Məhkəmə qərarları › İş №2(102)-2778/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2778/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2778/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş mülki üzrə QƏRARİ Açar sözlər:kredit müqaviləsi üzrə pul tələbi 31.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri: Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2(107)463/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 oktyabr tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər i, 11 saylı notariat ofisində 16 iyun 2021-ci il tarixli, 3M894 saylı borc (kredit) müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “borc verən” İddiaçı “borc alan” Cavabdeh 20.000 manat məbləğində borc pul verir. “Borc alan” Cavabdeh isə krediti 16 iyun 2023-cü il tarixədək “borc verən” İddiaçı qaytarmağı öhdəsinə götürür.

2. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, 11 saylı notariat ofisində bağlanmış 16 iyun 2021-ci il tarixli, 3M894 saylı borc (kredit) müqaviləsinin üzərində “borc verən” İddiaçı borc müqaviləsinin iradəsinə uyğun olması, habelə “borc alan” Cavabdeh borc müqaviləsinin iradəsinə uyğun olması, pulu alması və müqavilənin hüquqi mahiyyətinin ona izah olunması barədə müvafiq qeydiyyat aparılmışdır. 3. 23 iyun 2023-cü il tarixdə “borc verən” İddiaçı tərəfindən “borc alan” C avabdeh pretenziya məktubu göndərilmiş və müqavilə bağlanıldığı tarixdən ötən müddət ərzində heç bir ödənişin həyata keçirilmədiyi qeyd olunmuş və üç gün müddət ərzində 20.000 manat məbləğində vəsaitin qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 4. 02 iyul 2023-cü il tarixdə “borc alan” Cavabdeh pretenziya məktubunu almışdır. 5. 18 sentyabr 2023-cü il tarixli “Elektron Məhkəmə İnformasiya Sistemin”dən Çıxarışa əsasən, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Şöbə müdiri vəzifəsində işləyir və aylıq əmək haqqı 800 manatdır.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 23 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, “Əmək və məşğulluq” alt sisteminə daxil edil miş əmək müqaviləsinin bildirişinə əsasən, “borc alan” Cavabdeh 14 iyun 2021-ci il tarixli müddətsiz əmək müqaviləsi ilə 31 may 2022-ci il tarixədək, habelə 01 sentyabr 2022-ci il tarixli müddətsiz əmək müqaviləsi ilə 19 dekabr 2022-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir.

7. Ağdaş Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, e-2(014)-322/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iş üzrə lazımı sənədlərin əsli iddia ərizəsinə əlavə edilmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20.000 ma nat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında Bakı şəhəri, 11 saylı notariat ofisində bağlanmış 16 iyun 2021ci il tarixli kredit müqaviləsinə əsasən ona 16 iyun 2023-cü il tarixədək qaytarmaq şərti ilə 20.000 manat borc pul vermişdir. Həmin müqavilənin müddətinin bitməsinə baxmayaraq, cavabdeh tərəfindən bugünə kimi heç bir ödəniş həyata keçirilməmişdir. Onun tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də, məktuba cavab verilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göründüyü kimi cavabdeh ona məxsus pul vəsaitini vaxtında qaytarmadığından, həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, həmin v əsait sahibkarlıq fəaliyyəti ilə müqayisə etmədən belə passiv gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikasının banklarından birinə depozit olaraq qoyulsaydı, bu müddət ərzində bankların müəyyən etdiyi faiz dərəcəsi ilə müəyyən məbləğdə gəlir əldə edə bilərdi. O cümlədən həmin pul vəsaiti ilə müəyyən sahibkarlıq fəaliyyəti həyata keçirsəydi gəlir əldə edə bilərdi. Göstərilənlərə əsasən cavabdehdən 20.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

10. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, o, 2021-ci il tarixdə "xxxx" MMC-də işə düzəlmişdir. Bu zaman ona həmin Cəmiyyətdə bildirmişlər ki, borc müqaviləsi bağlamalıdır. Belə oldu ki, o, Bakı şəhəri, 11 saylı Nota riat ofisinə Cəmiyyətlə müqavilə bağlamaq üçün getmişdir. Lakin müqavilə hazır olub təsdiqləndikdən sonra ona məlum olmuşdur ki, o, "xxxx" MMC ilə deyil, həmin Cəmiyyətdə Şöbə müdiri vəzifəsində işləyən iddiaçı ilə müqavilə bağlamışdır. Bunun səbəbini aydınlaşdırdıqda ona müxtəlif bəhanələr gətirmişlər. O, həmin Cəmiyyətin Qəbələ rayonu ərazisində işləməyə başlamışdır. Bütün satışlar qaydasında idi və müştərilər ödənişləri bir başa olaraq Cəmiyyətin hesabına ödəyirdilər. 2022-ci ilin yay aylarına kimi həmin Cəmiyyətdə işləmiş və sonradan onu işdən azad etmişlər. İşdən çıxarkən Cəmiyyətə heç bir borcu olmamışdır. Bundan sonra məhkəmədən ona bildiriş gəlmişdir. O, məsələni araşdırarkən ona məlum olmuşdur ki, iddiaçı onu məhkəməyə verib. Daha sonra, "xxxx" MMC-də yenidən onu işə dəvət etdilər. İşə çıxan zaman orada onu niyə məhkəməyə verdikləri ilə maraqlandıqda, özləri həll edəcəklərini və işi ilə məşğul olmasını bildirmişlər. Yenidən Cəmiyyətdə işləməyə başlamış və sonradan onu yenə də işdən azad etmişlər. Bundan sonra iddiaçı onu yenidən məhkəməyə vermişdir, halbuki o ümumiyyətlə iddiaçını tanımamışdır. İddiaçı ilə hər hansı bir tanışlıq əlaqələri olmamışdır və belə olan halda onu tanımayan bir şəxs ona necə 20.000 manat borc pul verə bilrdi. Bu yalnız və yanız Cəmiyyətin saxta oyunlarıdır. Müqavilə bağlanılsa da, ona ümumiyyətlə pul verilməmişdir. Bu isə müqavilənin etibarsızlığını sübut edir.

11. Ağdaş Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2(014)-1219/2023 saylı qətnaməsi ilə (hakim- C.R.Sultanov) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiy i nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında borc (kredit) müqaviləsi bağlansa da, əslində hazırkı iş üzrə iddiaçı cavabdehə borc pul verməmiş, sadəcə olaraq cavabdehlə işin materiallarında olan 16 iyun 2021-ci il tarixli kredit müqaviləsini imzalamışdır. Həmin müqaviləni imzalamaqda məqsəd isə "xxxx" MMC-də cavabdehin işə başladığı vaxtdan Cəmiyyətin mallarının satışını həyata keçirərkən onun maddi məsuliyyətinin təminatı məqsədi daşımışdır. Yəni, əslində burada hüquqi münasibət cavabdehlə iddiaçı arasında deyil, "xxxx" MMC ilə cavabdeh arasında yaranmışdır ki, həmin münasibət isə borc müqaviləsindən deyil, əmək münasibətləri üzrə maddi məsuliyyət müqaviləsindən irəli gələn münasibətdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında rəsmiləşdirilmiş 16 i yun 2021-ci il tarixli kredit müqaviləsi notarial qaydada bağlanmasına baxmayaraq etibarsız əqddir. Belə ki, işin müəyyən olunmuş həqiqi faktiki halları ondan ibarətdir ki, "xxxx" MMC tapşırıq vermiş və həmin malların satışını həyata keçirərkən cavabdehin üzərinə məsuliyyət qoymuşdur. Hazırda isə həmin yalan əqddən "xxxx" MMC-nin işçisi kimi iddiaçı həqiqi məzmununa uyğun olmayan formada istifadə edir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd mü qavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

15. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yala n əqdinetibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2(102)-3352/2023 saylı Qərarındakı hüquqi mövqe).

16. Göstərilənləri əsas tuturaq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, notariat orqanında əqd bağlandıqdan sonra pul faktiki olaraq cavabdehdə saxlanılmamışdır. Belə olan halda isə iddiaçı əqdin etibarsızlığı nəticəsində pul tələb edə bilməz. Cavabdehin yenidən "xxxx" MMC-nə işə qəbul olunması müqabilində iddiaçının məhkəmədə qaldırdığı iddia ərizəsinin qeri qaytarılması barədə vəsatətinin təmin edilməsi və birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddianın əvvəllər baxılmamış saxlanılması da tərəflər arasında bağlanmış borc müqaviləsinin yalan əqd olmasına dəlalət edən hallardır.

17. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.2 və 777.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəb ul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, iş materiallarında olan notariat işindən də aydın olur ki, tərəflər arasında müqavilə bağlanılmış, iddiaçı tərəfindən qeyd edilən vəsait notariat işinin depozit hesabına mədaxil edilmişdir. Qeyd edilən pul vəsaiti cavabdeh tərəfindən müvafiq bank hesabından şəxsən götürülmüşdür. Bununla da iddiaçının cavabdehə borca pul məbləğinin verməsi öz təsdiqini tapmışdır. Bu pul məbləğinin verilməsi əsası iddiaçı ilə cavabdehin tanışlıq münasibətləri olmuşdur. Nə qədər ki, cavabdeh bu tanışlıqdan imtina etsə də işin faktiki halı ondan ibarətdir ki, heç bir şəxs tanımadığı şəxsə qeyd edilən məbləğdə borca pul vəsaiti verməz. Hətta iddiaçı cavabdehi işlə də təmin etmişdir. Təbii ki, sonralar münasibətlər kəskinləşdiyindən cavabdeh qeyd edilən bütün faktiki halları inkar etməsi normaldır. Məhkəmə iddiaçı ilə cavabdehin eyni Cəmiyyətdə işləməsini əsas gətirərək qeyd edilən müqaviləni yalan əqd olmaqla etibarsız hesab etmişdir. Halbuki qeyd edildiyi kimi iddiaçı cavabdehlə olan şəxsi yaxın münasibətlərinə görə cavabdehi işlə də təmin etmişdir. Eyni Cəmiyyətdə işləmək tərəflər arasında müqavilənin yalan əqd olmasının əsas ola bilməz. Cavabdehin maddi məsuliyyətini pərdələmək məqsədi ilə bu müqavilənin bağlanması əsassızıdır. Çünki cavabdeh qeyd edilən Cəmiyyətdə əmək müqaviləsi ilə işləmişdir və Cəmiyyət hər bir işçinin maddi məsuliyyətini müstəqil müqavilə olan maddi-məsuliyyət müqaviləsi ilə sığortalayır. Bu tip əlavə kredit müqaviləs i ilə də eyni müqavilənin təkrar bağlanması mənasızdır. Bundan əlavə, məhkəmə işlə heç bir bağlılığı olmayan X2 adına olan borc müqaviləsinə istinad etmişdir. Həmin müqavilə tərəflərin qeyd edilən mübahisəyə hansı aidiyyatının olduğunu sübuta yetirməmişdir. Üçüncü şəxslərin borc müqaviləsi üzrə münasibətləri onların özlərinə aiddir. Məhkəmə qeyd edilən halları, yəni müqavilənin notarial qaydada bağlanmasını, pul məbləğininin cavabdeh tərəfindən şəxsən götürülməsini, müqavilə müddəti dövründə cavabdehin buna dair heç bir iddiasının olmamasını nəzərə almayaraq sadalanan maddi hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

20. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2(107)463/2024 saylı qətnaməsi ilə (hakimlər- E.Ş.Hüseynov sədrlik ed ən, məruzəçi, G.İ.Cavadova və V.İ.Məlikov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2(014)-1219/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, "xxxx" MMC-nə işə qəbul olunmaq məqsədi ilə cavabdeh həmin Cəmiyyətin rəhbəri X1 müraciət etmiş və sonuncu ona bildirmişdir ki, əmək müqaviləsi bağlamaqla yanaşı eyni zamanda Cəmiyyətlə başqa müqavilə bağlanmalıdır. Cavabdehlə əmək müqaviləsi bağlanıldıqdan (14 iyun 2021-ci il) iki gün sonra, yəni 16 iyun 2021-ci il tarixdə onunla "xxxx" MMC-nin Şöbə müdiri olan iddiaçı arasında notarial qaydada təsdiq edilməklə borc müqaviləsi bağlanmışdır.

22. Apellyasiya instan siyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, tərəflər arasında borc (kredit) müqaviləsi bağlansa da, əslində hazırkı iş üzrə iddiaçı cavabdehə borc pul verməmiş, sadəcə olaraq cavabdehlə işin materiallarında olan 16 iyun 2021-ci il tarixli kredit müqaviləsi imzalamışdır. Həmin müqaviləni imzalamaqda məqsəd "xxxx" MMC-də işə başladığı vaxtdan Cəmiyyətin mallarının satışını həyata keçirərkən cavabdehin maddi məsuliyyətinin təminatı məqsədi daşımışdır. Yəni, əslində burada hüquq münasibəti tərəflər arasında deyil, "xxxx" MMC-ti ilə cavabdeh arasında yaranmışdır ki, həmin münasibət də borc deyil, əmək münasibətləri üzrə maddi məsuliyyət müqaviləsindən irəli gələn münasibətdir. Tərflər arasında 16 iyun 2021-ci il tarixli kredit müqaviləsi notariat qaydada bağlanmasına baxmayaraq etibarsız əqd dir. Belə ki, işin müəyyən olunan faktiki halları ondan ibarətdir ki, "xxxx" MMC-ti tapşırıq vermiş və həmin malların satışını həyata keçirərkən cavabdehin üzərinə məsuliyyət qoymuşdur. Hazırda isə həmin yalan əqddən "xxxx" MMC-nin işçisi olan iddiaçı həqiqi məzmununa uyğun olmayan formada istifadə edir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Beləl iklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

24. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüş üçün bağlanan əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair razılığa da gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbə bi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2(102)-3352/2023 saylı Qərarındakı hüquqi mövqeyi).

25. Göründüyü kimi, notariat orqanında əqd bağlandıqdan sonra pul faktiki olaraq cavabdehdə saxlanılmamışdır. Belə olan halda isə iddiaçı əqdin etibarsızlığı nəticəsində pul tələb edə bilməz.

26. Ona görə də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehin işləmiş olduğu sözügedən Cəmiyyətdə vəzifəli şəxs olduğu, borc (kredit) müqaviləsi bağlanılanadək tərəflərin biri-birini tanımaması işin mübahisəsiz halıdır. Nəinki bir-biri ilə yaxın münasibətdə olmayan, hətta bir-birini tanımayan və ünsiyyətdə olmayan şəxslərin bir-birinə borc (kifayət qədər böyük məbləğdə) verməsi inandırıcı və ağlabatan olmadığından apellyasiya şikayətinin dəlilləri əsassızdır.

27. İddiaçı apellyasiya şikayətində cavabdehə borc pul verməsini onunla tanışlıq münasibətində olması ilə əsaslandırsa da, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətində işçinin maddi məsuliyyətini müstəqil müqavilə olan maddi-məsuliyyət müqaviləsi ilə sığortalanması ilə bağlı dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC-də cav abdehin maddi məsul şəxs olması barədə müqavilənin mövcudluğuna dair cavabdeh hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin yenidən "xxxx" MMC-nə işə qəbul olunması müqabilində iddiaçının məhkəmədə qaldırdığı iddia ərizəsinin qeri qaytarılması barədə vəsatətinin təmin edilməsi və birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddianın əvvəllər baxılmamış saxlanılması da tərəflər arasında bağlanmış borc müqaviləsinin yalan əqd olmasına dəlalət edən hallardır. Birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və mübahisəni düzgün həll etmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 329.2, 337.1, 337.2, 337.3, 337.4, 337,5, 340.2 və 777-ci maddələrinə, habelə MPM-nin 14.2, 77.1, 88, 217.3-cü maddəl ərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan notariat işindən də aydın olur ki, tərəflər arasında müqavilə bağlanılmış, iddiaçı tərəfindən qeyd edilən vəsait notariat işinin depozit hesabına mədaxil edilmişdir. Qeyd edilən pul vəsaiti cavabdeh tərəfindən müvafiq bank hesabından şəxsən götürülmüşdür. Hətta pulun götürülməsi barədə cavabdehin qeydi də müqavilədə öz əksini tapmışdır. Bununla da iddiaçının ca vabdehə borc pul verməsi öz təsdiqini tapmışdır. Bu pul məbləğinin verilməsinin əsası isə tərəflərin tanışlıq münasibətləri olmuşdur. Cavabdeh bu tanışlıqdan imtina etsədə işin faktiki halı ondan ibarətdir ki, heç bir şəxs tanımadığı şəxsə qeyd edilən məbləğdə borca pul vəsaiti verməz. Heç bir şəxsdə almadığı pul vəsaitini qəbul etdim deyə bildirməz. Hətta iddiaçı cavabdehi işlə də təmin etmişdir. Təbii ki, sonralar münasibətlər kəskinləşdiyindən cavabdeh qeyd edilən bütün faktiki halları inkar etməsi normaldır. Məhkəmə, tərəflərin eyni Cəmiyyətdə işləmələrini əsas gətirərək qeyd edilən müqaviləni yalan əqd olmaqla etibarsız hesab etmişdir. Halbuki qeyd olunduğu kimi iddiaçı cavabdehlə olan şəxsi yaxın münasibətlərinə görə onu işlə də təmin etmişdir. Eyni Cəmiyyətdə işləmək tərəflər arasın da müqavilənin yalan əqd olmasının əsas ola bilməz. Cavabdehin maddi məsuliyyətini pərdələmək məqsədilə bu müqavilənin bağlanması əsassızıdır. Çünki cavabdeh qeyd edilən Cəmiyyətdə əmək müqaviləsi ilə işləmişdir. Hər bir Cəmiyyət işçinin maddi məsuliyyətini müstəqil müqavilə olan maddi-məsuliyyət müqaviləsi ilə sığortalayır. Məhkəmə müqaviləni etibarsız sayarkən bu faktı araşdırmamışdır ki, cavabdehlə onun işlədiyi Cəmiyyət arasında maddi məsuliyyət haqqında müqavilə mövcuddur ya yox. Bu faktı araşdırmadan əsassız olaraq mülahizələrə və cavabdehin heç bir sübuti əhəmiyyəti olmayan yalan ifadəsinə əsaslanan qətnamə qəbul etmişdir. Digər tərəfdən, cavabdeh əgər bu müqaviləni etibarsız hesab edirsə, niyə notariat ofisinə yaxınlaşmış və qeyd edilən məbləği aldığını bildirmişdir. Əlavə olaraq, iddiaçı qeyd edir ki, məhkəmə işlə heç bir bağlılığı olmayan X2 adına olan borc müqaviləsinə istinad etmişdir. Həmin müqavilə tərəflərinin qeyd edilən mübahisəyə hansı aidiyyatının olduğunu sübuta yetirməmişdir. Üçüncü şəxslərin borc müqaviləsi üzrə münasibətləri onların özlərinə aiddir. Məhkəmə qeyd edilən halları, yəni müqavilənin notarial qaydada bağlanmasını, pul məbləğininin cavabdeh tərəfindən şəxsən götürülməsini, müqavilə müddəti dövründə cavabdehin buna dair heç bir iddiasının olmamasını nəzərə almayaraq, sadalanan maddi hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 14.2.1. Qanunveric ilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

35. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna ol maqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

38. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

39. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər ə vəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

40. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

43. Maddə 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

44. Maddə

191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qayda da qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

45. Maddə

199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işə götürənə qəsdən ziyan vurduqda.

46. Maddə 200. 1-ci hissə. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Qanunun t ələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

58. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillə rini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.

59. Belə ki, tərəflər arasında notarial qaydada bağlanmış 16 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 20.000 manat məbləğində pul borc verir; cavabdeh isə krediti 16 iyun 2023-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürür.

60. Həmin kredit müqaviləsinin üzərində aparılmış əlyazmadan görünür ki, həm iddiaçı, həm də cavabdeh borc müqaviləsinin iradələrinə uyğun olaraq bağlandığını və cavabdeh pulu aldığını və müqavilənin hüquqi mahiyyətinin ona izah olunduğunu bildirmişlər.

61. Həmçinin, işə əlavə olunmuş notariat işindən, tərəflərin 16 iyun 2021-c i il tarixli yazılı ərizələrindən, pulun köçürülməsinə dair notariusun depozit hesab nömrəsindən, habelə 16 iyun 2021-ci il tarixli kassa mədaxil qəbzlərindən görünür ki, iddiaçı notariusun depozit hesabına 20.000 manat pul və 40 manat xidmət haqqı köçürüb.

62. Hazırda iddiaçı, kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərini vaxtında və lazımı qayadada icra etmədiyini göstərib, cavabdehdən onun xeyrinə 20.000 manat pulun tutulmasını iddia edir.

63. Cavabdeh isə iddiaçıdan sözügedən kredit müqaviləsi üzrə borc pul almadığını, həmin müqavilənin yalan əqd olmaqla, əslində "xxxx" MMC-ti ilə onun arasında bağlanmış əmək müqaviləsi üzrə tam maddi məsuliyyət haqqında müqaviləni pərdələmək məqsədilə bağlandığını, həmin müqavilə üzrə münasibətlərin isə iddiaçı ilə onun arasında deyil, onunla "xxxx" MMC-ti arasında əmələ gəldiyini göstərib, iddiaya etiraz edir.

64. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, sözügedən kredit müqaviləsi üzrə tərəflər arasında əmələ gəlmiş borc hüquq münasibətlərinə Mülki Məcəllənin 739.1, 739.2 və 742.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, həmin müqavilə üzrə iddiaçının 20.000 manat pula mülkiyyət hüququnu cavabdehə keçirməyi, sonuncunun isə aldıqlarını, yəni müvafiq olaraq 20.000 pulu iddiaçıya qaytarmağı öhdəsinə götürməsini, iddiaçının həmin müqavilə üzrə şərtləndirilmiş 20.000 manat pul vəsaitini notariusun depozit hesıbana köçürməsini və pul vəsaitinin bilavasitə kassir tərəfindən qəbul edilməsini nəzərə almadan, başqa sözlə 20.000 manat pul vəsaitinin sonrakı təyinatını, hərəkətini, cavabdeh tərəfindən həmin pul vəsaitini n notariusun depozit hesabından götürülüb-götürülmədiyini tam, hərtərəfli və obyektiv araşdırmadan, habelə cavabdehin öz əlyazması ilə müqavilənin üzərində “pulu almasına dair” apardığı yazılı qeydə aydınlıq gətirmədən, həmçinin "xxxx" MMC-də cavabdehin hansı vəzifədə çalışdığını, onun işəgötürənlə tam maddi məsuliyyət haqqında müqavilə bağlamalı olan işçilər sırasına aid edilib-edilmədiyini, işəgötürənlə onun arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlanması üçün Əmək Məcəlləsinin 199, 200-cü maddələrində sadalanan əsasların olub-olmadığını araşdırmadan, yalnız cavabdehin formal mülahizələrinə əsaslanaraq onun sözügedən kredit müqaviləsi üzrə iddiaçıdan borc almadığı və həmin müqavilənin yalan əqd olmaqla, əslində "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi üzrə tam maddi məsuliyyət haqqında müqaviləni pərdələmək məqsədilə bağlandığına dair işin halları barədə səhv nəticəyə gəlib.

65. Halbuki, sözügedən normaların mənasına görə, işçi- qanuna zidd hərəkətləri ilə saxlamaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgö türənə qəsdən ziyan vurduqda və sair hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

66. Göründüyü kimi, tam maddi məsuliyyət haqqında müqavilələr- bütün işçilərlə deyil, yalnız saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyi öz üzərinə götürən, yəni maddi sərvətlərə bilavasitə xidmət göstərilməsi ilə bağlı vəzifələr tutan, yaxud işləri yerinə yetirən işçilərlə bağlanılır. Başqa sözlə, maddi məsuliyyətin əsası qismində işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığının təmin edilməməsi çıxış edir.

67. Apellyasiya instansiyası məhkəməsi cavabdehin ümumiyyətlə "xxxx" MMC ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlamalı olan işçilərin sırasına aid olub-olmadığını, istər bilavasitə əmək müqaviləsi bağlan arkən, istərsə də əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması üçün hər hansı maddi və ya digər sərvətlərin verilib-verilməməsini araşdırmadan, tərəflər arasında bilavasitə işəgötürən işçi münasibətlərinin olmadığını nəzərə almadan, sözügedən kredit müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı şərtləri pozmaqla bağlandığını qətnamədə göstərmədən, həmin müqaviləni yalan əqd hesab etməklə, onun "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi üzrə tam maddi məsuliyyət haqqında müqaviləni pərdələmək məqsədilə bağlandığı nəticəsinə gəlib.

68. Halbuki, mülki qanunverciliyə görə, əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Belə ki, mülki qanunvercilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağl anmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

69. Əqdin etibarsızlığı dedikdə- Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır.

70. Göründüyü kimi, sözügedən kredit müqaviləsinin etibarsızlığı üçün onun Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması və həmin müqavilənin etibarlılığını özündə ehtiva edən şərtlərdən hər hansı birinin olmaması tələb olunur.

71. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan kredit müqaviləsinin etibarsızlığı ilə bağlı işin halları üzrə kifayət qədər araşdırma aparmadan, həmin müqavilənin bağlanması zamanı Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı şərtlərin pozulduğunu dəqiqləşdirmədən, yalnız cavabdehin formal mülahizələrinə əsaslanaraq iddianı rədd edib.

72. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni həmçinin Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından da kifayət qədər araşdırmayıb. Belə ki, apellyasiya instansiyası məhkəməsi sözügedən kredit müqaviləsini yalan əqd hesab edərkən, həmin müqavilə ilə pərdələnən başqa əqdin, yəni tam maddi məsuliyyət haqqında müqavilənin mövcudluğu, həmin müqavilənin bağlanmasını şərtləndirən halların olub-olmadığını araşdırmayıb. Halbuki, qeyd olunan normanın mənasına görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaq la, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

73. Göründüyü kimi, yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə, tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Bu səbəbdən, pərdələyən əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. O da nəzərə alınmalıdır ki, pərdələnən (gizli) müqavilə etibarlılıq şərtlərinə (forma, səlahiyyətli orqanın təsdiqi və sair) cavab vermirsə həmin əqd də etibarlı sayılmır (Mülki Məcəllənin 340.2-ci maddəsinin sonuncu cümləsi).

74. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.

75. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 saylı Qərarında da ifadə olunub.

76. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

77. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Res publikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2(107)-463/2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar