Məhkəmə qərarları › İş №2(102)-2775/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2775/2024

28.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2775/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi olunması, işə bərpa esilməsi, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1189/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də aylıq əmək haqqı 321 manat olmaqla Maliyyə Departamentində mühasibatlıq şöbəsinə (əsas) kiçik mühasib vəzifəsinə işə qəbul edilmişdir. 2. 20.09.2022-ci il tarixdə X3 uçotu departamenti Mühasibatlıq şöbəsi xərclər bölməsinə xərclər üzrə aparıcı mühasib vəzifəsinə yüksəlmişdir. 3. xx.xx.2023-cü il tarixdə X1 departamenti Kreditorlar şöbəsinə aparıcı mühasib vəzifəsinə keçirilmişdir.

4. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli “Struktur, ştat və işçi məsələlərinə dair” 002/Ş nömrəli əmri ilə Maliyyə direktorluğunun Mühasibatlıq departamenti üzrə optimall aşmanın aparılmasını təmin etmək məqsədi ilə həmin Departamentin ştatı bir vahid azaldılması və ilin sonunadək qiymətləndirmə və Peşəkarlıq səviyyəsinin ölçülməsi prosesi davamlı olaraq aparılmaqla ştat vahidləri ümumi olaraq 10 vahidədək azaldılması qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli 037.1/K nömrəli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunması barədə 15 may 2023-cü il tarixli, 037.1/K saylı əmrinin ləğv edilməsi, məcburi işburaxmaya görə işləmədiyi aylar üzrə əmək haqqının ödənilməsi, əvvəlki işinə, vəzifəsinə, əvvəlki müqaviləsinin şərtləri (müddətsiz müqavilə) ilə bərpa edilməsi, məhkəmə xərclərinin işəgötürən tərəfindən ödənilməsi, məcburi işburaxma səbəbindən ödənilməyən əmək haqqına görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc verilməsi, baş vermiş qanunsuz hərəkətlərə və hərəkətsizliklərə görə rəsmi qaydada üzr istənilməsi və 5.000 manat mənəvi təzminatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2023cü il tarixinə qədər Cavabdeh MMC-də (bundan sonra “Şirkət”) kiçik mühasib, mühasib və xərclər üzrə aparıcı mühasib vəzifələrində işləmişdir. Şirkətin verdiyi 15 may 2023-cü il tarixli, 037.1/K nömrəli əmr ilə onun əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilmişdir. Şirkətdə çalışdığı müd dət ərzində hər zaman dəqiqliyi, məsuliyyəti, şirkətin korporativ qaydalarına, təlimat və prosedurlarına ciddi riayət etməyi ilə nümunəvi əməkdaş olmuşdur və bu illər ərzində ona qarşı heç vaxt, hər hansı intizam tənbehi tətbiq edilməmiş, öz zəhməti və çalışqanlığı ilə kiçik mühasib vəzifəsindən aparıcı mühasib vəzifəsinə qədər yüksəlmişdir. Şirkətin Mühasibat uçotu departamentinin müdiri Samir Süleymanovun (bundan sonra “Baş mühasib”), İdarə Heyətinin üzvü, İnsan Resursları direktoru, Nizam-İntizam Komissiyasının üzvü Samir Əmirovun (bundan sonra “İR direktoru”) və İdarə Heyətinin üzvü, Maliyyə direktoru Ziya Məmmədovun (bundan sonra “Maliyyə direktoru”) ona qarşı qərəzli münasibəti nəticəsində əmək müqaviləsinə real olmayan ixtisar əmri ilə xitam verilmişdir. İş yükünün çoxluğundan məzun iyyətə çıxa bilməmiş, çox vaxt qeyri-iş saatlarında da işləməyə məcbur olmuşdur. 2022-ci ilin avqust ayında onun işlədiyi bölmənin əməkdaşı Xərclər üzrə aparıcı mühasib vəzifəsində çalışan bir əməkdaşı və həmin ilin sentyabr ayında Bölmə müdiri də işdən ayrılmışdır. Onların yerinə yeni əməkdaşlar götürülməmişdir və onların əmək haqqlarının müəyyən hissəsi onların işlərini faktiki icra edən bölmə əməkdaşları arasında bölüşdürülməmişdir. Bu hal onun iş yükünün daha da artmasına gətirib çıxarmışdır. 2022-ci ilin sentyabr və oktyabr aylarında digər bölmə yoldaşları, Xərclər üzrə aparıcı mühasib vəzifəsini tutan daha iki əməkdaşı da Xərclər bölməsindən ayrılmışdır. Bu əməkdaşların əvəzinə uyğun olaraq Xərclər üzrə aparıcı mühasib Gültac Bəkirova və Mühasibatlıq departamentinin digər bölməsind ən Xərclər üzrə aparıcı mühasib Samirə Kərimova təyin edilmişdir. Göründüyü kimi 2022-ci ilin avqust, sentyabr, oktyabr aylarında xərclər bölməsindən 4 əməkdaş işdən ayrılmış, 2 əməkdaşın yerinə işçi təyin olunmuş, işdən çıxmış digər 2 əməkdaşın yerinə isə işçi götürülməmişdir. Xərclər bölməsinin 4 nəfər köhnə əməkdaşı işdən ayrıldıqdan və bölməyə yeni əməkdaşlar gəldikdən sonra Baş mühasibin ona qarşı münasibətində təzyiqlər daha da artmış, bölmənin ən çox iş stajı olan əməkdaşı kimi hədəfdə olduğu hiss olunmuşdur. xx.xx.2023-cü il tarixində Baş mühasib ilə görüş zamanı bir neçə aydır ki, Bölmə müdiri və Xərclər üzrə aparıcı mühasib vəzifəsinin boş qaldığını, onun iş təcrübəsi və bilikləri, rəsmi olmasa da faktiki bölmə müdiri əvəzi olaraq çalışdığını nəzərə alıb, onun Bölmə müdiri kimi n amizədliyini dəyərləndirməsini, əmək haqqı artımları zamanı onu də nəzərə almasını xahiş etmişdir. Baş mühasib isə 2022-ci ilin aprel ayında mükafat (bonus), əmək haqqı ilə bağlı onun yazdığı e-maili, xüsusilə 2022-ci ilin noyabr ayında İnsan Resursları direktoruna yazdığı e-maili öz kompüterindən oxuyaraq, məhz bu e-mailə görə onunla birgə işləməyinin sual altında olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixində o, Baş mühasib ilə yenidən görüşmüşdür. Görüş zamanı onu Bölmə müdiri kimi görmədiyindən bu vəzifə üçün dəyərləndirməyəcəyini, əmək haqqı ilə bağlı artımların isə ona aid edilməyəcəyini qeyd etmişdir. Bundan sonra o, Baş mühasibə baş verənlərlə bağlı subordinasiya qaydalarına riayət etməklə aiddiyəti rəhbər şəxslər ilə görüşüb problemi həll etməyə çalışmağa cəhd edəcəyini bildirm işdir. Çox çətinliklə xx.xx.2023-cü il tarixində İR Biznes tərəfdaşlıq şöbə müdiri və İnsan Resursları üzrə aparıcı biznes tərəfdaş (bundan sonra “İR aparıcı biznes tərəfdaş”) Fəridə Qurbanovanın iştirakı ilə görüş baş tutmuşdur. X6 əməkdaşları prosedurun qüvvədən düşdüyünü, onlara deyil, Maliyyə direktoruna müraciət etməli olduğunu bildirmişlər. Bundan sonra X5 rəhbərləri (bundan sonra “Mərkəz İR rəhbərləri”) ilə görüşmüş, vəzifə artımlarında ayrı-seçkiliyə məruz qaldığını bildirmişdir. X5 rəhbərləri onlara deyil, Şirkətin Baş direktoru Qabil Əhmədova müraciət etməli olduğunu bildirmişlər və Qabil Əhmədov ilə görüşməyi tövsiyə etmişlər. Lakin onun Qabil Əhmədov ilə görüşməsi baş tutmamışdır. Bundan sonra, 2023-cü ilin mart ayının sonlarında Maliyyə direktorluğu, Mühasibatlıq departamenti ilə bağlı struktur dəyişikliyinin təsdiq edildiyini eşidilmişdir. xx.xx.2023-cü il tarixində, təxminən 14:30-da İnsan Resursları aparıcı biznes tərəfdaşı Fəridə Qurbanova işlədiyi departamentə gələrək, onu Departament müdiri, Baş mühasib Samir Süleymanovun otağına dəvət etmişdir. Baş mühasibin yanında yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixində İR Biznes tərəfdaş şöbə müdiri Samirə Məmmədovaya yazılmış e-mailə görə Maliyyə direktoru Ziya Məmmədov və İnsan Resursları direktoru Samir Əmirovun qərarı ilə Şirkətin onunla yollarını ayırmaq istədiyini bildirmişdir. O, hansı maddə ilə işdən çıxarılacağını soruşduqda isə ixtisar edildiyini bildirmişlər. Bundan sonra yaranmış hal ilə bağlı onun səhhəti kəskin pisləşmiş və bu səbəbdən Şirkətin tibb məntəqəsinə müraciət etmişdir. Həkim tərəfindən SƏTƏM meneceri Şahin Vəliyevə məlumat verilərək onun səhhəti ilə əlaqədar olaraq bir neçə günlük məzuniyyət götürməsi tövsiyə edilmişdir. Hüquq şöbə müdiri və İnsan Resursları direktoru ona öz xahişi ilə ərizə yazmağlı təklif etmiş, ərizə yazarsa, ixtisarla bağlı ayrılmış orta əmək haqqı məbləğinin 3.1 misli ilə bağlı təminatların (1.4 – 6 həftəlik xəbərdarlıq müddəti əvəzinə və 1.7 – 5 ildən çox iş stajı olduğu üçün) mükafat şəklində ödəməyə razı olduqlarını bildirsələr də bu təklifi qəbul etməmiş, baş verənlərin qanunsuz olduğunu, səhhətinin çox pis olduğunu, bu haqda Şirkətin həkimi və SƏTƏM menecerinin də məlumatlı olduğunu, səhhəti ilə əlaqədar xx.xx.2023-cü il tarixindən 3günlük məzuniyyət götürəcəyini bildirmişdir. O, Şirkətin ofis əməkdaşları üçün nəzərdə tutulmuş distant iş rej imində işlərini davam etdirmək istədiyini bildirsə də nəticəsi olmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixində səhhətinin çox pis olmasına baxmayaraq, Şirkətə gəlib 3 günlük (xx.xx.2023-xx.xx.2023) əmək məzuniyyəti ilə bağlı ərizə yazmış və xx.xx.2023-cü il tarixində baş verən hadisələri aiddiyyəti şəxsləri e-mailə əlavə edərək bu haqda e-mail yazmışdır. Həmin gün ona ixtisar bildirişi təqdim edilərkən, bildirişdə Şirkətin Baş direktoru tərəfindən imzalanmış 03 aprel 2023-cü il tarixli 002/Ş saylı əmrə istinad edildiyi üçün həmin əmri həmin gün və sonrakı günlərdə də şifahi və yazılı olmaqla dəfələrlə Şirkətdən istəsə də ona təqdim etməkdən imtina etmişlər. Bütün bunlara əsasən, o, hesab edir ki, onun işdən çıxarılmasının əsasını təşkil edən ixtisar əmri real olmamış, onun işdən çıxarı lması qərəzli və qanunsuz olmuşdur.

7. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində iddiaçı tərəfindən qeyd olunan bütün hallar əsassızdır. İddiaçı ona qarşı MMC-nin bir sıra rəhbər vəzifəli şəxslərinin qərəzli münasibətinin olduğunu və özünün qeyd etməsinə görə məhz bu səbəbdən ştatının ixtisar olunduğunu bildirsə də qeyd edilən bu 5 il müddətində MMC-nin ümumiyyətlə heç bir əməkdaşı ilə iddiaçı arasında hər hansı bir mübahisə olmamış, ona qarşı hər hansı qərəzli mövqe tutulmamışdır. Baxmayaraq ki, aşağıda qeyd edəcəyi bir sıra faktlardan da göründüyü kimi iddiaçı Cəmiyyətdə işlədiyi son dövrlərdə bir sıra pozuntulara, bilavasitə tabe olduğu rəhbər vəzifəli şəxslərlə ünsiyyətdə ciddi uyğunsuzluqlara yol vermiş, bununla da sərgiləmi ş olduğu sərt və bir o qədər aqressiv mövqeyindən dolayı öz əmək fəaliyyəti ilə yanaşı işləmiş olduğu şöbənin digər əməkdaşlarının da iş axınına ciddi mənfi təsir göstərmişdir. İddiaçının məzuniyyət hüququndan istifadə etməsinə imkan verilməməsi, o cümlədən distant iş rejimində işləmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar olaraq bildirir ki, iddiaçının məzuniyyət hüququndan istifadə etməsi ilə bağlı işəgötürənə ünvanlamış olduğu elektron müraciətlərdə qeyd olunan müddətlər üzrə onun bu hüququndan istifadə etməsi təmin edilmiş, işləmiş olduğu bütün dövrlər üzrə qalıq məzuniyyətə görə pul əvəzi isə son haqq-hesabı zamanı ona ödənilmişdir. Distant iş rejiminə gəldikdə isə məlum olduğu kimi Azərbaycan Respublikası əmək qanunvericiliyində işin distant rejimdə təşkil edilməsi ilə əlaqədar m üddəalar öz əksini tapmamışdır. Sadəcə olaraq, Covid-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə ölkədə tətbiq olunan karantin rejimi müddətində bütün digər dövlət qurumları, müəssisə və təşkilatlar kimi MMC də işin məsafədən təşkili ilə bağlı Nazirlər Kabinetinin Operativ Qərargahının tövsiyə və göstərişlərinə uyğun olaraq işin məsafədən təşkil edilməsinə şərait yaratmışdır. Lakin sonradan epidemiyanın sona çatması və bu sahədə tətbiq edilən qadağaların yumşaldılması nəticəsində MMC tərəfindən işin ənənəvi qaydada, yəni iş yerlərində həyata keçirməsinə keçid edilmiş, bununla da məsafədən işin təşkili, yəni iddiaçının bildirdiyi kimi “distant iş rejimində işin təşkili” ləğv edilmişdir. İddiaçının işlədiyi vəzifə üzrə ştat ixtisar olunduqdan sonra MMC tərəfindən onun yerinə iş çi alınmamışdır. Ümumiyyətlə əgər ştatın ixtisarından söhbət gedirsə, iddiaçı başa düşməlidir ki, artıq həmin ştat faktiki olaraq möcud deyil və belə olan təqdirdə yeni işçinin işə götürülməsindən söhbət belə gedə bilməz. İddia ərizəsində adı çəkilən Murad Niftalızadə adlı əməkdaş ixtisar əmrinin verilməsindən xeyli müddət əvvəl, yəni 18 mart 2022-ci il tarixində işə qəbul edilmişdir. Məhkəməyə təqdim ediləcək səs yazılarında baş mühasibin ixtisar əmrinin qərəzli olduğunu etiraf etməri barədə dəlillə bağlı bildidir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. MMC tərəfindən sahibkarlıq fəaliyyəti üzrə görülən işlərin effektivli yinin yaxşılaşdırılması, ümumi xərclərin minimallaşdırılması və bir sıra ştatların optimallaşdırılması sözügedən əmrin verilməsini zəruri edən başlıca amil olmuşdur. Sözügedən əmrin preambulasında Mühasibatlıq Departamentinin fəaliyyətinin analizinin aparılması nəticələrinə əsasən, bu analizin nəticələri üzrə ştatların optimallaşdırılmasına zərurət olması, ştatların optimallaşdırılması nəticəsində əldə ediləcək qazancın çəkisinin müəyyən olunmasına dair qeydlər öz əksini tapmışdır. Göründüyü kimi, Mühasibatlıq departamentinin iş analizi həyata keçirilmiş, bu analiz nəticəsində Mühasibatlıq departamenti üzrə ştatların optimallaşdırılmasının məqsədə uyğunluğuna dair rəy verilmiş və bu analizin nəticələri MMC-nin baş direktorunun struktur dəyişikliyinə dair 03 aprel 2023-cü il tarixli, 002/ Ş saylı əmrinin verilməsini zəruri etmişdir. MMC-nin baş direktorunun struktur dəyişikliyinə dair 03 aprel 2023-cü il tarixli 002/Ş saylı əmrinin 2-ci maddəsinin tələbinə əsasən Mühasibatlıq Departamentinin Kreditorlar Şöbəsinin aparıcı mühasib vəzifələri üzrə optimallaşmanın aparılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri və MMC-nin müvafiq komitəsinin “işçilərin qiymətləndirilməsi və peşəkarlıq səviyyəsinin ölçülməsinə dair” protokolu əsas götürülməklə əmək funksiyasının icrası üçün tələb olunan peşənin və peşəkarlıq səviyyəsinin daha aşağı göstəricilərinə malik olan işçisi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Yuxarıda qeyd olunan, “işçilərin qiymətləndirilməsi və peşəkarlıq səviyyəsinin ölçülməsinə dair” protokol dan da göründüyü kimi iddiaçı qiymətləndirilən meyarlar üzrə digər əməkdaşlara münasibətdə daha aşağı göstəricilərə malik olmuşdur. Bundan əlavə digər aparıcı mühasib vəzifəsində işləyən əməkdaşların sosial vəziyyəti Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinin tələbləri ilə əhatə olunduğundan, həmin şəxslərin işdə saxlanılmasına üstünlük verilmişdir. Yuxarıda qeyd olunanlardan və Cəmiyyətin baş direktorunun struktur dəyişikliyinə dair 03 aprel 2023-cü il tarixli 002/Ş saylı əmrindən də göründüyü kimi iddiaçının vəzifəsi üzrə ştatın ixtisarı əmək istehsalatında effektivliyin yaxşılaşdırılması, işçilərin xərclərinin minimallaşdırılması və ştatların optimallaşdırılmasını təmin etmək məqsədi ilə tam qanuni və əsaslandırılmış şəkildə aparılmışdır. Cəmiyyət ərzaq və qeyriərzaq məhsulların i stehsalı, idxalı, ixracı, topdan və pərakəndə satışı sahəsində ölkənin qabaqcıl müəssisələrindən biri olmaqla mövcud qlobal biznes mühitinə uyğun fəaliyyət göstərməkdədir. Qeyd olunan bu uyğunlaşma bir neçə istiqamətdə insan əməyi ilə görülən işlərin avtomatlaşdırılmasına gətirib çıxarır ki, bu da öz növbəsində bir çox vaxt ştatların ixtisarına gətirib çıxarır. Misal üçün, iddiaçının iddia ərizəsində qeyd etmiş olduğu və istifadəsi bütün dünyada geniş yayılmış “SAP” proqram təminatına keçid qeyd olunan faktora başlıca misal olaraq göstərilə bilər. Ona görə ki, bu proqram təminatı insan əməyi ilə ərsəyə gətirilən bir çox işin avtomatlaşdırılmış rejimdə emalına xidmət edir. Məhz qeyd olunan bu səbəblərdən dolayı mütəmadi olaraq Cəmiyyətin ştatlarında optimallaşdırılmanın aparılması ilə əlaqə dar ştatların ixtisar edilməsi zəruri olmuşdur. 2022-ci ilin avqust ayından etibarən müxtəlif vaxtlarda verilmiş struktur dəyişikliklərinə dair əmrlərlə təkcə iddiaçının işləmiş olduğu Mühasibatlıq Departamentində 15 ştat vahidinin ixtisar olunaraq ləğv edilməsini qeyd olunanlara başlıca misal olaraq göstərmək olar.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2231/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 15 may 2023-cü il tarixli, 037.1/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə, vəzifəsinə (müqaviləsinə xitam əmri verilməzdən əvvəl olduğu vəzifəyə və icra etdiyi işlərə), əvvəlki müqaviləsinin şərtləri (müddətsiz müqavilə) ilə bərpa edilməsi, məcburi işburaxmaya görə işləmədiyi aylar üzrə İddiaçı əmək haqqının ödənilməsi, işdən azad olunduqdan sonra məcburi işburaxma səbəbindən Cavabdeh MMC tərəfindən ödənilməyən əmək haqqına görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödəncin İddiaçı ödənilməsi, Cavabdeh MMC-dən hüquqi xidmətə görə ödənilmiş 700 manat, mediasiya xərci 50 manat, ödənilmiş dövlət rüsumunun 70 manatının alınaraq İddiaçı verilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya təqdim edilmiş xəbərdarlıq məktubunda və işdən azad olunma barədə xitam əmrində bir-birinə zidd məqamlar mövcuddur. Belə ki, cavabdeh müəssisənin xəbərdarlıq məktubunda aparıcı mühasib vəzifəsi üzrə 1 ştat vahidinin ixtisara salınacağı qeyd edilir ki, bu hal işçilərin sayı halına uyğundur. Lakin işdən azad olunma barədə əmrdə isə Kreditorlar şöbəsinin aparıcı mühasibi ştatı nın ixtisar ediməsi qeyd edilib. Əgər aparılan ixtisar ştatın ixtisarı olmuşdursa, həmin dövrdə ştatda çalışan bütün əməkdaşlar ixtisar edilməli idi. Kreditorlar şöbəsində həmin dövrdə iddiaçıdan başqa 8 nəfər aparıcı mühasib olsa da ixtisar əmri yalnız iddiaçıya münasibətdə tətbiq edilmişdir. Cavabdehin nümayəndəsinin bildirdiyinə görə Maliyyə direktorluğu, Mühasibatlıq departamentində iddiaçıdan başqa heç bir əməkdaş ixtisar edilməmişdir. Bundan başqa, iddiaçıya təqdim olunmuş xəbərdarlıq məktubunda Cəmiyyətin Baş direktoru tərəfindən imzalanmış 03 aprel 2023-cü il tarixli, 002/Ş saylı əmrinə istinad edilir və Aparıcı mühasib vəzifəsi üzrə 1 ştat vahidi ixtisara salınacağı qeyd edilir. İddiaçının işlədiyi departamentdə Kreditorlar, Debitorlar, Vergi və Gömrük, Xəzinərdalıq şöbəsi olmaq la ümumilikdə 15 nəfər Aparıcı mühasib vəzifəsində çalışdığından, hansı şöbənin tərkibində olan aparıcı mühasib ştatının 1 ştat vahidi qədər ixtisara salınması və niyə məhz iddiaçının ixtisar edilməsi mübahisə doğurur.

10. Cavabdeh müəssisədə mühasibatlıq departamentində təxminən 55 nəfər işçi çalışmasına baxmayaraq, ixtisar əmri məhz iddiaçıya aid edilmişdir. Lakin iddiaçının ixtisar edilməsi ilə bağlı analiz, təhlilin hansı meyarlara uyğun aparılması və bu barədə işçilərin daha öncədən məlumatlandırılması aparılmamışdır. Əgər ixtisarın məhz idiaçıya aid edilməsi ilə bağlı şirkətdaxili performans dəyərləndirilməsi aparılması ilə bağlı iddiaçının da xəbəri olmamışdır. Əks halda o iş ili ərzində qarşıya qoyulmuş meyarlar üzrə özünü inkişaf etdirərdi. İddiaçı bildirir ki, onun əmək funksiyal arı, vəzifə öhdəlikləri ilə bağlı ümumiyyətlə hər hansı sənəd olmamışdır və işə götürülərkən məhz hansı funksiyaları icra edəcəyi əmək müqaviləsində də detallı olaraq göstərilməmişdir. İddia ərizəsində qeyd edildiyi, həmçinin cavabdehin nümayəndəsinin də bildirdiyi kimi 2023-cü ilin mart ayının sonlarında Mühasibatlıq departamentinin əksər əməkdaşlarında vəzifə və əmək haqqı artımları olmuş, əvvəllər heç vaxt mövcud olmayan yeni ştatlar (Kreditorlar üzrə şöbə müdiri, Debitorlar üzrə şöbə müdiri və Ekspert) yaradılmışdır. Bu struktur dəyişiklikləri zamanı məhz yeni yaradılmış Kreditorlar şöbəsində işləyən 2 nəfər əməkdaşın vəzifələri artırılaraq mühasib vəzifəsindən aparıcı mühasib vəzifəsinə keçirilmiş, iddiaçıya isə Kreditorlar şöbəsində aparıcı mühasib vəzifəsində işlədiyi halda ixtisar əmri verilmişdir. Göründüyü kimi ixtisar əmrinin verilməsi üçün heç bir zərurət olmamışdır. Bu struktur dəyişikliyi zamanı Mühasibatlıq departamentində ixtisara məruz qalan yalnız iddiaçı olmuşdur. İşəgötürən isə struktur dəyişikliyi zamanı Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissənin “ə” bəndinə əsasən işçilərin sayı və ya ştatların ixtisarı kimi hüququndan qanunvericiliyin tələblərini pozmaqla sui-istifadə etmişdir.

11. İddiaçının işdən azad olunması barədə əmrdən və ixtisar ilə bağlı xəbərdarlıq məktubundan göründüyü kimi ixtisar ilə bağlı hər hansı əsaslandırılma göstərilməmişdir. Cəmiyyətin baş direktorunun struktur dəyişikliyinə dair 03 aprel 2023-cü il tarixli 002/Ş saylı əmrinə istinad edilməыi əsaslandırma deyil, yalnız məlumat xarakteri daşıyır. Struktur dəyişikliyinin və bun un nəticəsində ixtisarın hansı zərurətdən yarandığı, ixtisar zamanı xərclərin necə minimallaşdırılması, ştatların necə optimallaşdırılması, effektivliyin necə yaxşılaşdırılması, ixtisar nəticəsində qarşılanacaq itkilərlə əldə ediləcək qazancın çəkisi necə olacağı, ixtisar nəticəsində əldə olunacaq nəticələr və s. ilə bağlı hər hansı əsaslandırma yoxdur.

12. İxtisar ilə bağlı xəbərdarlıq məktubu iddiaçıya təqdim edilərkən cavabdeh müəssisədə olan mühasibatlığa aidiyyəti olmayan boş vakansiyaları təqdim etmək əvəzinə əmək şəraitinin şərtlərinin dəyişməsi halı olaraq mühasib kimi fəaliyyətini davam etdirməyi təklif edilə bilərdi. Hərçənd ki, cavabdeh müəssisədə yeni vakansiyaların yaranması, Kreditorlar şöbəsində 2 nəfər Mühasib, Aparıcı mühasib vəzifəsi verilməsi, əksər əməkdaşlarda vəzifə v ə əmək haqqı artımların olması və s. əmək şəraitinin şərtlərinin bu cür dəyişməsinə də heç bir zərurət olmadığını göstərir. İxtisar zamanı iddiaçının əmək müqaviləsinin müddətsiz olması, Cavabdeh MMCnin Mühasibatlıq departamentində 5 ildən artıq iş stajı nəzərə alınmayıb. İxtisar zamanı müəssisədə olan Xərclər bölməsi, struktur dəyişikliyindən sonra isə Kreditorlar şöbəsi olaraq adlandırılan şöbədə müddətli müqavilə ilə çalışan əməkdaşların olduğu nəzərə alına bilərdi. Əgər işçilərin sayının azaldılması zərurəti var idisə o zaman müqaviləsinin vaxtı bitən əməkdaşlara Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi ilə müqaviləsinə xitam verilə və əvəzində yeni işçi götürülməyə bilərdi.

13. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, 71, 74.2, 132, 154, 156-cı maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2231/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

15. Apelyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə iddiaya qarşı sübutları görməzdən gəlmişdir. Məhkəmənin yalnız iddiaçının şifahi mülahizəsinə əsaslanaraq, iddiaçının mövqeyindən çıxış edərək iddia tələb ini təmin etməsi işəgötürənin əmək qanunvericiliyi ilə ona verilən hüquqlarından məhrum edilməsi kimi qiymətləndirilməlidir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1189/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə (C.Musayeva (sədrliyi və məruzəsi ilə), hakimlər G.Axundova və F.Babayev) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir: 17.1. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştat üzrə işçilərin sayının azaldılması (ixtisarı) əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tə rəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, ixtisarın məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırılmış, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənədlər tərtib olunmuş, iddiaçı cavabdeh tərəfindən ixtisar səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajına uyğun şəkildə vaxtında xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmışdır. 17.2. Bundan başqa MMC tərəfindən 15 may 2023-cü il tarixli, 037.1/K saylı əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, o cü mlədən müvafiq məbləğdə işdənçıxarma müavinəti ödənilmiş, əmək kitabçasının ona təqdim edilməsi təmin edilmişdir. Qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı 10 gün xəbərdarlıq müddətinin əvəzinə müavinətin ona ödənilməsinə yardımçı olmasına və xx.xx.2023-cü il tarixində müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçıya ixtisas səviyyəsinə uyğun (iş materiallarına əlavə edilmişdir) başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilmiş, o, təklif edilmiş vəzifədən imtina etdiyindən əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir (iddiaçı Həmkarlar İttifaqının üzvü olmadığı üçün razılığı alınmamışdır). 17.3. Məhkəmə kollegiyası həm də vurğulayır ki, işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxarılmasının qanuniliyini və əsaslılığını yoxlayarkən məhkəmə, müəyyən bir vəzifənin və ya bu vəzifə üzrə müəyyən sayda işçilərin ştat cədvəlindən xaric edilməsinin məqsədəuyğunluğu məsələsini həll etmək səlahiyyətində olmur. Belə ki, işçilərin ixtisarının məqsədəuyğunluğu məsələsi hüquqi şəxsin səlahiyyətli rəhbərliyinin əmrləri, habelə ştat cədvəlləri ilə təsdiqlənir. Hazırda da ixtisarın real olub-olmadığı, iddiaçı ilə eyni vəzifə tutan digər işçilərin onunla müqayisədə işdə qalmaqda üstünlüklərin müəyyən edilməsinin düzgün olub-olmadığı, o cümlədən əmək münasibətlərinə xitam verilməsinə səbəbin işəgötürənin iddiaçıya qarşı qərəzli münasibəti olub-olmadığı aydınlaşdırılmalı olan hallardır. 17.4. İş materiallarında olan MMC- nin Maliyyə Direktorluğunun xx.xx.2023-cü il tarixli işçilərin ştat cədvəlindən göründüyü kimi, işçilərin sayının azaldılması prosesinə başlamazdan əvvəl Mühasibatlıq Departamentində 60 ştat vahidi, o cümlədən iddiaçının aid olduğu Kreditorlar şöbəsində 22 ştat vahidi mövcud olmuşdur. Maliyyə Direktorluğunun xx.xx.2024-cü il tarixli işçilərin ştat cədvəlindən isə görünür ki, hazırda Mühasibatlıq Departamentində 44 ştat vahidi, o cümlədən iddiaçının aid olduğu Kreditorlar şöbəsində 17 ştat vahidi mövcuddur. Qeyd edilənlərə əsasən də müəyyən edilir ki, Cəmiyyətin baş direktorunun “Struktur, ştat və işçi məsələlərinə dair” 03 aprel 2023-cü il tarixli, 002/Ş saylı əmrinin icrası zamanı işçilərin sayı yalnız iddiaçının hesabına azaldılmamış, Mühasibatlıq Departamenti üzrə ümumilikdə 16 nəfər iş çinin, o cümlədən iddiaçının birbaşa aid olduğu Kreditorlar Şöbəsi üzrə 5 nəfər işçinin sayının azaldılması ilə nəticələnmişdir. 17.5. İddiaçının tutduğu və işçilərin sayı azaldılan vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin müəyyən edilməsi məqsədilə müvafiq meyarlar üzrə qiymətləndirmə keçirilmiş, iddiaçının peşəkarlıq səviyyəsini digər işçilərə nisbətdə aşağı qiymətləndirilmiş, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinə görə onun işdə saxlanmasına hüquq verən hər hansı amillər müəyyən edilməmişdir. 17.6. Göründüyü kimi işçilərin sayı azaldılarkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin işəgötürənə aid etdiyi hüquqlardan sui-istifadə hallarına yol verilməmişdir. Cavabdeh işəgötürənin özünün diskres ion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edərək iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi halları da aşkar edilməmişdir. İddiaçının iddia etdiyi kimi ona qarşı qərəzli münasibəti nəticəsində əmək müqaviləsinə real olmayan ixtisar əmri ilə xitam verilməsi ağlabatan görünmür. İddiaçının cavabdeh tərəfindən işçilərin sayı real olaraq azaldılmadığına dair irəli sürdüyü dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır. Nəzərə alınmalıdır ki, iddiaçı verdiyi iddia ərizəsində bəzi əməkdaşların işdən ayrıldığını, onların yerinə yeni əməkdaşlar götürülmədiyini, bu halın onun iş yükünün daha da artmasına gətirib çıxardığını, şirkətin “SAP” proqramına keçid etdiyini göstərmişdir. 17.7. İddiaçının sübut qismində təqdim etdiyi səs yazısını ö zündə əks etdirən disk və “İnstagram” sosial şəbəkəsindən X2 məxsus şəkillər ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçının qeyd etdiyi dəlillərin mövcudluğu məhkəməyə sübut qismində təqdim edilmiş bu sənədlər əsasında qiymətləndirilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş diskdəki səslərin keyfiyyəti aşağı olduğundan həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Halbuki mülki prosessual qanunvericliyə görə elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini, yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını müəyyən etmək mümkün olsun. Bundan əlavə qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya vide o yazılardan sübut kimi istifadə oluna bilməz. 17.8. Məhkəməyə təqdim olunmuş şəkillərlə bağlı isə qeyd edilməlidir ki, iddiaçının, özünün əmək hüquqlarının pozulmasını sübut etmək üçün təqdim etdiyi şəkillərdən hazırda araşdırılan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilməli və sübut qismində nəzərə alınmamalıdır.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1, 11, 70, 71.1, 76, 78, 80, 83, 172, 300, MPM-nin 9, 14.2, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilmə si barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, “protokolda” adları çəkilən Aygün Rəhimova və Jalə Vəliyeva adlı işçilər cavabdehin xx.xx.2023-cü il tarixli Maliyyə direktorluğunun strukturundan göründüyü kimi iddiaçı ilə eyni Kreditorlar şöbəsində və İddiaçı kimi eyni Aparıcı mühasib vəzifəsində işlədiyi göstərilmişdir (mülki iş materialı 1-ci cild, 180-cı səhifə). Cavabdehin xx.xx.2023-cü il tarixli “protokolundan” göründüyü kimi Aygün Rəhimova adlı əməkdaşın məcburi köçkün olması və Jalə Vəliyeva adlı əməkdaşın şəhid övladı olması səbəbindən ümumiyyətlə qiymətləndirilməyə cəlb edilməmələri Əmək Məcəlləsinin 78.2-ci maddəsinin kobud pozulması halıdır. İş materiallarında da Jalə Vəliyeva və Aygün Rəhimova adlı əməkdaşlar ilə bağlı qiymətlən dirilmə aparıldığını təsdiq edən hər hansı sənəd yoxdur.

21. Qanunvericilikdə məcburi köçkün və şəhid ailəsinin üzvləri olan işçilərin ixtisarının qadağan olunması qeyd edilməmişdir, ixtisar zamanı işçilərin ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda həmin işçilərə yalnız işdə saxlanılmaq üçün üstünlük hüququ verilmişdir.

22. Cavabdeh protokolunda “Maliyyə direktoru Z.Məmmədov tərəfindən SAP proqram təminatının hal-hazırkı tətbiqi vəziyyətinə dair hesabat məlumatlar təqdim edildi və müzakirə edildi” qeyd etsə də, həmin hesabatın nə olduğu məlum deyil.

23. Cavabdeh tərəfindən protokola sözügedən hesabat əlavə edilməmiş, habelə məhkəmə prosesində də bununla bağlı hər hansı hesabat təqdim edilməmişdir.

24. Cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli protokolun məzm unu qeyrimüəyyən və abstrakt ifadələrlə sadəcə görünüş naminə formalaşdırılmışdır. İddiaçının məhkəmə iclasında da bildirdiyi kimi əgər həqiqətən işlərin sayında azalma, avtomatlaşdırma var idisə, o zaman niyə iddiaçı məzuniyyət hüququndan normal şəkildə istifadə edə bilmir, iş saatlarından sonra, qeyri-iş günlərində işləməyə məcbur olurdu? İddiaçının işdən azad olunması barədə 15 may 2023-cü il tarixli, 037.1/K saylı əmrdən belə görünür ki, iddiaçı ilə son haqq-hesab aparılan zaman 93 günlük istifadə edilməmiş məzuniyyətinə görə kompensasiya ödənilmişdir. Bu isə iddiaçının cavabdeh müəssisədə işlədiyi 5 il müddətində 3 ildən çox məzuniyyət hüququndan istifadə edə bilməməsi deməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh MMC kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim dərək, onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini h əmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

28. Maddə 2, 3-cü hissə. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır.

29. Maddə 11.1, “ə” bəndi. Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir

30. Maddə 70, “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

31. Maddə 71, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyə n edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

32. Maddə 77, 1-ci hissə. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.Maddə 77, 3-cü hissə. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

33. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədə n, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi d üzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

43. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımınd an iddia tələbi, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunda olan dəlilləri ilə bağlı məsələlər lazımi qaydada araşdırılmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

44. Kassatorun bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Çünki MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

45. Kassasiya icraatı faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1189/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar