Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2779/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X1rşı “iş dən azad olunması barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-153/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2022-ci il tarixli, 183/k saylı əmrə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X12 X5 meşəbəyiliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, 103/k saylı əmrlə onunla Ekologoya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Qəbələ X10 Mərkəzi arasında bağlanmış əmək müqavil əsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq (öz xahişi ilə) xitam verilmişdir.
2. İddiaçı Qəbələ X10 Mərkəzinin xx.xx.2023-cü il tarixli 056/k saylı əmri ilə Daşağıl meşəbəyiliyinin 07 saylı dolayısına (9-cu dərəcə ilə) 3 (üç) ay müddətinə meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. Qəbələ X10 Mərkəzinin xx.xx.2023-cü il tarixli 097/k saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X1rşı “işdən azad olunması barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Qəbələ X10 Mərkəzinin xx.xx.2023-cü il tarixli, 097/k saylı əmrinin ləğv edilməsi, onun X12 X5 meşəbəyiliyinin 07 saylı dolayısına (9cu dərəcə ilə) meşə gözətçisi vəzifəsinə işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, əmək müqaviləsinə xitam verilməsinə əsas kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 27 aprel 2023-cü i l tarixli, 147/ü nömrəli əmri, Qəbələ RMTM-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli 09 saylı protokolu və F.M.Musayevin razılıq ərizəsi göstərilmişdir. O, işdən azad olunmasına dair əmri qanunsuz və əsassız hesab edir. İşdən azad olunmamışdan əvvəl 08 may 2023-cü il tarixdə Qəbələ RMTM-nin X4 Qəbələ Regional MTM-nin direktorunun barəsində olan 03 may 2023-cü il tarixli, 314-27-2/2-118/2023 saylı təqdimatının müzakirəsi keçirilmişdir. Müzakirə zamanı 126 nəfər təşkilat üzvündən 10 nəfər iştirak etmiş, iclas Qəbələ RMTM-nin direktorunun təzyiqi və təsiri altında keçmiş, onun hüquqlarını müdafiə etməli olan X8 nəinki onu müdafiə etməyə çalışmamış, hətta heç bir əsas olmadan onun işdən azad olunmasına razılıq vermək əvəzinə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Halbuki, X8 müəssisənin direktorunun təqdimatının əsaslı və ədalətli olub-olmamasını diqqətlə araşdıraraq onun hüquqlarını müdafiə etmək üçün axıradək səy göstərməli idi. X8 nəinki həqiqəti üzə çıxarmaq üçün heç bir təşəbbüs və səy göstərmədən, onun əsassız olaraq işdən azad olunmasına dair qərar qəbul etmişdir. Buradan belə çıxır ki, Qəbələ Regional MTM-nin X3 bağlanmış əmək müqaviləsinə müdiriyyətdən 8 gün əvvəl “xitam vermişdir”. Hesab edir ki, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul etmək X8nın səlahiyyətində olmadığından onun hazırkı iş üzrə 08 may 2023-cü il tarixli iclasının qərarı işdən azad olunmasına razılıq kimi nəzərə alınmamalıdır. Həmçinin bildirir ki, onun işdən azad olunmasına səbəb kimi Daşağıl meşəbəyiliyinin 7 saylı dolayısının meşə gözətçisi kimi onun (həmin dövrdə Daşağıl Meşəbəyiliyinin meşəbəyisi kimi işləmişdir) Daşağıl Meşəbəyiliyinin 8 saylı dolayısında baş vermiş kütləvi qırıntı zamanı Mərkəzə heç bir yazılı məlumat verməməsi, kəsilən ağacları vaxtında aşkar etmədiyi üçün təqsirkar bilinmişdir. Ağaclar kəsilən tarixdə o, müdiriyyətin tapşırığı ilə tamamilə başqa bir ərazidə təhvil qəbul yoxlamasında iştirak etdiyindən, eyni zamanda iki ayrı ərazidə ola bilməzdi. Qeyd edilən meşə qırıntısı üçün meşə gözətçisi məsuliyyət daşımalı olduğu halda məsələ araşdırılmadan işdən azad edilmişdir. Onu da bildirir ki, qeyd edilən meşə qırıntısı o və mühafizə mühəndisi Elşad Qaffarov tərəfindən aşkar edilmiş və dərhal aidiyyəti üzrə Qəbələ Regional MTM-nin rəisinə məlumat verilmişdir. Bundan sonra mü vafiq komissiya göndərilərək onun və Elşad Qaffarovun iştirakı ilə yoxlama keçirilərək aktlaşdırılmışdır.
5. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 6 oktyabr 2023-cü il tаrixli, 2(025)1302/2023 saylı qətnaməsi ilə, iddianın təmin edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X12 X2 Namus Bəhcət oğlunun işdən azad olunması barədə 16 may 2023-cü il tarixli, 097/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X12 X5 meşəbəyliyinin 07 saylı dolayısına (9-cu dərəcə ilə) meşə gözətçisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirli yi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X10 Mərkəzindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, hazırki işdən görünür ki, Həmkarlar İttifaqı tərəfindən işəgötürənə, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X10 Mərkəzinə İddiaçı əsaslandırılmış yazılı qərar verməsi iş materialları ilə sübuta yetirilmir. Cavabdeh tərəfindən yalnız iş materiallarına sübut kimi Qəbələ RMTM-nin X8nın iclas protokolu əlavə edilmişdir ki, həmin protokolda Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Halbuki, Həmkarlar İttif aqı əsaslanıdırılmış qərar qəbul etmək əvəzinə, protokolla əsassız olaraq işçinin işdən azad edilməsi barədə qərar qəbul etmişdir.
7. Məhkəmə həmçinin qeyd etmişdir ki, baxılan işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçının fəaliyyətinin araşdırılması 28 fevral 2023-cü il və 01 mart 2023-cü il tarixlərdə Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 07 saylı və 08 saylı meşə dolayında təhvil-qəbul yoxlamaları zamanı qanunsuz ağac kəsilməsi müəyyən edilmiş və həmin dövrdə İddiaçı Daşağıl meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləmişdir. Hazırkı işdə müəyyən edilmişdir ki, iddiaçının işdən azad edilməsinə əsas olmuş intizam pozuntuları işəgötürən tərəfindən ən geci xx.xx.2023-cü il tarixdə aşkar olunmuşdur. İşçiyə onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunması barədə intizam tənbehi isə həmin tarixdən 2 aydan artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə verilmişdir. Bu səbəbdən də işdən çıxarılma barədə əmr qanunsuz olduğundan ləğv edilməlidir.
8. Məhkəmə göstərmişdir ki, İddiaçı barəsində hansı əsasla digər, daha yüngül intizam tədbirinin deyil, məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinin zəruriliyi işəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin müvafiq əmrinə əsasən müəyyən edilmir.
9. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri əmək qanunvericiliyinin tələbinə uyğun olmadığından, yəni həmin əmr etibarsız olduğundan ləğv edilməlidir. Belə olduğu halda iddiaçının “işə bərpa tələbinə dair” iddiası da əsaslı sayılmaqla təmin edilməlidir.
10. Məhkəmə iddia tələbinin məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi hissəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X10 Mərkəzindən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətləri nə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3, 68, 70, 71, 72, 80, 83, 84, 87, 186, 187, 300-cü maddələri, “X6” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4, 119.1 10-1.3, 218.3-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icra at
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
13. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən qeyd etmişdir ki, X8 sözügedən məsələyə dair müvafiq qərar qəbul etməli olduğu halda məsələni protokolla həll etmiş və protokolda əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə dair münasibət bildirmək əvəzinə həmin əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Qeyd edilən faktiki hala məhkəmə hərfən yanaşaraq nəzərə almamışdır ki, protokolun sonuncu səhifəsində iclasda müzakirə olunan məsələlərə dair ayrıca qərar hissəsi mövcud olmuş və bir aktın daxilində eyni zamand a qərarda qəbul edilmiş nəticədə mövcud məsələyə X8 protokolla deyil qərarla münasibət bildirmişdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 187-ci maddəsinin tətbiqinin düzgünlüyünü yoxlayarkən qeyd etmişdir ki, intizam pozuntusu onun aşkar olunduğu tarixdən bir ay müddətində verilməli olduğu halda hadisədən iki ay keçdikdən sonra İddiaçı barəsində intizam tənbeh tədbiri görülmüşdür. Lakin məhkəmə nəzərə almamışdır ki, iş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli təhvil və qəbul atklarıyla İddiaçı tərəfindən əmək funksiyalarının kobud pozuntusu aşkar olunmuş bununla bağlı müvafiq araşdırma aparılaraq onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü ildə ləğv edilmişdir. Lakin yuxarıda qeyd edilən aktların tərtib olunduğu və hadisənin törəd ildiyi vaxtı müqayisə edən zaman İddiaçı barəsində intizam tənbehinin verilməsi üçün altı aylıq müddətin keçmədiyi müəyyən edilir ki, həmin məsələyə münasibətini birinci instansiya məhkəməsi öz qətnaməsində əsaslandıra bilməmiş nəticədə Əmək Məcəlləsinin 187 və 300-cü maddələrini yanlış tətbiq və təfsir edərək iş üzrə yanlış nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi X8 tərəfindən işə dair mövqeyini qərarla deyil protokolla münasibət bildirməsinə və intizam tənbehinin verilməsi zamanı tənbehin verilməsi üçün nəzərdə tutulan müddətin keçməməsi ilə bağlı hazırki şikayətin maddi hüquq normalarının pozuntularına aid olan hissənin 1-ci bəndində göstərilən məsələlərə əhəmiyyət vermədən işə dair yanlış qənaətə gələrək işdə olan və əlavə təqdim edilmiş sübutları hərtərəfli və tam araşdırmamı şdır.
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Ələddin Məcidov) 2(107)-153/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tаrixli, 2(025)-1302/2023 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Qəbələ RMTM-nin X8nın iclas protokolunda Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq veril məsi üçün əsaslandırılmış qərar qəbul etmək əvəzinə, protokolla əsassız olaraq işçinin işdən azad edilməsi barədə qərar qəbul etməsi barədə X8nın qərarını sübut kimi qəbul etməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki, Qəbələ RMTM-nin X8 qanunla müəyyən edilmiş müddətdə və qaydada Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi üçün əsaslanıdırılmış qərar qəbul etmiş olsaydı belə, bu iddianın rədd edilməsi anlamına gəlməyəcəkdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etm işdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-cı maddəsinın 3-cü hissəsində nəzərdə tutulmuş 6 aylıq və 2 illik müddətlər intizam pozuntusunun aşkar edildiyi vaxtdan deyil, intizam xətasının törədildiyi gündən hesablanır. Yəni əgər törədilmiş intizam xətası işəgötürən tərəfindən sonradan aşkar edilərsə, onun törədilməsi üzərindən artıq müvafiq olaraq 6 ay və 2 il müddət keçibsə, işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi 3-cü hissədə müəyyən edilmiş müddətlər də əslində işçilər üçün əlavə təminat olmaqla, intizam xətasının törədilməsi üzərindən həmin müddətlər keçdikdən sonra işçinin intizam məsuliyyətini istisna edir. Eyni zamanda törədilmiş intizam xətası işəgötürən tərəfindən sonradan aşkar edilmişdirsə, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə müvafiq olar aq işəgötürən tərəfindən işçiyə intizam tənbehi hər bir halda həmin pozuntunun aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hazırkı işdən isə müəyyən edilir ki, iddiaçının işdən azad edilməsinə əsas olmuş intizam pozuntuları işəgötürən tərəfindən ən geci xx.xx.2023-cü il tarixdə aşkar olunmuşdur. İşçiyə onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunması barədə intizam tənbehi isə həmin tarixdən 2 aydan artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə verilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının fəaliyyətinin araşdırılması 28 fevral 2023-cü il və 01 mart 2023-cü il tarixlərdə Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 07 saylı və 08 saylı meşə dolayında təhvil-qəbul yoxlamaları zamanı qanunsuz ağac kəsilməsi müəyyən edilmiş və həmin dövrdə İddiaçı Daşağıl meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləmişdir. Yəni İddiaçı Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 07 saylı və 08 saylı meşə dolayında təhvil-qəbul yoxlamaları zamanı qanunsuz ağac kəsilməsi müəyyən edildiyi vaxt meşəbəyi vəzifəsindən öz ərizəsi ilə azad edilmişdir.Kollegiya hesab etmişdir ki, iddiaçının meşəbəyi işlədiyi vaxt aşkar edilmiş pozuntu üçün, sonradan onunla gözətçi kimi bağlanmış əmək müqaviləsinə xitam verilməsi də qanunsuz olmuşdur.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3, 68-ci mаddəsinin 1-ci bəndi, 70-ci maddəsinin «ç» bəndi, 71-ci maddəsinin 2-ci bəndi, 71-ci maddəsinin 3-cü bəndi, 72-ci maddəsinin e bəndi, 80-ci maddəsinin 1-ci və 2-ci bəndi, 83-cü maddəsinin 1-ci hissəsi, 8 4-cü maddəsinin 1-ci hissəsi, 87-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya məhkəməsinin 15 fevral 2024cü il tarixli, 2(107)-153/2024 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı prosedurlar tamamilə qanunvericiliyə uyğun aparılmış, buna baxmayaraq birinci instansiya məhkəməsi yalnız iddiacı İddiaçı mülahizələrini sübut kimi qəbul edərək işə birtərəfli ya naşmış iş üzrə faktiki halları tam və hərtərəfli araşdırmamışdır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli təhvil və qəbul atklarıyla İddiaçı tərəfindən əmək funksiyalarının kobud pozuntusu aşkar olunmuş bununla bağlı müvafiq araşdırma aparılaraq onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü ildə ləğv edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinə əsasən İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Lakin yuxarıda qeyd edilən aktların tərtib olunduğu və hadisənin törədildiyi vaxtı müqayisə edən zaman İddiaçı barəsində intizam tənbehinin verilməsi üçün altı aylıq müddətin keçmədiyi müəyyən edilir ki, həmin məsələyə münasibətini birinci instansiya məhkəməsi öz qətnaməsində əsaslandıra bilməmi ş nəticədə Əmək Məcəlləsinin 187 və 300-cü maddələrini yanlış tətbiq və təfsir edərək iş üzrə yanlış nəticəyə gəlmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsini iş üçün zəruri və mötəbər olmayan sübutlarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi hazırkı şikayətin maddi hüquq normalarının pozuntularına aid olan hissənin 1-ci bəndində göstərilən məsələlərə əhəmiyyət vermədən işə dair yanlış qənaətə gələrək işdə olan və əlavə təqdim edilmiş sübutları hərtərəfli və tam araşdırmamışdır.
21. Cavaddeh tərəf həmçinin kassasiya şikayəti üzrə müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2(107)-153/2024 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin şikayət müddətinin buraxılmasını üzürlü hesab edilməsinə və buraxılmış müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
23. Maddə
70. Bənd «ç». İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
24. Maddə
71. Bənd İİ. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədi yinə görə müvafiq iş yerində işin, istehalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
25. Maddə
80. Bənd İ. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X8nın qabaqcadan razılığı alınmaqla ləğv edilir.
26. Maddə
80. Bənd İİ. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X8na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata m üvafiq əsaslandırma sənədləri əlavə edilir. X8 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
27. Maddə 187, 2 və 3-cü hissələr. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 28.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.
29. Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində n əzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norma larına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun, tərəflər arasındakı münasibətləri nisyə alqı-satqıdına irəli gələn münasibətldər kimi dəyərləndirməklə hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya məhkəməsi işin müəyən edilmiş hallarına Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsini tətbiq edərək iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir.
43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kas sasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X10 Mərkəzi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-153/2024 nömrəli iş üzrə 15 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.