Məhkəmə qərarları › İş №2(102)-2803/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2803/2025

01.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2803/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı ilk, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin İddiaçı qarşı qarşılıqlı iddiа tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı «mülkiyyətində ol an torpaq sahəsindən qaz kəmərinin çıxarılması, əldən çıхmış fаydаnın, vurulmuş mаddi və mənəvi ziyаnın ödənilməsi» tələbinə dair ilk, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin İddiaçı qarşı «çıxarışın etibarsız hesab edilməsi» barədə qarşılıqlı iddiа tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-462/2025 nömrəli, 2025-ci il 27 may tarixli qətnaməsindən iddiаçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Göyçay rayonu Qarayazı Bələdiyyəsinin 8 yanvar 2007-ci il tarixli qərarına əsasən İddiaçı Göyçay rayonu Qarayazı Bələdiyyəsinin ehtiyat fondundan 0.10 hektar torpaq sahəsi satılmış, İddiaç ı tərəfindən xx.xx.2007-ci il tarixdə bələdiyyənin bank hesabına 127,40 manat ödəniş edilmiş, xx.xx.2007-ci il tarixdə torpaqların alğı-satqısına dair 08 nömrəli akt tərtib olunmuş, xx.xx.2012-ci il tarixdə torpaq sahəsinin seçilməsinə dair baxış aktı tərtib edilərək, Qarayazı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin İddiaçı ayrılması məqsədə müvafiq edilmişdir. Həmçinin Göyçay rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsi Qarayazı bələdiyyəsinin mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin İddiaçı fərdi yaşayış tikintisi üçün satılmasına etiraz etməmiş, DTXK Göyçay rayon şöbəsi tərəfindən müvafiq plan tərtib edilmişdir. Göyçay rayonu Qarayazı kəndində yerləşən, yaşayış məntəqələri torpaqları kateqoriyalı 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

2. Qarayazı kəndi ərazisindən keçən D1220 mmlik İİ xətt “Qazıməmməd - Qazax” qaz kəməri 1985-ci ildə istismara qəbul olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Qarayazı kəndində yerləşən və mülkiyyət hüququ ilə ona məxsus olan 0,10 ha torpaq sahəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Qazıməmməd-Qazax Magistral qaz kəmərinin çıxarılması, əldən çıxmış fayda və maddi ziyanın əvəzi kimi məhkəmə qaydasında cavabdehdən onun xeyrinə 30.000 manat maddi ziyan və 10.000 manat mənəvi ziyan olmaqla, cəmi 40.000 manat pul vəsaitinin onun xeyrinə tutulması bаrədə qətnаmə çıxarılmasını хаhiş еtmişdir.

4. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsаslаndırıb ki, torpaq sahəsi mülkiyyətinə verildikdan sonra, təyinatı üzrə tikinti inşa edə və yaxud bağ sahəsi salıb istifadə edə bilmir. Buna səbəb isə mülkiyyətində olan torpaq sahasindən Qazıməmməd-Qazax Magistral qaz kəmərinin keçməsidir. O, 15 il ərzində həmin torpaq sahəsindən istifadə edə bilməmiş, torpaqdan gəlir və ya fayda əldə edə bilməmişdir. Cavabdeh Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamış, həmin torpaq sahəsini boşaltmamışlar. Bu müddətdə həmin torpaq sahəsində müxtəlif meyvə ağacları əkməklə və ya digər təsərrüfat əhəmiyyətli işlər görməklə gəlir əldə etmək imkanından məhrum olmuşdur. Halbuki, qeyd olunan torpaq sahəsindən ən azı ildə 2000 manat olmaqla 30.000 manat gəlir əldə edə bilərdi. Eyni zamanda cavabdehin mübahisəli torpaq sahəsini boşaltmaması nəticəsində ona və ailə üzvlərinə maddi ziyanla bərabər, mənəvi ziyan də dəymişdir. Belə ki, mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə etməməklə əlaqədar ailəsi əsəb, iztirab, narahatçılıq və həyəcan keçirmiş, bununla əlaqədar ona mənəvi zərər dəymişdir.

5. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi İddiaçı qarşı «çıxarışın ləğv edilməsi» tələbinə dаir qаrşılıqlı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Azərbaycan Respublik ası ƏMDX yanında DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən İddiaçı adına 0.10 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının və həmin qeydiyyata dair verilmiş MA seriyalı 393791 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq Qax İxrac İdarəsinin hesabına köçürülməsi barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir.

6. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı 393791 nömrəli çıxarışın surətindən göründüyü kimi Qasımov X1 ərazisində yerləşən 0,10 ha torpaq sahəsini xx.xx.2012-ci il tarixdə öz adına rəsmiləşdirərək xüsusi mülkiyyətinə keçirmişdir. Hansı ki, həmin t orpaq sahəsi SOCAR Qaz İxrac İdarəsi X4 Kəmərləri Sahəsinin balans və istismarında olan 1220 mm diametrli Qazıməmməd-Qazax İİ xətt yüksək təzyiqli (55 kqq/sm2) magistral qaz kəmərinin mühafizə zonasında yerləşir. SOCAR Qaz İxrac İdarəsi strateji əhəmiyyətli qaz sənayesi müəssisələrindən biridir və bilavasitə qaz nəqli ilə məşğul olur. Qarayazı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi, SOCAR Qaz İxrac İdarəsi X4 Kəmərləri Sahəsinin balans və istismarında olan 1220 mm diametrli Qazıməmməd-Qazax İİ xətt yüksək təzyiqli (55 kqq/sm2) magistral qaz kəmərinin mühafizə zonasında yerləşir və sözügedən magistral qaz kəmərinin mühafizə zonasından vətəndaşa torpaq sahəsinin ayrılması qanunsuzdur. Bu səbəbdən, DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli MA seriyalı 393791 nömrəli çıxarış, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduğundan və Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin qanuni menafelərini pozduğundan ləğv edilməlidir.

7. Cavabdehin nümayəndəsi məhkəməyə iddiаyа еtirаz göndərərək göstərmişdir ki, mabahisəli ərazidə yerləşən strateji əhəmiyyətli, yüksək təzyiqli 1220 mm-lik 2-ci xətt Qazıməmməd-Qazax magistral qaz kəməri 1985-ci il tarixdən istismara verilmişdir. Həmin dövrdə iddiaçı bu torpaq sahəsinin mülkiyyətçisi deyildi. İddiaçının isə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ 2012-ci il tarixdən yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»nın 2.23-cü bə ndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərə torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qaydaların 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göründüyü kimi, iddiaçıya 2007-ci il tarixdə aidiyyəti orqanlar tərəfindən torpaq sahəsi ayrılarkən SOCAR-la heç bir razılaşma olmamış və Nazirlər Kabinet inin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarının 2.23 və 2.7ci bəndlərinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbləri pozulmuşdur. Sözügedən qaz kəməri dövlət əhəmiyyətli qaz kəməridir. Həmin kəmər ilə işğaldan azad olunmuş ərazilərə təbii qaz təchizatı həyata keçirilir və Gürcüstan Respublikasına təbii qaz ixrac edilir. Buna görə də, sökülməsi və çıxarılması tələb edilən qaz kəməri strateji dövlət əhəmiyyətli obyektdir, onun sökülməsi və çıxarılması dövlətin və cəmiyyətin ümumi maraqlarına ziddir. İddiaçıya verilmiş torpaq sahəsi kənd təsərrüfat təyinatlı deyil, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir və istifadə növü isə həyətyanı torpaq sahəsidir. Belə olan halda vurulmuş zərərin qeyd edilən maddənin hansı müddəalarına aid edilməsi və nəyə əsaslanaraq hesablanması müəyyən deyil. İddiaçı hazırki iddia tələbinin əsasını mülkiyyət hüququnun pozulması ilə əlaqələndirdiyindən, mənəvi zərərə görə pulun tutulmasının düzgün olmadığını hesab edirlər. 8. Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Еkspеrtizаsı Mərkəzinin 22 аvqust 2024-cü il tаriхli, 3-16-16/2-10/3496 nömrəli еkspеrt rəyi ilə müəyyən edilmişdir ki, Göyçay rayonu Qarayazı kəndində yerləşən **********89 reyestr nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış 0.10 ha torpaq sahəsindən еlеktrоn bаzа məlumаtlаrınа əsаsən yеrаltı 1220 mm diаmеtrli «Qаzıməmməd-Qаzах» İİ хətt yüksək təzyiqli (55 kqq/sm kv) mаgistrаl qаz kəməri kеçir.

9. Göyçay Ra yon Məhkəməsinin 2024-cü il 4 dekabr tarixli, 2(046)-30/2024 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar təmin edilməmişdir (hakim İbrahim Fəttahov).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiаçının mülkiyyətində оlаn tоrpаq sаhəsindən çıхаrılmаsını tələb еtdiyi yеrаltı 1220 mm diаmеtrli «Qаzıməmməd Qаzах» İİ хətt yüksək təzyiqli (55 kqq/sm kv) mаgistrаl qаz kəməri Аzərbаycаn Rеspublikаsının rаyоn və şəhərlərini, Mingəçеvir İЕS-i, Şəki mоdul tipli stаnsiyаnı, Gürcüstаn Rеspublikаsını təbii qаzlа təmin еtmək məqsədi ilə 1980-1985-ci illər ərzində çəkilərək istismаrа vеrilmişdir. Göründüyü kimi, 0,10 hа tоrpаq sаhəsi Göyçаy rаyоn Qаrаyаzı bələdiyyəsi tərəfindən iddiаçıyа sаtılmаmışdаn öncə, həttа bələdiyyələr yаrаnmаmışdаn uzun illər öncə həmin ər аzidə «Qаzıməmməd-Qаzах» İİ хətt yüksək təzyiqli mаgistrаl qаz kəməri mövcud оlmuş, həmin qаz kəməri inşа еdildiyi vахtdаn hаzırki dövrədək təyinаtı üzrə istismаr еdilmişdir. Burаdаn dа аydın оlur ki, Göyçаy rаyоnu Qаrаyаzı bələdiyyəsi və həmin tоrpаq sаhəsinin iddiаçıyа sаtılmаsını məqsədəmüvаfiq bilmiş dövlət оrqаnlаrı sözügеdən tоrpаq sаhəsindən dövlət оbyеkti hеsаb еdilən «Qаzıməmməd-Qаzах» İİ хətt yüksək təzyiqli mаgistrаl qаz kəmərinin kеçməsini, həmin tоrpаq sаhəsinin bələdiyyənin mülkiyyətində dеyil, dövlət mülkiyyətində оlmаsını nəzərə аlmаmış, bələdiyyə mülkiyyətində оlmаyаn tоrpаq sаhəsinin sаtılmаsınа dаir qərаr qəbul еtmişlər. Еləcə də, Аzərbаycаn Rеspublikаsı ƏMDK-nın yаnındа DƏDRХ-nin 16 sаylı Ərаzi İdаrəsi «İnzibati icraat haqqında» Qanunun, həmçinin «Daşınmaz əmlakın dövlə t reyestri haqqında» Qanunun tələblərinə uyğun оlаrаq iddiаçı tərəfindən 0.10 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə göstərilən torpağın kateqoriyasının (məqsədli təyinatının), naturada olan torpaq sahəsinin kateqoriyası ilə uyğun gəlib-gəlməməsini aydınlaşdırmalı, bundan sоnrа zəruri prоsеdur hərəkətləri еtməli idi.

11. Məhkəmə qeyd etmişdir ki, Аzərbаycаn Rеspublikаsı ƏMDK-nın yаnındа DƏDRХ-nin 16 sаylı Ərаzi İdаrəsi İddiaçının 0.10 ha torpaq sahəsi üzərində hüququnun əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərinin zonasında yerləşməsini nəzərə alıb, sonuncunun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməli və Göyçay rayonu Qarayazı bələdiyyəsinin 08 yanvar 2007-ci il tarixli 1 nömrəli qərarının ləğ v edilməsi barədə aidiyyəti orqanlar qarşısında məsələ və ya məhkəmədə iddia qaldırmalı idi. Lakin bunu etmədən iddiaçının hüquqlarını dövlət qeydiyyatına almış və nəticədə hazırki iş üzrə tərəflər arasında anlaşılmaz vəziyyət yaratmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, hazırda İddiaçı 0.10 ha torpaq sahəsinin ona satılmasına dair Göyçay rayonu Qarayazı bələdiyyəsinin qərarının qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığına, ləğv edilmədiyinə, dəyişdirilmədiyinə, qüvvədə olma müddəti qurtarmadığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyinə, eləcə də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığına, həmçinin mülkiyyət hüquqlarına dövlətin təminat verdiyinə əsaslanaraq, cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı hazırki iddi a tələbini düzgün olmayan cavabdehə qarşı yönəltmişdir. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçınа hələ mübahisəli torpaq sahəsi satılmamışdan öncə, yəni 19801985-ci ildən həmin torpaq sahəsindən «Qаzıməmməd-Qаzах» İİ хətt yüksək təzyiqli mаgistrаl qаz kəməri keçmişdir. Belə olan halda, cavabdeh hər hansı hərəkəti və ya hərəkətsizliyi ilə iddiaçının hüquqlarını pozmamış, yəni başqa sözlə desək maddi zərər vurmamışdır.

13. Məhkəmə qeyd etmişdir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: törədi lmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

14. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərind ə zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. İstinad olunan maddi hüquq normalarının tələbi baxımında n, iddiaçının «Qаzıməmməd-Qаzах» İİ хətt yüksək təzyiqli mаgistrаl qаz kəmərinın ona satılan torpaq sahəsindən çıxarılmasını, eləcə də cavabdehdən maddi və mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmamışdır.

15. Məhkəmə yekun olaraq ilk iddia tələbi ilə bağlı qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələbinə uyğun olaraq, Göyçay rayonu Qarayazı bələdiyyəsinin 0.10 ha torpaq sahəsinin ona satılması ilə bağlı qəbul etdiyi qərarı, eləcə də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı çıxarış vermiş Аzərbаycаn Rеspublikаsı ƏMDK-nın yаnındа DƏDRХ-nin 16 sаylı Ərаzi İdаrəsinin hərəkəti nəticəsində mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsi ilə bağlı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə in zibati məhkəməyə müraciət etməli olduğu halda, cavabdehə qarşı hazırki tələblə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir.

16. Məhkəmə hesab etmişdir ki, ilk iddianın - «mənəvi zərərin ödənilməsi» hissəsi «torpaq sahəsindən qaz kəmərinin çıxarılması, əldən çıхmış fаydа, vurulmuş mаddi zərərin ödənilməsi» hissəsindən aslı olduğundan, eləcə də həmin tələblərə məhkəmə tərəfindən hüquqi qiymət verildiyindən, əlavə olaraq iddianın «mənəvi zərərin ödənilməsi» hissəsinə hüquqi qiymət verilməsinə hər hansı zərurət bilmir.

17. Məhkəmə hesab etmişdir ki, Göyçay rayonu Qarayazı bələdiyyəsinin xx.xx.2007ci il tarixli 1 nömrəli qərarı qüvvədə olduğundan, İddiaçının adına 0.10 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat yazısının və həmin qeydiyyata dair verilmiş MA seriyalı 393791 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilə bilməz.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 238.1, 1096.1, 1097.1 və 1100-cü; Tоrpаq Məcəlləsinin 46(1), 56(2)-ci; «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Аzərbаycаn Rеspublikаsı Qаnununun 7.1, 7.3-cü, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu; «İnzibati icraat haqqında» Azərbaycan Rspublikası Qanununun 64.2-ci; Mülki Prossesual Məcəlləsinin 14.2, 119.1 və 217.4-cü həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.7-ci bəndinə, «Daşınmaz əml akın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair» Аzərbаycаn Rеspublikаsı Konstitusiya Məhkəməsi Plenumunun 28 mаrt 2017-ci il tаriхli qərаrındаkı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri ilk iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, iddia ərizəsi onun tərəfindən 2021-ci ilin dekabr ayında Göyçay Rayon Məhkəməsinə təqdim edilib, məhkəmənin 04 Dekabr 2024-cü il tarixli qətnaməsi isə 3 il sonra - 2024-cü ilin dekabr ayında qəbu l edilib. Bununla da Azərbaycan Respublikası MPM-nin 172-ci maddəsinin tələbləri kobud surtədə pozulub. Cavabdeh iddia edir ki, iddiaçıya məxsus 0.10 ha torpaq sahəsindən keçən “Qazıməmməd–Qazax” qaz kəməri 1985-ci ildə çəkilib, lakin bu faktı təsdiqləyən heç bir sənəd təqdim etməmişdir. İddiaçı isə hesab edir ki, kəmər 2021-ci ildə çəkilmişdir və bunu sübut etmək cavabdehin vəzifəsidir. Məhkəmə qətnaməsi yalnız cavabdehin əsassız etirazları əsasında qəbul olunmuş, iddiaçının sübutları və arqumentləri nəzərə alınmamışdır. Qətnamənin əsaslandırma hissəsi demək olar ki, yoxdur və yalnız sənədlərin mövcudluğundan ibarətdir. X2 ilə Qaz İxrac İdarəsi arasında “Bələdiyyə qərarının ləğvi” barədə işlərdə cavabdehin iddiaları təmin edilməmiş və qanuni qüvvədə olan qərarlar mövcuddur. Buna baxmayara q, həmin tərəf eyni əsaslarla “Çıxarışın ləğvi” barədə qarşılıqlı iddia verərək MPM-nin 153.2.2-ci maddəsini pozmuşdur. Hakim bu iddianı icraata qəbul etməklə prosessual qaydaları kobud şəkildə pozub. Məhkəmə Konstitusiyanın 13 və 29-cu maddələrini, Torpaq və Mülki Məcəllələrin müddəalarını nəzərə almadan mülkiyyət hüququnun toxunulmazlığı prinsipini pozmuşdur. Cavabdeh iddia edir ki, boru kəməri 1985-ci ildən mövcuddur, lakin 15 il ərzində bu torpaqla bağlı heç bir hüquqi addım atmayıb, bu da etirazların əsassız olduğunu göstərir. Torpaq 2007-ci ildə Bələdiyyə və müvafiq dövlət qurumlarının qərarı ilə iddiaçıya verilmiş, həmin vaxt baxış keçirilib və heç bir kommunikasiya xəttinin mövcudluğu müəyyən edilməmişdir. Əgər belə xətt olsaydı, torpaq vətəndaşlara verilməzdi. Əvvəllər eyni torpaq la bağlı fiziki şəxsə qarşı “Torpaqdan çıxarılma” işi üzrə məhkəmə iddiaçının xeyrinə qərar qəbul etmişdir. Lakin bu işdə, eyni hallarda, hüquqi şəxs kimi iddiaçının mülkiyyət hüquqları qorunmamış, məhkəmə ikili standart tətbiq etmişdir. Ekspert rəyləri də bir-birinə ziddir: 2016-cı il tarixli rəyə görə torpaq sahəsindən qaz kəməri keçmir, 2024-cü il rəyində isə keçdiyi göstərilir, lakin kəmərin çəkilmə tarixi barədə cavab verilmir. Bu ziddiyyətlər aradan qaldırılmadan məhkəmənin qətnamə çıxarması əsassızdır. Yuxarıda göstərilənlərə əsasən, Göyçay Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(046)-29/2024 və 2(046)-30/2024 saylı qətnamələrinin ləğv olunması və işin yenidən baxılması tələb olunur.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 27 may tarixli, 2(107)462/ 2025 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-30/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.Məcidov və E.İsayev).

22. Apelyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin iş üzrə qətnamənin 3 il sonra 2024-cü iin dekabr ayında qəbul edilməsi, bununla da MPM-nin 172-ci maddəsinin tələblərinin kobud surtədə pozulmasına dair dəlillərinə münasibətdə qeyd edib ki, işə birinci instansiya məhkəməsində baxılarkən Qaz İxrac İdarəsinin Şəki İnzibati Məhkəməsinə təqdim etdiyi bələdiyyə qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiasına baxılıb yekun mə hkəmə aktı çıxarılanadək Göyçay Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(046)-638/2022 nömrəli qərardadı ilə iş üzrə icraat dayandırılmış, iş üzrə icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdıqdan sonra isə Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(046)-53/2023 nömrəli qərardadı ilə isə iş üzrə icraat təzələnmişdir. Bundan sonra məhkəmənin 30 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, rəy alınanadək işin icraatı dayandırılmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının rəyi məhkəməyə daxil olduqdan sonra - 12 sentyabr 2024-cü il tarixdə iş üzrə icraat təzələnmişdir. Göründüyü kimi məhkəmənin icraatında olduğu dövrdə mülki işin icraatı 2 il 3 aya yaxın bir müddət ərzində dayandırılmış vəziyyətdə ol muşdur. Həmçinin işdə olan məhkəmə iclas protokollarından göründüyü kimi məhkəmə iclasları təxirə salınarkən təxirə salınmanın dəqiq səbəblərinə istinad edilmiş, məhkəmə iclaslarının əsassız təxirə salınması halı müəyyən edilməmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh Qaz İxrac İdarəsinin “Qazıməmməd - Qazax” qaz kəmərinin 1985-ci ildə çəkilməsini sübut edə bilməməsi, buna dair heç bir təsdiqedici sənədin məhkəmyə təqdim edilməməsi, həmin kəmərin 2021-ci ildə çəkilməsi, 2021-ci ildə ona və digər vətəndaşlara məxsus olan torpaq sahəsindən “Qazıməmməd - Qazax” qaz kəməri çəkilərkən etirazlarını bildirsələr də heç bir nəticəsinin olmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan Qaz İxrac İdarəsinin X4 kəmərləsi sahəsinin D1220 mmlik İİ xətt “Qazıməmməd - Qazax” qaz kəmərinin texniki pasportundan görünür ki, həmin kəmər 1985-ci ildə istismara qəbul olunmuşdur.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Göyçay rayonun Qaraməryəm Bələdiyyəsi və onunla hal hazırki mülki iş üzrə cavabdeh olan Qaz İxrac İdarəsinin arasında “Bələdiyyə qərarının ləğv edilməsi barədə” məhkəmə proseslərinin olması, qarşılıqlı iddia ərizəsinin qanunsuz olaraq icraata qəbul edilməsi, MPM-nin 153.2.2-ci maddəsinin tələblərinin kobud surətdə pozulmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 may 2023-cü il tarixli 2-1(102)- 990/2023 nömrəli qərarından görünür ki, iddiaçı Qaz İxrac İdarəsinin cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinə qarşı (üçüncü şəxslər İddiaçı və digə rləri) torpağın alınması ilə bağlı cavabdeh Göyçay rayonu Qarayazı Bələdiyyəsi tərəfindən verilmiş 08 yanvar 2007-ci il tarixli 01 saylı qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2-1(116)-877/2022 nömrəli qərardadı ilə mümkün sayılmamış, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-125/2023 nömrəli 26 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2-1(116)-877/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-125/2023 nömrəli 26 yanvar 2023-cü il tarixli qərardadından isə Qaz İxrac İdarəsinin verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü k imi Qaz İxrac İdarəsi tərəfindən iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsinə münasibətdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış digər bir icraatda mübahisələndirilməmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin ona qarşı iddia ərizəsini 15 il sonra məhkəməyə təqdim etməsi, nədən 15 il müddətində bu barədə hər hansı bir iddia qaldırmaması, 15 il müddətində susması, 2007 və 2024-cü illərdə onlara verilən qərarlara etiraz etməməsi, hər hansı bir hüquqi yollardan istifadə etməməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhkəməyə iddia tələbinin tez və yaxud da gec təqdim edilməsi iddia edən şəxsin hüququdur.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin fiziki şəxs olan Elsevər Əmirova qarşı eyni torpaq sahəsinə aid “torpaq sahəsindən ç ıxarılma barədə” iddia ərizəsinin Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə təmin olunması, lakin hüquqi şəxs olan Qaz İxrac İdarəsinə qarşı iddiasının təmin olunmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının Elsevər Əmirova qarşı təqdim edilmiş iddia tələbi ilə hazırkı iddia tələbindəki tərəflər eyni olmamaqla, iddia tələblərinin əsasları da eynilik təşkil etməmişlər. Bu baxımdan iddiaçının cavabdeh Elsevər Əmirova qarşı qaldırdığı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə qəbul edilmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların hazırkı mülki iş üzrə preyudisiallığı yoxdur.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə qətnaməsi qəbul olunarkən tərəflər arasında əvvəllər və hal hazırkı iddia tələbləri üzrə keçirilmiş məhkəmə iclaslarında təyin olunan ekspertizaların bir biri ilə ziddiyətli olması, əvvəlki iddia ərizəsi üzrə təyin olunmuş 5 dekabr 2016-cı il tarixli ekspert rəyində mübahsələndirilən torpaq sahəsindən hər hansı bir kommunikasiya, o cümlədən də qaz kəmərinin keçməsinin qeyd olunmaması, 22 avqust 2024-cü il tarixli ekspert rəyində isə ona məxsus olan torpaq sahəsindən “Qazıməmməd-Qazax” qaz kəməri keçməsinin qeyd olunması, 22 aqust 2024cü il tarixli ekspert rəyində ona məxsus olan torpaq sahəsindən keçən “QazıməmmədQazax” qaz kəmərinin 1985-ci ildə, yoxsa 2021-ci ildə çəkilməsinin qeyd olunmamasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 5 dekabr 2016-cı il tarixli 26124 nömrəli ekspert rəyindən görünür ki, həmin tədqiqat çərçivəsində ekspert qarşısında mübahsələndirilən to rpaq sahəsindən hər hansı bir kommunikasiya, o cümlədən də qaz kəmərinin keçib-keçməməsi kimi bir sual qoyulmamış, bu səbəbdən də ekspert tərəfindən həmin istiqamətdə heç bir araşdırma aparılmamışdır. Hazırkı məhkəmə icraatı çərçivəsində aparılmış ekspertiza tədqiqatı üzrə isə ekspert qarşısında iddiaçının mülkiyyətində olan torpaq sahəsindən qaz kəmərinin keçibkeçməməsinə dair sual qoyulmuş, ekspertiza tədqiqatının nəticəsi üzrə də məhkəmənin ekspert qarşısında qoyulmuş sualına uyğun cavab verilmişdir. Həmçinin “QazıməmmədQazax” qaz kəmərinin texniki pasportunda onun hansı tarixdə istismara verilməsinə dair aydın bir cavab verildiyindən onun çəkilmə tarixinin əlavə olaraq ekspertiza tədqiqatı ilə müəyyən edilməsi zərurəti müəyyən edilməmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətin in onun Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktlarda qeyd olunan mülkiyyət hüquqlarının pozulması, 2007-ci ildə Göyçay rayonu Qarayazı Bələdiyyəsi tərəfindən Göyçay rayonun Qarayazı kəndində yerləşən 0.10 hektar (10 sot) torpaq sahəsi 08 Yanvar 2007-ci ildə ona verilərkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Göyçay Rayon Şöbəsinin qərarı, Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin rəyinin olması, bələdiyyə sədrinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay Rayon Şöbəsinin aparıcı mütəxəssisinin, bələdiyyə sədrinin müavininin, komissiya üzvünün bu torpaq sahəsinə baxış keçirmələri, baxış zamanı bu torpaq sahəsinin əra zinin yerüstü quruluşuna uyğun olması və həmçinin hər hansı bir kommunukasiya xəttinin keçməsi qeydə alınmaması, qərar qəbul edilərkən Azərbaycan Respublikasının qanun və qərarları əsas tutularaq ona bu torpaq sahəsnin verilməsi, bu sənədlərin heç birində bu torpaq sahəsinin ərazinin yerüstü quruluşuna uyğun olması və həmçinin hər hansı bir kommunukasiya xəttinin keçməsinin qeydə alınmamasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, “Qazıməmməd - Qazax” qaz kəmərinin bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin satılmasından uzun müddət əvvəl çəkilməsi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması, cavabdeh təşkilat tərəfindən iddiaçıya maddi və mənəvi ziyanın vurulması halı müəyyən edilmədiyind ən birinci instansiya məhkəməsi ilk iddia tələbinin rədd edilməsi nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir. İddiaçıya torpaq sahəsi ayrılarkən bələdiyyə və müvafiq dövlət orqanlarının, onların vəzifəli şəxslərinin hər hansı bir diqqətsizliyi, qanunsuzluğu halları olmuşdursa bu halda iddiaçının həmin məsələni ayrıca icraatda mübahisələndirmək hüququ vardır.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 1096.1, 1096.2 və 1097.1-ci, Torpaq Məcəlləsinin 68-ci; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu; Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4 və 218.1-ci maddələrinə və həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu q üvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanının 2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7, 2.23, 2.24-cü bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiаçı İddiaçı qeyd olunan qətnamədən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi iddia ərizəsi üzrə mülkiyyət hüququnun pozulmasına, iddiaçının torpaqdan faktiki istifadə edə bilməməyinə, dəymiş maddi və mənəvi zərərin sübuta yetirilməsinə baxmayaraq, nə hüquqi baxımdan əsaslı qiymətləndirmə aparmış, nə də pozulmuş hüququn bərpasını təmin etmişdir. Bu qətnamə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində təsbit olunmuş mülkiyyət hüququnun toxunulmazlığı prinsipini, Mülki Məcəllənin 152.1, 157.2, 21 və 14.2.6-cımaddələrini, həmçinin Torpaq Məcəlləsinin 101 və 111-ci maddələrinin mahiyyətini pozmuş, ən nəhayət Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsindəki mülkiyyət hüququna hörmət prinsipinə ziddir.

32. İddiaçıya məxsus 0,10 ha torpaq sahəs i 2007-ci ildə Göyçay rayonu Qarayazı bələdiyyəsinin qərarı ilə alğı-satqı yolu ilə verilmiş, 2012-ci ildə dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Lakin SOCAR tərəfindən həmin ərazidən qaz kəməri çəkilməsi nəticəsində iddiaçı uzun illərdir torpaqdan istifadə edə bilmir. Məhkəmələr iddiaçının mülkiyyət hüququnu tanısalar da, kompensasiya tələbi rədd edilmiş, bu zaman qanunsuzluğa yol verən dövlət orqanlarının məsuliyyəti nəzərə alınmamışdır. İddiaçı hesab edir ki: Torpağın qanunsuz verilməsi iddiası əsassızdır, çünki alğı-satqı və qeydiyyat qanuni prosedurla aparılıb; Qaz kəməri əvvəl bu ərazidən keçməyib, yalnız 2021-ci ildə qanunsuz şəkildə köçürülüb; Bunun nəticəsində onun mülkiyyət hüququ, istifadə imkanı, maddi və mənəvi maraqları pozulub; Məhkəmələr bu faktları dərin və obyektiv araşdırmayıb, yalnız SOCAR-ın mövqeyini əsas götürüblər. Apellyasiya və birinci instansiya məhkəmələri obyektiv və əsaslandırılmış qiymətləndirmə aparmayıb; Konstitusiyanın 25, 29-cu maddələri və Torpaq, Mülki Məcəllə normaları düzgün tətbiq edilməyib; Eyni vəziyyətdə olan şəxslərə münasibətdə fərqli qərarların çıxarılması bərabərlik və hüquqi sabitlik prinsiplərinin pozulmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi n əzərdə tutulmasın.

35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

38. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürm əyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

39. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

40. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

41. Maddə 157.2. Mülkiyyətçi özgəsinin q anunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

42. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

43. Maddə 169.3. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın.

44. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını p ozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

45. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

46. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

47. Maddə

11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi

1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.

2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhər salma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir.

3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.

4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir.

48. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu

49. Maddə 19

1. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanı

50. Bənd

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələ rinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”

51. Bənd 2.7 Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüf atı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır...

52. Bənd 2.23. Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır.

53. Bənd 2.24. Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Az ərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürül müş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiаçı İddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur.

65. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

66. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya ş ikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

67. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

68. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 11.3-cü maddəsinə və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, qaz kəmərləri keçən ərazilər mühafizə və təhlü kəsizlik zonaları hesab olunur. Bu zonalarda torpaqdan istifadə hüququ qanunla məhdudlaşdırılır. Bu səbəbdən, iddiaçının torpaq üzərində mülkiyyət hüququ formal olaraq qeydiyyata alınsa da, məzmun baxımından yüklü mülkiyyət hüququdur.

69. Qeyd olunmalıdır ki, əşyanın və hüququn yüklülüyü, “hüququn ardıcıllığı” prinsipinə əsaslanır. Mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidən 1985-ci ildə istismara verilmiş magistral qaz kəməri keçdiyindən, torpaq sahəsi artıq satış zamanı servitutla yüklü vəziyyətdə olub. Cavabdeh tərəfindən torpağa sonradan qanunsuz müdaxilə edilmədiyi üçün qaz kəmərinin çıxarılması tələbi əsassızdır. Əldən çıxmış fayda və maddi ziyanın ödənilməsi tələbi də hüquqi əsasdan məhrumdur, çünki iddiaçının mülkiyyət hüququnun məhdudluğu, qanunla təsdiq edilmiş mühəndis-kommu nikasiya təyinatlı zolağdan irəli gəlir.

70. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

71. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətin in dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

73. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-462/2025 nömrəli, 2025ci il 27 may tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar