Məhkəmə qərarları › İş №2(102)-2786/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2786/2024

24.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2786/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehə qarşı “torpaq sahəsinin zəbtdən azad edilərək qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDADI (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayəti imzalanmadıqda) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1797/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı (Vəkil) tərəfindən verilmiş kassasi ya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş Qazax rayonunun Ağköynək kəndində yerləşən onlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,15 metr uzunluğunda, 11 metr enində hissəsinin zəbtdən azad edilərək qaytarılması və dəymiş ziyana görə 5.000 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı daha sonra əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların uzun müddət cavabdeh tərəfindən süründürməçiliyə məruz qalmaları, mülkiyyət hüquqlarının pozulması, bu faktların DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli aktı ilə təsdiq olunduğunu, habelə külli miqdarda zərər çəkdiklərini, 6 ildə 12.000 manat faydanın əllərindən çıxdığını nəzərə alaraq cavabdeh tərəfindən zəbt olunmuş 0,15 ha torpaq sahələrinin zəbtdən azad edilərək özlərinin sahibliyinə qaytarılması, maddi ziyana görə 12.000 manat, mənəvi ziyana görə 5.000 manat olmaqla, cəmi 17.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin cavabdeh qismində cəlb olunmasını və onun paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,3069 ha hektarın (1/3-indən az) torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinə görə 36 manat əvəzinə, ondan 336 manat artıq alınmış 300 manat pulun ona qaytarılması və cavabdeh "xxxx" ASC tərəfindən zəbt olunmuş onun paylı mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin zəbtdən azad edilməsi, özünün sahibliyinə qaytarılması, maddi ziyana görə 14.000 manat, mənəvi ziyana görə 10.000 manat, cəmi 24.300 manat pulun müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsi, cavabdeh "xxxx" ASC tərəfindən zəbt olunmuş onun paylı mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin zəbtdən azad olunması mümkün olmayacağı təqdirdə zəbt olunmuş 0,15 ha torpaq sahəsinin əvəzində 500 manat məbləğində birdəfəlik kompensasiya pulunun ona ödənilməsi barədə ədalətli, əsaslı va qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDiLMiŞ MƏHKƏMƏ A KTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. Qazax Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(023)-33/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fəxri Məmmədov) iddianın təmin olunmaması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 336 manat ekspertiza xərcinin iddiaçının özünə aid edilməsi, iddiaçıdan 100 manat məbləğində ekspertiza xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

5. Qazax Rayon Məhkəməsinin 2(023)-33/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərardadı ilə (hakim Fəxri Məmmədov) iddia tələbinin “cavabdeh tərəfindən zəbt olunmuş paylı mülkiyyətdə olan 0,15 ha torpaq sahəsinin zəbtdən azad olunması mümkün olmayacağı təqdirdə zəbt olunmuş 0,15 ha torpaq sahəsinin əvəzində 500 manat məbləğində birdəfəlik kompensasiya pulunun iddiaçıya ödənilməsinə” dair hissəsinə xitam verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin mahiyyəti üzrə tam, hərtərəfli və obyektiv baxılması, ədalətli qiymətləndirilməsi üçün Qazax Rayon Məhkəməsinə göndərilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(10 4)-1797/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Mamedov (sədrlik edən və məruzəçi), Aygül İsgəndərova və Afiq Hüseynzadə) iddiaçının apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin mahiyyəti üzrə tam, hərtərəfli və obyektiv baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektr on qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

10. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

11. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

12. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermir sə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

13. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

14. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanunu

15. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.

16. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, iddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlid ir.

18. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

19. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu t ələblərə tam əməl etməmişdir. İş materialları araşdırılarkən məlum olur ki, kassasiya şikayəti Vəkil tərəfindən elektron qaydada imzalansa da, iddiaçının özü tərəfindən elektron qaydada imzalanmamış, habelə vəkilə iddiaçının adından kassasiya şikayəti vermək səlahiyyəti barədə etibarnamə verilməmişdir.

20. Buna görə də apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.

21. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən kassasiya şikayətinin nümayəndə tərəfindən imzalanmaması), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

23. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının (Vəkil) kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, ger i qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.

25. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 407-409-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1797/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar