Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2796/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundanibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-353/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1992-ci ildən xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi almışdır. xx.xx.2002-ci il tarixdən isə İddiaçı müddətsiz İİ qrup əlillik təyin edilmiş, Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatında əmək zəmanəti bölməsində “əmək qabiliyyətsiz” qeyd edilmişdir.
2. İddiaçı xx.xx.2008-ci il tarixdən X xx.xx.2008-ci il tarixdən Nəqliyyat sahəsinə 3 aylıq sınaq müddəti ilə 10-cu dərəcə üzrə mexanik vəzifəsinə, xx.xx.2009-cu il tarixdən 11-ci dərəcəli mexanik vəzifəsinə, xx.xx.2010-cu il tarixdən 8 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə,daha sonra isə yerli telefon rabitəsinin telefonçusu kimi işə qəbul edilmişdir. 3. 12 nömrəli Tibbi-Sosia l Ekspert Komissiyasının sədri tərəfindən X İddiaçı yerli telefon rabitəsinin telefonçusu peşəsində işləyə bilməsi barədə xx.xx.2012-ci il tarixli məktub ünvanlanmışdır.
4. X rəhbərliyi İddiaçı TSEK tərəfindən verilmiş onun müddətsiz 2-ci qrup əlil təyin edilməyi barədə arayışda İ deyil, İİ dərəcəli əlillik verilməsinə baxmayaraq, “əmək qabiliyyətsizdir” sözünün yazılmasına əsaslanaraq, xx.xx.2023-cü il tarixli, 14-2-2-6/3-1K36/2023 saylı əmrlə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən işdən azad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun X (bundan sonra- cavabdeh) yerli telefon rabitəsinin 5-ci dərəcəli telefonçusu vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, mediasiya təşkilatına ödənilmiş 50 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci ildən cavabdehin X işləyir. Belə ki, cavabdehin X xx.xx.2008-ci ildə Nəqliyyat sahəsinə 3 aylıq sınaq müddəti ilə 10-cu dərəcə üzrə mexanik vəzifəsinə,xx.xx.2009-cu ildə isə 11-ci dərəcəli mexanik vəzifəsinə qəbul edilmişdir. xx.xx.2010-cu ildə isə 8 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə,daha sonra isə yerli telefon rabitəsinin telefonçusu kimi işə qəbul edilmişdir. 1998-ci ildə Azə rbaycan Texniki Universitetini bitirmişdir. X işləyərkən peşəkarlıq səviyyəsinə və əmək funksiyasını yerinə yetirməyinə dair heç bir irad tutulmamışdır. 1992-ci ildən xəstəliyi ilə əlaqədar əlillikdərəcəsi almışdır. xx.xx.2002-ci ildən isə iddiaçıya müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. X rəhbərliyi iddiaçının TSEK tərəfindən verilmiş onun müddətsiz 2-ci qrup əlil təyin edilməyi barədə arayışda 1 deyil,2-ci dərəcəli əlillik verilməsinə baxmayaraq, “əmək qabiliyyətsizdir” sözünün yazılmasına əsaslanaraq xx.xx.2023-cü il tarixli 14-2-2-6/3-1K-36/2023 N-li əmrlə iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1.maddəsinin “c” bəndinə əsasən işdən azad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində göstərilir ki, “qanunvericil iklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə”. Halbuki iddiaçı son bir il ərzində 1 gün belə olsa, iş buraxmamış, əmək funksiyasını yerinə yetirməyinə dair iddiaçıya heç bir irad tutulmamışdır. xx.xx.2023-cü ildə işləmiş, xx.xx.2023-cü ildə iddiaçıya bir gün əvvəl işdən azad olunmağı barədə məlumat verilmişdir. İşəgötürən iddiaçını birtərəfli işdən azad edərkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının cavabdehin sorğusuna əsasən verdiyi 410 saylı, xx.xx.2012-ci il tarixli rəydə iddiaçının İİ qrup əlil olaraq yerli telefon rabitəsinin telefonçusu peşəsində işləyə bilməyi barədə rəyinə cavabdeh əhəmiyyət verm əmişdir. 2011-ci ildə cavabdeh eyni əsasla iddiaçını işdən azad etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2/060/-1751/2011 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, işə bərpa olunmuşdur. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya məhkəməsinə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2011-ci il tarixli, 2/105/-930/2011 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2/060/-1751/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maddi vəziyyəti və himayəsində əlil övladının olması ilə əlaqədar işləməyə məcburdur. Əsassız və qanunsuz işdən azad olunduğundan öz əvvəlki işinə bərpa olunmasını xahiş edir.
7. Cavabdeh etirazla məhkəmə yə müraciət edərək qeyd etmişdir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əmək qabilliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar tərəflərin iradəsindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər. Qeyd edir ki, xx.xx.2002-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən iddiaçı müddətsiz əmək qabiliyyətsiz hesab edilmişdir. İddiaçı bildirmişdir ki, işi ağır deyil və tutduğu vəzifədə işləyə bilər. Lakin portal məlumatlarında xx.xx.2002-ci ilin müayinə nəticələri qeyd olunmuşdur, hansında ki, onun əmək qabiliyyətsiz olduğu qeyd olunur. Portal məlumatlarının yeniləmək üçün ona yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sos ial Ekspert Komissiyasına müraciət etməsi tövsiyyə olunmuşdur. Bunun üçün ona bir ay müddətinə vaxt da verilmişdir. Lakin o, işinə məsuliyyətsiz yanaşmış və yenidən həkim komissiyasına müraciət etməmişdir. Onunla bərabər bir çox sayda işçilər var ki, birinci və ya ikinci qrup əlilliyə malikdirlər. Onlar yenidən Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edərək portal məlumatlarını yeniləmiş və nəticədə iş yerlərini qoruyub saxlamışlar.
8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi yanında DƏMX-in nümayəndəsi Nümayəndə1 iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə bağlınmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir ki, həmin maddəyə əsasən, qanunvericiliklə daha uzun müd dət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə əmək müqaviləsinə xitam verilə bilər.
9. Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(060)-5170/2023 saylı qətnaməsi ilə (hakim E.X.Hüseynov) iddia təmin edilmiş, iddiaçının cavabdehin X yerli telefon rabitəsinin 5-ci dərəcəli telefonçusu vəzifəsinə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər iş günlərinin yazılması, əmək haqqının ödənilməsi, Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sığorta haqqının ödənilməsi, habelə ödənilmiş 50 manat mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı son bir il ərzində 1 gün belə olsa, iş buraxmamış, əmək funksiyasını yerinə yetirməyinə dair iddiaçıya heç bir irad tutulmamışdır. Göründüyü kimi, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində əmək funksiyası yerinə yetirilə bilmədikdə vurğulansa da, cavabdeh onun əmək fəaliyyətsizliyinə əsaslanaraq iddiaçını işdən azad etmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının fiziki travma nəticəsində aldığı zərbə onun sol diz oynağının vərəmi kəskinləşmə fazasında. Sol aşağı ətrafların funksiya pozğunluğuna səbəb olmuş, iddiaçıya İİ qrup əlillik bununla bağlı verilmiş, buna görə əmək fəaliyyətsiz hesab olunmuşdur. Lakin iddiaçının hazırda bərpa olunmasına çalışdığı vəzifə yerli telefon rabitəsinin telefonçusudur. Tibbi- Sosial Ekspert Komisiyasının verdiyi arayışa əsasən iddiaçı yerli telefon rabitəsinin telefonçusu peşəsində işləyə bilər. Qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
12. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Əmək Məcəlləsinin 7-ci maddəsinin 1, 2, 2-1-ci hissələrinə, 68, 74-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşd ırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. İddiaçı 2-ci qup əlildir. İddiaçıya Portal məlumatlarında onun əmək qabiyyətsizolduğu bildirilmiş və portal məlumatlarını yeniləmək üçün ona bir aydan artıq vaxt da verilmişdir. Lakin o, işinə biganə yanaşmış və işləyə bilməsi ilə əlaqədar müvafiq qurumdan heç bir sənəd təqdim etməmişdir. Onun işlədiyi iş həm də növbəli işdir. AR Əmək Məcəlləsinin 98.2-ci maddəsinə əsasən, əlil işçilər gecə vaxtı görülən işlərə yalnız öz razılığı ilə və müvafiq icra hakimiyyətinin rəyi nəzərə alınmaqla cəlb edilə bilər. İddiaçı bu işdə işləməsi üçün razılıq ə rizəsini İdarəyə təqdim etsə də, müvafiq icra hakimiyyətinin rəyini təqdim etməmişdir. Qətnamə çıxarılarkən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Təqdim edilmiş sənədlər sübut qismində düzgün araşdırılmamış və onların əksəriyyətindən istifadə edilməmişdir. Belə olmasa idi birinci instansiya məhkəməsi qətnaməsini heç bir halda əsaslandırmamış, qeyd etdiyi hallar isə ümumiyyətlə işin mahiyyətindən məlumatsız olmasına dəlalət edir. Məhkəməyə cavabdeh sübutlar təqdim etmiş və həmin sübutlar onun etirazında göstərdiklərini kifayət qədər əsaslı olmasına hesablanmışdır. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi ş ərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. İddiaçı tərəf öz iddiasının əsaslarını sübut edəcək əsasları məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilən sübutlar isə yalnız cavabdeh tərəfin təqdim etdiyi dəlillərdir ki, bu da birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə hüquqi qiymət verilməmiş, sadə formada belə araşdırma aparmamış və sonda işin mahiyyətindən kənar formal mülahizələrə və iddiaçının sadəcə izahatına əsaslanan qətnamə çıxarmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-353/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, A.A.Mahmudov və L.M.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(060)-5170/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında yaranmış əmək münasibətləri qanunvericiliyin tələbləri pozulmaqla ləğv edildiyindən, iddiaçının işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
17. Bu baxımdan məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir
18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Əmək Məcəlləsinin 74, 300-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405cimaddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2023-cü il qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasında iddiaçının müayinəsinə dair məlumata əsasən onun əlilliyinin qiymətləndirilməsi xx.xx.2002-ci il tarixdə həyata keçirilmiş və ona “sol diz oynağının vərəmi kəskinləşmə fazasında; Sol aşağı ətrafların funksiya pozğunluğu” diaqnozu ilə “müddətsiz” İİ dərəcəli əlillik təyin edilmişdir. Həmçinin, məlumatın “Əmək zəmanəti” hissəsində iddiaçının “əmək qabiliyyətsiz” olduğu barədə qeydlər aparılmışdır. Sadalanan bu məlumatlar iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən www.e-gov.az Ehökümət portalında öz təsdiqini tapmışdır. Bu, məhkəməyə sübut kimi təqdim edilmiş, məlumatların kağız daşıyıcısı üzərində çap edilməsinin xx.xx.2023-cü il tarixdə həyata keçirilməsi qeydindən də görünür. Sonradan iddiaçının məhkəməyə təqdim etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəsinə dair məlumata əsasən onun əlilliyi 8 fevral 2024-cü ildə yenidən qiymətləndirilmiş və barəsində tam reabilitasiya qərarı verilmişdir. Qeyd edilənlər o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən o,“əmək qabiliyyətsiz” olmuş və barəsində tam reabilitasiya olunması qərarı onun əmək müqaviləsinə xitam verilməsindən 7 aydan çox vaxt keçdikdən sonra verilmişdir. Başqa sözlə desək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınınxx.xx.2024-cü il tarixli,2(105)-353/2024 nömrəli qətnaməsindəki gəldiyiməntiqi nəticə ondan ibarətdir ki, cavabdeh işəgötürən xx.xx.2023-cü il tarixdə əmək qabiliyyətsiz iddiaçının bundan 7 ay sonra tam reabilitasiya olunacağını əvvəlcədən bilməli və onunla bağlanmışəmək müqaviləsinəxitam verməməli idi. Halbuki, istər işəgötürən təşkilat tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilərkən, istərsə də bu hal sonuncu tərəfindən Sumqayıt Şəhər Məhkəməsində mübahisələndirilərkən və həmin məhkəmə xx.xx.2023-cü il tarixdə Qətnamə çıxararkən müvafiq TSEK-in iddiaçının tam reabilitasiyası barədə xx.xx.2024-cü il tarixli müayinə Məlumatı sübut kimi mövcud deyildi və o həmin dövrdə qüvvədə olan müayinə məlumatınaəsasən hələ əmək qabiliyyətsiz idi. Beləolan halda əmək qabilyyətsiz iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcələsinin 74-cü maddəsinin“c” bəndinə əsasən xitam verilməsi qanunsuz hesab edilə bilməz. Bununla yanaşı, TSEK-in xx.xx.2002-ci il tarixli müayinə məlumatından göründüyü kimi iddiaçıya əlillik ona növbəti müayinə tarixi müəyyən edilmədən müddətsiz verilmişdir. Həmin dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli, 99 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci maddəsinin 9-cu abzasında qeyd edilirdi ki, Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamlı, dönməz morfoloji dəyişiklikləri və pozulmaları zamanı görülən reabilitasiya tədbirlərinin səmərəsizliyi nəticəsində xəstəliyin gedişini yaxşılaşdırmaq və sosial uyğunlaşmanı bərpa etmək mümkün olmayan hallardaəlillik yenidən (təkrar) müayinə müddəti göstərilmədən təyin edilir. Bu o deməkdir ki, yalnız əlilin gələcəkdəreabilitasiya olunmasının mümkünsüzlüyü müvafiq qurum tərəfindən müəyyən edildiyi halda ona əlillik müddətsiz təyin edilir. Bu baxımdan barəsində“müddətsiz əlillik” qərarı verilmiş iddiaçının 22 il sonra tam reabilitasiya olunması çox şübhəli görünür və təəccüb doğurur. Bununla beləSumqayıt Apellyasiya Məhkəməsi iş materiallarında eyni qurum tərəfindən (TSEK), iddiaçı barəsində iki fərqli qərarın olduğunu, sonuncu qərarın 1-ci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra verildiyinimüəyyən edərək reabilitasiya ba rəsində qərarın iddiaçının işə bərpa olmaq üçün TSEK-dən almasına nail olması ehtimalını nəzərə ala və onun əmək qabiliyyətsiz olub-olmamasının, eləcə də müddətsiz əmək qabiliyyətsiz şəxsin sonradan tam reabilitasiya olunmasının mümkünlüyünün müəyyən edilməsi üçün tibbi ekspertiza keçirilməsi barədə Qərardad çıxarabilərdi. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə ləğv edilib, iş yenidən baxılması, sözügedən halla bağlı məhkəmə-tibbi ekspertizası təyin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. O da nəzərə alınmalı idi ki, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə qətnaməsində mötəbər sübut kimi qiymətləndirilmiş, iddiaçının telefon rabitəsinin telefonçusu peşəsində işləyə bilməsi barədə 410 nömrəli, xx.xx.2012-ci il tarixli arayış qətnamədə qe yd edildiyi kimi 12 saylı TSEK-in bütün müvafiq üzvlərinin rəyini deyil, həmin qurumun rəisinin subyektiv fikrini ifadə edir. Halbuki, işləyən əlilliyiolan şəxslərin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar barədə rəy verilməsi Tibbi-Sosial Ekspert Komissiyalarının vəzifəsidir. Həmin rəy müvafiq komissiyanın müxtəlif ixtisaslı həkimlərdən ibarət hər bir üzvünün ayrıca verdikləri rəylər əsasında formalaşır. Göründüyü kimi, SumqayıtApellyasiya Məhkəməsinin Mülki kollegiyası yuxarıda qeyd edilənmaddi hüquq normalarının tələblərini nəzərə almamış, nəticədə yanlış qənaətə gələrək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
22. Maddə
68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:a) tərəflərdən birinin təşəbbüsü;b) əmək müqaviləsinin müddətinin qurtarması;c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);d) tərəflərin iradəsindən asılı olmayan hallar;e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
23. Maddə 74 (1-ci hissənin “c” bəndi). Qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar i şçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.
24. Maddə 74 (2-ci hissə). Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
25. Madd ə 74 (qeyd hissəsi). Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığ orta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır.
26. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hiss əsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktla rı digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabd ehin bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı son bir il ərzində 1 gün belə olsa iş buraxmamış, əmək funksiyasını yerinə yetirməyinə dair iddiaçıya heç bir irad tutulmamışdır.
42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində əmək funksiyası yerinə yetirilə bilmədikdə vurğulansa da, cavabdeh onun əmək fəaliyyətsizliyinə əsaslanaraq iddiaçını işdən azad etmişdir. Haklbuki, iddiaçı fiziki travma nəticəsində zərbə alıb və onun sol diz oynağının vərəmi kəskinləşmə fazasında; sol aşağı ətrafların funksiya pozğunluğuna səbəb olmuş və nəticədə iddiaçıya İİ qrup əlillik verilmişdir. Buna görə əmək funksiyası fəaliyyətsiz hesab olunmuşdur. Lakin, iddiaçının hazırda bərpa olunmasına çalışdığı vəzifə yerli telefon rabitəsinin telefonçu vəzifəsidir. Tibbi-Sosial Ekspert Komisiyasının verdiyi arayışa görə, iddiaçı yerli telefon rabitəsinin telefonçusu peşəsində işləyə bilər. Ona görə də iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələbləri hazırkı əmək mübahisəsinə düzgün tətbiq olunmuşdur.
43. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verildiyindən, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 mart 2024-cü il tarixli, 2(105)-353/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.