Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2800/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2800/22 Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi AAAAZ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2(105)-3089/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 21 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh "xxxx" ASC qarşı iddia qaldıraraq, mülkiyyətində olan Sumqayıt şəhəri 47-ci məhəllə, 03 saylı evin 46 saylı mənzilinə dair "xxxx" MMC tərəfindən keçirilən hərracın və hərracın yekunlarına dair tərtib edilmiş protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.X.Hüseynov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2016-cı il tarixli qətnaməsi və icra sənədinə əsasən, borclu İddiaçı əsas borca görə 14.717,16 ABŞ dolları, faiz borcuna görə 1.693, 52 ABŞ dolları, cəmi 16.420,68 ABŞ dollarının tutulub "xxxx" ASC verilməsi; tutmanın İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri,47-ci məhəllə, 03 saylı evin 46 saylı mənzilinə yönəldilməsi; həmin mənzilin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi və mənzil satıldıqdan bir ay sonra onun boşaldılması qət edilib. "xxxx" MMCnin 13 yanvar 2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01/25 saylı bildirişinə əsasən sözügedən mənzilin satılmasına dair hərracın keçirilməsi 13 fevral 2017-ci il tarixə, saat 11:00-a təyin edilib. "xxxx" MMC tərəfindən göndərilmiş 13 yanvar 2017-ci il tarixli xəbərnaməli hərracın keçirilməsinə dair bildiriş iddiaçının icra sənədində göst ərilən ünvanına göndərilib, lakin bildiriş mənzildən köçüb qeydi ilə geri qaytarılıb. Həmçinin, qeyd olunan mənzilin satılmasına dair hərracın 13 fevral 2017-ci il tarixdə, saat 11:00-da keçirilməsinə dair “Birja yenilikləri” qəzetinin 13-19 yanvar 2017-ci il tarixli buraxılışında elan dərc edilib. "xxxx" MMC-nin 17 fevral 2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01/633 saylı bildirişinə əsasən sözügedən mənzilin satılmasına dair hərracın keçirilməsi 17 mart 2017-ci il tarixə, saat 11:00-a təyin edilib. "xxxx" MMC-nin 17 fevral 2017-ci il tarixli hərracın keçirilməsinə dair xəbərnaməli bildirişə əsasən iddiaçının icra sənədində göstərilən ünvana göndərilib və bildiriş mənzildən köçüb qeydi ilə geri qaytarılıb. Bundan sonra, həmin mənzilin satılmasına dair hərracın 17 mart 2017-c i il tarixdə, saat 11:00 da keçirilməsinə dair “Birja yenilikləri” qəzetinin 17-23 fevral 2017-ci il tarixli buraxılışında elan dərc edilib. "xxxx" MMC-nin 12 aprel 2017-ci il tarixli hərracın nəticələri haqqında yekun protokola əsasən, sözügedən mənzilin ilkin satış qiyməti 50.000 manat müəyyən edilib və mənzilin ilkin satış qiyməti 15 faiz, sonradan isə 25 faiz endirilməklə 31.875 manata tələbkar "xxxx" ASC təqdim edilib və sonuncu həmin mənzili qəbul edib. Göründüyü kimi iddiaçı ipoteka predmetinin ilkin satış qiyməti razılaşmadığını və hərracın keçirilməsi barədə ona rəsmi qaydada məlumat verilmədiyini göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Əksinə işdən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilib və "xxxx" MMC tərəfindən qeyd olunan mənzilin açıq hərracda satılması barədə “Birja yenilikləri” qəzetinin 13-19 yanvar və 17-23 fevral 2017-ci il tarixli buraxılışlarında elanlar verilib və hərracın keçirilməsi barədə iddiaçıya icra sənədində göstərilən ünvanına bildirişlər göndərilib. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 414.2, 414.3, 415.2, 416.1, 416.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apel lyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və S.A.Qafari) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlməyib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1, 43.3, 43.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasi ya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh "xxxx" ASC-nin etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçıl arının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşki latçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hər racın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzind ə ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sü butun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Sumqayıt Şəh ər Məhkəməsinin 08 iyul 2016-cı il tarixli qətnaməsi və icra sənədinə əsasən, borclu İddiaçı əsas borca görə 14.717,16 ABŞ dolları, faiz borcuna görə 1.693,52 ABŞ dolları, cəmi 16.420,68 ABŞ dollarının tutulub "xxxx" ASC verilməsi; tutmanın İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri,47-ci məhəllə, 03 saylı evin 46 saylı mənzilinə yönəldilməsi; həmin mənzilin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi və mənzil satıldıqdan bir ay sonra onun boşaldılması qət edilib. "xxxx" MMC-nin 13 yanvar 2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01/25 saylı bildirişinə əsasən sözügedən mənzilin satılmasına dair hərracın keçirilməsi 13 fevral 2017-ci il tarixə, saat 11:00-a təyin edilib. "xxxx" MMC tərəfindən göndərilmiş 13 yanvar 2017-ci il tarixli xəbərnaməli hərracın keçirilməsinə dair bildiriş iddiaçının icra sənədində göstərilən ünvanına göndərilib, lakin bildiriş mənzildən köçüb qeydi ilə geri qaytarılıb. Həmçinin, qeyd olunan mənzilin satılmasına dair hərracın 13 fevral 2017-ci il tarixdə, saat 11:00-da keçirilməsinə dair “Birja yenilikləri” qəzetinin 13-19 yanvar 2017-ci il tarixli buraxılışında elan dərc edilib. "xxxx" MMC-nin 17 fevral 2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01/633 saylı bildirişinə əsasən sözügedən mənzilin satılmasına dair hərracın keçirilməsi 17 mart 2017-ci il tarixə, saat 11:00-a təyin edilib. "xxxx" MMC-nin 17 fevral 2017-ci il tarixli hərracın keçirilməsinə dair xəbərnaməli bildirişə əsasən iddiaçının icra sənədi ndə göstərilən ünvana göndərilib və bildiriş mənzildən köçüb qeydi ilə geri qaytarılıb. Bundan sonra, həmin mənzilin satılmasına dair hərracın 17 mart 2017-ci il tarixdə, saat 11:00 da keçirilməsinə dair “Birja yenilikləri” qəzetinin 17-23 fevral 2017-ci il tarixli buraxılışında elan dərc edilib. "xxxx" MMC-nin 12 aprel 2017-ci il tarixli hərracın nəticələri haqqında yekun protokola əsasən, sözügedən mənzilin ilkin satış qiyməti 50.000 manat müəyyən edilib və mənzilin ilkin satış qiyməti 15 faiz, sonradan isə 25 faiz endirilməklə 31.875 manata tələbkar "xxxx" ASC təqdim edilib və sonuncu həmin mənzili qəbul edib. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən, hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Həmin Məcəllənin 414.3-cü maddəsinə görə, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsi nə görə, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə görə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmçinin “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, (30 dekabr 2018ci il tarixədək qüvvədə olan redaksiyada) hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üs ulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 43.4-cü maddəsinə görə, (mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada) ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.43.5-ci maddəsinin əvvəlki redaksiyasına əsasən təkrar hərrac bu Qanunun 42-c maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin qanunun 43.7-ci maddəsinə gö rə, (həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən) bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə iddiaçının apellyasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəllilərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ipoteka predmeti nin ilkin satış qiyməti razılaşmadığını və hərracın keçirilməsi barədə ona rəsmi qaydada məlumat verilmədiyini göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını v ə mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə işdən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş Sumqayıt şəhər məhkəməsinin 08 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilib. Bundan başqa, "xxxx" MMC tərəfindən qeyd olunan mənzilin açıq hərracdan satılması barədə “Birja yenilikləri” qəzetinin 13-19 yanvar və 17-23 fevral 2017ci il tarixli buraxılışlarında elanlar verilib və hərracın keçirilməsi barədə iddiaçıya icra sənədind ə göstərilən ünvanına müvafiq bildirişlər göndərilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2(105)-3089/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2800/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2800/2022
21.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver