən, cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları, mənzildən çıxmamaları və mənzilin boşaldılmaması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam veri lməli, mənzil cavabdehlərdən Aynurə Əliyeva (arvadı), X8, X10 və X1 qanunsuz sahibliyindən geri alınmalı, cavabdehlər Aynurə Əliyeva (arvadı), X8, X10 və X3 həmin mənzildən çıxarılmaqla mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəllənin 152.5, 157.2, 228.1, 228.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Ka zımov) 2(103)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Kollegiya qeyd etmişdir ki, Mənzil iddiaçının mülkiyyətindədir. Onun mülkiyyət hüququ xx.xx.2019-cu ildə dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib. İddiaçı mənzili xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edib. Mənzili iddiaçıya Cavabdeh satıb. Qətnamədən yalnız Cavabdeh apellyasiya şikayəti verib və ona əsaslanıb ki, alqı-satqı müqaviləsi həqiqi deyil. Lakin müqavilənin uydurma və ya yalan əqd olduğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmayıb. Cavabdeh mənzilə hüququ olmadığına görə onun mənzilə sahiblik etməsi qanunsuz sahiblik sayılır. Mülki Məcəllənin 157.2-ci maddəsin ə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, birinci instansiya məhkəməsi Cavabdeh mənzildən çıxarılmasını qət etməklə düzgün nəticəyə gəlmişdir.
14. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 157.2-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri n əzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilənlərdən və işin hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında heç-bir münasibət olmamış, cavabdehin iddiaçıya ev satmaq kimi bir niyyəti olmamışdır. İddiaçı ilə cavabdehin arasındakımünasibət sadəcə iddiaçının hərbiçi olması səbəbilə aşağı faizlə yuxarıməbləğdə adına kredit verilməsi məsələsi olmuşdur ki, cavabdeh iddiaçı ilə arasında bağladığımüqaviləni ona məxsus hal-hazırda mübahisələndirilən mənzili girov qoymaq qarşılığında pul götürdüyünü zənn edərək bağlamışdır. Belə ki, cavabdeh iddia çıdan mənzil satmaq üçün heç-bir pulu almamışdır. Ümumiyyətlə belə bir niyyəti də olmamışdır. xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsi etibarsız əqddir. Cavabdeh həmin əqdi bağlayarkən məqsədi ona məxsus olan mənzilin alqı-satqısını deyil, mənzili Günay bankda ipotekaya qoymaqla müəyyən məbləğdə pul götürmək istəyi olmuşdur. Lakin o, aldanılaraq mənzili Nəsimi rayonunda yerləşdiyi halda Masazır qəsəbəsində səyyar asan xidmətdə ipotekaya qoyulması ilə bağlı sənədləri imzaladığını zənn edərkən, əslində isə fərqinə varmadan məzilin alqı-satqısına imza çəkmişdir. Cavabdeh razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir. xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsində mənzilin dəyəri 270.000 (iki yüz yetmiş min) manat göstərilmiş və dəyərinin 140000 mana tının alıcı-ipoteka qoyan tərəfindən, 130000 manat hissəsi isə kreditoripoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsi qeyd edilmişdir. Cavabdehə mənzilin satışı ilə bağlı hər hansıməbləğdə pul ödənilməmişdir, cavabdeh mənzilini satmaq fikrində olmamış, yalnız mənzilin öz adında qalması şərti ilə bankda ipotekaya qoyulması ilə razılaşmışdır. Alıcı tərəfindən ödənilməli olan 140000 manat məbləğində pul nə notariusun depozit hesabına daxil edilmiş nə də ki, başqa formada cavabdehə verilməmişdir.
17. Kassator bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsini ümumiyyətlə araşdırmadan, çıxardığı 2(103)1508/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsində bu məsələyə toxunmamış, cavabdehin hüquqlarını kobud şəkildə pozmaqla qanunsuz nəticəyə qət etmişdir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Belə ki, əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlımübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. BakıApellyasiya Məhkəməsi qanuni qətnamə çıxarmaq adı ilə bu halı cavabdeh bildirsə də, işin mahiyyətini müəyyən etməyərək işin halları ilə nəticə hissəsində əsaslandırmada səhvə yol vermişdir. Bununla da, cıxardığı qətnamədə Mülki Məcəllənin tələblərində pozuntulara yol vermişdir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə bu qanun maddəsini də qeyd etmiş lakin, bunun iş üzrə əsaslandırmasını aparmamışdır. Belə ki, məhkəmə nəticə hissəsində guya ki, iddiaçının mülkiyyət hüququnun xx.xx.2019-cu ildə dövlət reyestrində qeydə alındığını və reyestr çıxarışı verildiyini qeyd edib. İddiaçının mənzili xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyini qeyd etmiş lakin, bu alqı-satqı müqaviləsinin etibarsızlığı məsələsini araşdırmamışdır. Belə ki, məhkəmə etibarsızlıq məsələsini cavabdehin bildirməsinə rəğmən araşdırmadan 2 səfhəlik formal, qərəzli və öz mülahizələri əsasında qətnamə çıxarmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
18. Maddə 13.1 və 13.2 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
19. Maddə 29.1, 29.2, 29.3 və 29.4 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas a zadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokol”
20. Maddə
1. Mülkiyyətin müdafiəsi: hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 157.1. mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
30. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul e dildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
36. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1508/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.