Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2776/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" X12ə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 may 2025-ci il tarixli 2(103)-2871/2025 nömrəli qətnaməsindən cavabd eh tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən "Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" X12 təsərrüfat müdiri vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinin müddəti xx.xx.2025-cü il tarixi müəyyən edilmişdir. 2. “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X12 təsərrüfat şöbəsinin müdir müavini X1, sürücü X7, mühafizə xidmətinin rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda göstərilir ki, təsərüffat şöbəsinin müdiri İddiaçı xəstəxanaya məxsus “Fiat Doblo” markalı **-PK-*** nömrəli xidməti avtonəqliyyat vasitəsindən avtonəqliyyat vasitəsi üçün ayrılmış yanacaqdan öz şəxs i istifadəsi üçün dəfələrlə istifadə etmiş, eyni zamanda həmin nəqliyyat vasitəsi ilə işə gəlib getmişdir. Bunun nəticəsində “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" Publik hüquqi şəxsə maddi ziyan vurmuşdur. 3. "Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" X12 11 iyul 2024-cü il tarixli 445 nömrəli əmri ilə əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 4. “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X12 təhlükəsizlik şöbəsinin müdiri X3, təsərrüfat şöbəsinin müdir müavini X1 və ümumi şöbənin hüquqşünası Vəkil2 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktda qeyd olunur ki, təsərrüfat şöbəsinin müdiri vəzifəsini icra etmiş İddiaçı “Təmas" şirkəti ilə heç bir sənədləşmə və heç bir hüquqi əsas yaradan müqavilə bağlamadan 4 ədəd kofe aparatlarını sahibkarlıq məqsədi ilə institutun müxtəlif yerlərində yerləşdirmişdir. Bununla bağlı "xxxx" ilə əlaqə saxlanılan vaxt, onlar “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X13 aralarında “kofe aparatlar yerləşdirilməsinə dair” hər-hansı müqavilələrinin olmadığını təsdiq ediblər. Buradan da aydın olur ki, kofe aparatlarından gələn gəlir institutun büdcəsinə daxil olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X15 (bundan so nra - cavabdeh və ya müəssisə) tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli əmrin ləğv edilərək işə bərpa olunması və məcburi işburaxma günləri üçün ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi dövrdə qanunvericiliyə uyğun xidmət göstərmiş, heç bir pozuntuya yol verməmişdir. Lakin 11 iyul 2024-cü il tarixdə direktor Rüstəm Talışınskinin birbaşa göstərişi ilə onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin əmr tamamilə qanunsuz və əsassızdır. Belə ki, işlədiyi dövrdə nə tabe olduğu rəhbərliyi, nə də tabeçiliyində çalışan şəxslərin hər-hansı qanunazidd hərəkətlər etməsinə icazə verməmişdir. Lakin bu dövrdə dəfələrlə işç ilərin əmək hüquqlarının rəhbərlik tərəfındən kobud surətdə pozulduğunun şahidi olmuş, xəstəxananın rəhbərliyi tərəfindən yol verilən qanunsuzluqlarla bağlı ciddi narahatlığını dilə gətirsə də, heç bir faydası olmamışdır. Artıq məsələ ilə bağlı lazımi orqanlara məlumat verməyə hazırlaşan zaman isə barəsində hazırkı əmr çıxarılaraq işdən azad edilmişdir. Onun işindən qanunsuz formada çıxarılmasının səbəblərindən biri də məhz bu tip qanunsuz hərəkətlərə etiraz etməsi olub. İşdən çıxarılması səbəbindən ona maddi və mənəvi ziyan dəymiş, uzun müddət stress çəkmiş, ağır əsəb və həyəcan yaşamışdır. Barəsində əmr çıxarılmasına baxmayaraq ona həmin əmr təqdim edilməmişdir. Həmçinin əmr elektron sistemə də, çıxarıldığı tarixdən olduqca gec yüklənmiş, son haqq-hesab işdən çıxarılmasından uzun müddə t keçdikdən sonra yarımçıq formada aparılmışdır. Bu faktlar da ayrıca qanun pozuntusudur. Bundan başqa bildirir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən hallar yalnız sübut olunduqda işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. Yuxarıda göstərilən xüsusatlar, aralarında bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam verilməsinin bariz sübutudur.
7. Cavabdehin nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia tələbinin iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(006)4725/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunması, cavabdeh tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli, 445 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki işinə (vəzifəsinə) - "Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" X12 təsərrüfat müdiri vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh "Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X8 tutularaq İddiaçı ödənilməsi qət etmişdir (X11).
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, əmrdə iddiaçının hansı pozuntuya yol verməsi və bunun hansı nəticələrə səbəb olduğu göstərilməmişdir. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam ver ilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır.
10. Məhkəmənin qənaətinə görə, cavabdeh iş materiallarına əlavə edilmiş 09 iyul 2024-cü il tarixli və 19 avqust 2024-cü il tarixli aktlara istinad edərək, iddiaçının xəstəxanaya məxsus “Fiat Doblo” markalı, **-PK-*** nömrəli xidməti nəqliyyat vasitəsindən nəqliyyat vasitəsi üçün ayrılmış yanacaqdan öz şəxsi istifadəsi üçün dəfələrlə istifadə etdiyini, eyni zamanda həmin nəqliyyat vasitəsi ilə işə gəlib gedərək, cavabdehə maddi ziyan vurduğunu, həmçinin iddiaçının “Təmas" şirkəti ilə heç bir sənədləşmə və heç bir hüquqi əsas yaradan müqavilə bağlamadan 4 ə dəd kofe aparatlarını sahibkarlıq məqsədi ilə institutun müxtəlif yerlərində yerləşdirildiyini və “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X13 aralarında “kofe aparatları yerləşdirilməsinə dair” hər-hansı müqavilələrinin olmadığının təsdiq edildiyini bildirsə də, bu xüsusatlar məhkəmə zamanı sübuta yetirilməmişdir. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur.
11. Belə ki, cavabdeh iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə belə, cavabdeh iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmə k və icra intizamının normal ahənginin pozulmuş olması və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi də məhkəmə tərəfindən müəyyən edilməmişdir (cavabdeh tərəf əksini sübuta yetirə bilməmişdir).
12. Məhkəmə göstərilənlərə əsasən mübahisələndirilən əmrin qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən edərək hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməlidir.
13. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqinə dair verilmiş ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçı 29 iyul 2024-cü il tarixdə mediasiya prosesini başlatmaq məqsədi ilə X4 Heyətinin təsdiq etdiyi qaydada qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, daha sonra isə 08 avqust tarixində 10 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. 06 sentyabr tarixində ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsinə dair arayış mediasiya təşkilatı tərəfindən tərtib edilərək təqdim edilmişdir və həmin arayışa əsasən iddiaçı məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. Bununla da iddia müddətinin axımı yenidən bərpa edilmişdir. Daha sonra İddiaçı 12 sentyabr 2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Beləliklə İddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir.
14. Həmçinin məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 445 nömrəli əmri ləğv edildiyindən, iddiaçı əvvəlki işinə (vəzifəsinə) bərpa olunmalıdır.
15. Məhkəmə iddianın məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, əsas tələb təmin edildiyindən, digər tələb olan məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsi təmin edilməli, iddiaçıya məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı ödənilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4, 9, 10, 11, 12, 68, 70, 71, 72, 186.2, 296 və 300-cü; Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı təsərrüfat şöbəsinin müdiri işlədiyi zaman xəstəxanaya məxsus “Fiat Doblo” markalı **-PK-*** nömrəli xidməti nəqliyyat vasitəsindən və nəqliyyat vasitəsi üçün ayrılmış yanacaqdan öz şəxsi istifadəsi üçün dəfələrlə istifadə etmiş, nəqliyyat vasitəsi ilə gəlib-getmişdir. Bütün bunlar 09 iyul 2024-cü il tarixdə tərtib edilmiş aktla da sübuta yetirilmişdir. Eyni zamanda xəstəxanaya aid 1250 ədəd jurnalı da öz şəxsi istifadəsi üçün istifadə etmişdir. İddiaçı işlədiyi müddətdə "xxxx" şirkəti ilə razılığa gələrək heç bir sənədləşmə və heç bir hüquqi əsas yaradan müqavilə bağlamadan 4 ədəd kofe aparatlarını sahibkarlıq məqsədi ilə institutun müxtəlif yerlərində yerləşdirmişdir (Bununla bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akt da sübut kimi iş materiallarına əlavə edilmişdir). Kofe ap aratlarından daha öncə gəlmiş olan gəlir institutun büdcəsinə daxil olmamışdır. Daha sonra "xxxx" MMC ilə aralarında xx.xx.2024-cü il tarixdə qanuni şəkildə xidməti müqavilə bağlanmışdır və müqavilədən gələn gəlirlər hazırda institutun büdcəsinə daxil edilir ("xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə iş materiallarına əlavə edilmişdir). Kofe aparatlarından gələn gəlir bir ay üçün təxminən 102 manat hesablanmışdır. İddiaçının əmrinin xx.xx.2024-cü il tarixdə verilməsi və "xxxx" MMC ilə cavabdeh qurum arasında müqavilənin xx.xx.2024-cü ildə bağlanmasına nəzərən hesab edilir ki, iddiaçı ümumilikdə 612 manata yaxın gəlir əldə edərək işəgötürənə xəbər vermədən öz şəxsi məqsədləri üçün istifadə etməklə müəssisəyə ziyan vurmuşdur. Eyni zamanda cavabdeh rəhbərlik tərəfindən veri lən tapşırıqlara səhlənkar yanaşaraq ona aid olan işləri, tapşırıqları bacarmayaraq başqa şöbənin işçilərinə gördürmüş, işdən çıxarılma barədə əmrlə tanış olmaq üçün 11 iyul 2024-cü il tarixdə X5 dəvət ediləndə, ona təqdim olunan əmri götürməkdən imtina edərək, əmrin şəkilini çəkmək istəmiş, bu zaman kadrlar şöbəsinin müdiri Nüşabə İsmayılova şəkil çəkməyə etiraz edib əmri təqdim etmək istəyəndə onun ünvanına kobud, təhqiramiz ifadələr işlədib, əl qaldıraraq onu vurmaq istəmiş, otaqda olan işçilər ortaya keçərək N.İsmayılovanın bədən xəsarəti almasına mane olmuşlar. İşlədiyi müddətdə iddiaçı əmək müqaviləsinin şərtlərinə heç vaxt əməl etməyib nizam-intizam qaydalarını, işin ahəngini pozmaqla işçilərin də işləməsinə maneələr yaratmışdır. Əlavə olaraq bildirilir ki, iddiaçı onunla bağlı veri lmiş 445 nömrəli,11 iyul 2024-cü il tarixli əmrlə xx.xx.2024-cü il tarixdə X5 dəvət edilən zaman tanış olmuş, heç bir üzürlü səbəb olmadan müddəti ötürərək mediasiya təklifini gec göndərmiş, mediasiya haqqında qanunda nəzərdə tutulan müddəti ötürərək mediasiya prosesini gec başlatmışdır. İddiaçının əmək müqaviləsinə xitam verilərkən, həmin gün zəruri qeydlər elektron sistemə yüklənmişdir. Buradan da aydın görünür ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinə uyğun olaraq məhkəməyə müraciət etmək müddətini ötürmüşdür.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2871/2025 nömrəli, 26 may 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(006)4725/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhrəmzadə).
20. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işəgötürən əmrdə Əmək Məcəlləsinin normalarını sadalamaqla kifayətlənmiş, istinad edilən Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər-hansı biri ilə, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır.
21. Cavabdeh iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə belə, cavabdeh iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya işəgötürənin hüquqla rına və qanunla qorunan mənafelərinə hər-hansı formada ziyan dəyməsi də məhkəmə tərəfindən müəyyən edilməmişdir (cavabdeh tərəf əksini sübuta yetirə bilməmişdir). Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia ərizəsinə etirazda, eləcə də apellyasiya şikayətində cavabdeh tərəf aktlara istinad etməklə iddiaçının müəssisəyə və işəgötürənə ziyan vurmasını bildirsə də, həmin halları sübut edəcək mötəbər sübutlar təqdim edilməmişdir.
23. Həmçinin cavabdeh apellyasiya şikayətində iddiaçının işlədiyi müddətdə vəzifə səlahiyyətlərini aşmaqla, nizam-intizam qaydalarını pozaraq istədiyi vaxt işə gəlibgetməsini, işçilərlə hər zaman kobud davranıb o nların ünvanına nalayiq, atmacalı sözlər işlədib işçilərin ona qarşı haqlı narazılıq yaratmasını, iddiaçının işlədiyi zaman xəstəxanaya məxsus “Fiat Doblo” markalı **-PK-*** nömrəli xidməti nəqliyyat vasitəsindən və nəqliyyat vasitəsi üçün ayrılmış yanacaqdan öz şəxsi istifadəsi üçün dəfələrlə istifadə etməklə nəqliyyat vasitəsi ilə gəlib-getməsini, həmçinin 4 ədəd kofe aparatlarını sahibkarlıq məqsədi ilə institutun müxtəlif yerlərinə yerləşdirərək, gələn gəliri öz şəxsi istifadəsi üçün istifadə etməsini bildirsə də, bu hallarla bağlı da mötəbər sübutlara istinad edilməmişdir.
24. Konkret olaraq əmrin verilməsində əsas olmuş, iddiaçının işlədiyi dövrdə xəstəxanaya məxsus xidməti nəqliyyat vasitəsindən və nəqliyyat vasitəsi üçün ayrılmış yanacaqdan öz şəxsi istifadəsi üçün dəfələrlə isti fadə etməsi, nəqliyyat vasitəsi ilə gəlibgetməsinə dair xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktla vurulan maddi ziyanın məbləği açıqlanmamış, həmin halın hansı vaxtdan baş verməsi və nə vaxta kimi davam etməsi, istifadə etdiyi müddətin uzun zaman olduğu halda rəhbərliyin və ya buna nəzarət edən şəxsin (şəxslərin) dərhal buna reaksiya verməyərək məhz işdən azad edilməsindən 2 gün əvvəl bu halın mövcud olan hal kimi rəsmiləşdirilməsinin əsasları cavabdeh tərəfindən açıqlanmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddiaçının xəstəxanaya məxsus “Fiat Doblo” markalı **-PK-*** nömrəli xidməti nəqliyyat vasitəsindən və nəqliyyat vasitəsi üçün ayrılmış yanacaqdan öz şəxsi istifadəsi üçün dəfələrlə istifadə etməsi ilə 20 manat ziyan vurduğunu göstərərə k, bunun sübutu olaraq 2024-cü ilin avqust ayında tərtib edilmiş 2024-cü ilin iyul ayının hesabatını təqdim etmişdir.
26. Məhkəmə kollegiyası qeyd edib ki, əvvəla iddiaçı barəsində əmr 11 iyul 2024cü il tarixdə verilməsinə baxmayaraq, hesabat bütün iyul ayı üçün tərtib edilmişdir. İkincisi, həmin hesabatdan iddiaçının ziyan, o cümlədən məhz 20 manat məbləğində ziyan vurması aydın görünmür. Həm də bu sübut növü mötəbər olmuş olsa idi belə, birinci instansiya məhkəməsində təqdim olunmalı idi.
27. Məhkəmə kollegiyası həmçinin iddiaçının xəstəxanaya məxsus xidməti nəqliyyat vasitəsindən hansı istiqamətlərdə istifadə edilməsinin yoxlanılmasına dair apellyasiya şikayətinin dəlilinə qiymət verərək qeyd edib ki, Azərbayjan Respublikasının MPM-nin 78.1 maddəsinin tələbləri baxımından sübutlar birin ci instansiya məhkəməsində təqdim edilir. İş materiallarından müəyyən olunur ki, qeyd edilən avtomaşın cavabdehin mülkiyyətindədir və o mülkiyyətçi olaraq həmin avtomaşının hansı marşrutlar və istiqamət üzrə hərəkətini öyrənmək üçün özü tərəfindən araşdırma aparılması imkanına malik olmuşdur. Bu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən bu dəlil üzrə araşdırma aparılması üçün kollegiya zərurət görmür.
28. Eyni zamanda iddiaçının xəstəxanaya aid 1250 ədəd jurnalı da öz şəxsi istifadəsi üçün istifadə etməsi dedikdə, onların hansı formada istifadəsi də açıqlanmamış və bu istifadənin müddəti də göstərilməmşdir.
29. İddiaçı işlədiyi müddətdə "xxxx" şirkəti ilə razılığa gələrək heç bir sənədləşmə və heç bir hüquqi əsas yaradan müqavilə bağlamadan 4 ədəd kofe aparatlarını sahibkarlıq mə qsədi ilə institutun müxtəlif yerlərində yerləşdirməsinə dair hal mövcud olduğu təqdirdə, əmrin əsaslandırılmasında göstərilməyərək iddiaçı barədə verilən sözügedən əmrin verilməsindən sonra xx.xx.2024-cü il tarixdə tərtib edilməsi də cavabdehin iddiaçıya hansı münasibətdə olmasının bariz göstəricisidir.
30. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək müddətinin ötürülməsi barədə cavabdehin dəlili ilə bağlı məhkəmə kollegiyası bildirib ki, iş materiallarına əsasən iddiaçı 29 iyul 2024-cü il tarixdə mediasiya prosesini başlatmaq məqsədi ilə X4 Heyətinin təsdiq etdiyi qaydada qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, daha sonra isə 10 saylı mediasiya təşkilatına müraciət etmişdir. 06 sentyabr tarixində ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilmə məsinə dair arayış mediasiya təşkilatı tərəfindən tərtib edilərək təqdim edilmişdi, və həmin arayışa əsasən iddiaçı məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. Bununla da iddia müddətinin axımı yenidən bərpa edilmişdir. Daha sonra İddiaçı 16 sentyabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən ilk olaraq 29 iyul 2024-cü il tarixdə mediasiya prosesini başlatmaq məqsədi ilə X4 Heyətinin təsdiq etdiyi qaydada qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və bundan sonra digər prosesslər həyata keçirilmişdir. Bununla da müəyyən edilir ki, İddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir.
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 72, 76, 79, 83, 84, 186, 187, 189 və 300-cü və Mülki Prosessual Məcəlləsinin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2871/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kassasiya olunmasını xahiş etmişdir. şikayətinə yazılı etiraz göndərərək, şikayətin rədd Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
35. Maddə 2, 3-cü hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
36. Maddə 11, 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...
37. Maddə 12, 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;...
38. Maddə 68, 1-cu hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
39. Maddə 68, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;...
40. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
41. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
42. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
43. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqa viləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
44. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
45. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
46. Maddə 296 (3-cü hissə) Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
47. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozul duğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
48. Maddə 296 (6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
49. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
59. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu s əbəbdən kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli, 445 nömrəli əmrin ləğv edilməsi və iddiaçının əvvəlki işinə (vəzifəsinə) bərpa olunması hissəsində işin hallarını araşdırıb sübutlara düzgün hüquqi qiymət vermiş olsa da, iddiaçının onunla bağlanmış əmək müqaviləsi müddətindən (xx.xx.2025-cü ildən) sonrakı dövr üçün də işə bərpa olunması və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
63. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş mübahisəsiz hallarına görə, iddiaçı xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən "Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" X12 təsərrüfat müdiri vəzifəsinə qəbil edilmiş, əmək müqaviləsinin müddəti xx.xx.2025-cü ilədək müəyyən edilmişdir.
64. İşəgötürən xx.xx.2024-cü il tarixdə iddiaçının xəstəxanaya məxsus “Fiat Doblo” markalı **-PK-*** nömrəli xidməti avtonəqliyyat vasitəsindən, avtonəqliyyat vasitəsi üçün ayrılmış yanacaqdan öz şəxsi məqsədləri üçün dəfələrlə istifadə etməsi, eyni zamanda həmin nəqliyyat vasitəsi ilə işə gəlib getməsi, bunun nəticəsində müəssisəyə maddi ziyan vurulması barədə akt tərtib etmiş, buna görə də işəgötürən 11 iyul 2024-cü il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir.
65. Əmək Məcəlləsinin 186-cı maddəsi nin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
66. Adıçəkilən Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən intizam tənbehi kimi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilə bilər.
67. Nəzərə alınmalıdır ki, istənilən intizam pozuntusunun mövcudluğu özlüyündə əmək müqaviləsinə 70-ci maddənin «ç» bəndinə əsasən xitam verilməsi üçün yetərli deyildir.
68. Çünki Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
69. Baxılan işdə iddiaçıya irad tutulan pozuntul ara həqiqətən yol verildiyi, habelə bu pozuntular nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmаsı, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmamışdır. Bu hal ona dəlalət edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmamışdır.
70. Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslar olmadan işçi ilə əmək münasibətlərinə xitam verməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılması üçün müstəqil əsasdır.
71. Buna görə də məhkəmə kollegiyası «cavabdeh tərəfindən veril miş 11 iyul 2024cü il tarixli, 445 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki işinə (vəzifəsinə) Cavabdehn təsərrüfat müdiri vəzifəsinə bərpa olunması» hissəsində apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və həmin mövqenin təkrarlanmasına zərurət yoxdur.
72. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçını onunla bağlanmış əmək müqaviləsinin müddətindən sonrakı müddət üçün də işə bərpa olunması və əmək haqqının cavabdehdən tutulması barədə səhv nəticəyə gəlmişdir.
73. Belə ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən, işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır.
74. İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli o lmaqla xx.xx.2025-ci ilədək bağlanmışdır.
75. İşəgötürən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə görə, əmək müqaviləsinin müddətinin qurtarması, əmək müqaviləsinə xitam verilməsi üçün əsaslardan biridir.
76. Yəni cavabdeh, Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin b) bəndində nəzərdə tutulmuş hüququndan istifadə etməklə, 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndində nəzərdə tutulmuş əsasa istinadən iddiaçı ilə əmək müqaviləsinə xitam vermək səlahiyyətinə malik olub. Lakin məhkəmə tərəfindən iddiaçının müqavilə müddətindən sonrakı dövr üçün də işə bərpa edilməklə və əmək haqqının ödənilməsi barədə göstəriş verməklə, işəgötürən bu hüquqdan məhrum edilmiş olur. İşəgötürənin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuniliyində israr etməsi, i ddiaçı ilə əmək münasibətlərini müqavilə müddəti bitəndən sonra da davam etdirmək istəməməsinə, bu münasibətlərin sonlandırmağa yönələn iradəsini ifadə edir.
77. Bu hal, işəgötürənin iddiaçı ilə müddətli əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermək hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur.
78. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)2871/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, "Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X15 tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli, 445 nömrəli əmri ləğv edilməli, İddiaçı 11 iyul 2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək işə bərpa edilmiş hesab edilməli və həmin müddət üçün ona məcburi i şburaxma günlərinə görə əmək haqqı ödənilməli, qətnamə ləğv edilmiş qalan hissədə iddia təmin edilməməlidir.
79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 418.1 və 418.2-ci maddələrinin tələblərinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
80. Həmin Məcəllənin 417.1.4 və 417.2- ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.
81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi, qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2871/2025 nömrəli, xx.xx.2025-ci il ta rixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. "Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X15 tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli, 445 nömrəli əmr ləğv edilsin. İddiaçı 11 iyul 2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək işə bərpa edilmiş hesab edilsin və həmin müddət üçün ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilsin. Qətnamənin ləğv edilmiş qalan hissədə iddia təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.