Məhkəmə qərarları › İş №2(102)-2790/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2790/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2790/2024 04.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc üzrə faizlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2487/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını ara şdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC) (bundan sonra - iddiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında xx.xx.2022-cü il tarixli, HO**********2 saylı çərçivə kredit və girov müqaviləsi bağlanmışdır;

3. İddiaçı ASC cavabdehə istehlak təyinatlı məhsul və xidmətlərin alışı üçün 24 ay müddətinə, illik 30% ödəmək şərti ilə 11300 manat məbləğində kredit verilmişdir. Borc alanın bu müqavilə üzrə borc verən qarşısında götürdüyü öhdəliklərin təminatı qismində bu müqavilə ilə eyni vaxtda SG-HO**********2 saylı saxlanc girovun qiymətləndirilməsinə dair 2 saylı Əlavədə göstərilən qızıl zinət əşyaları çıxış etmişdir; 4. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə, müvafiq plastik kart və kod cavabdehə təhvil verilmişdir; 5. xx.xx.2022-cü il tarixli, HO0004602-2022 saylı çərçivə kredit və girov müqaviləsinə1 nömrəli Əlavədəki ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 635,42 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən kredit borcu üzrə 7097.49 manat əsas, 335.41 manat faiz və 150 manat cərimə olmaqla, cəmi 7583 manat və ödənilmiş 96 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qeyd edilən kredit müqaviləsinin şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. Hazırda, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 7097.49 manat əs as, 335.41 manat faiz və 150 manat cərimə olmaqla, cəmi 7583 manat kredit borcu qalmaqdadır.

8. Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) e2(006)-431/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia qismən təmin edilərək cavabdehdən 7097.49 manat əsas, 335.41 manat faiz, 50 manat cərimə, cəmi 7482.90 manat və dövlət rüsumuna görə ödənilmiş 96 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli maliyyə arayışından əsasən iddiaç ı ilə cavabdeh arasında bağlanmış çərçivə kredit və girov müqaviləsinə əsasən iddiaçının xx.xx.2023-cü il tarixinə üzrə 7097.49 manat əsas, 335.41 manat faiz və 150 manat cərimə olmaqla, cəmi 7583 manat borcu vardır.

10. İddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, qeyd edilən çərçivə kredit və girov müqaviləsi üzrə 50 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 462.1, 462.3, 467, 448.1, 449.1, 739-cu, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.3, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məh kəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti Mülki Məcəllənin 741, 390.2, 741-ci maddələrinə istinadən belə əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya borcu düzgün hesablanmamışdır. Tələblərin artırılması üzrə mühasibatlıq ekspertizası aparılmamışdır. Ödəniş cədvəllərində kredit üzrə faizlərin ayda bir dəfə ödənilməsi nəzərdə tutulur. Faktiki olaraq da faizlər cavabdehdən ayda bir dəfə tutulmuşdur. Kredit müqavilələrində faizlərin ayda bir dəfə tutulmasının nəzərdə tutulması və faktiki olaraq imperativ normanın pozulmasıdır. Nəticədə, cavabdehin iddiaçıya olan əsas borcu şişirdilmişdir. Belə ki, cavabdehin il ərzində iddiaçıya ayda bir dəfə ödədiyi pul məbləği əsas borca yönəldilsə idi, cavabdehin iddiaçıya olan borcu xeyli azalmış olardı. Mübahisənin əsas səbəbi o olmuşdur ki, iddiaçı cavabdehə mənsub olan girov əmlakı satdığını bildirmişdir. Sonradan bu təkzib edilsə də, iddiaçı girovun onda olduğunu təsdiq edən sübut təqdim etməmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2487/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, kredit müqaviləsində faizin tutulması ilə bağlı şərtin nəzərdə tutu lması qanunvericiliyin pozulması deyil. Belə ki, tərəf kredit müqaviləsini imzalayarkən müqavilədə nəzərdə tutulmuş şərtlərə razılığını ifadə etmişdir. Hazırda mübahisələndirilən halın müqavilə əsasının təşkil edən iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, təqdim edilən kredit xəttindən istifadəyə görə illik faiz dərəcəsinin 48%-dən çox ola bilməyəcəyi razılaşdırılmışdır. Həmçinin müqavilənin 4.1-ci bəndinə əsasən, tərəflər arasında kredit xəttinin verilməsini təsdiq edən və imzalanmış ödəniş cədvəlində kredit xəttinin ilkin məbləği, aylıq faiz məbləği, müddəti, aylıq ödənişlərin məbləği və digər kredit məlumatları göstərilmişdir. Müqavilənin 5.6-cı bəndinə əsasən, kredit xəttindən istifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı günə qədər faktiki gün sayına uyğun olaraq bir ildə 360 gün hesabı ilə hesablanır.

16. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlili olan Mülki Məcəllənin 741-ci maddəsinə istinadla bağlı qeyd etmişdir ki, fevral 2023-cü il tarixli 822https://e-qanun.az/framework/53824VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə istinad olunan normanın məzmunu dəyişdirilmiş, yəni artıq hüquqi qüvvəsi yoxdur. Qanunun geriyə qüvvəsi isə hazırkı mülki iş üzrə olan münasibətlərə şamil oluna bilməz, bu halda normanın geriyə qüvvəsi borcalanın hüquqi vəziyyətini yaxşılaşdırırsa belə, borcverənin hüquqlarının pozulmasını səbəb olur, belə ki, tərəflər arasında yaranmış kredit münasibətləri onların qarşılıqlı razılığının ifadə olunduğu kredit müqaviləsinə əsaslanır.

17. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin digər dəlili olan mühasibatlıq ekspertizasının keçirilməməsinə münasibətdə hesab etmişdir ki, qeyd olunan hesablamaların aparılması xüsusi-sahəvi biliklərin tətbiqini tələb etmir. İddiaçının tələbinə əsasən ödənilməli olan borcun faizə aid hissəsi riyazi hesablama ilə bağlı səhv tətbiq edilməmişdir, apellyator mülki qanunvericiliyin normalarının müqavilədə düzgün təsbit olunmamasını vurğulamış, bu hala kollegiya tərəfindən münasibət bildirilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:

18. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)-2487/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməs i və iddianın rədd edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılaraq qeyd edilmişdir ki, Mülki Məcəllənin 741-ci maddəsinə (müqavilə bağlandığı andakı redaksiyada) əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Beləliklə, mülki dövriyyə iştirakçıları arasında müqavilə azadlığı prinsipini təbliğ edən bu müddəa sonsuz “azadlığı” məhdudlaşdıraraq, imperativ normalardan asılı edir. Kredit müqavilələrində faizlərin ayda bir dəfə tutulmasının nəzərdə tutulması və faktiki olaraq tutulması Mülki Məcəllənin 741-ci maddəsində təsbit edilmiş imperativ normanın pozulmasıdır. Nəticədə Cavabdehin İddiaçıya olan əsas borcu şişirdilmişdir. Belə ki, Cavabdehin il ərzində İddiaçıya ayda bir dəfə ödədiyi pul məbləği əsas borca yönəldilsəydi, Cavabdehin iddiaçıya olan borcu xeyli azalmış olardı. Məhkəmə bu normanı nəzərə almamışdır. O cümlədən müvafiq ekspertiza təyin edilməmiş, yekunda borc səhv hesablanmışdır.

20. Apellyasiya instansiya məhkəməsinin mövqeyi tamamilə yanlışdır. Ona görə ki, Mülki Məcəllənin sözügedən norması (əvvəlki redaksiyada) imperativ idi. Məhkəmə nəyə əsasən onu dispozitiv hesab edir axı? Əksinə, həmin norma 24 fevral 2023-cü il tarixli 822VİQD nömrəli Azərbaycan RespublikasınınQanunu ilə dəyişiklik ediləndən sonra dispozitiv formada 740.5-ci maddədə təsbit edilmişdir: “Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidi r.” Buna görə də Qətnamənin 38ci bəndindəki bu fikir tamamilə səhvdir: “Qanunun geriyə qüvvəsi isə hazırkımülki iş üzrə olan münasibətlərə şamil oluna bilməz, bu halda normanın geriyə qüvvəsi borcalanın hüquqi vəziyyətini yaxşılaşdırırsa belə, borcverənin hüquqlarının pozulmasını səbəb olur, belə ki, tərəflər arasında yaranmış kredit münasibətləri onların qarşılıqlırazılığının ifadə olunduğu kredit müqaviləsinə əsaslanır”. Çünki mövcud norma əksinə borcverənin vəziyyətini yaxşılaşdırır: norma artıq dispozitivdir. Əvvəlki norma isə imperativ idi və borcalanın mənafeyinə uyğun idi, amma Məhkəmə onu tətbiq etmir, halbuki özü də etiraf edir ki, “Qanunun geriyə qüvvəsi isə hazırkı mülki iş üzrə olan münasibətlərə şamil oluna bilməz”. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasi ya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

27. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının kredit müqaviləsindən irəli gələn borc tələbi təmin olunmuş həcmdə əsaslıdır. Faizin hesablanması ilə bağlı cavabdehin etirazı iddianın rədd edilməsi üçün əsas təşkil etmir.

39. Belə ki, Mülki Məcəllənin 741-ci maddəsinin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdəki redaksiyasına əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

40. Kassator bildirir ki, bu norma imperativ olmuşdur, kredit müqaviləsində faizlərin ayda bir dəfə ödənilməsi barədə razılaşma və faktiki olaraq tutulması həmin imperativ normanın pozulmasıdır.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

42. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq kassasiya şikayətinin dəlilləri üzrə onu da qeyd edir ki, mülki hüquqlar məcburi qaydalarla ancaq qanunda nəzərdə tutulmuş mənafelər naminə və mütənasib şəkildə məhdudlaşdırıla bilər.

43. Mülki Məcəllənin 6.3-cü maddəsinə əsasən, dö vlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

44. Bu baxımdan Mülki Məcəllənin 741-ci maddəsinin sözügedən redaksiyası tərəflərin iradələri və müqavilə azadlığı çərçivəsində kredit müqaviləsi üzrə faizləri aylıq razılaşdırmaq imkanlarını məhdudlaşdıran müddəa olmamışdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edi lməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2487/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar