Məhkəmə qərarları › İş №2(102)-2811/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2811/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2811/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2na və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2811/21 (Açar sözlər: vəkil orderinin əlavə edilməməsi əsası ilə kasasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, 27 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanət lərin Sığortalanması Fondunun vəkili Qədirova Vəfa İdris qızının və Cavabdeh2 vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6982/2020 nömrəli iş üzrə xxx il tarixli qərardadından cavabdeh Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 27 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2na və Cavabdeh2 MTK-ya qarşı “borc tələbi və girov predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xxx il tarixli qətnaməsi ilə (hakim İlah Abbasova) iddia tələbi qismən təmin edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 2(103)-6982/2020 saylı, xxx il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh2nın apelyasiya şikayətinin təmin edilməməsi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xxx il tarixli, 2(011)-114/2020 saylı qətnaməsinin qismən – cərimə məbləğinin azaldılması hissəsində dəyişdirilməsi, cavabdehlər Cavabdeh2ndan və Cavabdeh2 MTK-dan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətl ərin Sığortalanması Fondunun xeyrinə tutulmalı olan cərimənin məbləğinin 3226 ABŞ dolları həddində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Cavabdeh Cavabdeh2 qətnamədən kasasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6982/2020 saylı, xxx il tarixli qərardadı ilə kasasiya şikayətinə vəkil orderi əlavə edilmədiyindən kasasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası kasasiya şikayətini geri qaytarması barədə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, kassasiya şikayətinə vəkilin orderi əlavə olunmadığından həmin kassasiya şikayəti geri qaytarılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh2 kasasiya şikayə ti verərək, qərardadın ləğv edilməsini və kasasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qanuna uyğun olaraq vəkil ilə müqavilə bağlamış və bunun əsasında ona vəkil orderi verilmişdir. Lakin həmin orderi kasasiya şikayətinin məhkəməyə təqdim olunması üçün sənədlər toplanarkən itirmişdir. Bu səbəbdən vəkil orderini təqdim edə bilməmişdir. Hazırda daaztəminatlı aəilənin üzvü olduğu üçün maddi vəziyyəti yeni vəkil orderinin alınması üçün vəkil ilə yeni müqavilə bağlamasına imkan vermir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qa ydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Qədirova Vəfa İdris qızı kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili X2 qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 67.1. Kasasiya və əlavə kassasiya şikayətl əri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa; 408.1.3-cü maddəsinə əsasən isə kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə geri qaytarılır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iş üzrə cavabdeh Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin t ələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh Cavabdeh2 kasasiya şikayətində vəkil orderini itirməsinə, hazırda yeni vəkillə müqavilə bağlamaq imkanının olmamasına istinad edərək qərardadın ləğv edilməsini xahiş etsə də, qeyd edilən xüsusatlar apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, cavabdeh həqiqətən də vəkil ilə müqavilə bağlayıb əldə etdiyi orderi itirmişdirsə, bu hal ona müqavilə bağladığı vəkilə müraciət edib həmin orderin dublikatını əldə etməsinə maneə yaratmır və onu yeni vəkillə müqavilə bağlamağa məcbur etmir. Cavabdeh isə buna cəhd etməmişdir. Digər tərəfdən, cavabdeh yeni vəkillə müqavilə bağlamağa imkanı olmadığını əsas kimi göstərirsə, bununla bağlı da qeyd edilməlidir ki, onun işə baxmış məhkəməyə müraciət edib dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmək hüququ vardır ki, cavabdeh bu hüququndan da istifadə etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6982/2020 nömrəli iş üzrə xxx il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar