Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2807/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanmış şəxsin əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarma vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2025-ci il tarixli 2(107)-526/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh qohumdurlar və onların arasında sonuncuya məxsus olmuş “Mersedes C230 minik” markalı, 90VY048 dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısı ilə bağlı mübahisə yaranmışdır. 2. “Elektron notariat” X1 çıxarışda olan məlumatlara görə Cavabdeh “MersedesBenz C 230 minik” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2027-ci il tarixədək nəqliyyat vasitəsindən istifadə hüququ ilə xx.xx.2021-ci il tarixdə İddiaçı etibar etmiş, etibarnaməyə xx.xx.2024-cü ildə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabbdehdən 12000 manat pulun, vəkil ə hüquqi yardım üçün ödənilmiş 500 manat və 127,50 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun bibisi oğludur. 2021-ci ilin ortalarında cavabdehin “Mersedes C230 minik” markalı, 90VY048 dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini bilmiş, iyul ayında onunla görüşüb avtomobilin qiyməti barədə razılaşmışlar. Daimi yaşayış yeri olan Padar kəndinə qayıtmış, 10000 manat pulu evdən götürüb Oğuz şəhərinə qayıdaraq “Nar Mobile” mağazasının içərisində Ruslana vermiş və həmin gün maşını götürüb aparmışdır. Cavabdeh səhəri gün ona avtomobili sürmək üçün etibarnamə vermişdir. Etibarnamə veriləndə özü iştirak etməyib. Qalan 2000 manat pulu sentyabr ayında verəcəyinə dair əlavə r azılaşmaları olmuş, pul sentyabr ayında da cavabdehə verilmişdir. Avtomobil cavabdehin adına olduğundan sürərkən ona problem yaransa da, cavabdeh avtomobilin onun adına keçirilməsi ilə bağlı hərəkətləri etməkdən yayınmış, baş etibarnamə istəsə də, cavabdeh hər dəfə bəhanə gətirmişdir. Qohum olduğuna və yoldaşlıq etdiklərinə, şübhələnmədiyinə görə bu məsələdə dərinə getməmişdir. Sonra eşitmişdir ki, maşına görə əlavə pul istəyir, buna görə öz təklifini versə də, Ruslan buna ehtiyac olmadığını bildirmiş və sənədləri verəcəyini demişdir. Avtomobil həmin vaxtdan təxminən 3 il müddətində onun istifadəsində olmuşdur. Bu müddətdə maşını cavabdehin qardaşı Rəsul da idarə etmişdir. Bir gün Rəsul ona zəng edərək maşını vurduğunu, düzəltdirib ona qaytaracağını demişdir. Bir müddət sonra Rəsul ona zən g edərək demişdir ki, Ruslan maşını sexdən götürüb aparıb və Bakı şəhərində satıb. Bundan sonra dəfələrlə Ruslanın atası, anası və özü ilə danışsa da, Ruslan onun pulunu qaytarmamışdır. Hətta məhkəməyə müraciət etməzdən əvvəl o özü, ətrafında olan şəxslər də bu barədə Ruslanla söhbət etmiş, lakin o təkid edərək səbəbini bildirmədən pulu verməyəcəyini söyləmişdir. Bütün ailə maşının pulunun ödənildiyi, buna baxmayaraq Ruslan tərəfindən maşının ondan götürüldüyü və pulun qaytarılmadığı barədə məlumatlıdır. Ruslandan belə bir hərəkət gözləməyib. Onun həmin avtomobili 2021-ci ilin ortalarında Cavabdeh satın aldığını, avtomobilin dəyəri olan 12000 manat pulu ona ödədiyini Ruslanın qardaşı X8, digər yoldaşları X2, X4 və X5 adlı şəxslər də təsdiq edə bilərlər. Belə ki, Mirsəidlə birlikdə maşının qiyməti barədə Ruslanla danışıb. Fəridlə isə “Nar Mobile” –də pulu Ruslana verib. Pul 50-lik və 100-lük əskinazlardan ibarət olub. Avtomobili sürmək üçün etibarnamə səhəri gün verilib. Fikirləşib ki, qalan 2000 manatı vermədiyindən Ruslan ona baş etibarnamə vermir. Buna görə sentyabr ayını gözləyib, lakin 2000 manatı ödədikdən sonra da Ruslan öhdəliklərinin icrasından yayınıb. 6 ay sonra cərimələr gəlməyə başlayanda narazılıq başlamışdır. Maşın 2023-cü ildə sürülməyib, evində saxlanılıb. Sonra Rəsul ara-sıra sürüb, məhz qəzanı da o vaxt törədib. 2016-cı ildən hərbi polisdə işləyir, 2021ci ildən isə bölük komandiri işləyib.Vəzifəli şəxs olduğundan xidməti avtomobili var, yəni işi ilə əlaqədar avtomobilə ehtiyacı olmayıb. Mübahisəli avtomobili isə şəxsi işi üçün almışdır. Ruslanla araların da təkər söhbəti olub, lakin onunla təkər mübahisəsi etməyib, deyib ki, qardaşıgildə olan təkərləri götürə bilər. Təkərləri götürmək üçün adam göndərsə də təkərlər orada olmamışdır. Ruslan ona təkərləri satdığını, maşının üstündəki təkərlərin onda qalmasını demişdir. Kəndə ildə bir dəfə gəlib-gedir. İddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Maşının pulla verilməsi barədə söhbət olmayıb, sadəcə sürmək üçün etibarnamə verilib. Problemin səbəbi ailə daxili problemdir, həmin problemi yalnız cavabdeh özü deyə bilər. Ruslan özü üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyib, amma iddiaçı tərəfin arqumentlərini qəbul etmir. Məsələni Ruslan ı evdən çıxarılmağa qədər gətirib çatdırıblar. Ailədə Ruslana qarşı mənfi münasibət var. İddiaçı tərəfindən maşının sənədinin alınmamasının səbəbi barədə sübut yoxdur. İddiaçı 3 il qabaq niyə iddia qaldırmayıb, yaxud iddianı niyə indi qaldırıb. Bunun səbəbi bilinmir. Maşın Poladda 3 il deyil, keçən ilin əvvəlində qısa müddət ərzində olub. Şahidlər öyrədilib, ona görə onların izahatı sübut kimi qəbul ounla bilməz. Şahidlərin heç biri pulun verilməsində iştirak etməyib. Cavabdehin qardaşı Rəsul demişdir ki, pulu onun yanında veriblər, amma heç kim demir ki, həmin vaxt Rəsul həqiqətən orda olub. Keçən yay sürmə ilə bağlı etibarnamə ləğv edilib. Ruslan deyir ki, maşını dayısı oğluna sürmək üçün verib, amma Bakıya aparmamağını xahiş edib. Polad isə ona qulaq asmayaraq maşını işi ilə bağlı Bakı şəhərinə sürüb. Ruslana qarşı qərəz var.
6. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X8 bildirmişdir ki, iddiaçı dayısı oğlu, cavabdeh doğma qardaşıdır. Qardaşına 2021-ci ilin sentyabr ayında toy edəcəkdilər. Ruslan maşınını bundan əvvəl-yayda Polada satdı. Belə ki, Polad Səidlə gəlib maşına baxdılar, sonra Polad gətirib 10000 manat pulu Ruslana verdi, qalan 2000 manat pulu sentyabr ayında verməyə razılaşdılar. Maşının texniki müayinə vaxtı bitəndə Polada cərimələr gəlməyə başladı. Ruslana sənədləşməni aparmaq, maşını Poladın adına keçirməyi təklif etdi, lakin Ruslan ancaq vəd verirdi. 800 manata yaxın cərimə gəlmişdi. Sonra özü qardaşının əvəzinə maşını tanış vasitəsi ilə sığorta etdirmişdir. Bu və digər səbəblərə görə maşın sürülmürdü. Daha sonra maşının motoru xa rab oldu. Maşın xarab olmasın deyə o özü arabir maşını götürüb sürürdü. Belə günlərin birində maşını aşırdığından təmir üçün sexə qoymuş, təmir xərcini də özü çəkmişdir. Ruslan həmin vaxt ona demişdir ki, “maşını ver, aşağı düşüb gəlirəm”. Daha sonra Ruslan qayıdıb gəlib dedi ki, maşını qaytarmayacaq. Qohum-əqrəba çalışsa da, Ruslanı başa sala bilmədilər. Ruslan maşını aparıb 2-3 ay gizlətdi, sonra satdı. Maşını 8000 manata satıb, həmin şəxs də başqasına satıb. Polad Ruslana 10000 və 2000 manat olmaqla cəmi 12000 manat pul verib. 10000 manat pulu onun telefon mağazasında verib. 2000 manatı onun yanında verməsələr də, həmin pulun verildiyini bilir. Ruslan pulu alandan sonra ona deyib ki, özünə başqa maşın almağa gedir. Maşınla bağlı bütün danışıqlar onun yanında olub. Dayısı, yəni Ruslanın atası ona deyirdi ki, Ruslan əlavə pul istəyirsə versinər. Ruslanın sənədləri verməməsinin, sonra maşını götürüb satmasının, pulu qaytarmamasının səbəbini bilmir. Cərimələri Polad ödəyib.
7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Poladla dostdurlar. Ruslanı da tanıyır. Təxminən 3 il bundan əvvəl maşın alınan gün Poladla günortadan sonra Oğuz şəhərinə gəlmişlər. Telefon mağazasına gedərək 10000 manat pulu Ruslana vermiş, ondan satın alınmış maşını da sürüb aparmışlar. Pulu sayanda o da kömək etmişdir. Əskinazlar 50-lik və 100-lük olmuşdur. Şəhərə gəldikləri maşını Polad sürmüş, qayıdanda həmin maşını o, alınan maşını Polad sürmüşdür. Bayram günü olduğundan Ruslan sənədi səhəri gün verəcəyini bildirmişdir. Polad qalan 2000 manat pulu fındı q mövsümündə verəcəkdi. Maşının açarını Ruslan özü Polada vermişdir. Sonradan problem olduğunu bilmişdir. Ruslana pul onun yanında verilib.
8. Oğuz Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(054)31/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 12000 manat pulun, vəkilə hüquqi yardım üçün ödənilən 300 manat və dövlət rüsumu kimi ödənilmiş 126,9 manat pulun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir (hakim S.Zeynalova).
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 2021-ci ilin iyul ayında iddiaçı bibisi oğlu olan cavabdehdən “Mersedes-Benz C 230 minik” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobili 12000 manata almış, həmin pulun 10000 manatını dostluq münasibətində olduğu Fərid və cavabdehin qarda şı Rəsulun yanında ona vermiş, qalan 2000 manat pulun isə sentyabr ayında verilməsi barədə razılaşmışlar. Cavabdeh 10000 manat pulun verildiyi gün maşını iddiaçıya təhvil vermiş, xx.xx.2021-ci il tarixdə isə iddiaçıya avtomobildən istifadə hüququna dair etibarnamə vermişdir. Məhkəmə iclasında şahidlərin bildirdiyinə görə qalan 2000 manat pul sentyabr ayında cavabdehə verilmişdir. İddiaçı hərbçi, həm də vəzifəli şəxs olaraq xidməti avtomobilindən istifadə etdiyindən aldığı maşını kənddə saxlamışdır. Cavabdehin qardaşı Rəsul arabir maşını sürmüş, sonuncu dəfə maşını aşırdığından təmir sexinə aparmış, öz xərci ilə təmir etdirmişdir. Bundan sonra cavabdeh tərəfindən maşın müvəqqəti olaraq götürülmüş, sonra o, maşını qaytarmayacağını bildirmiş, qardaşı Rəsulun izahatına görə 8000 manata satmışd ır. Etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Şahidlərin izahatına görə cavabdeh iddiaçıdan maşını götürsə də, pulunu qaytarmamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 448.1, 449.1, 1091.1, 1091.2 və 1092.1-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin Mülki Məcəllənin 385.1-ci maddəsini tətbiq etməsinin səbəbi aydın deyil. Belə ki, onun borclu, iddiaçının is ə kreditor olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyil. İddiaçı ilə aralarında heç bir müqavilə olmadığı üçün onun qarşısında öhdəliyi əmələ gəlməmişdir. Beləliklə, onun tərəfindən iddiaçıya hər hansı zərər vurulmamış və onun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmamışdır.
13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2025-ci il tarixli 2(107)526/2025 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(054)-31/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş “Cavabdeh 2000 manat pul və 6 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi” hissələrində ləğv edilmiş, həmin hissələrdə yeni qətnamə qəbul edilərək, iddia tələbi “Cavabdeh 2000 manat pul və 6 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi” hissələrində rədd edilməsi, qətnamənin Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir (hakimlər - Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elman İsayev).
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Fəridin məhkəmədə yalan ifadə verərək 10000 manat pulun onun iştirakı ilə verildiyini deməsi, şahid ifadələrindəki təzadlı məqamlara hüquqi qiymət verilməməsi, 10000 manat pulun verilməsində şahidlərdən heç birinin məhkəmədə verdikləri məlumatların mənbəyini göstərə bilməmələrinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edib ki, şahidlər tərəfindən yalan ifadə vermələri halı, onların ifadələrində iddiaçının cavabdehə avtomaşına görə 10000 ma nat pul verməsi ilə bağlı təzadlı məqamlar müəyyən edilməməklə yanaşı, şahidlər X8 və X3 iddiaçının cavabdehə məhz onların yanında 10000 manat pulu verməsinin şahidi olduqlarını göstərmişlər.
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının məhkəmə iclasında çıxış edən zaman və ona suallar verilən zaman bütün şahidlərin məhkəmə iclas zalının qapısında dayanaraq qulaq asmalarına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edib ki, iş materiallarından belə bir hal müəyyən edilməmişdir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin şahidlərin apellyasiya məhkəməsində ifadə vermələri üçün yenidən dəvət olunmalarına dair vəsatətini rədd edərək bildirib ki, birinci instansiya məhkəməsinin iclasında ifadə vermiş şahidlərin məhkəmə kollegiyasında yenidən ifadələrinin alınması zərurəti müəyyən edilməmişdir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun borclu, iddiaçının isə kreditor olmasını təsdiq edən heç bir mötəbər sübutun mövcud olmaması, iddiaçı ilə aralarında heç bir müqavilə olmadığı üçün onun qarşısında öhdəliyinin əmələ gəlməməsi, mövcud olmayan öhdəliyin icrasından söhbətin gedə bilməməsi, hazırki halda onun tərəfindən iddiaçıya hər hansı zərərin vurulmaması, onun üzərinə öhdəliyi pozmağa görə məsuliyyətin qoyulmaması, Mülki Məcəllənin 448.1-ci maddəsinin hazırki işə heç bir aidiyyatının olmaması, Mülki Məcəllənin 449.1-ci maddəsinin də tətbiq olunmasının qanunsuz və əsassız olmasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, qətnamənin məzmununda Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 448.1, 449.1-ci maddələrinin sadalanmasına baxmaya raq, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərin müqavilədən, müqavilə öhdəliklərindən qaynaqlanması, cavabdehin iddiaçıya ziyan vurması qənaətinə gəlməmiş, gəldiyi nəticəni cavabdehin iddiaçının hesabına əsassız varlanması ilə əsaslandırmışdır.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun məhkəməyə kifayət qədər dəlil və sübut təqdim etməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə iddia tələbini təkzib edə biləcək heç bir dəlil və sübut təqdim edilməmişdir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər 2000 manat pulun nə vaxt, harada, kimin tərəfindən verilməsi barədə məhkəmənin heç bir araşdırma aparmamasına dair dəlili ilə razılaşaraq qeyd edib ki, həqiqətən də iddiaçı tərəfindən 10000 manatdan əlavə o laraq 2000 manat pul vəsaitinin harada, hansı tarixdə cavabdehə verilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmiş, birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahidlər 2000 manat pulun da iddiaçı tərəfindən cavabdehə verilməsindən məlumatlı olmalarını qeyd etsələr də, onlardan heç biri 2000 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsinin bilavasitə şahidi olmamışlar.
20. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən 2000 manat pul vəsaitinin cavabdehə verilməsi hissəsində gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, buna dair hər hansı bir mötəbər sübutun təqdim edilmədiyi halda birinci instansiya məhkəməsi 2000 manat pul v əsaitinin və həmin məbləğə mütənasib olan dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması nəticəsinə gəlmişdir.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş digər - 10000 manat pul, vəkilə hüquqi yardım üçün 300 manat və 120,9 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə həmin hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2, 14.2.7, 337.1, 337.5, 381.1, 362.1, 439.4, 567, 1091.1, 1091.2 və 1093.1-ci; Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 119.1, 217.1, 217.2 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2025-ci il tarixli 2(107)-526/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddianın təmin olunmuş hissədə də rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır kı, apelyasiya instansiya məhkəməsi yalnız eyni “şahidlər”in izahatları ilə təmin olunmuş qətnamənin bir hissəsini ləğv etmiş, digər hissəsini isə həmin “şahidlər”in izahatlarına əsasən qüvvədə saxlamışd ır. Belə ki, məhkəmə qətnaməni sübutlara əsasən deyil, formal mülahizələrlə əsaslandırmışdır. Məhkəmə şahidlərin ifadələrinə tənqidi yanaşmamış, sübutları tam araşdırmamış və qiymətləndirməmişdir. Cavabdehin qardaşının izahatına xüsusi önəm verən məhkəmə hansı səbəbdənsə iddiaçının pul verən zaman yanında Rəsulun olmadığını qeyd etməsinə hüquqi qiymət verməmişdir. Rəsul özü isə guya cavabdehin onun yanında iddiaçıdan pul aldığı barədə məhkəmədə yalan ifadə vermişdir.
25. Belə ki, məhkəmə birinci instansiya məhkəməsi tərəfindən şahidlərin ifadələrinin alınması qaydasının kobud şəkildə pozulması barədə qeyd edilən dəlilləri nəzərə almamış, həmin şahidlərin yenidən izahatları alınmamışdır. b) Kassasiya şikayətinə etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz ərizəsi ilə məh kəməyə müraciət etmişdir. Ərizədə şikayətin əsassız olduğu qeyd edilmiş və şikayətin təmin olunmaması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
29. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.7. Əsassız varlanma.
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız ə qdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılı r. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
34. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
35. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
36. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
37. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həy ata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
38. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
39. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pr osessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
48. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
51. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri q ətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2025-ci il tarixli 2(107)526/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.