Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2804/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun, Cavabdeh1 vəkili Quliyev Sahib Şahbala oğlunun iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apell yasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)13602/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 və vəkili Quliyev Sahib Şahbala oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)37/2019 saylı qətnaməsi ilə (hаkim A.N.Novruzova) iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 44.743,72 (qırx dörd min yeddi yüz qırx üç ABŞ dolları, yetmiş iki sent) ABŞ dolları məbləğində əsas, 14.514,79 (on dörd min beş yüz on dörd ABŞ dolları, yetmiş doqquz sent) ABŞ dolları məbləğində faiz, 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə, cəmi 59.758,51 (əlli doqquz min yeddi yüz əlli səkkiz ABŞ dolları, əlli bir sent) ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan "BMW X6" minik markalı (BanSYMGZOC57B1K13919, buraxılış ili - 2011, rəngi - ağ), ** ZG *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - Cavabdeh1 qaytarılması və iddianın qalan hissədə rədd edilm əsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13602/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov, A.Ə.Hüseyn) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, 116.LN.1404.210613.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 44.743,72 ABŞ dolları məbləğində əsas, 14.514,79 ABŞ dolları məbləğində faiz, 4.201,02 ABŞ dolları məbləğində cərimə, cəmi 63.459,53 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka qoyulmuş “BMW X6” minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli, 116.LN.1404.210613.00001 saylı istehlak kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 24 faizlə 36 ay müddətinə 63000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsnin təminatı olaraq BMW X6 minik markalı, 10ZU747 dövlət qeydiyy at nişanlı avtomobilə (Ban- SYMGZOC57B1K13919, buraxılış ili 2011, rəngi - ağ) ipoteka hüququ verilmiş və onun qeydiyyatı xx.xx.2013-cü il tarixli, AA 090338 nömrəli şəhadətnamə ilə təsdiqlənmişdir. xx.xx.2015-ci il tarixində 17263,20 ABŞ dolları kreditin əsas məbləği restrukturizasiya olunmuş və 4574,77 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunub, müddəti xx.xx.2018-dək uzadılıb, illik faiz dərəcəsi 20 faizə endirilib. Bununla kreditin ümumi məbləği 67574,77 ABŞ dolları təşkil edib. Bundan başqa, kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 116.CL.210613.00001 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh2 zamin kimi kredit müqaviləsinin icra olunmasına görə məsul iyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixə olan borcu 44743,72 ABŞ dolları əsas, 14514,79 ABŞ dolları faiz, 4201,02 ABŞ dolları cərimə olmaqla, cəmi 63459,53 ABŞ dolları təşkil edir. Bu günədək Cavabdeh1 müqavilə şərtlərini dəfələrlə yerinə yetirməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətlərini pozmuşdur ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 319-cu maddələrinə əsasən İddiaçı ASC-yə istehlak kredit müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququnu vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və ka ssasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Cavabdeh1 və vəkili Quliyev Sahib Şahbala oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçı tərəfin mənafeyini nəzərə almış, kredit müqaviləsinin mövcudluğunu və kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən göstərilən məbləğin ödənilmədiyini əsas götürmüş, cavabdehin hüquq və mənafelərini nəzərə almamış, kredit müqaviləsi üzrə öhdəliklərin başqa şəxs tərəfindən icra edilməli olmasına hüquqi qiymət verməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdı rmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 vəkili Quliyev Sahib Şahbala oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qa ydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh1 vəkili Quliyev Sahib Şahbala oğlunun, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edi lib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 24% ödəmək şərti ilə 63.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği İddiaçı ASC-dən götürmüş, lakin üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirə bilmədiyindən tərəflər arasında xx.xx.2015-ci il tarixdə həmin kredit müqaviləsi üzrə əlavə razılaşma bağlanmış və nəticədə illik faiz dərəcəsi 20% endirilmiş və kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Buna baxmayaraq, cavabdeh bundan so nra da kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı, Cavabdeh1 44.743,72 ABŞ dolları məbləğində əsas, 14.514,79 ABŞ dolları məbləğində faiz, 4.201,02 ABŞ dolları məbləğində cərimə, cəmi 63.459,53 ABŞ dolları məbləğində borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. İddiaçı tərəfindən tələb edilən məbləğ xx.xx.2017-ci il il tarixə hesablanmış borc məbləğidir. Kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitir. İddiaçı müqavilənin müddətinin bitdiyi, yəni xx.xx.2018-ci il tarixinə cavabdehin 44.743,72 ABŞ dolları məbləğində əsas, 20.903,43 ABŞ dolları məbləğində faiz, 9.294,23 ABŞ dolları məbləğində cərimə, cəmi 74.941,38 ABŞ məbləğində borcunun yarandığını bild irir və bu barədə maliyyə arayışı təqdim edir. İddiaçı "İddiaçı" ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 oğlnun xx xxxx 2013-cü il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilməklə kredit müqaviləsinə əsasən ödənilməmiş kredit borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə iş materiallarının hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi bildirilmiş, lakin bu da bir nəticə verməmişdir. Bundan başqa xx.xx.2013-cü il tarixli krediti müqaviləsinin təminatı ki mi Cavabdeh1 ona məxsus "BMW X6" markalı minik avtomobili ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutmanın, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipotekasaxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı Cavabdeh1 kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona məxsus "BMW X6" markalı (BanSYMGZOC57B1K13919, buraxılış ili - 2011, rəngi - ağ) minik avtomobilinə məhkəmə qaydasında tutmanın yönəld ilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikasının BDYPİ Qeydiyyat imtahan şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. -739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirak çılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu nun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəz ərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzi nin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsin əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və cərimə ilə birlikdə idd iaçıya ödəməlidir və eyni zamanda Cavabdeh2 zamin kimi borcalan Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, zaminlik müqavilələrində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqavilələrində başqa hal nəzərdə tutulmadığından, kredit müqaviləsi üzrə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas, faiz və cərimə borcu məbləğləri bu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş borcun məbləği işin faktiki hallarına uyğun olmuş dur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin - tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan "BMW X6" minik markalı (BanSYMGZOC57B1K13919, buraxılış ili - 2011, rəngi - ağ), ** ZG *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - Cavabdeh1 qaytarılması ilə bağlı hissəsi üzrə də birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka h üququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. -269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. -317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. -319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. -319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. -34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun ya ranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməmişdir. -36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. -47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Apelya siya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbində tutmanın cavabdehə məxsus “BMW X6” minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsini xahiş etməsinə baxmayaraq xx.xx.2013-cü il və xx.xx.2015-ci il tarixlərdə "İddiaçı" ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə ünvanlanmış 1310/i və 3207/i saylı məktublara əsasən Cavabdeh1 məxsus və ipoteka ilə yüklü edilmiş BMW X6 minik markalı avtomobilin xx.xx.2013-cü il tarixdə **-ZU*** qeydiyyat nişanını **-TS-*** qeydiyyat nişanına, xx.xx.2015-ci il tarixdə **-TS-*** qeydiyyat nişanını **-ZG-*** qeydiyyat nişanına dəyişdirilməsinə razılıq verilmiş və həmin avtomobilin qeydiyyat nişanı **-ZG-*** qeydiyyat nişanına dəyişdirilmişdir. İşin faktiki hallarına qiymət verərək, tərəflər arasında bağlanmış kredit, habelə ipoteka müqavilələrinin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ödənilməsini və tələbin tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalı olduğundan, Azərbaycan Respublikasının pul vahidi manat olduğundan, hazırki iddia tələbi xarici valyuta ilə göstərilərsə də, ödənilən məbləğin qə tnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir və birinci instansiya məhkəməsi də haqlı olaraq bu tələblərə riayət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. A pelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı tərəfin mənafeyinin nəzərə alındığını, kredit müqaviləsinin mövcudluğunu və kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən göstərilən məbləğin ödənilmədiyinin əsas götürüldüyünü, kredit müqaviləsi üzrə öhdəliklərin başqa şəxs tərəfindən icra edilməli olunmasının və bununla əlaqədar cavabdehin hüquq və mənafelərini nəzərə alınmadığının, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır.Kredit müq aviləsi üzrə öhdəliklərin başqa şəxs tərəfindən icra edilməli olması ilə bağlı kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 2(006)-892/2018 saylı, 07 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 Nağı oğlunun cavabdehlər Cavabdeh2 Əlikram oğluna və İddiaçı ASC-yə qarşı kredit, ipoteka müqavilələrinin və əlavə razılığın ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlə rinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103) -13602/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2804/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2804/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver