Məhkəmə qərarları › İş №2(102)-731/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-731/2025

06.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-731/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X4 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3208/2024 nömrəli 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi 09 fevral 2004-cü il tarixli, JN10723H KOD 00500016 saylı Torpağın mülkiyyət verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan, cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş, ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və boşaldılması, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan 0,025 ha mübahisəli torpaq sahəsi daxil olmaqla, qeyd edilən ünvanda yerləşən 0,06 ha torpaq sahəsi əvvəllər X8 məxsus olmuş, sonuncu 24 yanvar 2004-cü il tarixli Alqı-satqı müqaviləsi ilə torpaq sahəsinin 0,025 ha hissəsini iddiaçıya, 0,035 ha hissəsini isə hazırki iş üzrə tərəf olmayan X2. Müqavilə bağlanıldıqdan sonra Faiq Yaqubov tərəfindən göstərilən sahədə iddiaçı özünə fərdi yaşayış evi tikərək, orada yaşamağa başlamışdır. Sonradan məlum olmuşdur ki, iddiaçının fərdi yaşayış evi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən yerdə deyil, həmin ərazi ilə həmsərhəd hissədə tikilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikinti işləri aparılır. İddiaçı buna öz etirazını bildirsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh qeyri-qanuni tikinti işləri aparmaqla iddiaçının mülkiyyət hüquqlarını kobud sur ətdə pozur. İddiaçının müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 27 iyul 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə faktiki yaşayış evi inşa etdiyi torpaq sahəsi fərqli sahələrdir və həmin sahə hal-hazırda digər şəxs tərəfindən istifadə olunur. Cavabdehin istifadəsində olan torpaq sahəsi faktiki olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsidir. Cavabdeh isə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbt edərək torpaq sahəsindən çıxmaq istəmir, hətta torpaq sahəsində qanunsuz tikinti işləri aparmışdır.

4. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək qeyd etmişdir ki, iddiaçı özünə məxsus torpaq sahəsində ev inşa etdirmişdir, mübahisə edilən torpaq sahəsi iddiaçıya məxsus deyil, o, torpaq sahəsini digər şəxslərdən sənədsiz almışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Naszirliyinin Məhkəmə tikinti-texniki ekspertizasının 5 iyul 2023-cü il tarixli rəyinə əsasən, mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 24 may 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0,031 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 0,031 ha torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. İddiaçı tərəfindən faktiki inşa etdiyi və yaşadığı tikili 0,025 ha torpaq sahəsinin (JN10723 nömrəli şəhadətnamə) yerləşməsindən kənarda yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən Cavabdeh tərəfindən zəbt olunma halı mövcuddur. Həmin torpaq sahəsində Cavabdeh tərəfindən tikili inşa edilmişdir, lakin həmin tikilinin bir hissəsi vahid elektron kadastr baza məlumatlarına əsasən JN10723 nömrəli şəhadətnamənin yerləşdiyi sahəyə düşür.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(008)210/2023 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi, daşınması və torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçı ya təhvil verilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Torpaq Məcəlləsinin 67, 68-ci, Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2, 164.1, 164.2, 165.1, 180.1, 180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının müqavilə üzrə almaq niyyəti olan torpaq sahəsinin harada yerləşməsini müəyyən etməmiş, sübutlara düzgün qiymət verməmiş, bu səbəbdən də iddianın sübuta yetdiyi qənaətinə g əlmişdir. Belə ki, iddiaçı ona göstərilən torpaq sahəsini almış və orada ev tikmişdir. Onun göstərdiyi həmin torpaq sahəsinə baxış keçirilərək mülkiyyət sənədi verilmişdir. Halbuki, iddiaçıya mülkiyyət şəhadətnaməsi verilən zaman cavabdehin istifadəsində olan torpaq sahəsi hasara alınmış ayrıca torpaq sahəsi olmuşdur. Əgər iddiaçının aldığı torpaq sahəsi cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşsəydi iddiaçıya başqasının faktiki istifadəsində olan torpaq sahəsinə görə şəhadətnamə verilməsindən imtina edilərdi. Bundan əlavə, iddiaçı özü bildirir ki, Faiq Yusubov ona məxsus 0,06 ha sahəsi olan torpaq sahəsinin 0,025 ha sahəsi olan hissəsini iddiaçıya, 0,035 ha sahəsi olan hissəsini isə Azər Əliyevə satmışdır. Torpaq sahələrinin yerləşmə sxemi nəzərə alındıqda, əgər iddiaçı nın aldığı torpaq sahəsi cavabdehin torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşürsə, Azər Əliyevin aldığı torpaq sahəsinin də bir hissəsi cavabdehin torpaq sahəsinin digər hissəsi ilə üst-üstə düşməli idi. Torpaq sahəsinin Azər Əliyevə məxsus hissəsinin alındığı yerdə yerləşməsi, iddiaçıya məxsus hissəsinin isə ayrı yerdə yerləşməsi texniki cəhətdən mümkün deyil. Çünki bu iki torpaq sahəsi satılmazdan əvvəl bir torpaq sahəsi olmuş, sonra iki yerə bölünərək satılmış, lakin yerləşdiyi yerlər dəyişməmişdir. Cavabdeh tərəfindən torpaq sahəsi başqa şəxsdən alınmış və həmin vaxt torpaq sahəsi ayrıca hasarın daxilində olmuşdur. Cavabdeh özbaşına tikilmiş fərdi yaşayış evlərinin istismarına icazə veriləcəyinin gözləntisindədir. Belə olacağı halda özünün inşa etdiyi tikiliyə mülkiyyət sənədi ala biləcəkdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(103)-5966/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(008)-210/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edildiyindən cavabdeh torpaq sahəsindən çıxarılmalı, onun tərəfindən inşa edilmiş tikililər sökülməli, daşınmalı və torpaq sahəsi iddiaçıya təhvil verilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2, 164, 165.1, 180.1, 180.4-cü, Torpaq Məcəlləsinin 67, 68-ci, MPM-in 384 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmış ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1, 152.5, 180.1-ci, Torpaq Məcəlləsinin 68-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.

13. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, həmin orqanın elə özünün təqdim etdiyi 24 may 2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunan koordinatlara əsasən sahə ləğv edilmiş X9 Komitəsi tərəfindən verilmiş JN-10721 və JN10723 saylı şəhadətnamələrin yeridir. Yəni göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi məlumatlarda ziddiyyət vardır. Mütəxəssis rəyində JN-10723H saylı şəhadətnamə ilə bağlı məlumatlar verilsə də, cavabda həmin koordinatlarda JN-10723 saylı şəhadətnamənin yeri olduğu qeyd edilmişdir. Bundan əlavə, həmin koordinatlarda sadəcə JN-10723 saylı şəhadətnamənin sahəsi yox, həmçinin JN-10721 saylı şəhadətnamənin də torpaq sahəsi yerləşir. Bu da onu göstərir ki, həmin sahə sadəcə iddiaçıya məxsus deyildir. İddiaçıya məxsus torpa q sahəsinin çıxarışı iş materiallarına əlavə olunmamışdır. İddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması onun məhkəməyə müraciət etmək hüququnun olmamasını göstərir. İddiaçıya torpaq şəhadətnaməsi verilən zaman ümumiyyətlə yerində baxış keçirilməmişdir. Belə ki, əgər baxış keçirilsə idi koordinatlar düzgün verilərdi. Həmçinin, baxış keçirilsə idi iddiaçının torpaq sahəsinin yanında cavabdehin torpaq sahəsinin və tikilinin olduğu müəyyən olunardı, plan və ölçünün verilməsi buna uyğun şəkildə aparılardı. İddiaçı cavabdehin yaşadığı torpaq sahəsinin elektron kadastr baza məlumatlarında koordinatlarının olmamasını bildikdən sonra, qəsdən cavabdehin istifadəsində olan torpaq sahəsini öz torpağı kimi qələmə vermişdir. 24 may 2023-cü il tarixli mütəxəssis rəyi isə ətraflı araşdırma aparılmadan verilmişdir. İddiaçı özü bildirmişdir ki, Faiq Yusubov özünə məxsus 0,06 ha torpaq sahəsinin 0,025 ha sahəsi olan hissəsini iddiaçıya, 0,035 ha sahəsi olan hissəsini isə Azər Əliyevə satmışdır. Torpaq sahələrinin yerləşmə sxemi nəzərə alındıqda, əgər iddiaçının aldığı torpaq sahəsi cavabdehin torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşürsə, Azər Əliyevin aldığı torpaq sahəsinin də bir hissəsi cavabdehin torpaq sahəsinin digər hissəsi ilə üst-üstə düşməli idi. Torpaq sahəsinin Azər Əliyevə məxsus hissəsinin alındığı yerdə yerləşməsi, iddiaçıya məxsus hissəsinin isə ayrı yerdə yerləşməsi texniki cəhətdən mümkün deyil. Çünki bu iki torpaq sahəsi satılmazdan əvvəl bir torpaq sahəsi olmuş, sonra iki yerə bölünərək satılmış, lakin yerləşdiyi yerlər dəyişməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edən zaman iş materiallarını və sübutları tam araşdırmamış, sübutlara tətbiq edilməli olan müvafiq normalara əsaslanaraq hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə tərəfindən sübut qismində sadəcə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi sübut qismində nəzərə alınaraq, formal qətnamə qəbul olunmuşdur. İddiaçıya plan və ölçünün verilməsi zamanı, həm də ekspertiza rəyi ilə mütəxəssis rəylərinin tərtib olunması zamanı yerində baxış keçirilsə idi, iddiaçı ilə cavabdehin əmlakları tamamilə ayrı olması müəyyən olunardı. Çəkişmə prinsipinə uyğun olaraq iş üzrə təkrar ekspertiza keçirməli və bu ziddiyyətlərin aradan qaldırılması üçün tədbir görülməlidir.

15. Azərbaycan Respubli kası Ali Məhkəməsi Mülki kollegiyasının 14 mart 2024-cü il tarixli, 2(102)-948/2024 nömrəli qərarı ilə (hakimlər E.Y.Şamayev, E.R.Vəliyeva, Ə.M.Xıdırov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(103)-5966/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə alınan ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasının müəyyən edilməsinə istinad etməklə iddianı təmin etmiş, apellyasiya məhkəməsi isə bu mövqe ilə razılaşmışdır. Lakin, apellyasiya məhkəməsi iddiaçının mülkiyyət sənədi üzrə torpaq sahəsinin faktiki yerləşdiyi ərazidən kən arda olması, yəni ərazidə torpaq sahələrinin yerləşməsində sürüşmənin mövcudluğuna dair cavabdehin dəlili üzrə araşdırma aparmamışdır. Halbuki, bu halın mövcudluğunu iddiaçı özü də iddia ərizəsində göstərmişdir. Belə ki, iddia ərizəsinin məzmununa əsasən iddiaçı X5 0,025 ha torpaq sahəsini almış, sonuncunun göstərdiyi sahədə özünə fərdi yaşayış evi tikmiş və sonradan məlum olmuşdur ki, istifadəsində olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə göstərilən yerə deyil, həmin ərazi ilə həmsərhəd hissəyə aiddir. Bu zaman apellyasiya məhkəməsi tərəfindən iş üzrə alınan mütəxəssis və ekspert rəyləri Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103.1-ci maddələrinə uyğun qiymətləndirilməmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdar əsinin 24 may 2023-cü il tarixli mütəxəssis rəyində (Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 5 iyul 2023-cü il tarixli ekspert rəyi məhz bu mütəxəssis rəyinə istinadla verilmişdir) mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edilməklə, ərazinin 0,025 ha deyil, 0,031 ha olması nəticəsinə gəlinmişdir. Həmçinin rəydə torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunun müəyyən edilməsi qeyd edilsə də, bu hal vahid elektron kadastr baza məlumatlarına əsasən müəyyən olunmuşdur. Lakin iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi Torpağın mülkiyyətə verilməsinə dair JN-10723H, KOD 00500016 nömrəli şəhadətnamənin tərkib hissəsi olan 17 fevral 2004-cü il tarixli torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü sənədində iddiaçının mülkiyyətində olan torpağın hüdudları k oordinatlarla deyil, qonşu sahələri ilə müəyyən edilmişdir. Cavabdeh iddiaçının torpaq sahəsinin sənədinin faktiki yerləşdiyi əraziyə uyğun olaraq tərtib olunmadığını iddia etdiyi halda, apellyasiya məhkəməsi mübahisəli sahənin onun sənədinə uyğun, yəni qonşu sahələrinə münasibətdə yerləşməsini yoxlamamışdır.

17. Nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsi əvvəllər 0,06 ha torpağın tərkib hissəsi olmuş və 24 yanvar 2004-cü il tarixdə əvvəlki mülkiyyətçi X12 tərəfindən bölünərək, 0,025 ha hissəsi iddiaçıya, 0,035 ha hissəsi ilə X15 adlı şəxsə satılmışdır. Cavabdeh apellyasiya şikayətində Azər Əliyevin mülkiyyətində olan torpaq sahəsinin hüquq müəyyənedici sənədlərə uyğun yerləşməsini, iddiaçının sənədlərinə uyğunsuzluq olmasını bildirdiyi halda, apellyasiya məhkəməsi apellyasiya şikayət inin bu dəlili üzrə də hər hansı dəyərləndirmə aparmamışdır. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi hazırki iddianın qaldırılması ilə iddiaçı tərəfindən hüquqdan sui-istifadə halına yol verilməsi baxımından hüquqi qiymət verməmişdir.

18. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimiəxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edə n mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).

20. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hü quqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

21. Hazırkı iddiadan və mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, iddiaçı 2004-cü ildə əldə etdiyi torpaq sahəsində ev inşa etmiş və ondan təyinatı üzrə istifadə edir. Cavabdeh də mübahisəli torpaq sahəsində tikililər inşa edib və onlardan istifadə edir. İddiaçı mübahisəli torpaq sahəsindən başqa şəxslərin istifadə etmələri halından məlumatlı olmuş və ötən 20 ilə yaxın müddətdə etiraz etməmişdir.

22. Hazırda iddiaçı cavabdehin istifadəsində olan torpaq sahəsinin ona satılan torpaq sahəsi olmas ını iddia etməklə, cavabdehin həmin sahədən çıxarılmasını, sonuncunun inşa etdiyi tikililərin isə öz hesabına sökülməsini tələb edir.

23. İddianı əsaslı hesab edən apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddianın bu qaydada təmin olunması nəticəsində iddiaçının istifadəsində olan torpaq sahəsi əsassız olaraq artacaq (faktiki istifadəsində olan torpaq sahəsi sahibliyində qalmaqla və cavabdehin istifadəsində olan torpaq sahəsi ona verilməklə), cavabdeh isə ümumiyyətlə torpaqdan və üzərində olan tikililərdən mərhum olunacaqdır.

24. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, cavabdehin tikililərinin hüquq müəyyənedici sənədlərinin olmaması Mülki Məcəllənin qeyd olunan normasının tətbiqini istisna etmir;

25. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, iddianın əsaslılığını müə yyən etmək məqsədi ilə zəbtdən azad olunması tələb olunan torpaq sahəsinin cavabdehin istifadəsində nə vaxtdan olması, həmin torpaqda olan tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdeh tərəfindən faktiki istifadə və sahibliyinə səlahiyyətli dövlət orqanları və maraqlarına toxunan digər şəxslər, o cümlədən iddiaçı tərəfindən etiraz edilibedilməməsi, belə etirazlar olduğu halda bunun nəticəsi və s. məsələlər araşdırılmaqla, verilən iddia ilə iddiaçının hüquqdan suiistifadəyə yol verməsinin mümkünlüyünə hüquqi qiymət verilməli idi ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu istiqamətdə ümumiyyətlə qiymətləndirmə aparılmamışdır.

26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60cı, Mülki Məcəllənin 157. 7, 165.1, 239.2, 560.1, 560.2, 560.3.4-cü, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına, MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 101.7, 103.1, 217.4, 218.1, 220.4, 392.1.5, 416.1, 416.2, 418.1-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 27. “X14 və Ekspertiza Mərkəzi” MMC tərəfindən tərtib edilmiş 27 may 2024-cü il tarixli, 105 saylı mütəxəssis rəyinə əsasən 1. xx.xx.2004-cü il tarixli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən İddiaçı Vəliyullah oğluna satılmış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri ünvanında yerləşən 0,0205ha torpaq sahəsinin sərhəddi müəyyən edilərkən məlum oldu ki, həmin torpaq sahəsi hüquqverici sənədində qeyd edildiyi kimi öz yerindədir, koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir, faktiki sahəsi 0,031 ha təşkil edir.

2. İddiaçı Vəliyullah oğlu tərəfindən faktiki inşa edilmiş tikili ünvan 1 ünvanında yerləşən 0,025ha torpaq sahəsinin sərhəddi hüdudlarındadır.

3. Əvvəlki mülkiyyətçi X12 tərəfindən bölünərək (0,025ha hissəsi İddiaçı Vəliyullah oğluna, 0,035ha hissəsi ilə X11) satılmış torpaq sahəsinin koordinatları ilkin torpaq ayırma sahəsinə və faktiki istifadədə olan torpaq sahələrinə uyğundur.

4. Cavabdeh istifadəsində olan torpaq sahəsi ilə iddiaçının istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür, bitilik olmaqla həmsərhəddir. 5.Mübahisə predmeti olan -ünvan 1 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi ndə Cavabdeh tərəfindən zəbt edilməsi halı mövcud deyil.

6. Həmin torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı qanunsuz tikili inşa edilməmişdir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4714 nörməli eksert rəyinə əsasən JN-10723H №-li “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə” ilə (xx.xx.2004-cü il tarixli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən) İddiaçı Vəliyullah oğluna satılmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin istinad nöqtələrindən olan məsafələri və koordinatları Şəhadətnamənin tərkib hissəsi olan “Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü” hissəsində göstərilmədiyindən, JN-10723H №-li “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”də qeyd olunan 0,025 ha torpaq sahəsi i lə iddiaçının faktiki istifadəsində olan 0,031 ha. torpaq sahəsinin ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş bölgü planında qeyd olunanlara əsasən, İddiaçı satılmış 0,025 ha. torpaq sahəsi ilə X3 0,035 ha. torpaq sahəsi A.Pəri küçəsi istiqamətində yerləşməklə bir-birinə bitişik qonşu sahələr olmasını, **********90 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-1072 №-li “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”) X10 adına qeydiyyata alınmış torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki koordinatlarının üst-üstə düşməsini, eyni zamanda faktiki vəziyyətdə İddiaçı istifadəsində olan torpaq sahəsi ilə X10 istifadəsində olan torpaq sahəsinin bölgü planına uyğun olaraq bitişik qonşu sahələr olmasını nəzərə alara q, 24.01,2004-cü il tarixli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən İddiaçı Vəliyullah oğluna satılmış torpaq sahəsi ilə İddiaçı Vəliyullah" oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə olan halda İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsi qonşuluqda olmaqla üst-üstə düşmədikləri müəyyən edilmişdir. İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsi ilə X10 faktiki istifadəsində olan torpaq sahəsi qonşu torpaq sahələri olmaqla, iş materiallarına əlavə edilmiş bölgü planında qeyd olunan istiqamətlərdə həmsərhəd olduğu müəyyən edilmişdir.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(103)3208/2024 nömrəli qətna məsi ilə (hakimlər X.Ə.Sarıyev, G.T.Axundova, F.H.Qasımov) X6 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmiş, məhkəmə xərcləri həll edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəsisinin rəyi tələb olunsa da, həmin rəy məhkəməyə daxil olmamış, kollegiya hazırkı işin prosessual müddətlərini nəzərə alaraq, işdə olan digər mütəxəsis rəyini və ekspert tərəfindən verilmiş rəydə GPS vasitəsi ilə aparılmış ölçü işlərinə əsasən koordinatlar nəzərə alınmaqla müfəssəl rəy verildiyini nəzərə alaraq, işə baxılmasını mümkün hesab etmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi beləliklə hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

32. Kollegiya digər təfəfdən qeyd etmişdir ki, 24 may 2023-cü il tarixli mütəxəssis rəyi (Əd liyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli ekspert rəyi məhz bu mütəxəssis rəyinə istinadla verilmişdir) ətraflı araşdırma aparılmadan verilmişdir. MPM-nin 64-cü maddəsinə əsasən mütəxəsis zəruri biliyə malik olmaqla, ekspert MPM-nin 63-cü maddəsinə əsasən xüsusi biliyə malikdir. Buna görə də, kollegiya əvvəlki mütəxəsis məsləhəti və ekspert rəyini mötəbər sübut kimi qəbul etməmişdir.

33. Kollegiya qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 24 may 2023-cü il tarixli mütəxəssis rəyində (Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 5 iyul 2023-cü il tarixli ekspert rəyi məhz bu mütəxəssis rəyinə istinadla verilmişdir) mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edilməklə, əraz inin 0,025 ha deyil, 0,031 ha olması nəticəsinə gəlinmişdir. Həmçinin rəydə torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunun müəyyən edilməsi qeyd edilsə də, bu hal vahid elektron kadastr baza məlumatlarına əsasən müəyyən olunmuşdur.

34. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi Torpağın mülkiyyətə verilməsinə dair JN-10723H, KOD 00500016 nömrəli şəhadətnamənin tərkib hissəsi olan 17 fevral 2004-cü il tarixli torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü sənədində iddiaçının mülkiyyətində olan torpağın hüdudları koordinatlarla deyil, qonşu sahələri ilə müəyyən edilmişdir.

35. Məhkəmə isə iddiaçının torpaq sahəsini qonşu sahələrinə münasibətdə yerləşməsini yoxlamamışdır. Belə ki, mübahisəli torpaq sahəsi əvvəllər 0,06 ha torpağın tərkib hissəsi olmuş və 24 yanvar 2004- cü il tarixdə əvvəlki mülkiyyətçi X12 tərəfindən bölünərək, 0,025 ha hissəsi iddiaçıya, 0,035 ha hissəsi ilə X15 adlı şəxsə satılmışdır. İddiaçı və X10 torpaq sahələri sərhəddir. Cavabdeh apellyasiya şikayətində Azər Əliyevin mülkiyyətində olan torpaq sahəsinin hüquq müəyyənedici sənədlərə uyğun yerləşməsini qeyd etmişdir.

36. Hazırda keçirilən ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, İddiaçı satılmış 0,025 ha. torpaq sahəsi ilə X3 0,035 ha. torpaq sahəsi A.Pəri küçəsi istiqamətində yerləşməklə bir-birinə bitişik qonşu sahələrdir. Torpaq sahəsinin Azər Əliyevə məxsus hissəsinin alındığı yerdə yerləşməsi, iddiaçıya məxsus hissəsinin isə ayrı yerdə yerləşməsi texniki cəhətdən mümkün deyil. Çünki bu iki torpaq sahəsi satılmazdan əvvəl bir torpaq sahəsi olmuş, sonra iki yerə bölünərək satılm ış, yerləşdiyi yerlər dəyişməmişdir. **********90 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-1072 №-li “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”) X10 adına qeydiyyata alınmış torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki koordinatları üst-üstə düşür. Həmçinin faktiki vəziyyətdə İddiaçı istifadəsində olan torpaq sahəsi ilə X10 istifadəsində olan torpaq sahəsinin bölgü planına uyğun olaraq bitişik qonşu sahələrdir. Buna görə də, xx.xx.2004-cü il tarixli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən İddiaçı Vəliyullah oğluna satılmış torpaq sahəsi ilə İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir.

37. Beləliklə, ekspert tərəfindən müəyyən etmişdir ki, İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsin də olan torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsi qonşuluqda olmaqla üst-üstə düşmür. Göründüyü kimi iddiaçı mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz olaraq tikinti işlərinin həyata keçirilməsini, cavabdehin istifdəsində olan torpaq sahəsinin faktiki olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsi olmasını iddia etsə də, iş üzrə əldə edilmiş ekspert rəyi və cavabdeh tərəfindən təqdim olunmuş mütəxəsis məsləhəti ilə xx.xx.2004-cü il tarixli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən İddiaçı Vəliyullah oğluna satılmış torpaq sahəsi ilə İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşdüyü, iddiaçının faktiki istifadəsində olan toopaq sahəsinin X10 istifadəsində olan torpaq sahəsinin bölgü planına uyğun olaraq bitişik qonşu sahələr olması, **********90 reyestr nömrəli X1 adına qeydiyyata alınmış torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki koordinatlarının üst-üstə düşməsi, İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsinin qonşuluqda olmaqla üst-üstə düşmədikləri müəyyən edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, göstərilən halları araşdırmadan və qiymətləndirmədən birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar ay dınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilərək, yeni qətnamə qəbul edilməlidir. Beləliklə işin müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi iş materialları ilə öz təsdiqini tapmadığından, həmçinin ekspert rəyi və mütəxəsis məsləhətinin işdə olan digər sübutlarla müqayisəli təhlili nəticəsində İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsi qonşuluqda olmaqla üst-üstə düşmədikləri, həmsərhəd olduğu müəyyən edildiyindən iddia tələbi əsassız olmaqla təmin edilə bilməz. 40. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üz rə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

41. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin mənmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə ya lınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, hazırkı halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir.

43. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təkrar ekspertiza keçirilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, işdə olan hazırkı ekspert rəyini şübhə altına ala biləcək mötəbər sübutlar təqdim olunmamışdır. Digər tərəfdən, məhkəmə hazırkı iddianın qaldırılması ilə iddiaçı tərəfindən hüquqdan sui-istifadə halına yol verilməsi baxımından hüquqi qiymət verməmişdir. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. İddiaçı məhkəmə kollegiyasının iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun faktiki istifadəsində olan torpaq sahəsinə görə çıxarış verilsə belə, o, cavabdehin istifadsində olan torpaq sahəsini də tələb edir.

44. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə nəzərə almamışdır ki, iddianın bu qaydada təmin olunması nəticəsində iddiaçının istifadəsində olan torpaq sahəsi əsassız olaraq artacaq (faktiki is tifadəsində olan torpaq sahəsi sahibliyində qalmaqla və cavabdehin istifadəsində olan torpaq sahəsi ona verilməklə), cavabdeh isə ümumiyyətlə torpaqdan və üzərində olan tikililərdən mərhum olunacaqdır.

45. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60cı, Mülki Məcəllənin 157.7, 165.1, 239.2, 560.1, 560.2, 560.3.4-cü, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 101.7, 103.7, 107, 119.1, 217.4, 384.0.2, 385 və 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

47. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Mülki Məcəlləsinin 152.1, 157.1., 157.4, 239.2-ci, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına, MPM-in 4.1, 4.2, 9.1, 9.3, 14.1, 88, 217-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edilərkən maddi və prosesual huquq normalarının tələbləri kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. ünvan 1 ünvanında yerləşən xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığım torpaq sahəsinin (0,025 ha) mülkiyyətçisi olan satıcı X7 xüsusi mülkiyyətində olan həmin 0,06 ha torpaq sahəsini xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin ünvanda yerləşən və JN-7657H KOD ******* saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Nəsrəddin Məmmədyar oğlunun xüsusi mülkiyyətində olan 0,118 ha torpaq sahəsinin bir hissəsi olmuşdur. Həmin torpaq sahəsindən (0,118 ha) qalan 0,058 ha torpaq sahəsi (JN-8405 KOD 00500016 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”) Nəsrəddin Məmmədyar oğlunun xüsusi mülkiyyətində qalmışdır. Belə olan halda isə xx.xx.2004-cü il tarixdə aldığı 0,025 ha torpaq sahəsiX7 torpaq sahəsinin (0,6 ha) bir hissəsi olduğundan və o da həmin torpaq sahəsini (0,6 ha) Nəsrəddin Məmmədyar oğlunun torpaq sahəsinin (0,118 ha) bir hissəsi olaraq aldığından, onun aldığı torpaq sahəsi (0,025 ha) də Nəsrəddin Məmmədyar oğlunun (0,580 ha) torpaq sahəsi ilə həmsərhəd olmaqla ona bitişik olmalıdır. Apellyasiya instansiyası məhkəməsinin belə qənaətə gəlməsi ki, guya CavabdehŞaiq oğlu xüsusi mülkiyyətində olan torpaq sahəsindən 20 ildir ki, faktiki olaraq istifadə edilr. Buna aid cavabdeh tərəf heç bir sübut təqdim etməmişdir. Əslində həmin torpaq sahəsinin ona məxsus olması barədə məlumatı təxminən 4-5 il bundan əvvəl olmuşdur. Belə ki, əsas torpaq sahəsinin (0,1180 ha) mülkiyyətçisi Nəsrəddin Məmmədyar oğlu təxminən 5 il bundan əvvəl rəhmətə gedəndən sonra onun vərəsələri həmin 0,06 ha (0,025 ha və 0,035 ha) torpaq sahəsinin taleyi ilə maraqlanan vaxtdan Cavabdeh həmin torpaq sahəsinin (0,06 ha) boş olmasından istifadə edərək zəb t etmiş və həmin torpaq sahəsində özbaşına tikinti işləri aparmağa başlamşdır. Həmin vaxtdan (2020-ci ildən) da Cavabdeh özbaşnalığı barədə hüquq-mühafizə orqanlarına şikayətlər etmiş, buna baxmayaraq cavabdeh orada (0,035 ha hissədə) tikinti, birmərtəbəli ev tikmişdir. Cavabdehin digər torpaq sahəsində (0,035 ha) qanunsuz olataq inşaetdiyi özbaşına tikililərdən yalnız cüzi bir hissəsi, yəni talvarın dirəkləri onun xüsusi mülkiyyətində olan torpaq sahəmə (0,025 ha) düşür. Cavabdehin qanunsuz hərəkətləri barədə məlumatı olan vaxtdan (təxminən 4-5 il bundan əvvəl) da həmin torpaq sahəsi ilə bağlı cavabdehlə aralarında mübahisə yaranmışdır. Bu fakt onu təsdiq etmişdir ki, Cavabdeh 20 il müddətində həmin torpaq sahəsindən istifadə etməsi mümkün deyil. Cavabdeh həmin torpaq sahəsini zəbt etdiyi vaxtdan aralarında mübahisə yaranmışdır. Bundan başqa Cavabdeh 2023-cü ildə Bakı İnzibati Məhkəməsində (2- 1(112)-15798/2023) mənim xüsusi mülkiyyətimdə olan torpaq sahəsinə dair JN-10723 (kod ********) nömrəli şəhadətnaməni mübahisələndirmiş, habelə torpaq sahəmə dair koordinatların dəyişdirilməsini tələb etmişdir. Bu fakt da onu təsdiq edir ki, hazırda cavabdeh olan Cavabdeh məqsədi xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbt etmək olmuşdur. Həmin məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti“Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin Arxiv sənədləri tələb edilmiş və həmin Xidmət tərəfindən xx.xx.2023cü il tarixdə ünvanlanmış Arxiv sənədləri ilə də tam təsdiq olunmuşdur ki, xx.xx.20 23-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Nəsrəddin Məmmədyar oğlundan (0,118 ha torpaq sahəsindən) X12 0,06 ha torpaq sahəsini almışdır. Nəsrəddin Məmmədyar oğlu özünə məxsus 0,118 ha torpaq sahəsinin 0,06 ha hissəsini satdıqdan sonra özündə 0,058 ha torpaq sahəsi qalmışdır. Belə olan halda isə xüsusi mülkiyyətində 0,025 ha torpaq sahəsi də Nəsrəddin Məmmədyar oğlunun torpaq sahəsi (0,058 ha) ilə həmsərhəd (bitişik) olmalıdır. Bundan başqa məhkəmə kollegiyasına təkrar ekspertiza təyin edilməsi barədə təqdim etdiyi xx.xx.2024-cü il tarixli vəsatəti (rəylər arasında ciddi ziddiyyətlər olduğuna görə) təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq şikayətin əsassız olduğu üçün təmin edilməməsini, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

50. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

51. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

52. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

53. Maddə 172.3.Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

54. Maddə 172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir.

55. Maddə 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri b arədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Kass asiya şikayətində qətnamə tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

66. Baxılan işdə mübahisə predmetini iddiaçının mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,025 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək orada qanunsuz tikili aparılması iddiası ilə cavabdehin həmin sahədən çıxarılması, tikilinin onun hesabına sökülməsi və ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə tələblər təşkil edir.

67. İddiaçı, tələblərinin faktiki əsası kimi qeyd edilən torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair 09 fevral 2004-cü il tarixli, JN-10723H KOD 005000 16 saylı şəhadətnaməyə, həmin əraziyə faktiki olaraq cavabdehin sahiblik etməsinə istinad edir.

68. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, mübahisəli torpaq sahəsi iddiaçıya məxsus deyil, onu başqa şəxslərdən sənədsiz almışdır, iddiaçı özünə məxsus olan ayrı torpaq sahəsində ev inşa etdirmişdir.

69. İşin qeyd edilən halları nəzərə alınmaqla tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilə bilər. Bu normaya əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

70. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənas ından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin qanunsuz şəkildə və əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir.

71. Baxılan işin də mübahisəli hallarından birincisi, iddiaçının mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olub-olmamasıdır. Belə olan halda, həmin faktiki halın mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən düzgün müəyyənləşdirilməsi əhəmiyyətli olmuşdur.

72. Birinci instansiya məhkəməsi və birinci apellyasiya kollegiyası iş üzrə keçirilmiş ekspertizanın rəyi əsasında cavabdehin sahiblik və istifadəsində olan mübahisəli ərazinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi olduğu qənaətinə gəlmiş və iddianı təmin etmişlər.

73. İşə kassasiya qaydasında birinci dəfə baxılarkən məhkəmə tərkibi apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab etməmiş və mövqeyini belə əsaslandırmışdır ki: “apellyasiya məhkəməsi iddiaçının mülkiyyət sənədi üzrə torpaq sahəsinin faktiki yerləşdiyi ərazidən kənarda olması, yəni ərazidə torpaq sahələrinin yerləşməsində sürüşmənin mövcudluğuna dair cavabdehin dəlili üzrə araşdırma aparmamışdır”; “Cavabdeh iddiaçının torpaq sahəsinin sənədinin faktiki yerləşdiyi əraziyə uyğun olaraq tərtib olunmadığını iddia etdiyi halda, apellyasiya məhkəməsi mübahisəli sahənin onun sənədinə uyğun, yəni qonşu sahələrinə münasibətdə yerləşməsini yoxlamamışdır”; “Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi hazırki iddianın qaldırılması ilə iddiaçı tərəfindən hüquqd an sui-istifadə halına yol verilməsi baxımından hüquqi qiymət verməmişdir”.

74. Əvvəlki kassasiya kollegiyası həm də o xüsusata diqqət çəkmişdir ki, “...mübahisəli torpaq sahəsi əvvəllər 0,06 ha torpağın tərkib hissəsi olmuş və 24 yanvar 2004-cü il tarixdə əvvəlki mülkiyyətçi X12 tərəfindən bölünərək, 0,025 ha hissəsi iddiaçıya, 0,035 ha hissəsi ilə X15 adlı şəxsə satılmışdır. Cavabdeh apellyasiya şikayətində Azər Əliyevin mülkiyyətində olan torpaq sahəsinin hüquq müəyyənedici sənədlərə uyğun yerləşməsini, iddiaçının sənədlərinə uyğunsuzluq olmasını bildirdiyi halda, apellyasiya məhkəməsi apellyasiya şikayətinin bu dəlili üzrə də hər hansı dəyərləndirmə aparmamışdır”.

75. Göründüyü kimi, ikinci apellyasiya baxışında işin əsas mübahisəli halı kassasiya məhkəməsinin göstərişləri əsasında y enidən araşdırılmalı olmuşdur.

76. Apellyasiya məhkəməsi müvafiq araşdırmalar edərək əlavə ekspertiza keçirsə də, işin qanuni və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halı – cavabdehin sahibliyində olan mübahisəli ərazinin mülkiyyət hüququ ilə iddiaçıya verilmiş şəhadətnamənin sərhədləri daxilində yerləşib-yerləşmədiyini etibarlı şəkildə müəyyənləşdirmədən iddianı rədd etmişdir.

77. Birincisi, bu xüsusat iddiaçının mülkiyyət sənədində göstərilən torpaq sahəsinin koordinatları və döngə nöqtələri əsasında mütəxəsssis və ixtisaslı şəxslərin rəyi əsasında dəqiqləşdirilə bilərdi. Təbii ki, bu tədqiqatlar aparılarkən və əldə edilmiş rəylər qiymətləndirilərkən bu qərarın 74-cü bəndində göstərilən xüsusatın, yəni əvvəllər Faiq Yaqubova məxsus olmuş 0,06 ha torpaqdan iddiaçıya satılmış 0,025 ha s ahə ilə Azər Əliyevə satılmış 0,035 ha sahənin yanaşı yerləməli olduğu halda iddiaçının sənəd üzrə torpağının çıxarış almış A.Əliyevin qonşuluğunda deyil, başqa yerdə - hazırda cavabdehin sahiblik etdiyi ərazidə yerləşməsi haqqında gəlinən nəticənin mötəbərliliyi də aydınlaşdırılmalı, həmin ziddiyyət aradan qaldırılmalı idi.

78. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4714 nörməli rəyində İddiaçı satılmış 0,025 ha. torpaq sahəsi ilə X3 0,035 ha. torpaq sahəsi A.Pəri küçəsi istiqamətində yerləşməklə bir-birinə bitişik qonşu sahələr olması, **********90 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-1072 №-li “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”) X10 adına qeydiyyata alınmış torpaq sahəsinin s ənəd üzrə koordinatları ilə faktiki koordinatlarının üstüstə düşməsi, eyni zamanda faktiki vəziyyətdə İddiaçı istifadəsində olan torpaq sahəsi ilə X10 istifadəsində olan torpaq sahəsinin bölgü planına uyğun olaraq bitişik qonşu sahələr olması nəzərə alınaraq, 24.01,2004-cü il tarixli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən İddiaçı Vəliyullah oğluna satılmış torpaq sahəsi ilə İddiaçı Vəliyullah" oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə olan halda İddiaçı Vəliyullah oğlunun faktiki istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsi qonşuluqda olmaqla üst-üstə düşmədikləri müəyyən edilmişdir.

79. Göründüyü kimi, bu rəy Azər Əliyevin sənədi ilə əlaqələndirilməklə İddiaçı faktiki istifadəsində olan torpaq s ahəsi üzrə gəlinən nəticəni əks etdirir. Rəydən cavabdehin sahibliyində olan mübahisəli ərazinin hüquqən, yəni mülkiyyət hüququ ilə iddiaçıya verilmiş JN-10723H saylı şəhadətnamənin sərhədləri daxilində yerləşib-yerləşmədiyi aydın olmur.

80. Halbuki, iş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyində qeyd olunmuşdur ki, “Vahid elektron baza məlumatlarına əsasən JN10723H saylı şəhadətnamənin məlumatı Cavabdeh istifadə etdiyi sahə kimi göstərilən (sənəd təqdim edilməyib) ərazi ilə üst-üstə düşür”.

81. Yol verilən ikinci prosessual pozuntu ondan ibarətdir ki, apellyasiya məhkəməsi ekspertiza təyin edərkən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisini tədqiqata cəlb etsə də, həmin qurumun xx.xx.2024-cü il tarixli rəyini gözləmədən xx.xx.2024-cü ildə qətnamə çıxarmışdır (rəy isə iki gün sonra – noyabrın 1-də məhkəməyə daxil olmuşdur).

82. Bu hal ona dəlalət edir ki, araşdırma natamam və tələsik aparılmış, əvvəlki kassasiya baxışında verilən göstərişlər tam şəkildə yerinə yetirilməmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyi ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4714 nörməli rəyi müqayisəli şəkildə təhlil edilməmiş, yuxarıda göstərilən ziddiyyətli məqamlar aradan qaldırılmamışdır.

83. H albuki, Mülki Prosessual Məcəllənin tələblərinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir (§ 56, 58, 60, 62).

84. İşə ikinci dəfə baxan apellyasiya kollegiyası bu normaların tələblərinə əməl etmədən qətnamə çıxarmışdır.

85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunm uş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

86. Məhkəmə tərkibi onu da qeyd edir cavabdehin mülkiyyət hüququ ilə iddia çıya verilmiş JN-10723H saylı şəhadətnamənin sərhədləri daxilində tikili inşa etdiyi (iddiaçının mülkiyyətinə müdaxilə) təsbit olunacağı halda, bu müdaxilənin qanunsuz olub-olmaması da aydınlaşdırılmalıdır. Bu zaman tərəflərin faktiki münasibətləri baxımından iddiaçının bu tikiliyə dözməklə əvəz almalı olduğuna, yoxsa cavabdehin bilə-bilə başqasının ərazisində tikili inşa etməsi, mülkiyyətçinin də buna dərhal etiraz etməsi səbəbdindən tikilinin sökülməsi tələbinin əsaslı olmasına “başqasının torpaq sahəsində inşa edilən tikinti və çıxıntlı binalar haqqında qaydalar” da nəzərə alınmaqla hüquqi qiymət verilməlidir (§ 49, 5355; bu barədə daha ətraflı bax: Ali Məhkəmənin Mülki kollegiyasının *** işarəsi ilə indeksləşdirilmiş 2(102)-1116/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli qərarına).

87. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

88. Təkrar apellyasiya baxışında kassasiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla, tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət ve rilməlidir.

89. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3208/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar